Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə89/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   85   86   87   88   89   90   91   92   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

dayu:n, baba:, nəvə:, dəvə: (Cəl.), qıza:, dişa: (Zən.) və s.
Bu xüsusiyyətə yazılı abidələrin dilində də rast gəlinir:- Əlim-
dən can qaçan qurtarasan sən, Di imdi eylə başu:n çarəsin sən 
(Dastani-Əhməd Həra- mi, s.78);- Dodağu:n içrə dişü:ni gülər ça-
ğında gər görsə, Gözlərü:n üstünə çəkdi kilki-qüdrət qaşini (Kiş-
vəri, s.308).
Şəkinin bir qrup şivələri üçün hallanma prosesində burun sa-
itlərinin işlənməsi xarakterikdir. Sonu a, ə saitləri ilə bitən sözlə-
rin hər üç halında hal şəkilçiləri düşür, bunun nəticəsində kökün 
son saiti uzanaraq burunda deyilir; Belə halda yiyəlik, yönlük və 
təsirlik halları bir-birindən ancaq cümlə daxi- lində ayırd etmək 
mümkün olur; məs.: ala:, dəda:, arava:, patava:, ala:z, dəda:z, ba-
va:z və s.
Sonu qapalı saitlərlə bitən mənsubiyyət şəkilçili sözlər hal-
landıqda yiyəlik və təsirlik hallar bir olur, yönlük hal fərqlənir. 
Şəkinin müəyyən kənd şivələrində yiyəlik və təsirlik hallarda 
qırğız dilinin dialektlərində, Özbəkistan və Tacikistanda yaşayan 
qırğızların dili üçün səciyyəvidir. Həmin innovasiyanın mərkə-
zində özbək-uyğur ümumiliyi “birliyi” durur: ёkasiqa, atasiqa və 
s. (135, s.97-98).
Göründüyü kimi, şivələrimizdə mənsubiyyət şəkilçili isim-
lərin hallanmasında bir sıra qədim xüsusiyyətlər aşkara çıxır. 
Velyar ŋ səsinin və onun tələffüz forması olan nq səsbirləşmə-
sinin mühafizə olunması, inkişafın sonrakı mərhələsində velyar 
ŋ səsinin arxaikləşməsi ilə oğuz və qıpçaq tayfalarının dil xüsu-
siyyətləri kimi formalaşan ŋ, ğ, v, y elementləri şivələrdə geniş 
yayılaraq tayfa dilləri arasında fərqlər əmələ gətirir. Azərbaycan 
dilinin şivələri arasında bu cəhətdən özünü göstərən müxtəliflik 
tarixi-etnik proseslərlə, bir şivənin daxilində fərqlənmənin olma-
sı, yəni həm ŋ, həm də y, ğ, v elementlərinin işlənməsi, şübhəsiz, 
sonrakı dövrlərdə əhalinin miqrasiyası ilə bağlıdır. Bütün bunlar 
göstərir ki, ikinci və üçüncü şəxslərin təkinin qədim formalarla 
bir-birindən seçilməsi, tarixən dilimizdə belə bir fərqli xüsusiyyə-
tin velyar ŋ səsinin olmasına və ədəbi dildə onun arxaikləşməsinə 
dəlalət edir.
Bunlardan əlavə, bəzi şivələrdə ikinci şəxs mənsubiyyət şəkil-
çili isimlər özünəməxsus xüsusiyyətləri, xüsusilə də tələffüzünə 
görə üçüncü şəxsdən seçilir. Naxçıvan ərazisindəki şivələrdə ikin-
ci şəxs mənsubiyyət şəkilçili isimlər yiyəlik, yönlük və təsirlik 
hallarda əksərən qalın saitli şəkilçilər qəbul edir məs.: sahadı:n, 
sahadı:na, sahadı:ı, sahadız:ın, sahadı:za, sahadı:zı və s.
Bakı və Salyan şivələrində hallanma prosesində ikinci şəxsdə 
şəkilçinin dodaqlanan, üçüncü şəxsdə isə dodaqlanmayan varian-
tı işlənir; məs.: kita- bu:n, kitabua, kitabun, kitabunda, kitabun-
nan (II şəxs), kitabının, kitabına, kitabını, kitabında, kitabınnan 
(III şəxs) (B.), ayağunun, ayağua, ayağun, ayağunda, ayağunnan 
(II şəxs), ayağının, ayağına, ayağını, ayağında, ayağınnan (III 
şəxs) (S.) və s. Saitlə bitən sözlərdə isimlərin sonundakı saiti 
mənsubiyyət şəkilçiləri artırdıqda ikinci şəxs təkdə o səsinə, cəm-
də o
-u
səsinə, ə saiti ikinci şəxs təkdə ö səsinə, cəmdə isə ö
-ü
səsinə 


164
165
s.59);- Baxdım ətvarinə - bir tülək tərlan, Baxışın görəndə mən 
oldum heyran (Vaqif, s.132).
Qıpçaq dilləri ailəsində və Tuva, sarı-uyğur və şor dillərində 
üçüncü şəxs mənsubiyyət şəkilçisindən sonra təsirlik halda - n şə-
kilçisi işləkdir. Qaraqalpaq dilinin şimal dialektlərində, türkmən 
dilinin manış şivəsində mənsubiyyət şəkilçili isimlərin təsirlik 
halında - n şəkilçisi işlənir; suyurun “onun inəyi” quzlarun “onun 
qızları”, qadrın “onun hörməti” (135, s.171-172). Bu xüsusiyyət
qumuq dilində və türk dilinin dialektlərində də müşahidə olunur 
(147, s.67; 126, s.86).
Yazılı mənbələrin və müasir şivələrin materiallarından aydın 
olur ki, ta- rixən - ın, - in, - n şəkilçisi iki hal - yiyəlik və təsirlik 
hal funksiyalarını yerinə yetirmişdir. Hal formalarının diferensi-
allaşması prosesində - n təsirlik halı bildirmək funksiyasını ədəbi 
dildə itirmiş, şivələrdə qorunub saxlanmışdır.
Muğan qrupu, Ordubad, Cülfa, Cəlilabad və Meğri (Aldərə) 
və İraq türkmanlarının şivələrində mənsubiyyət şəkilçili isimlərin 
təsirlik halında şəkilçi - y-dan ibarət olur; məs.: - Başuy qoy dizim 
üssə; - Aç belünnən qurşağuy; - Bı günki işiy saba: qoyma; - Əya-
ğuy yorğanuva tən uzat; - Qapuy yaxşı bağla, qonşuy oğru tutma 
(Muğ.); - Qizin atasinnən söz aliylər, deylər qızuy verirsən, ya 
yox (Ord.); - Arvad deyir ki, a kişi elə əvdən əlüy uzad, çörəy çək 
(Cul.); - Tülki dedi; gəti qaldır ayağıy, mən oxuram (İt.); Başiy 
orda islat, burda qıx (Meğ.) və s.
Bu xüsusiyyət mənsubiyyət şəkilçisiz isimlərin təsirlik ha-
lında saitlə bitən sözlərdə özünü göstərir; məs.: gəviy>xalçanı, 
gədiy>gədəni və s. Hər iki məqamda - y şəkilçisi saitin düşməsi 
nəticəsində əmələ gəlmişdir.
Mənsubiyyət şəkilçilisiz isimlərin təsirlik halda - y şəkilçi-
si qəbul etməsi türk dilinin Qaziantep və Qars dialektlərində də 
vardır; məs.: - Nemen şakşak dapıy dövmüş (126, s.78); babay, 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin