Mənsubiyyətli birləşmələrdə yerdəyişmə. Şivələrdə mənsu-
biyyət ifadə edən birləşmələrin komponentləri bəzən yerini dəyi-
şir, yəni mənsub əşya əvvəl gəlir; məs.: - Bağa köçirdük, yatağda
bir axsağ fərəmiz qaldı bizim (B.); - Qızı onın çox əxıllıdı; - Sözim mənim bi dənədi (Cəl.); - İqlimə bizim horda durmüymü? (Ş.); -
İndi işi yaxşıdı onun ərinin; - Dümappağ pambığımız var bizim (Qaz.); - Payım var diynən mənim; - Çoxu gedirdi, heç geri gəl-
mirdi cəzası oyıdı oların (Bl.); - Qapılarını kilitdəmişəm üskü
əvin (Şr.); - Əvi yıxılsın heyvan yəsinin (Ağc); - Cibinnən çıxartıb
bir koz, bir belə tikə mis, bir dənə də aşığ koydu cibinə oğlanın (Zaq.); Yaxşı iyisi var boyananın (Ağd.)
Mənsbiyyətli birləşmələrdə komponentlərin yerdəyişməsini
M.Kaşğari də göstərmişdir: - yüzi anınğ köglendi “onun üzündən
kəklik çilləri çıxdı”; - emgek meninğ bilinğ “mənim əməyimi bi-
lin” (MK, II c., s.253, III c., s.372).
Bu xüsusiyyətə “Kitabi-Dədə Qorqud”da və klassiklərin əsər-
lərində də tez-tez rast gəlmək mümkündür; məs.: - Dünlügi altun
ban evinə babamın işvən girmiş; - Anası oğlanıŋ böylə degəc Qa-
zanıŋ əqli başından getdi; - Gördü (kim) oğlanıŋ ala gözlü qırx
yigidi qırılmış, bədöy atı oğlanın oxlanmış yatır (KDQ, s.59,
74); - Qapısı xəzinənin gördü açılmış (Dastani-Əhməd Hərami,
s.26);-Köhnə təqvimim mənim bietibar oldu yenə (Nəsimi, s.29);-
Dügməsini yaxanun əlüm şəşər isə (Q.Bürhanəddin, s.56);- Demə
kim yox Kişvərinin könlidə mehrim mənim (Kişvəri, s.302);-
özününkünü açer, görərgün, eləjə lil ater-duror (Qaz.) və s.
Mənsubiyyət bu şəkildə ifadə olunarkən onun kəmiyyəti birin-
ci tərəfdəki əvəzliklərlə bildirilir. -lar, - lər şəkilçisi qəbul etdikdə
isə ikinci tərəfin - yəni mənsub şəxsin və yaxud əşyanın çoxluğu
aydın olur. Ki nin xarakteri və onun yaratdığı mənalar tədqiqatçı-
lar arasında mübahisəyə səbəb olmuş, hələ tam elmi həllini tap-
mamışdır. Alimlərin bəzisi ki ni leksik, digərləri isə qrammatik
şəkilçi hesab edirlər. Fikrimizcə, - ki sözə əlavə olunarkən leksik
məna- nı dəyişdirmir, mənsub əşyanın adını əvəz edir. Buna görə
ki nin formadüzəldici şəkilçi hesab edilməsi məqsədəuyğundur.
Türkologiyada, eləcə də Azərbaycan dilçiliyində ki dən bəhs
edən alimləri üç qismə ayırmaq olar. Alimlərdən M.A.Kazımbəy,
P.M.Melioranski, A.M.Şerbak, N.K.Dmitriyev, N.P.Dırenkova,
N.A.Baskakov, L.A.Pokrovskaya, K.M.Musayev, M.Şirəliyev, R.
Rüstəmov və Ə.Xəlilov mənimki, səninki, onunki, bizimki, sizin- ki, onlarınkı formalarını yiyəlik şəxs əvəzlikləri adlandırmışlar.
Məsələyə ikili münasibət göstərən alimlər də var. A.N.Kononov
və M.Hüseynzadə ki vasitəsilə əmələ gələn formadan həm əvəz-
lik, həm də mənsubiyyət kateqoriyasının ifadə vasitəsi kimi bəhs
etmişlər (160, s.27; 52, s.153). Sonra məsələyə münasibət dəyiş-
miş, ki vasitəsilə yaranan forma yiyəlik əvəzliyi deyil, mücərrəd
mənsubiyyət bildirən vasitə kimi şərh olunur (149, s.23; 78, s.44;
62, s.22).
İstər ədəbi dil, istərsə də dialektoloji materiallardan aydın olur
ki, ki yalnız şəxs əvəzliklərinə deyil, digər nitq hissələrinə də artı-
rılır; məs.: - Mövünki əlhəddə olur (Nax.), - Kişinki də başmağıdı
beyduran vaxtda (Ş.), - İki gün bir günortada xanın çörəyi xaraf
oldu, çovanınkı qaldı (Qaz.), - Təzədən kiççix’ qızınkını çıxarder,
öz barmağına keçirer (Tov.) və s.
Bundan başqa, - ki şəkilçisi şivələrimizdə yerlik halda olan
isim və əvəzliklərə də əlavə olunur; məs.: - Kətdə taxıl yuarı- dakınnan yaxşı ulacağ (Qb.); - Bizim düyələr nə qədər yesə də
İmrandakılara çatmaz (Zər.) və s. Nümunə- lərdən aydın olur ki,
sözə yiyəlik məzmunu verən - ki deyil, ondan əvvəl sözə əlavə
156
157
Yerdəyişmə hadisəsi yalnız tərcümə əsərlərində deyil, başqa abi-
dələrdə də qeydə alınmışdır. Burada məntiqi vurğunun rolunu da
qeyd etmək lazımdır. Yerdəyişmə məna fərqi yaratmasa da, ifadə
tərzi də eyni deyildir. Buna tarixən mövcud olmuş qədim xüsu-
siyyətin şivələrdəki izi kmi yanaşmaq daha doğrudur.