Azərbaycan dili 5 Sinif Böyük summativ qiymətləndirmə 2


Ədəbiyyat Böyük summativ qiymətləndirmə - 2



Yüklə 82,32 Kb.
səhifə19/25
tarix11.11.2022
ölçüsü82,32 Kb.
#68583
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
Summativ 5-11 Az-dili, ədəbiyyat

Ədəbiyyat
Böyük summativ qiymətləndirmə - 2
Sinif: IX

Ad_______________________Soyad_________________________________Tarix_______________

1. R.Rza hansı əsərində “O kəs ki torpağa,xalqa bağlıdır,kökü xalq mənəviyyatının dərinliklərindədir,onu əymək olmaz” qənaətinə gəlir:


A)”Vətən” B)”Çinar” C)”Bu gün” D)”Xanım” E)”Bolşevik yazı”

2. ”Heydərbabaya salam”(M.Şəhriyar)əsərinin misralarının daxili bölgüsü hansı varianta uyğun gəlir?


A)4+3+4 B)3+4+4 C)4+4+3 D)5+6 E)6+5

3. Cəfər Cabbarlının “Ana” şeiri əruz vəzninin hansı bəhrindədir?


A)həzəc B)rəməl C)müctəs D)xəfif E)səri

4. Azərbaycan ədəbiyyatşünaslığında süjet xəttinin hansı mərhələsi bədii müqəddimə”,”bədii zəmin”sözləri ilə də ifadə olunur?


A)proloq B)epiqraf C)ekspozisiya D)zavyazka E)kulminasiya

5. ”Yoxsul olsa da,qürurlu,məğrur qadındır”.Bu fikirlər hansı əsərin qəhrəmanına aiddir?


A)M.İbrahimov “Gələcək gün” B)İ.Şıxlı”Namərd gülləsi” C)M.Cəlal”Vətən yaraları”
D)A.Şaiq”Anabacı” E)İ.Hüseynov”Zəhər”

6. Daş qəlbli insanları neylərdin,ilahi?


Bizdə bu soyuq qanları neylərdin,ilahi?!
Seçilmiş sözlər hansı bədii təsvir vasitəsidir?
A)simvol B)təşbeh C)metonimiya D)epitet E)istiarə

7. Əli Kərimin “Qaytar ana borcunu”şeiri ilə bağlı səhv fikri seçin.


A)Həyat yoldaşı vəfat etdiyi üçün ana oğlunu tək böyüdür. B)Müəllif oğulu qınamır,ona haqq qazandırır.
C)Qonşular Əsmər və Çiçək anaya təsəlli verirlər. D)Oğul məktəbi əla qiymətlərlə bitirir.
E)Şeirdə ananın hiss və həyəcanları əks etdirilir.

8. Povesti hekayədən ayıran cəhətlərdən biri səhvdir:


A)Hadisələr qeyri-adi sonluqla,gözlənilməz nəticə ilə bitir. B)Obrazların sayı hekayədəkindən artıq olur.
C)Həyat hadisələrinin əhatə dairəsi genişdir. D)Obrazların təsviri daha təfsilatlıdır.
E)Hadisələr bir süjet ətrafında birləşən bir neçə xətt üzrə inkişafda olur.

9. Verilmiş əsərlərdən hansı dramatik növdədir?


A)”Vətən yaraları”(Mir Cəlal) B)”Heydərbabaya salam”(M.Şəhriyar) C)”Namərd gülləsi”(İ.Şıxlı)
D)”Keçən ilin son gecəsi”(Anar) E)”Çinar ömrü”(R.Rza)
10. İ.Hüseynovun “Zəhər”hekayəsində meşəbəyi Mirqasımın sovxoza gedib süd istəməyinin səbəbi hansı bənddə göstərilmişdir?
A)Daşdəmirin əliaçıqlığını yoxlamaq istəyirdi.
B)Zəhərli ot yemiş atına içirmək istəyirdi.
C)İçib şənlənmək istəyirdi.
D)Tapdığı köməksiz pişik balalarına içirmək istəyirdi.
E)Süd bəhanəsi ilə oradakı vəziyyəti öyrənmək istəyirdi.

11. Salaq yadımıza bu gün cahanın


Rəngləri dəyişən beş qitəsini.
Biz də görəcəyik Azərbaycanın
Güneyli-quzeyli xəritəsini.
Misraları hansı əsərdəndir?
A)M.Müşfiq”Həyat sevgisi” B)A.İldırım”Əsir Azərbaycanım” C)B.Vahabzadə”İstiqlal”
D)C.Cabbarlı”Ana” E)Ə.Cavad”Azərbaycan bayrağına”

12. Mir Cəlalın “Vətən yaraları”əsərindən seçilmiş “Lətifin hərbi hissəyə qayıtmağı iki ay çəkdi”cümləsinin səbəbi hansı bənddə göstərilmişdir?


A)düşmənlərin mühasirəsində olan ərazidə qalması B)ehtiyat üçün arxa cəbhəyə göndərilməsi
C)düşmən əsirliyində olması D)yaralanıb səhra xəstəxanasında yatması
E)xəstəxanada yatan Nəsrəddinin yanında qalması

13. X.R.Ulutürkün “Qaytar mənim qüdrətimi,Azərbaycan!”şeirində işlənmiş məcazın növünü müəyyən edin.



Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr

Növü

Sənsən həsrət gözlərimin həm qarası,həm də ağı.




Nurlu dağsan...zülmət dağı devirəcək,yıxacaqsan.




Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək.




14. Elçinin “Talvar”əsəri necə başlanır?
A)məhəllədə yaşayanların tut yığması ilə
B)Əliabbas kişinin atası haqqında məlumat ilə
C)tut ağacının iki yerə parçalanması ilə
D)Əliabbas kişinin alətləri satmaq üçün aparması ilə
E)Əliabbas kişinin talvar düzəltməsi ilə

15. ”Köçürmə” mənasını ifadə edən bu təsvir vasitəsinin ikinci adı istiarədir.Söhbət nədən gedir?


A)metonimiya B)metafor C)təşbeh D)epitet E)simvol

16. Q.İlkinin “İntiqam”əsəri haqqında hansı fikir səhvdir?


A)Xəzangül yaralı olduğu üçün kənddə qalmışdı.
B)Hadisələr Qarabağ müharibəsi zamanı baş verib.
C)Xəzangülün körpə uşağı var.
D)Xəzangül kənddən qaça bildi.
E)Erməni yaraqlıları kəndi talan etdilər.

Duz cavablar______Səhv cavablar______Cavablandırılmayan_______Qiymət______Müəllim___________





Yüklə 82,32 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin