Azərbaycan dili 5 Sinif Böyük summativ qiymətləndirmə 2


Düz ______ Səhv ______ Qiymət ______ imza



Yüklə 82,32 Kb.
səhifə21/25
tarix11.11.2022
ölçüsü82,32 Kb.
#68583
1   ...   17   18   19   20   21   22   23   24   25
Summativ 5-11 Az-dili, ədəbiyyat

Düz ______ Səhv ______ Qiymət ______ imza _____________


X SİNİF
ƏDƏBİYYAT
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ – 2
Tarix _____________________________


Şagirdin adı və soyadı________________________________________________



  1. Həm heca, həm əruz vəznində yazan sənətkarları seçin:

  1. A.Bakıxanov 2. Q. Zakir 3. Ş.İ. Xətayi

4. M.Şəhriyar 5. Ə.Xaqani 6. N.Gəncəvi
A) 1,4,5 B) 2,3,4 C) 2,3 D) 1,5,6
2. XIII-XVI əsrlərdə yaranan ədəbiyyatımızla bağlı verilənlərdən biri yanlışdır:
A) farsca yazmaq ənənəsi getdikcə zəifləyir,ana dilli ədəbiyyat güclənir.
B) Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətayi kimi görkəmli sənətkarlar yetişir.
C) Aşıq ədəbiyyatı sürətlə inkişaf etmiş, məhəbbət dastanları ortaya çıxmışdır.
D) Bu dövrün poeziya zirvəsini M.Füzuli fəth etmişdir.
3. XIX əsrdə yaşayıb-yaradan maarifçilərimiz kimlərdir? (ən azı iki nəfər)
_________________________________________________________________
4. Şihafi xalq ədəbiyyatı ilə bağlı doğru olmayan fikir hansıdır?
A) İlk nümunələri qədim dövrdə yaranmış, dildən-dilə keçərək yayılmışdır.
B) Folklor xalqın tarixi ilə sıx bağlıdır.
C) Azərbaycan folklorunun həyatı əks etdirmə baxımından lirik və epik növləri var.
D) Azərbaycan folkloru ümumtürk folklorunun mühüm tərkib hissəsidir.
5. Epik folklorun janrları sırasında verilənlərdən biri səhvdir:
A) yanıltmaclar B) əfsanələr C) tapmaca D) hekayə
6. “Mədain xərabələri” əsərinin janrı və müəllifi:
______________________________________________________________
7. Dədə Qorqud şəxsiyyəti haqqında verilənlərdən yanlış olanı seçin:
A) Tarixi şəxsiyyət olmasa da, dastanda igidlərə başçılıq etməsi ilə seçilir
B) Eposun ilk yaradıcısı və söyləyənidir.
C) Oğuz elinin bilicisidir.
D) Haqqında çoxlu rəvayətlər və əfsanələr yaradılıb.
8. Ş.İ.Xətayinin “Dəhnamə” əsərindəki rəmzi obrazlar sırasına daxil deyil:
A) Pəri B) Huş C) Səba D) Göz yaşı
9. “Koroğlu” dastanındakı Nigar xanım ilə “Dədə Qorqud” eposundakı Burla xatunu birləşdirən ortaq cəhəti göstərin:
A) Hökmdar xanımı olmaqları B) Övladlarının olmaması
C) Kasıb ailədən olmaqları D) Adlı-sanlı yüksək təbəqəli nəsillərdən çıxmaları
10. N.Gəncəvinin ədalətli hökmdar ideyasının əks olunmadığı poeması hansıdır?
A) “Sirlər xəzinəsi” B) “Leyli və Məcnun”
C) “Xosrov və Şirin” D) “Yeddi gözəl”

11. Ana dilli əsərlər sırasında verilə bilməz:


A) “Apardı könlümü...” qəzəli, “Qisseyi – Yusif”
B) “Dastani- Əhməd Hərami”, “Nəsihətnamə”
C) “Mehr və Müştəri”, “Fərhadnamə”
D) “Yusif və Züleyxa”, “Şikayətnamə”
12. M.P.Vaqif yaradıcılığına aid olmayan fikir hansıdır?
A) əruz vəzninin çoxəsrlik hakimiyyətinə son qoymuşdur.
B) Əsərlərindəki məhəbbət dünyəvi, real məzmun daşıyır.
C) Yalnız lirik növdə, nəzmlə yazmışdır.
D) Yaradıcılığının bütün dövrlərində yazdığı əsərlərdə nikbin ruh hakimdir.
13. Yeni dövrün ikinci mərhələsi hansı yüzilliyi əhatə edir?
A) XIX əsri B) XVII-XVII əsrləri C) XIII-XIV əsrləri D) XX əsri

14. M.Füzuli yaradıcılığına aid deyil:


A) Anadilli bədii nəsrin əsasını qoymuşdur.
B) Qəsidlərini daha çox farsca yazmışdır.
C) “Leyli və Məcnun” əsəri ana dilində poemadır.
D) Qəzəllərinin əsas mövzusu məhəbbətdir.

15. Verilən əsərlərin müəlliflərini qarşısında yazın:


“Rəşid bəy və Səadət xanım” ______________________________________
“Bax”qəzəli, “Görmədim” müxəmməsi _______________________________
“Söhbətül-əsmar”, “Rindü Zahid” _____________________________________
16. M.P.Vaqif ilə Q.Zakir yaradıcılığı üçün ortaq cəhəti müəyyən edin:
A) Lirik və epik növdə yazıblar. B) Həm klassik, həm xalq şeiri üslubunda yazıblar.
C) Hər ikisi Qarabağda – Şuşada anadan olub. D) Hər ikisinin təmsili var.

17. M.F.Axundzadənin “Aldanmış kəvakib” povesti haqqında deyilənlərdən biri səhvdir:


A) Əsər Yusifin evində şərab tapılması və onun dinsiz kimi edam olunması ilə bitir.
B) Ədəbiyyat tariximizdə yeni tipli bədii nəsrin ilk nümunəsidir.
C) Əsərin məzmunu İran tarixçisi İsgəndər bəy Münşinin əsərindən götürülüb.
D) Əsərin ikinci adı “Hekayəti yusif şah”dır.

18.M.F.Axundzadənin ilk komediyası _________________________________________


və sonuncu komdeiyası _________________________________________________adlanır.

19. S.Ə.Şirvaninin dərsliyi:


A) “Balalara hədiyyə” B) “Qanuni-Qüdsi”
C) “Rəbiül-ətfal” D) “Azərbaycan ədəbiyyatı”

20. ... epik-lirik janr hesab edilir. Mövzusuna görə, əsasən, iki yerə bölünür. Bu, hansı janrdır?


A) dastan B) nağıl C) rəvayət D) məsəllər



Yüklə 82,32 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin