Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 254,08 Kb.
səhifə65/67
tarix12.10.2023
ölçüsü254,08 Kb.
#154255
1   ...   59   60   61   62   63   64   65   66   67
Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N

7. İntizama dəvət etmə: Sizdən bu hərəkəti gözləməzdim; Sizdən (bunu) heç gözləmirdim; Belə hərəkət (etmək) sizə yaraşmaz; Adınıza yaraşan iş deyil; Siz adınıza layiq hərəkət etməlisiniz; Danışığınıza fikir verin; Bir az nəzakətli olun; Çalışın, başqaları sizdən ibrət götürsün; Bir qədər səmimi olun; Səhvinizi etiraf edin və s. Xalqımızın təfəkkür tərzinə uyğun etik görüşlərini, danışıq etiketlərini özündə əks etdirən N.Tusinin "Əxlaqi-Nasiri" (XIII əsr), A.A.Bakıxanovun "Nəsihətnamə", M.M.Nəvvabın "Nəsihətnamə" (XIX əsr), M.T.Sidqinin "Həkimanə sözlər", M.S.Yusifzadənin "Ata-baba nəsihətləri" (XX əsrin əvvəlləri) və başqa maarifpərvər yazıçı və ziyalıların neçə-neçə əsərində olduqca qiymətli fikirlərə, mülahizələrə rast gəlirik. Bunlar əsrlər boyu xaqdan toplanmış insanlıq normalarının, əxlaq qaydalarının yazıya alınmış nümunələridir. Uşaqlara ünsiyyət etiketlərini bir sistem halında mənimsətmək üçün onlara öncə ailədə, sonra bağçada, daha sonra məktəbdə geniş söhbətlər aparmaq, etika qaydalarına riayət etməyi vərdiş halına salana qədər daim işləmək lazımdır. Uşaqlar ana dilimizi, onun qrammatik quruluşunu, fonetik, leksik, morfoloji və sintaktik normalarını mükəmməl mənimsəməklə ətrafındakıların kimlər olduğunu dəqiq bilməsələr də, kiçiklərlə öz yaşıdı, özündən böyüklərlə böyük kimi danışmağı, fikrinin ifadəsində söz və ifadələri uğurla seçməyi bacarmalıdırlar. Məktəblilər müraciət edərkən təkcə müəllimə və ya qarşısındakı şəxsə "əziz müəllim", "hörmətli filankəs"-deməli yox, eləcə də sual verməyi, suala cavab verməyi, sağollaşmağı, üzrxahlıq və ya təşəkkür etməyi, yeri gələndə hal-əhval tutmağı öyrənməli, bunu adi həyat normasına çevirməlidirlər. Onlar sualın münasibliyini, vacibliyini götür-qoy etməyin, ölçülübiçili olmasının fərqinə varmalıdırlar. Sorğu-sual insanın insanlıq səviyyəsinin, dünyagörüşünün, bilik və məlumat dərəcəsinin aynasıdır. Sual vermə məqamına qədər diqqətli olmaq, söhbətin nədən getdiyini dəqiq bilmək zəruridir. Şagirdlərə öyrədilməlidir ki, sual söhbət gedən mövzudan olmaqla məntiqli, düşündürücü və öyrədici xarakter daşımalıdır. Müəllimə, lektora, məruzəçiyə, rəsmi yerlərdə isə müsahibə "Zəhmət olmasa deyin..", "Zəhmət olmasa başa salın", "Sizə belə bir sual vermək olarmı?", "Sizin şəxsi fikrinizi bilmək olarmı?"-və s. kimi sual-cavabdan sonra üzrxahlıq etmək, cavabın qaneedici olub-olmamasına baxmayaraq "Çox sağ olun", "Razı qaldım", "Təşəkkür edirəm", "Minnətdaram" kimi söz və ifadələr işlədilməlidir. Təbii ki, danışan, çıxış edən fikrinin şərhindən sonra "Diqqətinizə görə təĢəkkür edirəm", "Məni axıra qədər diqqətlə dinlədiyinizə görə sağ olun" deməyi unutmamalıdır. Bu hal auditoriyada, sinif otaqlarında, mühazirə salonunda baş vermişsə, müəllim (lektor, məruzəçi) sualın müqabilində "Sizi başa düşdüm", "Sualınız aydındır", "Sualınıza görə təşəkkür edirəm", "Çox yerində verilmiş sualdır", "Çalışaram, məsələyə aydınlıq gətirəm" və s. kimi nəzakətli ifadə və cümlələrlə dinləyicilərdə xoş təəssürat yaratmalıdır. Suallar sinfin və ya auditoriyanın səviyyəsinə uyğun olmalı, mövzudan kənara çıxmamalıdır, Sual sual xatirinə verilməməli, eləcə də hamının bildiyi sual səsləndirilməməlidir. Cavab verməli olan şəxs sualları nəzakət və razılıqla qarşılamalı, onlara öz münasibətini bildirməlidir. Hazırda biz televiziya verilişlərində aparıcı ilə müsahibə verən şəxslər arasında bu aspektdə gedən sual və cavabların şahidi oluruq. Müsahib "Sual yerində verilmişdir", "Yaxşı sualdır", "Düşündürücü sualdır", "Mən bu sualı gözləyirdim" -kimi fikrə münasibət bildirən ifadələrdən istifadə edərkən diskusiya xoş təəssürat yaradır. Sinifdə, auditoriyada dərs və ya məşğələ zamanı müəllim şagird və ya tələbələrin yerində, məqamında verilməyən bəsit suallarına da nəzakətlə, dözümlülük göstərməklə təmkinli cavab verməlidir. O, "Bu nə sualdır?", "Belə də sual olar?", "Sən onu da bilmirsən?", "Vaxtımızı almayın, əyləşin", "Mane olmayın, oturun!" və s. kimi ifadələr işlətməməlidir. Təəssüf ki, kobud ifadələr işlətməkdən çəkinməyən müəllimlər də vardır. Onlar "uşaqdır" deyə "Zəhləmi tökmə", "Başımı ağrıtma", "Açıl başımdan", "Sən belə şeyləri başa düşməzsən", "Səni başa salmaq çətindir", -deməklə öz "mədəni" səviyyəsini göstərirlər. Dinləmə zamanı tez-tez əsnəmək, saata baxmaq, laqeydliklə başı yelləmək, barmaqlarını əzişdirmək, telefonda mesajları nəzərdən keçirmək və s. kimi hallar da müəllimin sayğısızlığının nümayişidir. Yadda saxlamaq lazımdır ki, cavab vermək bacarığı insanın əsas keyfiyyətlərindəndir. Əlbəttə, suallara düzəliş də etmək olar. "Gərək bu sualı belə qoyaydınız", "Bəlkə soruşmaq istəyirsiniz ki…?", "Bu sualı bir az başqa şəkildə vermək olar" və s. kimi ifadələrlə müəllim qismən olsa da, gərginliyi azaltmış olar, düzgün qurulmayan, yaxıd müəllimi sınamaq məqsədilə verilən sualın yaratdığı xoş olmayan ovqatı tarazlamaq üçün "Fikrimi izah edə bildimmi?", "Mənimlə razısanmı?", "Razı qaldınızmı?", "Deyilənlərə etirazınız yoxdur ki?", "Cavabım sizi qane etdimi?", "Yoxsa fikrimi sizə çatdıra bilmədim?"-kimi cümlələrlə aradakı boşluğu doldura bilər. Uşaqlara dinləmə bacarığına yiyələnmənin müxtəlif üsulları da aşılanmalıdır. Onlara izah olunmalıdır ki, başqasına qulaq asmağa səbri çatmayan şəxs boş-boşuna dayanmamaq, oturmamaq xatirinə nə isə etməyə, lüzumsuz bir iş görməyə, yersiz replika atmağa, başqaları ilə gərəksiz danışığa girişir, beləliklə, söylənilən fikirləri lazımi dərəcədə nə özü dərk edir, nə də başqalarının mənimsəməsinə imkan verir. Uşaqlara başa salınmalıdır ki, danışmaq da, dinləmək də eyni dərəcədə mədəniyyətdir, insanın ümumi mədəniyyəti onun nitq mədəniyyətinin inkişafında əsas şərtdir. Müəllim şagirdlərə, tələbələrə dönə-dönə, yorulmadan danışıq etikasının nə olduğunu anlatmalı, yeri gəldikcə, görkəmli şəxsiyyətlərin, yazıçıların, siyasi xadimlərin fikirlərini diqqətə çatdırmalıdır. Ümumiyyətlə, müəllimin nitqi onun şəxsiyyətinin, mədəni səviyyəsinin, dünyagörüşünün tərkib hissəsi olmaqla nümunəvi danışığa, eləcə də, yazı mədəniyyətinə aparan bir yoldur, üsuldur. Müəllim şagirdlərə, tələbələrə, gələcəkdə vətənimizin layiqli gəncləri, vətəndaşı olacaq insanlara sözü qiymətləndirib seçmək, onun semantik mənasını anlamaq, hər ifadəni məqamında və düzgün işlətmək bacarığı aşılamalı, mədəni və savadlı nitqə yiyələnməkdə lazımlı vasitələr, yol və üsullar tapmaqda öz əməyini əsirgəməməlidir.


Yüklə 254,08 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin