166. Natiqin davranış qaydalarına aid olmayan variantı seçin: A) aşağı tonda danışmaq B) rəvan danışmaq C) mimikadan yerli-yerində istifadə etmək D) əl-qol hərəkətlərindən istifadə etmək E) təqlidi jestlərdən istifadə etmək
167. Natiq çıxış edəcəyi auditoriyanı necə seçir? Bunlardan biri yanlışdır: A) Natiq daha kiçik auditoriya seçir. B) Çıxış edəcəyi auditoriyaya getməli və şəraitlə tanış olmalıdır. C) Auditoriyanın həcmini öyrənməlidir. D) Auditoriyada mikrofonun olub-olmadığını öyrənməlidir. E) Natiqin çıxışı üçün lazım olan kürsünün zalın hansı hissəsində olduğunu müəyyən etməlidir.
168. Natiqin xarici görkəmi diqqətəlayiq olmalıdır. Xarici görkəmlə bağlı yanlış fikri seçin: A) Parlaq geyimlər geyinməlidir. B) Həddən artıq bəzək-düzək istifadə etməməlidir. C) Tez-tez saçına sığal çəkməməlidir. D) Tez-tez öskürməməlidir. E) Burnunu çəkməməlidir.
169. Natiq danışarkən geniş lüğət ehtiyatına malik olmalıdır. Natiqin söz ehtiyatının zəifliyindən xəbər verən amillərə aid olmayan variant hansıdır? A) sürətli danışmaq B) öksürmələr C) boğaz ağrıları D) məncə, belə ki ifadələrindən tez-tez istifadə E) gözünü kağızdan çəkə bilməmək
170. Natiqin çıxışında yol verməməli olduğu məsələlərdən biri yanlışdır: A) aydınlığa və yığcamlılığa B) ikimənalılığa C) uzunçuluğa D) anlaşılmazlığa E) qarışıq və anlaşılmaz terminlərdən istifadə etməyə
171. Nitq nə əsasında qurulmalıdır? A) ədəbi dilin normaları əsasında B) orfoepik norma əsasında C) fonetik norma əsasında D) yalnız leksik norma əsasında E) orfoqrafik norma əsasında
172. İstənilən çıxışda ən effektli əyani vasitə nədir? A) natiq
B) plakatlar
C) cədvəllər
D) filmlər E) videoçarxlar
173. Nitq zamanı səs mühüm rola malikdir. Səs çıxışın uğurlu olmasında mühüm rol oynayır. Səsin roluna aid olmayan variant hansıdır? A) dayanmadan, sürətli danışıq B) düzgün nəfəs almaq C) açıq səs rezonansı D) intonasiya E) fasilələr
174. Danışan və yazan şəxs öz fikirlərinin ifadəsində dil vasitələrindən məqsədəuyğun formada istifadə edir. Bu zaman natiqin nitqi .... olur. Nöqtələrin yerinə uyğun gəlməyən variant hansıdır? A) sürətli B) aydın C) dəqiq D) məntiqi E) düzgün