191. Azәrbaycan әdәbi dilinin publisistik üslubu haqqında verilәnlәrdәn biri sәhvdir: A) Ümumxalq dilindә gedәn proseslәr bu üsluba tәsir göstәrmir.
B) Kütlәvi yığıncaqlarda, mitinqlәrdә işlәnәn dil bu üslubun şifahi formasıdır.
C) Bu üslub müxtәlif emosiyaları ifadә edir.
D) Kütlәvi nitq forması olduğu üçün xalq dilinә çox yaxındır.
E) Bu üslubun sintaksisi danışıq dilinә yaxın olub, adi nitq intonasiyasını әks etdirir.
192. Doğru fikir hansıdır? A) Publisistik üslubun iki forması var.
B) Rәsmi işgüzar üslub üç yerә ayrılır.
C) Dәqiqlik vә konkretlik kimi xüsusiyyәtlәrinә görә rәsmiişgüzar üslub mәişәt üslubuna bәnzәyir.
D) Fәrdi üslubu mövcud ictimaitarixi şәrait yetişdirmir.
E) Sözün poetik funksiyası dedikdә, onun informativ vәzifәsi nәzәrdә tutulur.
193. Görüşmə etiketi olan sıranı seçin: A) Salam, xoş gördük, gün aydın
B) Mübarəkdir, xeyirli olsun, gözünüz aydın
C) Cənab, bəy, xanım
D) Xudahafiz, əlvida, Allah amanında
E) Səni yerə soxum, öləsən, başın batsın
194. Təqdimata hazırlaşan tələbəyə aid deyil: A) Ünsiyyət mədəniyyətinə yiyələnmir.
B) Mükəmməl nəticə çıxara bilir.
C) Fikir bölüşməyi bacarır.
D) Hazırladığı tədqiqat dəqiq olur.
E) Vaxtdan səmərəli istifadə edə bilir.
195. Təqdimatın əvvəlində etmək olmaz: A) istifadə edilən mənbələri qeyd etmək
B) dinləyiciləri salamlamaq
C) özünü təqdim etmək
D) təqdimatın mövzusunu diqqətə çatdırmaq
E) dinləyicilərdə təqdimata maraq yaratmaq
196. Təqdimat zamanı nəyi etmək olmaz? A) dinləyicilərə tərəf arxa çevirmək
B) auditoriyanın diqqətini cəlb etmək
C) mövzunun məqsəd və predmetini açıqlamaq
D) dinləyicilərin gözlərinə baxmaq
E) təqdimat sonunda dinləyicilərə təşəkkür etmək
197. Təqdimatın maraqsız olmağına səbəb ola bilər: A) təqdimatçının bir nöqtədə dayanmağı
B) yazı lövhəsindən istifadə
C) kiçik fasilələrdən istifadə
D) dinləyicilərə sual ünvanlamaq
E) işgüzar animasiyalardan istifadə etmək