III fəsil. Leksikoqrafiya: mənşəyi, nəyi öyrənir? .......................................
|
12
|
Nəticə ..............................................................................................................
|
16
|
Ədəbiyyat ........................................................................................................
|
17
|
GİRİŞ
Dilin leksik sistemini öyrənən şöbəyə leksikologiya deyilir. Leksikologiya termini yunan mənşəli olub, “sözlər” mənasını bildirən lexikos və “təlim”, “nəzəriyyə” anlayışı ifadə edən logos vahidlərinin birləşməsindən əmələ gəlmişdir.
Leksikologiya şöbəsinin mövzu dairəsi hələ də mübahisəlidir. Konkret olaraq leksikologiyanın nədən bəhs etməsi, nələri əhatə etməsi dilçilər tərəfindən müxtəlif şəkildə şərh olunur.
Dilçiliyin tarixindən məlum olur ki, bu və ya başqa dilin leksik vahidlərinin nəzəri-leksikoloji aspektdə tədqiqinə əvvəllər bir o qədər əhəmiyyət verilməmişdir. Buna görə də son zamanlara qədər bu şöbə nisbətən zəif inkişaf etmişdir. Ümumiyyətlə, leksikologiya məsələlərinə, əsasən, leksikoqrafiya işlərində bu və ya digər münasibətlə toxunulmuşdur.
Leksikologiya problemləri müasir dilçiliyin də ən aktual məsələlərinə çevrilmişdir. Bu məsələlərə xüsusilə XX əsr dilçiliyində daha çox fikir verilmiş və böyük tədqiqat işləri aparılmışdır.
Dostları ilə paylaş: |