48
- kapital ixracatçısı, kreditor, zəmanət və borcverən kimi
dövlətin beynəlxalq iqtisadi münasibətlərdə bilavasitə iştirakı;
- normativ aktlar və nəzarət orqanları vasitəsilə xarici iq-
tisadi əməliyyatların reqlamentləşdirilməsi.
Tədiyyə balansında kəsiri olan ölkələr əmtəə ixracının sti-
mullaşdırılması, idxalatın məhdudlaşdırılması, xarici kapitalın
cəlb
edilməsi, kapital ixracının məhdudlaşdırılması
məqsədilə
aşağıdakı tədbirləri həyata keçirirlər:
- deflyasiya siyasəti;
- valyuta məhdudiyyətləri;
- maliyyə və pul-kredit siyasəti;
- dövlətin xüsusi tədbirləri.
Dostları ilə paylaş: