55
mln. ABŞ dollarlığı isə ARDNŞ və ölkənin digər müəssisələri
tərəfındən xaricə göndərilmişdir. Bu isə öz növbəsində keçən
ilin müvafiq dövrünün ixracından 17,0 mln. ABŞ dolları çox-
dur. Bu isə ölkəyə idxal olunan təbii qazın
dəyərinin ödənil-
məsi üçün
ARDNŞ tərəfındən ixrac olunmuş xam neftin art-
ması ilə bağlıdır.
Ölkənin digər strateji məhsulu olan pambıq ixracının də-
yər həcmi 2001-ci ilin müvafıq dövrunə nisbətən 5,8 mln. ABŞ
dolları artaraq 13,8 mln. ABŞ dolları təşkil etmişdir. Bunun da
ə
sas səbəbi ixrac olunmuş pambığın miqdarının 8,9 min ton
artmasıdır. 2002-ci ilin 9 ayı ərzində respublikadan 36,8 mln.
ABŞ dollarlıq kimya məhsulları, 34,7 mln. ABŞ dollarlıq ma-
ş
ınqayırma məhsulları da xarici ölkələrə ixrac olunmuşdur.
İ
dxal. Fiziki şəxslərin çarter
hava reysləri və avtomobil
nəqliyyatı ilə məkik idxalını (239,7 mln. ABŞ dolları) və hu-
manitar malları (28,2 mln. ABŞ dolları) nəzərə almaqla 2002-ci
ilin 9 ayı ərzində respublikaya 548,3 mln ABŞ dollarlıq xalq is-
tehlak malları gətirilmişdir. Bunun da 46,0 %-i, yeni 252,4
mln. ABŞ dollarlığı ərzaq məhsullarının payına düşür. İdxalın
strukturunda investisiya yönümlü maşın-avadanlıqların və mal-
lara xüsusi çəkisi keçən ilin müvafıq dövrü ilə müqayisədə
50,5% artaraq 27,3 %-ə çatmış və 343,2 mln. ABŞ dolları məb-
ləğində olmuşdur. Bunun da əsas
səbəbi beynəlxalq neft kon-
traktları çərçivəsində ölkəyə cəlb olunmuş investisıyaların artım
ilə əlaqədar idxalın çoxalmasıdır. Bundan başqa cari ilin 9 ayı ər-
zində respublikaya 160,8 mln. ABŞ dollarlıq təbii qaz və ümumi
məbləği 170,8 mln. ABŞ dollarına bərabər olan istehsal təyinatlı
kimya, qara və əlvan metal məhsullan da gətirilmişdir. Bütöv-
lükdə, keçən ilin 9 ayı ilə müqayisədə qaz idxalına sərf olunmuş
məbləğ nəzərə alınmadan, idxalın ümumi həcmi 141,5 mln. ABŞ
dolları məbləğində artmışdı. Bu isə əsas etibarı ilə ölkəyə idxal
olunan investisiya yönümlü malların artımı ilə əlaqədardır.
Xarici ticarətin 22,4%-i
MDB-yə üzv olan dövlətlərin,
77,6%-i isə digər xarici dövlətlərin payına düşür. Respublika-
56
mız əmtəə mübadiləsində İtaliya, Rusiya, Türkiyə, Fransa, İran,
Türkmənistan, ABŞ, İsrail, Qazaxıstan və Almaniya ilə daha
intensiv ticarət əlaqələri yaratmışdır.
Bütövlükdə Azərbaycan
Respublikasının idxal-ixrac əməliyyatlarının 76,5%-i yuxarıda adı
çəkilən əsas tərəf müqabilləri olan 10 dövlət ilə aparılmışdır.
Dostları ilə paylaş: