Azərbaycan döVLƏT İQTİsad univers



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix01.12.2022
ölçüsü0,89 Mb.
#71739
1   ...   15   16   17   18   19   20   21   22   ...   35
valyuta

3.3. İnkişaf etməkdə olan ölkələrin tədiyyə balansı 
İ
nkişaf etməkdə olan ölkələrin tədiyyə balanslarını təhlil 
edərkən bu ölkələri iki qrupa bölmək lazım gəlir: 
- neft idxal edən ölkələr; 
- neft ixrac edən ölkələr (Səudiyyə Ərəbistanı, İran, İraq, 
Qətər, Küveyt, Liviya, Əlcəzair, Nigeriya, Venesuela, İndone-
ziya, Ekvador, Qabon və Birləşmiş Ərəb Əmirlikləri (OPEK 
üzvləri). 
Neft idxal edən ölkələrin tədiyyə balanslarında kəsir xro-
niki hal almışdır. Bu kəsrin səbəbləri aşağıdakılardır: 
- iqtisadi inkişafın qeyri-müstəqil formaları; 
- ümumi iqtisadi gerilik; 
- beynəlxalq əmək bölgüsündə bərabər iştirakın təmin 
edilməməsi; 
- əmtəə-pul münasibətlərinin inkişaf səviyyəsinin aşağı 
olması. Bu ölkələrin ticarət balansındakı kəsir də həmin amil-
lərin təsiri altında formalaşır. 
Neft ixrac edən inkişaf etməkdə olan ölkələrin tədiyyə 
balanslarında dayanıqlıq azdır. Bu ölkələrin neft ixracından bö-
yük valyuta gəlirləri olur. Həmin gəlirlər, bir qayda olaraq, 
ə
halinin həyat səviyyəsinin yüksəlməsini şərtləndirir. Bununla 
belə, həmin ölkələr böyük qızıl-valyuta ehtiyatının istifadəsin-
də geniş imkanlara malik deyillər. Belə ki, iqtisadiyyatın digər 
sahələrində ahəngdar inkişafının təmin olunması bir sıra iq-
tisadi və texnoloji çətinliklərlə əlaqədardır. Ölkə iqlisadiyya-


52
tının ümumi miqyasda tarazlı inkişafi həmçinin «görülmə» əmə-
liyyatlar balansının (nəqliyyat, sığorta, mənfəətin xaricə köçü-
rülməsi, investisiyadan mənfəət və s.) vəziyyətində də əks olunur. 
Son dövrlərdə neft ixracatçıları olan ölkələr qızıl-valyuta 
ehtiyatından istifadə edərək, müəyyən irəliləyişə nail olmuşlar. 
Məsələn, Səudiyyə Ərəbistanı turizm üzrə böyük müsbət saldo-
ya malikdir. Neft ixracatçıları olan ölkələrin tədiyyə balansının 
vəziyyəti dünya bazarında neftə olan tələbdən və neftin qiymə-
tindən bilavasitə asılıdır. Neftin qiyməti artdıqda əsas neft ixra-
catçıları sayılan, inkişaf etməkdə olan ölkələrin sənaye cəhət-
dən inkişaf etmiş ölkələrin banklarındakı pul vəsaitlərinin miq-
darı artır. Əksinə, dünya bazarında neftin qiyməti aşağı düş-
dükdə, neft ixrac edən ölkələr öz pul vəsaitlərinin əhəmiyyətli 
hissəsini həmin banklardan götünəyə məcbur olurlar. Bu isə bir 
çox ölkələrin tədiyyə balanslarında tarazlığı pozur və beynəlxalq 
maliyyə bazarında gərginliyin səbəblərindən birinə çevrilir. 
Dünya təsərrüfatı ilə əlaqələr və borclarına müasir dünya-
da güclənınəkdə olan və heç də birmənalı qarşılanmayan qlo-
ballaşma meyilləri, dünya təsərrüfatı ilə əlaqələrə daha dərin-
dən nüfuz edərək, tarazlaşdırılmış qərarlar qəbul etməyi tələb 
edir. Bu baxımdan borclanma zamanı bütün əsas amilləri nəzə-
rə alaraq fəaliyyət variantlarının qiymətləndirilməsi xüsusi əhə-
miyyət kəsb edir. Başlıca meyar isə, əlbəttə, iqtisadi fəallığın 
dəstəklənməsi üçün əlverişli şərait yaratmaqdır. 
Milli iqtisadiyyatın xarici kapitala tələbatını müəyyənləş-
dirərkən tədiyyə balansında ciddi problem yaratmadan ölkənin 
xidmət edə biləcəyi xarici borcunu nəzərə almaq lazım gəlir. 
İ
qtisadi təhlükəsizlik problemi borclanma prosesindən ay-
rı deyildir. Milli iqtisadiyyatın dünya təsərrüfatı ilə əlaqələri 
genişləndikcə onun müstəqil fəaliyyətinə nail olmaq daha bö-
yük hazırlıq və çevik yanaşma tələb olunur. 
Dövlət xarici borclarının yuxarı həddi, ölkənin dönərli 
valyuta ilə qaytarmalı olduğu məbləğ dünya təsərrüfatı ilə in-
teqrasiya prosesinin səmərəliliyini şərtləndirən mühüm para-


53
metrdir. Başqa sözlə, özlüyündə xarici borc deyil, onun həddən 
çoxluğu ciddi narahatlığa səbəb ola bilər. 
Dövlət borc böhranı səviyyəsini müəyyənləşdirməyi, 
borclanma və xarici investisiyalar arasında nisbətlərin tənzim-
lənməsini nəzərdə tutur. Böhran səviyyəsi borcların ixracatın 
artım tempinə və ya ÜDM-in həcminə nisbətən hesablanaraq 
qiymətləndirilə bilər. Əlbəttə, bu balda ixracatın həcmi və bor-
ca xidmət imkanları müqayisəli təhlil edilir. 
Borclanma və iqtisadi təhlükəsizlik məsələləri öyrənilər-
kən, onun mənbələrinə fərqli yanaşma olmalıdır, məlumdur ki, 
borcların tədiyyə balansına təsiri daha böyükdür. 
Qeyd edək ki, son illər xarici borcların ÜDM-də xüsusi 
çəkisinin azalması meyili müşahidə olunur. 
Azərbaycan Respublikasında tədiyyə balansının işlənmə-
sinin ilkin cəhdləri 90-cı illərin əvvəllərindən başlamışdır. Bir 
neçə il ərzində informasiya təminatı problemləri və cari meto-
doloji məsələlər həll edilərək, tədiyyə balansının tərtibi prosesi 
lazımi səviyyədə təmin olunmuşdur. 
Ölkənin valyuta daxilolmalarının mənbələri əsasən neft 
və neft məhsullarının ixracıdır. Ölkəmizin xarici ticarət part-
nyorları içərisində yaxın qonşularımız, bir sıra Qərbi Avropa 
ölkələri və əlbəttə bəzi MDB ölkələrıni qeyd etmək lazımdır. 
Rusiya ilə xarici ticarətin intensivliyi kifayət qədər yüksəkdir. 
Müstəqilliyin on ili ərzində ixracın strukturunda müsbət də-
yişikliklər baş vermişdir. Xəzərin karbohidrogen ehtiyatlarının 
tənzimsənməsində, neft və neft məhsullarının ixracında irəlilə-
yişlərlə yanaşı, ixrac yönümlü qeyri-neft sektorlarında isteh-
salın tempi və miqyası stimullaşdırılmışdır. 
Xarici ticarət balansı 1995-ci ildə 373,1 milyon dollar
1996-ci ildə 693,9 milyon dollar, 1997-ci ildə 566,9 milyon 
dollar, 1998-ci ildə 1046,2 milyon dollar, 1999-cu ildə 408,2 
milyon dollar və 2000-ci ildə 319,2 milyon dollar mənfi saldo 
ilə icra olunmuşdur, 2001-ci ilin doqquz ayının yekunlarına 


54
görə isə bu balans 533,9 milyon dollar müsbət saldo ilə icra 
olunmuşdur. 
1995-2000-ci illər üzrə Azərbaycanın tədiyyə balansının 
xidmətlər balansı daim kəsir ilə icra olunmuşdur. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin