Azərbaycan döVLƏT İQTİsad univers



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix01.12.2022
ölçüsü0,89 Mb.
#71739
1   ...   14   15   16   17   18   19   20   21   ...   35
valyuta

Deflyasiya siyasəti daxili tələbin azaldılmasına, qiymət-
lərin və əməkhaqqının dondurulmasına, mülki məqsədlərə büd-
cə məsrəflərinin məhdudlaşdırılmasına yönəldilmişdir. Deflya-
siya siyasətinin əsas məqsədləri aşağıdakılardır: 
- Mərkəzi Bankın ucot dərəcələrinin dəyişdirilməsi; 
- kreditə məhdudiyyət; 
- pul kütləsinin artımına hədd qoyulması. Deflyasiya-ix-
racın stimullaşdırılması və əmtəə idxalının məhdudlaşdırılması 
üçün milli valyuta məzənnəsinin aşağı salınmasıdır. Lakin tə-
diyyə balansının tənzimlənməsində devalvasiyanın rolu birmə-
nalı deyildir, ümumi iqtisadi və maliyyə siyasətindən asılıdır. 
Devalvasiya tədiyyə balansının kəsirinin aradan qaldırıl-
masının müvəqqəti üsuludur. Onun mənfı nəticələrinə aşağı-
dakılar aid edilir: 
- daxili əmtəələrin istehsal xərclərinin artması; 
- xarici bazarda rəqabət imkanlarının azalması. Devalva-
siya ölçüsünün müəyyən edilməsi mühüm əhəmiyyətə malik-
dir. Bu ölçünü əldə etmək üçün bir çox ölkələrdə valyuta mə-
zənnələrinin tərəddüd etməsi rejimi tətbiq olunur. Bu isə idxal 
və ixrac mallarının qiymətləri nisbətini dəyişməsinin mənfı tə-
sirini azaldır. 


49
Valyuta məhdudiyyəti dedikdə, əmtəə ixraclarının əldə 
etdiyi valyuta həcminin məhdudlaşdırılması və valyuta əməliy-
yatlarının Mərkəzi Bankda cəmləşməsi yolu ilə kapital ixracı-
nın məhdudlaşdırılması, onun ölkəyə axının stimullaşdırılması 
və əmtəə idxalına hədd qoyulması başa düşülür. 
Tədiyyə balansının kəsirinin azaldılması üçün maliyyə və 
pul-kredit siyasəti tədbirlərinə aşağıdakılar aiddir: 
- əmtəə ixracçılarına büdcədən maliyyə yardımı; 
- idxal kömrüyünün artırılması; 
- qiymətli kağızların xarici sahiblərinə ödənilən faizlərə 
verginin ləğv olunması və bununla da ölkəyə xarici kapitalın 
axınının stimullaşdırılması. 
Tədiyyə balansının əsas maddələrinin (ticarət balansı, 
xidmət və qeyri-kommersiya ödəmələri balansı) görünməz 
ə
məliyyatlar kapitalın hərəkəti) formalaşması gedişində dövlət 
tərəfindən xüsusi təsir tədbirləri görülür: 
a) tənzimlənmənin vacib obyekti ticarət balansı olduğun-
dan, ixracın stimullaşdırılması üçün qiymətlərə təsir edilir. Bu-
nun üçün ixracçılara maliyyə yardımı göstərilir, vergi və kredit 
güzəştləri edilir. İxracın dövlət tənzimlənməsi əmtəənin hərə-
kətinin bütün mərhələlərini əhatə edir (xarici bazarın öyrənil-
məsi, əmtəə ixracı, ixracdan sonrakı xidmət və s.); 
b) görünməz əməliyyatlar üzrə ödəmə və daxilolmaların 
tənzimlənməsi zamanı aşağıdakı tədbirlər görülür: 
- turistlər tərəfindən ölkədən valyuta çıxarılması nor-
masına məhdudiyyət qoyulması; 
- xarici turistlərin cəlb edilməsi üçün turizm infrastruk-
turunun yaradılmasında dövlətin birbaşa və dolayı iştirakı; 
- patent, lisenziya və s. daxilolmalarının artırılması məq-
sədilə elmi-tədqiqat işlərinə dövlət məsrəflərinin artırılması; 
- xarici fəhlələrə pul köçürmələrini azaltmaq üçün ölkəyə 
xarici işçi qüvvəsinin gəlməsinə məhdudiyyət qoyulması; 
c) kapitalın hərəkətinin tənzimlənməsi bir tərəfdən milli 
inhisarların xarici iqtisadi ekspatisiyasının stimullaşdırılması-


50
na, digər tərəfdən xarici kapitalın stimullaşdırılması və milli 
kapitalın ölkəyə qaytarılması yolu ilə tədiyyə balansının taraz-
laşdırılmasına yönəldilmişdir. Bu zaman dövlət investisiyalar 
üzrə kommersiya sığortasına zəmanət verir. Aktiv saldo həd-
dindən artıq yüksək olduqda və bu arzuedilməz hesab edildik-
də, bu istiqamətdə müvafiq tədbirlər görülür. O, cümlədən, 
valyuta revalvasiya oluna bilər. 
Təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsi nəticəsində tə-
diyyə balansının beynəlxalq tənzimlənməsi zərurəti meydana 
milli valyutanın faktiki kursunun yüksəldilməsidir və ya rəsmi 
qızıl məzmununun artırılmasıdır. 
Belə ki, hazırda ölkə iqtisadiyyatı xarici təsirlərə daha 
çox məruz qalır. Tədiyyə balansının beynəlxalq tənzimlənməsi 
vasitələrinə aşağıdakılar aid edilir: 
- ixrac və cəlb edilən kreditlərin şərtlərinin razılaşdırılması; 
- mərkəzi banklar arasında qarşılıqlı, qısamüddətli kredit-
lər (svop razılaşması) verilməsi; 
- beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarının kre-
ditlərindən istifadə olunması. 
C.M.Keyns «bazar avtomatizmini» yararsız hesab edərək, 
tədiyyə balansını dövlət tənzimlənməsi vasitəsilə tarazlaşdırıl-
masını tövsiyə edir. C.M.Keyns tədiyyə balansının tarazlığı 
problemini dövlətin iqtisadi siyasət məsələlərindən biri hesab 
edir. Bu tarazlaşdırına iqtisadi inkişaf və məşğulluğun təmina-
tına yönəlmişdir. Bu məqsədlə xərclərin səviyyəsi (məsələn, 
vergi, faiz norması və s.) tənzimlənməlidir. 
Tədiyyə balansının tənzimlənməsinin monetarist nəzəriy-
yəsinə görə balansdakı qeyri-tarazlığı pul təsərrüfatındakı kə-
narlaşmalarla əlaqədardır. Bu isə, tələb və təklif arasında taraz-
lığa mane olur və daxili qiymətlərin quruluşunu təhrif edir. 
Sənaye cəhətdən inkişaf etmiş ölkələrin tədiyyə balansla-
rının fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada xarici 
investisiyalardan, xaricə verilən kreditlərdən və xidmətlərdən 
daxil onların xüsusi çəkisi böyükdür. Bu ölkələrin valyuta 


51
xərcləri də böyük xüsusi çəkiyə malikdir ki, bu da kapital ixra-
cı, xaricə borclar verilməsi və s. ilə əlaqədardır. Sənaye cəhət-
dən inkişaf etmiş ölkələrin xaricə yönələn dövlət xərcləri, onla-
rın xaricdən daxil olan gəlirlərini üstələyə bilir. Bu əsasən 
nüfuz dairələri və bazarlar uğrunda aparılan mübarizə, rəqabət 
tədbirlərinin nəticəsidir. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin