Mövzu 3:Hüceyrənin turqor təyziqi. Plazmoliz və deplazmoliz.
Plastidlər və piqmentlər.
1. Hüceyrənin turqor təyziqi. Plazmoliz və deplazmoliz.
Canlı hüceyrənin əsasını təşkil edən sitoplazma suda həll olan bir sıra maddələr üçün yarımkeçirici pərdə rolunu oynayır. Ona görə də hüceyrə şirəsində olan maddələr hüceyrə daxilində qalaraq xaricə çıxmır. Protoplazmanın hüceyrə şirəsində həll olan maddələrin keçirmədiyini isbat etmək üçün hüceyrə şirəsi rəngli olan hüceyrələri qatı saxaroza məhluluna salib, ona mikroskopla baxdıqda hüceyrələrin əvvəlcə bir qədər kicildiyini, sonra isə sitoplazmanın hüceyrənin qılafından ayrıldığını görəciyik.
Bir müddətdən sonra sitoplazma qılafdan tamam ayrılaraq hüceyrə daxilində kürəşəklini alır. Bu zaman qılafla sitoplazma arasında əmələ gələn boşluğa məhlul dolur.
Protoplazmanın qılafdan ayrılması prosesinə plazmoliz deyilir.
Hüceyrələr suya salındıqda şişib, gərgin vəziyyət alır. Hüceyrənin belə gərgin vəziyyətinə turqor deyilir.
Ümumiyyətlə hüceyrələr normal turqor halında olurlar. Bizə məlum olan osmos qanuna əsasən maddələr qatılığı az olan məhluldan qatılığı yüksək olan məhlula tərəf hərəkət edirlər. Məhz buna görə də hüceyrənin protoplazması yarımkeçirici xassəyə malik olduğu ücün hüceyrəni suya saldıqda hüceyrə şirəsinin qatılığı yüksək olduğundan o suyu xaricdən sorur. Bunun nəticəsində hüceyrə şişib gərgin vəziyyətdə olur, yəni turqor vəziyyəti alır.
Bitki hüceyrələrini qatı məhlula saldıqda isə xaricdəki məhlulların sorucu qüvvəsi hüceyrə şirəsinin sorucu qüvvəsindən yüksək olduğu ücün hüceyrə şirəsinin tərkibində olan su vakualından xaric olur ki, bunun nəticəsində hüceyrə əvvəlcə bir qədər kiçilir, sonra isə protoplazma hüceyrənin qılafından ayrılaraq yığılmağa başlayır. Yəni plazmoliz hadisəsi baş verir. Hüceyrədə tam plazmoliz hadisəsi birdən-birə əmələ gəlmir.
Beləki, qatı məhlula salınmış hüceyrədə əvvəlcə sitoplazmanın müəyyən hissələri qılafdan ayrılır və sitoplazmanın səthində çökəklər əmələ gəlir, bəzi yerlərdə isə sitoplazma hələ qılafla birləmiş halda olur ki, belə plazmolizə çöküntülü plazmoliz deyilir. Bir müddətdən sonra protoplazmanın bəzi yerlərində qılafla birləşmiş hisələridə qılafdan ayrılır və sitoplazma hüceyrənin mərkəzində kürəşəklini alır. Plasmolizin bu formasına qabarıq plazmoliz deyilir.
Plazmoliz halında olan hüceyrələri suya saldıqda hüceyrə öz əvvəlki vəziyyətini alır ki, məhz bu hadisə deplazmoliz adlanır.
Beləliklə plazmoliz hadisəsinin öyrənilməsi bitki hüceyrələrinə xarakterik olan bir sira xüsusiyyətlərin aydınlaşdırılmasında böyük əhəmiyyəti vardır.
Birincisi–plazmoliz hüceyrənin canlı və cansız olmasını müəyyənləşdirir. Çunki plazmoliz ancaq canlı hüceyrəyə məxsusdur. Cansız hüceyrələrdə plazmoliz və deplazmoliz hadisəsi təsadüf edilmir.
Dostları ilə paylaş: |