Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti b e. n. Mirzəyev G. S



Yüklə 1,54 Mb.
səhifə4/7
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#37079
1   2   3   4   5   6   7
an. müh3

-Xloroplastlar-yaşıl rəngli plastidlər .

-Xromoplastidlər-qırmızı, narıncı, sarı rəngli plastidlər:

-Leykoplastidlər-rəngsiz plastidlər

-Xloroplastlar-bitkilərdə adətən dənəciklər şəkilində olub, hər biri xlorofil dənəsi adlanır. Xloroplastlar bitkilərin ifrazedici və floemadakı üzvü maddələri nəql edən hüceyrələrdən başqa yerüstü hissəsinin əksər hüceyrələrində rast gəlinir. Xloroplastlar əksər hallarda dairəvi və oval formada olur. Hüceyrədə xlorofil dənəciklərinin miqdarı sabit olmayıb, şəraitdən asılı olaraq dəyişə bilər. Onların diametri orta hesabla 4-6mkm, qalınlığı isə 1-3mkm-dır. Hüceyrədə xloroplastların sayı 15-50-yə çata bilər. Xloroplastların hüceyrədə miqdarı onun ölçüsündən də asılıdır.

Xloroplastların ölçüsü və forması həmçinin mühit şəraitindən asılı olaraq dəyişir. Belə ki, işıq sevən bitkilərdə xloroplastlar kölgədə olanlara nisbətən daha iri, tərkibində xlorofil dənələri də çox olur.

Xloroplastların elektron mikroskopunda tədqiqi göstərmişdir ki, onlar xaricdən 2-qat membranla örtülmüşdür. Həmin membran plastidinin əsas maddəsi-matkrisi, yaxud stromanı hialoplazmadan ayırır. Xloroplastların stromasının daxilində xırda yaşıl dənələr aşkar edilmişdir ki, bu dənələrə qranlar deyilir. Hər bir qran öz növbəsində yastı disklər yığımından ibarətdir ki, onlara tilakoidlər deyilir. Tilakoidlər bir-birinə lamella adlanan telşəkilli atmalarla birləşir. Hər bir qranda tilakoidin sayı bir necə ədədən 50-ə qədər, bəzən isə daha çox olur. Xloroplastlarda qranları sayı isə 40-60-dək olur(Şəkil 1).

Şəkil 1.Xloroplastin (a), leykoplastin (b) və xromoplastin (c) quruluşu

1 -xarici membran, 2 -daxili membran, 3 –matriks (stroma), 4 –stromanın lamellası, 5 –qranlar, 6 –tilakoid, 7 –nişasta dənələri, 8 –piqmentli yağ damlaları

Kimyəvi tərkibi etibarı ilə xloroplastlar sitoplazmadan fərqlənirlər. Belə ki, xloroplastların quru çəkilərinin 20-40%-ni lipoidlər təşkil etdiyi halda sitoplazmanın tərkibində 2-3% lipoid olur.

Xloroplastın strukturasının əsasını zülallar (quru çəkilərinin-50%-ni) xlorofil (5-10%-ni) və karotinoidlər (1-2%-ni) təşkil edir. Xloroplastların tərkibində 0,5-3,5%-ə qədər ribonuklein turşusu (RNT) və nisbətən az miqdarda dezok siribonuklein turşusu (DNT) vardır. Xloroplastın 75% -su təşkil edir. Xlorofil dənələrinin stromasında 4-piqment vardır:

-tünd yaşıl –xlorofil “a”

-aciq yaşıl –xlorofil “b”

-narıncı-karotin

- sarı-ksantofil

Xlorofilin əsas xususiyyətlərindən biri onun üzvü maddələrin əmələ gəlməsində iştirak etməsidir. Belə ki, xlorofil dənələri üzərinə düşən günəş şüalarını udaraq onu kimyəvi enerjiyə çevirir. Bu enerji qeyri-uzvi maddələrdən karbon qazını və sudan sulukarbonlu maddələrin əmələ gəlməsinə sərf olunur. Bu proses işıqda getdiyi ücün fotosintez prosesi adlanır.

Fotosintez prosesinin gedişi aşağıdakı sxemdə belə göstərmək olar.

6CO2 + 6H2O C6H12O 6 + 6O2

Fotosintez nəticəsində əmələ gəlmiş şəkər (heksoza) fermentin təsiri altında nolimerləşib nişastaya çevrilir.

n C6H12O6 (C6H10O5) n + nH2O

Fotosintez prosesinin mexanizmi aşağıdakı sxemdə ətraflı olaraq göstərilmişdir (Şəkil 2).

Şəkil 2. Fotosintez prosesinin ətraflı sxemi

Hazırda fotosintez prosesində 2 mərhələ ayırd edilir: işiq və qaranlıq mərhələləri. Fotosintezin işiq mərhələsi xlorofilin iştirakı ilə işıqda gedir. Qaranlıq fazası günəş şuasının iştirakı olmadan stromada (xloroplastın qişa membranlarını arasındakı sahə) gedir, alınan enerji fermentlərin və karbon qazının iştirakı ilə karbohidratların sintezinə sərf olunur.

Beləliklə xloroplastların əsas funksiyasından –qeyri-üzvü maddələrdən (karbon qazının və su) üzvü maddələr (karbohidratlar) sintezindən başqa, zülallar, lipidlər və bəzi vitaminlər sintez etmək funksiyası da vardır.

Xloroplastlar ikiyə bölünməklə coxalır.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin