Piqmentlər-bitki hüceyrəsinin əsasını təşkil edən maddələrdən biridir. Hüceyrə şirəsində olan piqmentlərdən antosian, antoxlor və antofeini göstərmək olar. Bitki hüceyrələrində ən cox yayılan piqment –antosiandır. Antosian qırmızı, göy, bənovşəyi rənglərində olur. Antosian suda və zəif spirtdə həll olur. Antosian kristal halında qırmızı-ət rəngli portağal və rəngli soğanda, həm hüceyrə şirəsində, həm də sitoplazmada rast olunur. Antosian bəzi bitkilərin yarpaqlarında (qırmızıkələmdə, beqoniyada) bəzən isə şirəli meyvələrdə (üzüm, albalı) olur. Antosianın əmələ gəlməsinə aşağı dərəcəli temperaturda qüvvətli işığın da təsiri də vardır. Ona görə də antosian ilə dağ və qütüb bitkiləri zəngin olur.
Antoxlor-bu antosiana yaxın olan piqmentdir. Hüceyrə şirəsinə sarı rəng verir. Antoxlor ən cox cicək yarpaqlarında olur. Antoxloru kristal halında georgin bitkisinin cicək yarpaqlarından almaq olar.
Antofein-bu tünd qonur rəngli piqmentdir. Buna da çiçək yarpaqlarında təsadüf olunur. Antosian çəhrayı, bənövşəyi, qara rəngli antofein isə açıq sarı rəngli yerkökündə olur.
Nəticə:Tələbələr mühazirə mətnini tam dərk etdikdən sonra bitki hüceyrəsinə aşağıda qeyd edilən bir sıra xüsusiyyətlərini fərqləndirməyi bacaracaqlar: hüceyrənin canlı qurluş səviyyəsinə, özlülük dərəcəsini, yarımkeçirici xassəsini və hüceyrə şirəsinin anatomik təzyiqini müəyyən etməyi.
Tələbələr eyni zamanda bitki hüceyrəsinin əsas orqanoidləri olan plastidlərin və piqmentlərin qurluş və funksiyalarını bilməklə təbiətdə baş verən fotosintez prosesinin mahiyyətini də tam dərk etmiş olacaqlar.