Xromoplastlar –bu plastid qırmızı, sarı, narıncı piqmentlərə malik olub, fotosintez prosesində iştirak etmir. Onların piqmentlərinə karotinoidlər deyilir. Hazırda 58-ə qədər karotinoidlər məlumdur. Xloroplastlardan fərqli olaraq daxili membran yoxdur, tilokoidlərinin sayı azdır, ölcüləri kicikdir və qabarıq deyil. Xromoplastlar xloroplastlardan və yaxud leykoplastlardan əmələ gəlir. Xromoplastlara bitkilərin müxtəlif orqan və toxumalarında təsadüf olunur. Onlar ən cox cicək orqanlarının hüceyrələrində - ləcək yarpaqlarında yetişmiş meyvələrdə, yer kökündə, limon, portağal qabığında və meyvə köklərində rast gəlinir.
Xromoplastlar müxtəlif formada dairəvi, oval, iynə və cubuq şəkilli olur. Xromoplastlarla zəngin olan meyvələr daha cox vitaminli olur. Xromoplastların stromalında nişasta, zülal və yağ damlalarına təsadüf olunur.
Karotinоidlərin tоplanma fоrmasına görə хrоmоplastlar müхtəlif- qlоbulyar, fibrilyar (bоru fоrmalı) və kristalik tiplərdə оlur. (şəkil 3).
Şəkil 3. Xromoplastlar: A –qlobulyar, B –fibrilyar, V –kristalik
1 –xarici membran; 2 –daxili membran; 3 –stroma; 4 –plastoqlobul; 5 –fibrillər; 6 -kristal
Xromoplastın həmcinin bioloji xüsusiyyətləri də aydın olmuşdur. Belə ki, onlar çiçəyi cox parlaq və müxtəlif rənglərə boyadığı ücün həşəratları onlar tərəfindən cəlb olunur ki, bu da tozlanmanın getməsini təmin edir. Meyvədə xromoplastlar olduqda heyvanların (quslarin) uzaq məsafədən onların görünməsinə səbəb olur. Bu da toxumun yayılmasını təmin edir.
Leykoplastlar –rəngsiz plastidlər olub özlərində ehtiyat qida maddələri toplayır. Leykoplastlar dairəvi, oval və çubuq şəkilində olur. Leykoplastlara bitkilərin rəngsiz orqanlarında təsadüf olunur. Onlara ən cox toxumlarda, yeraltı orqanlarda-kökdə, kökümsovda, soğanaqda, stolonların uclarındakı yeraltı gövdə yumrularında, törədici toxumalarda (meristemlərdə) təsadüf olunur.
Leykoplastlar digər plastidlərdən quruluş cəhətdən aşağıdakı əlamətlərinə görə fərqlənirlər:
1.daxili membranın zəif inkişafına;
2.nadir və tək-tək tilakoidlərin olmasına;
3.borucuqların və qovucuqların olmasına. Leykoplastların əsas funksiyası ehtiyat qida maddələrini və əsasən nişastanı toplamaqdır.
Dostları ilə paylaş: |