Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 463,22 Kb.
səhifə13/14
tarix02.01.2022
ölçüsü463,22 Kb.
#47823
1   ...   6   7   8   9   10   11   12   13   14
Abbasov-El-in

Nəticə və təkliflər

Azərbaycan Respublikası müstəqil olduğu dövrdən bəri bu günə qədər 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” sayəsində illərdir əsasən Xəzər dənizi və qismən quru ərazisindən çıxarılan neftdən gələn gəlir hesabına inkşaf etməkdədir. Ötən bu illər ərzində “analoqu olmayan iqtisadi inkşaf”ın təməlində neftin durması Azərbaycan Respublikasında qeyri-neft sektorunu nisbətən diqqətdən kənar saxlamışdır. Son illərdə isə Prezidentin verdiyi qərarlarla əsasən kənd təsəsrrüfatının inkşafının stimullaşdırılması üçün fəaliyyət aparılır. Burda əsas məqsəd qeyri- neft sektorunun bir qolunu inkşaf etdirməklə bərabər yeni iş yeerlərinin açılması , əhalinin rifah halının yaxşılaşdırılması və tükənən təbii resusrs olan neftdən asılılığı nisbətən azaltmaqdan ibarətdir. Bir çox inkşaf etməkdə olan ölkələr kimi Azərbaycanda da kənd təsərrüfatında əsas yeri əkinçilik tutmaqdadır. Çünki heyvandarlıq əkinçiliyə nisbətən daha çox vəsait tələb etdiyi və ölkəmizdə əkinçilik ənənlərinin daha güclü olması buna başqa bir səbəb kimi meydana çıxır . Respublikamızda kənd təsərrüfatında məhsulların istehsal sahəsi qənaətbəxş sayılsa da emal sahəsi bundan çox geri qalır. Bu da ixrac əhəmiyyətli məhsulların daha çox xammal formasında xarici ölkələrə satılmasını əlçatan edir. Halbuki , bu məhsullar emal olunaraq , dünya brendləri ilə rəqabətqabiliyyətli olmasa da müəyyən ixrac potensialına sahib ola bilər. Kənd təsərrüfatı nə qədər də bir çox ölkələrin ümumi daxili məhsulunda az paya sahib olsa da ahalinin ərzaq təhlükəsizliyi və artan tələbatının qarşılamaqda çox önəmli rol oynayır . Belə ki , Azərbaycan Respublikası da əksər ilkin zəruri ərzaq məhsulları başda olmaqla bir çox məhsulun daxili tələbatını ixrac malları hesabına ödəyir və bu mövqedə bir çox ölkələrdən bir növ asılı olmuş olur.Doğrudur ki , qlobal ticarət olmadan ölkələrin öz imkanları hesabına ayaqda qalması və inkşaf etməsi çox çətindir .Amma əldə olan potensiala baxılarsa ölkənin idxal həcmini azaltmaq üçün imkanları da mövcuddur. Elə bu sahədə də son dövrlərdə görülən tədbirlər , sahibkarlara olunan vergi və digər güzəştlərlə sahibkarlığın təşviqi və bununla bərabər kənd təsərrüfatının inkşafı məqsədilə görülmüşdür.



Göstərilən məlumatlara əsasən ölkədə bir çox sahədə özəlliklə də emal sferasının inkşafı üçün yetərincə resurs mövcuddur. Məsələn , Azərbaycanda əldə olunan pambıq və digər yüngül sənaye üçün xammal sayılacaq məhsulları emal edən , başqa sözlə bir tikiş müəsisəsi açmaq bu sahənin daha da səmərəli inkşafına yol açacaqdır .Azərbaycanda bu tip müəsisələrin yox səviyyəsində olmasını nəzərə alarsaq yerli sahibkarları bu yöündə stimullaşdırmaq və ya xarici investisiyanı cəlb etmək yüngül sənayenin inkşafı üçün önəmli addım olacaqdır . Yararsız halda olan torpaqlara müəyyən maddi vəsait cəlb etməklə onları əkinə yararlı hala gətirib əsasən düzən zonalarındakı bitkiçilikdən əldə olunan məhsul miqdarını artırmaq olar. Kiçik yerli təsərrüfatlarda əldə olunan məhsullara bazara çıxarmaqda çətinlik çəkən fermerlərə dövlət dəstəyinin bu iqtiqamətdə artırılması ümumi sahibkarları stimullaşdırmaq üçün ən güclü metod hesab oluna bilər. Çünki əhaliyə verilən güzəştli kreditlər və yaradılan digər imkanlar məhsul istehsal olunduqdan sonra daha çox ehtiyac duyulur. Dövlət tərəfindən göstərilən dəstəyə baxmayaraq son illərdə fərdi kənd təsərrüfatı sahiblərinin sayının azalması bu səbəbdən də qaynaqlanır. Kənd təsərrüfatına yönəldilən investisiyanın 2009-cu ildən bəri artması amma ayrı-ayrı faktorların eyni anda inkşaf göstərməməsini Kənd Təsərrüfatı Nazirliyi ilə əhali arasında qarşılıqlı əlaqənin zəif olmasından da qaynaqlanır. Belə ki , görülən tədbirlər digər ölkələrin və ümumdünya təcrübəsinə uyğun şəkildə görülən fəaliyyət toplamı ölkə əhalisinin ənənələri və cari şərtlərə də uyğunlaşdırılmalıdır. Son illərdə baş soğanın əkin sahəsində artımın olmamasına baxmayaraq ümumi əkilən baş soğanın həcmi artmaqdadır. Eyni tendensiya sarımsaq üçün də baş verirdi ki , bu il sarımsağın miqdarı artdığı və ümumi təklifin tələbi üstələdiyi üçün qiyməti azalmışdır. Bu hadisə də fermerlər üçün ziyan kimi qeydə alınmışdır. Eyni halın baş soğan üçün də baş verməməsi üçün gələcək dövrdə tələblə uyğunladırmaq bu halın qabağını almaq lazımdır. Cari dövrdə isə soğanın qiyməti heç də aşağı deyil. Beləliklə , bu verilən təkliflərdən başqa kənd təsərrüfatının hər ayrı qolu üçün görüləcək xeyli iş mövcuddur .

İstifadə edilmiş ədəbiyyatlar


  1. Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi” Bakı , Azərbaycan. 2016

  2. Eldar Allahyar oğlu Quliyev , “Aqrar iqtisadiyyat” , Ali məktəblər üçün dərslik , Bakı , Azərbaycan 2015, Kooperasiya nəşriyyatı

  3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi , Tahir Budaqov , “Azərbaycanın kənd təsərrüfatı” statistik məcmuə , Bakı Azərbaycan . 2017

  4. Bəyalı Ataşov , “Aqrar sahədə struktur və səmərəlilik problemləri” Bakı, Azərbaycan 2017

  5. Salahov S. V , Kənd Təsərrüfatının İqtisadiyyatı elmi – tədqiqat institutunun “Elmi əsərləri” , Bakı , Azərbaycan 2016

  6. K. B .Babayev , “Təbiətdən İstifadənin iqtisadi və ekoloji problemləri” Bakı , Azərbaycan 2011

  7. Uygun Aksoy, İsmet Boz, Həzi Eynalov, Yaqub Quliyev , “Azərbaycanda organik kənd təsərrüfatı”, Bakı 2018

  8. İsmət Abbasov , “Azərbaycan və dünya ölkələrinin kənd təsərrüfatı”, Bakı, Azərbaycan 2013

  9. Sadiq Lətifov, Mayıs Səfərov , “Azərbaycanda kənd təsərrüfatı kooperasiyası : problemlər və perspektivlər” Şəki, Azərbaycan 2013

  10. “Solutions for sustainable agriculture and food systems” Prepared by the Thematic Group on Sustainable Agriculture and Food Systems of the Sustainable Development Solutions Network , United Nations 2013


Yüklə 463,22 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin