Azərbaycan döVLƏT İQTİsad universiteti


 Lizinq  – Azərbaycanda vasitəçilik əməliyyatlarının ən



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix04.05.2023
ölçüsü0,51 Mb.
#107531
1   2   3   4   5   6   7
niymc999t-kurs-ic59fi

3. Lizinq 
– Azərbaycanda vasitəçilik əməliyyatlarının ən 
perspektivli istiqam
ətidir 
 
Lizinq bir maliyyə xidmətidir. Bir avadanlığın öz vəsaitlərilə və ya kreditlə satınalınmasına 
alternativ olaraq bir lizinq şirkəti tərəfindən satın alınaraq müəssisəyə orta və uzun 
müddətə istifadəyə (icarəyə) verilməsidir. 
Dünyada ən populyar lizinq sənaye avadanlığının, təyyarələrin, gəmilərin, hesablama 
texnikasının və cihazların lizinqidir. Avropada lizinq əməliyyatlarının mallar üzrə 
bölgüsünün təhlili göstərir ki, son illərdə lizinq üzrə minik və ya yük avtomobillərinin satışı 
sövdələşmələrin təxminən üçdə birini təşkil edir. Lizinq əməliyyatlarında sənaye 
avadanlığının payı 25%, yolnəqliyyat vasitələrinin payı 19%, kompüter və digər orqtexnika 
avadanlıqları 12% təşkil etmişdir. 
Azərbaycanda lizinqin inkişafını iki mərhələyə bölmək olar: 
1. 1994-
cü ildə Azərbaycanda “Lizinq xidməti haqqında” qanun qəbul edilmişdir. Bu qanun 
MDB 
məkanında ilk qanun idi. 2002-ci ilin sentyabr ayından etibarən ölkə Prezidentinin 
fərmanına əsasən lizinq əməliyyatlarının lisenziyalaşdırılması ləğv edilmişdir. Hal-hazırda 
Azərbaycan lizinq münasibətləri Mülki Məcəllə (38-ci maddə,747-751-ci maddələr) və Vergi 
Məcəlləsi ilə (140-cı maddə) tənzimlənir. 


1. 2003-
cü ildən başlayaraq lizinq portfelinin həcmi sürətlə artmağa başlamışdır. BMK 
Azərbaycanda 2003-cü ilin may ayından etibarən İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət 
Katibliyindən (SESO) aldığı maliyyə dəstəyi ilə Azərbaycanda Lizinqin İnkişafı Layihəsini 
həyata keçirməyə başlamışdır. SESO tərəfindən layihənin həyata keçirilməsinə 2005-ci ilin 
sonunadək 1,3 milyon dollar qrant ayrılması nəzərdə tutulmuşdur. 2008-ci ilə qədər 
portfelin həcmi 300 milyon dollara çatmışdır. Bu layihənin əsas məqsədi lizinq xidmətləri 
bazarının inkişafına, kiçik və orta sahibkarlığın maliyyələşdirilmə vasitəsi kimi lizinqdən daha 
geniş istifadənin həvəsləndirilməsindən, habelə ölkəmizin lizinq sektoruna xarici və daxili 
investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılmasından ibarətdir. 
Beynəlxalq Maliyyə Korporasiyası (IFS) tərəfindən Azərbaycanda Lizinqin İnkişafı Layihəsi 
çərçivəsində 2005-ci ildə Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) yaradılmışdır. 
ALŞA-nın tərkibinə 11 lizinq şirkəti daxildir. Assosiasiya 2008-ci ilədək aktiv surətdə 
fəaliyyət göstərmişdir. 2008-ci ildən sonra Azərbaycan lizinq sektorunda olduğu kimi 
assosiasiyasının fəaliyyətində də durğunluq hökm sürmüşdür. Təsadüfi deyildir ki, 
assosiasiyasının saytı sonuncu dəfə 2009-cu ildə yenilənmişdir. Hal-hazırda isə sayta 
ümumiyyətlə daxil olmaq mümkün deyildir. 
2010-
cu ildən lizinq şirkətlərindən fəaliyyətində yenidən canlanma müşahidə olunmuşdur. 
2009-
cu ilə nisbətən 2010-cu ildə ölkədə lizinq üzrə dövriyyədə artım müşahidə 
olunmuşdur. Lizinq üzrə dövriyyə 200 milyon AZN ötmüşdür. 
Mərkəzi Bankın 2013-cü ildə qəbul etdiyi qərara əsasən ölkədə fəaliyyət göstərən 
kommersiya bankları tərəfindən mağaza daxilində kredit verilməsinə qadağa 
qoyulmuşdur. Bu isə lizinq şirkətlərinin fəaliyyətinə “gün doğması”na səbəb oldu. Bu 
dönəmdə lizinqə konkret nəzarət edən orqanının olmaması, tənzimləyən qanunun 2003-cü 


ildən qüvvədən düşməsi, yəni mövcud qanunvericilikdə olan boşluq və lizinq şirkəti 
yaratmaq üçün əlavə heç bir lisenziyanın tələb olunmaması və prosesin sadəliyi bir çox 
sahibkarların lizinqə qarşı marağının artmasına səbəb oldu. Həmçinin ölkədə tikinti 
sektorunun inkişafı, bir çox imkanlı şəxslərin klinika biznesinə maraq göstərməsi, biznes 
lizinqi və tibb avadanlığı lizinqi məhsullarının inkişafına səbəb oldu. 
2013-
cü ildən etibarən, bir çox məişət texnikası mağazaları və avtosalonlar lizinq 
şirkətlərinə üz tutdular, bəziləri isə hətta özləri lizinq şirkətləri yaratdılar. Həmin il bazarda 
yaranan lizinq şirkətlərinin sayı sürətlə artaraq 22-dən 170-ə çatdı. Amma bu “sevinc” uzun 
sürmədi. 2014-cü ildə Vergilər Nazirliyi tərəfindən istehlak lizinqi xidməti göstərən şirkətlərə 
yazılı məktub formasında “Lizinq yolu ilə maşın almaq istəyən şəxslər öncə VÖEN 
açdırmalı və orada gəlirləri barədə bəyannamə təqdim etməlidirlər”-kimi xəbərdarlıq etdi. O 
dönəmdə istehlak lizinqi xidməti göstərən şirkətlər nə qədər bəyan etsələr də bu 
tövsiyyədir, heç bir qanuni əsası yoxdur, bu xəbərdarlıq istehlak lizinqi sahəsində fəaliyyət 
göstərən şirkətlərin demək olar ki sonu oldu və nəticədə avtosalonlarda lizinqin verilməsi 
prosesi dayandırıldı. 
2015-
ci ilin fevral və dekabr aylarında baş verən manatın devalvasiyası isə bir çox lizinq 
şirkətlərinin tamamilə süquta uğramasına gətirib çıxardı. Hal-hazırda bazarda fəaliyyət 
göstərən bir çox lizinq şirkəti hüquq, mühasibatlıq və problemli kreditlər şöbələrini 
saxlayaraq, yalnız yığımla məşğul olurlar. Aktiv lizinq fəaliyyəti göstərmirlər. 
Əfsuslar olsun ki, bu gün Azərbaycanın lizinq potensialından tam istifadə edilmir. Məsələn, 
inkişaf etməkdə olan ölkələrdə ÜDM-in ən azından 2,4%-ni, inkişaf etmiş ölkələrdə isə 
5%-ni lizinq sek
torunun payı təşkil etdiyi halda, bu göstərici Azərbaycanda 0,4%-dir. 
Dünyada böyük rol oynayan lizinqi Azərbaycanda necə inkişaf etdirmək olar və bunun üçün 
hansı işlər görülməlidir, Perspektivlər və Reallıqlar nələrdir? 

Lizinqin qanunverici bazası təkmilləşdirilməlidir. “Lizinq xidməti haqqında” qanun 
təkmilləşdirilərək təsdiq olunmalıdır. 

Lizinqi tənzimləyən konkret orqanın olmaması Azərbaycanda lizinq tətbiq olunmağa 
başlandığı zamandan bəri ən böyük problem olmuşdur. Maliyyə Bazarlarına Nəzarət 
Pala
tası yarandıqdan sonra bu problem aradan qalxmışdır. Lakin Maliyyə Bazarlarına 
Nəzarət Palatasının bu sahədə düzgün tənzimləmə tədbirləri həyata keçirməsi üçün 
Palatada lizinqi dərindən bilən şəxslərin olması vacibdir. Təəssüflər olsun ki, Azərbaycan 
bazar
ında isə belə şəxslərin sayı olduqca azdır. 

Bu gün Azərbaycan Qiymətli Kağızlar bazarında. Lizinq şirkətlərinin aktivliyi artırılmalıdır, 
lakin ilk növbədə onların bu bazarda effektiv fəaliyyət göstərməsi üçün dünya və ən əsası 
ölkə səviyyəsində Azərbaycan lizinq bazarının iştirakçılarının etibarlılığı formalaşdırılmalıdır. 
Əks halda heç bir hüquqi və ya fiziki şəxs lizinq şirkətlərinin bazara təqdim etdiyi qiymətli 
kağızlara maraq göstərməyəcəkdir. 

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası investisiya cəlbi işində öz aktiviyini artırmalıdır. 
Bu dönəmdə belə qurumların üzərinə çox iş düşür. Azərbaycan lizinq sektoruna maraqlı 
xarici investorlar axtarıb tapılaraq, ölkəyə cəlb olunmalıdırlar. Məsələn, Azərbaycan 
Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən öz üzvü olan təşkilatlar üçün bir ildən bir 
xüsusi tədbir olan “İnvestorlar Yarmarkası” təşkil olunur. Xarici əsilli bir çox Azərbaycan 
bazarına maraqlı banklar və investorlar AMFA təşkilatçılığı ilə ölkəyə təşrif buyururlar. Hər il 
ən azı 5-6 maliyyə qurumu bu tədbir sayəsində təşkilatı üçün xarici təşkilatlardan investisiya 
cəlbinə nail olurlar. Bir çox yerli təşkilatların AMFA-ya üzv olmasının əsas səbəblərindən 
biri, məhz, bu tədbirdir. ALŞA tərəfindən bu tip tədbirlərin təşkil olunması labüddür. Lizinq 
şirkətləri üçün xarici investorların əl çatan olması üçün tədbirlər görülməlidir. 



Kənd təsərrüfatı sahələrinə lizinq cəlbi intensivləşdirilməlidir. Aqrolizinq şirkəti bu gün dövlət 
büdcəsindən xeyli güzəştli maliyyələşmə əldə edir və cüzi faizlərlə və ya faizsiz texniki 
avadanlıqları kənd təsərrüfatı sahəsinin sahibkarlarına lizinqə verilməlidir ki bu prosses də 
düzgün qurulmur. Bu prossesə mütləq digər lizinq şirkətləri cəlb olunmalı və Aqrolizinqə 
verilmiş imtiyazlardan və güzəştli maliyyə vəsaitlərindən bəhrələnməlidirlər ki, rəqabət 
mühiti yarana və aqrar sahədə çalışan sahibkarlar da ehtiyac duyduqları avadanlıqları 
almaqda çətinlik çəkməyələr. 

Azərbaycan Sahibkarlar Kömək Milli Fonduna Dövlət büdcəsindən kifayət qədər maliyyə 
vəsaiti ayrılır. Həmçinin bu vəsaitin də lizinq şirkətləri vasitəsilə əhaliyə paylanması lizinq 
şirkətlərinə böyük dəstək ola bilər. 

Nəhayət ki, 2016-cı ildə idxal olunan lizinq obyektlərinə təyin olunan ƏDV ləğv olundu. 
Məlumdur ki, bir çox lizinq şirkətləri sırf ƏDV-yə görə banklarla rəqabətə girə bilmir, müştəri 
portfelləri banklar tərəfindən “udulurdu”. Bu qərarın qəbul olunması təqdirə layiqdir, 
lakin
mütləq şəkildə sürətli formada real sektorda tətbiq olunmalıdır.

Lizinqin maarifləndirilməsi işində qeyri hökumət təşkilatları və Maliyyə Bazarlarına Nəzarət 
Palatasının üzərinə çox yük düşür. Çünki Azərbaycan vətəndaşlarının bir çoxlarının lizinq 
mədəniyyəti hələ də, tam formalaşmamışdır. Əhali lizinqin mahiyyətini tam dərk etməmişdir. 
Hətta bir çox lizinq fəaliyyəti göstərən təşkilatlar belə lizinqi dərindən dərk edə bilməmişlər. 
Maarifləndirmə üçün xaricdən treynerlərin və biznes konsultantların dövlət dəstəyi ilə ölkəyə 
dəvət olunaraq ölkədə ödənişli və ya ödənişsiz təlimlər təşkil etməsi labüddür. 

Lizinqi inkişaf etdirmək və dünya səviyyəsinə qaldırmaq üçün yeni lizinq məhsullarının 
ölkəyə gətirilməsi əhəmiyyətlidir. İslam lizinqinin tətbiqi Azərbaycan lizinq sektorunun 
inkişafının yeni mərhələsi ola bilər. İslam lizinqinin yəni İcarənın ölkəyə gətirilməsi üçün ilk 
növbədə ixtisaslı kadrlar olmalıdır və əhalinin maarifləndirilməsi işi düzgün təşkil 
olunmalıdır. Yalnız bu işlər görüldükdən sonra bu yöndə vəsait cəlbi işinə start verilə bilər.
Ölkədə lizinqin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafına təkan verə bilər. Bu isə ilk 
növbədə daxili bazarın tələbatının ödənilməsinə və ixrac istiqamətli istehsalın 
stimullaşdırılmasına səbəb olar. 
 
ƏDƏBİYYAT 
1. Az
ərbaycan Respublikasının Mülki Məcəlləsi. 
2. Az
ərbaycan Respublikasının Vergi Məcəlləsi. 
3. Az
ərbaycan Respublikasının «Mərkəzi bankı haqqında» Qanunu. 
4. Az
ərbaycan Respublikasının «Banklar haqqında» Qanunu. 
5. Az
ərbaycan Respublikasının «Lizinq xidməti haqqında» Qanunu. 
6. Az
ərbaycan Respublikasının «Qiymətli kağızlar haqqında» 
Qanunu. 
7. Az
ərbaycan Respublikasının «Müəssisələr haqqında» Qanunu. 
8. Az
ərbaycan Respublikasının «Girov haqqında» Qanunu. 


9. Az
ərbaycan Respublikasının «İnvestisiya fəaliyyəti haqqında» 
Qanunu. 
10. Az
ərbaycan Respublikasının «Səhmdar cəmiyyəti haqqında» 
Qanunu. 
11. 
“Azərbaycan 2020: Gələcəyə Baxiş” İnkişaf Konsepsiyası. 
12. Az
ərbaycan Respublikası Hökuməti və Belarus Respublikası 
H
ökuməti 
aras
ında lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, 
iqtisadi v
ə 
t
əşkilati şəraitin yaradılması haqqında Saziş. 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin