AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə23/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

 
 
ƏDƏBĠYYAT 
 
1.
 
1.Azərbaycan Respublikasının Konstitutsiyası.- B: Azərnəşr,1995.-55 s. 
2.
 
Azərbaycan tarixi: 7 cilddə.VII cild.- B.,2003.-S.237 
3.
 
3.Azərbaycanda  kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırılması  haqqında  Azərbaycan 
Respublikası Prezidentinin sərəncamı.-Azərbaycan.-2007.-24 aprel.-S.1 
4.
 
Baxşəliyev  Zöhrab.  Azərbaycanda  kitabxana  işi  təşkilinin  hüququ  bazası.-
Kitabxanaşünaslıq və biblioqrafiya:elmi-nəzəri və təcrübi jurnal.-2002.-№1.-S.10-21. 
5.
 
Əliyev Heydər. Ədəbiyyatın yüksək borcu və amalı.-B.,1999.-S.420 
6.
 
Xələfov  Abuzər.  Kitabxanaşünaslığa  giriş:  III  hissə:  Kitabxana  işi  haqqında  təlim.- 
B., 2003.-310 s. 
7.
 
Xələfov  Abuzər.  Heydər  Əliyev  və  Azərbaycanda  kitabxana  işi.-  B.:  Azərnəşr.-
2006.- 311 s. 
8.
 
Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu.- Kitabxanaşünaslıq və 
biblioqrafiya.-1999.- №1.-S.3-17 
9.
 
Tahirov  Kərim.  Azərbaycanda  kitabxana  işinin  inkişafına  Heydər  Əliyev  qayğısı.-
Xalq qəzeti.-20
10.-7 may 
 
 
Gunel Ahadova 
 
THE ROLE OF HEYDAR ALIYEV HERITAGE IN 
INCREASING COUNTRY'S INTELEKTUAL LEVEL 
 
Summary 
The article tells about the significant heritage left by National Leader Heydar Aliyev for 
our  libraries  which  are  undoubtedly  an  integral  part  of  our  science  and  culture.  It  also  re-
flects on the great relevance and influence of the laws and decrees signed by National Leader 
and related to organizing library work in the country and the impact of their implementation. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 190 - 
KĠTABġÜNASLIQ, BĠBLĠOQRAFĠYAġÜNASLIQ VƏ 
MULTĠDĠSSĠPLĠNAR TƏDQĠQATLAR 
 
 
Gülbəniz Ġbrahim qızı Babaxanlı  
AMEA Hüseyn Cavidin Ev Muzeyi, direktor 
filologiya üzrə elmlər doktoru 
huseinjavid@gmail.com 
 
 
AMEA HÜSEYN CAVĠDĠN EV MUZEYĠNDƏ 
KĠTABġÜNASLIQ ÜZRƏ APARILAN ELMĠ TƏDQĠQATLAR 
 
Açar  sözlər:  Ərtoğrol  Cavid,  folklor,  mədəniyyət  abidələri,  əlyazma,  çoxcildli,  toplu, 
not, musiqi, aşıq sənəti. 
 
Azərbaycan  ədəbiyyatının  parlaq  siması,  filosof  şair,  dramaturq  Hüseyn  Cavidin  həyat 
və  fəaliyyətini,  zəngin  irsini  əbədiləşdirmək  və  təbliğ  etməq  məqsədi  ilə  ulu  öndərimiz 
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci 
ildə  160  saylı  qərarına  əsasən  Hüseyn  Cavidin  Ev  Muzeyi  yaradılmış  və  Azərbaycan  Milli  
Elmlər  Akademiyasının  tabeliyinə  verilmişdir.  Ümummilli  liderimizin  şəxsən  iştirakı  ilə  24 
oktyabr  2002-ci  il  tarixdə  dahi  mütəfəkkir  Hüseyn  Cavidin  120  illik  yubileyi  günündə, 
Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirildikdən sonra Muzeyin ekspozisi-
yası geniş tamaşaçı auditoriyasının ziyarətinə açılmışdır. 
Hazırda AMEA Hüseyn Cavidin Ev Muzeyi AMEA Humanitar Elmlər Bölməsinin tər-
kibinə  daxil  olan  elmi  tədqiqat  müəssisəsidir.  Muzey  elmi  tədqiqat  işlərinin  əhatəli  planına 
əsasən Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təb-
liği sahəsində elmi tədqiqat fəaliyyəti ilə məşğul olur. [3,1].  
Muzeydə Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması və tədqiqi sahəsin-
də  kitabşünaslıq  üzrə  aparılan  elmi  tədqiqatlardan  bəhs  edərdək  iki  mühüm  çoxcildli  nəşri: 
“Cavidşünaslıq:  araşdırmalar  toplusu.  10  cilddə”  və  “Azərbaycan  qeyri-maddi  mədəniyyət 
abidələri və Ərtoğrol Cavid: çoxcildlik. 13 cilddə”  kitablarını qeyd etməliyik.  
2012-ci  ildə  çap olunmuş  10  cildlik ―Cavidşünaslıq‖ toplusunun  tərtibçisi və  ön sözün 
müəllifi  muzeyin  direktoru,  fil.ü.e.d.  Gülbəniz  Babaxanlı,  redaksiya  heyəti  isə  akademiklər 
Mahmud Kərimli, İsa Həbibbəyli, Kamal Abdulla və Teymur Kərimlidir [2, 1].  
Toplunun  ilk  sayına  Hüseyn  Cavid  şəxsiyyəti  və  yaradıcılığı  haqqında  1912-1925-ci 
illərdə çap olunmuş məqalə, resenziya, məlumat, mühakimə və müzakirə mətnləri, şeirlər və 
s. daxil edilmişdir. Bəzi yazılar ya gizli imza və ya da imzasız verilmişdir. Hüseyn Cavid şəx-
siyyəti  və  yaradıcılığı  haqqında  1926-1930-cu  illərdə  çap  olunmuş  məqalə,  resenziya,  məlu-
matlar,  böyük  sənətkara  həsr  edilmiş  bir  neçə  şeirin  daxil  edildiyi  toplunun ikinci sayında 
materialların müəllifləri  arasında  Əli  bəy Hüseynzadə, Əziz Şərif, Hənəfi Zeynallı,  Mustafa 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 191 – 
 
Quliyev, Əli Nazim, Yusif Vəzir Çəmənzəminli, Əmin Abid, Cabbar Əfəndizadə kimi tanın-
mış ədəbiyyat xadimləri ilə yanaşı az tanınan yazarlar da vardır. 
Toplunun üçüncü sayına  Hüseyn  Cavidin  şəxsiyyəti  və  yaradıcılığı  haqqında  1930-
1937-ci  illərdə  çap olunmuş  məqalə,  resenziya,  məlumatlar daxil edilmişdir. Ədibin  həyatda 
olduğu  dövrün  cavidşünaslığı  bu  illərlə  başa  çatır  və  20  illik  fasilədən  sonra  əbədi  Cavidin 
cavidşünaslığı meydana çıxır.  
Cavidşünaslığın  dördüncü  cildinə  böyük  dramaturq  Hüseyn  Cavidə  bəraət  verildikdən 
sonra,  yəni  1956-1961-ci  illərdə  dövri  mətbuatda  çap  olunmuş  yazılar  toplanmışdır.  20  illik 
fasilədən sonra  yenidən  o dövrün  yaradıcı şəxsiyyətləri  Cavid  əfəndi  haqqında elmi  məqalə-
lər, xatirələr, yubiley yazıları yazmağa başladılar. Müəlliflər arasında Məsud Vəliyev, Abbas 
Zamanov, şairin sevimli qızı Turan Cavid, Məmməd Cəfər, Əkbər Ağayev, Rəsul Rza, Cəfər 
Xəndan və başqaları da var. 
Toplunun beşinci cildi isə 1962-1963-cü illərdə Hüseyn Cavid şəxsiyyətinin yaradıcılığı 
barədə dövrü mətbuatda çap olunmuş məqalə, rəy və xatirələri əhatə edir. Şairin 80 illik yubi-
leyi  münasibətilə dərc olunmuş şeirlərə də müəyyən qədər  yer verilmişdir. Seriyanın  altıncı 
cildinə 1964-1970-ci illərdə dövrü mətbuatda işıq üzü görmüş elmi, publisistik və bədii mate-
riallar salınmışdır. Bu cilddə 30-cu illərin anticavid kampaniyasının residivi kimi İslam İbra-
himovun məqaləsi diqqəti çəkir. Cavidşünaslıq məqalələr toplusunun yeddinci cildinə Hüseyn 
Cavidin  yaradıcılığı,  dövrü,  ədəbi  mühiti  və  şəxsiyyəti,  teatrı  haqqında  oçerk  və  məqalələr, 
xatirələr, rəylər daxil edilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə 
hakimiyyətə  gəlişinin  ilk  beşilliyinə  təsadüf  edən  bu  dövrdə  Cavid  mövzusuna  diqqət  və 
qayğının kifayət qədər artdığı müşahidə edilir. 1975-1981-ci illərdə Mirzə İbrahimov, Qulam 
Məmmədli,  Əbülfəz  İbadoğlu,  Zahid  Əkbərov,  Elçin  kimi  əvvəlki  dövrlərdən  tanıdığımız 
cavidşünaslarla yanaşı, İsa Həbibbəylinin Hüseyn Cavid yaradıcılığına həsr etdiyi ilk məqalə-
lərin də çap olunduğu səkkizinci cilddə Zahid Əkbərovun ―Hüseyn Cavidin ―Şeyx Sənan‖ fa-
ciəsi‖, Məsud Əlioğlunun ―Hüseyn Cavidin romantizmi‖ monoqrafiyasına yazılmış rəylər ca-
vidşünaslığın  elmi  inkişafına  xidmət  edir.  Tamilla  Təhmasibin,  Məryəm  Əlizadənin,  Cəlil 
Vəzirovun, İlham Rəhimlinin və b. məqalələri, Cavid teatrına professional yanaşma kimi diq-
qəti çəkir. Əjdər  İsmayılovun ―Cavid və Şekspir‖ araşdırmasında Vilyam  Şekspirin ―Otello‖ 
əsəri ilə Hüseyn Cavidin ―İblis‖ faciəsini müqayisə edilir. ―Cavid xatirələrdə‖ silsiləsi Mirzə 
İbrahimovun,  Qulam  Məmmədlinin,  Şəmsi  Bədəlbəylinin  dahi  sənətkar  haqqındakı  səmimi 
xatirələrində davam etdirilir.  
Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinə təsadüf edən 1982-ci ilin cavid-
şünaslığının materiallarını əhatə edən doqquzuncu cilddə böyük şair-dramaturqun yaradıcılığı 
müxtəlif yönlərdən tədqiqata cəlb olunur, onun zəngin irsi araşdırma obyektinə çevrilir. Cavi-
din bədii dili haqqında Musa Adilovun məqaləsi də maraq doğurur.  
Nəhayət, seriyanın onuncu cildinə 1983-cü ildə Azərbaycan mətbuatında Hüseyn Cavid 
haqqında  dərc  olunmuş  yazılar  salınmışdır.  Cavidin  100  illik  yubileyi  münasibətilə  1982-ci 
ildə  başlanmış  tədbirlər  həmin  il  də  davam  etdirildiyindən,  materialların  əksəriyyəti  yubiley 
xarakteri daşıyır. Abbas Zamanov, Qulu Xəlilov, Zahid Əkbərov, Fərman Xəlilov kimi cavid-
şünasların tədqiqatları ilə yanaşı, Məmmədəli Əsgərov, Şəmistan Mikayılovun araşdırmaları 
da xüsusi yer tutur.  

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 192 - 
Toplu dəyərli bir elmi mənbə kimi cavidşünaslığın gələcək inkişafına mühüm töhfədir. 
Seriyanın növbəti cildləri üzərində iş davam etdirilir. 
Böyük mütəfəkkir Hüseyn Cavidin yeganə oğlu, musiqişünas Ərtoğrol Cavidin yaradı-
cılığını  əks etdirən ―Azərbaycan qeyri-maddi mədəniyyət  abidələri və Ərtoğrol Cavid‖ çox-
cildliyin ilk 10 cildi 2011-ci ildə, son 3 cildi isə 2015-ci ildə çap edilmişdir. Nəşrin tərtibçisi 
fil.ü.e.d. Gülbəniz Babaxanlı, fars dilində olan mətnlərin tərcüməçisi və redaktoru akademik 
Teymur Kərimlidir [2, 1].  
Çoxcildli nəşr ―Azərbaycanın  adət-ənənələri və  Ərtoğrol  Cavid‖, ―Azərbaycan klassik 
musiqi  mətnləri  və  Ərtoğrol  Cavid‖,  ―Azərbaycan  dastanları  və  Ərtoğrol  Cavid‖,  ―Azərbay-
can  aşıq  yaradıcılığı  və  Ərtoğrol  Cavid‖,  ――Balaman  məktəbi‖  dərsliyi  və  Ərtoğrol  Cavid‖, 
―Ərtoğrol  Cavidin  nota  köçürdüyü  xalq  mahnıları‖  və  ―Ərtoğrol  Cavidin  yarımçıq  qalmış 
əsərləri‖ mövzularını əhatə edir.  
"Azərbaycanın  qeyri-maddi  mədəniyyət  abidələri  və  Ərtoğrol  Cavid"  çoxcildliyinin 
"Azərbaycanın  adət-ənənələri  və  Ərtoğrol  Cavid"  adlanan  I  cilddə  Qarabağ,  Quba,  Gəncə, 
Xızı, Basarkeçər, Bakı, Şəki, Dərbənd, Masallı bölgələrindən 1939-40-cı illərdə toplanmış toy 
və  yas  adətlərinə  aid  etnoqrafik  materiallar,  eləcə  də  el  mahnıları,  deyimləri  öz  əksini 
tapmışdır.  Bütün  bu  materiallar  haqqında  Ərtoğrol  Cavidin  yığcam,  dərin  məzmunlu  elmi 
rəyləri  də  onlarla  birgə  çap  olunmuşdur.  "Azərbaycan  klassik  musiqi  mətnləri  və  Ərtoğrol 
Cavid"  adlanan  II  cildə  Azərbaycan  klassik  musiqi  mətnləri  və  onlara  Cabbar  Qaryağdı  və 
Süleyman Mansurov tərəfindən yazılmış şərhlər toplanmış və Ərtoğrol Cavidin hər bir mətnə 
ayrı-ayrılıqda yazdığı elmi təhlillər daxil edilmişdir.  
"Azərbaycan dastanları və Ərtoğrol Cavid" mövzusu III, IV, V, VI, VII, VIII cildlərdə 
yer  almışdır.  Bu  cildlərə  1938-41-ci  illərdə  Ə.Cavid,  H.İskəndərov,  H.Əlizadə  və 
C.Cahanbəxş  tərəfindən  Azərbaycanın  müxtəlif bölgələrindən toplanmış  Azərbaycan dastan-
ları  və  Ərtoğrol  Cavidin  həmin  dastanlar  haqqında  yazdığı  elmi  rəylər  yer  almışdır.  Qeyd 
edək ki, bəzi dastanları aşıqlar özləri yazıya almışlar. Eyni zamanda aşıq Əsəd, aşıq Mirzə ya-
radıcılıqları haqqında məlumat və 1937-ci ildə professor Bülbülün rəhbərliyi ilə aşıq yaradıcı-
lığının əsas formalarını öyrənmək və bir neçə aşıq havasını nota almaq üçün çağırılan iclasın 
protokolları daxil edilmişdir.  
"Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid" mövzusu IX, X cildləri əhatə edir. IX 
cilddə Azərbaycan aşıqlarının, xüsusən də Molla Cuma və Miskinli Vəlinin əsərləri toplanmış 
və həmin materiallara Ərtoğrol Cavid, Hümmət Əlizadə tərəfindən yazılmış elmi rəylər yer al-
mışdır. X cildə Aşıq Ələsgər və onun poetik çevrəsində olan aşıqların əsərləri və həmin əsər-
lərə Ərtoğrol Cavidin elmi rəyləri verilmişdir.  
XI  cild  Azərbaycan musiqişünası  Saleh Əbdülləlimovun  musiqi  məktəbləri üçün tərtib 
etdiyi  ―Balaman  məktəbi‖  adlı  dərsliyin  ilk  nəşridir. Dərslik  1937-ci  ildə  hazırlansa  da,  o 
dövrdə  ictimai-siyasi  həyatımızın  az  qala  bütün  sferalarına  nüfuz  etmiş  erməni  şəbəkəsinin 
―səyi‖ nəticəsində çap olunmamış və əsərin orijinal nüsxəsi Ərtoğrol Cavidin şəxsi arxivində 
uzun  illər  mühafizə  edilmişdir.  Parlaq  istedada  və  yüksək  intellektə  malik  Ərtoğrol  Cavid 
―Balaman məktəbi‖nə rus dilində yazılmış ön sözü dilimizə tərcümə etmiş, dərsliyin tərtibi ilə 
əlaqəli  materialların,  o  cümlədən  iclas  protokolların  toplanıb-hazırlanmasında  yaxından  işti-
rak  etmişdir.  Orijinalı  Hüseyn  Cavidin  Ev  Muzeyində  saxlanılan  bu  dərslik  muzeyin  əmək-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 193 – 
 
daşları tərəfindən elmi və ixtisas redaktəsindən keçirilmiş, nəşrə hazırlanmış, dərslikdəki not-
lar müvafiq proqram təminatı vasitəsilə ilk dəfə elektronlaşdırılmış və komplektləşdirilmişdir. 
Çoxcildliyin 12-ci cildində xalq muğamlarının toplanması və nota salınması sahəsində 
böyük  zəhməti  olmuş  Ərtoğrol  Cavidin  xanəndə  Cabbar  Bağdadbəyovun  ifasında  dinlədiyi 
―Bayatı kürd təsnifi‖, ―Segahın mübərriqəsi‖, ―Zəminxara təsnifi‖, ―Orta segah rəngi‖, ―Mirzə 
Hüseyn segahı‖ kimi muğam elementlərinin nota salınmış versiyası əks olunmuşdur. Bu cil-
din  ikinci  hissəsində  isə  Kazım Aslanlının  topladığı  və  Ərtoğrol  Cavidin nota aldığı  Masallı 
xalq  mahnılarına  yer  verilmişdir.  Sonuncu  cilddə  Azərbaycan  Milli  Elmlər  Akademiyası 
Hüseyn  Cavidin  Ev  Muzeyində  mühafizə  edilən,  Ərtoğrol  Cavidə  məxsus  bir  sıra  yarımçıq 
musiqi əsərləri toplanmışdır. 
Bu nəşrlə oxucuların istifadəsinə verilən folklor materiallarının bir qismi orijinaldır, bir 
qisminin  variantları  çap  olunub;  ancaq  onlar  əsas  etibarilə  bir  də  ona  görə  qiymətlidir  ki, 
onları böyük Cavidlər nəslinin istedadlı nümayəndələrindən biri olan Ərtoğrol Cavid bu gün 
də  əhəmiyyətini  itirməyən  elmi  aparatura  ilə  təmin  edib.  Bütün  bu  materialların  və  onlara 
yazılmış  Ərtoğrol  Cavid  rəylərinin,  elmi  fikirlərinin  əyani  folklor  materialları  kontekstində 
çağdaş oxucuya çatdırılması, zənnimizcə, müstəqil respublikamızda gedən ədəbi-mədəni inki-
şafın göstəricilərindən biri və Cavidlər irsinə verilən qədirşünaslıq örnəyi olacaqdır. 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid. 13 cilddə. – Bakı: 
Çaşıoğlu, 2011, 2015. 
2.
 
Cavidşünaslıq: elmi araşdırmalar toplusu.10 cilddə. – Bakı, 2012 
3.
 
AMEA Hüseyn Cavidin Ev Muzeyinin 2005-2015-ci illər üzrə elmi tədqiqat və elmi 
təşkilati fəaliyyəti haqqında hesabatları. 
 
 
Gulbaniz Babakhanlı 
 
SCIENTIFIC RESEARCH OFBIBLIOGRAPHY OF  
HUSSEIN JAVID’S HOME MUSEUM OF ANAS 
 
Summary 
Activity direction of the Hussein Javid‟s Home Museum of Azerbaijan National Acade-
my of Sciences is researching and promoting of  materials about hussein javid and generally 
javids‟ heritage. Here conducted exposition and mobile exhibitions, improving, preparing and 
translating of tour texts, translation. Staff of the Muzeum are held traditional and virtual ex-
hibitions,  seminars,  conferences in  our republic  and abroad  with aim of  promoting Hussein 
Javid‟s creativity. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 194 - 
Ġmaməddin Zəkiyev 
AMEA Əlyazmalar İnstitutu, 
filologiya üzrə elmlər doktoru 
 
 
AZƏRBAYCAN KĠTABININ ÖYRƏNĠLMƏMĠġ SƏHĠFƏLƏRĠ 
 
Hər  bir  xalqın  yazısı,  yazı  alətləri,  yazı  materialları,  kitab  və  kitabxana  tarixi  dünya 
mədəniyyəti  tarixinin  ayrılmaz  tərkib  hissələrindən  biridir.  Azərbaycan  xalqı  da  belə  öncül 
xalqlardan  biri  olduğu  halda,  XX  əsrin  90-cı  illərinə  qədər  qəzet,  jurnal,  kitab  səhifələrində 
belə  səhv  fikirlər  yer  almışdı  ki,  1920-ci  ilə  qədər  Azərbaycan  xalqının  99  faizi  savadsız 
olmuşdur;  qələmi,  mürəkkəbi,  yapışqanı,  kağızı  xaricdən  almışdır;  kitab  və  kitabxanaları 
olmamışdır və s. Buna görə elmi və kütləvi nəşrlərdə keçmiş nailiyyətlərimiz unudulmuş və 
unutdurulmuşdu.  Üç  min  illik  kitab  mədəniyyəti  tariximizdən  soraq  verən  əsrlər  ―qaranlıq 
əsrlər‖, ―yoxsul əsrlər‖, mədəniyyətimizin ―sıfır səviyyəsində olduğu əsrlər kimi qələmə veril-
mişdir. Halbuki dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da ulu əcdadlarımız 
kitab mədəniyyəti tarixinə mühüm töhfələr vermişdir. Bir neçə fakta müraciət edək. 
 XX əsrin sonlarına qədər elmi tədqiqatlarda belə bir fikir yer almışdı ki, Azərbaycanda 
gil lövhələrdən istifadə edilmədiyinə görə bu ölkədə gil kitabxanalar olmamışdır. Yalnız son 
onilliklərdə məlum olmuşdur ki,  bu fikir  yanlışdır.  Gil  kitabları  və  ən qədim  yazı  növü olan 
piktoqrafik  yazıları  e.ə.  IV  minilliyin  axırlarında  şumerlər  düşünüb  tapmışlar.  Onları  ideo-
qrafik yazıya çevirərək e.ə. III minilliyin ortalarında daha mükəmməl yazı sistemi olan mixi 
yazı növünü yaratmışlar. Üç min il bəşəriyyətə xidmət etmiş bu yazı növündən Azərbaycanın 
bir sıra bölgələrində də müvəffəqiyyətlə istifadə edilmişdir. Xocalıda tapılmış ən qədim mixi 
yazı nümunələri e.ə. VIII əsrə aiddir. Qarabağda qəbirlər qazılarkən e.ə. IX əsrin sonu, VIII 
əsrin əvvələrinə aid üstü mixi yazılı əqiq muncuq, daş qələm, Qazax rayonunda dəmir qələm, 
1948-1952-ci  illərdə  Mingəçevir  SES  üçün  qazıntı  işləri  aparılanda  V-VI  əsrlərə  aid  alban 
yazılı  gil  lövhələrin  və  s.  Nümunələrin  tapılması  ulu  əcdadlarımızın  elm,  bilik,  mütaliə  və 
kitabçılıq bacarığından soraq verir. Mannalıların da mixi yazısı, orijinal ədəbiyyatı və zəngin 
kitab sərvəti olmuşdur. Mannanın kitabçılar (xəttatlar, cildçilər, bərpaçılar...) hazırlayan mək-
təblərində hər il yüzlərlə gənc təhsil alırdı. XX əsrdə Cənubi Azərbaycanda xeyli mixi yazılı 
gil lövhələrin tapılması İran və Azərbaycan alimlərini yeni-yeni axtarışlara və tapıntılara sövq 
etmişdir.  Həmin  mixi  yazılı  abidələr  əsasında  Azərbaycan  alimi  Solmaz  Qaşqay  ―Mann 
dövləti‖ adlı monoqrafiya yazıb çap etdirmişdir (Bakı, Azərnəşr, 1993, 108 s.). 
XX  əsrin  sonlarına  yaxın  İran,  İraq,  Suriya,  Türkiyə  sərhədləri  arasında  qazıntı  işləri 
aparılarkən 4 minillik yaşı olan 1000-dən çox yazılı gil lövhənin tapılması faktı da göstərir ki, 
keçmiş minilliklərdə gil lövhələrdən yazı materialı kimi itifadə edib zəngin kitabxanalar yara-
dan xalqlar çox olmuşdur.  Torpaqdan yaranmış gil kitablar gəncliyini də, dincliyini də torpa-
ğın altında keçirərək bir neçə min il sonra üzə çıxmışdır.  
Bu kimi çoxsaylı gil lövhələrin, papirus kitabların və s. yazılı nümunələrin üzə çıxarıl-
ması arxeoloqların böyük nailiyyəti olsa da, yazı tarriximizin, kitab və kitabxana tariximizin 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 195 – 
 
qədim izlərini  öyrənmək baxımından da misilsiz töhfə sayıla bilər.  Bu tarixi  həqiqəti nəzərə 
alıb belə qənaətə gələ bilərik: Arxeologiya bel ilə qazılan, qələmlə yazılan tarixdir.  
Qədim  azərbaycanlılar  daş,  metal,  sümük,  ipək,  dəri,  qrifel  taxtalar  (səthi  mumlanmış 
lövhələr) və s. bərk və yumşaq yazı materialları üzərində də həm yazılmış, həm də cildlənmiş 
qiymətli əlyazmaları bir yerə toplayıb zəngin kitabxanalar yaratmışlar. Belə kitabxanalar həm 
yaraşıqlı  binalarda,  həm  də  açıq  səma  altında  təşkil  edilərdi.  Məsələn,  Qobustanda  yüzlərlə 
daşa həkk edilmiş 4000-ə  yaxın  rəsm,  naxış,  yazı  xalqımızın  həm  qədim sərvətidir, həm  də 
açıq səma altında yaradılmış muzey-kitabxanadır. Buradakı abidlər təsdiq edir ki, bilik öyrən-
məyin  tarixi  yazının  və  kitabın  tarixindən  çox  qədimdir.  Qobustandakı  qayaüstü  yazılardan 
biri  latın  dilindədir  və  eramızın  90-cı  illərinə  aiddir.  Eramızın  birinci  əsrində  daş  üzərində 
yunan  əlifbası  ilə  yazılmış  başqa  bir  yazı  şəki  şəhərinin  Böyük  Dəhnə  kəndi  ərazisində 
tapılmışdır.  1948-1952-ci  illərdə  Mingəçevirdə  V-VI  əsrlərə  aid  alban  yazılı  daş  abidənin 
aşkar edilməsi, 1970-ci ildə Dağıstanın Labko kəndi yaxınlığında hər iki üzünə alban əlifbası 
həkk edilmiş daş lövhənin tapılması və s.  faktlar da Qafqaz ərazisində daşdan  yazı materialı 
kimi istifadə olunduğunu təsdiqləyən sübutlardandır.  
İsalam qədərki dövrdə Azərbaycanda papirus, perqament, ipək və s. yazı materialların-
dan da geniş miqyasda istifadə edilməsinə dair ―bitkin fikir yox idi. Milli müstəqillik dövrün-
də müəyyən edilmişdir ki, müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da kitabçıların ha-
zırladıqları  kitabların  dəmir,  mis,  taxta  və  s.  materilallardan  ibarət  cildlərini  dəri,  məxmər, 
parça ilə örtəndən sonra çox vaxt qiymətli daş-qaşla bəzədərdilər. Belə kitablar kitabxanalar-
da, dövlət xəzinəsində saxlanılır, hökmdarlara hədiyyə göndərilir və satılırdı ki, geniş yayılsın. 
Azərbaycanda IV-V əsrlərdə kitab bazarlarının olması haqqında həqiqətin də, həmçinin 
kitabların,  dərmanların,  müxtəlif  növ  çaxırların  yunanca  anbar,  dükan  mənasını  verən 
―Aptek‖lərdə satılmasına dair məlumatın da son illərdə üzə çıxması ulu əcdadlarımızın zəngin 
kitab mədəniyyətinin ildən-ilə yüksələn xətt üzrə inkişafından soraq verir.  
Azərbaycanın hər iki tayında fəaliyyət göstərən məktəb kitabxanalarının fondundan IV-
VII  əsrlərdə  şagirdlər  və  müəllimlər  bərabər  hüquqda  istifadə  edirdilər.  Müəllimlərə  yüksək 
əmək haqqı, şagirdlərə təqaüd, pulsuz kitab, yemək və paltar verilirdi. Təhsildə fərqlənən şa-
girdlər  oxuduqları  məktəbi  bitirəndən  sonra  dövlət  hesabına  Şərq  ölkələrinin  sayılıb  seçilən 
təhsil  ocaqlarına  göndərilirdi  ki,    yüksək  ixtisas  alandan  sonra  qayıdıb  Vətəndə  işləsinlər. 
Erməniləri gəldikləri yerə qədər qovub Ermənistan üzərində dəfələrlə qələbə bayrağı ucaltmış 
Urnayzın  hakimiyyəti  (313-371)  dövründə  lm,  təhsil,  ədəbiyyta,  siyasət  və  s.  istiqamətlərdə 
aparılmış uğurlu təşkilatçılıq işi onun layiqli davamçıları olan sonrakı hökmdarlar (Asvagen: 
424-444; III Vaçaqan: 487-510 və b.) dövründə də məharətlə davam etdirilmişdir. Həyat təc-
rübəsi və oxuduqları kitablar onlara öyrətmişdi ki, yazıçı və alimləri, məktəb və müəllimləri, 
kitab  və  kitabaxanaçıları,  təhsilli  adamları  çox  olan  ölkədə  əməyin  nəticələri  fərəh  doğurar. 
VII əsr Azərbaycan alimi Musa Kalankatlı yazır ki, Vaçaqan ―öz şəxsi Rustak (bizə görə Qu-
banın indiki Rustov – İ.Z.) adlı kəndinə‖ gələndə orada orada tikdirdiyi məktəbə də baş çəkər-
di.  Onu  dövrələyən  ―uşaqların  əllərində  kitab  və  qrifel  taxtaları  (üstünə  nazik  mum təbəqəsi 
çəkilmiş yazı lövhələri – İ.Z.) görəndə xəzinə tapmış adamdan daha çox onlarla fəxr edərdi‖ 
ki, Azərbaycanın gələcək qurucuları və yaradıcı ziyalıları əllərində kitab, qələm və  yazı löv-
hələri tutmuş bu uşaqlar olacaqlar.  

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 196 - 
O zaman (V  əsrin sonlarından VII  əsrin ortalarına qədər)  Azərbaycanda  1000-dən çox 
şair, minlərlə alim, 10 minlərlə xəttat, cildçi, bərpaçı və başqa sənət adamı kitab istehsalı ilə 
məşğul  olmuşdur.  Hər  il  onların  əlinin  sığalını  görmüş  100  minlərlə  kitab  həyata  vəsiqə 
almışdır.  Müəlliflərin  və  kitab  sənəti  adamlarının  ən  çox  müraciət  etdikləri  yazı  materialı 
papirus, ipək və perqament idi. Bu yüksəlişin nəticəsi olaraq VII əsrdə Azərbaycan hökmdarı 
Cavanşirin (616-680) saray kitabxanasında 100 mindən çox kitab vardı. Azərbaycanda tapıl-
mayan bəzi kitabları xarici ölkələrə (məsələn, Romaya) ezam etdiyi yazıçı və alimlər vasitəsi-
lə əldə edib gətirtmişdi. O zaman Bərdədə 100 min əhali yaşayırdı. Hər adam 1 kitab düşürdü. 
Bu o dövr üçün böyük göstərici idi. Təəssüf ki, Azərbaycanın bütün tərəqqi zirvələrinə qısqa-
nan  ermənilər  ərəb  xilafətinin  başçıları  ilə  qol-boyun  olub  Bərdə  kitabxansının  kitab  dolu  
sandıqlarını qaranlıq gecələrin birində Tərtər çayına tökmüş, kitabaxana binasını isə od vurub 
yandırmışlar. Beləlikə, mədəniyyət ocaqlarımız bir-bir sıradan çıxarılmış, ulu əcdadlarımızın 
yaratdıqları zəngin mədəni irsimiz ərəb işğalçılarının və erməni vandallarının qurbanı olmuş-
dur.  
Professor Mikayıl Rəfilinin doğru qənaəti ilə desək, keçmiş əsrlərdə Azərbaycanın yazı-
çı  və  alimləri  özlərinə  qədərki  həmvətənlərinin  yazılı  abidələrini  və  ―dünya  mədəniyyətinin 
inkişafını‖ müntəzəm izləmişlər, ―bir çox yeni və indiyə qədər məlum olmayan əsərlər‖ yarat-
mışlar. Onların məhv edilməsində ərəblərin, ermənilərin və digər təcavüzkar qüvvələrin mən-
fur siyasəti bu gün də kitab və mədəniyyət tarimizdə ən ləkəli izlərdən biri kimi qalmaqdadır.  
M.F.Axundzadə  yazmışdır ki,  ərəblər Qafqaza  gələndə  ən azı  min illik  söz sərvətimizi 
―yelə verdilər‖, həmvətənlərimizin yaratdıqları yüksk mədəniyyəti ―zavala uğratdılar‖. Ermə-
ni separatçıları haqqında isə dahi ədib belə demişdir: ―Sizin qanınız çoxdan halaldır, amma bu 
zamanadək tökən olmayıb‖.  
Bu XIX əsrin əks-sədasıdır. 2-3 min il bundan əvvəl də onların mənfur hərəkətləri dün-
yaya məlum idi. Ermənilərin Azərbaycan torpaqlarına, elminə, ədəbiyyatına, kitab xadimləri-
nə və görkəmli şəxsiyyətlərinə xəyanətlərinin və cinayətlərinin bəzi izləri tarixçi alim Abdulla 
Fazilinin ―Atropatena. E.ə. IV-e.VII əsri‖ (Bakı, Elm, 1992, 216 s.) kitabında və digər mənbə-
lərdə ötəri də olsa xatırlanmışdır. Cavaşirin saray tarixçisi Musa Kalankatlı ―Albaniya tarixi‖ 
kitabında ermənilərin simasızlığını iki sözlə çox sərrast ifadə etmişdir:  
Görkəmli  Azərbaycan  alimi  Ziya  Bünyadov  ―Azərbaycan  VII-IX  əsrlərdə‖  kitabında 
yazır ki, ərəblərin Qafqaza gəlişinə qədər Azərbaycanda elm, təhsil, kitabçılıq işi, habelə iqti-
sadi  və  siyasi  vəziyyət,  ümumiyyətlə,  ―dövlət  müxanizmi  ərəblərin  dövründəkindən  daha 
yaxşı  qurulmuşdu‖.  Ərəblərin  hökmranlığı  dövründə  Azərbaycanın  əsas  şəhərləri  Marağa, 
Xunəc,  Miyanic  (Miyanə),  Ərdəbil,  Təbriz,  Mərənd,  Naxçıvan  və  başqaları  idi.  Akademik 
Əbdülkərinm Əlizadə yazır ki, yazıçı və alimlərin, xəttatların və cildçilərinin hasilə gətirdik-
ləri ―çox qiymətli əsərlər‖ ədəbiyyat, tarix, fəlsəfə, iqtisadiyyat, tibb, coğrafiya, riyaziyyat, as-
tronomiya və s sahələrə aid idi. Hər il fars, yunan, Suriya və başqa dillərdən ana dilinə xeyli 
kitab tərcümə edilirdi. VII əsr Azərbaycan tarixçisi Musa Kalankatlının ölkəmizin adını yazı-
sı, kitabı, məktəbi, kitabxanası, yazıçı və alimləri, kitab tərcüməçiləri, xəttatları, cildçiləri olan 
15 tanınmış xalqdan biri adlandırması (Albaniya tarixi, 1993, s.15-16) o dövrün mənəvi mən-
zərəsi haqqında aydın təsəvvür yaradır.  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 197 – 
 
Musa Kalankatlı ―Özümə qədərki yazıçı və alimlərin kitablarından çox yaxşı xəbərda-
ram‖ desə də, 13 əsrdən çoxdur ki, biz onun xəbərdar olduğu saysız-hesabsız kitabdan xəbər-
sizik. Niyə? Qədim mənbələrə əsaslanan Ziya Bünyadov ―Azərbaycan VII-IX əsrlərdə‖ kita-
bında yazır ki, VII əsrə  qədər mövcud olmuş külli miqdarda kitabın ―heç izi-tozu qalmadan 
yox olmasının səbəbini ilk növbədə erməni xəyanətində axtarmaq lazımdır‖. 
Son  araşdırmalarımız  göstərir  ki,  Azərbaycan  xalqı  heç  bir  əsrdə  kitab  yə  xilafətinə 
qədər və sonrakı dövrlərdə hər bir əsrin söz sərvəti mədəniyyət tariximizin bir zirvəsi və qürur 
mənbəyi  olmuşdur.  VII-X  əsrlərdə  qələm  sahibləri  Vətəndə  və  xarici  ölkələrdə  yaratdıqları 
―ipəklə və qiymətli daşlarla süsdlü kitablar‖la (professor Əhməd Cəfəroğlu) ərəbləri heyrətə 
salmışdılar. Türkiyə, Azərbaycan, İran, Orta Asiya, Suriya hüdudlarında xeyli dəyərli əsərlər 
yazmış IV-IX əsr şair və alimlərinin irsi əsasında dövrünün tanınmış ziyalısı və kitab kollek-
sioneri Əbül Vəfanın Həmədanda 10 minlərlə kitaba malik zəngin şəxsi kitabxana yaratması, 
bir təsadüf nəticəsində kitabxan sahibinin qonağı olmuş görkəmli ərəb şairi Əbu Təmmamın 
(796-843)  orada  570  şairin  kitabları,  o  cümlədən  300  Divan  əsasında  5  kitabdan  ibarət 
―Həmasə‖ adlı dünya şöhrətli antologiyaya və daha bir neçə başqa kitab yazması Azərbaycan 
kitab  mədəniyyətinin  öyrənilməmiş  səhifələrindən  biri  kimiv  bu  gün  də  ehtiramla  xatırlan-
maqdadır.  
Milli müstəqllliyimizin ilk illərində apardığımız axtarışlar zamanı indiyə qədər məlum 
olmayan  daha  bir  həqiqət  üzə  çıxmışdır.  Cənubi  Azərbaycan  türkü  Əlfəz  Bərmək  Bağdadda 
ilk kağız fabriki açandan(9794) bir əsr sonra IX əsrin sonu, X əsrin əvvəllərində Cənubi Azər-
baycanın mühüm şəhərlərindən sayılan Xunəc şəhərində ilk kağız fabriki işə salınmışdır. Bun-
dan  sonra  şəhər  Kağızkunan  kimi  tanınmış  və  kitablar  aləmində  misli  görünməmiş  yüksəliş 
başlanmışdır.  
X əsrin ortalarında İraqın Bəsrə şəhərində gizli fəaliyyət göstərmiş saf əqidə sahiblərin-
dən  ibarət  ―Saflıq  qardaşları‖  (―İxvan  əs-səfa‖)  adlı  kitab  cəmiyyətinin  tərkibinə  Azərbay-
candan  da  ensiklopedik  bilik  sahibləri  cəlb  edilmişdi.  Əbülhəsən  Zəncani  onlardan  biri  idi. 
Cəmiyyətin  xətti  ilə  gizli  yazılmış  və  gizli  yayılmış  52  cilddən  ibarət  traktatın  yazılmasında 
və  yayılmasında  onun  da  əməyi  çox  olmuşdur.  Bu  əsrdə  yazıb-yaratmış  100-ə  qədər  kitab 
yaradıcısının adının müəyyənləşdirilməsi, Bərdə saray kitabxanasında 150 min kitabın toplan-
ması, bir çox kitab müəllifinin xarici ölkələrdə də tanınması və s. qüruü doğuran səhifələrin 
ildən-ilə fərəh doğurmasına baxmayaraq, Azərbaycanın tərəqqi düşmənləri mədəniyyət zirvə-
lərimizi zaman-zaman hədəf seçmişdir. Son zanmanlarda üzə çıxardığımız cinayətlərdən biri-
ni burada diqqətinizə çatdırıram. 
X əsrin sonlarında paytaxtın Bərdədən Gəncəyə kğçürülməsinə başlananda qərara alın-
mışdı  ki,  Bərdənin  150  min  kitaba  malik  zəngin  kitabxanası  əhalinin  istifadəsi  üçün  orada 
saxlanılsın, Gəncədə isə yeni kitabxana yaradılsın. Bu fürsətdən istifadə edən qəddar erməni-
lər VII əsrdə Bərdə kitabxanasına qarşı həyata keçirdikləri vəhşiliyi X əsrdə qaranlıq gecələ-
rin  birində  təkrar  edərək,  kitab  dolu  sandıqları  Tətrət  çayına  tökmüş,  kitabxan  binasını  külı 
döndərmişlər. 
Əsrlər boyu düşmən qüvvələrin maneələrinə, təxribatlarına, cinayətlərinə, qəfil zərbələ-
rinə tuş  gələn  Azərbaycan xalqı itkilər versə  də, tərəqqiyə  can  atmaq səylərini əldən vermə-
mişdir. Nəticədə kitab mədəniyyəti sahəsində qazandığı uğurlara görə heç bir qabaqcıl Şərq 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 198 - 
ölkəsindən geridə qalmamışdır. Məslən, IX-X əsrlərdə yüzlərlə şairi, alimi, rəssamı, təhsil qu-
rucusu, kitab istehsalçısı, məktəbi, kitabxanası, kitab emalatxanası, V əsrdən etibarən hər cür 
kitab, qələm, mürəkkəb, kağız, yapışqan satılan bazarları və dükanları olan ―Orta Asiyada mə-
dəniyyət  Avropa  mədəniyyətindən  fövqəladə  dərəcədə  üstün  idi‖  (B.Q.Qfurov.  İstoriya 
tadjikskoqo naroda s drevneyşix vremen do 1917 qoda. Moskva, 1949, t.1., s.184) Azərbay-
canda  da  IV  əsrdən  X  əsrə  qədər  və  sonrakı  bütün  əsrlərdə  mənəvi  tərəqqinin  mənzərəsi 
üynən belə idi. Təkcə X əsrdə yazıb-yaratmış 100-ə qədər şair və alimdən 60-a qədərinin adı 
və bəzi müəlliflərin kitablarının adı ―AZərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX 
əsrin  sonuna  qədər)‖  kitabımızda  göstərilmişdir  (Bakı,  ―Azərbaycan  Ensiklopediyası‖  NPB, 
2000, s.88-98). 
Bu  kimi  çoxsaylı  tarixi  faktlar  göstərir  ki,  Azərbaycan  ədəbiyyatı  kimi  Azərbaycan 
kitab  mədəniyyəti  də  keçmiş  əsrlərdə  ―yoxsulluq  dövrü‖,  ―Yetimlik  dövrü‖  yox,,  yetkinlik 
dövrü keçirmişdir. Eramızın əvvəllərindən üzü bəri bütün əsrlərdə Ümumdünya kitab okeanı-
na qovuşan Ümumşərq kitab nəhrinin güclü qollarından birini Azərbaycan kitabının tükənməz 
söz çayı təmsil etmişdir. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 199 – 
 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin