ƏDƏBĠYYAT
1.
1.Kitabxana işi haqqında Qanun // Kitabxanaşünaslıq və biblioqrafiya:elmi-nəzəri və
təcrübi jurnal. 1999. - №1. S.3-16
2.
İsmayılov N.İ. Azərbaycan biblioqrafiyasının biblioqrafiyası:Biblioqrafik vəsaitlərin
göstəricisi.-Bakı, Mütərcim, 2003.- 112 s.
3.
3.İsmayılov N.İ.,Hacıyeva Q.S. Kitabxanada ölkəşünaslıq (diyarşünaslıq) üzrə
biblioqrafik fəaliyyət:(nəzəri-tarixi, təşkilati-metodiki məsələləri).-Bakı,2004.-111 s.
4.
―Qarabağ‖:biblioqrafiya/Tərt.ed.:A.C.Xəlilov; Elmi red. M.M..Adilov.- Bakı, ―Şuşa‖
nəşriyyatı. - 2004.-400 s.
Arzu Chelebi
"KARABAKH" INDICATOR AS A PART OF
BIBLIOGRAPHIC RESOURCE ON LOCAL LORE
Summary
The article investigates content feature of local lore bibliography and gives information
about the structure, search capabilities of "Karabakh" indicator prepared by the Institute of
Manuscripts named after M. Fuzuli and its place in the system of bibliographic materials on
local lore.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 258 -
Validə Vahid qızı Həsənova
Azərbaycan Milli Kitabxanası, aparıcı elmi işçi
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, doktorant
valide_a@yahoo.com
NAXÇIVAN FOLKLORU: BĠBLĠOQRAFĠK TƏHLĠL
Açar sözlər: Naxçıvan, folklor, Azərbaycan Folkloru Antologiyası, nağıllar, Naxçıvan
folkloru.
―Azərbaycan Folkloru Antologiyası‖ adlı seriyalı nəşr Azərbaycan xalq nağıllarının
nəşri tarixində mühüm mövqeyə malikdir. Buna görə də bu antologiyanın ilk nüsxələrindən
başlayaraq son dövr nəşrlərinə kimi bir neçə kitabı təhlilə cəlb edilmişdir. Onlardan məqalədə
Naxçıvana dair folkor antologiyaları nəzərdən keçirilmişdir. Araşdırmalar zamanı bu
kitablarda daha çox nağılların informasiya təminatına nəzər yetirilmiş və onların köməkçi
aparatlarla təmin olunması diqqət önündə tutulmuşdur.
Folklorşünas alimlərin fikrincə ―...el ədəbiyyatı örnəklərinin özünəməxsus səciyyəvi
xüsusiyyətlərini üzə çıxarmaq, onların mövzu, sujet və motiv əlvanlığını nümayiş etdirmək
toplama-tərtib işinin əsas məziyyəti, qarşısına qoyduğu əsas məqsəddir‖ [21.s.3.]. Bununla
regionlar üzrə folklor nümunələrinin planlı şəkildə toplanması, kataloqlaşdırılması və sistemli
nəşri təşkil edilmişdir. Toplama və nəşr işinin davam etdiyi Naxçıvan, İraq-Turkman, Göyçə,
Şəki, Qarabağ Folkloru, Qaraqoyunlu, İrəvan, Şirvan, Dərbənd, Dərələyəz, Ağdaş kimi
bölgələrin folklor nümunələri nəşr edilərək isifadəçilərə təqdim edilmişdir. Hər bir bölgənin
ayrı-ayrılıqda toplama işinə cəlb edilməsinin vacib şərtlərindən biri bölgələrin özünəməxsus
zənginliyi və fərqliliyidir.
―...Vaxtilə bir bütün olan milli-inzibati ərazimizdən tarixi folklor bölgələri əsrlər boyu
tez-tez qopub düşüb. Təkcə onu demək kifayətdir ki, ən səciyyəvi folklor bölgələri hamısı
(əksəriyyəti) indi çağdaş milli-inzibati ərazidən çıxdaş olub, hüquqi-siyasi xəritədən kənarda
qalıb: Göyçə mahalı və Çıldır-Ağbaba, Borçalı və Dərələyəz, Dərbənd və Kərkük-Tuz
Xurmat, Təbriz Savə, Zəncan ilə ayrılığı mən demirəm...‖ [26.s.3.]. ―Xəritəmiz yalnız
folklorumuzda dəyişməyib, bütün qalıb. Kərküklə və Təbrizlə, Göyçə ilə və Qarabağla,
Dərbəndlə və Borçalı ilə indi də bir yerdə, bütövdə yaşadığımız mənəvi məkanın adı-
folklordur‖ [26.s.3.].
AMEA Folklor İnstitutu ―Azərbaycan Folklor Antologiyası‖ (AFA), yaxud ―Qarabağ:
folkor da bir tarixdir‖ və s. kimi müxtərlif seriyalar altında regionlara ezamiyyələr təşkil edə-
rək xalqın söz yaddaşını yenidən toplayaraq nəşr etmək təşəbbüsünü həyata keçirməkdədir.
―Azərbaycan Folklor Antologiyası‖ seriyası altında 1994-cü ildə "Naxçıvan folkloru‖
adlı ilk cildi işıqüzü görmüşdür. Folklor nümunələri folklorşünas alimlər - T.Fərzəliyev və
M.Qasımlı tərəfindən tərtib edilmişdir. Prof. İ.Abbasov ―Çoxcildli ―Azərbaycan folkloru
antologiyası‖, T.Fərzəlibəyov ―Naxçıvan folkloru‖ başlıqlı giriş sözləri yazmışdırlar [34.s.1.].
Oxucu auditoriyası üçün nəzərdə tutulmuş cilddə folkor nümunələri folklorşünaslığın janrları-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 259 –
na əsasən təqdim edilmişdir. Həmçinin otuz nağıl nümunəsi daxil edilmişdir. T.Fərzəlibəyov
―Naxçıvan folkloru‖ adlı yazısında qeyd edir ki, ―Naxçıvan folkloru‖ şifahi ədəbiyyatın bütün
janrlarını əhatə edən on səkkiz bölmədən ibarətdir. Bu bölmələrdə özünə yer tapmış material-
ların əksəriyyəti Muxtar Respublikanın şifahi ədəbiyyatına xas olan orijinal nümunələrdir.
―Daş oğlan‖, ―Ucubınıq‖, ―Ucuqulu‖, ―Qurd arvad‖, ―Kəlləgöz‖, ―Təkgöz‖, ―Ev yiyəsi‖ kimi
əfsanələri, ―Caməs‖, ―İynədan‖, ―Qıra qız‖, ―Çalıb çağıran ağac‖, ―Quşpaşa‖ kimi nağılları
buna misal göstərmək olar‖ [34.s.13.].
Kitabdakı folklor nümunələrinin pasport qeydləri haqqında ―Söyləyicilər haqqında
məlumat‖ və ―Toplayıcılar haqqında məlumat‖, ―Naxçıvanın regionunun folklor atlası‖ kimi
bölmələr yaradılmışdır. ―Söyləyicilər haqqında məlumat‖ bölməsində informasiyalar folklor
mətnlərinin janrlarına görə qruplaşdırılmışdır. Lakin bu qeydlərin XIX əsrin sonu, XX əsrin
əvvəllərindəki pasport qeydlərindən bir çox mənada fərqlənir. O zamankı təsvirlərdə
söyləyicinin yaşı və ictimai statusu da göstərilmişdir. Məsələn, QƏXTMT-nin (Сборникь
материалов для описания местностей и племень Кавказа - SMOMPK) buraxılışlarında
bütün nümunələrə aid olmasa da bir çox nağıllara verilmiş qeydlərdə yalnız o dövr üçün
xarakterik olan ümumi ərazi bölgülərini- quberniyanı, qəzanı göstərməklə kifayətlənilməmiş,
həmçinin kənd, şəhər və s. toplanılmış ərazilərin adları dəqiqliklə göstərilmişdir. ―Naxçıvan
folkloru‖ kitabında da bu prinsip bütün nümunələrə aid edilməsə də (məsələn: ―Qardaşlar‖
Əhmədov Qasım, Naxçıvan şəhəri) bir çoxlarında isə nisbətən daha dəqiq ünvanlar
göstərilmişdir. Məsələn: VI.Nağıllar: İynədan-Həvva Abbasova, Şərur rayonu, Xok kəndi
[34.s.358.]. Toplayıcılar haqqında məlumat bölməsində on nəfər toplayıcı haqqında məlumat
verilmişdir. ―Göstərici‖ bölməsində ―Şəxs, mifoloji və folklor obrazları adları‖ və ―Yer
adları‖ kimi bölmələr də tərtib edilmişdir.
Sözügedən coğrafi ərazi ilə əlaqəli folklor nəşrləri bununla tamamlanmamış daha sonra
2010-cu ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin sərəncamına əsasən
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsinin
hazırladığı ―Naxçıvan folkloru antologiyası‖nın birinci cildi işıqüzü görmüşdür. Cildə
Naxçıvan bölgəsindən yazıya alınmış folklor nümunələri toplanılmışdır [33.;140.]. Bura həm
sehirli, həm məişət, həm də tarixi nağıl (İskəndərin dirilməsi) – ümumilikdə iyirmi yeddi (27)
nağıl daxil edilmişdir. ―Mətndəki adlar (Mifoloji personajlar, foklor qəhrəmanları, şəxs
adlar)‖, teonimlər, etnonimlər, coğrafi adlar, əşya-predmet adları, flora və fauna, dialektik
sözlük, söyləyicilər və toplayıcılar və s. kimi informasiya xarakterli bölmələr yaradılmışdır.
Bu bölmələrin hamısında nağıllarla əlaqəli informasiyalara rast gəlmək mümkündür.
İnformativ xarakterli ―Nağıllar‖ bölməsi pasport qeydləri funksiyasını yerinə yetirir. Burada
nağılların toplanma tarixləri müxtəlif illərə təsadüf edir. Beş nağılın toplanıldığı tarix 1930-cu
illəri (Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi, Hazarandastan bülbülü, Hambal Əhməd –
1934-cü ildə, müəllim Baxşəli Sultanovdan toplanıb, Məlik Məmməd və Məlik Əhməd-
1930-cu ildə İbrahim Əli oğlundan toplanıb, Qırx qönçə xanım- 1936-cı ildə Kərbəlayı Yusif
Həsən oğlundan qeydə alınmışdır) əhatə edir.
Qeyd edək ki, AR-nın Dövlət Ədəbiyyat və İncəsənət Arxivində H.Zeynallının
―Azərbaycan nağılları‖ adlı arxiv materiallarındakı onuncu saxlama vahidində (fond №160,
siyah №1, s.v.10) ―VII Qeydlər‖ bölməsində 49-cu nağılının pasport qeydi (arxiv sənədində
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 260 -
nağılın nömrəsi 50 kimi qeyd edilmişdir) ―Hazaran dastan bülbül‖ -Baxşalı Sultanov yazanı
Naxçıvanlı, söyləyəni M.H.Təhməsib- 1934-cü il‖ kimi qeydi verilmişdir [7.]. Həmin
mənbədəki digər nağılların pasport qeydlərində isə bunun əksi göstərilmişdir. Yəni söyləyəni
Baxşalı Sultanov, yazanı M.H.Təhmasib. Görünür burada mexaniki yanlışlığa yol verilmişdir.
Ümumiyyətlə, H.Zeynallının ―Azərbaycan nağılları‖ı tərtib işinin (arxiv sənədlərinin) içəri-
sində B.Hüseynovun, M.H.Təhmasibin, N.Qatanovun (əlyazmalarından) topladığı nağıllardan
geniş istifadə edilmişdir (Nar qızı (1933), Fərsiz oğul (1928), Üç bacı (1930), Juqin (1930),
Muxtarın hekayəsi (1933), ―Təlimli pişik‖ (1930), Dərzinin şagirdi (?), Dərzi qızı (1930), İki
arvadın işdəkləri (1930) –Novruz Qatanovun əlyazmaları, Şahzadə İbrahim, Hazaran dastan
bülbül (1934), Höcət (1934), Leyləyin nağılı (1934) (söyləyəni Baxşalı Sultanov, yazanı
M.H.Təhmasib, Qazının işi (?), Keçəlin nağılı (?) (Baqi Hüseynov) və s. kimi nağılların Nax-
çıvan ərazisindən toplanıldığı qeyd edilmişdir.
Naxçıvan folkloru antologiyasında digər on doqquz nağılın pasport qeydində söyləyən-
lər (bəzilərinin yaşları da göstərilmişdir), toplayanlar və haradan yazıya alındıqları da həmçi-
nin təqdim edilmişdir. Yuxarıda adı qeyd edilən beş nağılın isə toplayıcıları və yazıya alındığı
ərazisi təsvir edilməmişdir. Təəssüf ki,onların əldə edildiyi mənbələr də qeyd edilməmişdir.
Sonda ―Folklor nümunələri (janrlar) üzrə söyləyicilər və toplayıcılar‖ haqda bioqrafik infor-
masiya verən bölmə yaradılmışdır. Lakin bu bölmədə nağıllarla yanaşı dastanlar, hekayətlər
haqda informasiya bir yerdə verilmiş və bütün nümunələr əhatə edilməmişdir.
Söyləyicilərin yaşları qeyd edilməsə də onların hansı mahal, bölgə və kəndin sakini ol-
duğu dəqiq göstərilmişdir. Toplanma tarixləri haqda məlumat qeyd edilməmişdir.
Lakin Naxçıvan MR-nın folklor nümunələrini əhatə edən tərtib bununla bitməmişdir və
növbəti nəşr olaraq AFA-nın 2012-ci ildə - XXIII kitabında məhz ―Naxçıvan örnəkləri‖-ikinci
cild kimi təqdim edilmişdir. 332 səhifədən ibarət bu cildə əvvəlki kitablardan fərqli olaraq ön
söz yazılmamışdır. On iki nağılın daxil edildiyi iyirmi üçüncü kitabın informsiya təminatı
olduqca azdır. Belə ki, informasiya aparatı yeganə olaraq ―Söyləyicilər haqqında məlumatlar‖
bölməsidir. Oxucu yalnız bu bölmədən müəyyən edə bilər ki, nağıllar Ordubad rayonundan və
onun Üstüpü kəndindən, Sədərək rayonu və onun Sədərək kəndindən toplanmışdır. İkinci
cildə daha öncəki tərtib işlərində də rast gəlinən nağılların Naxçıvan bölgəsindən toplanmış
yeni versiyalarını görmək mümkündür. ―Bəxtini axtaran oğlan‖, ―Yaxşılığa yamanlıq‖,
―Həsən kişi və ilan‖ və s. deyilənlərə nümunə ola bilər.
Cildlərin bütün müsbət və mənfi xüsusiyyətlərnin olmasına baxmayaraq nəşr edilən hər
bir nümunə tarixi baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki sürətlə dəyişən sosial mühüt
milli dəyərlərə müəyyən təsirlər etməkdədir. Toplamaq, nəşr etmək yaddaşlarda yaşayan söz
xəzinələrini yaddaşlarla birlikdə torpağa qayıtma təhlüksindən qorunmuş olacaqdır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 261 –
Valida Hasanaova
NAKHCHIVAN FOLKLORE: A BIBLIOGRAPHIC REVIEW
Summary
Keywords: Nakhchivan, folklore, Azerbaijan folklore Antology, Nakhchivan`s folklore
The publication series «Azerbaijan folklore Antology» has important place in the histo-
ry of publication of Azerbaijan popular tales. Such folklore antologies as Nakhicevan
folklores have been looked through in this article. During investigation much information
garanty of many popular tales have been looked in this books. And the providing them with
subsidary apparatus have been in the focus of attention.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 262 -
Yasəmən Feyzulla qızı Sadıqova
Azərbaycan Milli Kitabxanası, böyük biblioqraf
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, doktorant
yasaman.sadiqova@gmail.com
AZƏRBAYCAN MĠLLĠ KĠTABXANASINDA ARXEOLOGĠYA VƏ
ETNOQRAFĠYA ÜZRƏ SƏNƏD KÜTLƏSĠNĠN YERLƏġMƏSĠNĠN
BƏZĠ MƏSƏLƏLƏRĠ
Açar sözlər: Milli kitabxana, arxeologiya və etnoqrafiya, elektron bazalar, elektron
kataloq, biblioqrafik informasiya.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxana nəinki Azərbaycanda, eləcə də Qaf-
qazda, ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir. Milli Kitabxana
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin
bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya,
informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyyə biblioqrafi-
yası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. Kitabxananın
son 2015-ci il hesabatına əsasən onun fondunda 4 569 604 nüsxə ədəbiyyat toplanmışdır ki,
bunun da 2 374 295 nüsxəsi kitab və kitabçalar, 2 195 309 nüsxəsi isə digər sənədlərdir. [6]
Məqalədə Azərbaycan arxeologiya və etnoqrafiyasının sənəd kütləsinin toplanması, mü-
hafizəsi, istifadəsinin təminatında M.F.Axundov adına Milli kitabxananın tutduğu yer araşdı-
rılmışdır.
Ölkəmiz sivilizasiyanın ən qədim ocaqlarından biridir. Bunu deməyə Azərbaycan ərazi-
sində aparılan və zəngin maddi mədəniyyət abidələrini üzə çıxaran arxeoloji və etnoqrafik
tədqiqatların nəticələri əsas verir. XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq tədqiqat-
çılar tərəfindən erkən əkinçilik mədəniyyətinə aid yaşayış məskənləri, tunc dövrünün
şəhərləri, antik və orta əsrlərə aid abidələr aşkar edilib öyrənilmişdir.
Hələ XVII əsrdə Naxçıvan ərazisinə səyahət edən Osmanlı yazarı və səyyahı Övliya
Çələbi [1] 1672-ci ildə İran və Azərbaycanı səyahət etmiş fransız səyyahı Jan Şarden [11] və
1817-1820-ci illərdə Azərbaycanda, xüsusən Naxçıvanda olmuş digər fransız səyyahı Ker
Porter
[5] buranın yaşayış məskənləri və tarixi memarlıq abidələri haqqında geniş məlumat
toplamışlar. Bundan başqa İsveçrəli səyyah Dyubua de Monpere 1834-cü ildə Azərbaycanda
olmuş, Göygöl (Xanlar) rayonunda 30-a qədər müxtəlif kurqanlarda qazıntılar aparmış və
Naxçıvandakı türbələrin qısaca siyahısını vermişdir. Səyyah Qafqazda apardığı araşdırmaları
ümumiləşdirərək 1839-1844-cu illər ərzində ―Qafqaz ətrafında səyahət‖ adlı 6 cildlik əsəri
nəşr etdirmişdir [8]. XIX əsrin iyirminci illərində Rusiyaya gəlmiş, Qafqaz canişinliyində
işləmiş məşhur fransız səyyahı və etnoqrafı İvan İvanoviç Şopen general İ.F.Paskeviçin
göstərişi ilə 1829-1832-ci illərdə nəşr etdirdiyi əsərlərində Qafqazın, o cümlədən İrəvan və
Naxçıvan xanlıqlarının tarixi tədqiq etdiyi abidələr haqqında məlumatlar vermişdir [9].
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 263 –
XX əsrin sonlarında V.Belk, E.Resler Q.Rozendorf, J.de Morqan və başqa avropa mən-
şəli tədqiqatçılar Azərbaycanın müxtəlif ərazilərində sistemsiz və pərakəndə şəkildə tədqiqat-
lar aparılmışlar.
XX əsrin 20-ci illərindən sonra elmin digər sahələrində olduğu kimi arxeologiya və
etnoqrafiya sahəsində də canlanma müşahidə olundu. Yeni yerli ixtisaslı kadrların hazırlan-
ması və elmi mərkəzlərin yaradılması arxeoloji tədqiqatların elmi əsaslarla sistemli şəkildə
aparılmasına şərait yaratdı. Arxeoloji tədqiqatlar 1923-cü ildə Bakıda yaranan Azərbaycanı
Tədqiq və Öyrənən Cəmiyyət, 1927-ci ildə onu əvəz edən Azərbaycanın keçmişini tədqiq
edən komitə və 1929-cu ildə yaranan Elmi Tədqiqat İnstitutu tərəfindən aparılırdı.
Artıq 30-cu illərdə Azərbaycan arxeologiyası üçün xeyli işlər görmüş akademik
İ.İ.Meşşaninovun rəhbərliyi altında İ.M.Cəfərzadə, Ə.K.Ələkbərov və başqalarının iştirakı ilə
Qarabağ, Naxçıvan və digər bölgələrə təşkil olunan ekspedisiyalarda arxeoloji abidələri tədqiq
edərək bir sıra yeni nəticələr əldə edildi. Arxeoloqlar Ə.Ələkbərovun, İ.Cəfərzadənin,
D.Şərifovun, S.Qazıyevin, Y.İ.Hummelin əsərləri arxeoloji ədəbiyyat kütləsinin formalaşma-
sında xüsusi rolu var.
1969-cu ildə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinin öyrənib
araşdırılmasına xüsusi diqqət ayırmağa başladı. Heydər Əliyevin imzaladığı qərara əsasən
1974-cü ildə yerli kadr potensialını nəzərə alaraq elmi tədqiqatların səmərəliliyini yüksəltmək
məqsədi ilə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun tərkibində Arxeologiya və
Etnoqrafiya Sektoru yaradıldı. Naxçıvan, Qəbələ, Şamaxı, Gəncə və digər bölgələrdə arxeo-
loji bazaların əsası qoyuldu. 70-80-ci illərdə çoxtəbəqəli arxeoloji qazıntılar aparılmağa baş-
lanıldı. Artıq arxeologiya və etnoqrafiya sahəsi üzrə bir sıra mətbu orqanları yaradıldı və nəşr
yeni edilən monoqrafiyaların ədəbiyyat kütləsinin nəzərəçarpacaq dərəcədə artması müşahidə
olundu. Həmin dövrdə Kitab Palatasının təsis etdiyi cari biblioqrafik göstəricilərdə arxeologi-
ya elminə dair nəşrlər ayrıca bölmə altında qruplaşdırılmağa başlandı.
Ölkəmiz müstəqillik əldə etdikdən sonar Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1993-cü il 8 iyul tarixli qərarı ilə Arxeologiya və Etnoqrafiya Sektorunun bazasında müstəqil
Arxeologiya və Etnoqrafiya İnstitutunun təsis edilməsi Azərbaycan arxeologiya və etnoqra-
fiya elminin daha geniş inkişafına zəmin yaratdı.
Bu gün sözü gedən sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Cənab
İlham Əliyevin ―Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya
İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların
maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında‖ 5 fevral 2008-ci il tarixli Sərəncamı
ölkəmizin bütün bölgələrində arxeoloji tədqiqatların aparılmasına təkan verdi. Bundan əlavə,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Göytəpə arxeoloji parkının
yaradılması ilə bağlı bəzi tədbirlər haqqında" 18 aprel 2012-ci il tarixli, "Azərbaycan Milli
Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının
gücləndirilməsi haqqında" 26 aprel 2012-ci il tarixli, "Muğan-Babacanlı abidələrinin 2800
illiyinin qeyd edilməsi haqqında" 29 oktyabr 2013-cü il tarixli sərəncamlar imzalayıb. [7]
Azərbaycanda arxeologiya və etnoqrafiya elmləri müəyyən tarixi inkişaf yolu keçmiş-
dir. Bütün bu dövr ərzində arxeologiya və etnoqrafiya elmlərinin zəngin sənəd kütləsi for-
malaşmışdır.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 264 -
M.F. Axundov adına Milli kitabxananın Azərbaycan arxeologiya və etnoqrafiya elminin
informasiya təminatında mühüm rol oynayan mərkəzdir. Burada azərbaycan, rus, ingilis və
digər xarici dillərdə arxeologiya və etnoqrafiyaya dair kitablar, jurnallar, ardı davam edən
nəşrlər, qəzetlər, avtoreferat və dissertasiyalar və digər mənbələr toplanmışdır.
Milli kitabxananın arxeoloji və etnoqrafik ədəbiyyatın informasiya təminatında oyna-
dığı roldan danışarkən onun biblioqrafik fəaliyyət istiqaməti üzərində dayanmaq məqsədəuy-
ğundur.
M.F.Axundov adına Azərbaycan Milli kitabxanasının arxeologiya və etnoqraiya üzrə
biblioqrafik informasiya axtarışını təmin edən vəsaitlərindən 2006-ci ildən tərtib edilən ―Yeni
kitablar‖ adlı cari biblioqrafik informasiya bülletenini göstərmək olar. Bu vəsaitdə yalnız
Milli kitabxananın fonduna daxil olan ədəbiyyat (Kitab, dissertasiya və avtoreferatlar) öz
əksinin tapıb. Burada ədəbiyyat azərbaycan və rus dillərində elm sahələri üzrə qruplaşdırılır.
Annotasiyalı biblioqrafik vəsait 2007-ci ildən rüblük nəşr edilir. Arxeologiyaya dair ədəbiyyat
―Tarix‖ elmləri sırasında ―Arxeologiya‖ adlı yarımbölmədə qruplaşdırılıb. Müəlliflərin və
sərlövhələrin əlifba göstəricisi, təsvirə əlavə edilən kitablara verilən kataloq şifrəsi oxucuların
vəsaitdən istifadəsini asanlaşdırır, vaxta qənaət etməyə imkan yaradır.
Milli kitabxananın arxeoloji və etnoqrafik informasiyanın təminatındakı rolundan
danışarkən ―Mədəniyyət incəsənət və turizm haqqında yeni ədəbiyyat‖ adlı cari biblioqrafik
informasiya göstəricisini göstərmək mütləqdir. Milli Kitabxanada 1975-ci ildə Mədəniyyət
və incəsənət üzrə elmi informasiya şöbəsi fəaliyyətə başladı. 2006-cı ildə şöbənin adı
dəyişirilərək Mədəniyyət üzrə informasiya adı altında fəaliyyət göstərdi. 2009-cu ilin fevral
ayından isə kitabxana proseslərinin avtomatlaşdırma ilə əlaqədar olaraq müstəqil şöbə kimi
dövrün tələblərinə uyğun - mədəniyyət, incəsənət, iqtisadiyyat, səhiyyə və digər sahələrdə
soraq-informasiya xidməti ilə məşğul olaraq yeni adla – Analitik elektron məlumat bazasının
təşkili şöbəsi kimi fəaliyyətini davam etdirir [6]. Şöbənin başlıca məqsədi və vəzifəsi dövri
mətbuat səhifələrindən respublikamıza aid dəyərli Azərbaycan və rus dilində olan məqalələri
kitabxananın elektron kataloqunda əks etdirməkdir. Şöbə kitabxanaya daxil olan dövri
mətbuat səhifələrindən respublikanın ictimai-siyasi və mədəni həyatında baş verən
hadisələrə, əlamətdar günlərə, elmin müxtəlif sahələrinə - mədəniyyət, incəsənət, iqtisadiy-
yat və s. sahələrə aid (Azərbaycan Respublikasının Qanunları, Fərmanları, Sərəncamları,
Azərbaycan mədəni quruculuq, mədəni əlaqə, kitabxana işi, turizm, regionlar və s.) material-
ları araşdırıb ən yeni təsvir qaydasından istifadə edərək analitik yazılışını və tam mətnini
elektron kataloqda yerləşdirir. Hər ay elektron bazaya ötürdüyü materiallar əsasında ―Mədə-
niyyət incəsənət və turizm haqqında yeni ədəbiyyat‖ adlı cari biblioqrafik informasiya göstə-
ricisini tərtib edir. Qeyd edək ki, bu vəsait şövə yaranan ildən nəşr edilib. Geniş oxucu kon-
tingentini əhatə edən bu məlumat bülleteni 13 bölmədən ibarətdir. Bu bölmələrdən biri də
―Tarixi və mədəniyyət abidələri‖ adlanır. Burada Azərbaycanın maddi və mədəni abidələri,
arxeoloji və etnoqrafik tədqiqatlarla onların aşkarlanması, tədqiq və mühafisəzinə dair mən-
bələr qruplaşdırılır. Vəsait müəlliflərin əlifba göstəricisindən, istifadə olunmuş qəzet və jur-
nalların siyahısından ibarət köməkçi aparatı vəsait üzrə axtarışı daha səmərəli edir.
Vəsaitin yeni nəşrlərinə onu müasir və daha əlverişli edən əlavələr olunmuşdur. Belə
ki, biblioqrafik yazıların qarşısında ulduz işarəsi (*) qoyulur. Bu o deməkdir ki, məqalələrin
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 265 –
tam elektron mətnini Milli kitabxananın saytından (www.anl.az) tam variantda oxumaq
mümkündür. Yəni oxucu məqaləni bilavasitə kitabxananın ―Dövri mətbuat zalına‖ müraciət
etmədən əldə etmiş olur [4].
Müasir dövrdə kitabxanaların üzərinə ənənəvi məlumat məhsulları ilə bərabər avtomat-
laşdırılmış kitabxana-informasiya sistemlərinin tətbiqindən bəhrələnib müasir məzmunlu
məlumatların əldə edilməsi, qorunması və ötürülməsi kimi vəzifələr düşür. Bu sahədə Milli
kitabxana xeyli işlər görmüşdür.
Son illərdə kitabxana işi sahəsində baş verən yeniliklər, xüsusilə, informasiya
texnologiyalarının tətbiqinin elektron kitabxana və elektron kataloqların yaradılması Milli
Kitabxanada həmişə yaradıcı şəkildə aparılmış, kitabxana proseslərinin avtomatlaşdırlması
istiqamətində ilk addım atan kitab
xanalardan biri olmuşdur. 2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə
sisteminin tətbiqinə başlanmışdır. Sistemin proqram təminatı ABŞ-ın VTLS-kitabxanalar
üçün xüsusi avtomatlaşdırılmış proqramlar işləyən təşkilatlar tərəfindən həyata keçirilmişdir.
Buraya elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab
verilişi, kitab fondunun komplektləşdirilməsi, Milli biblioqrafiyanın yaradılması, bütün
kitabxana proseslərinin avtomatlaşdırılması modulları daxildir.
Hazırda elektron kataloq vasitəsilə kitabxananın (www.anl.az) saytına girməklə fondda
olan çap məhsulatı vasitəsilə istənilən məlumatları, o cümlədər arxeoloji və etnoqrafiyaya dair
əldə etmək mümkündür. Bütün məlumatlar MARC-21 formatında fonda daxil edilir. Milli
Kitabxanada məlumat bazası yaradılarkən komplektləşmə zamanı ədəbiyyat ayrı-ayrı sahələr
üzrə fonda daxil edilir. İlk növbədə: fonda daxil olan yeni ədəbiyyat; arxiv şöbəsində
toplanmış və əks xronoloji ardıcıllıqla seçilən ədəbiyyat; tammətnli resursların biblioqrafik
yazılarının tərtib edilməsi üçün kitabxananın fondunda olan ədəbiyyat; ümumi fonda olan və
format üzrə düzülmüş rus dilində olan ədəbiyyat [2]. Bundan başqa məlumat bazasına
azərbaycan və rus dillərində olan ədəbiyyatın növlərinə görə biblioqrafik yazılar daxil edilir:
Monoqrafiyalar; seriya ilə nəşr olunan monoqrafiyalar; dissertasiyalar və avtoreferatlar; not –
musiqi nəşləri; kartoqrafik nəşrlər; elektron resurslar. Bütün bunlarla yanaşı, məlumat
bazasında digər xarici dillərdə olan ədəbiyyat növlərinin bilioqrafik yazıları elektron kataloqa
daxil edilir. Hal hazırda kitabxananın elektron kataloqu üzrə axtarış apararkən arxeologiya
üzrə 1150, etnoqrafiya üzrə 1333 sayda mənbə haqqında biblioqrafik məlumat əldə edilir.
Milli kitabxananın elektron məlumat bazasları var ki, bura da elektron kitabxana linki
(keçid) vasitəsilə daxil olmaq olur. Burada Azərbaycanın görkəmli şəxsiyyətləri, şair, yazıçı,
ictimai-siyasi xadimlər və başqalarının həyat və yaradıcılığı, kitabları, şəkillərindən ibarət
fotoalbom və videogörüntülər elektron versiyada istifadəçilərə təqdim edilir.
Belə məlumat
bazalarından biri
də Azərbaycan ərazisində yerləşən və dünyada ən qədim arxeoloji
abidələrindən olan Qobustan abidələrinin
məlumat bazasıdır. Baza 7 bolmədən ibarətdir:
Qobustan rayonu haqqında, onun coğrafi mövqeyi, relyefi, təbiəti, iqlimi, iqtisadi
xarakteristikası, maddi-mədəniyəti, qayaüstü rəsmlər haqqında məlumatlar;
Qobustan dövlət tarixi-bədii qoruğu haqqında sənədlər;
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 266 -
Qobustan tarixi və memarlıq abidələri haqqında (Diri Baba türbəsi, Şərar nekropolu,
Qədirtəpə kurqanı, Cavanşir qalası, Pir Xanəgahı, mağaralar, məsçidlər, qədim yaşayış
yerləri, köhnə qəbrstanlıqlar və s.)
―Qobustan‖ sənət toplusu (Adı Qobbustanla bağlı olan dərgi haqqında)
Videoqalereya (Qobustan haqqında filmlər)
Milli kitabxanada arxeologiya və etnoqrafiya elmləri üzrə informasiyanın toplanması,
mühafizəsi, axtarışı, istər ənənəvi istərsə də elektron formatda istifadəsi mövcuddur və bu
sahədə işlər daha da genişləndirilməkdədir.
Dostları ilə paylaş: |