AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə34/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   28   29   30   31   32   33   34   35   36

ƏDƏBĠYYAT 
 
1.
 
Əliyeva-Kəngərli A.İ. Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxa-
nalar. – Bakı: Elm, 2007. – 230 s. 
2.
 
Nağıyev N., Hüseynov F. Azərbaycan memarlıq tarixi. Azərbaycan Respublikasının 
müasir dövr memarlıq tarixi,V cild. – Bakı: Şərq-Qərb, 2013. – 352 s. 
3.
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin kitabxanasının 2015-ci il hesabatı. 
 
 
Gunel Hajiyeva 
 
IMPROVING WAYS ON PROVISION OF LIBRARYAND INFORMATION 
OF ARCHITECTURE AND CONSTRUCTION 
 
Summary 
Information  services  play  a  key  role  in  the  organization  of  information  provision. 
Information  services  include  traditional  library,  electronic  library,  free  internet  and 
information  access  and  so  on.  Cooperation  with  the  international  scientific  and  technical 
societies  and  electronic  libraries  also  provides  architectural  information.  This  article 
includes the ways of improving on provision for architecture and construction information.  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 283 – 
 
Vüsal Mətləb oğlu Məmmədov  
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu, Dissertant 
vusal168saat@yahoo.com 
 
 
AZƏRBAYCANA AĠD ĠNTERNET RESURSLARDA 
MUĞAMLA BAĞLI BAġLICA ĠNFORMASĠYA MƏNBƏLƏRĠ 
 
Açar  sözlər:  Muğam,  muğamlarımız,  internet,  muğam  internet  resurslarda,  muğamla 
bağlı mənbələr, internet resurslar, internet saytlar, saytlar, portal, electron mənbələr, internet 
şəbəkəsi, muğam ensiklopediyası, Vikipediya. 
 
İnformasiya  bazası  kimi  internet  resursların  əhəmiyyəti  getdikcə  artır.  Bu  qlobal 
şəbəkədə  bütün  sahələrə  bağlı  məlumatlara  rast  gəlirik.  Müxtəlif  xəbərlər,  müəllif  yazıları, 
elmi  araşdırmalar,  onların  nəticələrini  əks  etdirən  xülasələr,  foto,  video  görüntülər  artıq 
internetdə daha əlçatandır. 
Muğamla bağlı materiallar barədə də eyni fikirləri deyə bilərik.Əksər muğamlarımızın 
görüntülü  səsləndirməsi  ―Youtube‖  video-kanalında  (―youtube.com‖)  yerləşdirilib.  Bununla 
yanaşı, bir sıra digər resurslarda da muğamlarımız və onlar barədə video və yazılı materiallar 
vardır.  Bu  məqalədə  əsasən  ikinci  üzərində  dayanaraq  təhlil  aparmağa  çalışacağıq: 
Azərbaycana aid olan internet informasiya vasitələrində hansı məlumatlar yer alıb?  
Bu yazıda aşağıdakı suallara cavab tapacağıq: 
a)
 
İnternet  resurslarda  konkret  olaraq  hansı  mənbələrdə  muğamla  bağlı  daha  dolğun 
məlumatlar var? 
b)
 
Bu  məlumatlar  muğamla  bağlı  bilgilərin  hansı  hissəsini,  hansı  istiqamətini  özündə 
əks etdirir? 
c)
 
Bu  vaxta  qədər  internet  şəbəkəsində  muğamla  bağlı  mövcud  olan  məlumatlar, 
mənbələr  barədə  heç  bir  biblioqrafiq  material  hazırlanmayıb.  Bu  yazının  elmi  əhəmiyyəti 
məhz  bundadır:  muğamla  bağlı  dolğun  informasiyaların  əks  olunduğu  başlıca  mənbələr 
(linklər) bir yazıda toplanaraq təqdim olunur.  
Bunun  əhəmiyyəti  nədədir?  Bu  linklər  muğamla  bağlı  məlumat  axtarışını  asanlaşdırır, 
internet  istifadəçisi  informasiyanı  hansı  saytlarda  axtarmalı  olduğunu  bilir.  Əvvəlcədən 
məlum  olur  ki,  bu  sahə  ilə  bağlı  geniş,  ətraflı  informasiyaların  toplandığı  əsas  mənbələr 
hansılardır. 
İnternet resurslardakı materialları ―google‖ axtarış sistemi ilə bir neçə saniyə içərisində 
əldə  edə  bilirik.  Lakin  yüzlərlə  linkdən  hansında  bizə lazım  olan  qədər  informasiya  toplusu 
olduğunu bilmirik.  
Araşdırma predmetimiz olan muğamla bağlı da internet saytlarda minlərlə, yüzminlərlə 
mənbələr tapmaq olar. Ancaq  yenə aydın olmur – hansı mənbələr daha ciddidir və daha çox 
məlumatı özündə əks etdirir? Beləliklə, internet resurslardakı başlıca informasiya mənbələrini 
və bu mənbələrdəki materialların qısa xülasəsini nəzərdən keçirək. 
1.
 
http://az.wikipedia.org/wiki/Mu%C4%9Fam 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 284 - 
Vikipediya  məlumat  bazasında  muğamla  bağlı  yetərincə  geniş  məlumatlar  toplanıb. 
"Muğam"  sözü  ərəbcə  "dayanacaq",  musiqidə  "səs  qatarı"  deməkdir.  "Məqam"  sözü  simli 
alətlərdəki "pərdə" mənasına gəlir. 
Fars  dilində  "muğam"  sözünün  qarşılığı  "gah"dır  və  bəzi  muğam  terminlərində  rast 
gəlinir: Yegah, Dügah, Segah, Çahargah, dəstgah. 
Bu  resursdakı  materialda  qədim  muğamlardan  da  bəhs  edilir:  ―
Musiqi  binasının 
möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi. 
12  əsas  muğam  bunlar  idi: Üşşaq,  Nəva,  Busəlik,  Rast,  Əraq,  İsfahan,  Zirəfkənd, 
Büzürk,  Zəngulə,  Rəhavi,  Hüseyni  və  Hicaz.  6  avazat  isə  Şahnaz,  Mayə,  Səlmək,  Novruz, 
Gərdaniyyə,  Güvaştdan  ibarət  idi.  XIV  əsrin  axırlarına  doğru  baş  verən  ictimai,  iqtisadi  və 
siyasi  dəyişikliklərlə  əlaqədar  olaraq,  bu  möhtəşəm  musiqi  «binasının»  divarları  əvvəllər 
çatlamış və sonralar isə büsbütün uçub dağılmışdır.
 
Yaxın  Şərq  xalqları  uçub  dağılmış  bu  «musiqi  binasının»  qiymətli  «parçalarından» 
istifadə edərək, özlərinin «lad tikinti» ləvazimatı ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi 
üslubda yeni «musiqi barigahı» tikmişdir. Təbiidir ki, 12 klassik muğamın adları və həmçinin 
bu  muğamların  özləri  də  böyük  dəyişikliklərə  uğramışdır:  əvvəllər  müstəqil  hesab  olunan 
muğamlar  bəzi  xalqlarda  şöbə  halına  keçir  və  yaxud  əksinə,  əvvəllər  şöbə  hesab  olunan 
musiqi sonralar müstəqil muğama çevrilir. Yenə də bu qayda ilə, muğam və onun şöbələrinin 
eyni adları ayrı-ayrı xalqlarda müxtəlif məna ifadə edirdi. 
İndiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam 
«
Rast
»dır. Bu muğam kökünün möhkəm və məntiqli olması onun adının mə'nasına tamamilə 
uyğun  gəlir.  «Rast»-düz,  doğru  deməkdir.  Qədim  musiqişünaslar  «Rast»ı  muğamların  anası 
adlandırırdılar.  «Rast»  muğamı  yalnız  öz  adını  və  səsqatarını  deyil,  hətta  öz  mayə  (tonika) 
ucalığını  da  zəmanəmizə  qədər  mühafizə  etmişdir.  Bütün  Yaxın  Şərq  xalqlarında  «Rast» 
muğamının  quruluşu  və  mayə  ucalığı  eynidir.  Bu  mayə  kiçik  oktavanın  «sol»  səsindən 
ibarətdir.  Aşağıdakı  müqayisədən  aydın  olur  ki,  indi  bizim  kiçik  oktavanın  «sol»u 
adlandırdığımız ton hələ antik dövrdə «Rast» ladının ucalığını göstərirmiş.  
Keçmiş  zamanlarda  muğam  musiqisi  7  əsas  avazdan  ibarət  olmuş  və  yuxarıda  adları 
çəkilmiş  ardıcıllıqla  adlandırılmışdır.  Sonralar  isə,  hər  şey  inkişaf  etdiyi  kimi  muğamlar  da 
inkişaf edərək zaman ötdükcə yeni şöbələr, güşələrlə zənginləşmiş və nəhayət, indiki dövrdə 
öz  intişarını  tapmışdır.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  ―Yegah‖,  ―Dügah‖,  ―Segah‖  və 
―Çahargah‖ bütöv muğam, ―Çahargah‖ isə şöbə kim səslənir. Say adları ilə bağlı olan daha bir 
faktı  göstərmək  olar.  Ərəb  musiqisində  yegah,  dügah,  segah,  çahargah,  pəncgah,  şeşgah  və 
həftgah  səs  düzümünün  pərdələri  kimi  adlandırılır.  Bu  faktı  ərəb  musiqişünası  Fərrux 
Ammarın yazılarında aydın görmək olar
‖.  
Materialda Azərbaycan xalqı ilə yanaşı, digər xalqlara məxsus olan muğamlar, muğam 
məclisləri barədə məlumat verilir. 
2.
 
http://mugam.musigi-dunya.az/ 
Muğam  ensiklopediyasıdır.  Ön  söz  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban 
xanım Əliyevaya məxsusdur. Xatırlatmaq vacibdir ki, Mehriban Əliyeva Azərbaycan muğa-
mının  dünyaya  tanıdılması  istiqamətində  əvəzsiz  işlər  görmü  və  məhz  onun  səyləri  nəticə-
sində həm  milli mədəniyyət  üçün, həm  də bütün  bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 285 – 
 
muğamının  bədii  dəyəri,  onun  yüksək  mənalılığı  2003-cü  ildə  YUNESKO  kimi  nüfuzlu 
beynəlxalq  təsisat  tərəfindən  etiraf  olunmuşdur.  YUNESKO  muğamı  "bəşəriyyətin  şifahi  və 
qeyri-maddi  irsinin  şah  əsərlərindən  biri"  elan  etmişdir.  Təqdim  etdiyimiz  linkdəki  mətndə 
Mehriban xanım Əliyevanın müəllifi olduğu ―Ön Söz‖də muğam ensiklopediyasından ətraflı 
şəkildə bəhs olunur. Qeyd olunur ki, iki cilddən ibarət olan bu ensiklopediya həm muğamla 
bağlı  ətraflı  məlumatları  özündə  cəmləşdirir,  həm  də  Azərbaycan  muğamlarını  müxtəlif 
musiqiçilərin ifasında təqdim edir. Keçən əsrin əvvəllərində ilk dəfə lentə alınmış muğamlar-
dan  tutmuş  2007-ci  il  muğam  müsabiqəsinin  qaliblərinin  çıxışlarına  qədər  olan  yazılar  125 
diskdən  ibarət  bir  külliyyat  təşkil  edərək  həqiqətən  də  ensiklopedik  xarakter  daşıyır.  Burada 
təmsil olunan ustad və gənc xanəndələrin yaradıcılığı, muğam dəsgahları və digər əsərlər ilk 
dəfədir ki, bir yerdə toplanaraq qədim muğam irsimizin dolğun mənzərəsini yaradır.―Muğam 
ensiklopediyasının hər bir cildi, əslində, müstəqil ensiklopediyadır. Qeyd etmək lazımdır ki, 
muğam özü-özlüyündə elmi və nəzəri təhlil üçün olduqca mürəkkəb bir obyektdir. Onun nota 
alınması  cəhdlərindən  tutmuş,  muğam  ifaçılığı  üzrə  kanonik  dərslik  yaratmaq  arzularının 
gerçəkləşməsinədək  musiqiçilərin  hansı  obyektiv  çətinliklərlə  qarşılaşdığı  hamıya  bəllidir. 
Muğamın ovsununa düşmüş əcnəbi musiqişünasların onun rasional təhlil üsulları ilə tədqiqi-
nin mümkün olmaması barədə dönə-dönə söylədikləri fikirlər də mütəxəssislərə yaxşı məlum-
dur. Məhz bu səbəbdəndir ki,  biz oxucunun diqqətinə  sanki  iki ensiklopediya təqdim edirik. 
Onlardan  biri  elmi  tədqiqatların  bəhrəsi,  digəri  isə  Azərbaycan  muğam  ustalarının  yaratdığı 
dəyərli  musiqi  xəzinəsidir‖.  Ensiklopediyada  muğamın  bütün  elementləri,  muğam  ustaları 
barədə detallaı məlumatlar əksini tapır. 
3.
 
http://www.mehriban-aliyeva.org/az/article/item/5169 
Azərbaycan  muğamının  dünyaya  tanıdılmasında  əvəzsiz  xidmətləri  olan  Azərbaycanın 
birinci  xanımı,  İSESKO  və  YUNESKO-nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevanın 
şəxsi internet saytında da muğam barədə məlumatlar öz əksini tapır. Burada Qarabağ muğam 
məktəbindən  bəhs  edilir:  ―Qarabağ  muğam  məktəbinin  nümayəndələri  Azərbaycan  xalqının 
musiqi  mədəniyyətini  inkişaf  etdirməklə,  öz  həmvətənlərinin  ağıllarına,  hiss  və  duyğular 
aləminə  nəcib  təsir  göstərmişlər.  Bu  yerlərin  təbiətindən  keçib  gələn,  ruhu  oxşayan  həmin 
gözəllikdir ki, nadir musiqi mədəniyyətində öz əksini tapmışdır. Qarabağ muğam məktəbinin 
rəmzinə  çevrilən  məşhur  ―Qarabağ  şikəstəsi‖  buna  bariz  nümunədir‖.  http://azens.az/menu-
azerbaydzan/item/562-azaerbaydzana-maekhsus-moedzuzae-muzhham Bu internet resursunda 
muğam sözünün etimologiyası, muğamın özü və fəlsəfəsindən bəhs edilir. 
Bu  linkdəki  materialda  qeyd  edilir  ki,  ―Muğam  –  2002-ci  ildə  YUNESKO  tərəfindən, 
ümumbəzəri  olmayan  bir  musiqi  irsinin  şedevri  elan  edilmiş  və  onun  vətəninin  məhz 
Azərbaycan olduğu qeyd edilmişdir. Muğam sözü musiqidə əsasən, 2 məna kəsb edir. Birinci, 
Azərbaycan  xalq  musiqisində  bir  ahəng,  düzüm  mənasını  daşıyır.  Muğamın  7  ahəng  növü 
vardır :  Rast,  Şur, Segah, Şüştər, Çahargah,  Bayatı-Şiraz, Humayun və digər bir neçə  əlavə 
qollara malikdir. Digər bir mənada isə, bu termin xüsusi musiqi forması deməkdir. Muğam - 
ərəb  məqamına,  özbək  maqomına,  hind  raqasına  çox  yaxın,  qohum  hesab  edilir  və  ahəng 
baxımından çox oxşardırlar.‖ 
4.
 
http://azerbaijans.com/content_296_az.html 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 286 - 
Muğam  barədə, onun şöbələri haqqında məlumatlar əksini tapır. Qeyd edilir ki,  ―Şərq 
xalqlarına  mənsub  milli  musiqi  formasıdır.  Şifahi  ənənələrə  əsaslanan  klassik  musiqi 
nümunəsidir. Muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Azərbaycan musiqisi-
nin  yeddi  əsas  muğamı  var:  ―Rast‖,  ―Şur‖,  ―Segah‖,  ―Şüştər‖,  ―Çahargah‖,  ―Bayatı-  Şiraz‖, 
―Hümayun‖. 
Muğamlar  orijinal  mahiyyətinə  və  öz  musiqi  xarakterinə  görə  bir-birindən  fərqlənir. 
Üzeyir  Hacıbəyov  ―Azərbaycan  xalq  musiqisinin  əsasları‖  adlı  elmi-nəzəri  kitabında 
muğamların  dinləyiciyə  aşıladığı  əhval-ruhiyyəni  belə  səciyyələndirir:  ―Rast‖-  dinləyicidə 
mərdlik  və  gümrahlıq  hissi,  ―Şur‖  -  şən,  lirik  əhval-ruhiyyə,  ―Segah‖-  məhəbbət  hissi, 
―Şüştər‖-  dərin  kədər,  ―Çahargah‖-  həyəcan  və  ehtiras  hissi,  ―Bayatı-Şiraz‖-  qəmginlik, 
―Hümayun‖- dərin kədər hissi oyadır‖. 
5.
 
http://www.anl.az/down/meqale/yeni_az/2011/mart/163473.htm 
―Yeni Azərbaycan‖ qəzetində çap olunmuş ―Muğam Azərbaycan xalqına xas olan ən 
gözəl xüsusiyyətlərin daĢıyıcısıdır‖ sərlövhəli yazı (2011.- 16 mart.- S.2) bu internet resurs-
da da yerləşdirilib. Yazının müəllifi Ramil Vəlibəyovdur. 
6.
 
http://kayzen.az/blog/musiqi/3821/mu%C4%9Fam-n%C9%99dir.html 
―Muğam nədir‖ sərlövhəli yazıda muağm barədə geniş məlumat verilir. Eyni zamanda 
Mədəniyyət və turizm Nazirliyinin sifarişi ilə ―Yaddaş‖ Sənədli Filmlər Studiyası tərəfindən 
―Azərbaycan muğamı – Əsrlərin dərinliklərindən gələn sədalar‖ sənədli filmi təqdim edilir.  
Təbii  ki,  internet  şəbəkəsində  muğamla  bağlı  mövcud  olan  məlumatlar  bu  təqdim 
etdiklərimizlə  məhdudlaşmır.  Bu  sahə  ilə  bağlı  müxtəlif  internet  saytlarda  xeyli  sayda  və 
dolğun  materiallar  yerləşdirilib.  Muğamla,  muğam  sənəti  ilə  bağlı  baş  verən  hər  bir  yenilik 
xəbər  saytlarında  əksini  tapır.  Bu  informasiyaların  da  hər  biri  muğamla  bağlı  bilgi 
mənbəyidir.  Ölkənin  bütün  aparıcı  portallarında,  KİV-lərin  elektron  versiyalarının  daxili 
axtarış  sistemlərində  ―Muğam‖  sözünü  axtarışa  verməklə  kifayət  qədər  çox  informasiya 
qarşılaşa bilərik.  
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Vikipediya.az 
2.
 
Muğam ensiklopediyası  
3.
 
[http://mugam.musigi-dunya.az/r/rast.html] 
4.
 
Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliye-
vanın şəxsi internet səhifəsi [http://www.mehriban-aliyeva.org/az/main] 
5.
 
AZENS  -  Azərbaycanın  ilk  elektron  ensiklopediyası  [http://azens.az/menu-
azerbaydzan/item/562-azaerbaydzana-maekhsus-moedzuzae-muzhham] 
azerbai-
jans.com[http://azerbaijans.com/content_296_az.html] 
6.
 
anl.az[http://www.anl.az/down/meqale/yeni_az/2011/mart/163473.html] 
7.
 
kayzen.az[http://kayzen.az/blog/musiqi/3821/mu%C4%9Fam-n%C9%99dir.html] 
8.
 
―Bizim yol‖ qəzetinin elektron versiyası [http://bizimyol.info/news/22515.html]  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 287 – 
 
Vusal Mammadov 
 
THE MAIN INFORMATION SOURCES ABOUT MUGAM IN  
THE INTERNET RESOURCES 
 
Summary 
We can get any information on the internet using Google search engine in a matter of 
seconds. But we don‟t know  where the right and sufficient  amount of  information is  among 
these  hundreds  of  links.  It  is  possible  to  find  hundreds  of  thousands  of  sources  related  to 
Mugham which is our subject to review. In this article we are sharing information sources  -
links to websites- on the internet associated with Mugham. Overall, here is given eight infor-
mation sources and brief summaries of the data on that websites.
  
 
 
 
 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 288 - 
Aygün Kamran qızı Səfərova  
AMEA Mərkəzi Elmi Kitabxanası, şöbə müdiri 
aygunsafarova3@gmail.com 
 
 
AZƏRBAYCANDA KĠTABXANALARIN VAHĠD BĠBLĠOQRAFĠK TƏSVĠR 
STANDARTININ TƏTBĠQĠ PROBLEMLƏRĠ VƏ PERSPEKTĠVLƏRĠ 
 
Açar sözlər: biblioqrafik təsvir, kitabxana standartları, FRBR, MAB2, MARC, İSO2709, 
RUSMARC. 
  
  Məqalədə  ilk  öncə  standart  anlayışı  haqqında  məlumat  verilmiş,  daha  sonra  dünyada 
istifadə edilən biblioqrafik təsvir standartları haqqında qeyd olunmuşdur. Sonda Azərbaycan-
da kitabxanaların vahid biblioqrafik təsvir standartının tətbiqinin problemləri və perspektivləri 
öz əksini tapmışdır. 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən  təsdiq  olunmuş 
―Azərbaycanda kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırılması haqqında‖ sərəncam  və  ―Azər-
baycan  Respublikasında  kitabxana-informasiya  sahəsinin  2008-2013-cü  illərdə  inkişafı  üzrə 
Dövlət  Proqramı‖ kitabxanalarımızın  inkişaf strategiyası  kimi  qəbul  edilir və onların  fəaliy-
yəti bu mühüm sənədlərin tələbləri üzərində qurulur.[1] 
Həmin sərəncama əsasən, Azərbaycan kitabxanaları ən yaxın zamanda tam modernləş-
dirilməli, yeni texnoloji avadanlıqlarla təmin edilməli, elektron kataloq və elektron kitabxana 
quruculuğu işləri sürətləndirilməlidir. 
Biz bunlardan biri haqqında – elektron kataloqun mühüm elementlərindən biri olan bib-
lioqrafik yazı standartının tətbiqi haqqında ətraflı danışacağıq.  
Mövzunu araşdırarkən ilk öncə - standart nədir?, - hansı beynəlxalq kitabxana standart-
ları mövcuddur? sualları qarşıya çıxır. 
Standartlaşdırma üzrə qədim təşkilat olan (1901-ci ildə yaradılmış) Britaniya Standartlar 
İnstitutu  (The  British  Standarts  İnstitution  –  BSI)  standart  anlayışına  aşağıdakı  kimi  tərif 
verir:  
 ―Ən sadə izahat belədir: standart – nə isə etməyin razılaşdırılmış, təkrarlanan üsuludur. 
Bu,  texniki  spesifikasiyanı  və  ya  başqa  dəqiq  meyarları  özündə  əks  etdirən,  qayda,  rəhbər 
vəsait və ya tərif kimi sistematik olaraq istifadə edilməsi məcburi olan dərc edilmiş sənəddir. 
Standartlar həyatı asanlaşdırmağa, bizim istifadə etdiyimiz məmulatların etibarlılığını və xid-
mətlərin effektivliyini artırmağa kömək edir. Standartlar işlənib hazırlanarkən bütün əlaqədar 
tərəflərin,  yeni  istehsalçıların,  satıcıların,  alıcıların,  istifadəçilərin  və  nəzarət  orqanlarının 
konkret material, məhsul, prosses və ya xidmətlə bağlı təcrübə və bilikləri birləşir.‖ 
Kitabxana standartları aşağıdakılardır: 
FRBR 
Adı:  FRBR  •  Functional  Requirementsfor  Bibliographic  Records  (biblioqrafik 
yazılara funksional tələblər) 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 289 – 
 
Təsvir:  istifadəçiyə  yönəldilmiş  konseptual  model.  Onlayn  kitabxana  kataloqlarına  və 
biblioqrafik  məlumat  bazalarına  müraciət  və  axtarış  üçün  istifadə  olunur.  Məzmunu: 
biblioqrafik təsvir.[2] 
MAB2 
Adı:  MAB2  •  Maschinelles  Austauschformatfur  Bibliotheken  (kitabxanalararası 
mübadilə üçün avtomatlaşdırılmış format) 
Təsvir: kitabxanalarda yaradılan hər hansı məlumatların (biblioqrafiya, mötəbər mənbə 
hesab  edilən  fayllar  və  yerli  məlumatlar)  maşınla  oxunan  mübadiləsi  üçün  alman  formatı. 
Məzmunu: biblioqrafik təsvir.[3] 
MARC 
Adı: MARC •MAchine-Readable Cataloguing MARC21 
Concise Format for Bibliographic Data(biblioqrafik məlumatlar üçün maşınla oxunan 
MARC 21 kataloqlaşdırma formatı) 
Təsvir:  biblioqrafik  informasiyanın  maşınla  oxunan  formada  təsvir  edilməsi  və  ötürül-
məsi üçün standartMəzmunu: biblioqrafik təsvirlər.[4] 
 
ISO 2709 
Adı:  ISO  •  Information  and  documentation  •  Format  for  Information  Exchange 
(İnformasiya və sənədləşmə. Məlumat mübadiləsi formatı) 
Təsvir: biblioqrafik təsvirlərin mübadilə formatına tələbləri müəyyən edir. Məlumatların 
işlənməsi sistemlərinin arasında kommunikasiyaların strukturunu təsvir edir. Məzmunu: bib-
lioqrafik təsvir 
RUSMARC 
Adı: RUSMARC • Rusiya kommunikativ formatı 
Təsvir: Rusiya Federasiyası mədəniyyət nazirinin 27.01.98-ci il tarixli 45 №-li əmri ilə 
Mədəniyyət  Nazirliyi  şəbəkəsinə  daxil  olan  kitabxanalar  arasında  biblioqrafik  yazılar 
mübadiləsi  zamanı  təsdiq  edilməsi  məcburi  olan  format  kimi  təsdiq  edilmişdir.  Biblioqrafik 
məlumatların maşınla oxunan formada təqdim edilməsi formatıdır. Biblioqrafik məlumatların 
mübadiləsi üçün nəzərdə tutulmuşdur. 
Məzmunu: biblioqrafik təsvir, nüfuzlu/normativ məlumatlar, təsnifat məlumatları 
Avropada və dünyada geniş istifadə edilən əsas standartların sayı məhduddur. Onlardan 
ən  müvəffəqiyyətli  layihələrdə  istifadə  olunur,  lakin  tədqiqatlar  göstərmişdir  ki,  uyğunluğa 
nail olmaq üçün hələ çox uzun yol keçmək lazımdır. Gələcək layihələrdə bəzi ölkələrin milli 
standartlarını da nəzərə almaq lazımdır. 
Hələ ki, bu standartların tətbiqi bir sıra problemlərlə qarşılaşır. Ümumiyyətlə, Azərbay-
canda  kitabxanaların  kompüterləşdirilməsinin  müasir  problemlərini  aşağıdakı  kimi  səciyyə-
ləndirmək olar: 
1. Ənənəvi texnoloji prosseslərin – kataloqlaşdırma, komplektləşdirmə, abonement və s. 
kompüterləşdirilməsi üçün kadr və texniki təminat istiqamətində
2. milli maşınla oxunan formatların yaradılması istiqamətində; 
3. elektron kataloqun yaradılması istiqamətində; 
4. elektron sənəd mübadiləsi xidmətinin təşkil edilməsi istiqamətində; 
5. elektron kitabxanaların yaradılması istiqamətində; 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 290 - 
6. korporativ kitabxana-informasiya şəbəkələrinin yaradılması istiqamətində; 
7. vahid kitabxana informasiya sistemində informasiya təhlükəsizliyinin təmini (icazəsiz 
istifadəyə, virusa qarçı mübarizə və s.) istiqamətində; 
8. Bir sıra linqvistik, tezaurus, rubrikalaşma, əlifba kodlaşması və s. istiqamətində olan 
problemlər və s. 
Azərbaycanda  bir  çox  kitabxanalar  artıq  10  ilə  yaxındır  ki,  modernləşməyə  hazırlıq 
dövrünü yaşayır, elektron kataloq sistemini qurur, elektron kitabxana üçün baza formalaşdırır. 
Lakin yaxın gələcəkdə kitabxanalarımızda elektronlaşma proseslərinin daha mütərəqqi istiqa-
mətlərini müəyyənləşdirmək üçün bir sıra yeniliklərə ehtiyac duyulur. Bunun üçün ilk növbə-
də  MARC 21 standartına keçid  zəruridir. Keçid  kitabxana-informasiya,  yüksək kommunika-
siya texnologiyaları, akademik qurumlar və təhsil müəssisələri, maliyyə, qanunvericilik, icra 
və başqa strukturları təmsil edən mütəxəssislərdən formalaşdırılmış multidissiplinar işçi qrupu 
tərəfindən  həyata  keçirilməli  və  vahid  mərkəzdən  əlaqələndirilməlidir.  Keçidin  icraçıları 
universal əlaqələndirilmiş elektron kataloq əsasında çalışan kitabxana-informasiya mərkəzləri 
olmalıdır. 
MARC formatının tətbiqi kitabxana əməliyyatlarının idarə olunması zamanı kitabxana-
çılara  mövcud  avtomatlaşdırılmış  kitabxana  sistemlərindən  istifadə  etmək  imkanı  verir.  Ha-
zırda müxtəlif səviyyəli kitabxanalarda istifadə olunan əksər sistemlər məhz ―MARC‖ formatı 
ilə  işləyir.  Bu  format  müxtəlif  AKİS-lərdən  istifadə  edən  kitabxanalara  öz  biblioqrafik 
məlumatlarını bir sistemdən digərinə etibarlı köçürmək imkanı verir. 
Müasir dövrün tələblərinə cavab verə bilən kitabxana avtomatlaşdırılmalı, kağız resurs-
lardan rəqəmsal resurslara keçməli, qlobal dünya kitabxanaları sisteminə inteqrasiya imkanına 
malik olmalı, fəaliyyətində universal elektron kataloq sistemini tətbiq etməlidir. 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin