AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə30/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Azərbaycan Milli Kitabxanası - 90: məqalələr məcmuəsi /Azərb. Resp. Mədəniyət və 
Turizm  Nazirliyi,  Azərb.  Milli  Kitabxanası;  baş  red.  və  buraxılışa  məs.  K.Tahirov; 
red. A.Abdullayeva.- Bakı: [Zərdabi LTD MMC NPM], 2013.  - 150, [2] s. 
2.
 
Əliyev,  Z.  Azərbaycan biblioqrafiyasının tarixi: Kitabxanaçılıq-informasiya  fakül-
təsində  təhsil  alan  tələbələr  üçün  dərslik  /Zöhrab  Əliyev;  red.  N.İ.İsmayılov; 
rəyçilər 
N.İ.İsmayılov, 
S.A.Sadıqova.- 
http://10.0.0.6:8080/search/query?match_1=PHRASE&field_1=a&term_1=%C6%
8Fliyev,+Z%C3%B6hrab+H%C3%BCseyn+o%C4%9Flu.+ped.+e.+n.,+prof.+&the
me=e-kataloq
Bakı: Bakı Universiteti, 2007.- 186 s. 
3.
 
Əliyev, Z. Ümumi biblioqrafiyaşünaslıq: dərs vəsaiti /Zöhrab Əliyev.- Bakı: BDU-
nun nəşri, 2002.- 144 s.  
4.
 
Xələfov,  A.  Kitabxana  və  cəmiyyət:  [monoqrafiya]  /Abuzər  Xələfov;  elmi  red. 
L.Məmmədova, 
K.Aslan.- 
http://10.0.0.6:8080/search/query?match_1=PHRASE&field_1=a&term_1=X%C9
%99l%C9%99fov,+Abuz%C9%99r+Al%C4%B1+o%C4%9Flu.+tarix+e.+d-
ru,+prof.,+%C9%99m%C9%99kdar+elm+xadimi+1931-++&theme=e-
kataloq
Bakı: Azərnəşr, 2011. 302, [7] s. 
5.
 
Kitabxana  işinə  dair  rəsmi  sənədlər:  Qanun  və  qanun  qüvvəli  normativ  hüquqlu 
sənədlər  toplusu  /Azərb.  Resp.  Mədəniyyət  və  Turizm  Nazirliyi,  Azərb.  Milli 
Kitabxanası; tərt. K.M.Tahirov; red. A.T.Abdullayeva.- Bakı, 2015.- 199, [1] s. 
6.
 
Xələfov,  A.İnformasiyalaşdırılmış  cəmiyyətin  xüsusiyyətləri  və  problemləri 
/Abuzər Xələfov //Respublika.- 2002.- 17 aprel.  

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 248 - 
7.
 
Milli  kitabxananın  nəşrləri:  2000-2012  /Azərb.  Resp.  Mədəniyyət  və  Turizm 
Nazirliyi,  Azərb.  Milli  Kitabxanası;  tərt.  A.Abdullayeva;  ixt.  red.  və  burax.  məs. 
K.Tahirov; red. G.Səfərəliyeva.- Bakı, 2013.- 21, [1] s. 
8.
 
Tahirov,  K.  Milli  Kitabxana  elektronlaşdırılır  /Kərim  Tahirov  //Üç  nöqtə.-  2005.- 
27 avqust.- S.8. 
9.
 
Tahirov,  K.  Milli  Kitabxananın  müasirləşməsində  əsaslı  dönüş  dövrü  /Kərim 
Tahirov //Xalq qəzeti.- 2013.- 6 noyab.- S.5. 
10.
 
Бавин, С. Рекомендательная библиография: как это делается сегодня: практи-
ческое пособие для работников библиотек /Сергей Павлович Бавин; Рос. гос. 
б-ка НИО библиографии.- Москва: Пашков дом, 2011.- 134, [1] с. 
11.
 
Коршунов, О. Библиографоведение: учебник для студентов высших учебных 
заведений,  обучающихся  по  направлению  подготовки  071900  ―Библиотечно-
информационная  деятельность‖:  учебник  по  направлению  подготовки 
―Библиотечно-информационная  деятельность‖  (квалификация  ―бакалавр‖) 
/О.П.Коршунов,, Н.К.Леликова, Т.Ф.Лиховид; под ред. О.П.Коршунова; [отв. 
ред. 
Г.В.Михеева].- 
http://10.0.0.6:8080/search/query?match_1=PHRASE&field_1=a&term_1=%D0%
9A%D0%BE%D1%80%D1%88%D1%83%D0%BD%D0%BE%D0%B2,+%D0%
9E%D0%BB%D0%B5%D0%B3+%D0%9F%D0%B0%D0%B2%D0%BB%D0%
BE%D0%B2%D0%B8%D1%87.+%D0%B4-
%D1%80+%D0%BF%D0%B5%D0%B4.+%D0%BD%D0%B0%D1%83%D0%B
A,+%D0%BF%D1%80%D0%BE%D1%84.+1926-2013++&theme=e-
kataloq
Санкт-Петербург: Изд-во Профессия, 2014.- 287, [1] с. 
 
 
Mehriban Djafarova 
 
THE ORGANIZATION OF BIBLIOGRAPHY IN 
INFORMATION SOCIETY AND WEBLIOGRAPHIES 
 
Summary 
As a sphere of science and activity, the ways of organizing bibliography in information 
society,  new  types  and  forms  of  bibliographic  activiy  have  been  investigated  in  the  article. 
The theme is explored on the examples of bibliographic resources published in the National 
Library and electron bibliographic resources. 
Keywords: bibliography, webliography, bibliographic resource, information provision. 
 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 249 – 
 
Aygün Zahid qızı Hacıyeva  
Azərbaycan Milli Kitabxanası, 
Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsinin müdiri 
AMEA M.Füzuli ad.  Əlyazmalar İnstitutu, doktorant 
aygun_haciyeva_87@mail.ru 
 
 
OXUCULARIN ĠNFORMASĠYA TƏMĠNATINDA AZƏRBAYCAN MĠLLĠ 
KĠTABXANASININ CARĠ BĠBLĠOQRAFĠK NƏġRLƏRĠNĠN ROLU 
 
Məqalədə  Azərbaycan  Milli  Kitabxanasının  biblioqrafik  informasiya  fəaliyyətinin 
mühüm istiqamətlərindən birini təşkil edən biblioqrafik vəsaitlərin tərtibi və nəşrinin həyata 
keçirilməsi haqqında məlumat verilmiş, bu biblioqrafik göstəricilərin istifadəçilərin informa-
siya  tələbatının  ödənilməsi  sahəsindəki  əhəmiyyətindən  bəhs  edilmişdir.  Milli  Kitabxananın 
sənədlərin  biblioqrafiyalaşdırılması,  ölkənin  biblioqrafik  vəsaitlər  sisteminin  formalaşması 
sahəsindəki geniş, əhatəli və səmərəli fəaliyyəti işıqlandırılmışdır. 
Açar sözlər: Milli Kitabxana, cari biblioqrafiya, biblioqrafik vəsaitlər, milli biblioqra-
fiya. 
 
Kitab nəsillərin nəsillərə  mənəvi  vəsiyyətidir.  Bəşəriyyətin bütün  həyatı kitabda  əksini 
tapmışdır. Kitabxanalar tarix boyu bu zəngin mənəvi-tarixi abidənin mühafizəçisi olmuşdur. 
Bu gün ölkənin ən nəhəng və ən zəngin kitabsaxlayıcısı olan Azərbaycan Milli Kitabxanası 
informasiya  sahəsində,  mədəni  irsin  mühafizəsində,  maarifçilik  ideyalarının  və  mədəni-
intellektual səviyyənin formalaşması istiqamətində mühüm işlər görən çoxfunksiyalı müəssisə 
rolunu oynayır.  
Azərbaycan  Milli  Kitabxanasının  biblioqrafik  informasiya  fəaliyyətinin  mühüm  istiqa-
mətlərindən birini biblioqrafik vəsaitlərin tərtibi və nəşrinin həyata keçirilməsi təşkil edir. Bu 
biblioqrafik  göstəricilər  müxtəlif  mövzuları  əhatə  etməklə  istifadəçilərin  informasiya  tələba-
tının  ödənilməsi  məqsədi  ilə  yaradılır.  Milli  Kitabxana  sənədlərin  biblioqrafiyalaşdırılması, 
ölkənin  biblioqrafik vəsaitlər sisteminin formalaşması  sahəsində geniş,  əhatəli sahəsində sə-
mərəli fəaliyyət göstərir. 
Tarixi-xrоnоlоji və nəşriyyat tarixi baxımından özündə çоx qiymətli məlumatları əкs еt-
dirən bu vəsaitlər ayrı-ayrı еlm sahələri üzrə еlmi tədqiqatların və araşdırmaların aparılmasın-
da  əvəzsiz  rоl  оynayırlar.  Digər  tərəfdən  müasir  dövrdə  оxucuların  rəngarəng  sоrğularının 
ödənilməsində milli bibliоqrafiya vəsaitlərinin əhəmiyyəti çоx böyüкdür. Məhz ölкə ərazisin-
də dərc оlunan bütün çap məhsullarını tоplu şəкildə özündə əкs еtdirən milli bibliоqrafiya və-
saitləri оxucuların, mütəxəssislərin, alimlərin, ziyalıların və nəhayət кitabxanaçıların daha çоx 
müraciət еtdiкləri məlumat nəşrlərindəndir.  
Cari biblioqrafiya yeni meydana gələn sənədlər haqqında ardıcıl məlumat vermək funk-
siyasını  yerinə  yetirir, tələbatçılara öz sahələrində sənəd  axınını  daim izləmək və bu  axında 
hərtərəfli  istiqamətlənmək  imkanı  yaradır.  Bu  xüsusiyyəti  cari  biblioqrafik  informasiyanın 
dolğunluq və operativliyinə, sənədin meydana gəlməsi ilə informasiyanın çatdırılması arasın-

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 250 - 
dakı fasilənin minimuma endirilməsinə səy göstərilməsini tələb edir. Cari biblioqrafik infor-
masiya  mənbələrinin  yaradılması  və  tələbatçıya  çatdırılmasının  dövriliyi  məsələsi  böyük 
əhəmiyyətə  malikdir.  Milli  Kitabxana  2006-cı  ildən  öz  fonduna  daxil  olan  yeni  ədəbiyyatın 
cari  biblioqrafik  göstəricilərini  tərtib  etməyə  başlamışdır.  Bu  cari  informasiya  göstəricisini 
hazırlamaqda məqsəd oxucu və mütəxəssisləri Milli Kitabxanaya daxil olan yeni ədəbiyyatla 
tanış etməkdir. ―Yeni kitablar‖ adlı annotasiyalı biblioqrafik informasiya göstəricisi əvvəllər 
yarımillik  idi,  ildə  iki  nömrəsi  buraxılırdı.  Lakin  kitablar  çox  olduğuna  görə  2007-ci  ildən 
etibarən  bu  biblioqrafik  vəsait  rüblük  hazırlanır  və  həmin  dövr  ərzində  Milli  Kitabxananın 
fondlarına daxil olan bütün yeni ədəbiyyat orada öz əksini tapır. Burada Azərbaycan, rus və 
digər  xarici  dillərdə  olan  bütün  nəşrlər  əhatə  olunur.  Materiallar  bölmələrin  daxilində  elm 
sahələri üzrə qruplaşdırılır və oxucuların istifadəsini asanlaşdırmaq məqsədilə hər bir kitabın 
şifrələri  də  verilir.  Hər  bölmə  daxilində  əvvəlcə  Azərbaycan  dilində,  daha  sonra  isə  rus  və 
digər xarici dillərdə olan ədəbiyyat verilmiş, onların düzülüşündə əlifba prinsipi əsas götürül-
müşdür. Burada hər bir əsərə qısa məlumat annotasiyası da verilmişdir.  
Ümumi xarakterli cari informasiya bülleteni ilə yanaşı,  kitabxana sahəvi  cari göstərici 
də çap etdirir. 1976-cı ildən ―Mədəniyyət və incəsənət haqqında yeni ədəbiyyat‖ adı ilə 2 ayda 
bir dəfə 4 çap vərəqi həcmində 500 nüsxə nəşr edilən bu dövri cari orqan 1982-ci ildən ―Azər-
baycan mədəniyyəti və incəsənəti haqqında yeni ədəbiyyat‖ adı ilə çap olunur. Lakin maliyyə 
problemləri ilə əlaqədar neçə illərdən bəri bu vəsaitin nəşri dayandırılmışdır. Avtomatlaşdırıl-
mış sistem tətbiq olunduqdan sonra həmin vəsait ―Mədəniyyət, incəsənət və turizm haqqında 
yeni ədəbiyyat‖ adı ilə yenidən aylıq cari biblioqrafik informasiya göstəricisi kimi nəşr olun-
mağa  başlayır.  Əvvəlki  cari  informasiya  göstəricisindən  fərqli  olaraq,  burada  ―Mədəniyyət‖ 
və ―İncəsənət‖ bölmələrindən başqa müstəqil ―Turizm‖ bölməsi də verilirdi. Mütəxəssislərin 
çoxsaylı  xahişləri  və  müraciətləri  nəzərə  alınaraq,  2015-ci  ilin  fevral  ayından  etibarən  gös-
təriciyə ―Bədii ədəbiyyat və ədəbiyyatşünaslıq‖ bölməsi də əlavə olunmuşdur. Buna görə və-
saitin  adı  dəyişdirilərək  ―Mədəniyyət,  incəsənət,  turizm,  bədii  ədəbiyyat  və  ədəbiyyatşünas-
lıq‖  adlandırılmışdır.  Bu  vəsaiti  nəşr  etməkdə  məqsəd  Mədəniyyət  və  Turizm  Nazirliyinin 
rəhbər işçilərinə və aparıcı mütəxəssislərinə müvafiq mövzu üzrə Azərbaycan və rus dillərin-
də Milli Kitabxanaya daxil olan yeni kitablar, bəzi jurnal və qəzet səhifələrində dərc olunmuş 
məqalələr  haqqında  operativ  məlumat  verməkdir.  Vəsaitdə  kitabxananın  fonduna  daxil  olan 
mövzu üzrə kitabların şifrələri də verilir. Hazırda bu vəsaitdə əhatə olunan materialların tam 
elektron mətnləri kitabxananın saytında müvafiq bölmədə yerləşdirilmişdir.  
1960-cı  ildən  Azərbaycan  Dövlət  Kitab  Palatası  tərəfindən  nəşr  edilən  ―Birillik  Azər-
baycan Kitabiyyatı‖ il ərzində dilindən, mövzusundan, janrından asılı olmayaraq respublikada 
nəşr  edilmiş  bütün  kitablar  barəsində  tam  biblioqrafik  məlumat  verir.  Müxtəlif  təşkilati  və 
maliyyə çətinliklərinə görə 1986-cı ildən etibarən bu vəsaitin nəşri dayanmışdır. 2004-cü ildə 
M.F.Axundоv adına Dövlət Kitabxanasına ―Milli Kitabxana‖ statusu vеrildikdən sоnra milli 
bibliоqrafiya vəsaitlərinin nəşri işi yеnidən gündəmə gəldi və həmin ilin iyununda 1990-cı ilə 
aid  ilk  buraxılış  uzun  fasilədən  sоnra  işıq  üzü  gördü.  ―Birillik  Azərbaycan  Kitabiyyatı‖ 
Azərbaycan Milli  Kitabxanasının təcrübəli mütəxəssisləri tərəfindən çapa  hazırlanmışdır.  İlk 
buraxılışlar 1990 və 1991-ci  illərdə respublikamızda nəşr olunan kitablar və kitabçalar haq-
qında məlumatları əhatə etmişdir. Bu vəsaitin çapa hazırlanması işində Milli Еlmlər Akadеmi-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 251 – 
 
yasının Mərkəzi Еlmi Kitabxanasının, BDU-nun Еlmi Kitabxanasının, İqtisad Univеrsitеtinin, 
Tibb Univеrsitеtinin Elmi Kitabxanalarının və bir sıra univеrsitеtlərin kitabxanalarının mütə-
xəssisləri  də  yaxından  iştirak  еdirlər.  ―Birillik  Azərbaycan  Kitabiyyatı‖nda  olan  yardımçı 
göstəricilər və statistik məlumatlar respublikada nəşr edilən kitab məhsulunun tərkibi barədə 
müxtəlif aspektli informasiya əldə etməyə imkan yaradır. Toplanmış material elm və fəaliyyət 
sahələri üzrə dövlət biblioqrafiyası orqanlarında istifadə edilən təsnifat əsasında qruplaşdırılır.  
Kitabiyyatda biblioqrafik təsvirlər 2003-cü ildə qəbul edilmiş QOST 7.1-2003 ―Biblio-
qrafik yazı. Biblioqrafik təsvir. Ümumi tələbat və tərtibat qaydaları‖ əsasında tərtib edilmiş-
dir. Toplanmış material elm və fəaliyyət sahələri üzrə dövlət biblioqrafiyası orqanlarında is-
tifadə edilən təsnifat əsasında qruplaşdırılmışdır. Burada məcburi ünsürlərlə yanaşı, fakultativ 
ünsürlər də öz əksini tapır.  
Bölmələr daxilində əvvəlcə Azərbaycan, sonra isə rus dilində olan materiallar verilmiş-
dir.  Hər  bir  bölmə  və  yarımbölmə  daxilində  əlifba  prinsipi  gözlənilmişdir.  Vəsaitin  sonunda 
oxucuların ondan istifadəsini asanlaşdırmaq məqsədilə köməkçi aparat kimi həm Azərbaycan, 
həm  də  rus  dillərində  ―Müəlliflərin  əlifba  göstəricisi‖  və  ―Sərlövhələrin  əlifba  göstəricisi‖ 
tərtib  olunmuşdur.  Birinci  köməkçi  göstərici  müəllif  üzrə  axtarışa  köməklik  göstərirsə, 
ikincisi illikdə sərlövhə üzrə təsvir olunmuş əsərlərin axtarışını asanlaşdırır. 
İctimai  istiqamətinə  görə  bu  vəsait  ümumi,  funksional-məqsəd  və  xronoloji  əlamətə 
görə retrospektiv, biblioqrafiyalaşdırma obyektinin məzmun əlamətinə görə isə universal gös-
təricidir.  Onun  tərtibində  əsas  meyar  kimi  bir  il  ərzində  respublikamızda  kitab  və  kitabça 
halında nəşr olunmuş əsərlər götürülmüşdür.  
Bu  vəsaitlərin  nəşrində  məqsəd  informasiya  tələbatçılarını  həm  dünya,  həm  ölkə,  həm 
də  ayrıca  Azərbaycan  Milli  Kitabxanasının  fondunda  mühafizə  edilən  hər  növ  materiallarla 
tanış etmək, lazım olan informasiyanın həm məsafədən, həm də kitabxana daxilində əldə edil-
məsinə  kömək  etməkdir.  Kitabxananın  saytında  yerləşən  ―Kitabxanamızın  nəşrləri‖  bölmə-
sində bu biblioqrafik vəsaitlərin tam mətnlərindən elektron formada istifadə etmək mümkün-
dür.  Kitabxananın  əməkdaşlarının  əməyinin  nəticəsi  kimi  ərsəyə  gələn  bu  vəsaitlər  milli 
biblioqrafiyanın formalaşması və inkişafında əvəzsiz rol oynayır. 
 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Azərbaycan  kitabı:  biblioqrafiya  [10  cilddə]  /  baş  red.,  ön  söz  və  müqəd.  müəl. 
K.Tahirov;  tərt.:  L.Talıbova  [və  b.];  red.:  Z.Qulamova,  L.Bağırova.  Bakı,  2014, 
C.III: (1941-1950), 488 s. 
2.
 
Azərbaycan Milli Kitabxansının hesabatları. 
 
 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 252 - 
Aygun Hajiyeva 
 
THE ROLE OF THE BIOGRAPHICAL EDITION OF AZERBAIJAN  
NATIONAL LIBRARY IN INFORMATION SECURITY OF READERS 
 
Summary 
The article gives information one of the important activities of the National Library in 
the field of bibliographic information on the implementation of funds allocated for the prepa-
ration and publication of bibliographic tools and the importance of bibliographies users' in-
formation needs in this area. Also highlighted in a comprehensive and effective action of the 
National Library in the formation of the system of bibliographical aids. 
Key  words:  National  Library,  current  bibliography,  bibliographic  material,  national 
bibliography. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 253 – 
 
Təranə Saleh qızı Rüstəmova 
AMEA Mərkəzi Elmi Kitabxana, baş biblioqraf  
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, doktorant 
terane.mirzeyeva.rustemova@gmail.com 
 
 
AZƏRBAYCAN BĠBLĠOQRAFĠYAġÜNASLIĞINDA  
YENĠ TENDENSĠYALAR 
 
Açar sözlər: biblioqrafiya, Azərbaycan elektron biblioqrafiyası, elektron biblioqrafiyaş-
ladırma, elektron vəsaitlər, elektron vasitələr. 
 
  Müasir dövrdə Azərbaycanda bir sıra sahələrdə olan innovativ yanaşmalar elm sahələ-
rinə də öz müsbət təsirini göstərməkdədir. Belə ki, Azərbaycan biblioqrafiyaşünaslığında artıq 
yeni  tendensiyalar: elektron biblioqrafiyaşladırma, informasiya  axtarış  imkanlarının elektron 
vəsaitlər  (e-kitab,  e-jurnal,  e-qəzet)  və  vasitələrlə  (multi-media,  audio-vizual)  həyata  keçiril-
məsi və s. proseslər reallaşmaqdadır. 
Hazırda  bu  tendensiyalar  içərisində  Azərbaycan  Elektron  Biblioqrafiyasının  (AEB) 
yaradılması  Azərbaycan  biblioqrafiyaşünaslığında  həllini  gözləyən  məsələlərdən  biridir.  Bu 
problemin həll edilməsi bütün elmi və əməli fəaliyyət istiqamətlərinə xüsusi tövhə verəcəkdir.  
Azərbaycanda Elektron Biblioqrafiyanın yaradılması aşağıdakı amillərdən asılıdır: 
-
 
Mərkəzləşdirilimiş  vahid  ―Azərbaycan  Elektron  Biblioqrafiyası‖  adlı  rəsmi  portal-
saytın hazırlanaraq istifadəyə verilməsi
-
 
Bütün  elm  sahələrinə  dair  ənənəvi  və  elektron  informasiya  mənbələrinin  adı  çəkilən 
sayta yerləşdirilməsi; 
-
 
Ayrı-ayrılıqda hər bir elm sahəsinin öz elektron biblioqrafiyasının hazırlanması və hə-
min  elm  sahəsinin  adına  müvafiq  saytda  yerləşdirilməsi.  Məsələn,  ―Azərbaycan  tarixi.com‖. 
Elektron  biblioqrafiya,  ―Azərbaycan  nefti.com‖.  Elektron  biblioqrafiya,  ―Azərbaycan  səhiy-
yəsi.com‖. Elektron biblioqrafiya və s. 
-
 
Azərbaycan  Elektron  Biblioqrafiyasının  və  Biblioqrafik  Elektron  Resursların  (BER) 
yaradılmasının çoxşaxəli və geniş məsələ olduğunu nəzərə alsaq, bu işin həyata keçirilməsinə 
dair Dövlət Proqramının hazırlanması; 
-
 
Və  yaxud  qeyd  edilən  aktual  problemin  daha  tez  və  yüksək  peşəkarlıqla  reallaşması 
üçün ―Kitabxana İşi Haqqında‖ Dövlət Qanununa bəzi əlavə və dəyişikliklərin edilməsi; 
-
 
Azərbaycanda fəaliyyət göstərən bütün yerli və xarici saytların elektron biblioqrafiyası 
haqqında məlumatların hazırlanması və s. 
Qarşıya qoyulan məqsədə (AEB və BER) qısa zaman ərzində nail olmaq və Azərbaycan 
elminin,  xüsusilə  də  müasir  Azərbaycan  biblioqrafiyaşünaslığının  inkişaf  etdirilərək  geniş 
miqyasda beynəlxalq auditoriyaya çıxarılması ön planda duran obyektə çevrilməlidir. 
  Nəticə etibarilə klassik  Azərbaycan biblioqrafiyası  yeni dönəmdə Elektron Biblioqra-
fiya ilə əvəz olunacaqdır. Bu da öz növbəsində informasiya tələbatçılarının, kitabxana-infor-
masiya mütəxəssislərinin işini elektron-biblioqrafik xidmət sayəsində xeyli asanlaşdıracaqdır. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 254 - 
Tarana Rustamova 
 
NEW TENDENCIES IN AZERBAIJAN BIBLIOGRAPHY SCIENCE 
 
Summary 
The article have been noted creation actuality Azerbaijan Electronic Bibliography and 
Bibliographic Electronic Resources.  
 
 
 
 
Arzu Mehman qızı Çələbi 
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, doktorant 
a.chelebi@mail.ru 
  
 
“QARABAĞ” GÖSTƏRĠCĠSĠ DĠYARġÜNASLIQ ÜZRƏ BĠBLĠOQRAFĠK 
RESURSUN TƏRKĠB HĠSSƏSĠ KĠMĠ 
 
Açar sözlər: diyarşünaslıq biblioqrafiyası, Qarabağ, məzmun əlaməti, ictimai istiqamət, 
universal göstəricilər, Əlyazmalar İnstitutu.  
 
Məqalədə  diyarşünaslıq  biblioqrafiyasının  məzmun  xüsusiyyətləri  araşdırılır,  AMEA 
Füzuli adına Əlyazmalar institutu tərəfindən nəşrə hazırlanan ―Qarabağ‖ göstəricisinin quru-
luşu, axtarış imkanları və onun diyarşünaslıq üzrə biblioqrafik vəsaitlər sistemində  yeri haq-
qında məlumat verilir.  
Müstəqil, demokratik, hüquqi dövlət quruculuğunu həyata kecirdiyimiz müasir dövrdə 
xalqın  öz  tarixinə,  mədəniyyətinə,  maddi  və  mənəvi  irsinə  marağı  daha  da  artmış,  bu  isə 
müvafiq  biblioqrafik  informasiyanın  hazırlanıb  istifadəçilərə  çatdırılmasını  zəruri  tələbata 
çevirmişdir.  Bu  sahədə  ölkəşünaslıq  və  diyarşünaslıq  biblioqrafiyasının  mühüm  əhəmiyyəti 
vardır.  
Biblioqrafiyanın müxtəlif əlamətlərə görə təsnifləşdirilməsində diyarşünaslıq və ölkəşü-
naslıq biblioqrafiyası da mühüm yer tutur. Diyarşünaslıq və ölkəşünaslıq biblioqrafiyası anla-
yışlarının müəyyənləşdirilməsində məzmun-ərazi (yəni məzmun-forma) əlaməti əsas götürü-
lür. Birinci halda söhbət ölkə daxilində müəyyən yerlə, ikinci halda müəyyən ölkə ilə, dövlət-
lə əlaqədar məzmuna malik ədəbiyyatla biblioqrafik iş nəzərdə tutulur [3,s.11]. Belə ədəbiy-
yat diyarın və ölkənin tarixi, xalq təsərrüfatı, elmi, mədəniyyəti ilə bağlı ola bilər və bu nöq-
teyi-nəzərdən diyarşünaslıq və ölkəşünaslıq biblioqrafiyasının universal hesab etmək olar. La-
kin diyarşünaslıq və ölkəşünaslıq özləri əslində kompleks xarakterli xüsusi bilik sahələridir. 
Deməli bununla əlaqədar olan biblioqrafiya da sahəvidir. Bundan başqa, diyar və  ya ölkənin 
məzmun  etibarilə  yalnız bir sahəsi,  deyək ki,  onların  iqtisadiyyatı haqqında  ədəbiyyatın bib-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 255 – 
 
lioqrafik göstəricisi yaradılırsa, onda həmin diyarşünaslıq və ölkəşünaslıq biblioqrafik vəsaiti 
sırf sahəvi xarakter alır.  
Diyarşünaslıq və ölkəşünaslıq biblioqrafik vəsaitlər sistemi bir-birilə qarşılıqlı əlaqədə 
olan yarımsistemlərin mürəkkəb məcmusunu əhatə edir. Onların təsnifləşdirilməsində müxtə-
lif parametrlərdən istifadə olunur. Bunlardan ən mühimi ictimai istiqamət, ictimai funksiyadır. 
Buna  əsasən  diyarşünaslıq  biblioqrafik  vəsaitləri  elmi-köməkçi  və  tövsiyə  yarımsistemlərinə 
ayrılır.  Biblioqrafiyalaşdırma  obyektinin  məzmun  əlamətinə  görə  bu  vəsaitlər  aşağıdakı 
yarımsistemlərə bölünür; universal və kompleks göstəricilər, sahəvi, mövzu, şəxsi biblioqrafik 
vəsaitlər  və  biblioqrafik  lüğətlər.  Bu  yarımsistemlərin  hər  biri  daxili  quruluşuna  görə  sistem 
kimi çıxış edir.  
Müstəqillik illərində respublikamızda ölkəşünaslıq və diyarşünaslıq xarakterli müxtəlif 
biblioqrafik göstəricilər çap olunmuşdur.  
Diyar  haqqında  universal  xarakterli  göstəricilər  oxucu  istiqamətindən  asılı  olaraq  iki 
istiqamətdə tərtib olunurlar:  
1.
 
Diyar haqqında əsas ədəbiyyatı əhatə edən, diyarı dərindən öyrənən hazırlıqlı, peşə-
kar oxucular üçün nəzərdə tutulan vəsaitlər; 
2.
 
Diyarı öyrənməyə başlayan qeyri-peşəkar oxuculara kömək məqsədilə tərtib olunan 
vəsaitlər. 
3.
 
Belə  vəsaitlərin  tərtibində  mənbələr  ərazi,  xronoloji  və  növ  tip  əlamətlərinə  görə 
seçilir. Diyar haqqında ədəbiyyat əsasən onun müasir inzibati-ərazi sərhədlərinə uyğun olaraq 
diyarın təbiəti, tarixi, sosial-iqtisadi və digər xüsusiyyətləri nəzərə alınaraq əks olunur. 
Müstəqillik  illərində  diyarşünaslıq  xarakterli  biblioqrafik  resursun  sayı  daha  da 
artmışdır.  Belə  vəsaitlərdən  biri  2004-cü  ildə  ―Şuşa‖  nəşriyyatı  tərəfindən  çap  olunmuş 
universal  elmi-köməkçi  göstərici  olan  ―Qarabağ‖  göstəricisidir  [4].  Azərbaycanın  dilbər 
guşələrindən  biri  olan  Qarabağın  tarixi,  iqtisadiyyatı,  mədəniyyəti,  bu  gününkü  durumu, 
erməni  işğalından  sonrakı  vəziyyəti,  şəhidləri,  gələcəyi  respublikamızın  kütləvi  informasiya 
vasitələrində, elmi-tədqiqat işlərində əsaslı şəkildə öyrənilmiş, tədqiqat obyekti olmuş, çoxlu 
sayda müxtəlif informasiya daşıyıcıları meydana gəlmiş və bütün bunlar Azərbaycanın yaralı 
yeri  olan  Qarabağ  haqqında  olan  mövcud  sənədləri  toplu  şəkildə  əks  etdirən,  oxuculara 
mükəmməl informasiya verən sanballı bir biblioqrafik informasiya mənbəyinin yaradılmasına 
ehtiyac doğurmuşdur 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  Məhəmməd  Füzuli  adına  Əlyazmalar  institutu 
elmi şurasının 8 dekabr 2003-cü il tarixli qərarı ilə nəşr edilmiş bu göstəricinin tərtibçisi tarix 
üzrə  fəlsəfə  doktoru  A.C.Xəlilov,  redaktoru  V.Quliyev,  elmi  redaktoru  filologiya  elmləri 
doktoru  M.M.Adilovdur.  Materialın  toplanmasında  A.C.Xəlilovdan  başqa  tarix  üzrə  fəlsəfə 
doktoru X.D.Xəlilov da iştirak etmişdir.  
Tərtibçi ―Ön söz əvəzi‖ adlı girişdə qeyd edir ki, Qarabağın tarixinə, mədəniyyətinə, iq-
tisadiyyatına, kənd təsərüfatına, mineral ehtiyatlarına və s. aid külli miqdarda elmi-tədqiqat iş-
ləri  yazılmış,  kitablar  və  məqalələr  nəşr  edilmişdir.  Bu  ədəbiyyatın  nəzərdən  keçirilməsi  ilk 
baxışdan Ermənistanın Azərbaycan ərazilərinə siyasi iddialarının əsassız olduğunu, ermənilə-
rin  qaldırdığı  məsələlərin  bütövlükdə  Qarabağ  tarixi  fonunda  necə  dayaz  olduğunu  göstərir. 
Oxucuların  sərəncamına  təqdim  edilən  bu  göstərici  ilk  növbədə  məhz  həmin  faktı  əyani 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 256 - 
işıqlandırmağa xidmət edir, digər tərəfdən Qarabağ haqqında mənbələrin qeydə alınması, alım 
və tədqiqatçıların onlardan istifadəsinin asanlaşdırılması məqsədini güdür [4,s.3]. 
Göstəricidə əsasən Azərbaycan və rus dillərində olan ədəbiyyat əhatə edilmiş, bununla 
belə,  digər  xarici  dillərdə  çap  olunmuş  mənbələr  də  yeri  gəldikcə  qeydə  alınmışdır.  Burada 
ədəbiyyat hər iki dilə görə ayrı-ayrılıqda verilmiş və hər birinin daxilində biblioqrafik təsvir-
lər aşağıdakı bölmələrdə qruplaşdırılmışdır: ―Əlyazmalar‖; ―H.Ə.Əliyev‖; ―Rəsmi sənədlər və 
materiallar‖;  ―Kitablar  və  mətbuat  materialları‖.  Rus  dilində  olan  hissədə,  nədənsə,  ―Rəsmi 
sənədlər və materiallar‖ bölməsi verilməmişdir. 
―Əlyazmalar‖ bölməsində əsasən Qarabağın tarixi ilə bağlı 31 adda  əlyazma haqqında 
məlumat verilir ki, bunlardan da biri fransız, ikisi rus, üçü fars, qalanları isə Azərbaycan dilin-
dədir. Biblioqrafik təsvirdə müəllif və sərlövhədən başqa yazılma tarixi, xətti, həcmi, ölçüsü, 
əlyazmalar fondunda saxlanma şifrəsi göstərilmişdir. 
―H.Ə. Əliyev‖ bölməsində ümummilli liderimizin Qarabağ hadisələri ilə bağlı bəyanat-
ları, çıxışları, işgüzar görüşləri, xarici ölkələrə səfərlərinə dair materiallar müraciətləri, müsa-
hibələri və s. verilmişdir. Bu bölmədə 53 adda material əhatə edilmişdir.  
―Rəsmi sənədlər və materiallar― bölməsində 99 adda müxtəlif rəsmi materiallar haqqın-
da biblioqrafik məlumat verilir. Bunlardan ayrı-ayrı ölkələrin, ATƏT-in Ermənistan-Azərbay-
can münaqişəsi haqqında bəyanatların, Avropa Şurası Parlament Assambleyasının qətnamələ-
rini,  Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyinin,  Milli  Məclisin  bəyanatlarını  və  b. 
Göstərmək olar [4,s.11]. 
Cəmiyyətin biblioqrafik informasiya təminatında mühüm əhəmiyyət kəsb edən bu gös-
təricinin  tərtibi  cox  təəssüf  ki,  biblioqrafiyalaşdırmanın  metodiki  tələblərinə  cavab  vermir. 
Azərbaycan dilində 2719 adda [4,s.183], rus dilində isə 2437 adda[4,s.395]. ədəbiyyatı əhatə 
edən, 398 səhifəlik bu göstəricidə, gördüyünüz kimi, verilmiş bölmələr, xüsusilə, ―Kitablar və 
mətbuat  materialları‖  bölməsi  heç  də  vəsaitin  məzmununu  tam  açmır.  Hər  bölmə  daxilində 
biblioqrafik təsvirlərin düzülüşündə nə əlifba, nə də xronoloji prinsipə riayət olunmamış, bib-
lioqrafik təsvirlər yeni dövlət standartına uyğun təsvir edilməmişdir. Bundan başqa, göstərici-
də kitablarla məqalələr qarışıq verilmişdir. 
Göstəricinin əvvəlində yazılmış ―Ön söz əvəzi‖ndə biblioqrafik vəsaitin quruluşu, onun 
əhatə etdiyi dövr burada əks olunan ədəbiyyatın xüsusiyyəti, seçmə prinsipi haqqında heç bir 
məlumat verilməmişdir. Bu da kommunikativ istiqamətli bu göstəricidən istifadəni çətinləşdi-
rərək,  onun  məlumat  əhəmiyyətini  aşağı  salır.  Halbuki  rus  dilində  olan  bölümdə  hələ  XIX 
əsrdə Tiflisdə çap olunmuş Qarabağla bağlı müxtəlif əsərlər haqqında biblioqrafik məlumata 
rast gəlmək olur. Qeyd edək ki, bu bölümdə erməni müəlliflərinin əsərləri də əks olunub. 
Göstəricidə məlumat-metodiki aparat kimi kiçik giriş məqaləsindən başqa ―İxtisarların 
siyahısı‖ verilmişdir.  
Göstəricidə ixtisar edilmiş sözlərin miqdarı Azərbaycan dilində 37[4,s.185], rus dilində 
isə 45-dir [4,s.397]. Ona görə də belə siyahının verilməsi olduqca zəruridir.  
Çox  təəssüf  ki,  bu  göstəricidən  istifadəni  asanlaşdırmaq  üçün  heç  bir  köməkçi  aparat 
tərtib olunmamışdır. Halbuki, burada heç olmasa ―Müəlliflərin əlifba göstəricisi‖nin və ―Coğ-
rafi adlar göstəricisi‖nin tərtib olunması məqsədəuyğun idi. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 257 – 
 
Ümumiyyətlə, yaxşı olardı ki, bu göstəricidə materiallar müəyyən mövzular üzrə qrup-
laşdırılıb,  daxildə  isə  biblioqrafik  təsvirlərin  düzülüşündə  xronoloji  prinsip  əsas  götürülərdi. 
Bu,  Dağlıq  Qarabağda  baş  verən  hadisələrin  tarixi  xronoloji  ardıcıllığını  çap  olunan  əsərlər 
əsasında izlənməyə imkan verərdi. Həm də müstəqillik illərində çap olunan əsərlərlə, keçmiş 
sovetlər  birliyi  dövründəki  nəşrləri  bir-birindən  fərqləndirmək  mümkün  olardı.Tərtib  olunan 
biblioqrafik vəsaitin ―biblioqrafiya‖ adlandırılması da dövlət standartlarına uyğun deyil. Onu 
―biblioqrafik göstərici‖ adlandırmaq məqsədəmüvafiq idi. Bütün bü nöqsan cəhətlərinə bax-
mayaraq ―Qarabağ‖ göstəricisi diyarşünaslıq üzrə biblioqrafik resursun tərkib hissəsi kimi öz 
dəyərini qoruyub saxlayır. 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin