ƏDƏBĠYYAT
1.
1.Ağazadə Zeynal. Kiyevdə görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın əsərlər
toplusu nəşr olunub // Azərbaycan qəzeti.-2014.- 13 noyabr.-S.10
2.
Babayev Nurəddin. Yazıçının poçtasından.- 1958.-23 aprel.-S.3
3.
3.Əliyeva Tamilla. Mir Cəlalın əsəri beynəlxalq simpoziumda // Azərbaycan qəzeti.-
2012.-2 noyabr.- S.11
4.
Moskvada Mir Cəlalın kitabı çapdan çıxıb // Ədəbiyyat qəzeti.-2006.-21 fevral.-S.9
Aytan Huseynova
ACADEMĠC AND PUBLĠC EDĠTĠONS OF MĠR CALAL’S WORKS
Summary
In the article is talking about Mir Jalal‟s copies of works published in different lan-
guages, their publication the characteristics and compilation margins.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 231 –
Rəna Maksud qızı Məmmədova
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
“TARĠXĠ-CAHANGÜġAĠ-NADĠRĠ”NĠN DÜNYA
KĠTABXANALARINDAKI NÜSXƏLƏRĠ
Açar sözlər: Nadir şah Əfşar, Mirzə Mehdi xan Astrabadi, ―Tarixi-cahangüşaye-
Nadiri‖, mənbə, kataloq, əlyazma, nüsxə, kitabxana.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun zəngin kolleksiyası
içərisində mühüm yerlərdən birini Azərbaycanın hərbi-siyasi, social–iqtisadi tarixinə aid
faktiki materialları özündə əks etdirən farsdilli təhkiyə əsərləri tutur. Onlardan biri də Mirzə
Mehdi xan Astrabadinin ―Tarixi-cahangüşai-Nadiri‖ (Dünyanı fəth edən Nadirin tarixi) adlı
saray xronikasıdır. Əsər Nadir şah Əfşarın şahlıq dövründə baş verən hadisələr barədə ən
dəqiq məlumatları özündə ehtiva edir. Xronika müəllifi əvvəlcə Nadirin şəxsi katibi kimi
onun yanında çalışmış, sonra ―münşi əl-məmalik‖, daha sonra isə saray tarixçisi olmuşdur.
Xronikanın mənbəəşünaslıq baxımından qiyməti hər şeydən öncə Nadir şahın idarəçilik
zamanında baş verən hadisələrin təfsilatı ilə qələmə alınmasıdır. Onu da xüsusi qeyd etmək
lazımdır ki, müəllif şahidi və iştirakçısı olduğu hadisələrin şərhində ən incə məqamları belə
diqqətdən qaçırmamış və hadisələri tam ardıcıllığı ilə vermişdir. Mirzə Mehdi xan vacib döv-
lət qərarlarının verilməsində şəxsən iştirak etdiyindən, o öz dövrünün bütün siyasi hadisələrin-
dən xəbərdar olmuşdur. Bu mənada onun Nadir şah haqqındakı fundamental əsərinə böyük
tədqiqatçı alim L.Lokhartın yüksək dəyər verməsini təsadüfi saymaq olmaz. O, ―Tarixi-
cahangüşaye-Nadiri‖ni Nadir şah haqqında ―bütün məlumatlara malik olan şəxs tərəfindən
yazılmış yeganə müfəssəl əsər‖ hesab etmişdir [L.Lockhart, 1938, p. 294].
Əsər o qədər məşhur olmuşdur ki, üzü dəfələrlə köçürülmüş, dünyanın əksər kitabxana-
larında onun əlyazma nüsxələri qorunub saxlanmış, çoxsaylı litoqrafik və çap nüsxələri mey-
dana çıxmışdır. ―Tarixi-cahangüşai-Nadiri‖ ərsəyə gələndən az sonra fransız dilinə (1770),
sonra isə ingilis (1773) və alman dillərinə tərcümə edilmişdir. Mövcud əlyazma kataloqlarına
istinad etsək, görərik ki, müxtəlif ölkələrin əlyazma fondlarında, muzey və kitabxanalarında
―Tarixi-cahangüşai-Nadiri‖ əsərinin 400-dək əlyazma nüsxəsi qorunmaqdadır. AMEA-nın
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda adıçəkilən əsərin 39 nüsxədən ibarət geniş
əlyazma kolleksiyası vardır (onlardan 12-si yarımçıqdır). Aşağıda bu əsərin ən qiymətli
əlyazmalarının müfəssəl paleoqrafik analizini veririk. Onlardan bəziləri təkcə tarixi deyil,
həm də sənət baxımından ciddi maraq doğurur [Каталог, 2013, стр. 96-122].
1. B-5027 şifrəsi altında saxlanılan ən birinci əlyazma nüsxəsi 26 zülqəddə 1179/ 7 may
1765-ci ildə, yəni Nadirin ölümündən az sonra köçürülmüş dür. Əsər tamdır. Mətn qara
mürəkkəblə köçürülmüş, titul səhifəsində ad, fəsilləri ayıran və vacib hadisələri göstərən
başlıqlar qırmızı mürəkkəblə fərqləndirilmişdir. Qurandan parçalar hərəkələrlə kursivşəkilli
nəsxlə yazılmış və qırmızı xətlə qeyd edilmişdir. Əlyazmaya mülkiyyət sahibinin yazısı aydın
oxunmayan möhürü vurulmuşdur. Mətn Şərq istehsalı olan sarı kağız üzərində nəstəliq xətti
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 232 -
ilə yazılmış, sətri, şərq üslublu və müasir səhifələnmə aparılmış, ardıcıl kustodlar verilmişdir.
Əsər 268 vərəqdən ibarətdir. Üz qabığı- üzərinə üç basma medalyonlu qara dəri çəkilmiş
kartondan düzəldilmiş və sonradan bərpa edilmişdir. Əlyazmanın üzünü Murtuza Qulu bin Əli
Marağai köçürmüşdür.
2. Əlyazmalar İnstitutunda M-139 şifrəsi altında saxlanan nüsxəni bədii tərtibat nöqteyi-
nəzərindən ən qiymətli nüsxə hesab etmək olar. Onun yüksək vəzifəli şəxsin sifarişi ilə
hədiyyə olaraq hazırlandığını əlyazmanın qiymətli cildi və onu bəzəyən miniatürlər bir daha
təsdiq edir. Haqqında danışılan nüsxə 445 vərəqdən ibarət məcmuədə saxlanılır və 1b-216a
vərəqə malikdir. 1b-2a vərəqində qızılla, təbii qırmızı rənglə işlənmiş qeyri-adi dərəcədə zərif
frontispis vardır. Mətn qara mürəkkəblə nəstəlik xəttilə köçürülmüş, qızılı, qırmızı və mavi
çərçivəyə alınmışdır. Qurandan nümunələr və fəsillərin adları qızılı və qırmızı rənglə, vacib
hadisələrin təsvir edildiyi yerlər qırmızı mürəkkəblə fərqləndirilmişdir. Əlyazmanın 52b,
108b, 129b, 204b vərəqlərində 5 incə miniatür vardır. Bütün miniatürlər Nadir şahın düşmən
ordusu ilə toqquşmasını təsvir edən müharibə mövzusuna həsr edilmişdir. Bu səhnələr əfqan-
larla, türklərlə, moğol hakimi Məhəmməd şahla döyüşləri əks etdirir. XVIII əsrin sonunda çə-
kilmiş miniatürlər təkcə bədii yox, həm də mənbəəşünaslıq baxımından qiymətlidir, belə ki,
həmin miniatürlər tədqiq olunan dövrün reallıqlarını öyrənən tarixçilərə silahlanma, amuna-
siya və hərbi istehkamların qurulması və s. barədə əlavə material verir. Əlyazmada Şərq isteh-
salı olan parlaq və açıq-sarı kağızdan istifadə edilmişdir. Cild hər iki tərəfdən incə şəkildə iş-
lənmiş basma bitki naxışı olan qızıl suyu, əlvan rənglərlə bəzənmiş tünd-qəhvəyi dəri yapışdı-
rılmış kartondan düzəldilmişdir. Cildin iç tərəfinə bitki şəklilli ştampın köməyi ilə qızılla bə-
zədilmiş kağız yapışdırılmışdır. Cildin mərkəzi zədələnmişdir. Nüsxə bərpa edilmiş və vərəq-
lər ağ kağızla yapışdırılmışdır. Nömrələnmə ardıcıl aparılmış. Kitab sahibinin qövsi möhürü
yaxşı oxunmur. Nüsxə 3 məhərrəm 1204/23 sentyabr 1789-cu ildə Əli Əsgər Xəzər Caribi
tərəindən köçürülmüşdür.
2. Mirzə Mehdi xanın qeyd olunan əsərinin başqa bir unikal nüsxəsi B-2242 şifrəsi
altındakı əlyazmadır. Bu nüsxənin qiyməti ondadır ki, ―Tarixi-Nadiri‖nin əsas mətni ilə
yanaşı diaqonal şəkilli sahədə Nadir şahın və onun müzəffər yürüşlərinə və döyüşlərinə həsr
edilmiş, Məhəmməd Əli Firdovsi Xorasaninin az sayda əlyazması qalan ―Şahənşahnamə‖ adlı
məsnəvisi yer almışdır [12, 930]. Nüsxə Azərbaycanın məşhur xadimlərinin mülkiyyətində
olması ilə diqqəti çəkir. Bunu onun üzərindəki möhürün əksi də sübut edir. Təsvir olunan
nüsxənin sahiblərindən biri Fətəli şah Qacar (1771-1834) olmuşdur. Əlyazma sonrakı dövrdə,
yəni XIX əsr Azərbaycanın görkəmli alimi, tarixçisi və yazıçısı Abbasqulu ağa Bakıxanovun
(1794-1847) kitabxanasındakı kitabların sırasına düşmüşdür. Burada A. Bakıxanova məxsus
olması ehtimal olunan farsca şeir yazılmışdır. Şeirin və qeydin yazıldığı xətt nüsxə katibinin
xəttindən fərqlənir. Sonuncu vərəqdə (225b) başqa əllə yazılmış qeyddə A.Bakıxanovun qızı
Tuğra xanıma məxsus bir beyt də vardır. Elə burada əlyazmanın şair Səməd Mənsura hədiyyə
edilməsi barədə 1913-cü il tarixli qeyd verilmişdir. Mətn Şərq istehsalı olan, kalliqrafik
şikəstə-nəstəliq xəttilə qara mürəkkəblə yazılmışdır. Nəsx və nəstəliqlə yazılmış başlıqlar və
ərəbcə misallar təbii qırmızı rəngdədir. Vərəqin ölçüsü - 20,5x14, nüsxənin həcmi 225
vərəqdir. Cild üzərinə gül naxışlı dəri çəkilmiş yumşaq kartondan ibarətdir. Kolofona görə, 7
rəbiüs-sani 1189/8 iyun 1775-ci ildə köçürülmüşdür.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 233 –
Mövcud əlyazma kataloqlarına müraciət etsək, görərik ki, dünyanın əksər muzey və
kitabxanalarında Mirzə Mehdi xanın bu məşhur əsərinin çoxlu sayda qədim və nəfis nüsxələri
mühaizə edilməkdədir. Britaniya Muzeyi kitabxanasının farsdilli əlyazmalar kataloqunda
―Tarixi-cahangüşai-Nadiri‖ əsərinin 15 əlyazma nüsxəsi saxlanılır [Rieu Ch., 1966, p. 192-
95]:
1.
267 vərəqdən ibarət Add. 7661 şrifti altında saxlanan əlyazma 1182 rəbiül-əvvəl
ayı/1768-ci ildə nəstəlik xətti ilə köçürülmüşdür.
2.
26196 Add. əlyazma nüsxəsinin mətni (154 vərəq) 1184/1770-ci ildə xırda gözəl
nəstəlik-şikəstə ilə köçürülmüşdür.
3.
6576 Add.Əlyazma nüsxəsi (237 vərəq) 1196-cı il zilqəddə ayı/1782-ci ildə hind
nəstəliq xətti ilə köçürülmüşdür.
4.
Gözəl ünvanla bəzədilmiş və sətirlərarası qızılı rəngli sahəyə malik olan 6154 Add.
Əlyazması (293 vərəq) 1197/1783-cü il şəvval ayında nəstəlik xətti ilə köçürülmüşdür.
5.
26197 Add. əlyazma nüsxəsi (203 vərəq) 1204-cü il rəbiül-əvvəl ayı/1789-cu ilin
noyabrında Hac Qarax kəndində kalleqrafik nəstəlik xətti ilə köçürülmüşdür.
6.
Gözəl ünvanla bəzədilmiş və sətirlərarası boşluğu qızıl rənglə doldurulmuş 19530
Add. Nüsxəsi (188 v.) təxminən XIX əsrdə köçürülmüşdür. Əla bəzədilmiş üz qabığı lakla
örtülmüşdür.
7.
187 vərəqdən ibarət 23522 Add. Nüsxəsi təxminən XIX əsrdə Avropa kağızı
üzərinə köçürülmüşdür.
8.
23523 Add. Nüsxəsi (297 vərəq) XIX əsrdə nəstəliq xətti ilə köçürülmüşdür.
9.
170 vərəqdən ibarət 25790 Add. nüsxəsi 1219/1804-cü ildə İsfəhanda nəsx xətti ilə
köçürülmüşdür.
10.
Əla ünvanla yerinə yetirilmiş və sətirlərarası sahəsi qızılı rənglə doldurulmuş 21590
Add. əlyazma nüsxəsinin üzərində (336 vərəq) 1219-cu il tarixi qoyulmuşdur.
11.
25789 Add. nüsxəsi (218 vərəq) 1247/1831-ci ildə kobud hind kursiv xətti ilə
köçürülmüşdür.
12.
10581 Add. əlyazma nüsxəsi 1220-ci il rəbi ayının 11-də (1805 iyun) nəstəliq xətti
ilə köçürülmüşdür.
13.
27242 Add. əlyazma nüsxəsi (243 vərəq) 1208/1794-cü ildə şikəstə xətti ilə köçü-
rülmüşdür.
14.
11634 Add. nüsxəsi (171 vərəq) təxminən XVIII əsrdə şikəstə xətti ilə köçürülmüş-
dür.
15.
7659 Add. nüsxəsi 1216-cı il (1802) zilqəddə ayında Bağdadda iri nəstəliq xətti ilə
köçürülmüşdür.
Rusya Elmlər Akademiyası Sankt-Peterburq bölməsinin Əlyazmalar İnstitutunun kitab-
xanasının farsca əlyazmalar kataloquna görə bu kitabxanada ―Tarixi-cahangüşai-Nadiri‖ əsə-
rinin 11 nüsxəsi saxlanılmaqdadır [Mиклухо-Mаклай, 1975, səh. 197-204]:
1.
D 202 nüsxəsi 1216-cı ildə cəmadiül-əvvəl ayının 4-də/1801-ci ilin sentyabr ayının
13-də Mühəmməd Rəbi İsfəhani tərəfindən tuşla, fəsillərin başlıqları isə qırmızı mürəkkəblə
nəstəliq xətti ilə rus istehsalı olan kağız üzərində yazılmışdır. Avropa üslubunda (rus) olan
cildi dəridəndir. Cildarxası hissədə ―Nadir şahın tarixi‖ adı qızılı rənglə basılmışdır.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 234 -
2.
B 692 əlyazmasında olan əsər məcmuədə (1b-100b) yerləşir. Əsərin mətni tuşla, fə-
sillərinin adı isə qırmızı mürəkkəblə Avropa kağızında 1221/1806-07-ci illərdə İranda şikəstə
xətti ilə yazılmışdır. Cild Avropa sayağıdır, müasirdir, əlyazma bərpa edilərkən düzəldilmiş-
dir.
3.
C 2407 nüsxəsi (101vərəq) tam deyil. 1222/18907-08-ci illərdə İranda Əli Panah
ibn Məxfiallah tərəfindən nəstəliq xətti ilə şərq kağızına köçürülmüşdür. Cildi müasirdir və
əlyazmanın son bərpası zamanı düzəldilmişdir.
4.
1270-ci il məhərrəm ayında/1853-cü ilin 4 noyabrında Bəlxdə Orta Asiya kağızı
üzərində nəstəliq xətti ilə köçürülmüş C 2447 əlyazması rəng və qızılla işlənmiş açıq ünvanla
bəzədilmişdir. Sətirlərin arası dalğavari qızılı rəng zolaqları ilə doldurulmuşdur. Cild şərq
üslubunda (Orta Asiya) hazırlanmış, dəri kötüyə malik olan karton (müqəvva) cildi vardır.
5.
C 482 əlyazması (269 vərəq) XVIII əsrin sonu, XIX əsrin əvvəlində Türkiyədə
Avropa kağızı üzərində nəstəliq xətti ilə yazılmışdır. Cildi Avropasayağıdır (rus), dəridəndir,
Cildin kötük hissəsində qızılla fransız dilində ―Nadir şahın tarixi‖ sözü basılmışdır.
6.
C 796 əlyazması qızılla və müxtəlif rəngli boyalarla işlənmiş ünvanla bəzədilmiş-
dir. Əlyazma təxminən XIX əsrdə Əfqanıstanda yaşayan Əli Əkbər ibn Möhsün Zəki əl-Hü-
seyni tərəfindən nəstəliq xətti ilə Şərq kağızı üzərinə köçürülmüşdür. Şərq üslubu ilə hazır-
lanmış cild kartondandır və dəri ilə örtülmüşdür.
7.
168 səhifədən ibarət olan D 92 əlyazma nüsxəsində mətnin birinci hissəsi
1285/1868-69-cu illərdə Qulam Hüseyn xan, ikinci hissəsi İbrahim ibn Molla Sadıq tərəfindən
köçürülmüşdür.
8.
C 487 nüsxəsinin başlanğıcı yoxdur. Mətn XVIII əsrin sonunda Hindistanda nəs-
təliq xətti ilə Şərq kağzı (hind) üzərinə köçürülmüşdür. Cild Şərq üsluibundadır, kartondandır,
dəri ilə örtülmüşdür.
9.
C 485 nüsxəsinin (207 vərəq) mətni 1223/1808-09-cu illərdə İranda şikəstə elemen-
ti ilə nəstəliq xətti ilə Avropa kağızında yazılmışdır. Şərq üslublu cild üzərinə dəri çəkilmiş
kartondan ibaətdir.
10.
B693 nüsxəsi 1232-ci il rəcəb ayında/1817-ci il may-iyun ayında İranda nəstəliq
xətti ilə Avropa kağızına köçürülmüşdür. Cild Şərq üslubunda, dəridəndir.
11.
C 2770 nüsxəsi məcmuədə (1a-75a) yerləşir. 1199/1784-85-ci illərdə Mərk Asiya-
da Avropa kağızı üzərində nəstəliq xətti ilə yazılmışdır. Cildi Şərq üslubunda kötüyü dəri olan
kartondan düzəldilmişdir.
Əldə edə bildiyimiz kataloqlar arasında daha çox əlyazma nüsxəsini özündə cəm etmiş
kataloq görkəmli İran alimi Əhməd Münzəvinin tərtibindədir. Alim dünyanın müxtəlif muzey
və kitabxanalarında qorunan əlyazma nüsxələri haqqında qısa məlumat versə də, demək olar
ki, mövcud kamil əlyazmaların bir çoxuna toxuna bilmişdir. Kataloqda ―Tarixi-cahangüşai-
Nadiri‖ əsərinin 114 nüsxəsi qeyd edilmişdir ki, bunlardan 51 nüsxə İranın müxtəlif kitabxa-
nalarında, 17 nüsxə Qərb Avropa ölkələrində, 5 nüsxə Ərəb ölkələrində, 12 nüsxə Sank-Peter-
burqda, 11 nüsxə Pakistanda, 16 nüsxə Hindistan, 2 nüsxə isə Dakka (Banqladeş) kitabxana-
larında qorunmaqdadır. Bu nüsxələrin 13 ədədi tarixsiz, səksən doqquzu - XII/XVIII, on ikisi
- XIII/XIX əsrə aiddir. Köçürülmə tarixi bəlli olan nüsxələrdən 84-nün ili dəqiq olaraq qeyd
edilmişdir [Fehrest, tarixsiz, səh. 4309-314].
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 235 –
Məqalədə elmi-paleoqrafik təsvirini verdiyimiz əlyazma nüsxələri əlbəttə ki, mövcud
nüsxələrin çox az bir hissəsini əhatə edir. Məqalənin həcmini nəzərə alaraq, Mirzə Mehdi xan
Astarabadinin ―Tarixi-cahangüşai-Nadiri‖ əsərinin qeyd edə bilmədiyimiz bir çox əlyazma
nüsxələri mövcuddur ki, İran, digər Asiya dövlətləri, Avropa və hətta Amerikanın kitabxana
və muzeylərində qorunmaqdadır.
ƏDƏBĠYYAT
1.
Lockhart L.L. Nadir Shah. A Critical Study Based Mainly upon Contemporary
Sources. London, 1938
2.
Rieu Ch. Catalogue of the Persian MSS in the British Museum, vol. I, London, 1966
3.
Fehreste-nosxehaye-xəttiye-farsi. Neqarənde Əhməd Monzəvi. Celde şeşom. Tehran.
Bi tarix (fars dilində)
4.
Каталог персидских рукописей. Сочинения по истории и географии. Под ред.
Р.Мамедовой. Баку, 2013
5.
Миклухо-Маклай Н.Д. Описание персидских и таджикских рукописей Инсти-
тута востоковедения, вып. 3, Москва, 1975
Rana Mammadova
MANUSCRIPTS OF “TARIKH-I JAHANGUSHA-I NADIRI”
IN THE WORLD LIBRARIES
Summary
This article is dedicated to “Tarikh-i Jahangusha-i Nadiri” which is one of the most
important source on the history of Azerbaijan, Iran and neighboring countries of Nadir Shah
Afshar‟s reign. Along with the detailed palaeographic analyses of the most valuable Baku
manuscripts of “Tarikh-i Jahangusha-i Nadiri” from the collection of the Institute of Manu-
scripts of the Academy of Sciences of Azerbaijan republic there is covered great number of
manuscripts kept in the libraries all over the world.
Keywords: Nadir Shah Afshar, Mirza Mehdi khan Astarabadi, “Tarikh-i Jahangusha-i
Nadiri”, source, catalogue, manuscript, handwritten copy, library.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 236 -
Xəyalə Nurulla qızı Hacıyeva
ADA Universiteti Kitabxanası, kitabxanaçı
AMEA, M.Füzuli ad. Əlyazmalar İnstitutu, doktorant
khajiyeva@ada.edu.az
“MÜSTƏQĠLLĠYĠMĠZ ƏBƏDĠDĠR” ÇOXCĠLDLĠYĠNĠN TƏRTĠBĠ
XÜSUSĠYYƏTLƏRĠ VƏ ÜMUMMĠLLĠ LĠDER HEYDƏR ƏLĠYEVĠN
AZƏRBAYCAN KĠTABXANAÇILIQ ELMĠNĠN ĠNKĠġAFINDA ROLU
Açar sözlər: Qeydlər, şəxsi adlar, coğrafi adlar, köməkçi göstərici, çoxcildlik.
“Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı
bu irsə laiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədə-
niyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gü-
nünə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.”
Heydər Əliyev
Azərbaycanın XX əsr tarixinin əlli ildən çox dövrü Heydər Əliyev şəxsiyyəti ilə sıx
bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. Heydər Əliyev şəxsiyyəti öyrə-
nilməmiş dünyadır. Bu nadir dühanın siyasət aləmini, bitib-tükənməyən, sahilləri görünmə-
yən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən nadir, ən mürəkkəb, hətta çı-
xılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmə-
diyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergidir. Bütün bunların
hamısı bir keyfiyyət altında birləşir: Heydər Əliyev böyük Azərbaycanlıdır, Azərbaycan
xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşidir. Bu nadir keyfiyyət Heydər Əliyev
fəaliyyətinin bütün dövrləri üçün səciyyəvidir.
Sadə zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan və tükənməz fitri iste-
dad sahibi olan Heydər Əliyev doğma xalqının dərdlərinə dərindən bələd olan, hələ çox
gənc ikən mərkli qonşuların min bir hiyləsini öz gözləri ilə görən, mükəmməl təhsil almış,
o cümlədən tarixi biliklərə dərindən yiyələnmiş, son dərəcə geniş dünyagörüşünə və kon-
kret biliklərə malik olan nadir tarixi şəxsiyyət olmuşdur. O, yarım əsrdən artıq zəngin
idarəçilik təcrübəsinə malik olan, müxtəlif xarakterli və səviyyəli idarəçilik sistemlərinə
bələd, SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan nadir siyasətçi
olmuşdur. (2,s.16)
Belə bir şəxsiyyət haqqında yüzlərlə maraqlı əsərin yazılması heç də təsadüfi deyil.
Xalqımızın tanınmış yazıçı və şairləri öz ümummilli liderini tərənnüm edən bir-birindən
dəyərli sənət nümunələri yaratmışlar. Bu geniş sənət kütləsini məhz biblioqrafiya elminin
köməyi ilə ümumiləşdirmək və oxucuları Heydər Əliyevə həsr edilmiş bütün əsərlər
haqqında məlumatlandırmaq mümkün olmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 237 –
Bu zamana qədər Heydər Əliyevin bütün yaradıcılığını və ona həsr edilmiş əsərləri,
eyni zamanda onun çıxışlarını əks etdirən sənədlərdən biri ―Müstəqilliyimiz əbədidir‖
çoxcildliyidir. ―Müstəqilliyimiz əbədidir çoxcildliyi‖ ümummilli lider Heydər Əliyevin
irsini öyrənmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. ―Müstəqilliyimiz
əbədidir çoxcildliyi‖ 1997-ci ildən nəşr olunmağa başlanmışdır. Hal-hazırda 38 cildi nəşr
olunmuşdur. Burada Heydər Əliyevin ölkəmizdə, o cümlədən xaricdə olan çıxışları, onun
nitqləri, fikir və düşüncələri haqqında olan məlumatlar öz əksini tapmışdır.
Çoxcildliyin I və IX cildlərinin köməkçi göstəricisi 2008-ci ildə Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Milli Kitabxanası tərəfindən tərtib edil-
mişdir.(4,s.3)
Köməkçi göstəricidə çoxcildliyin mətnində verilən qeydlər, şəxsi və coğrafi adlar
əlifba sırası ilə qruplaşdırılmışdır. Beləliklə coxcildliyin müvafiq cildlərindəki materiallar
sistemli formada bir yerə toplanaraq göstəricidə öz əksini tapmışdır.
Göstərici ―Qeydlər‖, ―Mövzu‖, ―Şəxsi adlar‖, ―Coğrafi adlar‖ bölmələrindən iba-
rətdir. Qeydlər bölməsində çoxcildlikdə qeyd olunmuş dövlətlər, ictimai təşkilatlar, təşkilat
və şirkətlərin başçıları haqqında məlumatlar öz əksini tapmışdır. Belə ki, göstəricinin
―Qeydlər‖ bölməsinə nəzər yetirdikdə oxucuya aydın olur ki, ümummilli lider Heydər Əli-
yevin Avropa şurası ilə əlaqədar çıxışları ―Müstəqilliyimiz əbədidir çoxcildliyi‖nin III; V;
VI; VII; VIII; XIX cildlərində öz əksini tapmışdır. Bununla da istifadəçilər lazımi məlu-
matları əldə etmək üçün çoxcildliyin bütün cildlərini axtarmaq məcburiyyətində qalmır,
göstəricinin köməyi ilə tez bir zamanda axtarışı ―Müstəqilliyimiz əbədidir çoxcildliyi‖nin
I-IX cildlərinin köməkçi göstəricisi vasitəsilə həyata keçirirlər.
Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə məlumatların yerləşdiyi cildlər qara
hərflərlə göstərilmiş, onların qarşısında isə səhifələr qeyd olunmuşdur. Göstəriciyə əsasən
müəyyən etmək olar ki, ―Yeni Azərbaycan‖ partiyası ilə əlaqədar materiallar çoxcildliyin
8-ci cildində 331, 341, 447, 457-ci səhifələrində öz əksini tapmışdır. Ulu öndərimizin
Azərbaycan Xalq Cumhiriyyəti ilə bağlı olan fikirləri isə çoxcildliyin I; II; V; və VI cildlə-
rində öz əksini tapmışdır.
―Mövzu‖ göstəricisi bölməsində adından da bəlli olduğu kimi, müəyyən mövzularla
əlaqədar olan və çoxcildlikdə yer almış materiallar haqqında məlumat verilmişdir.
Bu bölmədə Heydər Əliyevin Azərbaycan–Türkiyə münasibətləri, Azərbaycan-Tür-
kiyə əməkdaşlığı, Azərbaycan-Türkiyə əməkdaşlıq şurası haqqında olan çıxışları barədə
materiallar da verilmişdir. Azərbaycan-Türkiyə münasibətlərinin, qardaşlığının nə dərə-
cədə inkişaf etdiyini, ümummilli liderimizin bu qardaşlığa verdiyi qiyməti görmək üçün
göstəricidəki qeydləri nəzərdən keçirmək kifayətdir.
Türkiyə-Azərbaycan münasibətlərinin hörmətli prezidentimiz Heydər Əliyev üçün nə
qədər önəmli olduğunu göstərən çıxışlardan biri 1993-cü il, oktyabrın 26-sında Bakıda
keçirilmiş ―Türkiyə Cumhuriyyəti-70‖ adlı elmi praktiki konfransdakı nitqidir. Həmin
çıxışda ümumilli lider Türk Xalq Cumhuriyyətinin yaranmasının 70 illiyinin təkcə Türki-
yənin deyil, eyni zamanda bütün Azərbaycan xalqının bayramı olduğunu bu sözlər ilə ifadə
edir: ―Soykökümüz, adət və ənənələrimizin, bir çox müqəddəs mənəvi sərvətlərimizin
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 238 -
ayrılmaz tellərlə bir-birinə bağlı olduğu türk xalqının bu böyük bayramı eyni zamanda
Azərbaycan üçün də əziz gündür.‖(3,c.I,s.141)
Dostları ilə paylaş: |