ƏDƏBĠYYAT
1.
Xələfov, A. Kitabxana və cəmiyyət: monoqrafiya /A. Xələfov, elmi red. Məmmə-
dova L., red. K.Aslan.-Bakı: Azərnəşr, 2011.- 348 s.
2.
Kitabxanalar biliklər cəmiyyətində (İkidilli Azərbaycan-Rusiya layihəsi).-Bakı:
2006.-516s.
Afsana Safarova
READING PROBLEMS AND ELECTRONIC LIBRARIES
Summary
The problem of formation of information literacy in Azerbaijan was investigated in the
article, results of survey conducted among readers with the purpose to define a role of
libraries in this area were analysed, also have been made recommendations about a present
condition of formation of information literacy and future development prospects.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 166 -
Elnur Adil oğlu Nəzərəliyev
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, dissertant
nazaraliyev_elnur@mail.ru
KĠTABXANA VƏ FASĠLƏSĠZ TƏHSĠL
(TƏHSĠLĠN TƏġKĠLĠNDƏ PEġƏKARLIQ PROBLEMĠ)
Açar sözlər- Fasiləsiz təhsil, kitabxana-informasiya xidməti, elm və təhsilə kitabxana
xidməti.
Kitabxanalar yarandıgı gündən mədəni insan cəmiyyətinin yaratdıgı informasiya kütlə-
sinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və xidmətə verilməsi funksiyasını yerinə yetir-
məyə başlamışdır. Bu baxımdan ilk təhsil müəssisəsi və ilk elmi müəssisə statusuna malik ol-
muşdur. Müasir qloballaşan cəmiyyətdə kitabxanalar bu funksiyalarını davam etdirməkdədir.
Son zamanlar qloballaşma, informasiyanın sürətli yayılması informasiya kommunika-
siya sistemlərinin inkişafı, kitabxana-informasiya sistemlərində yeni texnoloji problemlərin və
texnologiyaların yüksələn xətlə inkişafı və s. kımi mühüm əhəmiyyət kəsb edən proseslərin
dinamikası insan şüurunun qavrama tezliyindən daha sürətlə baş verir. İlk növbədə onu qeyd
etməliyik ki, bu proseslər öz dinamik inkişafı və yüksək sürəti nəticəsində qarşıya çıxa bilə-
cək fəsadları aradan qaldırmaq üçün qlobal ölçüdə "İnformasiya cəmiyyətindən yeni "Biliklər
cəmiyyəti"nə keçid prosesi düzgün şəkildə qurulmalıdır. Şübhəsiz ki, bu qlobal problemdir.
Doğrudur, biliklər cəmiyyətinin vahid universal modeli yoxdur. Çünki universal mo-
deldə "Biliklər cəmiyyəti" anlayışı məhdud çərçivəli bir anlayışa çevrilə bilir, daha aydın
desək bu universal model konkret ölkənin, regionun dil mədəniyyətindəki fərdiliyi, milliliyi
özündə əks etdirirsə ferdiləşir. Lakin buna baxmayaraq tarixən olduğu kimi ümumdünya təc-
rübəsinə istinad edərək cəmiyyətin Azərbaycan modelinin qurulması qarşıda duran ən zəruri
şərtdir. Dünya təcrübəsində artıq belə bir fikir formalaşmışdır ki, ―Biliklər cəmiyyəti‖nin milli
modelini qurmaq istəyən һər bir ölkənin və xalqın başlıca kriteriyası canlı insan və bu insanın
mənsub olduğu mədəniyyətin tipi və ənənələridir. Daha doğrusu bu mədəniyyət tipinə aid
insanların yüksək intellekti, onun təfəkkürü, bilik və bacarıqlarıdır. Çünki mədəniyyət ötən
yüzilliyin əsas göstəricisidır və hər bir xalq tarixdə məhz bu mədəniyyəti ilə yadda qalır.
Yeni ―Biliklər cəmiyyəti‖nə keçid qlobal bir prosesdir. Bu haqda YUNESKO nun sə-
nədlərində də maraqlı fıkirlər var. YUNESKO, digər beynəlxalq və regional təşkilatların qlo-
bal informasiya məkanında informasiya proseslərinin düzgün və rasional idarə olunması sahə-
sində tətbiq etdiyi layihələr ―biliklər cəmiyyəti‖ yaratmaq sahəsində ―ömürboyu təhsil‖ kon-
sepsiyasının əhəmiyyətini gündəmə gətirir. Bu layihələrin həyata keçirilməsində kitabxanala-
rın tətbiq etdiyi yeni xidmət sahələri mühüm rol oynayır.
Kitabxana-informasiya xidməti, eləcə də kitabxana informasiya məhsulu barədə mütə-
xəssislərin müxtəlif fikirləri mövcuddur. Tədqiqatçı İ.S.Pilko yazır: ―Kitabxana-sosial əhə-
miyyətli sənəd, informasiyasının ictimai istifadəsini təmin edən əsas və tarixən ilkin informa-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 167 –
siya institutu, informasiya məhsulları və xidmətlərinin istehsalçılarından birincisi sayılır‖.
Çoxəsrlik tarixi boyu kitabxanalar - istifadəçilərin informasiya sorğularının ödənilməsi istiqa-
mətində öz forma və metodlarını işləyib hazırlamış və inkişaf etdirmişdi.
―Kitabxana məhsulu‖ və ―kitabxana xidməti‖ anlayışlarının tam eyniləşdirilməsi və
yaxud onların kitabxana fəaliyyətinin maddiləşmiş məhsullar və maddiləşmiş xidmətlər nəti-
cələri səviyyəsində fərqləndirilməsi çox geniş yayılmışdır. İlkin anlayışların həcmi və məz-
mununun dəqiqləşdirilməsinin nəzəri aspektlərindən savayı, bu problem, tətbiqi əhəmiyyətə
malikdir. Kitabxana məhsulları və kitabxana xidmətlərinin keyfiyyət spesifikasının tələbatçı
xüsusiyyətlərinin üzə çıxarılması onların çeşid dinamikasının izlənilməsini əhatə edir.
Kitabxana-informasiya proseslərinin müasir vəziyyəti hər bir mütəxəssisdən xüsusi ha-
zırlıq tələb edir. XXI əsr dərinləşdikcə mütəxəssislərin informasiya təminatı cəmiyyətin qarşı-
sında əhəmiyyətli vəzifələrdən biri kimi duracaq və bu vəzifələr bu gün də duyulmaqdadır.
Təhsil, fasiləsiz təhsil, davamlı təhsil, şəxsi təhsil, ömürboyu təhsi və s. sərlövhəli layi-
hələr, bir çox beynəlxalq layihələr qlobal informasiya məkanında metəxəssislərin yüksək
peşə hazırlıgının təmin olunmasına yönəlməkdədir. Dünyanın qloballaşması tendensiyası təh-
silin də qloballaşmasını tələb edir və bu istiqamətdə beynəlxalq qurumların məqsədəuygun
fəaliyyəti daha qabarıq özünü ğöstərməkdədir.
Bu baxımdan Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakultəsində
tədrisə cəlb olunmuş "Kitabxana və fasiləsiz təhsil" adı ilə ümumiləşdirilmiş tədris proqramı
kitabxanaçılıq ixtisası ilə təhsil alan mütəxəssislərin hazirlanmasında əhəmiyyətli bir addım-
dır və müasir tələblər səviyyəsinə cavab verən ilk addımdır. Belə ki hal-hazirda yuksək ixti-
saslı kitabxanaçılıq-informasiya ixtisasında kadrların hazırlanması üçün bu növ tədris proqra-
mı ilk dəfə hazırlanır. Məqsəd ali təhsilli gənc mütəxəssislərə kitabxana-informasiya proseslə-
rində Azərbaycançılıq, milli ideya, vətənə sevği və vətənpərvərlik ideyalarının öyrətmək və
gələcək mütəxəssisləri dərinləşən informasiya cəmiyyətinə hazırlamaqdır ki, bu istiqamətdə
müasir və daima yeniləşən texnologiyaların öyrənilməsi və tətbiqi çox əhəmiyyətlidir.
Proqramda iki əhəmiyyətli cəhəd diqqəti cəlb edir. Birinci ondan ibarətdirki kitabxana-
şünaslıgın həm nəzəri həm də təcrübi sahələrində dövlətçilik ideyalarının təbligi məsələləri öz
əksini tapır.
İkinci cəhət daima yeniləşən informasiya proseslərinin öyrənilməsi sahəsində proqramın
koseptual olmasıdır.
Tədris proqramının öyrənilməsi ğöstərir ki, kitabxanaşünaslıgın müasir prearitet sahələri
də burada öz əksini tapır. Belə ki fasiləsiz təhsil bir tərəfdən kitabxana-informasiya fəaliyyəti-
nin təşkilatçılarının peşə səviyyəsinin müasirləşməsi və tələblərə cavab verməsini qarşıya
qoyur, diğər tərəfdən kitabxana-informasiya fəaliyyətinin təşkilində geniş oxucu kütlələri
üçün fasiləsiz təhsil imkanları yaradır.
Elektron kataloq, rəqəmsal kitabxana fondları və elektron kitab məhsulları kontekstində
təbligatın təşkili ayrıca əhatə olunur. Bu da tərtibatçının "Kitabxana və fasiləsiz təhsil" prose-
sində müasir tələblər və innavativ istiqamətlərindən xəbərdar oldugunu ğöstərir.
Fasiləsiz təhsil sistemsiz və təsadüfi biliklərin təlimə cəlb edilməsi demək deyil. Təlimə
cəlb olunacaq biliklərin məcmusu cəmiyyət, dövlət və beynəlxalq qurumlar vasitəsi ilə müntə-
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 168 -
zəm ğündəmə gəlməkdədir ki, kitabxanalar müasir tələblərin öyrənilməsi və həyata keçiril-
məsi işində qabaqcıl müəssisələr funksiyasını daşıyır.
Qeyd olunan paradiqma düzğün olaraq tədris prosesində sistemləşdirilib və proqram
mükəmməl elmi və təcrübi materiallara, sahənin müasir və samballı əsərlərinə əsaslanaraq
tərtib olunub. Bu da mövzulara daha dərindən nüfuz etmək istəyən mütəxəssislərə mükəmməl
əsərlərin tövsiyəsi baxımından əhəmiyyətlidir.
Təhsilin strukturunda müxtəlif prizmada fərqli təsnifləşdirmə ilə qarşılaşırıq. Təhsil
nazirliyində orta ümumtəhsil səviyyəsindən sonra 3 mərhələli Ali təhsil tətbiq olunur. Baka-
lavriat, maqistratura və daktarantura təhsili real həyatda təhsil prosesinin bitməsi demək deyil.
Müxtəlif səviyyələrdə kurslar- təkmilləşdirmə kursları, ixtisasartırma kursları, treninqlər fasi-
ləsiz təhsili xarakterizə edir. Bu baxımdan təhsil prosesinin bütün mərhələlərini təsnifləşdir-
mək və kvalifikasiya etmək ehtiyacı qarşıya çıxır. Bununla yanaşı fasiləsiz təhsil, ömür boyu
təhsil, davamlı təhsil kimi anlayışlar da dünya elmi ədəbiyyətına daxil olmuş və müxtılif yo-
zumlar edilməkdədir. Kitabxanalar butün qeyd olunan təhsil proseslərinin aktiv iştirakçıları-
dır. Bir sıra kitabxanalar məhz fasiləsiz təhsilin təşkilində ixtisaslaşmaqdadırlar. Qeyd olunan
təhsilin müxtəlif səviyyələrində bir sıra beynəlxalq, regional və kommersiya layihələri də
tətbiq olunmaqdadır ki, bu sahənin müstəqil tədqiqatına ehtiyac duyulmaqdadır.
Kitabxana-informasiya xidmətinin müasir tələblər şəraitində həyata keçirilməsi hər
şeydən əvvəl qeyd olunan anlayışları təsnifləşdirmək və kitabxana-informasiya xidmətinin
təşkilində kvalifikasiya (peşə tələblərinin) səviyyəsinin qorunub saxlanılmasını və inkişafını
təmin etməlidir. Mütəxəssislərə informasiya xidmətinin forma və üsulları mürəkkəbləşdikcə,
eləcədə mütəxəssis sorgularının mürəkkəbləşməsi və spesifikləşməsi şəraitində kitabxana və
fasiləsiz təhsil problemləri öz aktuallıgını ğöstərməkdədir. Elm və təhsilə kitabxana-informa-
siya xidmətinin təşkili sahəsində ənənəvi metodlarla yanaşı müasir ―alətlər‖ formalaşmaqda-
dır. Rəqəmsal informasiya məkanında kitabxanaların günbəgün artan imkanları daha geniş
fəaliyyət fürsətləri irəli sürür, yeni informasiya məhsulları meydana gəlir. Qloballaşan infor-
masiya məkanında elmə və təhsilə kitabxana-informasiya xidmətinin təşkilinin əlaqələndiril-
məsi, məzmunlu və bitkin informasiya xidmətinin təşkilində beynəlxalq və reqional layihələ-
rin müstəsna əhəmiyyəti mövcuddur. Məhz bu baxımdan fasiləsiz təhsi beynəlxalq layihə ola-
raq, beynəlxalq normalara cavab verərək təşkil və tətbiq olunmaqdadır.
Təəssüflə qeyd olunmalıdır ki, bu istiqamətdə fəaliyyət göstərən və yüksək keyfiyyətli
informasiya xidməti göstərən müəssisələr hal hazırda əsasən kommersiya müəssisələridir. Bu
baxımdan beynəlxalq təşkilatların qlobal informasiya məkanında təhsil və elmi informasiya
xidmətinin təşkili sahəsində daha geniş əhatəli layihələrin tətbiq etməsi ehtiyacı duyulmaq-
dadır.
ƏDƏBĠYYAT
1.
Xələfov A.A. Kitabxanaşünaslığa giriş. 3 cilddə. B.: BDU, 2003.
2.
Xələfov A.A. Kitabxana və cəmiyyət.B. BDU.2011.-370 s.
3.
Xələfov A.A. Kitabxanaşünaslıgın müasir problemleri. Bakı.BUN, 2012. 56 s.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 169 –
4.
Kazımi P.F.İnformasiya mühəndisliyi kitabxana fəaliyyətində. B. BDU., 2011.-230 s.
5.
Qurbanov A.,Kazimi P.,İsmayılova N. Kitabxana informasiya fəaliyyətinin iqtisa-
diyyatı.Bakı.Mütərcim.2012. 362 s.
6.
Казыми П.Ф. О демократичности библиотечной работы. Курск. Журнал
научных публикаций. 2011.-стр.102-105
7.
Казими П. Информационная инжинерия. Германия. Ламберто Академия
Публикейшн. 2013. 84 с.
8.
Брофи Питер. Оценка деятельности библиотек: Принципы и методы.-М.;
«Омего-Л», 2009.-357 стр.
9.
Moyo, L. Electronic libraies and the emergence of new service paradigms / L.
Moyo // The Electronic Libraries.-2004.-Vol 22, N3.-P. 220-230
10.
Земсков, А.И., Шрайберг Я.Л. Электронные библиотеки [Текст]: учеб.пособие
/ А.И. Земсков, Я.Л. Шрайберг.-М.:ГПНТБ Росии, 2001.- 352 с.
Elnur Nazaraliyev
LIBRARIES AND CONTINUING EDUCATION
(PROFESSIONAL ISSUES IN THE EDUCATION)
Summary
Since the establishment of libraries in the cultural human society began to perform the
function of information gathering masses, organizing, maintaining and providing services. In
this regard, it had the status of the first educational institution and the first scientific institu-
tions.These function libraries in today's globalized society remain.
Keywords - continuing education, library and information services, library services and
science end education.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 170 -
Vəfa Məlikheydər qızı Məmmədova
Bakı Dövlət Universiteti, doktorant
ADA Universiteti Kitabxanası, mütəxəssis
vafa.mag@gmail.com
AKADEMĠK KĠTABXANALARDA MÜASĠR ĠNFORMASĠYA
FƏALĠYYƏTĠNĠN TƏġKĠLĠ: ADA UNĠVERSĠTETĠ KĠTABXANASININ
Ġġ TƏCRÜBƏSĠ ƏSASINDA
Açar sözlər: Müasir kitabxanaçılıq, informasiya cəmiyyəti, elektron kitabxana, rəqəm-
sal məzmun, yeni texnologiyalar, avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri (AKİS),
proqram təminatı sistemləri, kitabxana-informasiya xidməti, verilənlər bazası, informasiya
mədəniyyəti, informasiya axtarış vasitələri.
Xülasə: Məqalədə müasir kitabxana-informasiya mühitində akademik kitabxanaların
yeri və rolu müəyyənləşdirilmiş, yeni texnologiyaların tətbiqi sayəsində istifadəçilərə göstəri-
lən informasiya xidmətinin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasından bəhs
edilmişdir. ADA Universiteti Kitabxanasında xidmət işinin müasir dövrün tələblərinə cavab
verməsi, informasiya axtarış metodları və vasitələrinin öyrədilməsi məqsədilə tədris edilən
İnformasiya Mədəniyyəti adlı təlim kursları haqqında məlumat verilmişdir.
Yeni texnologiyaların məhdudiyyətsiz tətbiq edildiyi müasir informasiya cəmiyyətində
kitabxanalar öz funksional vəzifələrini dövrün və istifadəçilərin tələblərinə maksimum dərəcə-
də uyğunlaşdırmaq, qarşıya qoyulan məqsədlərə uğurla nail olmaq üçün tamamilə yeni forma
və məzmun qazanmaqdadır. Bu baxımdan qabaqcıl dünya təcrübəsini öyrənmək və onu yerli
mühitə uyğunlaşdırmaqla tətbiq etmək kitabxana mütəxəssislərinin qarşısında yeni vəzifələr
qoyur. İnformasiyanın işıq sürətilə artdığı müasir informasiya əsrində sənəd kütləsini idarə
etmək, onu çeşidləyərək əhəmiyyət kəsb edən məzmunu ortaya çıxarmaq yalnız yeni texnolo-
giyaların, müasir proqram təminatının istifadəsi və bacarıqlı kitabxanaçı kadrların bu işə cəlb
edilməsi ilə mümkündür.
İnformasiya cəmiyyət üçün həmişə vacib ünsür olmuşdur. Bir həqiqət də vardır ki,
informasiya anlayışı müəyyən mənada əsrlərlə dəyişilməz qalmışdır, yəni ehtiyacı olanlara
müvafiq informasiya və informasiya ehtiyatlarına səmərəli, effektiv, rahat və maliyyə cəhət-
dən sərfəli çıxışı təmin etmək vəzifəsi daşımışdır. Son dövrlərdə isə informasiya kütləsinin
qarşısıalınmaz sürətlə emalı və istehsalı sosial institutlarda, xüsusilə də kitabxanalarda infor-
masiyanın seçilməsi, təhlili, mübadiləsi və əlyetərliliyinin təmin edilməsi məsələlərini aktual
edir [1].
Kitabxanaların geniş bir qolunu təşkil edən akademik kitabxanalarda isə bu məsələlərə
daha həssaslıqla yanaşılmalıdır, belə ki, istifadəçilərinin böyük əksəriyyətini tələbələrin və
tədqiqatçıların təşkil etdiyi ali təhsil müəssisəsi kitabxanalarının ən ümdə vəzifəsi öz oxucu-
larını səhih və etibarlı informasiya ilə təmin etmək və bununla da kitabxananın və bütövlükdə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 171 –
universitetin elmi tədqiqatın dəstəkləyicisi kimi rolunu artırmaqdır. Bu baxımdan, tətbiq edi-
lən yeni texnologiyalar, proqram təminatı və maddi texniki baza istifadəçilərə informasiya
xidmətini müasir standartlara uyğun və rəqəmsal məzmunun axtarış və istifadəliliyinin maksi-
mum dərəcədə optimallaşdırılması kontekstində həyata keçirməyi tələb edir.
Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin
etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasından, onların əhali ara-
sında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş
yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir [2].
Müasir kitabxanalarda tətbiq edilən yeni informasiya texnologiyaları və proqram təmi-
natı sistemləri kitabxana işinin idarə edilməsi və kitabxananın ayrı-ayrı struktur vahidlərini
əlaqələndirmə baxımından əvəzedilməz vasitələrdir. Belə ki, hazırda dünya kitabxana təcrübə-
sində istifadə olunan bu tip avtomatlaşdırılmış kitabxana-informsiya sistemlərinə misal olaraq
Mandarin, ResourceMate, Alexandria, Koha ILS, L4U, Millennium, Destiny Library
Manager, Aleph, Bibliotheca, Libdata və s. proqram təminatı sistemlərini göstərmək olar [3].
ADA Universiteti Kitabxanasında uğurla tətbiq edilən Millennium Avtomatlaşdırılmış
Kitabxana-İnformasiya Sistemi kitabxana proseslərini avtomatlaşdırmaqla yanaşı müxtəlif
şöbələrin işini bir sistem daxilində mərkəzləşdirir və əlaqələndirir. Sistemin işçi modullarını
işlək vəziyyətə gətirmək üçün hər bir kitabxanaçı tərəfindən xüsusi qeydiyyat loqini və parolu
daxil edilməlidir. İşçi modullar əsasən kitabxananın komplektləşdirmə, kataloqlaşdırma,
dövriyyə xidmətləri, elektron resursların idarə edilməsi, dövri nəşrlər, sistem administrasiyası
və s. kimi proseslərini asanlaşdırır və eyni zamanda statistik məlumatların təhlili və emalı
zamanı kitabxanaçı əməyinə və vaxtına qənaət edir.
Qlobal aləmdə ali təhsil müəssisələrinin kitabxanaları operativ xidmət həyata keçirmək
məqsədilə resenziya verilmiş elmi jurnal məqalələrinin toplandığı onlayn verilənlər bazalarına
illik abunə olmaqla həmin məqalələrin əksər hallarda tam mətnlərini tələbələr üçün əlyetərli
edir və bununla da təhsil və tədris prosesini alternativ informasiya mənbələri ilə zənginləş-
dirir. Beynəlxalq akademik kitabxanaların nümunəsində ABŞ-ın Kolumbiya Universiteti
Kitabxanasının ümumilikdə 1500-dən artıq ümumaçıq və ödənişli onlayn verilənlər bazasına
abunəliyi təmin etdiyini qeyd etmək olar [4].
Azərbaycan miqyasında isə bu sahədə öz əhəmiyyətinə görə qabaqcıl yerlərdən birini
tutan ADA Universitetinin Kitabxanası 42 ədədi ümumaçıq və 22 ədədi (bunlardan 2 baza –
EBL və Ebrary yalnız elektron kitab xidmətini həyata keçirir) ödənişli olmaqla ümumilikdə
64 verilənlər bazasından istifadə imkanını təmin edir. Bu bazalara misal olaraq, JStor,
EbscoHost, ProQuest, HeinOnline, Taylor & Francis Online, EconBiz, Cambridge Journals,
International Monetary Fund, Chronicle of Higher Education və s. göstərmək olar [5].
Təqdim edilən çap və elektron informasiya ehtiyatlarından istifadəni asanlaşdırmaq,
tələbə və müəllim heyətini informasiya axtarış metodları və üsulları ilə ―silahlandırmaq‖
məqsədilə ADA Universiteti Kitabxanası, birbaşa olaraq kitabxananın Tədqiqat və Təlimat
Xidmətləri Şöbəsi Azərbaycanda ilk dəfə, dünya kitabxanaçılıq təcrübəsində isə ötən əsrin 90-
cı illərinin əvvəllərindən tədris edilməyə başlayan İnformasiya Mədəniyyəti təlim kurslarını
[6] universitetin müxtəlif təhsil proqramlarına uyğunlaşdırmaqla həyata keçirir. Kursun
keçirilməsi ilk dəfə olaraq ADA Universiteti və Mədəniyyət və Turizm Nazirliyinin birgə
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 172 -
təşəbbüsü ilə 1-2 Aprel, 2014-cü il tarixlərində təşkil edilmiş ―Kitabxana-informasiya
sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi‖ mövzusunda I Beynəlxalq Elmi
Konfransda layihə kimi irəli sürülmüş [7] və daha sonra təcrübədə sınaqdan keçirilməyə
başlamışdır. Hazırda bu təlim kursları uğurla həyata keçirilir və tələbələrə informasiya axta-
rışı, seçimi, onun dəyərləndirilməsi və s. bu kimi zəruri məsələlərin incəliklərini öyrədir [8].
Avstraliyalı kitabxanaşünas alim Kristin S.Brüs XX əsrin 90-cı illərində İnformasiya
Mədəniyyətinin modelini təqdim edərkən onun 7 cəhətini kateqoriyalara ayırmaqla müəy-
yənləşdirmişdir:
informasiya texnologiyası anlayışı;
informasiya mənbələri anlayışı;
informasiya prosesi anlayışı;
informasiyaya nəzarət anlayışı;
biliyin formalaşdırılması anlayışı;
biliyin genişləndirilməsi anlayışı;
müdriklik anlayışı [6].
Daha sonra o, bu kateqoriyaları qarşılıqlı surətdə əlaqələndirməklə hər biri üçün ortaq
sayılan informasiya və informasiya mədəniyyəti anlayışlarını mərkəzi element kimi göstər-
mişdir.
Akademik kitabxanaların onlayn informasiya ehtiyatlarına, o cümlədən elektron kitab-
xanalara və verilənlər bazalarına abunəlik vasitəsilə təmin və təklif etdiyi rəqəmsal informasi-
ya mühitində istifadəçi bir sıra bilik və bacarıqlara malik olmalıdır ki, sənəd və informasiya
okeanında ―boğulmasın‖. Bunun üçün axtarış prosesinin mərhələlərini bilmək vacibdir:
onlayn axtarış sisteminin seçimi;
onlayn axtarış sisteminə giriş;
axtarış ekranında naviqasiya;
sorğunun formalaşdırılması;
axtarış nəticələrinin dəyərləndirilməsi;
axtarışın çeşidlənməsi [9].
İnformasiya mədəniyyətinə malik olmayan və sadəcə İnternet saytlarından əldə etdikləri
məlumatların etibarlılığına arxayın olan tələbələrin kurs işlərinin təhlili zamanı aradan qaldı-
rılması vacib olan bir sıra problemlər aşkar olunmuşdur:
Müəlliflik məsələlərinin müəyyənləşdirilməsində yol verilən səhvlər;
Aktuallıq - nəşrin buraxıldığı tarixin düzgün göstərilməməsi və ya istifadə edilən
mənbənin aktuallığını itirməsi;
Qeyri-obyektivlik – yalnız bir saytın fikrini əsas götürmə;
Auditoriya – tələbələrə saytın müəyyən məqsədlərlə xüsusi auditoriya üçün nəzərdə
tutulması məsələsi maraqlı deyildir;
Üslub və ifadə tərzi – saytlarda yol verilən qrammatik və orfoqrafik səhvlərin
tədqiqat işlərində də olduğu kimi təkrarlanması;
Məzmunun keyfiyyəti – sənədləşmənin olmaması saytların keyfiyyət cəhətdən
qiymətləndirilməsini mümkünsüz edir;
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 173 –
İnformasiyanın təşkili – bəzi saytlar çox sadə tərtib edilmiş, bəzilərinin isə ana
səhifəsini tapmaq çətin olmuşdur;
Naşir, mənbə, sahib – bəzi fanat saytlarına, şəxsi veb səhifələrə və hətta orta məktəb
layihələrinə verilmiş istinadların olması;
İnformasiyanın stabilliyi – istinad verilən saytların təxminən 30%-inin URL
ünvanının düzgün göstərilməməsi və ya saytların artıq işləməməsi səbəbindən
əlyetərli olmaması və s. [9].
İnformasiya Mədəniyyəti dərslərində isə onlayn kataloq və verilənlər bazaları üzrə
informasiya ehtiyatlarının axtarış metod və üsulları ilə tanışlıqla yanaşı:
tələbələr bu işə sadəcə dinləyici kimi cəlb edilmir;
səylər informasiyanın ötürülməsindən daha çox tələbələrin bilik və bacarıqlarının
inkişaf etdirilməsinə yönəldilir;
tələbələr yüksək düşüncə tərzinə malik olurlar (analiz, sizntez və dəyərləndirmə);
tələbələr müxtəlif fəaliyyət növlərinə cəlb olunurlar (məsələn, qiraət, müzakirə və
inşa yazısı);
tələbələrdən öz davranış və bacarıqlarını üzə çıxarmaları gözlənilir [10].
Sadalanan bu məsələlərlə yanaşı akademik kitabxana istifadəçiləri informasiyanın
təhlükəsizliyi, plagiatlıq, müəlliflik hüququ və əqli mülkiyyət məsələlərinə də ciddi fikir
verməlidirlər. Bu baxımdan, kitabxana mütəxəssisləri universitet ictimaiyyəti, o cümlədən
tələbə və müəllim heyəti ilə qarşılıqlı iş birliyi çərçivəsində sıx əməkdaşlıq etməli, beynəlxalq
təcrübənin öyrənilməsi və tətbiqi, informasiya ehtiyatlarından istifadəyə dair müəssisə
siyasətini formalaşdırmalıdırlar.
Dostları ilə paylaş: |