Cədvəl 2.1. Azərbaycan, Misir, Finlandiya və Ukraynada
əhalinin savadlılıq statistikası
Əhalinin savadlı hissəsi
KiĢilər
Qadınlar
Azərbaycan
99.8%
99.9%
99.7%
Ukrayna
99.7%
99.8%
99.6%
Finlandiya
99%
99%
99%
Misir
73.9%
81.7%
65.8%
Mənbə: BMT-nin insan inkişafı hesabatı və CIA World Factbook, 2012
Göründüyü kimi, Azərbaycanda əhalinin savadlılıq səviyyəsi kifayət qədər yüksəkdir.
Bu göstəricilərə görə, Azərbaycan MDB məkanında liderdir. Buradan belə qənaətə gəlmək
olardı ki, ölkədə əhali çox mütaliə edir və bu, beynəlxalq kitab mübadiləsi sahəsində də
dünyada aparıcı yerlərdən birini tutmağımıza real təminatdır. Əslində isə reallıq belə deyil və
müqayisə olunduğumuz hər 3 ölkənin beynəlxalq kitab mübadiləsi göstəriciləri bizimkindən
yuxarıdır. Bu ölkələrin hər birində beynəlxalq kitab mübadiləsinin inkişafı müxtəlif faktorlar-
dan asılıdır. Məsələn, Misirdə iqtisadi-siyasi faktorlardan asılı olmayaraq beynəlxalq mədəni
əməkdaşlıq əlaqələri, kitab mübadiləsi prosesi zəifləmir. Ölkədə əhalinin savadlılıq səviyyəsi-
nin yüksək olmaması da kitab mübadiləsinin səviyyəsinə təsir etmir. Çünki burada əsas rolu
tarixi faktor oynayır. Misir tarixi az qala bəşəriyyət tarixi ilə həmyaşıddır. Tarixin bütün dövr-
lərində bu ölkə səma altında laboratoriya rolunu oynayıb və minlərlə alimin, tədqiqatçının el-
mi araşdırmalarına şahidlik edib. Bu mənada Misirdə toplanmış elmi-mədəni irs daimi müba-
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 50 -
dilə obyektidir və bu ölkədən dünya ölkələrinə və əksinə kitab axını labüd proses kimi səciy-
yələndirilməlidir.
Finlandiyanın beynəlxalq kitab mübadiləsi sahəsində aparıcı yerlərdən birini tutmasının
səbəbi isə kitab nəşrinin həcmi və əhalinin kitaba olan tələbi ilə bağlıdır. Finlandiyada təyina-
tından və növündən asılı olmayaraq bütün kitabxanalarda azyaşlı uşaqlar üçün kitab bölmələ-
rinin fəaliyyət göstərməsi insanların mütaliəyə hələ erkən yaşlardan başlamasına bir işarədir.
Ukrayna isə Avropada ən iri kitab fondlarına malik ölkələrdən biri kimi tanınır. Bu öl-
kədə beynəlxalq kitab mübadiləsinin səviyyəsi əsasən təhsilin səviyyəsi və şəxsi-psixoloji
faktorlarla ölçülür. 2014-cü ildə Ukraynada baş vermiş məlum hadisələrin fonunda beynəl-
xalq kitab mübadiləsinin zəifləməməsi bir daha sübut edir ki, burada iqtisadi-siyasi vəziyyətin
gərginləşməsi ölkə kitabxanalarının beynəlxalq əlaqələrinə mənfi təsir etmək iqtidarında
deyil.
Ölkəmizdə isə kitabxanaların beynəlxalq kitab mübadiləsi prosesində iştirakı mövcud
siyasi və iqtisadi vəziyyətlə sıx bağlıdır. Azərbaycan kitabxanalarının bu sahədəki son 50 illik
fəaliyyətini təhlil edərkən məlum olur ki, 1988-1993-cü illərdə aparılan mübadilə əməliyyat-
larının səviyyəsi çox aşağı olub və ölkədən xaricə çox az sayda nəşr göndərilib. Müharibə şə-
raiti, informasiya blokadası, iqtisadi-siyasi disbalans və bütün bunların fonunda o dövrün si-
yasi rəhbərliyinin elm, təhsil və mədəniyyət sahəsində normal proqramının olmaması kitabxa-
naların beynəlxalq fəaliyyətinə mənfi təsir etmişdir.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbay-
canın beynəlxalq aləmdə öz mövqeyini layiqincə ifadə etməsi və qoruması, beynəlxalq təşki-
latlarla tərəfdaşlıq və düzgün qurulmuş xarici siyasət Azərbaycan kitabxanalarının beynəlxalq
elmi-mədəni əməkdaşlığını yeni səviyyəyə qaldırdı. Prezident cənab İlham Əliyev bu uğurlu
siyasəti davam etdirərək bir çox sahələrdə olduğu kimi elm və təhsil sahəsində də yeni priori-
tetlər müəyyənləşdirdi, kitabxanaların inkişafına diqqət və qayğı göstərdi. Cənab Prezidentin
təşəbbüsü və fərmanı ilə təsdiq olunmuş ―Azərbaycan 2020: gələcəyə baxış‖ inkişaf konsepsi-
yasında Azərbaycan kitabxanalarının gələcək inkişafı ilə bağlı məsələlərin əks olunması bunu
bir daha təsdiqlədi. Konsepsiyada deyilir ki, 2020-ci ilədək Azərbaycanda özünütəhsilə və
ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyəti modernləşdiriləcək,
elektron kitabxanaların sayı artırılacaq, distant təhsilin inkişafı dəstəklənəcək və ali təhsil
müəssisələrində distant təhsil geniş tətbiq olunacaqdır.
Bundan başqa, Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitab-
xanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli
mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorun-
ması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadilə-
si təmin ediləcəkdir.
Həmçinin kitab və nəşriyyat işi üzrə dövlət proqramlarının hazırlanması, ölkənin kitab-
xana-informasiya şəbəkəsinin inkişafı, kitabxana fondlarının ədəbiyyat və müasir informasiya
daşıyıcıları ilə təmin edilməsi, həmçinin musiqi ifaçılığı və yaradıcılığının təşviq edilməsi,
mədəniyyət sahəsində fəaliyyət göstərən özəl təsisatlara dövlət dəstəyinin artırılması üzrə
zəruri işlər həyata keçiriləcəkdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 51 –
Konsepsiyada bu məsələlərin qarşıya məqsəd qoyulması gələcəkdə Azərbaycan kitab-
xanalarının beynəlxalq informasiya mühitindəki mövqeyinin möhkəmlənməsinə də ciddi təsir
göstərəcək.
Ümumiyyətlə isə, beynəlxalq kitab mübadiləsinin gələcək taleyi artıq qlobal miqyasda
müzakirə olunur. 2006-cı ildə IFLA tərəfindən nəşr olunan (Kirsti Ekonen, Paivi Paloposki və
Pentti Vattulainenin redaktəsi ilə) ―Nəşrlərin beynəlxalq mübadiləsi üzrə təlimat kitabı‖nda
qaldırılan əsas məsələlərdən biri də informasiya əsrində beynəlxalq kitab mübadiləsinin gələ-
cəyinin olub-olmaması ilə bağlıdır. Bu nəşrdən əldə olunan qənaət belədir ki, beynəlxalq kitab
mübadiləsi yaxın gələcəkdə tənəzzül etmək təhlükəsi ilə üzbəüz deyil, əksinə bu sahəni inki-
şaf etdirməklə iqtisadi üstünlüklər əldə etmək mümkündür.
Azərbaycan kitabxanalarının beynəlxalq əməkdaşlıq perspektivlərini müəyyənləşdirər-
kən qeyd etməliyik ki, kitabxanalarımızın qlobal informasiya mühitinə tam və davamlı şəkildə
inteqrasiya olunması və beynəlxalq kitab mübadiləsinin aparıcı aktorlarından birinə çevril-
məsi üçün:
1.
IFLA ilə əməkdaşlıq genişləndirilməli (AMEA, Təhsil Nazirliyi, Mədəniyyət və
Turizm Nazirliyi səviyyəsində) təşkilatın illik iclaslarına geniş tərkibli (kitabxanaçılar, biblio-
qraflar, kitab mübadiləsi mütəxəssisləri və s) nümayəndə heyəti qatılmalı, təşkilatın beynəl-
xalq layihələrində Azərbaycan kitabxanalarının iştirakı təmin olunmalıdır. Bunun üçün quru-
mun üzvü olan və ya üzv olmaq istəyən Azərbaycan kitabxanalarının illik üzvlük haqları va-
hid şəkildə, vahid fonddan ödənməlidir (hazırda kitabxanalar üzvlük haqqını öz büdcələrindən
ödəyirlər ki, bu da bir çox hallarda davamiyyəti əngəlləyir). Mütəxəssislərin IFLA-nın iclasla-
rında geniştərkibli iştirakı vahid mənbədən və mütəmadi şəkildə maliyyələşdirilməlidir;
2.
YUNESKO-nun mənbəşünaslıq, kitabşünaslıq, əlyazmaşünaslıq və kitabxanaşünas-
lıq sahəsində mövcud layihələrində iştirak təmin olunmalıdır. Belə layihələrdən ən vacibi sa-
yılan ―Dünyanın yaddaşı‖ (ing. Memory of the World) proqramına Azərbaycan elmi-mədəni
irsinin inteqrasiya olunması sürətləndirilməlidir. 1992-ci ildən mövcud olan ―Dünyanın yad-
daşı‖ proqramı ümumdünya sənəd irsinin mühafizəsi məqsədi ilə yaradılıb. Bununla yanaşı,
proqram oxucuların sənəd irsindən bərabərhüquqlu istifadəsini təmin etmək, sənəd irsini tədiq
və təbliğ etmək üçün mövcud imkanları genişləndirmək məqsədi daşıyır. Proqram çərçivəsin-
də 1997-ci ildən milli, regional və beynəlxalq səviyyələrdə sənəd irsinin reyestrləri yaradılır.
Hər hansı bir dövlətə məxsus kitab, sənəd abidəsinin reyestrə daxil edilməsi YUNESKO-nun
Beynəlxalq Məsləhətverici Komitəsinin qərarından sonra mümkün olur.
2011-ci ildə AMEA Əlyazmalar İnstitutunda saxlanılan tibbə dair üç əlyazma abidəsi
UNESCO-nun təsis etdiyi bu proqramın siyahısına daxil edilib. Həmin əlyazmalardan ―Zəxi-
reyi-Nizamşahi‖ (―Nizamşahın azuqələri‖) əsərinin (müəllifi məlum deyil) üzü təxminən XIII
əsrdə köçürülüb. Əsərdə bitkilərin, heyvanların, mineralların, mürəkkəb tərkibli dərmanların
farmakoloji xüsusiyyətləri əlifba sırası ilə göstərilib. Digər əlyazma Əbu Əli ibn Sinanın ―Əl-
Qanun fi-tibb‖ (―Tibbi qanun‖) adlı ərəb dilində farmakologiya və tibbə aid məşhur əsəridir.
1143-cü ildə Bağdadda üzü köçürülüb. Dünyada dəqiqliyinə görə ən nadir nüsxələrdəndir.
Tibb elminin inkişafına ciddi təsir göstərən fundamental əsərlərdən biridir. Üçüncü əlyazma
―Əl-məqalə əs-səlasun‖ (―Otuzuncu traktat‖) isə Abul-Qasiməz-Zəhravinin ərəb dilində tibbə
aid fundamental əsərinin bir cildidir. X-XI əsrlərdə İspaniyada (Kordova) yaşayan təbib ilk
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 52 -
müəllifdir ki, cərrahiyyə alətlərinin təsvirini verib, konkret əməliyyatlar zamanı onların tətbiq
edilməsi üsullarını-qaydalarını göstərib. Əsər vaxtilə bütün Şərq və Avropa cərrahiyyə elmi-
nin inkişafına təsir edib [6].
Belə bir proqrama daha çox Azərbaycan kitabxanasının qoşulması beynəlxalq elmi-mə-
dəni əlaqələrin genişləndirilməsi baxımından olduqca vacibdir;
3.
Kitabxanalar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və İslam Təhsil,
Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ilə əlaqələrini genişləndirməli, bu təşkilatların layihə-
lərinə aktiv şəkildə qoşulmalıdırlar;
4.
Sahə tədqiqatçıları ingilisdilli xarici elmi jurnallarda Azərbaycan kitabxanalarının fə-
aliyyəti haqqında məqalələrin dərcini artırmalıdırlar. Çünki, Azərbaycan kitabxanaşünasları-
nın məqalələrinin ancaq MDB-də nəşr olunan elmi jurnallarda, rus dilində dərc olunması bey-
nəlxalq təcrübə mübadiləsi baxımından istənilən nəticəni vermir. 2004-2014-cü illərdə Azər-
baycan kitabxanaşünaslarının nüfuzlu beynəlxalq elmi jurnallarda ingilis dilində cəmi 3 mə-
qaləsi dərc olunmuşdur ki, onlar da bunlardır:
Web of Science bazasına (ISI-Thomson Reuters) daxil edilmiş jurnallarda:
I) Jafarov, Javid. (2012). Next-generation catalogues and automated library-information
systems in Azerbaijani libraries. Energy education science and technology Part B-Social and
Educational Studies, Vol. 4. İss: 4, pp. 2457-2462. (Təsir əmsalı 9.4)
SCOPUS (Elsevier) bazasına daxil edilmiş jurnallarda:
II) Mammadov, Elchin. (2014) ―Opportunities for using Wiki technologies in building
digital library models‖. Library Hi Tech News, Vol. 31 Iss: 2, pp.5 – 8
III) Nazarova, Muzghan. (2004). Librarianship in Azerbaijan: What can a leader do?.
Science & Technology Libraries, Vol. 23. Iss: 2-3, pp. 161-169.
Son 10 il ərzində nüfuzlu jurnallarda sahə üzrə cəmi 3 məqalənin dərci, olduqca aşağı
göstəricidir və Azərbaycan kitabxanalarının fəaliyyətini, inkişafını, əldə etdiyi təcrübələri
dünya kitabxanaşünaslarının diqqətinə çatdırmaq üçün kifayət etməz. Bundan öncə isə nüfuz-
lu xarici jurnallarda Azərbaycan kitabxanaşünaslarının məqalələrinə rast gəlinmir.
5.
Beynəlxalq kitab mübadiləsi bilik, təhliletmə bacarığı, gərgin əmək və kollektiv iş
tələb edir. Mübadiləçi ən azı bir xarici dil bilməli və komplektləşdirdiyi kitabların ilk oxucusu
olmalıdır. Buna görə də, kitabxanalarımızın beynəlxalq kitab mübadiləsi şöbələrinə əməkdaş-
ların seçimi, onların xarici dil biliklərinin səviyyəsinə uyğun aparılmalıdır.
Yalnız bu kimi məsələlərin elmi-təşkilati və kompleks həlli, kadr siyasətinin, informa-
siyanın seçilməsi prioritetlərinin düzgün müəyyənləşdirilməsi Azərbaycan kitabxanalarının
beynəlxalq informasiya mühitindəki mövqeyini möhkəmləndirməyə və perspektivlərin
açılmasına imkan verir. Çünki Azərbaycan kitabxanaları beynəlxalq peşəkar əməkdaşlıq
sayəsində, qlobal dəyərlərin mübadiləsi, mədəniyyətlərarası dialoqun qurulması və multikul-
turalizmin inkişafı fonunda qabaqcıl təcrübədən istifadə edə, öz gələcək strateji orientirlərini
müəyyənləşdirə və dünya informasiya sisteminə tam inteqrasiya oluna bilər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 53 –
ƏDƏBĠYYAT
1.
Əliyeva-Kəngərli A.İ. Azərbaycanın beynəlxalq elmi-mədəni əlaqələrində AMEA
Mərkəzi Elmi Kitabxanasının rolu // AMEA MEK-in Elmi Əsərləri, 2003, IV bur., s.
6-12.
2.
Əliyeva-Kəngərli A.İ. Beynəlxalq elmi əməkdaşlıq genişlənir. ―Elm‖ qəz., 2003, 20
iyun.
3.
Əliyeva-Kəngərli A.İ. Beynəlxalq konfrans dünyanı narahat edən problemlərə tox-
unur. ―Elm‖ qəz., 2007, 30 iyun.
4.
Гришина С.М. Теоретические аспекты международного сотрудничества биб-
лиотек на рубеже XX и XXI вв. / Молодежь в науке и культуре XXI века: Ма-
териалы третьей науч. конф. Челябинск, 2004, с. 52-55.
5.
Круглик Г.М. Динамика международного книгообмена // Научные и техни-
ческие библиотеки, 1997, №1, с. 94-98.
6.
Fərəcov S. Kitab tariximizin dəyərli səhifələri: Əlyazmalar. ―Mədəniyyət‖ qəz.,
2011, 28 sentyabr, s. 15.
Нигяр Бабаханова
МЕЖДУНАРОДНЫЕ БИБЛИОТЕЧНО-ИНФОРМАЦИОННЫЕ
РЕСУРСЫ И ПРОБЛЕМЫ ИХ ИСПОЛЬЗОВАНИЯ
Резюме
В статье освящена роль библиотек как универсального информационного центра
ресурсной поддержки нацеленного на всестороннее и оперативное удовлетворение ин-
формационных потребностей читателей. Представлена информация по обеспечению
доступа к базам данных международного уровня и онлайновым библиотечно-информа-
ционным ресурсам, участию в различных международных библиотечных проектах,
расширению спектра международных информационных услуг, формированию инфор-
мационной культуры пользователей.
Nigar Babakhanova
INTERNATIONAL LIBRARY AND INFORMATION RESOURCES
AND PROBLEMS OF THEIR USING
Summary
The article consecrated the role of libraries as a universal information center for re-
source support aimed at the full and prompt satisfaction of information needs of readers. The
article gives information on access to the databases of international data and online library
and information resources, participation in various international projects of library, expand
the range of international information services, formation of information culture of users.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 54 -
Əminə Rafiq qızı Cəfərova
Azərbaycan Milli Kitabxanası, elmi katib
amina.c@anl.az
AZƏRBAYCAN ƏDƏBĠ NÜMUNƏLƏRĠNĠN BEYNƏLXALQ SƏVĠYYƏDƏ
TƏDQĠQĠNDƏ MĠLLĠ KĠTABXANANIN FƏALĠYYƏTĠ
Açar sözlər: Milli Kitabxana, dünya kitabxanaları, əlyazmalar, qədim kitablar.
İnformasiya əsrində gün ərzində yüzlərlə oxucuya xidmət göstərən Azərbaycan Milli
Kitabxanasının ictimaiyyət qarşısında xidmətləri əvəzsizdir. Bu baxımdan oxucu sorğularını
operativ, tam və dəqiq cavablandırmaq, onların müxtəlif məzmunlu informasiya tələbatlarını
ödəmək üçün Milli Kitabxananın qarşısında bir sıra vəzifələr durur.
Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində də
qeyd edildiyi kimi Milli Kitabxananın əsas vəzifələrindən biri milli nəşrlərimizi, xarici ölkə-
lərdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhə-
miyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb
mühafizə etmək, oxucuların istifadəsinə təqdim etməkdir. [3,s.7]
Milli Kitabxana bu vəzifələri layiqincə yerinə yetirmək üçün dünya kitabxanalarının
fondlarında qorunan, vaxtilə ölkədən ―daşınıb-aparılan‖ əlyazmaların, kitabların, çap məhsul-
larının surətini və ya elektron resursunu Milli Kitabxananın fonduna daxil etmək üçün həmin
kitabxanalarla əməkdaşlıq edir, xarici ölkələrə ezamiyyələr təşkil edir, dünya milli kitabxana-
larının fondlarında və elektron kataloqlarda axtarışlar apararaq əsaslı tədqiqat işləri həyata ke-
çirir.
Tarixə qısa nəzər salsaq əminliklə demək olar ki, dünya kitabxanalarında qorunan Azər-
baycan incilərinin Milli Kitabxananın fonduna daxil edilməsi ənənəsini hələ XX əsrin sonla-
rında ulu öndər Heydər Əliyev cənabları qoymuşdur. Milli Kitabxanaya həmişə böyük sevgi
və qayğı ilə yanaşan, kitabxananı xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənə-
viyyat, bilik, zəka mənbəyi adlandıran Ulu Öndər öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın
qiymətli kitabı Milli Kitabxanaya hədiyyə etmişdir. Bu kitabların içərisində Ulu Öndərin dün-
yanın bir sıra ölkələrindən gətirdiyi və şəxsi avtoqrafı ilə Milli Kitabxanaya bağışladığı mü-
hüm nəşrlər yer almışdır. Elmin müxtəlif sahələrini əhatə edən Azərbaycan, rus, türk, ingilis,
fransız, ərəb, fars dillərində olan bu əsərlər mütəxəssislər və tədqiqatçılar üçün çox faydalıdır.
Bu kolleksiyada oxucuların xüsusi marağına səbəb olmuş kitablardan Azərbaycan dilində
―Xocalэ qэrрэnэ‖ (1992, N.Yaqublu), ―Qədim Єərq tarixi‖ (1993, Y.Yusifov), ―Azərbaycan
tьrklərinin təєəkkьlь tarixindən‖ (1994, Q.Qeybullayev), ―Azərbaycan xalqэnэn hьnəri əbədi
yaюayacaqdэr‖ (1995), türk dilində ―Nizami Gencevi‖ (1991), ―Önemli politik yaşamdan
esintiler‖(1994), ərəb dilində Məkkəyə ziyarəti zamanı Heydər Əliyevə şəxsən bağışlanan
nəfis tərtibatlı müqəddəs ―Qurani-Kərim‖, fars dilində ―Xosrov və Şirin‖ (1960, G.Nizami),
rus dilində ―Черный январь‖ (1990), ―Ходжалы. Хроника геноцида‖ (1993), ―Арабские
источники о тюрках в ранее средневековье‖ (1993, Ф.М.Асадов), ―ОИК: Армения приз-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 55 –
нана агрессором‖ (1995, И.Шукюров), ―Из сокровищницы рукописей Азербайджана‖
(1983), ―Деде Коркут: Повесть по мотивам азербайджанского эпоса‖ (1988, Анар),
―Избранное‖ (1976, С.Вургун), ―Горе от ума, письма и записки‖ (1976, А.С.Грибоедов),
ingilis dilində ―Refugees‖(1997) və s. nümunə göstərmək olar. [4,s.180-196]
Ulu Öndərin
kitabxanaya hədiyyə etdiyi kitablar bu gün Milli Kitabxananın kolleksiyasının ən qiymətli
nümunələri kimi Nadir kitablar fondunda mühafizə olunur. [1,s.7]
Ulu öndərimiz Heydər Əliyevin bu təqdirəlayiq addımı bir sıra görkəmli şəxslər, elm və
mədəniyyət xadimləri, ziyalılarımız üçün örnək oldu və bundan sonra kitabxananın fondu
şəxsi kolleksiyalarla zənginləşməyə başladı. Cərrah-alim Cavad Heyət, akademik Budaq
Budaqov, Xalq yazıçısı, Baş nazirin müavini Elçin Əfəndiyev, Mədəniyyət və Turizm
Nazirinin müavini Ədalət Vəliyev, BDU-nun ilk Fəxri Professoru akademik Abuzər Xələfov,
professor Hümmət Hüseynov (Sabir Hüseynov tərəfindən), şərqşünas alim Saleh Əliyev, tex-
nika elmləri doktoru, akademik Rasim Əliquliyev Milli Kitabxanaya öz şəxsi kitabxanasından
qiymətli kitablar hədiyyə etmişdir.
Görkəmli şərqşünas alim, tarix elmləri doktoru, professor, Rusiya EA-nın Şərqşünaslıq
İnstitutunun baş elmi işçisi, Moskvada fəaliyyət göstərən ―Ocaq‖ Azərbaycan Mədəniyyəti
Cəmiyyətinin sədr müavini Saleh Əliyev ölümündən sonra şəxsi kitabxanasını Azərbaycan
Milli Kitabxanasına vəsiyyət etmış, kitablar əməkdaşlarımız tərəfindən Bakıya gətirilmiş, icti-
maiyyət üçün geniş təqdimat mərasimi keçirilmişdir.
Hədiyyə edilən zəngin kolleksiyalarla yanaşı Milli Kitabxananın səyləri nəticəsində bir
sıra xarici ölkələrdən də respublikamıza qiymətli nəşrlər gətirilmişdir. İlk belə təşəbbüs 2004-
cü ildə Avstriya Milli Kitabxanasından Azərbaycana dair 17 adda qiymətli əlyazmanın foto
surətinin Bakıya gətirilməsi olmuşdur. Bu əlyazmalar arasında görkəmli şairlərimizdən Niza-
mi, Füzuli, Xaqani, Məhəmməd Şirvani, Saib Təbrizi, Əssar Təbrizi və digər dahilərin XV-
XVII əsrləri əhatə edən əlyazmaları bu gün tədqiqatçı alimlər üçün əvəzsiz məxəzlərdir.
Həmin əlyazmalardan oxucuların istifadəsini təmin etmək məqsədilə onların biblioqrafik təs-
viri kitabxananın elektron kataloquna daxil edilmiş, elektron resursu hazırlanaraq Milli Ki-
tabxananın lokal şəbəkəsində yerləşdirilmişdir.
Heydər Əliyev siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq olunmuş
―Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı
üzrə Dövlət Proqramı‖ Azərbaycanda kitabxana işinin inkişafında yeni bir mərhələyə başlan-
ğıc verən mühüm sənəd olmuşdur. Azərbaycanda kitabxana-informasiya sahəsinin inkişafına
dair Dövlət Proqramının təsdiq olunması müstəqil Azərbaycan mədəniyyətinin inkişafına,
milli-mənəvi dəyərlərimizin mühafizəsinə dövlət tərəfindən edilən diqqət və qayğının bariz
nümunəsidir. Dövlət Proqramı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
tərəfındən işlənib hazırlanmış və əsas məqsədi "Kitabxana işi haqqında" Azərbaycan Respub-
likası Qanununda nəzərdə tutulan müddəalara uyğun olaraq kitabxana işi sahəsində dövlət si-
yasətinin həyata keçirilməsini, ölkədə mədəni sərvətlərin toplanmasını, mühafizəsini və onlar-
dan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramda XIX əsrin
əvvəllərindən etibarən Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan və digər şəhərlərinin ki-
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 56 -
tabxanalarına aparılmış Azərbaycanşünaslığa dair qiymətli əsərlərin böyük hissəsinin əslinin,
yaxud surətlərinin Azərbaycan kitabxanalarına qaytarılmasının zəruriliyi qeyd olunmuşdur. [2]
Proqramın icrası və proqramdan irəli gələn məsələrin həlli ilə əlaqədar Milli Kitabxana
ölkəşünaslığa (Azərbaycanşünaslığa) dair materialların toplanması məqsədilə Azərbaycan
ədəbiyyatını komplektləşdirmə işini uğurla həyata keçirir. Elmi araşdırmalar və axtarışlar
nəticəsində aşkar olunmuş Azərbaycanın tarixinə, coğrafiyasına, ədəbiyyatına, mədəniyyətinə
aid bir çox dünya kitabxanalarında mühafizə olunan 1920-ci ilə qədər çap olunmuş külli
miqdarda kitabların əldə edilməsi məqsədilə Milli Kitabxana bir çox şəhərlərə əməkdaşlarını
ezam etməklə imkan daxilində kitabxananın fondunda olmayan ədəbiyyatın surətini əldə
etməyə çalışır.
2012-ci ildə Milli Kitabxanada görkəmli Azərbaycan şairi, dünya şöhrətli Nizami
Gəncəvinin anadan olmasının 870 illiyi münasibətilə keçirilən ―Nizami irsinin təbliği‖
mövzusunda beynəlxalq elmi konfransda Çexiya Milli Kitabxanası Nizaminin ―Xəmsə‖sindən
illüstrasiyaların surətini, Füzulinin, Nəsiminin, Xaqaninin əlyazmalarının surətini, Türkiyə
Milli Kitabxanası isə Nizaminin ―Xəmsə‖ əsərinin surətini kitabxanaya hədiyyə etmişdir. [5,
s.15, 18-19]
Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq bu işin davamı kimi analoji araşdır-
malar 2013-cü ildə Özbəkistan Milli Kitabxanası və Özbəkistan Elmlər Akademiyasının
R.Büruni adına Şərqşünaslıq İnstitutunun Elmi Kitabxanasında aparılmışdır. Burada Azərbay-
cana dair 20 adda əsər, o cümlədən 5 adda əlyazma (Nizami Gəncəvi ―Xəmsə‖, Saib Təbrizi
―Divani-Saib‖, Nəsimi ―Divan‖,
Füzuli ―Divan-Füzuli‖ və başqaları rəqəmsallaşdırılaraq Ba-
kıya gətirilmişdir. [6, s.20]
Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin dəyərli əsərləri üzrə silsilə tədqiqat-
ların növbəti araşdırması Gürcüstan Milli Parlament Kitabxanası və Gürcüstan Milli Arxivin-
də həyata keçirilmişdir. Burada əməkdaşlarımız bir həftə ərzində kataloqlarda axtarış aparmış,
Azərbaycana və Qafqazşünaslığa aid 100-ə yaxın qiymətli kitablar seçilərək rəqəmsallaşdırıl-
mış, Azərbaycana gətirilərək qızıl fondumuza daxil edilmişdir. Həmin kitablar arasında
S.Zelinski, E.Veydenbaun, İ.Drozdov, İ.Berezin, V.Potto, B.Dorn kimi görkəmli tədqiqatçı-
tarixçilərin qiymətli əsərləri yer tutur. Gürcüstandan gətirilən nəşrlər əsasında Milli Kitabxa-
nada olan kitabların çatışmayan cildləri, jurnal nömrələri və elmi-tədqiqat əsərləri tamamlan-
mış və dolğun şəkildə oxucuların istifadəsinə təqdim edilmişdir [6, s.20-21]
Azərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında imza-
lanmış ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında Memorandumun şərtlərinə müvafiq olaraq
bundan sonra da Azərbaycana dair ədəbiyyatlar rəqəmsallaşdırılaraq, qarşılıqlı sənəd mübadi-
ləsi həyata keçiriləcəkdir.
2015-ci ildə isə Rusiya Milli Kitabxanasının fondlarında qorunan Azərbaycana dair qiy-
mətli materialların və Azərbaycan ədəbiyyatı klassiklərinin əlyazmalarının elektron versiyası-
nın Milli Kitabxanaya təqdim edilməsi mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan dilində
ərəb qrafikasında olan kitablardan ibarət 6 disk Azərbaycan Milli Kitabxanasına hədiyyə edil-
miş, Azərbaycana məxsus olan ―sərvət‖in müəyyən hissəsi qaytarılmışdır.
Təqdimetmə mərasimində tədbir iştirakçılarına və qonaqlara ―Azərbaycan inciləri dün-
ya kitabxanalarında‖ adlı sərgi təqdim olunmuş, sərgidə Rusiya Milli Kitabxanasında qorunan
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 57 –
Azərbaycana aid kitablarla yanaşı Avstriya, Türkiyə, Özbəkistan və Gürcüstandan gətirilmiş
incilər də nümayiş olunmuşdur [7, s.60]
Azərbaycan Milli Kitabxanası bu gün də milli nəşrlərin ölkəyə gətirilməsi işini davam
etdirir. Bu məqsədlə dünyanın 35 ölkəsi ilə əlaqələr inkişaf etdirilmiş, qarşılıqlı əməkdaşlıq
haqqında memorandum imzalanmışdır. Ümidvarıq ki, dünya kitabxanalarında yolumuzu göz-
ləyən hələ neçə belə incilər əsl sahiblərinə çatdırılacaqdır.
Dostları ilə paylaş: |