Elektron kataloq sistemi və RFID (radiotezliklə identifikasiya) texnologiyaları
RFID texnologiyası vasitəsilə obyektləri, daha dəqiq desək, transporder və ya RFID ni-
şanlarını avtomatik eyniləşdirmək, onların yerini müəyyənləşdirmək, hərəkətini izləmək
mümkündür. Həmin obyektlərdə mühafizə olunan məlumatlar radiosiqnal vasitəsilə oxundu-
ğundan və ya yazıldığından onları, hətta böyük məsafələrdən, pult vasitəsilə də idarə etmək,
izləmək mümkündür [5, 6].
[7]-də rus ixtiraçısı Lev Serqeyeviç Termenin (1896-1993) 1945-ci ildə ixtira etdiyi
audioinformasiyanı təsadüfi radiodalğalara yükləyən qurğu RFID texnologiyasının ilk nümu-
nəsi kimi qələmə verilsə də, Bxuptani və Moradpur kimi tədqiqatçılar bununla razılaşmır və
texnologiyanın yaranma tarixini bir qədər də əvvəlki illərdə axtarırlar [8]. Müəlliflərə görə,
müasir RFID texnologiyasının əsasını hələ 1937-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin
Tədqiqatlar laboratoriyasında hazırlanan ―özümüzkü-özgə‖ (ingliscə, FFI- Identification
Friend or Foe) prinsipli aşkarlayıcı qurğu təşkil edir. Yeri gəlmişkən, həmin sistem indiyədək
həm hərbi, həm də mülki aviasiyada (səmadakı təyyarələrin kimə məxsus olduğunu müəyyən
etmək məqsədilə) istifadə olunur. Bütün bu iddialara baxmayaraq, RFID termini ilə bağlı ilk
patent 1983-cü ildə ABŞ alimi Çarlz Uoltona təqdim olunub [Bax: ―Google kitablar‖ layihəsi-
Patent üzrə axtarış bölməsi. Sorğu: ABŞ Patenti № 4,384,288] və elmi ictimaiyyət texnologi-
yanın yaranmasını, məhz bu şəxsin adı ilə bağlayır. Lakin yüksək texnologiyalarla təchiz
olunmuş müasir RFID-lərin yaranması bir neçə il bundan öncəyə təsadüf edir. Müasir dövrü-
müzdə bu texnologiyanın ən mükəmməl nümunələri, hətta inkişaf etmiş ölkələrdə belə, məh-
dud şəkildə tətbiq olunur. Azərbaycanda da müasir RFID texnologiyaları hələlik istismar mər-
hələsinə qədəm qoymayıb. Ölkəmizdə bu texnologiya ilk dəfə 2010-cu ildə Bakutel-2010
İnformasiya Texnologiyaları sərgisi çərçivəsində Prezident cənab İlham Əliyevin iştirakı ilə
―Azercell Telekom‖ Şirkəti tərəfindən nümayiş olunub. Hazırda şirkət RFID texnologiyasının
tətbiqi istiqamətində işlərini davam etdirir.
Sənayedə, nəqliyyatda, tibbdə, kənd təsərrüfatında, şəxsiyyəti təsdiq edən sənədlərdə,
ticarətdə olduğu kimi kitabxana işi sahəsində də RFID texnologiyalarının tətbiqi və onların
elektron kataloq sistemi ilə uzlaşdırılması mümkündür və zəruridir.
Kitabxanada sözügedən sistemdən aşağıdakı kimi istifadə etmək mümkündür:
-Əvvəlcə kitabxanadakı hər bir sənəd vahidinə (kitab, jurnal, xəritə, not və s.) radiotez-
likləri qəbul edən və ötürən xüsusi RFID nişanı yapışdırılır. Beləliklə, bütün nəşr vahidləri
unikal elektron eyniləşdirmə nömrəsi qazanmış olur. Xüsusi cihaz (oxuyucu) həmin nişanı
kitabın qəbulu, verilişi, çeşidlənməsi, inventarlaşdırılması, yerinin müəyyənləşdirilməsi zama-
nı istifadə edir.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 32 -
İlk növbədə, bu sistem kitabxanadan kitabın oğurlanmasının, icazəsiz aparılmasının qar-
şısını alır. Belə ki, nişanlanmış istənilən nəşr vahidi, RFID darvazadan keçərək kənara çıxarı-
larkən həyəcan siqnalı eşidilir və icazəsiz daşınma halı aşkarlanır.
RFID texnologiyasının köməyi ilə kitabxanalarımızda aşağıdakı prosesləri həyata keçir-
mək mümkündür:
- Kitabxana daxilində kitabın hərəkətini və yolunu izləmək;
- Nəşrlərin verilişini və qəbulunu asanlaşdırmaq;
- İnventarlaşdırma proseslərini sürətləndirmək;
- Ədəbiyyatın oğurlanmasının və dəyişdirilməsinin qarşısını almaq;
- Kitabların çeşidlənməsində, seçimində, axtarışında insan faktorunun rolunu azaltmaq;
- Kitab verilişini və qəbulunu kitabxanaçının iştirakı olmadan həyata keçirmək.
Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olar ki, bütün bunlar hər gün yeni tipli ticarət
mərkəzlərində rastlaşdığımız texnologiyadır. Məsələn, indi Bakının bir çox ticarət mərkəzlə-
rində müştəri satıcının iştirakı olmadan lazimi malı seçərək kassaya yaxınlaşır, satıcı əlindəki
xüsusi cihaz vasitəsilə malın üzərində əks olunmuş ştrix-koddan həmin məhsulun adını, qiy-
mətini ―alaraq‖ kompyüterə ötürür və yekunda, bizə alınan malların çeşidi və qiyməti qeyd
olunmuş kassa çeki təqdim olunur. Və yaxud geyim dükanlarında quraşdırılan siqnal aparat-
ları RFID darvazalarını xatırladır və oğurluğu aşkar edir. Lakin bizim rastlaşdığımız həmin
texnologiyalar Ştrix-kodla eyniləşdirmə mexanizmi (bar-kod texnologiyası) olduğundan,
RFID-dən əvvəlki yenilik hesab olunur. Azərbaycan kitabxanalarından fərqli olaraq dünya ki-
tabxanalarının əksəriyyəti ştrix-kodla eyniləşdirmə, radiodalğa vasitəsilə ştrix-kodu oxuma
texnologiyalarından istifadə edib və ya istifadə etməkdədir. Kitabxanalarımızda ştrix-kodla
eyniləşdirmə texnologiyalarından istifadənin zəruriliyi məsələsini ilk dəfə AMEA Mərkəzi
Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru A.Əliyeva-Kəngərli qaldırıb [9].
Əfsuslar olsun ki, yekunda heç bir kitabxanamız bu yenilikdən bəhrələnməyib. Halbuki, ki-
tabxanalarımızda istifadə edilən AKİS-lər buna imkan verir. Məsələn, kitabxanalarımız
İRBİS-64 AKİS-indən istifadə etməklə elektron kataloq yaradarkən ―Kitabın ştrix kodu‖ böl-
məsini həmişə boş buraxır, əvəzində ―Kitabın inventar nömrəsi‖ni daxil edirlər. Belə ki, birin-
ci əməliyyatı yerinə yetirmək üçün fonddakı bütün kitablara xüsusi ştrix-kod yapışdırılma-
lıdır. Kitabxanalarımız isə, həmişə vaxt qıtlığını önə çəkib, bunu etməkdən yayınıblar. Nəzərə
alsaq ki, mövcud texnologiyalara yiyələnəndən indiyədək, kitabxanalarımız əks xronologiya
üzrə əsasən, milli ədəbiyyatın elektron kataloqunu yaradırlar və elektronlaşdırma prosesi əsa-
sən, gündəlik daxilolmaları, çox ləng şəkildə isə retrospektiv milli və xarici ədəbiyyatı əhatə
edir, deyə bilərik ki, bunlar bəhanədir və kitabxanalarımız heç olmasa yeni daxil olan ədəbiy-
yatı ştrix-kodla təmin edə bilərlər.
Hazırda kitabxanalarımızda 1 kitabxanaçı gün ərzində ən yaxşı halda 50-70 ədəbiyyatın
elektron kataloqunu yarada bilir. Yuxarıda da qeyd etdiyimiz kimi, bu zaman o, ret-rospektiv
əməliyyat aparmadığından, başqa sözlə, kitabın kartotekadakı kartoçkasından istifadə edib
elektron təsvir yaratmadığından, elektronlaşdırdığı biblioqrafik yazıları əsasən kitabla bilava-
sitə təmasdan alır. Demək, haqqında biblioqrafik məlumat toplanılan və elektron kataloqa
daxil ediləcək nəşr, hardasa fondun bir küncündə, uzaqda deyil, kitabxanaçının bilavasitə əlin-
dədir və belə olan halda kitaba ştrix-kod yapışdırmaq və həmin ştrix-kodun unikal nömrəsini
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 33 –
―İRBİS-64‖ AKİS-in müvafiq bölməsinə yerləşdirmək olduqca asandır. Kitabxanaçılarımız
isə bunun əvəzinə köhnə qaydalara müvafiq olaraq yenə də kitaba inventar nömrəsi yazırlar.
İnventar nömrəsini elektron kataloqa daxil etməkdə məqsəd, sonradan həmin nəşrin, fondun
hansı hissəsində, hansı şifrə ilə yerləşdiyini aşkar etməkdir. Bunun nəticəsidir ki, hazırda
kitabxanalarımızda oxucu-fond münasibətlərində vəziyyət dünya standartları baxımından
qənaətbəxş deyil. Belə ki, oxucu, əvvəlcə kitabxanaya gələrək oxu zalındakı kompyüter va-
sitəsilə lokal elektron kataloqda və ya ənənəvi kataloqda axtarış aparır, ona lazım olan ədəbiy-
yatın biblioqrafik təsvirini tapır, həmin ədəbiy-yatın fondda saxlanma şifrəsini özü üçün qeyd
edir (bloknotuna və ya vərəqə) və sonra tələbnaməyə (yenə də kağızda!) eyni şifrəni köçürə-
rək kitabxanaçıya təqdim edir. Kitabxanaçı həmin tələbnaməni fonda ötürür. Fond işçisi kita-
bın inventar nömrəsilə onu axtarmağa başlayır. Hesablamalarımıza görə, müxtəlif kitabxana-
larımızda hər bir oxucunun, lazımi ədəbiyyatın əldə olunmasına sərf etdiyi vaxt, yarım saat-
dan-2 saata qədər uzana bilir. Əlbəttə, bəzi həmkarlarımıza bu müddət bir qədər şişirdilmiş
görünə bilər, lakin nəzərə almaq lazımdır ki, burada söhbət irihəcmli fondlara malik kitabxa-
nalardan gedir.
Demək, bu vaxta qədər kitabxanalarımızda ştrix-kod texnologiyası tətbiq edilsəydi oxu-
cu sorğularının yerinə yetirilməsi zamanı itirilmiş vaxta qənaət etmək mümkün olardı. İndisə
kitabxanalarımız ştrix-kodla identifikasiya sistemi əvəzinə, yeni nəsil texnologiyalarla-RFID
sistemləri ilə üz-üzədir və bu sistem, ənənəvi, ştrik-kodla nişanvurma texnologiyasını sıradan
çıxarır.
RFID texnologiyasının ştrix-kodla nişanvurma texnologiyasından üstünlükləri kifayət
qədərdir. Belə ki,:
1.
RFID-texnologiyaları, ştrix-kodlu nişanvurma texnologiyasından fərqli olaraq, kitab-
xanada kitab ilə ―oxuyucu cihaz‖ın bilavasitə təmasını tələb etmir. Məlumdur ki, əvvəlki tanı-
ma sistemləri, kitabın üzərindəki ştrix-kodu oxumaq və eyniləşdirmək üçün onunla yaxın tə-
masda olmalı, ―oxuyucu cihaz‖ kitabın üzərindəki koda paralel şəkildə yaxınlaşdırılmalı və
təsviri, dəqiqliklə, ultrabənövşəyi şüa vasitəsilə yaddaşa ötürməlidir. RFID texnologiyalarında
isə, ―oxuyucu cihaz‖la çipin, başqa sözlə, axtaran quğru ilə kitabın bir məkanda olması vacib
deyil. Belə çiplərin 2-növü olur: aktiv və passiv çiplər. Əgər kitaba aktiv çip-nişan yapışdırı-
larsa, həmin çip, 10 il boyunca lazımi ―axtarış enerjisini‖ qoruyub saxlayacaq. Çünki, aktiv
çiplərin daxili enerji mənbəyi çox güclü olduğundan və özünü lazimi enerji ilə təmin etdiyin-
dən, belə çiplərin, ―oxuyucu cihaz‖ın antennasından əlavə qidalandırıcı impulslar almasına
ehtiyac yoxdur. Kitablara bu cür çiplərin yerləşdirilməsi əlverişli deyil. Əvvəla, bu tip çiplərin
əldə olunması olduqca baha başa gəlir və onlar əsasən ekstremal vəziyyətlər üçün (məsələn,
uzun müddət su altında qalan qurğuların, orbitdə gəzişən peyklərin, bəzən də yırtıcı heyvan-
ların izlənməsi, vəziyyətlərinin öyrənilməsi üçün) istifadə olunur. İkincisi isə, aktiv çiplərin
kitabxanada istifadəsi insan orqanizminə mənfi təsir göstərə bilər. Bu səbəbdən, kitabxanada
passiv biblioçiplərin istifadəsi daha məqsədəuyğundur. Bu cür nişanlar, həm ucuz başa gəlir,
həm də azhəcmli əməliyyatlar üçün nəzərdə tutulduğundan onlara informasiyanı ötürmək və
almaq daha sürətlə həyata keçirilir.
2.
RFID texnologiyası, ştrix-kod sistemindən fərqli olaraq məlumata çoxistifadəli ya-
naşmanı təmin edir.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 34 -
Əvvəlcə, aşağıdakı misalla, Ģtrix-kodlu niĢanvurma ilə elektron kataloq, fond və oxu-
cu arasındakı üçtərəfli münasibətləri nəzərdən keçirək:
Təsəvvür edək ki, kitabxana əməkdaşı-kataloqlaşdırıcı, əvvəlki texnologiya (Ştrix-kodlu
nişanvurma) ilə, məsələn, Prof. Səlahəddin Xəlilovun Mərkəzi Elmi Kitabxanaya yeni daxil
olmuş “Elm haqqında elm” adlı əsərinin elektron kataloqunu yaradır. Kitabın biblioqrafik
təsvirini elektronlaşdırarkən o, İRBİS AKİS-in “Kitabın ştrix-kodu”(876 Ştrix-kod) adlı
bölməsinə, bir qədər əvvəl həmin kitaba yapışdırdığı ştrix-kodun unikal nömrəsini (məs.,
200055) də daxil edir və kitabı fonda göndərir. Oxucu, kitabxanaya gələrək elektron kataloq
vasitəsilə həmin kitaba müraciət etdikdə, kitabxanaçı, bu sorğunu yerinə yetirmək üçün fonda
müraciət edərək, kitabı məhz ştrix-kod vasitəsilə axtarır və tapır. Daha sonra, kitabı ştrix-
kodu oxuyan xüsusi cihaza yaxınlaşdırmaqla, kitab haqqında məlumatı, oxucu biletinə
köçürür və kitabı oxucuya verir. Bir qədər sonra, kitaba başqa oxucu da müraciət edirsə, bu
dəfə kitabxanaçı, sistemdə qeyd olunmuş ştrix-kod vasitəsilə, kitabın əldə olduğunu (yəni
başqa oxucuda) görür.
Beləliklə, elektron kataloqu ştrix-kod texnologiyası ilə uzlaşdıran kitabxanaçı, kitabın
əldə olub-olmamasını, hansı oxucuda olmasını, həmin kitaba müraciətlərin statistikasını,
kitab haqqında müfəssəl məlumatı tez bir zamanda, avtomatik olaraq (kitabla, xüsusi cihazın
yaxından təması vasitəsilə) əldə edir.
Bu, ştrix-kodla nişanvurma texnologiyasının kitabxanalara verdiyi əsas üstünlüklərin
məcmusudur və bundan artığına nail olmaq mümkün deyil.
İndi isə eyni vəziyyəti RFID texnologiyasının tətbiqi fonunda nəzərdən keçirək:
Kataloqlaşdırıcı, eyniadlı əsərin elektron kataloqunu yaradarkən “Kitabın RFID kodu”
adlı bölməyə (biz, ümid edirik ki, kitabxanalarımızın istifadə etdikləri sistemlər, tezliklə belə
bir modulla təmin olunacaqlar) bir qədər əvvəl kitaba yapışdırdığı RFID nişanının-çipin
unikal nömrəsini (məs., 200055) də daxil edir və kitabı fonda göndərir. Oxucu müraciəti za-
manı kitabxanaçı, sorğunu təmin etmək üçün bu dəfə də fonda müraciət edir. Lakin, indi o,
vizual axtarış aparmadan, yəni, kitabın fiziki axtarışını həyata keçirmədən, “oxuyucu cihaz”
vasitəsilə, uzaq məsafədən kitabın yerini müəyyən edir və vaxt itkisinin qarşısını alır.
Kitabxanaçı bu yolla oxucuya lazım olan başqa əsərləri də eyni vaxtda tapa bilir. Ştrix-
koddan fərqli olaraq, RFID nişanı-çip sərbəst şəkildə informasiya daşıya bilir. Yəni, oxucuda
və ya rəfdə olmasından asılı olmayaraq kitabxanaçı, istənilən məsafədən kitabın cipinə
məlumat daxil edə və ya məlumatı redaktə edə bilər. Təsəvvür edək ki, RFID nişanlı kitab
əldədir və kitabxanaçı həmin kitabın elektron kataloquna yeni məlumat daxil edir (məsələn,
professorun əsəri hər hansı bir mükafata layiq görülüb və ya əsərin ikinci cildi kitabxanaya
daxil olub və s.). Bu zaman kitabxanaçı, kitab haqqında elektron kataloqa və müəllifin nüfuz
faylına həmin yenilikləri daxil edərkən, avtomatik olaraq məlumatları kitabın nişanına da
yükləyə bilir. Başqa sözlə, ştrix-kod texnologiyasından fərqli olaraq, RFID nişanlı kitabı
məsafədən “idarə etmək” mümkünləşir. Beləliklə, RFID nişanlı kitab sərbəst şəkildə həm də
elektron kataloqa çevrilir. Bu isə o deməkdir ki, kitab haqqında informasiyanı, o cümlədən
kitabın yerini, oxunma tarixçəsini, xüsusiyyətlərini kitabxanada bütün avtomatlaşdırılmış
sistemin fəaliyyəti dayansa belə; elektron kataloq sistemində problem yaransa belə; kitabxa-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 35 –
nada elektrik enerjisi olmasa belə; kitab, uzaq məsafədə olsa belə, “oxuyucu cihaz” vasitəsilə
müəyyən etmək mümkündür.
Misallardan aydın görünür ki, müasir kitabxanaların RFID texnologiyaları əsasında
işləməsi, elektron kataloqla bu sistemin uzlaşdırılması daha məqsədəuyğundur və kitabxana-
larımızda bu texnologiyaların tətbiqi ümumi işin xeyrinə olar.
Veb kataloq sisteminin elektron sənədlərin göndərilməsi mexanizmi ilə təchiz edil-
məsi məsələsi
Bu məsələ, ilk növbədə kitabxananın bilavasitə öz oxucu kontingentinə xidmət işini tək-
milləşdirmək məqsədi daşısa da, toplu elektron kataloqdan istifadə edəcək bütün oxucu qrup-
larına (hansı kitabxananın üzvü olmasından asılı olmayaraq) da şamil edilməlidir. Ümumiy-
yətlə, elektron sənəd (informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən
sənəd) təqdimat formasına görə 2 formaya-daxili və xarici təqdimat formalarına bölünür.
Elektron sənədin informasiya daşıyıcısında (CD, Fleş yaddaş qurğusu və s.) yazılmış şəkli,
onun daxili təqdimat formasıdır. Elektron sənədin informasiya daşıyıcısından fərqli digər
maddi obyektdə (displeydə, kağızda və s.), əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi
isə onun xarici təqdimat formasıdır. Əlbəttə, hələ ki elektron sənədlərin daxili təqdimat for-
ması kitabxana işi sahəsində öz aktuallığını tam itirməyib. Lakin informasiya cəmiyyətinin tə-
ləbləri oxucu ilə kitabxana arasındakı fiziki əlaqələri minimuma endirməyi şərtləndirdiyindən,
bu növ təqdimatdan çox nadir hallarda istifadə olunur. Məsələn, oxucu kitabxanaya gəlir və
onu maraqlandıran ədəbiyyatın elektron variantını fleş yaddaş qurğusuna köçürərək tələbini
ödəyir. Bu, qabaqcıl təcrübədə çox az istifadə olunan metoddur. Elektron sənədin xarici
təqdimat forması isə, müasir kitabxana işinin tələblərinə tam cavab verir. Tutaq ki, AMEA
MEK-nın Naxçıvan Dövlət Universitetində müəllim kimi çalışan bir oxucusu, kitabxanada
fəaliyyət göstərən ―Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası‖nın fondu ilə tanış
olmaq istəyir və:
1.
Ənənəvi formada- (Bakıya) kitabxanaya gələrək fondda axtarış aparır. Ona lazım
olan ədəbiyyatı əldə edib-etməməsindən asılı olmayaraq vaxt və maliyyə vəsaiti itirir.
2.
Müasir formada-İnternet vasitəsilə kitabxananın elektron kataloquna daxil olub,
lazımi ədəbiyyatın fondda olub-olmadığını yoxladıqdan sonra, (Bakıya) kitabxanaya gələrək
ədəbiyyatı əldə edir. Birinci variantdan fərqli olaraq, tələbini ödəyəcəyinə əmin olduqdan
sonra da vaxt və maliyyə vəsaiti itirir.
3.
Ən müasir formada- İnternet vasitəsilə kitabxananın elektron kataloquna daxil olub,
lazımi ədəbiyyatı tapdıqdan sonra onun elektron variantını elektron poçt və ya xüsusi hiper-
keçid vasitəsilə əldə edir (Bakıya gəlmədən). Əvvəlki variantlardan fərqli olaraq, o, nə vaxt,
nə maliyyə itkisi ilə üzləşir. Lakin, bu məqamda başqa bir sual ortaya çıxır: bəs ―Azərbaycan
dövlətçiliyi və Heydər Əliyev kitabxanası‖nda oxucuya lazım olan ədəbiyyat yoxdursa, onda
nə etməli? Bu halda, yenidən, ədəbiyyatın axtarışını ənənəvi üsulla, bu dəfə daha çox vaxt
itkisi ilə, ayrı-ayrı kitabxanaların fondlarına müraciət etməklə axtarıb əldə etmək lazım
gələcək. Demək, oxucuya ən təkmil xidmət növü, 3-cü formada da həyata keçirilə bilməz.
4.
Təklif etdiyimiz formada isə respublika kitab fondlarını özündə cəmləyən Milli
Elektron Kitabxana yaradılır və ölkə üzrə vahid, milli toplu elektron kataloq, məhz həmin
kitabxananın biblioqrafik təsvirini əks etdirir. Eyni zamanda, xarici elektron toplu kataloqlar
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 36 -
(məsələn, OCLC kimi) milli toplu kataloqumuza inteqrasiya olunur (və əksinə). Belə olan
təqdirdə, oxucu, vaxt itirmədən, zamanından və məkanından asılı olmayaraq, mənbənin hansı
şəhərdə, hansı kitabxanada yerləşməsini problemə çevirmədən ona lazım olan ədəbiyyatı əldə
edə bilər.
Elektron kataloqa əlyetərliyin səviyyəsini yüksəltmək üçün 4G və Web 3.0 texno-
logiyaları
Müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə, elektron katalo-
qa əlyetərliyin artırılması üçün ən son texnologiyalardan istifadə etmək zəruridir. Fikrimizcə,
bu gün mobil rabitədə istifadə olunan müasir 4G texnologiyası, elektron kataloqa əlyetərlik
vasitələrindən biri kimi nəzərdən keçirilə bilər. Üçüncü nəsil mobil kommunikasiya texnolo-
giyası 4G (ingiliscə ―Third Generation‖), yüksəksürətli İnternet və məlumatın ötürülməsi
üçün kanal rolunu oynayan radiorabitə texnologiyalarının məcmusundan ibarət bir xidmət
növüdür. Üçüncü nəsil mobil rabitə, paket məlumatlarının (data) ötürülməsi üzərində qurulub.
Bu tip şəbəkələr, desimetrlik tezlik (adətən 2Ghz ətrafında) diapazonunda işləyir. 4G şəbəkə-
si, mobil telefonda video konfrans yaratmaq, kino və TV verilişləri izləmək və s. kimi imkan-
ları yaratdığı kimi, ümumiyyətlə, mobil rabitədə yüksək səviyyəli interaktivliyi də təmin edir.
Belə bir texnologiyanı kitabxana işində, xüsusən də veb kataloqa giriş, ondan istifadə prose-
sində tətbiq etmək, kitabxananın istifadəçiləri üçün çox geniş imkanlar açar. Hələlik dünyanın
heç bir kitabxanasında bu mövzu aktual olmasa da, bu barədə danışılmasa da, düşünürük ki,
kitabxanalar, başqa sözlə iri informasiya massivlərini mühafizə edən, istifadəçiyə çatdıran
mərkəzlər, ən yaxın gələcəkdə, bu yüksək texnologiyanın üstünlüklərindən yararlanacaqlar.
Məsələn, təsəvvür edək ki, nəqliyyatda hərəkət edən və ya portativ kompyüteri yanında olma-
yan istifadəçi öz mobil telefonu vasitəsilə, hər hansı bir kitabxanada ona lazım olan informa-
siyanın olub-olmamasını təftiş etmək istəyir. Şərti olaraq, istifadəçinin müraciət etdiyi infor-
masiya mərkəzi kimi - Bakı Müsiqi Akademiyasının kitabxanasını, daha dəqiq, kitabxanın fo-
noteka bölməsini götürək və bu zaman meydana gələn tələb-təklifin mümkün ardıcıllığına
baxaq:
-
İstifadəçi, 4G texnologiyasını dəstəkləyən mobil telefonundan (İnternet vasitəsilə)
Bakı Müsiqi Akademiyasının kitabxanasının veb kataloquna daxil olur və məsələn, 1965-ci
ildə Moskvada nəşr olunmuş "Песня и музыка Азербайджана» (Azərbaycan mahnısı və
musiqisi) adlı kitabı axtarır. Kitabın, kitabxanada olduğunu təyin edən istifadəçiyə məlum
olur ki, nəşrin elektron biblioqrafik təsvirindəki açar sözlərdən biri də ―Cabbar Qaryağ-
dıoğlu‖dur. Bu isə o deməkdir ki, istifadəçi, görkəmli Azərbaycan bəstəkarı, xanəndəsi,
musiqi xadimi Cabbar Qaryağdıoğlu haqqında əlavə məlumat əldə edə biləcək. Beləliklə, isti-
fadəçi 4G texnologiyasının köməyilə (yüksək sürətli İnternet vasitəsilə) ona lazım olan kitabı
mobil telefonunun yaddaşına köçürmək və üstəlik, xarici keçid vasitəsilə Cabbar Qaryağ-
dıoğlunın nüfuz faylına daxil olmaq imkanı əldə edir. Həmin kitabda qeyd olunub ki, Azər-
baycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri olan Cabbar Qaryağdıoğlu,
hələ 1906-cı ildə Varşavada konsert verib. (Təqdirəlayiqdir ki, xanəndə bu konsertdən topla-
dığı pul vəsaitini Zaqafqaziyanın müsəlman tələbələrinə paylayıb-C.C). Ən maraqlısı və bəlkə
də ən əsası budur ki, mobil telefonu vasitəsilə kitabxananın elektron kataloquna daxil olan is-
tifadəçi, lazımi ədəbiyyatı kitabxanaya getmədən əldə etməklə bərabər, eyni zamanda, Var-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 37 –
şava konsertinin Bakı Müsiqi Akademiyasının fonotekasında mühafizə edilən lent yazısını
dinləmək, videogörüntüsünü izləmək imkanı qazanır.
Göstərdiyimiz misaldan aydın görünür ki, 4G texnologiyasından elektron kataloqa əlye-
tərlik vasitəsi kimi istifadə olunmasının üstünlükləri, kifayət qədərdir. 2012-ci ildən etibarən
Azərbaycanın mobil rabitə seqmentində 4G texnologiyasından istifadə olunmağa başlanıldı-
ğından, artıq bu tip texnologiyaların istismarı deyil, məhz kitabxana işi sahəsində tətbiqi yeni-
liyin əsas məzmununu təşkil edir. Başqa sözlə, milli İnternet seqmenti və rabitə sektoru texno-
loji baxımdan təklif etdiyimiz xidmət növünün göstərilməsinə tam hazırdır. Qarşı tərəfin, yəni
kitabxanaların, öz oxucularına 4G texnologiyaları vasitəsilə xidmət göstərə bilməsi üçün, bir
çox texniki məsələlərin həll olunması gərəkdir.
Oxucuların elektron kataloqla işini rahatlaşdırmaq və eyni zamanda elektron kataloqun
keyfiyyət göstəricilərini yaxşılaşdırmaq baxımından vacib olan texnologiyalardan biri də Web
3.0 platformasıdır. İndiki şəraitdə, müasir Azərbaycan kitabxanaları üçün Web 1.0 texnologi-
yası tanış olsa da, sonrakı nəsil şəbəkə platformaları, istifadə etmədiyimiz yeniliklərdir. İnter-
net saytı olan və həmin sayt vasitəsilə Veb kataloqunu oxucularının ixtiyarına verən hər bir
kitabxanamız, demək olar ki, Web 1.0 texnologiyasının bütün üstünlüklərindən istifadə edir.
Web 1.0 texnologiyasının şərtlərinə uyğun olaraq, kontenti (informasiyanı, mətni və s) onu
hazırlayan tərəf təqdim edir. Yəni, kitabxana elektron kataloqunu hazırlayıb, oxucusunun ixti-
yarına verir. Bu prosesi şərh etməyə, ehtiyac görmürük. Daha sonrakı texnologiya sayılan
Web 2.0 vasitəsilə isə, oxucular da informasiya təklif edən tərəfə çevrilə bilirlər. Lakin bu
zaman, məlumatların idarə olunmasına nəzarəti, yenə də kitabxanalar həyata keçirir. Belədə,
oxucu kitabxananın Veb kataloqunda hər hansı bir yanlışlığa rast gələrsə, onu düzəltmək im-
kanına malik olur. Həmin düzəliş kitabxanaçı tərəfindən qəbul və təsdiq olunandan sonra,
Veb kataloqda öz əksini tapır. Web 3.0 texnologiyası isə, kitabxanaçının elektronlaşdırma
prosesinə müdaxiləsini tələb etmir və oxuculara tam səlahiyyət verir. Bu səlahiyyətdən istifa-
də edən hər hansı bir oxucu-müəllif, müstəqil şəkildə, məsələn, öz kitabını kitabxananın elek-
tron bazasına yerləşdirə və onun elektron kataloqunu yarada bilər (əvvəlcədən müəyyən edil-
miş parametrlər üzrə). Bu isə kitabxananın işinin asanlaşmasına, elektronlaşdırma prosesini
sürətlənməsinə, maliyyə vəsaitinə qənaət olunmasına şərait yaradar.
Dostları ilə paylaş: |