ƏDƏBĠYYAT
1.
Məhəmməd Füzuli. Əsərləri. 6 cilddə: II cild. Bakı: Şərq-Qərb. 2005, 354 s.
2.
Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycan // 19 мая 2015 года / http:
www.gumilev-center.az
3.
Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı: Lider nəşriyyatı. 2004, 264 s.
4.
525-ci qəzet.- 2016.- 28 yanvar.
5.
http://www.xalqqazeti.com/az/news/culture/66695
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 303 –
Sevil Chaparkhan gizi Aliyeva
MULTICULTURAL VALUES IN THE WORLD AND
AZERBAIJAN LITERATURE
Summary
In the article were the problem of multicultural value in the world and Azerbaijani
literature comparative analyzed. Here, especially the works of well-known writers have been
appealed. As a result of the analysis carried out in parallel quotations from literary pearls
and were comment on contribution, which multiculturalism to society gived. Multiculturalism
is still not lost its relevance is reflected in the article.
Keywords: multicultural value, tolerance, human rights, literary pearls, society.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 304 -
Hacı Hacıbala oğlu Qasımlı
Bakı Dövlət Universiteti
bdu.kitfak@inbox.ru
AZƏRBAYCANDA ELMĠ KĠTABXANALARIN XARĠCĠ ƏDƏBĠYYAT ÜZRƏ
NADĠR NƏġRLƏR FONDU DĠYARġÜNASLIĞA DAĠR MÜHÜM MƏNBƏ KĠMĠ
Açar sözlər: qiymətli əsərlər, kitabxana fondları, nadir nəşrlər, xarici ədəbiyyat, ensik-
lopediyalar, tarixi kitablar.
Azərbaycanda fəaliyyət göstərən ən iri elmi kitabxana olan Azərbaycan Milli Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (bundan sonra - Kitabxana) fondunda milli
ədəbiyyatla yanaşı müxtəlif dillərdə olan çap nümunələrinə də rast gəlmək olar. Fondda
xüsusi yeri Avropa dillərində olan ədəbiyyat (ingilis, alman, fransız, italyan, ispan və s.) tutur.
Bunlar mühüm əhəmiyyətə malik olan kitablardır. Kantın və Volterin külliyyatları, Yuna-
nıstan, Roma, Vizantiya antik ədəbiyyatı müəlliflərinin, Qərbi Avropa klassiklərinin əsərləri
saxlanılır. Məşhur əcnəbi səyyah və alimlərin Şərq, Qafqaz, Avropa ölkələri haqqında olan
əsərləri də çox qiymətlidir. İncəsənət, o cümlədən Rafaelin dünyanın digər incəsənət ocaqla-
rında mühafizə olunan əsərlərinin çoxcildli reproduksiyası (XIX əsrin fransız və alman
nəşrləri) böyük əhəmiyyət kəsb edir.
Kitabxananın əsas fondunda yerləşən nadir ədəbiyyat nümunələrinin mühafizəsini güc-
ləndirmək məqsədi ilə 1998-ci ildə Nadir nəşrlər fondu təşkil edildi. Hazırda Kitabxananın
2015-ci ildə açılan yeni binasında yerləşdirilmiş nadir nəşrlər fondunu 11000-ə yaxın ədəbiy-
yat təşkil edir. Burada 7600 nüsxəyə yaxın XVIII–XXI əsrlərə aid rus dilində olan kitablardır,
onlardan: 4300 nüsxə görkəmli numizmat-alim, arxeoloq Y.A.Paxomovun şəxsi kolleksiya-
sından olan kitab və jurnallardır, 1000 nüsxəyə yaxın XX əsrin əvvəllərinə aid və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ―Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında‖ 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən nəşr
olunmuş hər biri bir nüsxədən ibarət müasir, klassik Azərbaycan və dünya ədəbiyyatı nümu-
nələridir. Həmçinin Nadir nəşrlər fondunda 1000 nüsxəyə yaxın ensiklopedik ədəbiyyat və
600 nüsxəyə yaxın miniatür nəşrlər yerləşdirilmişdir.
Nadir nəşrlər fondunun xüsusi qiymətli hissəsini Avropa dillərində olan xarici ədəbiyyat
təxminən 600 nüsxə təşkil edir. Burada həm qiymətli ensiklopedik ədəbiyyat, həm də ayrı-
ayrı müəlliflərin əsərlərini qeyd etmək olar.
Nadir fondun xarici ədəbiyyatının miqdarı çox olmasa da, mövzu baxımından zəngindir.
Burada çox maraqlı ensiklopedik nəşrlər diqqəti cəlb edir. ―Ensiklopediya‖ sözü yunancadan
tərcümədə bütün bilikləri öyrənmək ifadəsini izah edir. Həqiqətən də Nadir fondun ensiklope-
dik nəşrləri bütün elm sahələrini əhatə edən, universal xarakterli ensiklopediyalardır. Məsə-
lən, Britaniya ensiklopediyası (ingilis dilində) ilk və ən məşhur universal ensiklopediyalardan
biridir. Birinci nəşri (3 cilddə) 1768-1771-ci illərdə çap olunmuşdur. Nadir fondu bəzəyən en-
siklopedik nəşrlərdən biri olan Britannika 1875-ci ilin nəşridir. Məhz burada ilk dəfə olaraq
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 305 –
müasir alimlər haqqında bioqrafik məlumatlar verilmişdir. Burada irihəcmli icmal məqalələri-
nə geniş yer verilir. Məqalələrin yazılmasında 50-dək ölkənin alimləri iştirak etmişlər. Tarix,
fəlsəfə, siyasət və iqtisadiyyatın bir sıra problemləri işıqlandırılmışdır. Britannika 31 cilddə
Nadir fondda təmsil olunub. Nadir fondda eyni zamanda Britannikanın 1946-cı il nəşri 20
cilddə yerləşdirilmişdir. Bu nəşr universal xarakterli olsa da, tarixi, iqtisadi və fəlsəfi məqalə-
lərlə zəngindir.
Ensiklopedik materiallar arasında, xüsusilə Amerika ensiklopediyasını qeyd etmək la-
zımdır. Bu universal xarakterli ensiklopediya ilk dəfə Nyu-Yorkda 1903-1904-ci illərdə 16
cild həcmində nəşr olunmuşdur. Nadir fondda 1944-cü ilin nəşri 28 cildi yerləşdirilmişdir.
Amerika ensiklopediyası geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Burada təbiət və
dəqiq elmlərə, texnikaya, iqtisadiyyata, həmçinin müxtəlif bədii ədəbiyyat, musiqi, təsviri in-
cəsənət nümunələrinə aid məlumatlar yerləşdirilmişdir. Əsasən bu ensiklopediyada məlumat
xarakterli, bəzən də geniş xülasə xarakterli məqalələr, məsələn ayrı-ayrı ölkələr haqqında,
əsrlər haqqında, xüsusilə də ABŞ və Amerika ölkələri haqqında məlumatlar öz əksini tapmış-
dır. Çox geniş materiallar ABŞ ştatları, şəhərləri, ictimai-siyasi və dövlət xadimləri haqqında
verilmişdir.
İngilis dilində olan universal xarakterli ensiklopediyalardan –14 cildli Londonda nəşr
olunan ―Yeni Universal Ensiklopediya‖- nı, 22 cildli Amerikada 1994-cü ildə nəşr olunmuş
―Dünya kitabı‖ ensiklopediyasını qeyd etmək olar.
Yaponiya haqqında ingilis dilində qısa məlumatları 1993-cü ildə Kodanşa şəhərində
nəşr olunan ―Yaponiya‖ adlı illüstrasiyalı 1925 səhifədən ibarət irihəcmli ensiklopediyadan
əldə etmək olar.
Alman dilində həm sahəvi, həm də universal xarakterli ensiklopedik nəşrlər nadir fon-
dun rəflərini bəzəyir. Bu ensiklopediyalar xarici görünüşü ilə diqqəti cəlb edir və üz qabıqları
çox gözəl işlənilmişdir. Universal xarakterli ensiklopediyalardan Leypsiqdə nəşr olunmuş
―Mayerin yeni lüğəti‖ ensiklopedik lüğətini qeyd etmək olar. 1977-ci ildə nəşr olunmuş və 15
cilddə Nadir fondda təmsil olunmuşdur.
Alman dilində olan materiallar içərisində sahəvi ensiklopedik lüğətlərə də rast gəlmək
olar. Otto Lügerin tərtib etdiyi ―Ümumi texnika və köməkçi elmlər‖ adlı 7 cildlik ensiklope-
dik lüğətinin 2-ci təkmilləşdirilmiş nəşri bu qəbildən olan vəsaitlərdəndir.
Sahəvi məlumat xarakterli məcmuələr də nadir fondda yerləşdirilmişdir.
Bunlardan prof. Pfluq-Hartunq tərəfindən hazırlanmış, Berlində nəşr olunmuş 6 cildlik
―Dünya tarixi‖ adlı məcmuəni qeyd etmək olar ki, onlardan:
I cild.: Qədim dünya tarixini;
II cild: 1500-1650-ci illəri;
III cild: 1650—1815-ci illəri;
IV cild: Orta əsrlər tarixini;
V cild: Şərq tarixini əhatə edir.
Hans Kremerin ―Dünya və cəmiyyət‖ adlı Vyana, Berlin, Leypsiq və Ştutqartda nəşr
edilmiş çoxcildli məcmuəsinin Nadir fondda 5 cildi mövcuddur. Burada təbiətin öyrənilməsi
tarixi, insanın təbiətdən istifadəsi, onun təbiətdə yeri və rolu, coğrafi məlumatlar toplanmışdır.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 306 -
Fransız dilində ensiklopediyalar daha çox universal xarakterlidir. “Universalis” - 23
cilddə elmi-populyar məlumat nəşridir. Bu ensiklopediyalar bütün elm sahələri üzrə və prakti-
ki fəaliyyət haqqında informasiyanı özündə cəmləşdirir.
Çoxcildli məcmuələrdən oxucuların daha çox istifadəsində olan 1968-ci ildə Kembric
Universitetinin İran tarixinə aid nəşri “The Cambridge History of Ġran” 5 cildliyini qeyd
etmək olar. İranın coğrafiyasına, heyvanat aləminə, əhalisinə, kənd təsərrüfatına, sənayesinə
və s. aid ətraflı materiallar əks olunmuş və müxtəlif dövrlərdə İran tarixi işıqlandırılmışdır.
Nadir nəşrlər fondunun xarici ədəbiyyat tarixi faktlarla zəngin olan, Azərbaycanın və
ümumiyyətlə Qafqaz regionunun tarixini işıqlandıran ədəbiyyatlarla da seçilir.
The struggle for Transkaukasia (1917-1921) / F.Kazemzadeh. – N.Y.; Oxford. –
1951. – 356 p. - Bibliogr. pp.: 332-356. – (ing.dilində).
Kitab tarixi faktlarla zəngindir. Ermənilər Türkiyədə, Azərbaycanda siyasi və sosial
vəziyyət, 1905-ci il inqilabı, daşnakların fəaliyyəti, erməni-Azərbaycan düşmənçiliyi, mart
inqilabı, bolşeviklər və menşeviklər, Bakı Soveti, ―Müsavat‖, Zaqafqaziyanın dağılması, 26
Bakı komissarları, Rusiya ordusunun Azərbaycana, Tiflisə hücumu haqqında və digər yazılar
işıqlandırılmışdır.
Community / T. Swietowski. – N.Y., 1985. – 256 p. - (ing.dilində).
Kitab 1905-ci il inqilabı, erməni-tatar Azrbaycan müharibəsi, Azərbaycan, İran və
Türkiyədə baş verən inqilablar, fevral inqilabı, Azərbaycan xanlıqları və Rusiya, Rusiyanın
hakimiyyəti, Azərbaycan kommunistləri və Rusiya bolşevikləri mövzularını əhatə edir.
Essad –bey. Twelve secrets of the Caucasus / Transl. from the German by
G.Chychele Waterston.– N.Y.:The Viking press, 1931.– 323 p.- (ing. dilində).
Kitabda müəllifin Qafqaz dağları və ətraf bölgələr haqqında fikir və xatirələrindən bəhs
olunur. Bu dağların əzəməti vurğulanır. Bölgədə yaşayan kabardin, çeçen, osetin, ləzgi,
azərbaycan və digər millətlər haqqında, onların oturaq həyatı, dili, dini, eləcə də mədəniyyəti
haqqında danışılır.
Kerimov L. Carpets / The Academy of Sciences of the Azerbaijan S.S.R. and
Kelaty LTD. – London. (ing. dilində)
Bu, müxtəlif rəng çalarları, naxışlarla və təsvirlərlə seçilən Azərbaycan xalçaları haq-
qında kitabdır. Burada xalqımızın mədəniyyəti tarixində mühüm yer tutan Azərbaycan xalçası
xalqının məişət və mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib, qədim xalq sənətinin qədim
köklərini nümayiş etdirir.
Anadolunun təbii rəng alınan bitkiləri, sintetik və təbii rənglər, onların fərqi və toxucu-
luqda rolu, Anadolu xalçalarının toxunma texnikası, Mərkəzi, Şərqi Anadolu və digər region-
lara aid olan xalçalar əks olunmuşdur.
Azərbaycan miniatür sənətinin cazibədar bədii formasını, emosional təsir gücünü, bədii-
estetik dəyərini və özümlülüyünü təyin edən onun zəngin koloritidir. Elmi, tarixi və bədii
əsərlərə çəkilmiş, dünyəvi, bəşəri xarakter daşıyan şərq miniatürləri öz əsrarəngiz gözəlliyi ilə
dünya xalqlarının marağını özündə birləşdirir. Rənglərin kontrast düzümündən və ritmik tək-
rarlamasından alınan kolorit şux və gümrahdır, əfsanəvi gözəlliyə malikdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 307 –
Treasures of Asia : Persian painting / Text by B.Gray. – Geneva : Skira, 1977. –
189 p. – Bibliogr. pp.: 173-175.
Kitabda XIV əsr Şiraz və İran ənənələri, Teymurilər dövründə (1400-1450) rəngkarlıq-
dan, Şah Təhmasibin dövründə və sonrakı Səfəvi rəngkarlığı, Buxara, Şiraz üslubu (1415-
1503), Herat üslubu (1452-1510) haqqında bəhs olunur. Bununla belə miniatür nümunələri də
əks olunmuşdur : ―Şahnamə‖, ―Kəlilə və Dimnə‖, ―Yusif və Züleyxa‖, Nizaminin ―Xəmsə‖-si
: ―Leyli və Məcnun‖, ―Xosrov və Şirin‖, ―Bəhram Gur əjdahanı öldürür‖ və s.
Rice D.T. Ġslamic painting : A survey. – Edinburgh, 1971. – 185 p. – Bibliogr. pp.:
181-185
Kitab Britaniyada nəşr olunmuş, islam rəngkarlığının yaranması, İraq, İran, Misir, Şi-
mali Afrika və İspaniyada erkən rəngkarlıq, Mesopotamiya üslubu, Monqol üslubu, Səfəvilər
dövründə, habelə Türkiyədə rəngkarlıq haqqında bəhs olunmuşdur. Bununla belə, rəngkarlıq
nümunələri də sərgilənmişdir.
Fuzuli. Lejla and Mejnun / Trans. from the turkish by S.Huri. – London, 1970. –
350 p.
Kitabda dahi şair, mütəfəkkir Füzulinin həyat və yaradıcılığı, Məcnun haqqında əfsanə,
həmçinin Nizaminin ―Leyli və Məcnun‖ əsəri haqqında məlumat verilmişdir. Kitabda ―Leyli
və Məcnun‖ əsərinin şeir formasında tərcüməsi də verilmişdir.
Fransız dilində olan ədəbiyyat içərisində də maraqlı nümunələr vardır:
Mirza Fath- Ali Akhundov. Comedies. – Gallimard, 1967. – 264 p.
Bu nəşrdə M.F.Axundovun həyat və yaradıcılığı işıqlandırılmışdır. 4 pərdədən ibarət
―Hekayəti-Molla İbrahimxəlil kimyagər‖, ―Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş
Məstəli şah caduküni-məşhur‖, ―Sərgüzəşti-vəziri-xani-Lənkəran‖, ―Hekayəti xırs quldurba-
san‖, ―Hacı Qara‖, ―Mürafiə vəkillərinin hekayəti‖ pyes şəklində verilmişdir.
AMEA MEK-in Nadir nəşrlər fondu başqa ixtisaslaşdırılmış fondlardan fərqli olaraq,
nisbətən yeni yaranmış və tam şəkildə formalaşmamışdır. Fond müntəzəm olaraq inkişaf edir,
əsas fonddan seçilmiş nadir nüsxələrlə zənginləşir. Nadir nüsxələr arasında müxtəlif Avropa
dillərində olan xarici ədəbiyyatın xüsusi yeri vardır.
ƏDƏBĠYYAT
1.
The struggle for Transkaukasia (1917-1921) / F.Kazemzadeh. – N.Y.; Oxford. –
1951. – 356 p. - Bibliogr. pp.: 332-356.
2.
Russian Azerbaijan / 1905-1920 : The shaping of national identity in a Muslim
Community / T. Swietowski. – N.Y., 1985. – 256 p.
3.
Essad –bey. Twelve secrets of the Caucasus / Transl. from the German by
G.Chychele Waterston.– N.Y.: The Viking press, 1931.– 323 p.
4.
Treasures of Asia : Persian painting / Text by B.Gray. – Geneva : Skira, 1977. – 189
p. – Bibliogr. pp.: 173-175.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 308 -
Hacı Kasımlı
THE FUND RARE EDITIONS OF FOREIGN LITERATURE OF
SCIENTIFIC LIBRARIES OF AZERBAIJAN AS
AN IMPORTANT SOURCE ABOUT AZERBAIJAN
Summary
In this article is given examples of preserving books in rare fund of the Central
Scientific Library. The books belong to history, literature, culture and art of Azerbaijan.
These books are in English, French and German.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 309 –
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ
İNCƏSƏNƏT UNİVERSİTETİ
AZƏRBAYCAN MİLLİ KİTABXANASI
KİTABXANA-İNFORMASİYA ELMİ:
TƏDRİS VƏ TƏCRÜBƏDƏ YENİ ÇAĞIRIŞLAR”
Beynəlxalq elmi konfransının materialları
BAKI – 2016
Dostları ilə paylaş: |