Həmin bu nitq ―Müstəqilliyimiz əbədidir‖ çoxcildliyinin I cildində 141-ci səhifəsində
qeyd olunmuşdur. Prezident Heydər Əliyev eyni zamanda Türkiyənin Respublika elan
edilməsinin 70 illiyi münasibətilə Türkiyə prezidenti S. Dəmirələ ünvanladığı məktubda
Azərbaycan xalqının qəlbindəki Türkiyə sevgisini belə ifadə edir: ―Azərbaycanlıların
qəlbində Türkiyənin xüsusi yeri var. Sizin müdrikliyiniz sayəsində Azərbaycan və Türkiyə
daha da yaxın olacaq, daha da doğmalaşacaqdır.‖ (28 oktyabr 1993-cü il) (3,c.I,s.143)
Bu məktub isə ―Müstəqilliyimiz əbədidir‖ çoxcildliyinin I cildinin 143-cü səhifə-
sində əksini tapmışdır. Istifadəçilər üçün təkcə Türkiyə ilə deyil, bütün dünya ölkələri ilə
bağlı ölkəmizin münasibətlərini Heydər Əliyev cənablarının çıxışlarını və fikirlərini
öyrənmək baxımından bu göstərici böyük əhəmiyyətə malikdir.
Ümumilikdə digər xarici ölkələrlə Azərbaycan münasibətlərini izləmək baxımından
―Müstəqilliyimiz əbədidir‖ çoxcildliyinin I-X cildlərinin köməkçi göstəricisində yer alan
―Coğrafi adlar‖ göstəricisi də böyük əhəmiyyətə malikdir. Belə ki, burada təkcə ümum-
milli lider Heydər Əliyevin dünyanın bir sıra ölkələri ilə əlaqədar deyil, eyni zamanda
Azərbaycanın bir-birindən gözəl guşələri, rayonları, kəndlərində olan çıxışları, həmçinin
onlar haqqında olan düşüncələri əks olunmuşdur. Göstəricinin bu bölməsinə nəzər saldıqda
bəlli olur ki, Heydər Əliyev cənablarının Nardaran kəndi haqqında olan fikirləri ―Müstəqil-
liyimiz əbədidir‖ çoxcildliyinin I cildinin 481-ci səhifəsində, Pirşağı haqqında olan fikirləri
VI cildin 212-ci səhifəsində, Maştağa və Suraxanı kəndləri haqqındakı fikirləri isə müvafiq
olaraq VI cildin 48-ci səhifəsində və II cildin 149, 151 və 156-cı səhifələrində yer almışdır.
Çoxcildlikdə eyni zamanda Balaxanı (cV. s.400), Binə (c.I, s.414; s.546) Əmircan (c.III,
s.50), Keşlə (c.III, s.407) Şüvəlan (c.I, s. 480) kəndləri haqqında məlumatlar da əks olun-
muşdur. Ümumilikdə Abşeron haqqında olan məlumatlar isə I (s.58), II (s.149; s.156 ), IV
(s.382; 384; 385), VIII (s.373) və IX (s.130) cildlərdə yer almışdır. Bakı şəhəri haqqında
olan məlumatları əldə etmək baxımından ―Coğrafi adlar‖ göstəricisi mühüm əhəmiyyətə
malikdir. Bölməyə nəzər saldıqda aydın olur ki, ümumilli liderin Azərbaycanın coğrafiyası
haqqında olan çıxışları çoxcildliyin I; II; III; IV; V; VI; VII; VIII; XIX-cu cildlərinin
müvafiq səhifələrindən əldə etmək mümkündür. Onu da qeyd edək ki, coğrafiya elmi və
digər təbiət elmləri sahəsində çalışan gənc alim və mütəxəssislərin xaricdə təhsil alması
məhz cənab Heydər Əliyevin təşəbbüsləri nəticəsində baş tutmuşdur. Belə ki 1960-cı
illərdə fizika, riyaziyyat kimya, astranomiya və s kimi elmlər üzrə ixtisaslı kadrlara ehtiyac
vardı. Həmin ilin sonuna kimi yüzlərlə kadrın Rusiyanın müxtəlif ölkələrinə göndərilməsi
ölkədə təbiət üzrə elmlərin inkişafına da təkan olmuşdur.
Köməkçi göstəricinin ―Şəxsi adlar‖ bölməsində ulu öndərin Azərbaycanın inkişafı,
tarixi və mədəniyyətində böyük rol oynayan mühüm şəxsiyyətlər haqqında fikirlərinin yer
aldığı cildlər və onların səhifələri göstərilmişdir. Heydər Əliyev cənablarının prezident
İlham Əliyev haqqında fikirlərilə maraqlanan oxucular köməkçi göstəricinin I (s.55), II
(s.202), V (s.38) və VIII (s.338) cildlərdən məlumat ala bilərlər.
Heydər Əliyev kitaba, kitabxanaya yüksək qiymət vermişdir.
―Müstəqilliyimiz əbədi-
dir‖ çoxcildliyinin I-IX cildlərinin köməkçi aparatına əsasən qeyd edə bilərik ki, ulu öndə-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 239 –
rin Axundova adına Milli Kitabxanada kitabxana, kitab haqqında olan fikirləri ―Müstəqilli-
yimiz əbədidir‖ çoxcildliyinin III və V cildlərində öz əksini tapmışdır.
Çoxcildliyin III cildində ulu öndər Heydər Əliyevin Axundov adına Milli kitabxana-
da ―Vətənə, dövlətə, xalqa sədaqət andı‖ miniatür kitabının təqdimat sərgisində kitabxana
haqqında bu fikirləri söyləmişdir: ―Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənə-
viyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın
mədəniyyətini nümayiş etdirən amillərdən biridir. Mən bu kitabxanaya dəfələrlə gəlmişəm.
Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi
duyuram.‖ (3, c.III, s.473 )
Həmin çıxışında ümummilli liderimiz Azərbaycan kitabı haqqında belə demişdir.
―Azərbaycanda kitab çapının tarixi böyükdür. Yaxın keçmişdə Azərbaycan Respublikası
onun 400 illiyini qeyd etmişdir. Keçmiş dövrlərdə məzmununa və formasına görə müxtəlif,
çox maraqlı nəfis kitablar buraxılmışdır. Bu nəşrlər dünyanın bir çox ölkələrində də
Azərbaycanı təmsil edir, onun haqqında biliklər verir.‖ (3, c. III, s.473 )
Ümumilikdə qeyd etmək lazımdır ki, köməkçi göstərici çoxcildlikdən istifadəni asan-
laşdırmaq baxımından mühüm əhəmiyyətə malikdir.
Çoxcildlikdən istifadəni asanlaşdırmaq məqsədini daşıyan II göstərici də nəşr
olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin və M.F.Axundov adına Milli kitabxana-
nın birgə lahiyəsi olan bu göstərici 2010-cu ildə çapdan çıxmışdır. Göstərici 512 səhifədən
ibarətdir və ―Müstəqilliyimiz əbədidir‖ çoxcildliyinin X və XXVIII cildlərindən oxucuların
istifadəsini asanlaşdırmaq baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Bu göstəricidə
də digərində olduğu kimi materiallar ―Qeydlər‖, ―Şəxsi‖ və ―Coğrafi‖ adlar bölməsində
əlifba sırası ilə düzülmüşdür.
―Qeydlər‖ bölməsində digər bölmələrdə (―Coğrafi adlar‖, ―Şəxsi adlar‖) verilən mə-
lumatların izahlı açıqlaması verilir. Qeydlər bölməsinə nəzər saldıqda aydın olur ki, çox-
cildlikdə N.Xəzri, N.Zeynalova, M.Gülgün, M.Füzuli, M.T.Sidqi, M.Dilbazi, Anar, Mə-
həmməd Peyğəmbər, A.Babayev kimi görkəmli şəxsiyyətlər haqqında olan məlumatlar
çoxcildliyin müvafiq bölmələrində əks olunur. Lakin göstəricidə qeyd olunan şəxslərin və-
zifəsi çoxcildliyin nəşr edildiyi zamana müfaviq qeyd edilmişdir. Azərbaycan Respub-
likasının xarici ölkələr ilə münasibətlərini müəyyən etmək məqsədilə göstəricidəki ölkələr
haqqında olan qeydlərə nəzər yetirmək kifayətdir. Göstəriciyə nəzər yetirdikdə aydın olur
ki, Amerika Birləşmiş Ştatları haqqında ümummilli liderin çıxışları göstəricinin müvafiq
cildlərinin (c. XI; XII; XVI; XIX; XX; XXI; XXII; XXIV; XXV; XXVII) müvafiq səhifə-
lərində əks olunmuşdur. Ancaq Moldova respublikası haqqında isə cəmi I cilddə- XXIV
cildin 265 və 307-ci səhifələrində materiallar verilmişdir.
Şəxsi adlar göstəricisində ümummilli liderin müxtəlif şəxsiyyətlər haqqında olan bir-
birindən dəyərli çıxışlarının yer aldığı cildlər haqqında olan məlumatlar oxuculara təqdim
olunmuşdur. Bu bölmədə verilmiş məlumatlar H.Əliyevin dahi şəxsiyyətlər haqqında
fikirlərini öyrənmək baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Burada həm xarici,
həm də azəri sənətkarlar haqqında olan məlumatlar əlifba sırası ilə düzülmüşdür.
Göstəriciyə əsasən müəyyən etmək olar ki, H.Əliyevin R.Rza haqqında çıxışları XIII; XV;
XVII; XVIII; XIX; XXVI; XXVII; XXVIII cildlərdə, Nigar Rəfibəyli haqqında fikirləri
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 240 -
XIII; XV; XIX; XXV cildlərdə, yazıçı Anar haqqında düşüncələri isə XIII; XIV; XV;
XVII; XIX; XXII; XXIII; XXV; XXVI; XXVIII cildlərdə verilmişdir. Göstəricinin XIII
cildinin IX səhifəsində Azərbaycan yazıçılarının X qurultayı ərəfəsində yaşlı nəsildən olan
görüşündən giriş sözü əksini tapmışdır. Ulu öndər Azərbaycan ədəbiyyatına olan sevgisini
öz çıxışında belə əsaslandırmışdır: ―Mən düşünürəm ki, Azərbaycan xalqının müsbət
keyfiyyətlərindən biri də odur ki, mədəniyyətə, ədəbiyyata daim diqqət göstərib və hörmət
ediblər. Bilmirəm bəlkə səhv edirəm ancaq yazıçıya, şairə, mədəniyyət xadiminə bizim
Azərbaycandakı kimi hörmət və ehtiram bəlkə də az yerlərdə tapılar. Bunun kökləri var,
çünki bizim ədəbiyyatımız da, mədəniyyətimiz də zəngindir, ədəbiyyatımızı, mədəniyyə-
timizi və tariximizi zənginləşdirən dahi şəxsiyyətlərimiz də olubdur. Ona görə də xalq bu
şəxsiyyətlərlə həmişə fəxr edərək, onların yaratdıqlarını həmişə sevə-sevə oxuyaraq mədə-
niyyətə, ədəbiyyata hörməti nəinki saxlayıb, hətta artırıbdır.‖(4,c.XIII,s.9)
Hörmətli prezidentin çıxışından sonra Azərbaycan Yazıçılar Birliyinin sədri yazıçı
Anar, Xalq şairi Qabil, yazıçı Əkrəm Əylisli, Respublika Mətbuat və İnformasiya Naziri
yazıçı Elçinin dinlənilən çıxışları müvafiq dildə yer almışdır.
Göstəricinin son bölməsi ―Coğrafi adlar‖ bölməsi adlanır. Bu bölmədə müxtəlif ölkə,
şəhər, çaylar, dənizlər və müxtəlif coğrafi obyektlər haqqında olan materiallar əlifba sırası
ilə düzülmüşdür. Beləliklə də ―Müstəqilliyimiz əbədidir‖ çoxcildliyinin X-XXVIII cildlə-
rində materiallar bu bölmədə toplanmış və oxuculara təqdim olunmuşdur. Bakı haqqında
ulu öndərin fikirlərini, çıxışlarını əks etdirən materillar çoxcildliyin X cildindən XXVIII
cildə qədər olan bütün cildlərdə əks olunmuşdur.
Bildiyimiz kimi bütün dünyada məşhur olan Bakı-Ceyhan neft kəmərinin salınma-
sında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Onun böyük səyləri
nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri 1998-ci il oktyabrın 29-da Azərbaycan, Tür-
kiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri və ABŞ-ın Energetika naziri Bakı-
Tbilisi-Ceyhan marşrutunu müdafiə edən ―Ankara bəyənnaməsini imzalamışlar. Uzunluğu
1695 km olan Bakı-Tblisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilmişdir.
(5,s.40)
Heydər Əliyevin bu məsələ ilə bağlı bütün çıxışları ―Müstəqilliyimiz əbədidir‖ çox-
cildliyininXX; XXI; XXII; XXIII; XXIV; XXV; XXVI; XXVII; XXVIII cildlərində yer
almışdır. ―Xam neftin Azərbaycan respublikasi, Gürcüstan və Тürkiyə respublikasinin
əraziləri ilə Baki–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair
Аzərbaycan respublikası, Gürcüstan və Türkiyə respublikasi arasında saziş‖in imzalanması
mərasimindəki nitqində Heydər Əliyev qətiyyətlə bu fikri söyləmişdir: ―Mən bu gün böyük
iftixar hissi keçirirəm. Ona görə ki, beş il bundan öncə, 1994-cü ilin sentyabr ayında
Bakıda imzalanmış ―Əsrin müqaviləsi‖ adlı böyük neft müqaviləsinə, Хəzər dənizinin neft
və qaz ehtiyatlarından müştərək istifadə etmək üçün yaranmış konsorsiumun tərkibinə
Аzərbaycan, Аmerika Birləşmiş Ştatları, Аvropa ölkələri, Тürkiyə və Rusiya daxildirlər və
bu müqavilənin imzalanmasından beş il keçəndən sonra həmin müqavilə imzalanarkən
nəzərdə tutulmuş Bakı–Тbilisi–Ceyhan neft kəmərinin həyata keçirilməsi üçün artıq bu gün
bu sənədlər imzalandı. Məlumdur ki, bu, asan iş deyildi. Bizim qarşımızda çox böyük
çətinliklər var idi. ―Əsrin Müqaviləsi‖ni imzalayanda da biz böyük çətinliklərlə rastlaşdıq.
Sonra da Bakı–Ceyhan neft kəmərini çəkmək üçün bizim qarşımızda çox böyük maneçi-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 241 –
liklər, əleyhimizə çıxanlar var idi. Ancaq biz öz iradəmizi itirmədik, başladığımız işi axıra
çatdırdıq.‖ (3.c.XXIII,s.74)
Ulu öndərin neft sənayesini və kimya elminin inkişafında göstərdiyi bütün bu səylər
olduqca təqdirə laiqdir. Məhz onun bu səyləri sayəsindədir ki, hazırda ölkəmiz dünya
ölkələri arasında laiqli yerini tapmışdır. Ulu öndər Heydər Əliyevin təbiət elmləri ilə ya-
naşı ümumilikdə Azərbaycan elmi siyasəti, hörmətli prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Nəticə olaraq qeyd etmək lazımdır ki, ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş
―Müstəqilliyimiz əbədidir‖ çoxcildliyinə verilmiş köməkçi göstəricilər Heydər Əliyev
irsini tədqiq edən elmi işçilər üçün, eyni zamanda onun irsini öyrənən yeni nəsil üçün
böyük əhəmiyyətə malikdir, bütövlükdə cəmiyyətin biblioqrafik təminatında əvezedilməz
biblioqrafik ehtiyatdır.
ƏDƏBĠYYAT
1.
―Kitabxana
işi
haqqında‖
Azərbaycan
Respublikasının
Qanunu.-B.,
//Azərbaycan,1999.-14 mart.
2.
Dövlətçilik müdrikliyi Azərbaycan müstəqillik yollarında mövzusunda elmi-
nəzəri konfransın materialları (2 may 2002-ci il (tarixi həqiqətlər, faktlar və
reallıqlar) Bakı: Universiteti Nəşriyyatı,2002.- 526 s.
3.
Əliyev Heydər// Müstəqilliyimiz əbədidir.XXXVIII c.-də.I c.- Azərnəşr, 1997.-
612 s.
4.
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Coxcildliyin I-X cildlərinin köməkçi
göstəricisi (Qeydlər, şəxsi və coğrafi adlar göstəriciləri)/ M.F.Axundov adına
Azərbaycan Milli kitabxanası.-Bakı,2010.-512s
5.
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Coxcildliyin X-XXVIII cildlərinin
köməkçi göstəricisi (Qeydlər, şəxsi və coğrafi adlar göstəriciləri)/ M.F.Axundov
adına Azərbaycan Milli kitabxanası.-Bakı,2010.-512s
6.
Xələfov A.A. Kitabxanaşünaslığa giriş. Dərslik. I hissə.-B., Bakı Universiteti
Nəşriyyatı, 2001.-400 s.
7.
Xələfov A.A. Kitabxanaşünaslığa giriş. Dərslik. II hissə.-B., Bakı Universiteti
Nəşriyyatı, 2003.-314 s.
8.
Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik. II hissə.- B.: ―Bakı
Universiteti‖ nəşriyyatı, 2007.-552 s.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 242 -
Khayala Hajiyeva
SEARCH OPPORTUNITIES OF THE VOLUMINOUS EDITION NAMED
“MÜSTƏQILLIYIMIZ ƏBƏDIDIR” WHICH WAS DEDICATED TO
NATIONAL LEADER HEYDAR ALIYEV AND HIS ROLE IN
DEVELOPMENT OF LIBRARY SCIENCE
Summary
The article reflects the analysis of the subsidiary indicator named “Müstəqilliyimiz
əbədidir” which was dedicated to Heydar Aliyev. The article informs people about the
information security of that subsidiary indicator.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 243 –
Mehriban Nizami qızı Cəfərova
Azərbaycan Milli Kitabxanası, şöbə müdiri
meka.aslan@mail.ru
ĠNFORMASĠYA CƏMĠYYƏTĠNDƏ BĠBLĠOQRAFĠYA
ĠġĠNĠN TƏġKĠLĠ VƏ VEBLĠOQRAFĠYALAR
Açar sözlər: biblioqrafiya, veblioqrafiya, biblioqrafik vəsait, informasiya təminatı.
Müasir informasiya erasının yaranması informasiyaya olan tələbatı və onun ödənilməsi
işini keyfiyyət və operativlik baxımından daha əsaslı surətdə təşkilini zəruri edir. Belə ki,
şəxsiyyətin informasiya mədəniyyətinin formalaşmasında, informasiya tələbatının ödənilmə-
sində biblioqrafiyanın mühüm rolu vardır. Kitabxana-biblioqrafiya işi informasiya cəmiyyəti-
nin çoxşaxəli və sonsuz informasiya tələbatının ödənilməsində yeni və mürəkkəb mərhələyə
qədəm qoyub. Cəmiyyətin müxtəlif təbəqələrinin informasiyaya olan ehtiyacını ödəməklə
bütün elm sahələrinin mütəxəssislərinin və ümumilikdə cəmiyyətin tərəqqisini sürətləndirmiş
oluruq.
Müasir dövrümüzdə elmin və texniki tərəqqinin böyük vüsət alması, elmi tədqiqatların
nəticələrinin cəmiyyət həyatına, praktikaya tətbiq edilməsi, texnologiyanın və texniki proses-
lərin sürətli inkişafı nəticəsində informasiya axınının artımı, köhnəlməsi və səpələnməsi həd-
siz dərəcədə çoxalmış, bu informasiya axınının işlənməsi, istehsal edilməsi və onun tələb olu-
nan istiqamətlərə yönəldilməsi insanların imkanları dairəsindən kənara çıxmışdır. (4, S.228)
Onun üçün də biblioqrafik fəaliyyət bir yolgöstərici kimi, bütün bu informasiyanın işlənib,
sistemləşdirilib istifadəçilərə çatdırılması sahəsində iş həyata keçirən mühüm fəaliyyət
sahəsinə çevrilmişdir.
İnformasiya təminatını ödəyən əsas sosial institutlardan biri də kitabxanalardır. Onların
işinin müsbət nəticəsi cəmiyyətin və ayrı-ayrılıqda sosial qrupların lazımi informasiya ilə
təmin edilməsi ilə ölçülür. İnformasiyanın işlənməsi və onların əsasında yeni informasiya
mənbəsinin yaradılması və beləliklə fundamental və bütöv məlumatın çatdırılması qarşıya qo-
yulan əsas vəzifə olmalıdır. Sürətli informasiya axını ilə işləməyi bacarmaq, onu tələbatçılara
effektiv şəkildə ötürmək biblioqrafiya işinin əsasını təşkil edir.
Lazımınca və ya ümumiyyətlə işlənməyən sahəvi və şəxsi biblioqrafik vəsaitlər bu sahə-
lərdə olan informasiya boşluğunu qaçılmaz edir. Bu da müasir dövrlə ayaqlaşa bilməmək və
ümumi axından geridə qalmağa gətirib çıxarır. Bu səbəbdən də müasir informasiya cəmiyyə-
tində sürətli informasiya axınının düzgün sistemləşdirilib çatdırılması vacibdir. ―Çap əsərləri-
nin informasiya dəyəri getdikcə artır. Bununla belə onun normal şəkildə fəaliyyət göstərmə-
sinə mane olan çətinliklər baş verir. Bu çətinliklərdən biri onun miqdar artımı ilə bağlıdır. Çap
əsərlərinin fasiləsiz olaraq kəmiyyət və keyfiyyət artımı onlardan məqsədyönlü, səmərəli
istifadə etməyi olduqca çətinləşdirir.‖ (3, S.10.) Sənəd kütləsinin artması, bu kütləyə İnternet
kimi qlobal şəbəkənin də mənbələrinin qoşulması yüksək sürətlə və dayanmadan fəaliyyət
göstərməyi biblioqrafiya işi sahəsində ən əsas vəzifəyə çevirir. Ona görə də birinci növbədə
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 244 -
mütləq informasiya ilə işləməyi bacaran, lazımi informasiyanı axtarmağa qadir olan, onu
sistemləşdirə və onunla işləməyi asanlaşdıra bilən ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi
labüddür. Bundan əlavə fasiləsiz fəaliyyət və elmi yanaşma əlavə edilərək informasiyaya olan
ehtiyacı ödəmək mümkündür.
Эnformasiya tələbatэnэn keyfiyyəti onun hansэ informasiya resurslarэ ilə
цdənilməsindən asэlэdэr. Əlbəttə ki, ilk nцvbədə onu deyək ki, heз bir kitabxana və ya
elektron məlumat bazasэ цz tərkibində bьtьn potensial lazэmi informasiyanэ mьhafizə etmək
iqtidarэnda deyil. Lakin maksimum юəkildə lazэm olan informasiyanэn baюqa
mьəssisələrdən və elektron resurslardan əldə edilib təqdim edilməsi məqsədəuyрundur. Bunun
ьзьn isə mьtəxəssisin dərin elmi biliklərə və informasiya ilə iюləmək bacarэрэna malik
olmasэ əsas юərtdir. ―Ardэcэl, məqsədyцnlь və sistemli informasiya ьзьn lazэm olan
sənədlərin əldə edilməsi və dəqiq seзilməsi indi daha da зətinləюir. Bunu təmin edən kцməkзi
vasitəyə bцyьk ehtiyac var. Sənədlər və informasiya tələbatзэlarэ arasэnda bəюəriyyətin
topladэрэ mцhtəюəm sənəd kьtləsindən daha mьtərəqqi və səmərəli istifadə olunmasэna təsir
gцstərən belə vasitəзilərdən biri də biblioqrafiyadэr.‖ (3, S.11.) Bildiyimiz kimi biblioqrafiya
əsasən, istifadəзilərə sənədlərin цzlərini yox, onlar haqqэnda informasiyanэ зatdэrэr. Lakin
texniki tərəqqi nəticəsində elektron resurslarda – elektron məlumat bazalarэnda, elektron
kataloqlarda, veblioqrafiyalarda və s.-də biblioqrafik məlumatэn mətni ilə də tanэю olmaq
mьmkьn olan hala зevrilmiєdir.
Beləliklə, mьəyyən mцvzu və юəxs haqqэnda biblioqrafik təsvirlərin mьtəюəkkil toplu-
sunu əks etdirən və istifadəзilərin ixtiyarэna verilən bilbioqrafik vəsaitlər vasitəsilə
informasiya cəmiyyətinin biblioqrafiya iєinin təєkilinin bir formasэ həyata keзirilmiю olur.
Respublikamэzda kitabxana-informasiya iєini həyata keзirən yetəri qədər mьəssisə fəaliyyət
gцstərir. Bu mьəssisələrdən biri də M.F.Axundov adэna Azərbaycan milli kitabxanasэdэr.
Kitabxana bu sahədə bцyьk və səmərəli fəaliyyət gцstərir. Ümumiyyətlə, Milli kitabxanada
biblioqrafiya işinin müxtəlif sahələrində fəaliyyət göstərən: ―Çap məhsullarının qeydiyyatı və
milli biblioqrafiya‖, ―Sorğu-informasiya xidməti‖, ―Analitik-elektron məlumat bazasının
yaradılması‖, ―Diyarşünaslıq elmi biblioqrafiya‖, ―Elektron kataloqun formalaşdırılması‖
şöbələri fəaliyyət göstərir ki, bunlar da, biblioqrafiya işinin təşkilində müxtəlif istiqamətlərdə
mühüm işlər aparır. Onların biblioqrafik fəaliyyətinin istiqamətləri əldə edilən nəticənin də
çoxşaxəli olmasına gətirib çıxarır. İnformasiya tələbatçılarının sorğularının ödənilməsi burada
tam şəkildə təmin olunur. Adlarını çəkdiyimiz hər şöbə və istiqamət haqqında əlavə olaraq
geniş şəkildə söhbət açmaq və tədqiqat işi aparmaq olar.
Milli kitabxananın nəşriyyat fəaliyyəti olduqca səmərəli və keyfiyyət baxımından qə-
naətbəxşdir. Kitabxana biblioqrafik informasiya mənbələri yaradır və nəşr etdirir. Bu dəyərli
nəşrlər Azərbaycan biblioqrafiyasının inkişafında əsas istiqamətlərdən birini təşkil edir. Tarixi
ənənələrinə sadiq qalaraq müasir dövrün bütün tələblərinə cavab verən biblioqrafik nəşrlər
oxuculara təqdim edilir. ―Əməkdaюlarэmэz tərəfindən Milli Kitabxananэn ―Azərbaycanэn
gцrkəmli юəxsiyyətləri‖ seriyasэndan ―Mir Cəlal‖, ―Aюэq Ələsgər – 190‖, ―Mьslьm
Maqomayev‖, ―M.F.Axundov – 200‖, ―Elзin Əfəndiyev‖, o cьmlədən ―Nizami Gəncəvi‖,
―Mirzə Ələkbər Sabir -150‖, ―Musiqidə keзən цmьr - Эmruz Əfəndiyeva‖, ―Sabit Rəhman –
100‖, ―Azərbaycanэn gцrkəmli teatr və kino xadimi Ədil Эsgəndərov‖ adlэ юəxsi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 245 –
gцstəricilər, həmзinin ―Azərbaycanda aviasiya tarixi‖ (2 dildə, 2 kitabda), ―Azərbaycan
xalзasэ‖, ―Heydər Əliyev Fondu - 5 il‖, ―Azərbaycan ekologiyasэ 10 ildə‖, ―Azərbaycan
Respublikasэ regionlarэnэn sosial-iqtisadi inkiюafэ‖ (2 cilddə), ―Bakэ və ətraf qəsəbələrin
sosial-iqtisadi inkiюafэ‖, ―Heydər Əliyev adэna Bakэ-Tbilisi-Ceyhan neft kəməri‖,
―Azərbaycan aviatorlarэ Bцyьk Vətən mьharibəsində‖, ―Beynəlxalq terrorizm və onun
Azərbaycana mənfi təsiri‖, ―M.F.Axundov adэna Milli Kitabxana - 90‖ adlэ elmi-kцməkзi
biblioqrafiyalarэ,... зap olunmuю, eyni zamanda həmin gцstəricilərin elektron variantэ
kitabxananэn saytэnda ―Kitabxanamэzэn nəюrləri‖ bцlməsində yerləєdirilmiюdir.‖ (1, S.65.)
Azərbaycanэn musiqi xadimlərindən ―Ьzeyir Hacэbəyli‖, ―Mьslьm Maqomayev‖, ―Fikrət
Əmirov‖, ―Qara Qarayev‖, ―Cahangir Cahangirov‖, ―Niyazi‖, rəssamlardan ―Tahir Salahov‖,
―Səttar Bəhlulzadə‖ və b. haqqэnda biblioqrafiyalar da iюlənib hazэrlanmэюdэr.
Yuxarэda adlarэ зəkilən biblioqrafiyalarэn hər biri haqqэnda xьsusi olaraq danэюmaq
olar. Onlarэn hər biri цzьnəməxsus tərtib metodikasэ, spesifik formasэ ilə bir-birindən
seзilirlər. Burada nəinki bibioqrafik informasiya verilir, eləcə də mцvzu aid əlavə materiallar
da oxucuya зatdэrэlэr. Onu da demək lazэmdэr ki, kitabxanaюьnaslэq elminin tədqiqat
obyektlərindən biri kimi bu biblioqrafik vəsaitlər haqqэnda elmi məqalələr yazэlэr, onlar
təhlil edilir və alimlər tərəfindən yьksək qiymətləndirilirlər.
1999-cu ildə qüvvəyə minmiş ―Kitabxana işi haqqında‖ Azərbaycan Respublikasının
Qanunu ilə ölkə ərazisində dərc olunan çap məhsullarının dövlət uçotunu aparmaq və arxiv
fondunu yaratmaq Milli Kitabxanaya həvalə olunduğundan Milli Kitabxana informasiya təmi-
natını tam şəkildə həyata keçirmək məqsədilə milli biblioqrafik nəşrlər sistemini bərpa etmiş
və kitabxanada Çap məhsullarının qeydiyyatı və milli biblioqrafiya şöbəsi yaradılmışdır. İlk
növbədə 2004-cü ildən etibarən respublika ərazisində dərc olunan çap məhsullarının retro-
spektiv və cari biblioqrafiyasının tərtibində və kitab nəşri statistikasının aparılmasında
mühüm əhəmiyyət kəsb edən ümumi biblioqrafık vəsaitlərdən ―Birillik Azərbaycan kitabiy-
yatı‖nın çapı bərpa edilmişdir. Eyni zamanda kitabxana 2006-cı ildən yeni ədəbiyyatın cari
biblioqrafık göstəricilərini də tərtib etməyə başlamışdır. ―Yeni kitablar‖ adlı annotasiyalı bib-
lioqrafik gostərici rübdə bir dəfə nəşr olunur və həmin dövr ərzində Milli Kitabxananın fond-
larına daxil olan bütün yeni ədəbiyyat haqqında informasiya orada öz əksini tapır. Vəsaitdə
Azərbaycan, rus və digər xarici dillərdə olan bütün nəşrlər elm sahələri üzrə qruplaşdırılır, hər
bir kitabın annotasiyası və harada yerləşdiyi haqqında məlumat verilir. (1, S.79)
Kitabxanalar hazırki dövrdə iki növdə biblioqrafik vəsaitlər işləyib hazırlayırlar: mətn
formasında və elektron formada. Mübahisəsiz demək olar ki, elektron variantda olan vəsaitlə-
rin istifadəçilərə və yerlərə çatdırılması daha effektiv şəkildə həyata keçir. Belə ki, məsafədən
göstərilən biblioqrafik xidmət işi daha sürətlə ötürülə bilir. Bundan əlavə çap variantında
əlavə edilməsi artıq mümkün olmayan materialı elektron formada mütəmadi olaraq yeniləmək
və keyfiyyətcə zənginləşdirmək olur. Bu da informasiyanın fasiləsiz ötürülməsini təmin edir.
Bundan əlavə yaradılan elektron məlumat bazalarının əhəmiyyəti də müasir kommunikasiya
sistemində danılmazdır. Bu zəngin məlumat bazalarında mövzu haqqında hərtərəfli informa-
siya, üstəgəl görsəllik də əlavə olunmaqla, yəni əyani şəkildə əlavə edilən fotoşəkillər və
video görüntülər informasiya tələbatçısına dəqiq, hərtərəfli və yerində, operativ şəkildə infor-
masiya vermək qüvvəsinə malikdir. Eləcə də biblioqrafik təsvirlərə əlavə edilmiş tam mətnlər
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 246 -
informasiya ötürülməsi işini inanılmaz dərəcədə sürətləndirir. Biblioqrafların və multimedia
mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində yaradılan bu elektron biblioqrafiya resursları
müasir dövrdə biblioqrafiya işinin təşkilində mühüm vasitələrdən biridir. Hazırki gəncliyin
əsasən İnternet vasitəsilə informasiya əldə etməyə öyrəncəli olduğu bir vaxtda bu elektron
məlumat bazalarının tərtibi qarşıya qoyulan vəzifələrdən biridir. (10, С.110-114) Kitabxana-
nın informasiya resursları, biblioqrafik komponentdən əlavə, faktoqrafik, tammətnli lokal və
məsafədən əldə edilən verilənlər bazası ilə, müxtəlif İnternet-resurslarla zənginləşir. (11,
S.113-115)
Belə elektron məlumat bazalarına misal olaraq: ―Heydər Əliyev – mədəniyyətimizin
hamisi‖, ―Xocalı soyqırımı‖, ―31 Mart azərbaycanlıların soyqırımı günü‖, ―Nizami Gəncəvi –
870‖, ―Üzeyir Hacıbəyli müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operanın
banisi‖, ―Mir Cəlal irsi‖, ―Fikrət Əmirov – 90‖, ―Azərbaycan milli teatrı – 140‖, ―Qara Qara-
yev – notlarda döyünən ürək‖, ―Qobustan‖, ―Kitabxanaya həsr olunmuş ömür - Abuzər
Xələfov – 80‖ və b. elektron məlumat bazalarını göstərə bilərik.
İstifadəçilərin informasiya sorğularının təmin edilməsi məqsədilə İnternet informasiya
resurslarından istifadə edilməsi – müasir kitabxanaların aktual məsələlərindən biridir. Bunun
üçün də təcrübəyə ―veblioqrafiyalar‖ daxil olmağa başladı. İlk dəfə ―veblioqrafiya‖ termini
Amerika kitabxanaçıları tərəfindən 1990-cı ildə ―Nyu-York Tayms‖ qəzetində istifadə edil-
mişdir. Avropa mətbuatında bu terminə bir qədər sonra – ötən əsrin 90-cı illərinin ortalarında,
Rusiya və Ukrayna mətbuatında isə 2000-ci illərdən başlayaraq rast gəlinir. Veblioqrafiya –
saytların siyahısı, ən lazımlı saytlarla istifadəçini tanış etmək məqsədilə dəqiq surətdə
seçilmiş və müəyyən qaydada sistemləşdirilmiş informasiyadır. Veblioqrafik vəsaitlər – bib-
lioqrafik vəsaitlərin xüsusi növü olub, qlobal şəbəkənin kommunikasiya kanallarının istifadəsi
mümkün olan elektron resurslarını özündə əks etdirir (veb-resursları). Belə vəsaitlər – mühüm
axtarış mənbələridir. Lazım olan veb saytların araşdırılıb tapılması, onların ünvanlarının
dəqiqliyi, professional şəkildə mövzunu tədqiq üçün və başqa bu kimi səbəbdən kitabxanaçı-
biblioqraflar veblioqrafiyalar işləyib hazırlamalıdırlar. Axtarışın keyfiyyətli nəticəsini əldə
etmək üçün kitabxanaçı tərəfindən tövsiyə olunan, inanılmış və rəsmi saytlardan istifadə
edilməli, mənbə ən aktual informasiyanı özündə əks etdirməlidir.
Bu gün əminliklə deyə bilərik ki, virtual biblioqrafiya artıq kitabxanaların mühüm iş
istiqamətlərindən birinə çevrilib. Virtual texnologiyaların informasiya işində istifadəsi kitab-
xana istifadəçilərinə aktual və operativ informasiyanın əldə edilməsində sərhədsiz imkanlar
verir. İnternet qlobal şəbəkəsindəki materiallardan istifadə olunması həm labüddür, həm də
bir qədər çətinlik yaradır. Bu vəsaitlər istər çap, istərsə elektron formada ola bilər.
Biblioqrafiyanın müasir texniki vasitələrlə yaradılması və təşkili sistemində araşdırma-
lar aparan tədqiqatçıların fikrincə onun əsas funksiyalarının təqdim edilməsi və reallaşdırıl-
ması prosesi dəyişilsə də, biblioqrafik informasiya xidmətinin məğzi dəyişilməz olaraq qalır.
Biblioqrafik fəaliyyətin məqsədi informasiya sədlərinin aşılması, sənəd kommunikasi-
yaları sistemində sənədlərin hərəkət sisteminin və onlar haqqında məlumatların qaydaya salın-
ması, spesifik biblioqrafik metodlarla sənəd və informasiya tələbatçıları arasında müvafiq uy-
ğunlaşrmanın təmin edilməsidir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 247 –
İnformasiya cəmiyyətində biblioqrafiya işinin təşkili üçün ilk növbədə informasiya mə-
dəniyyətinə malik olmaq lazımdır. Bunun üçün informasiya ilə savadlı və məqsədyönlü işlə-
məyi bacarmaq, onun yaradılmasında, yenidən işlənməsində, ötürülməsində və ödənilməsində
yeni informasiya texnologiyalarından, müasir metodlarından istifadə etmək qabiliyyətləri
günü-gündən inkişaf etdirilməlidir. Biblioqrafik fəaliyyət bu gün öz üzərində informasiya tex-
nologiyalarının böyük təsirini hiss edir və bu təsir altında intensiv surətdə dəyişilir. Biblioqra-
fik proseslərin avtomatlaşdırılması biblioqrafların əməyini daha da çətinləşdirmişdir.
Ölkənin inkişaf səviyyəsi onun informasiyalaşdırılmasının səviyyəsindən çox asılıdır.
Bu onun çiçəklənməsini və rəqabətqabiliyyətinin yüksəlməsini təmin edir. Bu informasiyanın
düzgün toplanması, sistem halına salınması, ondan istifadənin asanlaşdırılması isə bir başa
biblioqrafların öhdəsinə düşən vəzifədir. Cəmiyyətin biblioqrafiyaya olan təminatının düzgün
və operativ ödənilməsi üçün mütəxəssislər durmadan öz üzərlərində çalışmalı, təcrübə müba-
dilələri aparmalı, yeni-yeni biblioqrafik məhsullar ortaya qoymalıdırlar.
Hazırki dövrdə biblioqrafik fəaliyyət artıq yeni metodlarla iş üsulunu xeyli dəyişmişdir.
Lakin buna baxmayaraq istər nəşr formasında, istərsə də elektron formada olmasına bax-
mayaraq bu sahənin əhəmiyyəti və vacibliyi danılmaz fakt olaraq qalır.
Dostları ilə paylaş: |