ƏDƏBĠYYAT
1.
Bayramlı Z., B Əzizli. Azərbaycan Evliya Çələbinin 1654-cü il ―Səyahətna-
mə‖sində. - Bakı, Azərbaycan.- 2000.- 160 s.
2.
İsmayılov X. Kitabxana resurslarından istifadənin təşkilində informasiya-kommuni-
kasiya txnologiyalarının tətbiqi (Milli kitabxananın iş təcrübəsi əsasında) //Kitabxa-
naşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.- 2014.- № 2.-
S.13-21.
3.
Kərimov T. Milli Kitabxana elektronlaşdırılır //Üç nöqtə.- 2005.- 27 avqust
4.
Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat: cari biblioqrafik infor-
masiya göstəricisi: Yanvar - 2015 /baş red. və bur. məsul K.Tahirov; bur. haz. Ana-
litik Elektron Məlumat Bazasının Təşkili şöbəsi; red. D.Sadıxova, N.Səlimova.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2015.- 66 s.
5.
Porter K. Travels autour du Coucase, p, IV, Travels autour du Coucase, p, IV, pp.
9-10.
6.
www.anl.az
7.
www.e-qanun.az
8.
Дюдуа де Монпере Фредрик. Путешествие вокрег Кавказа. Черкесов и Абха-
зов, в Колхиде, в Грузии в Армении м в Крыму. Том.I /Пер. с франц.
Н.А.Данкевич-Пущиной.- Сухуми.- Абгиз, 1937.- 175 с.
9.
Ивановский А. А. По Закавказью. Археологические наблюдения и исследова-
ния 1893, 1894 и 1896 гг //Материалы по археологии Кавказа. - Москва,
1911. - № VI.- С. 148.
10.
Никитин К.А. Город Нахичевань и Нахичеванский уезд //Сборник материалов
для описания местностей и племен Кавказа. Выпуск второй, Тифлис, 1882.-с
142
11.
Путешествие Шардена по Закавказью в 1672-1673 гг. /Перевод Е. В. Бахуто-
вой и Д. П. Косовича.- Тифлис.- 1902.- 301 с.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 267 –
Yasaman Sadigova
SOME ISSUES OF THE DOCUMENT SUPPLY ON ARCHAEOLOGY AND
ETHNOGRAPHY SETTLED IN AZERBAIJAN NATIONAL LIBRARY
Summary
In the article was investigated the place of National Library of Azerbaijan on the provi-
sion of information of archeology and ethnography.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 268 -
Ġradə Zülfəli qızı Əliyeva
Respublika Elmi Tibb Kitabxanası, şöbə müdiri
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu, dissertant
irada40@rambler.ru
AZƏRBAYCANDA EKOLOGĠYA ÜZRƏ BĠBLĠOQRAFĠK
RESURSLARIN MÜASĠR ASPEKTLƏRĠ
Açar sözlər: ekologiya, biblioqrafik verilənlər bazası, iş təcrübəsi.
İnformasiya cəmiyyətinin inkişafı şəraitində ayrı-ayrı mütəxəssislərin səmərəli fəaliyyə-
ti onların informasiya təminatından çox asılıdır. Bu vəziyyət informasiyanın sürətlə artdığı və
tez bir zamanda da öz akruallığını itirdiyi müasir dövrümüzdə çox aktualdır.
Bütün sahələrdə olduğu kimi ekoloji sferada da elmi-praktik fəaliyyətin səmərəsi infor-
masiya təminatından asılıdır. Ekologiya və ətraf mühitin mühafizəsi üzrə sənəd axının həcmi-
nin artması biblioqrafik informasiya tələbatınin intensivləşməsi bu sahə üzrə biblioqrafik fəa-
liyyət, o cümlədən biblioqrafik təminatin yeni metod və texnologiyalarının yaradılmasını
zəruri etmişdir.
Yaradılan verilənlər bazasından istifadə etməklə İnformasiyanın seçilmiş yayılmış sis-
temi üzrə xidmət zamanı sorğuya relevant sənədlərin seçilməsi üzrə istifadə edilirdi. İSY sis-
temində avtomatlaşdırmanın tətbiqi bu işin xeyli sürətlənməsinə və keyfiyyətinin yüksəlməsi-
nə imkan verirdi. Əgər sistemin layihəsinin reallaşdırılması əvvəlki templərlə davam etsə idi,
respublikamızda avtomatlaşdırılmış inteqral kitabxana sistemlərinin yaranması üzrə gözəl bir
örnək əldə ediləcək və bu təcrübənin digər kitabxanalarda tətbiq edilməsi sahəsində güclü im-
kanlar yaranacaqdı. Lakin 1987-ci ildən etibarən bu layihənin qarşısında bir sıra süni inzibati-
bürokratik əngəllər yaradıldı və bu işlə məşğul olan şöbə ləğv edildi və s. bununla da respubli-
kamızda kitabxanaların avtomatlaşdırılması və biblioqrafik verilənlər bazasının yaradılması
sahəsində zox maraqlı bir iş yarımçıq qaldı.
Bu sistemin tədqiq etdiyimiz problemlə bağlılığı həm də onunla izah olunur ki, həmin
kitabxananın fondunda Ekologiya üzrə ədəbiyyat geniş təmsil olunmuşdu, xidmət edilən müə-
sissələrin, oxucu kontingentini tərkibində xeyli sayda bu sahənin mütəxəssisləri var idi. Bu
səbəbdən də, yaradılan bibloqrafik verilənlər bazasında və ekologiyaya dair ədəbiyyatı əks
etdirən xeyli bibloqrafik yazı toplanmışdı. Respublikamızda biblioqrafik verilənlər bazasının
yaradılması sahəsində digər bir təcrübə Azərbaycan MEA Əsaslı Elmi Kitabxanasına məxsus-
dur. Yuxarıda qeyd etdiyimiz kimi, XX əsrin 70-80-ci illərində SSRİ-də sənəd-informasiya
proseslərinin yeni texnologiyalar əsasında yenidən qurulması prosesi SSRİ Elmlər Akademi-
yasından da yan keçmədi. Bu sahədə işlərin müzakirə və diskussiyalardan praktiki müstəviyə
keçməsində Sov.İKP MK-nın kitabxanaların fəaliyyətinin keyfiyyətcə yenidən qurulmasına
yönəlmiş məlum qərarının mühüm rolu oldu. Məhz bu qərardan sonra 1974-cğ ildə Azərbay-
can EA Rəyasət Heyəti xüsusi qərar qəbul edərək Əsaslı Elmi Kitabxananın işinin təkmil-
ləşdirilməsi üzrə tədbirlər müəyyənləşdirildi. Bu tədbirlərin sırasında kitabxanada Elmi-Tex-
niki İnformasiya şöbəsinin yaradılması da var idi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 269 –
Qərardan az bir vaxt sonra Əsaslı Elmi Kitabxananın Elmi-texniki İnformasiya şöbə-
sində Akademiyanın təbiətşünas alimlərinə sənəd-informasiya xidmətinin yaxşılaşdırılması
məqsədilə informasiyanın seçilmiş yayılmış sistemi üzrə xidmət təşkil etdi. Bu xidmət tezliklə
alimlər arasında çox məşhur oldu. 1974-cı ilin sonu bu sistem 266 nəfər abunəçiyə xidmət
edirdi [2]. Lakin tezliklə məlum oldu ki, MSY sisteminin işinin artan həcmini əl üsulu ilə
yerinə yetirmək xeyli çətindir və bu sahədə yeni informasiya texnologiyalarının tətbiqinə
böyük ehtiyac vardır. Təbiidir ki, belə bir şəraitdə avtomatlaşdırma metod və proseslərinin
Azərbaycan EA Əsaslı Elmi Kitabxanasında da tətbiq edilməsi məsələsi də gündəliyə daxil
oldu. Bu problemin həll edilməsi üçün Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə 1975-ci
ildə Əsaslı Elmi Kitabxanasının SSRİ EA Tətbiqi Riyaziyyat İnstitutunun yaratdığı və başçı-
lıq etdiyi «Koopinform» təşkilatının Tədqiqatların Avtomatlaşdırılmış İnformasiya Xidmə-
tinin (ASİOR) boyük əhəmiyyəti oldu. Tezliklə həmin institutdan bu sistemin təşkil edilməsi
üçün lazımi metodiki sənədlər, təlimatlar və EHM ğzğn xğsusi proqram təminatı və maqnit
lentlərinə yazılmış biblioqrafik informasiya massivi alındı.Bu proqram təminatı «BGSM»
markalı EHM üzrə nəzərdə tutulmuşdu.
Hazırlıq işləri sırasında Əsaslı Elmi Kitabxananın bir qrup işçisi Moskvada, Tətbiqi Ri-
yaziyyat İnstitutunda olaraq işin praktiki aspektlərini öyrəndilər. Azərbaycan EA Kibernetika
İnstitutu ASİOR ğzrə işlərin yerinə yetiriliməsi üçün maşın vaxtı ayırdı. Tezliklə ASİOR
sistemi Bakıda da fəaliyyət göstərməyə başladı. Kitabxananın Elmi-texniki məlumat şöbəsinin
işçiləri İSY abunəçilərinin informasiya tələbatını öyrənir, toplanmış məlumatı təhlil edərək
axtarış obrazını formalaşdırır və bunu maşın dilinə çevirirdilər. «BGSM» EHM-ində bu obraz
biblioqrafik informasiya massivi ilə tutuşdurulurdu və relevant sənədlər aşkara çıxarılaraq bu
barədə abunəçilərə məlumat verilirdi. Göndərilən informasiya ilə tanış olan abunəçi əks-əlaqə
talonunu dolduraraq kitabxanaya qaytarırdı. Əks-əlaqə talonunda edilmiş qeydlərdən asılı
olaraq şöbənin işçiləri, əgər sənədə maraq varsa, abunəçiləri sənədin üzv və ya referatı ilə
təchiz edirdilər. Tezliklə MSY sistemi ilə 502 abunəziyə 3032 sorğu əsasında 35 min tövsiyyə
verilmişdi [3].
ASİOR sistemi Akademiyanın mütəxəssislərinin informasiya tələbatının təhlilini həyata
keçirərək maşın vasitəsilə sorğuları təhlil etməyə, eləcə də biblioqrafik verilənlər bazasının
retrospektiv təhlilini aparmağa, yeni ədəbiyyat bülletenləri tərtib etməyə imkan verirdi. Təh-
lillər göstərirdi ki, ASİOR sistemi MSY rejimində aparılan işi əl üsuluna nisbətən 100 dəfə
sürətlə aparmağa imkan verirdi. Sorğu qəbul edilən günün ertəsi artıq onun cavabını hazırla-
maq mümkün olurdu.
Məlum olduğu kimi, həmin dövrdə Azərbaycan Elmlər Akademiyasının tərkibində Eko-
logiya üzrə tədqiqatlar aparan bir sıra elmi müəssisələr fəaliyyət göstərirdi ki, bunlardan da,
Zoologiya, Botanika, Genetika, Geologiya, Coğrafiya, Qeyri üzvi və Nəzəri Kimya, Neft-
kimya prosesləri, Dərin Neft və Qaz Yataqlarının Nəzəri Problemləri institutlarını, ekoloji
problemlərə xüsusi diqqət yetirilən ―Xəzər‖ Elmi mərkəzini və bir sıra digər elmi qurumları
göstərmək olar. Azərbaycan EA Əsaslı Kitabxanasında ASİOR sistemi bu müəssisələrin bib-
lioqrafik informasiya təminatında mühüm rol oynayırdı.
Azərbaycan EA Əsaslı Kitabxanasında ASİOR sistemi ilə biblioqrafik informasiya xid-
məti 10 ilə yaxın davam etdi. Lakin 80-ci illərin sonlarına yaxın isə bir sıra subyektiv səbəblər
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 270 -
üzərindən bu iş get-gedə zəiflədi və nəhayət tamamilə dayandı. Daha sonra MSY rejimində
xidmət nisbətən dar miqyasda əl üsulu ilə aparılmağa biblioqrafik məlumat bazası olmadan
başladı.
Azərbaycanda sənəd-kommunikasiya sistemlərində və onun tərkib hissəsi olan kitabxa-
na-biblioqrafik biblioqrafik fəaliyyətdə informasiya texnologiyalarının tətbiqinin növbəti,
keyfiyyətcə yeni mərhələsi XX əsrin sonuna təsadüf edir. Həmin dövrdə ölkəmizin beynəl-
xalq siyasi, iqtisadi və mədəni əlaqələr orbitinə daha intensiv cəlb edilməsinin tərkib hissəsi
və nəticəsi kimi kitabxana-biblioqrafiya fəaliyyətində də dünyada müvcud olan yeni metod və
texnologiyaların ölkəmizdə tətbiq edilməsi zəruriliyi fikrinin yaranmasına yol açdı. Kitabxana
işi sahəsində qabaqcıl təcrübəyə malik bir sıra ölkələrin səfirlikləri, beynəlxalq təşkilatların
yardımı ilə ölkəmizin mütəxəssislərinə bu texnologiyalar, biblioqrafik informasiyanın ema-
lının yeni üsulları barədə bilgilər çatdırılmağa başladı. Bu işin bir tərkib hissəsi kimi bir sıra
kitabxanalarda, kitab fonduna malik olan təşkilatlarda biblioqrafik informasiyanın müasir tipli
texniki qurğularla işlənərək biblioqrafik verilənlər bazasının yaradılması sahəsində sınaq
xarakterli ilkin işlər görülməyə başladı.
Sonrakı illərdə Azərbaycanda bibloqrafik verilənlər bazasının yaradılıb istifadəyə veril-
məsi sahəsində diqqəti cəlb edən işlər ali məktəblərin kitabxanalarında aparılmağa başladı.
Belə ki, 2000-ci ildən Xəzər Universitetinin Elmi Kitabxanasında, Neft Akadenimiyasının
Elmi Kitabxanasında, Qərb Univerisetinin Elmi Kitabxanasında, BDU-nun Elmi Kitabxana-
sında elektron kataloqların yaradılması sahəsində işlər görüldü.
BDU-nun Elmi Kitabxanasında yaradılmış Kitabxanaların kompüterləşdirilməsi labora-
toriyası 1999-cu ildən başlayaraq kitabxananın kompleks kompüterləşməsini həyata keçirmə-
yə başladı. Əməkdar elm xadimi, professor Abuzər Xələfovun rəhbərliyi ilə fəaliyyət göstərən
laboratoriya 1999-cu ildə Rusiya Federasiyasına yaradılmış sistemlərin bazasında «Kitabxana
1.0» adlı Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin tətbiqinə başladı və 2000-ci
ildə sistemin müəyyən modulları istifadəyə verildi. Bir qədər sonra sistemin yeni versiyası
«Kitabxana 2.0» tətbiq edilməyə başladı. Laboratoriya verilənlər bazasının hazırlanmasında
UNIMARK və USMARK formatlarından istifadə edir ki, bu da beynəlxalq biblioqrafik məlu-
mat mübadiləsini həyata keçirməyə kömək edir. Hal-hazırda Kitabxanada EBNİT Assosasi-
yası tərəfindən (Rusiya) yaradılmış və pulu Amerika Kitabxana Assosiasiyası tərəfindən ödə-
nilmiş İRBİS 64 Kitabxanaların Avtomatlaşdırmaı Sisteminə keçid işi aparılır.
Artıq bu sistemə Elmi Kitabxananın fondunda olan ədəbiyyatı əks etdirən 100 mindən
çox biblioqrafik yazı daxil edilmişdir ki, bunun da tərkibində Yer haqqında elmlər üzrə çox
sayda kitab, dövri elmi nəşr vardır. Elektron kataloq üzrə axtarış müəyyən etməyə imkan verir
ki, daxil olan ədəbiyyatın təxminən yarısı tədris ədəbiyyatı, dərslik və dərs vəsaitləridir.
Respublikamızda kitabxanaların bibloqrafik verilənlər bazasının yaradılması və onun
tələbatçıların ixtiyarına verilməsi kimi digər əhəmiyyətli addım «Gələcək naminə» ictimai
birliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə icra etdiyi və Exxon Mobil neft
şirkətinin yardımı ilə həyata keçirən «Elektron kitabxana şəbəkəsi» layihəsi olmuşdur. 2002-
ci ildən həyata kezirilən bu layhəyə əsasən respublikanın 16 iri kitabxanasının (əsasən ali
məktəb və respublika səviyyəli kitabxanalar) və 4 ictimai təşkilatın kitabxanası fondlarında
olan 100 min sənədin biblioqrafik yazısı tərtib edilərək Web serverə yerləşdirilmişdir və bu-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 271 –
nunla da dünyanın bütün İnternet istifadəçiləri üzrə açıq olmuşdur. Bu bibloqrafik verilənlər
bazasının da tərkibində Yer haqqına elmlər üzrə çox sayda kitab və digər sənədlər öz əksini
tapmıçdır. Həmin elektron kitabxana şəbəkəsində BDU ilə yanaşı, Dövlət İqtisad Universiteti,
Dövlət Neft Akademiyası, Dövlət Dillər Universiteti, Texniki Universitet, Tibb Universiteti,
Azərbaycan MEA, bir sıra cəmiyyət və qeyri-hökumət təşkilatlarının kitabxanaları da təmsil
olunmuşdur. Verilənlər bazasında Azərbaycan rus, ingilis, fransız və türk dillərində yüz on
mindən artıq kitab əhatə olunmuşdur ki, bunların da içərisində elmi və tədris ədəbiyyatını, o
cümlədən ekologiyaya dair ədəbiyytı əks etdirən xeyli biblioqrafik yazı toplanmışdır.
Respublikamızda o cümlədən ekologiyaya dair ədəbiyyatı əks etdirən elektron biblio-
qrafik informasiya resurslarının yaradılması sahəsində digər əhəmiyyətli iş M.F.Axundov
adına Milli Kitabxanada aparılmışdır. M.F.Axundov adına Milli Kitabxanada bu işə 1999-cu
ildən başlanmış və 2000-ci ildə kitabxanada İnternet zalı istifadəyə verilmişdir. 2001-ci ildə
isə kitabxanada tədris müəssisəsi yaradılmış, 2003-cü ildən avtomatlaşdırılmış idarəetmə sis-
teminin tətbiqinə başlanılmışdır. Sistemin proqram təminatı ABŞ-ın VTLS şirkətindən alımış
―VİRTUA‖ adlı kitabxanalar üçün xüsusi avtomatlaşdırılmış proqramlar paketi əsasında qu-
rulmuşdur. Sistemdə bibloqrafik məlumat bazalarının elektron kataloqun tərtibi üzrə də xüsusi
modul vardır. Avtomatlaşdırma işinə kitabxananın ən vacib sahəsi olan elektron kataloqun
tərtibindən başlanılmışdır və indi milli ədəbiyyata dair bibloqrafik təsvirlər verilənlər bazasına
daxil edilir. Milli Kitabxanada kitab fondlarının elektron versiyasının, yəni kitabların mətni-
nin kompüter yaddaşına köçürülməsi işinə də başlanılmışdır. 2006-cı ildə informasiya-kom-
munikasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə əlaqədar olaraq Milli Kitabxanada
aşağıdakı yeni şöbələr açılmışdır: «Kitabxana işinin avtomatlaşdırılması və informasiya tex-
nologiyaları», «Elektron informasiya xidməti», «Elektron resurslarının yaradılması», «Kitab-
xana işçilərinin təlim və tədris mərkəzi». Həmçinin elektron kitabxananın yaradılması istiqa-
mətində ədəbiyyatın skayner edilməsi zamanı meydana çıxan çatışmazlıqların aradan qaldırıl-
ması məqsədilə yaradılmış «Mətnlərin redaktəsi» bölməsini göstərmək olar.
«Kitabxana-biblioqrafiya prosesinin avtomatlaşdırılması və informasiya texnologiyala-
rı» şöbəsi kitabxana proseslərinin avtomatlaşdırılması ilə əlaqədar olaraq yaradılmışdır. 2005-
ci ildə Milli Kitabxanada avtomatlaşdırma işinin ən vacib sahələrindən olan elektron katalo-
qun tərtibinə başlanmışdır. Hazırda Milli Kitabxananın Avtomatlaşdırılmış sisteminin tərkib
hissəsi olan biblioqrafik verilənlər bazasında Ekologiya dair bibloqrafik informasiya çox
geniş təmsil olunmuşdur.
Azərbaycanda avtomatlaşdırılmış kitabxana idarəetmə siistemlərinin və onun tərkibində
zəngin biblioqrafik verilənlər bazasının yaradılması sahəndə ən qabaqcıl mövqe Azərbaycan
Respublikası Prezidenti İşlər İdarəsinin Kitabxanasına məxsusdur. 2003-ci ilin yanvar ayında
yaradılmış bu kitabxanada biblioqrafik verilənlər bazasının yaradılmasına 2004-cü ilindən
ayından başlamışdır. Bu kitabxanada tətbiq edilən IRBIS-64 Kitabxanaların Avtomatlaşdırma
Sistemi ali icra hakimiyətinə xidmət edən Kitabxana-informasiya sisteminin tərkib hissəsidir.
İndiyə kimi verilənlər bazasına Azərbaycan, rus və digər dillərdə olan 200 minə yaxın sənədin
biblioqrafik yazısı daxil edilmişdir. Verilənlər bazasından həm kitabxanadakı avtomatlaşdırıl-
mış işçi yerindən, həm də WEB kataloq vasitəsilə İnternetdən daxil olmaqla istifadə etmək
olar. Bu proqram vasitəsilə kitabxana qısa müddətdə 15 adda biblioqrafik informasiya göstəri-
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 272 -
cisi (bülleteni), tammətnli elektron və çap nəşrləri hazırlamışdır. Kitabxana öz fonduna bu
sahə üzrə ən əhəmiyyətli ədəbiyyatı sifariş edir. Burada yaradılmış biblioqrafik verilənlər
bazasında ekoloji problemlərə elmlərə dair sənədlər öz əksini tapmışdır.
Hazırda respublikanın bir sıra digər kitabxanalarında da avtomatlaşdırılmış sistemlərin
və onların tərkibində biblioqrafik verilənkər bazasınınyaradılması üzrə işlər aparılır. Lakin
burada bir məsələyə diqqət yetirmək lazımdır. Kitabxanalarda yaradılan bu avtomatlaşdırılmış
sistemlərdə bir neçə alt sistem (komplektləşdirmə, oxucuların qeydiyyatı, sifarişlərin qəbulu
və s.) olsa da aparıcı yeri biblioqrafiyalaşdırma və xidmətlə bağlı altsistemlər tutur. Kitab
ticarəti, nəşriyyat və elmi informasiya müəssisələrinin avtomatlaşdırılmış sistemlərində və
elektron resurslarında isə biblioqrafik informasiya və proseslərin mövqe və əhəmiyyəti daha
da artıqdır. Bundan başqa, bütün bu sistemlərdə biblioqrafik informasiyanın işlənməsi,
saxlanması və verilməsi tez və sadə məsələ deyildir.
Bütün bu işləri yerinə yetirmək üzün 3 əsas element olmalıdır:
a) lazımi avadanlıq - hesablama maşınları, kompüter avadanlığı, rabitə-şəbəkə qurğu-
ları, informasiyanı saxlayan avadanlıq və s.;
b) proqram təminatı;
c) kadr potensialı.
Bu elementin hər birinin vacibliyini qeyd etməklə yanaşı, proqram təminatının əhəmiy-
yətini xüsusi vurğulamaq lazımdır. (Bəzən sistem üçün təşkil olunan proqram təminatının
dəyəri avadanlığın dəyərindən dəfələrlə artıq olur). Söhbət biblioqrafik proseslərdən getdikdə,
proqram təminatı həlledici əhəmiyyətə malikdir. Çünki biblioqrafik informasiyanı «düzgün»
tapmaq, ondan istifadəyə imkan yaratmaq üçün mükəmməl proqram təminatı lazımdır.
Azərbaycanın beynəlxalq aləmə get-gedə daha sıx inteqrasiya olunması, dünyada kitab-
xana işinə, biblioqrafik fəaliyyətə göstərilən diqqətin Azərbaycana da sirayət etməsinə səbəb
olur. İctimaiyyətin bu sahəyə diqqəti və qayğısı tədricən artır. Bu tendensiya elektron kitab-
xana və qeyri-kitabxana biblioqrafik ehtiyatlarının verilənlər bazasının yaranmasına münbit
şərait yaradır. Məhz bu diqqətin nəticəsində yuxarıda adını çəkdiyimiz kitabxana və təşkilat-
larla yanaşı bir sıra digər kitabxanalar da biblioqrafik verilənlər bazasının yaradılması sahə-
sində işlərə başlamışlar. Məsələn, Naxçıvan Dövlət Universitetində, Qafqaz Universitetində,
Xəzər Universitetində, Gəncə Dövlət Pedaqoji Universitetində bir sıra digər təhsil ocaqlarında
avtomatlaşdırılmış kitabxana idarəetmə sistemlərinin tətbiqi, elektron kataloqlarının yaradıl-
ması və inkişafı prosesi gedir. Bundan başqa, bu işə bir sıra qeyri-kitabxana müəssisəsi də
qoşulmuşdur. Məsələn, bir sıra nəşriyyatlar, o cümlədən, Azərbaycan Ensiklopediyası və
«Qanun» nəşriyyatları öz İnternet səhifələrində biblioqrafik siyahılar yerləşdirlər. Bütün bu
biblioqrafik resursların tərkibində az və ya çox dərəcədə Ekologiya üzrə kitablar və digər
sənədlər barədə məlumat öz əksini tapır.
Lakin görülən işlərin əhəmiyyətini vurğulamaqla yanaşı, onu da qeyd etmək lazımdır ki,
Azərbaycanın iqtisadi, elmi, texnoloji inkişafı üçün Ekologiyanın böyük əhəmiyyəti olsa da,
bu sahədə mövcud elektron biblioqrafik resurslar, biblioqrafik verilənlər bazaları öz həcm və
keyfiyyətinə görə bu sahədə müasir tələblərə tam cavab vermir. Fikrimizcə, respublikamızda
bu sahə üzrə koorporativ bir layihənin yaradılmasına və həyata keçirilməsinə böyük ehtiyac
var. Bu deyilənləri yekunlaşdıraraq belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycanda
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 273 –
tərkibində Ekologiya üzrə kitablar və digər sənədlər barədə məlumatları özundə əks etdirən
elektron biblioqrafik ehityatların, biblioqrafik verilənlər bazasının yaranması işi 30 illik bir
tarixə malikdir. Bu sahədə 80-ci illərin sonlarında durğunluq başlasa da, son bir neçə il
ərzində bu sahədə artan ictimai diqqət nəticəsində müəyyən müsbət dəyişikliklər və irəlilə-
yişlər baş verməkdədir.
Gedən proseslərin təhlili və proqnozlaşdırılması belə bir fikir söyləməyə əsas verir ki,
yaxın gələcəkdə respublikamızda Ekologiya üzrə biblioqrafik verilənlər bazasının daha da
sürətlə inkişaf etməsi, elektron informasiya resurslarının, daha da inkişaf edəcəyi, cəmiyyətin
bu sahə üzrə informasiya tələbatının daha dolğun ödəniləcəyi şübhəsizdir.
Dostları ilə paylaş: |