ƏDƏBĠYYAT
1.
Əliyeva-Kəngərli A.İ. Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxa-
nalar. – Bakı: Elm, 2007. – 230 s.
2.
Nağıyev N., Hüseynov F. Azərbaycan memarlıq tarixi. Azərbaycan Respublikasının
müasir dövr memarlıq tarixi,V cild. – Bakı: Şərq-Qərb, 2013. – 352 s.
3.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin kitabxanasının 2015-ci il hesabatı.
Gunel Hajiyeva
IMPROVING WAYS ON PROVISION OF LIBRARYAND INFORMATION
OF ARCHITECTURE AND CONSTRUCTION
Summary
Information services play a key role in the organization of information provision.
Information services include traditional library, electronic library, free internet and
information access and so on. Cooperation with the international scientific and technical
societies and electronic libraries also provides architectural information. This article
includes the ways of improving on provision for architecture and construction information.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 283 –
Vüsal Mətləb oğlu Məmmədov
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu, Dissertant
vusal168saat@yahoo.com
AZƏRBAYCANA AĠD ĠNTERNET RESURSLARDA
MUĞAMLA BAĞLI BAġLICA ĠNFORMASĠYA MƏNBƏLƏRĠ
Açar sözlər: Muğam, muğamlarımız, internet, muğam internet resurslarda, muğamla
bağlı mənbələr, internet resurslar, internet saytlar, saytlar, portal, electron mənbələr, internet
şəbəkəsi, muğam ensiklopediyası, Vikipediya.
İnformasiya bazası kimi internet resursların əhəmiyyəti getdikcə artır. Bu qlobal
şəbəkədə bütün sahələrə bağlı məlumatlara rast gəlirik. Müxtəlif xəbərlər, müəllif yazıları,
elmi araşdırmalar, onların nəticələrini əks etdirən xülasələr, foto, video görüntülər artıq
internetdə daha əlçatandır.
Muğamla bağlı materiallar barədə də eyni fikirləri deyə bilərik.Əksər muğamlarımızın
görüntülü səsləndirməsi ―Youtube‖ video-kanalında (―youtube.com‖) yerləşdirilib. Bununla
yanaşı, bir sıra digər resurslarda da muğamlarımız və onlar barədə video və yazılı materiallar
vardır. Bu məqalədə əsasən ikinci üzərində dayanaraq təhlil aparmağa çalışacağıq:
Azərbaycana aid olan internet informasiya vasitələrində hansı məlumatlar yer alıb?
Bu yazıda aşağıdakı suallara cavab tapacağıq:
a)
İnternet resurslarda konkret olaraq hansı mənbələrdə muğamla bağlı daha dolğun
məlumatlar var?
b)
Bu məlumatlar muğamla bağlı bilgilərin hansı hissəsini, hansı istiqamətini özündə
əks etdirir?
c)
Bu vaxta qədər internet şəbəkəsində muğamla bağlı mövcud olan məlumatlar,
mənbələr barədə heç bir biblioqrafiq material hazırlanmayıb. Bu yazının elmi əhəmiyyəti
məhz bundadır: muğamla bağlı dolğun informasiyaların əks olunduğu başlıca mənbələr
(linklər) bir yazıda toplanaraq təqdim olunur.
Bunun əhəmiyyəti nədədir? Bu linklər muğamla bağlı məlumat axtarışını asanlaşdırır,
internet istifadəçisi informasiyanı hansı saytlarda axtarmalı olduğunu bilir. Əvvəlcədən
məlum olur ki, bu sahə ilə bağlı geniş, ətraflı informasiyaların toplandığı əsas mənbələr
hansılardır.
İnternet resurslardakı materialları ―google‖ axtarış sistemi ilə bir neçə saniyə içərisində
əldə edə bilirik. Lakin yüzlərlə linkdən hansında bizə lazım olan qədər informasiya toplusu
olduğunu bilmirik.
Araşdırma predmetimiz olan muğamla bağlı da internet saytlarda minlərlə, yüzminlərlə
mənbələr tapmaq olar. Ancaq yenə aydın olmur – hansı mənbələr daha ciddidir və daha çox
məlumatı özündə əks etdirir? Beləliklə, internet resurslardakı başlıca informasiya mənbələrini
və bu mənbələrdəki materialların qısa xülasəsini nəzərdən keçirək.
1.
http://az.wikipedia.org/wiki/Mu%C4%9Fam
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 284 -
Vikipediya məlumat bazasında muğamla bağlı yetərincə geniş məlumatlar toplanıb.
"Muğam" sözü ərəbcə "dayanacaq", musiqidə "səs qatarı" deməkdir. "Məqam" sözü simli
alətlərdəki "pərdə" mənasına gəlir.
Fars dilində "muğam" sözünün qarşılığı "gah"dır və bəzi muğam terminlərində rast
gəlinir: Yegah, Dügah, Segah, Çahargah, dəstgah.
Bu resursdakı materialda qədim muğamlardan da bəhs edilir: ―
Musiqi binasının
möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi.
12 əsas muğam bunlar idi: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd,
Büzürk, Zəngulə, Rəhavi, Hüseyni və Hicaz. 6 avazat isə Şahnaz, Mayə, Səlmək, Novruz,
Gərdaniyyə, Güvaştdan ibarət idi. XIV əsrin axırlarına doğru baş verən ictimai, iqtisadi və
siyasi dəyişikliklərlə əlaqədar olaraq, bu möhtəşəm musiqi «binasının» divarları əvvəllər
çatlamış və sonralar isə büsbütün uçub dağılmışdır.
Yaxın Şərq xalqları uçub dağılmış bu «musiqi binasının» qiymətli «parçalarından»
istifadə edərək, özlərinin «lad tikinti» ləvazimatı ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi
üslubda yeni «musiqi barigahı» tikmişdir. Təbiidir ki, 12 klassik muğamın adları və həmçinin
bu muğamların özləri də böyük dəyişikliklərə uğramışdır: əvvəllər müstəqil hesab olunan
muğamlar bəzi xalqlarda şöbə halına keçir və yaxud əksinə, əvvəllər şöbə hesab olunan
musiqi sonralar müstəqil muğama çevrilir. Yenə də bu qayda ilə, muğam və onun şöbələrinin
eyni adları ayrı-ayrı xalqlarda müxtəlif məna ifadə edirdi.
İndiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam
«
Rast
»dır. Bu muğam kökünün möhkəm və məntiqli olması onun adının mə'nasına tamamilə
uyğun gəlir. «Rast»-düz, doğru deməkdir. Qədim musiqişünaslar «Rast»ı muğamların anası
adlandırırdılar. «Rast» muğamı yalnız öz adını və səsqatarını deyil, hətta öz mayə (tonika)
ucalığını da zəmanəmizə qədər mühafizə etmişdir. Bütün Yaxın Şərq xalqlarında «Rast»
muğamının quruluşu və mayə ucalığı eynidir. Bu mayə kiçik oktavanın «sol» səsindən
ibarətdir. Aşağıdakı müqayisədən aydın olur ki, indi bizim kiçik oktavanın «sol»u
adlandırdığımız ton hələ antik dövrdə «Rast» ladının ucalığını göstərirmiş.
Keçmiş zamanlarda muğam musiqisi 7 əsas avazdan ibarət olmuş və yuxarıda adları
çəkilmiş ardıcıllıqla adlandırılmışdır. Sonralar isə, hər şey inkişaf etdiyi kimi muğamlar da
inkişaf edərək zaman ötdükcə yeni şöbələr, güşələrlə zənginləşmiş və nəhayət, indiki dövrdə
öz intişarını tapmışdır. Onu da qeyd etmək lazımdır ki, ―Yegah‖, ―Dügah‖, ―Segah‖ və
―Çahargah‖ bütöv muğam, ―Çahargah‖ isə şöbə kim səslənir. Say adları ilə bağlı olan daha bir
faktı göstərmək olar. Ərəb musiqisində yegah, dügah, segah, çahargah, pəncgah, şeşgah və
həftgah səs düzümünün pərdələri kimi adlandırılır. Bu faktı ərəb musiqişünası Fərrux
Ammarın yazılarında aydın görmək olar
‖.
Materialda Azərbaycan xalqı ilə yanaşı, digər xalqlara məxsus olan muğamlar, muğam
məclisləri barədə məlumat verilir.
2.
http://mugam.musigi-dunya.az/
Muğam ensiklopediyasıdır. Ön söz Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevaya məxsusdur. Xatırlatmaq vacibdir ki, Mehriban Əliyeva Azərbaycan muğa-
mının dünyaya tanıdılması istiqamətində əvəzsiz işlər görmü və məhz onun səyləri nəticə-
sində həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 285 –
muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu
beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. YUNESKO muğamı "bəşəriyyətin şifahi və
qeyri-maddi irsinin şah əsərlərindən biri" elan etmişdir. Təqdim etdiyimiz linkdəki mətndə
Mehriban xanım Əliyevanın müəllifi olduğu ―Ön Söz‖də muğam ensiklopediyasından ətraflı
şəkildə bəhs olunur. Qeyd olunur ki, iki cilddən ibarət olan bu ensiklopediya həm muğamla
bağlı ətraflı məlumatları özündə cəmləşdirir, həm də Azərbaycan muğamlarını müxtəlif
musiqiçilərin ifasında təqdim edir. Keçən əsrin əvvəllərində ilk dəfə lentə alınmış muğamlar-
dan tutmuş 2007-ci il muğam müsabiqəsinin qaliblərinin çıxışlarına qədər olan yazılar 125
diskdən ibarət bir külliyyat təşkil edərək həqiqətən də ensiklopedik xarakter daşıyır. Burada
təmsil olunan ustad və gənc xanəndələrin yaradıcılığı, muğam dəsgahları və digər əsərlər ilk
dəfədir ki, bir yerdə toplanaraq qədim muğam irsimizin dolğun mənzərəsini yaradır.―Muğam
ensiklopediyasının hər bir cildi, əslində, müstəqil ensiklopediyadır. Qeyd etmək lazımdır ki,
muğam özü-özlüyündə elmi və nəzəri təhlil üçün olduqca mürəkkəb bir obyektdir. Onun nota
alınması cəhdlərindən tutmuş, muğam ifaçılığı üzrə kanonik dərslik yaratmaq arzularının
gerçəkləşməsinədək musiqiçilərin hansı obyektiv çətinliklərlə qarşılaşdığı hamıya bəllidir.
Muğamın ovsununa düşmüş əcnəbi musiqişünasların onun rasional təhlil üsulları ilə tədqiqi-
nin mümkün olmaması barədə dönə-dönə söylədikləri fikirlər də mütəxəssislərə yaxşı məlum-
dur. Məhz bu səbəbdəndir ki, biz oxucunun diqqətinə sanki iki ensiklopediya təqdim edirik.
Onlardan biri elmi tədqiqatların bəhrəsi, digəri isə Azərbaycan muğam ustalarının yaratdığı
dəyərli musiqi xəzinəsidir‖. Ensiklopediyada muğamın bütün elementləri, muğam ustaları
barədə detallaı məlumatlar əksini tapır.
3.
http://www.mehriban-aliyeva.org/az/article/item/5169
Azərbaycan muğamının dünyaya tanıdılmasında əvəzsiz xidmətləri olan Azərbaycanın
birinci xanımı, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
şəxsi internet saytında da muğam barədə məlumatlar öz əksini tapır. Burada Qarabağ muğam
məktəbindən bəhs edilir: ―Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının
musiqi mədəniyyətini inkişaf etdirməklə, öz həmvətənlərinin ağıllarına, hiss və duyğular
aləminə nəcib təsir göstərmişlər. Bu yerlərin təbiətindən keçib gələn, ruhu oxşayan həmin
gözəllikdir ki, nadir musiqi mədəniyyətində öz əksini tapmışdır. Qarabağ muğam məktəbinin
rəmzinə çevrilən məşhur ―Qarabağ şikəstəsi‖ buna bariz nümunədir‖. http://azens.az/menu-
azerbaydzan/item/562-azaerbaydzana-maekhsus-moedzuzae-muzhham Bu internet resursunda
muğam sözünün etimologiyası, muğamın özü və fəlsəfəsindən bəhs edilir.
Bu linkdəki materialda qeyd edilir ki, ―Muğam – 2002-ci ildə YUNESKO tərəfindən,
ümumbəzəri olmayan bir musiqi irsinin şedevri elan edilmiş və onun vətəninin məhz
Azərbaycan olduğu qeyd edilmişdir. Muğam sözü musiqidə əsasən, 2 məna kəsb edir. Birinci,
Azərbaycan xalq musiqisində bir ahəng, düzüm mənasını daşıyır. Muğamın 7 ahəng növü
vardır : Rast, Şur, Segah, Şüştər, Çahargah, Bayatı-Şiraz, Humayun və digər bir neçə əlavə
qollara malikdir. Digər bir mənada isə, bu termin xüsusi musiqi forması deməkdir. Muğam -
ərəb məqamına, özbək maqomına, hind raqasına çox yaxın, qohum hesab edilir və ahəng
baxımından çox oxşardırlar.‖
4.
http://azerbaijans.com/content_296_az.html
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 286 -
Muğam barədə, onun şöbələri haqqında məlumatlar əksini tapır. Qeyd edilir ki, ―Şərq
xalqlarına mənsub milli musiqi formasıdır. Şifahi ənənələrə əsaslanan klassik musiqi
nümunəsidir. Muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Azərbaycan musiqisi-
nin yeddi əsas muğamı var: ―Rast‖, ―Şur‖, ―Segah‖, ―Şüştər‖, ―Çahargah‖, ―Bayatı- Şiraz‖,
―Hümayun‖.
Muğamlar orijinal mahiyyətinə və öz musiqi xarakterinə görə bir-birindən fərqlənir.
Üzeyir Hacıbəyov ―Azərbaycan xalq musiqisinin əsasları‖ adlı elmi-nəzəri kitabında
muğamların dinləyiciyə aşıladığı əhval-ruhiyyəni belə səciyyələndirir: ―Rast‖- dinləyicidə
mərdlik və gümrahlıq hissi, ―Şur‖ - şən, lirik əhval-ruhiyyə, ―Segah‖- məhəbbət hissi,
―Şüştər‖- dərin kədər, ―Çahargah‖- həyəcan və ehtiras hissi, ―Bayatı-Şiraz‖- qəmginlik,
―Hümayun‖- dərin kədər hissi oyadır‖.
5.
http://www.anl.az/down/meqale/yeni_az/2011/mart/163473.htm
―Yeni Azərbaycan‖ qəzetində çap olunmuş ―Muğam Azərbaycan xalqına xas olan ən
gözəl xüsusiyyətlərin daĢıyıcısıdır‖ sərlövhəli yazı (2011.- 16 mart.- S.2) bu internet resurs-
da da yerləşdirilib. Yazının müəllifi Ramil Vəlibəyovdur.
6.
http://kayzen.az/blog/musiqi/3821/mu%C4%9Fam-n%C9%99dir.html
―Muğam nədir‖ sərlövhəli yazıda muağm barədə geniş məlumat verilir. Eyni zamanda
Mədəniyyət və turizm Nazirliyinin sifarişi ilə ―Yaddaş‖ Sənədli Filmlər Studiyası tərəfindən
―Azərbaycan muğamı – Əsrlərin dərinliklərindən gələn sədalar‖ sənədli filmi təqdim edilir.
Təbii ki, internet şəbəkəsində muğamla bağlı mövcud olan məlumatlar bu təqdim
etdiklərimizlə məhdudlaşmır. Bu sahə ilə bağlı müxtəlif internet saytlarda xeyli sayda və
dolğun materiallar yerləşdirilib. Muğamla, muğam sənəti ilə bağlı baş verən hər bir yenilik
xəbər saytlarında əksini tapır. Bu informasiyaların da hər biri muğamla bağlı bilgi
mənbəyidir. Ölkənin bütün aparıcı portallarında, KİV-lərin elektron versiyalarının daxili
axtarış sistemlərində ―Muğam‖ sözünü axtarışa verməklə kifayət qədər çox informasiya
qarşılaşa bilərik.
ƏDƏBĠYYAT
1.
Vikipediya.az
2.
Muğam ensiklopediyası
3.
[http://mugam.musigi-dunya.az/r/rast.html]
4.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliye-
vanın şəxsi internet səhifəsi [http://www.mehriban-aliyeva.org/az/main]
5.
AZENS - Azərbaycanın ilk elektron ensiklopediyası [http://azens.az/menu-
azerbaydzan/item/562-azaerbaydzana-maekhsus-moedzuzae-muzhham]
azerbai-
jans.com[http://azerbaijans.com/content_296_az.html]
6.
anl.az[http://www.anl.az/down/meqale/yeni_az/2011/mart/163473.html]
7.
kayzen.az[http://kayzen.az/blog/musiqi/3821/mu%C4%9Fam-n%C9%99dir.html]
8.
―Bizim yol‖ qəzetinin elektron versiyası [http://bizimyol.info/news/22515.html]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 287 –
Vusal Mammadov
THE MAIN INFORMATION SOURCES ABOUT MUGAM IN
THE INTERNET RESOURCES
Summary
We can get any information on the internet using Google search engine in a matter of
seconds. But we don‟t know where the right and sufficient amount of information is among
these hundreds of links. It is possible to find hundreds of thousands of sources related to
Mugham which is our subject to review. In this article we are sharing information sources -
links to websites- on the internet associated with Mugham. Overall, here is given eight infor-
mation sources and brief summaries of the data on that websites.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 288 -
Aygün Kamran qızı Səfərova
AMEA Mərkəzi Elmi Kitabxanası, şöbə müdiri
aygunsafarova3@gmail.com
AZƏRBAYCANDA KĠTABXANALARIN VAHĠD BĠBLĠOQRAFĠK TƏSVĠR
STANDARTININ TƏTBĠQĠ PROBLEMLƏRĠ VƏ PERSPEKTĠVLƏRĠ
Açar sözlər: biblioqrafik təsvir, kitabxana standartları, FRBR, MAB2, MARC, İSO2709,
RUSMARC.
Məqalədə ilk öncə standart anlayışı haqqında məlumat verilmiş, daha sonra dünyada
istifadə edilən biblioqrafik təsvir standartları haqqında qeyd olunmuşdur. Sonda Azərbaycan-
da kitabxanaların vahid biblioqrafik təsvir standartının tətbiqinin problemləri və perspektivləri
öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş
―Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında‖ sərəncam və ―Azər-
baycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı‖ kitabxanalarımızın inkişaf strategiyası kimi qəbul edilir və onların fəaliy-
yəti bu mühüm sənədlərin tələbləri üzərində qurulur.[1]
Həmin sərəncama əsasən, Azərbaycan kitabxanaları ən yaxın zamanda tam modernləş-
dirilməli, yeni texnoloji avadanlıqlarla təmin edilməli, elektron kataloq və elektron kitabxana
quruculuğu işləri sürətləndirilməlidir.
Biz bunlardan biri haqqında – elektron kataloqun mühüm elementlərindən biri olan bib-
lioqrafik yazı standartının tətbiqi haqqında ətraflı danışacağıq.
Mövzunu araşdırarkən ilk öncə - standart nədir?, - hansı beynəlxalq kitabxana standart-
ları mövcuddur? sualları qarşıya çıxır.
Standartlaşdırma üzrə qədim təşkilat olan (1901-ci ildə yaradılmış) Britaniya Standartlar
İnstitutu (The British Standarts İnstitution – BSI) standart anlayışına aşağıdakı kimi tərif
verir:
―Ən sadə izahat belədir: standart – nə isə etməyin razılaşdırılmış, təkrarlanan üsuludur.
Bu, texniki spesifikasiyanı və ya başqa dəqiq meyarları özündə əks etdirən, qayda, rəhbər
vəsait və ya tərif kimi sistematik olaraq istifadə edilməsi məcburi olan dərc edilmiş sənəddir.
Standartlar həyatı asanlaşdırmağa, bizim istifadə etdiyimiz məmulatların etibarlılığını və xid-
mətlərin effektivliyini artırmağa kömək edir. Standartlar işlənib hazırlanarkən bütün əlaqədar
tərəflərin, yeni istehsalçıların, satıcıların, alıcıların, istifadəçilərin və nəzarət orqanlarının
konkret material, məhsul, prosses və ya xidmətlə bağlı təcrübə və bilikləri birləşir.‖
Kitabxana standartları aşağıdakılardır:
FRBR
Adı: FRBR • Functional Requirementsfor Bibliographic Records (biblioqrafik
yazılara funksional tələblər)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 289 –
Təsvir: istifadəçiyə yönəldilmiş konseptual model. Onlayn kitabxana kataloqlarına və
biblioqrafik məlumat bazalarına müraciət və axtarış üçün istifadə olunur. Məzmunu:
biblioqrafik təsvir.[2]
MAB2
Adı: MAB2 • Maschinelles Austauschformatfur Bibliotheken (kitabxanalararası
mübadilə üçün avtomatlaşdırılmış format)
Təsvir: kitabxanalarda yaradılan hər hansı məlumatların (biblioqrafiya, mötəbər mənbə
hesab edilən fayllar və yerli məlumatlar) maşınla oxunan mübadiləsi üçün alman formatı.
Məzmunu: biblioqrafik təsvir.[3]
MARC
Adı: MARC •MAchine-Readable Cataloguing MARC21
Concise Format for Bibliographic Data(biblioqrafik məlumatlar üçün maşınla oxunan
MARC 21 kataloqlaşdırma formatı)
Təsvir: biblioqrafik informasiyanın maşınla oxunan formada təsvir edilməsi və ötürül-
məsi üçün standartMəzmunu: biblioqrafik təsvirlər.[4]
ISO 2709
Adı: ISO • Information and documentation • Format for Information Exchange
(İnformasiya və sənədləşmə. Məlumat mübadiləsi formatı)
Təsvir: biblioqrafik təsvirlərin mübadilə formatına tələbləri müəyyən edir. Məlumatların
işlənməsi sistemlərinin arasında kommunikasiyaların strukturunu təsvir edir. Məzmunu: bib-
lioqrafik təsvir
RUSMARC
Adı: RUSMARC • Rusiya kommunikativ formatı
Təsvir: Rusiya Federasiyası mədəniyyət nazirinin 27.01.98-ci il tarixli 45 №-li əmri ilə
Mədəniyyət Nazirliyi şəbəkəsinə daxil olan kitabxanalar arasında biblioqrafik yazılar
mübadiləsi zamanı təsdiq edilməsi məcburi olan format kimi təsdiq edilmişdir. Biblioqrafik
məlumatların maşınla oxunan formada təqdim edilməsi formatıdır. Biblioqrafik məlumatların
mübadiləsi üçün nəzərdə tutulmuşdur.
Məzmunu: biblioqrafik təsvir, nüfuzlu/normativ məlumatlar, təsnifat məlumatları
Avropada və dünyada geniş istifadə edilən əsas standartların sayı məhduddur. Onlardan
ən müvəffəqiyyətli layihələrdə istifadə olunur, lakin tədqiqatlar göstərmişdir ki, uyğunluğa
nail olmaq üçün hələ çox uzun yol keçmək lazımdır. Gələcək layihələrdə bəzi ölkələrin milli
standartlarını da nəzərə almaq lazımdır.
Hələ ki, bu standartların tətbiqi bir sıra problemlərlə qarşılaşır. Ümumiyyətlə, Azərbay-
canda kitabxanaların kompüterləşdirilməsinin müasir problemlərini aşağıdakı kimi səciyyə-
ləndirmək olar:
1. Ənənəvi texnoloji prosseslərin – kataloqlaşdırma, komplektləşdirmə, abonement və s.
kompüterləşdirilməsi üçün kadr və texniki təminat istiqamətində;
2. milli maşınla oxunan formatların yaradılması istiqamətində;
3. elektron kataloqun yaradılması istiqamətində;
4. elektron sənəd mübadiləsi xidmətinin təşkil edilməsi istiqamətində;
5. elektron kitabxanaların yaradılması istiqamətində;
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 290 -
6. korporativ kitabxana-informasiya şəbəkələrinin yaradılması istiqamətində;
7. vahid kitabxana informasiya sistemində informasiya təhlükəsizliyinin təmini (icazəsiz
istifadəyə, virusa qarçı mübarizə və s.) istiqamətində;
8. Bir sıra linqvistik, tezaurus, rubrikalaşma, əlifba kodlaşması və s. istiqamətində olan
problemlər və s.
Azərbaycanda bir çox kitabxanalar artıq 10 ilə yaxındır ki, modernləşməyə hazırlıq
dövrünü yaşayır, elektron kataloq sistemini qurur, elektron kitabxana üçün baza formalaşdırır.
Lakin yaxın gələcəkdə kitabxanalarımızda elektronlaşma proseslərinin daha mütərəqqi istiqa-
mətlərini müəyyənləşdirmək üçün bir sıra yeniliklərə ehtiyac duyulur. Bunun üçün ilk növbə-
də MARC 21 standartına keçid zəruridir. Keçid kitabxana-informasiya, yüksək kommunika-
siya texnologiyaları, akademik qurumlar və təhsil müəssisələri, maliyyə, qanunvericilik, icra
və başqa strukturları təmsil edən mütəxəssislərdən formalaşdırılmış multidissiplinar işçi qrupu
tərəfindən həyata keçirilməli və vahid mərkəzdən əlaqələndirilməlidir. Keçidin icraçıları
universal əlaqələndirilmiş elektron kataloq əsasında çalışan kitabxana-informasiya mərkəzləri
olmalıdır.
MARC formatının tətbiqi kitabxana əməliyyatlarının idarə olunması zamanı kitabxana-
çılara mövcud avtomatlaşdırılmış kitabxana sistemlərindən istifadə etmək imkanı verir. Ha-
zırda müxtəlif səviyyəli kitabxanalarda istifadə olunan əksər sistemlər məhz ―MARC‖ formatı
ilə işləyir. Bu format müxtəlif AKİS-lərdən istifadə edən kitabxanalara öz biblioqrafik
məlumatlarını bir sistemdən digərinə etibarlı köçürmək imkanı verir.
Müasir dövrün tələblərinə cavab verə bilən kitabxana avtomatlaşdırılmalı, kağız resurs-
lardan rəqəmsal resurslara keçməli, qlobal dünya kitabxanaları sisteminə inteqrasiya imkanına
malik olmalı, fəaliyyətində universal elektron kataloq sistemini tətbiq etməlidir.
Dostları ilə paylaş: |