AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə35/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   28   29   30   31   32   33   34   35   36

 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
―Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə 
inkişafı üzrə Dövlət Proqramı‖. Bakı: 2008. 
2.
 
http://www.ifla.org/VII/s13/frbr/frbr.pdf (son hesabat) 
3.
 
http://www.dnb.de/eng/standardisierung/formate/mab.htm  (Almaniya  Milli  kitabxa-
nasının MAB veb səhifəsi, ingilis dilində) 
4.
 
http://www.loc.gov/marc/authority/ecadhome.html 
5.
 
http://www.loc.gov/marc/holdings/echdhome.html (fond məlumatları)  
6.
 
http://www.loc.gov/marc/classification/eccdhome.html (təsnifat məlumatları) 
7.
 
http://www.loc.gov/marc/community/eccihome.html  (cəmiyyət  haqqında  məlumat-
lar) 
 
 
 
 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 291 – 
 
Aygun Safarova 
 
THE PROBLEMS AND PROSPECTS OF USINGCOMMON STANDARD OF 
BIBLIOGRAPHICDESCRIPTION IN LIBRARIES IN AZERBAIJAN 
 
Summary 
The article primarily reflects the information on standard concept. Furthermore the ar-
ticle depicts  information on bibliographic description standards applied worldwide. Finally, 
the article gives  reflection on the problems and perspectives  of  the related to  application of 
integrated bibliographic description standards used in libraries of Azerbaijan Republic. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 292 - 
Sevda Həmid qızı Kərimova  
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, doktorant 
sevda.kerimova1@gmail.com 
 
 
BĠZNES MÜHĠTĠ VƏ ELEKTRON ĠNFORMASĠYA RESURSLARI 
 
Açar sözlər: Biznes, resurs, kitabxana, informasiya, iqtisadiyyat. 
 
Sahibkarlıq fəaliyyətində informasiya və biliklərdən istifadənin başlıca istiqaməti infor-
masiya  və  biliyin  resurs  mənbəyi  olduğu  informasiya  istehsalının  inkişaf  etdirilməsi,  müəs-
sisələrin  səmərəli  işləməsi  və  rəqabət  gücünü  artırması  üçün  bu  informasiya  və  biliklərdən 
istifadə olunmasıdır. Bəzən ictimai istehsalın müasir sistemini yeni elmi biliklərə, informasiya 
texnologiyalarına, informasiya xidmətləri və məhsullarına əsaslanan innovativ istehsal olaraq 
xarakterizə edirlər. 
Bu baxımdan, iqtisadi artımın informasiya tipinin yaranması və informasiya iqtisadiyya-
tının nəzəriyyəsi kimi inteqral elmi intizamın meydana gəlməsi haqqında sual yaranır. Müasir 
iqtisadiyyatın  strukturunda  informasiya  sektoru  mövcuddur  və  inkişaf  etməkdə  davam 
edir. İnformasiya  mülkiyyətinin  dəyəri  məlumatlardan  birbaşa  istifadə  yolu  ilə  əldə  edilə 
bilər.  Hər  hansı  müəssisə  məlumatlar  əsasında  gəlirlərin  artmasına  və  xərclərin  azalmasına 
yönəldilmiş bir sıra qərarlar qəbul edə bilər. 
Son  onilliklərdə  informasiya  iqtisadi  fəaliyyət  üçün  mühüm  resurs  rolunu  oynamışdır. 
Elektron  hesablama  maşınlarının  və  fərdi  kompüterlərin  istifadəsi  iqtisadiyyat  sahəsində  də 
münasibətlərin  və  texnoloji  əsasların  kökündən  yenilənməsinə  gətirib  çıxarmışdır.  Tələb  və 
təkliflə bağlı əminliyin artması onların inkişaf dinamikası üçün marketinq araşdırmaları nəti-
cəsində əldə edilmiş kommersiya məlumatlarına ehtiyac yaradır. Mühüm məlumatlar maliyyə, 
elmi – texniki və statistik xarakteli məlumatlar hesab olunur.  
Biznes  üçün  ən  böyük  risklərdən  biri  etibarlı  olmayan  məlumatların  əldə  edilməsidir. 
Belə məlumat mənbələrinə misal olaraq yanlış məlumatların yer aldığı və istehlakçını çaşdıra 
biləcək  əsassız  reklamları  qeyd  etmək  olar.  Digər  sahibkarlıq  subyektinin  itki  verməsinə 
səbəb ola bilən və ya onun işgüzar nüfuzuna zərər vura bilərək çaşqınlıq yarada bilən yalan, 
qeyri-dəqiq və  ya təhrif olunmuş məlumatların yayılması haqsız rəqabət hesab olunur. Ümu-
miyyətlə, reklamı təkliflərin verilməsinə dəvət kimi qəbul etmək daha düzgün olardı. Reklam 
- intellektual fəaliyyətin nəticəsidir və müəllif hüquqları obyektlərinə aiddir. 
Biznes  mühitin  öyrənilməsi  üçün  bazarının  vəziyyətini,  onun  inkişaf  perspektivlərini, 
tələb və təkliflərin dəyişməsi tendensiyalarını qiymətləndirməyə imkan verən ümumi statistik 
məlumatlardan  istifadə  olunur.  Bu  informasiya  mənbələri  sektoru  dövlət  statistikası,  iqtisadi 
proqnozlar, müxtəlif təşkilatların və ekspertlərin həyata keçirdikləri analitik tədqiqatlar, icti-
mai rəy sorğuları və sosioloji tədqiqatların nəticələrini əhatə edir. Hesabat-statistik xarakterli 
informasiyaların  Məlumat  bazaları  beynəlxalq  təşkilatlar  səviyyəsində  (məsələn,  Dünya 
Bankı), milli səviyyədə - dövlət statistika orqanları, gömrük orqanları, Ticarət və Sənaye Pa-
latası və elmi-tədqiqat institutları tərəfindən işlənib hazırlanır. Bu təşkilatların əksəriyyətinin 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 293 – 
 
lazımi  məlumatları  əldə  etmək  imkanını  təmin  edən  öz  elektron  informasiya  saytları  vardır. 
Lakin, bu məlumatların çoxu giriş üçün açıq deyildir və ödənişli əsaslarla həyata keçirilir. 
Hal-hazırda bazarda sahibkarlıq subyektinin məlumat bazasının formalaşmasının xarici 
mənbələri  ola  biləcək  və  onu  əhatə  edən  kommersiya  mühiti  barəsində  məlumat  mənbələri 
kimi çıxış edən müxtəlif tipli məlumat bazalarına rast gəlmək olar. Qeyri – orijinal, müəllifsiz 
mənşəli  məlumat  bazalarını  məqalə  və  materiallar  ―toplusu‖na  aid  etmək  olmaz,  onlar 
sənədlərin  (və  ya  faylların)  toplusunu  təqdim  edirlər  və  maddi  xarakterli  mübadilə  predmeti 
ola bilərlər [1, 141]. 
Biznes  üçün  müxtəlif  idarələrin  işgüzar  məlumatlarına  sadələşdirilmiş  girişin  mövcud 
olduğu  əsas  məlumat  strukturu  lazımdır. Aydın  görünür  ki,  iqtisadi  mühitin  ən  böyük  prob-
lemlərindən  biri  onun  subyektlərində  mövcud  olan  informasiya  qeyri-şəffaflığıdır.  İnforma-
siya axınının bolluğuna baxmayaraq, ölkədə mövcud olan ayrı-ayrı müəssisələr haqqında çox 
az etibarlı analitik informasiya mövcuddur. Bu cür informasiya vəziyyəti investisiya mühiti-
nin yaxşılaşdırılması üçün əlverişli deyil. Əlbəttə ki, informasiya ehtiyaclarının artdığı bir şə-
raitdə  informasiya  xidmətləri  bazarı  da  inkişaf  etməlidir.  Öz  növbəsində,  mövcud  problem-
lərin  uğurlu  həlli  potensial  informasiya  istifadəçiləri  ilə  münasibətlərin  formalaşdırılması 
üçün normal əsas yaradacaqdır.  
Rəqəmsal informasiya mühitində istifadəçilərə xidmət informasiya texnologiyaları, tele-
kommunikasiya vasitələri, informasiyanın yaradılması, mühafizəsi və yayılmasına yeni yanaş-
malar  vasitəsilə  həyata  keçirilir.  Elektron  resurslar  dedikdə  elektron  kataloqlar,  biblioqrafik 
məlumat  bazaları,  biblioqrafik  göstəricilər,  tammətnli  məlumat  bazaları,  kompakt  disklərdə 
olan elektron sənədlər və  elektron nəşrlər,  yəni,  çap sənədlərinin  rəqəmsal  surətləri başa dü-
şülür. Elektron informasiya mühitində istifadəçilərə xidmətin prioritetləri bunlardır: a) infor-
masiya resurslarının əldə edilməsinin texniki, proqram və texnoloji təminatı; b) informasiya-
nın  əldə  edilməsi  şərtlərinin  müəyyən  edilməsi;  c)  istifadəçilərə  xidmətin  səmərəliliyinin 
monitorinqinin həyata keçirilməsi [2, 18-19].  
Tədqiqatlar  göstərir  ki,  istifadəçilərə  təqdim  olunan  elektron  informasiya  resurslarının 
56  %-i  internet  resurslarının,  35  %-i  kitabxananın  daxili  resurslarının,  29  %-i  isə  məlumat 
bazalarının  payına  düşür.  Müxtəlif  yaş  qruplarına  daxil  olan  biznes  nümayəndələrinin  infor-
masiya tələbatlarını araşdırarkən məlum olur ki, 40 yaşa qədər olan istifadəçilər daha çox mü-
asir,  yeni elektron formada olan resurslara, 40-65  yaş  arası məlumat  istifadəçiləri isə əsasən 
çap formasında olan sənədlərə müraciət edirlər. İstifadəçilər daha çox elektron formada olan 
jurnal, qəzet və avtoreferatlardan istifadə edirlər. 
Elektron informasiya mühitində xidmətin texniki təminatı oxucu yerlərinin və avtomat-
laşdırılmış işçi yerlərinin sayı ilə təyin olunur. Elektron kataloqda oxucu tərəfindən seçilmiş 
sənədin biblioqrafik təsviri, təsviri kataloqda isə əlifba kataloqunun elektron surəti əks olunur. 
―EBSCO  HOST‖,  ―East  View‖,  ―Cambridge  Journals‖,  ―Emerald‖,  ―The  World  Bank‖, 
―Bowker‘s Global Books In Print‖, ―ProQuest‖ və s. kimi məlumat bazaları elektron kitabları, 
həmçinin,  elektron  elmi  jurnalların  və  qəzetlərin  icmal  siyahısını  təqdim  edir.  Bu  məlumat 
bazalarına  istifadəçilərin  maraq  səviyyəsini  araşdırarkən  məlum  olur  ki,  57  %  daim,  32  % 
bəzən,  8  %  çox  az,  3  %  isə  onlara  heç  bir  maraq  göstərmirlər.  Kitabxanalarda  istifadəçilərə 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 294 - 
sənədlərin elektron halda təqdim olunması xidməti, virtual məlumat xidməti, elektron kitabxa-
naçı xidməti mövcuddur. 
Resurslardan istifadənin  səmərəliliyinin monitorinqini aşağıdakı üsullarla həyata keçir-
mək olar: 
- Elektron resurslara olan müraciətlərin statistik analizi; 
- Yerli sosioloji tədqiqatlar; 
- Xidmət prosesində istifadəçilərlə münasibət. 
Məsələnin həlli yolları
Rəqəmsal informasiya mühitində istifadəçilərin elektron resurslardan daha səmərəli isti-
fadə edə bilməsi üçün aşağıdakı prioritet istiqamətləri qeyd etmək olar: 
-
 
İstifadəçilərin informasiya mədəniyyətinin yüksəldilməsi; 
-
 
İstifadəçilərin  kitabxananın  mövcud  resurs  və  xidmətləri  barəsində  məlumatlandırıl-
ması; 
-
 
Elektron kataloqun xidmət funksiyalarının artırılması; 
-
 
İstifadəçilərin elektron sənədlərə girişinin təmin edilməsi; 
-
 
Uzaqda olan istifadəçilərə məlumat biblioqrafiya xidmətinin göstərilməsi; 
-
 
Ümumi məlumat resurslarından korporativ istifadənin təmin edilməsi [3, 39]. 
Biznes mühitinin inkişafı üçün resursların inkişaf meyllərinə yekun vuraraq, aşağıdakı-
ları vurğulamaq lazımdır: 
-  Növbəti onillikdə  yalnız biznes məlumat istehsalçıları deyil, eyni  zamanda akademik 
nəşriyyatlar da öz elektron məhsullarının istehsalını genişləndirməyə çalışacaq. Bununla əla-
qədar  olaraq,  kitabxana  fondlarının  komplektləşdirilməsi  istər-istəməz  elektron  nəşrlər  vasi-
təsilə komplektləşdimə istiqamətində yönələcəkdir. Bu inkişaf edən professional məlumat ba-
zarının tələb etdiyi mühitdə yaşamaq üçün bir vasitə kimi çıxış edəcək. 
- Elektron mühit getdikcə daha çox elmi və biznes məlumatlarının ənənəvi formaların-
dan (kitablar, məqalələr, hesabatlar) uzaqlaşır. İnformasiya təminatçıları hər il istifadəçi ehti-
yaclarını daha  geniş  əhatə etmək və  gənc nəslin informasiya  tələbatlarını  ödəmək məqsədilə 
təklif olunan elektron resurslarının strukturunu çətinləşdirirlər. 
İnformasiya bazarınının  əsas seqmentləri və qanunauyğunluqları haqda  əldə edilən bi-
liklər kitabxanaçılara kitabxana fondlarının komplektləşdirilməsində edilə biləcək səhvlərdən 
uzaqlaşmağa və qarşıdan gələn onillik ərzində rəqəmsal mühitin yeni tələblərinə hazır olmağa 
kömək edəcək.  
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Долгополова,  Е.  Е.  Информационное  обеспечение  маркетинга:  теория  и  прак-
тика: научно-практическое пособие / Е.  Е. Долгополова. - Минск : Новое зна-
ние, 2010. - 141, [1] c. - (Профессионалам библиотечного дела). 
2.
 
Мытарев  Ф.Ю.  Информационные  ресурсы  как  предмет  бизнеса  //  ИнформА-
ционные Ресурсы России. – 2007. - №3. – с. 19. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 295 – 
 
3.
 
Allen  K.  Current  trends  affecting  providers  of  business  information  //  Business  In-
formation Review. – 2011. – 28(1). – P. 39. 
 
 
Sevda Karimova 
 
BUSINESS ENVIRONMENT AND ELECTRONIC 
INFORMATION RESOURCES 
 
Summary 
İn the article were analyzed the role of libraries and electronic information resources in 
the development of modern business. For this purpose, were investigated the service to users 
of digital information environment and were explored ways to solve existing problems.   
Keywords: Business, resource, library, information, economy. 
 
 
 
 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 296 - 
Günay Məmmədova 
AMEA Mərkəzi Elmi Kitabxana, mütəxəssis 
memmedovagunay0@gmail.com 
 
 
“VĠKĠPEDĠYA”- MÜASĠR, ELEKTRON ENSĠKLOPEDĠK 
BĠBLĠOQRAFĠYA VƏ ĠSTĠFADƏSĠNƏ DAĠR TƏKLĠFLƏR 
 
Açar sözlər: vikipediya, istifadəçi, elmi məqalə, elektron baza, oxucu. 
 
Elektron  məlumatlardan  istifadənin  gündən-günə  artması  hər  kəsə  aydındır.  Bu  məlu-
matlar müasir intellektual informasiya bazalarında cəmləşir. Belə bazalardan biri isə ―Vikipe-
diya‖dır.  ―Vikipediya‖  hər  kəs  üçün  açıq,  azad  elektron  ensiklopediyadır.  Yəni,  o  elə  bir 
ensiklopediyadır  ki,  hər  bir  kəs  onun  müəlliflərindən  biri  ola  bilər.  İlk  növbədə  vurğulamaq 
lazımdır ki, buradan bir çox elmi anlayış, terminologiya, ictimai məsələlərlə ilə bağlı məlumat 
əldə etmək mümkündür.  
Bu  bazanın  yaranması  tarixinə  baxdıqda  onun  vəzifəsi  daha  aydın  görmək  olur.  Hətta 
onun  yaranmasına  qədər  olan  proseslər  burada  böyük  əhəmiyyət  kəsb  edir.  Belə  ki, 
―Vikipediya‖, təsisçilərinin bu yöndə olan ilk layihəsi deyil. Onlar bu işə ―Nupedia‖ layihəsi 
ilə  başladılar.  Bu  layihəni  ―Vikipediya‖dan  fərqləndirən  əsas  cəhət  onun  ciddi  yoxlamalar 
tətbiq etməsi oldu. Belə ki, portala yerləşdirilmək üçün gələn hər bir məqalə xüsusi komissiya 
tərəfindən  uzunmüddəti  əhatə  edən  bir  intervalda  attestasiya  edilirdi.  Məhz  bu  səbəbdən 
fəaliyyət  göstərdiyi  4  il  ərzində  ―Nupedia‖da  cəmi  24  məqalə  yerləşdirildi.  Bu  isə  hazırkı 
―Vikipediya‖ ilə müqayisə edilə bilməyəcək dərəcədə az idi.  
Sonra isə təsisçilər portala daha tez və çox sayda məqalə toplamaq üçün bu yoxlamaları 
aradan  qaldırmağa  qərar  verdilər  və  ―Vikipediya‖nı  yaratdılar.  Bu  zaman  isə  yerləşdirilən 
məqalələrin etibarlılığı məsələsi ortaya çıxdı. Tapılan çıxış yolu isə məntiqli idi: yeni portalda 
yerləşdiriləcək məqalələr yalnız ciddi yoxlamalardan keçmiş və tam etibarlı mənbələr əsasın-
da mülahizəsiz (obyektiv) olaraq formalaşdırılmalı idi. Yəni, bir baxımdan bura yeni məqalə-
lər və orjinal işlər üçün deyil, öz təsdiqini tapmış yazıların ümumiləşdirilmiş şəkildə yerləşdi-
rildiyi  bir məlumat  bazası  idi. Göründüyü kimi  ―Vikipediya‖ oxucularla elmi  məqalələr, eti-
barlı yazılar arasında vasitəçilik göstərən intellektual bazadır, bir baxımdan biblioqrafiyadır.  
Yuxarıda  göstərilənlər  bu  məsələnin  elmi  aspektidir.  Digər  tərəfdən  isə  ―Vikipediya‖ 
çox güclü bir təbliğat vasitəsidir. Qan yaddaşımızın, Azərbaycan reallıqlarının dünyaya tanı-
dılmasında  bu  platforma  əvəzolunmaz  üstünlüklərə  malikdir.  Həmçinin  ―Vikipediya‖nın  da 
tərkibində olduğu ―Vikimedia‖ layihəsinin digər proyektlərində Azərbaycanın turizm imkan-
larının  da  nümayişi  mümkündür.  Belə  olan  zaman  Azərbaycanın  istirahət  zonaları,  gəzməli-
görməli yerləri hər hansı xarici özəl turizm şirkətinin təhrifinə yol vermədən bu layihələr vasi-
təsi  ilə  birbaşa  müştəriyə  göstərilə  bilər.  Bu  təbliğatın  effektivliyi  isə  ―Vikipediya‖da  Azər-
baycan dilindəki və Azərbaycanla bağlı xarici dillərdəki məlumatların zənginliyindən asılıdır.  
 Hər bir dildə əlçatan olan məlumatların həcmi ―Vikipediya‖ iştirakçılarının fəallığından 
asılıdır. Qeyd edək ki, Azərbaycan dilindəki ―Vikipediya‖nın yaranmasından, yəni 2004-cü il-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 297 – 
 
dən  2016-cı  ilin  fevral  ayının  sonuna  qədər  bu  platformada  103  mindən  çox  məqalə 
yaradılmışdır. İlk baxışda bu rəqəm yüksək görünə bilər amma qonşu dövlətlərlə olan müqa-
yisə mövcud vəziyyətlə bağlı daha düzgün məlumat verir.  
Aşağıdakı diaqramda bunu açıq bir şəkildə görmək mümkündür.   
 
 
 
Mənbə: Vikipediya 
Qeyd: Göstəricilər 2016-cı il fevral ayının sonu üçündür. 
 
Göründüyü  kimi  Azərbaycan  dilində  olan  məqalələr  region  üzrə  yalnız  Gürcü  dilində 
olan məqalələrlə eyni saydadır, digərlərindən isə azdır.  
Bəs bunun səbəbi nədir? İlk arqument kimi bu sahəyə olan marağın azlığı səsləndirilir. 
Bu amil nəticədə bir qədər rol oynasa da, həlledici faktor deyildir. Çünki, hazırda Azərbaycan 
dilində  olan  ―Vikipediya‖da  qeydiyyatdan  keçmiş  istifadəçilərin  sayı  məqalələrin  sayından 
çoxdur. Bu onu deməyə imkan verir ki, qeydiyyatdan keçən hər bir istifadəçi məqalə yaratmır 
və ya yarada bilmir.  
Sonuncu hal daha real görünür. Belə ki, bu portalda məqalə yerləşdirmək ilk başlayanlar 
üçün  o  qədər  də  asan  olmur.  Çünki,  ―Vikipediya‖da  yerləşdiriləcək  məlumatlar  xüsusi 
tələblərə  cavab  verməlidir.  Əks  halda  istifadəçi  öz  məqaləsini  yerləşdirməyi  bacarsa  belə, 
digər peşəkar idarəçilər tərəfindən bu məqalə silinəcəkdir. Bu isə yeni iştirakçını ruhdan salır 
və əksər hallarda istifadəçi ikinci dəfə cəhd etmir.  
Həmçinin  bu  portalda  məqalə  yerləşdirmə  zamanı  iki  cür  redaktə  üsulundan  istifadə 
edilir:  ―əsas‖  və  ―vizual‖  redaktə.  Bunlardan  ilkinin  istifadəçiyə  verdiyi  imkanlar  çox  geniş 
olsa da həm öyrənilməsi, həm də bu redaktor vasitəsi ilə məqalə tərtib edilməsi çox vaxt tələb 
edir.  Digəri  (―vizual  redaktə‖)  isə  istifadə  baxımında  çox  rahat  və  öyrənilməsi  isə  asandır. 
Adətən, ―Vikipediya‖ya daxil olan yeni istifadəçi ―əsas redaktə‖yə daxil olmağa istiqamətlən-
dirilir ki, bu da bir az əvvəl qeyd etdiyimiz problemləri yaradır və istifadəçilərin çox azı sona 
qədər öyrənməyə can atır, əksəriyyəti isə  çətinliklərlə qarşılaşır və bu portaldakı fəaliyyətini 
dayandırır. 
Bu  vəziyyətdən  çıxış  yolu  isə  maarifləndirmə  tədbirlərinin  təşkili  ola  bilər.  Xüsusilə, 
elm  ocaqlarında  həyata  keçiriləcək  təlimlər  öz  sahəsində  ixtisaslaşmış  şəxslərin  bu  bazada 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 298 - 
keyfiyyətli məqalələr yaratmasına qapı açar. Növbəti mərhələ olaraq isə ali təhsil müəssisələ-
rində bunun təşkili, geniş bir kütləni ―Vikipediya‖nın zənginləşdirməsinə cəlb edər. Nəticədə 
isə oxucular maraqlandıqları mövzu ilə bağlı ilkin məlumatı və onlara yararlı olacaq mənbə-
ləri bu portal vasitəsi ilə tez bir zamanda və əlavə vəsait xərcləmədən əldə edə bilərlər.  
 
 
 
Gunay Mammadova 
 
“WIKIPEDIA” – MODERN, ELECTRONIC AND ENCYCLOPEDIC 
BIBLIOGRAPHY: PROBLEMS AND OFFERS 
 
Summary 
“Wikipedia” is one of the most important and famous information platform. This portal 
is a mediator between readers and articles or books. Also “Wikipedia” is a powerful tool of 
publicity and it gives the opportunity to show Azerbaijan`s bloody memories and realities to 
the world. But there are some problems with using this portal in Azerbaijan. The main reason 
is the pure awareness and software difficulties. To overcome these barriers in the article sug-
gested organizing the training at science centers and higher education units. It is the author 
believe that the measures will solve the problems, and will create new possibilities for readers 
to get information and source by easier, quicker and cheaper way. 
Keywords: Wikipedia, information base, reader, article. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 299 – 
 
Sevil Çaparxan qızı Əliyeva  
AMEA Mərkəzi Elmi Kitabxana, mütəxəssis 
sevil30@rambler.ru 
 
 
DÜNYA VƏ AZƏRBAYCAN ƏDƏBĠYYATINDA  
MULTĠKULTURAL DƏYƏRLƏR 
 
Açar sözlər: multicultural dəyər, tolerantlıq, insan hüquqları, ədəbi incilər, cəmiyyət. 
 
XX əsrin 60-cı illərindən başlayaraq Avropa ölkələrində imperiyaların dağılması, tədri-
cən  milli  dövlətlərin  yaranması  və  ənənəvi  geopolitik  sərhədlərin  silinməsi  qlobal  kütləvi 
miqrasiyanın  və  çoxmillətli  cəmiyyətlərin  yaranmasına  gətirib  çıxardı.  Və  bu  problematika 
―postkolonial‖  nəzəriyyəni  öyrənən  nümayəndələrin,  ilk  növbədə  Böyük  Britaniya  və  ABŞ 
universitetlərinin  maraq  dairəsinə  daxil  oldu.  ―Postkolonial‖  proseslərlə  paralel  insanlarda 
məkanın tarixi və tarixin məkanı haqqında və hakimiyyət, dil, identiklik haqqında təsəvvürlər 
dəyişdi.  Dünya  ictimaiyyəti  postkolonial  əlaqələri  mədəniyyətlə  bağlı  olub,  qərbin  öz  iden-
tikliyini klassik  sənət  nümunələrinə, oturuşmuş  adətlərə  tətbiq etməyə  başladı. ―Postkolonial 
nəzəriyyə‖ istiqamət olaraq metodun sərhədlərindən kənara çıxır, miqrasiyanı əsas amil kimi 
götürür və multikultural bədii aləmin formalaşmasında millətlərin ideyası, milli mənsubiyyət 
hissini  götürürdü.  Bu  baxımdan  miqrasiyaya  coğrafi  yerdəyişmə  kimi  deyil,  psixoloji  və 
mədəni  aspektlərdən  baxmaq  daha  labüd  sayılırdı.  Miqrantlar  ictimai  və  şəxsi  həyatda  yeni 
identiklik yaradır, öz ideologiyalarını yerləşdiyi məkana islah edirlər. Bu baxımdan mühacir 
yazıçıların  ədəbiyyatda  yerini  ―aralıq  məkanı‖  adlandırmaq  olar.  Bu  proses  onları  hər  iki 
dünyanın siması edir, lakin ayrı-ayrılıqda tam olaraq heç bir aləmə aid olmurlar.  
Mühacir yazıçılar öz inteqrasiyalarını yeni varlıq kimi qəbul edir və özlərini cəmiyyətin 
mədəni  təbəqəsində  görürlər.  Bu  baxımdan  bu  yazıçılar  mədəni  təbəqəyə  gedən  yolu 
öyrənməyə çalışır. Bu axtarış da onları inteqrasiya olduqları məkanın milliyyətinə çevrilməsi 
ilə paralel gedir. Multikutural aləmdə mühacir yazıçılar yeni uyğunlaşmanı öz yaradıcılığında 
canlandırmağa çalışırlar. Belə  yazıçılar çox vaxt  metropoliyalara  gec uyğunlaşır, hər zaman 
tərk edilmiş vətənini təsvir edir. Emosional tərəddüd, yad dildə yazmaq məcburiyyəti mühacir 
yazıçıları metaforalardan istifadə etməyə sövq edir. Multikultural ədəbiyyatın müəllifləri ikili, 
aralıq,  hibrid  identikliyi  ilə  ―Mənsubluq-qeyri  mənsubluq‖,  ―yaxınlıq-qeyri  yaxınlıq‖  kimi 
binar ikliyi əks etdirirlər. ABŞ, Böyük Britaniya və bir çox Avropa dövlətlərində multikultu-
ralizm  unikal,  çoxmillətli  cəmiyyəti  olan  ölkələrdə  yaranan  tarixi  prosesin  nəticəsi,  bir  çox 
xalqların siyasi korrektlilik kodeksi və mədəni, etik tələbatların uyğunluğu şəraitində yaranan 
mədəniyyət, hər hansı bir ölkənin yarı etnik konteksti kimi mənaları daşıyır. Dünya ədəbiyya-
tına multikultural kontekstdə öz töhfələrini verən yazıçılara əfqan əsilli Amerika yazıçısı Xa-
lid Hüseyni, hind əsilli ingilis yazıçısı Salman Rüşdi, o cümlədən Vidiadxar Naypol, nigeriya 
əsilli  ingilis  yazıçısı  Bencamin  Okri,  çin  əsilli  Britaniya  yazıçısı  Timati  Mo,  yapon  əsilli 
Britaniya yazıçısı Kadzuo İsiquro və digərlərini nümunə göstərmək yerinə düşərdi. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 300 - 
K.İsiquronun bir çox romanları  yüksək mükafata layiq görülmüşdür. Yapon əsilli olan 
yazıçı öz əsərlərində Yapon, Çin, Böyük Britaniya reallıqlarını əks etdirir. Bu əsərlərdə yazıçı 
müxtəlif mövzulara toxunaraq fərqli bədii stillərdən istifadə edir. Lakin onları ümumiləşdirən 
bir  faktor  var  ki,  o,  insan  iztirablarından,  bəzən  qəhrəmanların  həyatına  faciəvilik  gətirən, 
daxillərində gizlənən, yalnız onlara məlum olan və hətta özlərinə belə etiraf etməkdən qorxan 
böyük insan axınından bəhs olunur. Məşhur amerika tənqidçisi H.Bhabanın təbirincə, miqrant 
yazıçılar  iki  dünyaya  məxsus  olduqları  halda  heç  birinə  uyğunlaşmırlar.  Bu  yazıçıların 
əsərlərində binar qarşıdurması üzə çıxır. K.İsiquronun ―Biz yetim olarkən‖ romanı isə sanki 
bir  konseptin  -  ―vətən‖  konseptinin  üstündə  strukturlaşır.  Əsas  məntiqə  görə  qəhrəman 
yapondur,  hansısa  ingilis  şirkətində  çalışır.  Qəhrəmanın  uşaqlığı  Çində,  Şanxayda  keçir. 
Qəhrəman böyüdükcə qarşısında sanki əsaslı olaraq yeganə məqsəd qoyur – oxuyub, yüksək 
səviyyəli  xəfiyyə  olub  Şanxaya  qayıtmaq  və  valideynlərinin  başlarına  gələnləri  araşdırmaq. 
Yəni əsərdə ―vətən‖ konsepti İsiquro tərəfindən ikili-binar oppozisiya kimi göstərilir. 
  Bu  baxımdan  dünya  şöhrətli  əfqan  yazıçısı  Xalid  Hüseynin  ―Çərpələng  ovçusu‖ 
romanı da əfqan və Amerika həyatının qarşılıqlı təzadlarını göstərməkdə rekord sayda oxucu 
taparaq  müasir  dünya  ədəbiyyatının  ən  gözəl  nümunələrindən  birinə  çevrilib.  Əsərin  əsas 
qəhrəmanı  Əmir  və  Həsəndir.  Bu  iki  yeniyetmə  bir  şəhərdə,  Kabildə  doğulub-böyümüş  süd 
qardaşlardır. Eyni evdə böyüyüb bir ananın südünü paylaşmalarına rəğmən Əmir və Həsənin 
uşaq dünyasında dərin bir uçurum  var. Əmir  yüksək tutulan puştun qəbiləsindən, Həsən isə 
həmişə təhqir olunan Xəzər qəbiləsinin nümayəndəsidir. Bu etnik ayrıseçkilik Xalid Hüseyni 
düşündürən, əfqanların məhvinə səbəb olan bəladır. Yazıçı ürək ağrısı ilə bu etnik ayrılmanın 
əfqan xalqının başına gətirdiyi faciələri təsvir edir. 
  Eyni  motivlər  Hindidstanda  anadan  olan,  Pakistanda  böyüyən,  İngiltərədə  yaşamını 
davam  etdirən  Salman  Rüşdinin  də  əsərlərində  özünü  göstərməkdədir.  Yazıçının  ―Təlxək 
Şalimar‖,  ―Gecəyarısı  uşaqları‖,  ―Harun  və  tarix  dənizi‖  və  digər  əsərlərində  əsasən  sevgi, 
dünyəvi elmlərin tərənnümü, vahid Hindistanın var olması kimi motivlər xüsusi nəzərə çarpır. 
  Nəticə olaraq bildirməliyik ki, dünya ədəbiyyatında multikultural yazıçıların əsərlərin-
də əsas problem Şərq-Qərb qarşıdurması, ideya isə milli, dini ayrı-seçkiliyə son qoymaq, insa-
ni birliyə çağırış əsas meyar kimi təcəssüm olunur. Bununla bərabər, üçüncü məkanın nüma-
yəndələri  olan  multimədəni  yazıçıların  itirilmiş  vətəni,  daima  onu  şüuraltı  müşayiət  edən 
vətən  ağrısı  və  həmin  yazarın  stilini  formalaşdıran,  onun  mətnlərinə  polifonik  intonasiya 
verən yeni ədəbiyyatdır. 
Son dövrlərdə, bir çox Avropa ölkələrinin (Almaniya, Fransa, Böyük Britaniya) multi-
kulturalizm  siyasətinin  iflasa uğradığı  bir vaxtda Azərbaycan Respublikası  multikulturalizmi 
dövlət  siyasətinin  əsas  istiqamətlərindən  birinə  çevrilmişdir.  Çünki,  bu  ifadə  dilimizdə  yeni 
yaransa da, onun ənənələri əsrlər boyu mövcud olub. Məhz Azərbaycanın mədəniyyətlər qov-
şağında yerləşməsi dini azadfikirliyin və tolerantlığın olmasına zəmin yaratmışdı. Azərbaycan 
olduqca unikal bir mədəniyyətə malikdir.  Bu torpaqda  əsrlər boyu dünyanın  müxtəlif mədə-
niyyət  sistemlərinin  təbii,  tarixi  inteqrasiyası  baş  vermiş,  əzəldən  dünya  sivilizasiyasını  for-
malaşdıran  mədəniyyətlər  qovuşmuş,  bunun  sayəsində  də  müxtəlif  inkişaf  modelləri  yaran-
mışdır. Bu baxımdan multikulturalizm dəyərlərini ədəbi-bədii aspektdə araşdırmaq maraqlıdır 
və  bunu  milli-mədəni  irsimizin  ilk  məşhur  nümunəsi,  ən  qədim  yazılı  olan  ―Kitabi  –  Dədə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 301 – 
 
Qorqud‖ dastanında aydın görürük. Dastanın ―Qanlı Qoca oğlu Qanturalı‖ boyunda qəhrəman 
evlənmək üçün Trabzonun xristian başçısının qızı - sarı donlu Selcan xatunu seçir. Oğuz bəy-
ləri üçün bu dini mənsubiyyət heç bir mənada mənfi qarşılanmır. Dastan boyu Selcan xatuna 
dini baxımdan heç bir ögeylik nümayiş etdirilmir. Əksinə, onun müsəlman olan sevgilisi Qan-
turalı  ilə  təkur  döyuşçülərini  dəf  etməsi  kimi  qəhrəmanlığın  təsvirində  şəxsinə  mərhəm  bir 
münasibət ifadə olunur. Selcan obrazı timsalında ailə namusu, qəbilənin şərəfi, mənəvi-əxlaqi 
təmizlik və qəhrəmanlıq nümunəsi sərgilənir.  
Multikultural dəyərlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin də ya-
radıcılığında  müstəsna  yer  tutur.  Nizami  Gəncəvi  öz  dövrünün  elmlərini  mükəmməl  öyrən-
miş,  həmçinin  qədim  yunan  tarix  və  fəlsəfəsini  dərindən  mənimsəmişdir.  Onun  beşlik  olan 
―Xəmsə‖sində  multikulturalizm  ideyaları  özünü  xüsusilə  göstərməkdədir.  Şair  ―Sirlər  xəzi-
nəsi‖  poemasında  hökmdarlara  ağıllı,  tədbirli,  ədalətli  olmağın  yolunu  ilahi  təlimatlara  əməl 
etməkdə görür. Poemada Məhəmməd peyəmbərin tərifi ilə yanaşı İsa Məsihi də xatırladır: 
 
Hər kəs ki, İsa kimi duyub, sevib insanı 
İnsafı sayəsində tutub cümlə cahanı. [3, 120]  
 
―Yeddi  gözəl‖ poemasında isə çoxmədəniyyətli  mühitin həyati bir mənzərəsi  canlanır. 
Müəllif  fərqli  milli-mənəvi  dəyərləri  özündə  daşıyan  qadın  tiplərini  –  hind,  rum,  slavyan, 
Məqrib,  Xarəzm,  Çin,  türk  qadınlarını  hökmdar  Bəhramın  ətrafında  toplayır.  Və  oxucusuna 
Bəhramın multikultural mühitdən keçərək bir şəxsiyyət kimi kamilləşməsi prosesini çatdırır.  
Multikulturalizm  ideyaları  dahi  şairimiz  Məhəmməd  Füzulinin  ―Leyli  və  Məcnun‖ 
poemasında da öz izini büruzə etdirir. Şair Qeysin doğulması təsvirində onun İsa kimi kamil, 
gözəl olmasını vurğulayır:  
 
Əlqissə, ədəmdən oldu peyda 
Bir tifli-müzəkkərü müzəkka. 
Xurşid kimi kəmalə qabil, 
İsa kimi tifillikdə kamil. [1, 278] 
 
Azərbaycan  multikulturalizm  ideyaları  Rusiya  işğalına  düçar  olduğu  zamanlarda  da 
mütəfəkkirlərimizin  yaradıcılığında  bariz  nümunələr  nümayiş  etdirmişdir.  Hüseyn  Cavidin 
―Şeyx  Sənan‖  əsərində  mütərəqqi  müsəlman  gənci,  icma  lideri  sevdiyi  gürcü  qızı  Xumarla 
evlənmək  üçün  xristian  din  xadimlərinin  onu  alçaltması  müqabilində  tolerantlığa  söykənən 
addımlar atır və çox mədəniyyətliliyin əsrarəngiz bir nümunəsini nümayiş etdirir.  
Həmçinin  gündəmin  mübahisəli  əsərlərindən  olan  ―Əli  və  Nino‖  romanında  da  Azər-
baycanda yaranan multikultural bir mühirin təsvirləri sərgilənir. Əsərdə müsəlmanların heç də 
hamısının  İslam  dininə  etiqad  etməməsinin,  Bakı  milyonçusu  Ağa  Musa  Nağıyevin  Bəhai 
dinini qəbul etməsinin, bununla bağlı tərəfdaşlarının ona tolerant münasibətinin şahidi oluruq. 
O cümlədən əsərdə müsəlman oğlu Əli ilə gürcü qızı Ninonun sevgi macərası, bu iki xalq nü-
mayəndələrinin qarşılıqlı dini etiqadlarına, milli-mənəvi dəyərlərə üstünlük vermələri, onların 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 302 - 
birliyi,  problemlərə  tolerant  yanaşmaları  nəticəsində  Azərbaycan  Cümhuriyyətinin  inkişafı 
uğrunda əzmkarlıqları xüsusi diqqətə çatdırılır. 
Dünya  və  Azərbaycan  ədəbiyyatında  multikulturalizm  dəyərlərini  müzakirə  etməkdə 
məqsəd bu anlayışa olan fərqli cəhətləri üzə çıxarmaqdır. Təhlil nəticəsində aydın oldu ki, bir 
çox  Avropa  ölkələrində  milli-adət-ənənələrin  qorunması  məsələsi  əsasən  insan  hüquqları 
kontekstində  həll  olunur.  Qeyd  etməliyik  ki,  XXI  əsrin  əvvəllərində  bir  çox  Qərb  dövlətləri 
multikulturalizm siyasətinin iflasa uğradığını bildirmiş, entik-mədəni müxtəlifliklərin tənzim-
lənməsində  ciddi  problemlərlə  üzləşdiklərini  bildirmişlər.  Qərb  dövlətlərinin  mövqelərini 
Böyük Britaniyanın baş naziri David Kameron 5 fevral 2011-ci ildə 47-ci Münxen Təhlükə-
sizlik  Konfransındakı  çıxışında  bildirib  ki,  ―"Dövlət multikulturalizmi" doktrinası müxtəlif 
mədəniyyətləri öz  adət-ənənələri  ilə  yaşamalarına  dəstək  verməklə  cəmiyyətdə  inteqrasiya 
proseslərinin qarşısını alır. Bunun nəticəsində müxtəlif icmalar, xüsusilə də, müsəlman icması 
cəmiyyətdəki  liberal  dəyərləri  inkar  edərək  demokratik  cəmiyyətin  dəyərlərinə  zidd  olan 
dəyərləri təbliğ edirlər.  Bu isə, dini ekstremizmin baş qaldırması  üçün şərait  yaradır‖ [4, 3]. 
Lakin Azərbaycan dövləti multikulturalizm siyasətinin əsas qayəsinə etnik, dini, irqi, mədəni 
mənsubiyyətindən  asılı  olmayaraq  bütün  xalqların,  etnik  qrupların  mili-mənəvi  dəyərlərinin 
qorunması aspektindən yanaşır. Qeyd etməliyik ki, David Kameronun fikrinin təkzibi olaraq 
Azərbaycan Respublikasının müdrik şəxsiyyəti Heydr Əliyev bildirmişdir ki, ―Dövlət, ölkə nə 
qədər  çox  xalqı  birləşdirsə,  bir  o  qədər  zəngin  olur,  çünki  onların  hər  biri  ümumdünya 
mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir‖ [5]. 
Elə buna əsasən etnik birliklərin dili, tarixi, ədəbiyyatı öz-özlüyündə öyrənilməli, onlar 
ölkə daxilində özlərini yad hiss etməməlidirlər. Bu gün Azərbaycan dövlətinin əsas hədəflə-
rindən biri də budur. 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin