ƏDƏBĠYYAT
1.
Abdullayev A. Sadiq İ. Azəırbaycanda nəşriyyat tarixi. Bakı, Gənclik, 2015, s.10
2.
Abdullayev A. Sadiq İ. Azəırbaycanda nəşriyyat tarixi. Bakı, Gənclik, 2015, s.115.
3.
Kərimov K. Ön söz. Nizamiş xəmsə. Miniatürlər. Bakı, ―Yazıçı‖, 1983, s.5
4.
Керимов К.Д. Азербайджанские миниатюры Баку, 1980, с.9 и 11
5.
Salamzadə Ə. Kərimov K.-nin tədqiqatlarında ikonoqrafiya problemi: Azəırbaycan
miniatürləri:ənənə və müasirlik. Bakı, ―Təknur‖, 2011, s.5
6.
Salamzadə Ə. Kərimov K.-nin tədqiqatlarında ikonoqrafiya problemi: Azəırbaycan
miniatürləri:ənənə və müasirlik. Bakı, ―Təknur‖, 2011, s.6
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 224 -
Анар Сафарли
РОЛЬ КНИГИ В РАЗВИТИИ ИСКУССТВА
МИНИАТЮРЫ В АЗЕРБАЙДЖАН
Резюме
Азербайджан – одна из древнейших стран, которой удалось соединить воедино и
довести до уровня совершенства материальную и духовную культуры. Одна из основ-
ных функций культуры и литературы заключается в обогащении нравственности че-
ловечества и формировании художественного мышления у человека. Азербайджанский
народ подарил мировой цивилизации множество культурных шедевров, бесценных па-
мятников архитектуры и искусства. Изобразительное искусство в Азербайджане в
прошлом находило свое выражение в искусстве миниатюры. «Первое и общее значение
произведений искусства – отражение интересных для человека моментов реальной
жизни. В средние века в Азербайджане, в эпоху господства исламских религиозных ка-
нонов, в различных видах изобразительного искусства (живопись и т.д.) существовали
прекрасные традиции в изображении человеческого образа. Искусство миниатюры
составляет интереснейшую и богатейшую страницу многовековой истории искусства
народов мусульманского Востока.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 225 –
Aytən Qəzənfər qızı Hüseynova
AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu,
baş mütəxəssi, dissertant
aytan-aliyeva@rambler.ru
MĠR CƏLALIN ƏSƏRLƏRĠNĠN AKADEMĠK VƏ KÜTLƏVĠ NƏġRLƏRĠ
Açar sözlər: romanlar, hekayələr, xarici dillərdə, nəşr məsələsi.
Azərbaycan ədəbiyyatının bünövrəsini qoyan tanınmış ədiblər nəslinə mənsub Mir Cəlal
istedadlı insan olduğu kimi, əsərləri də sanballığına, öz rəngarəngliyinə, janr müxtəlifliyinə,
mövzu zənginliyinə, ana dilimizindən məharətlə istifadə bacarığına, özünəməxsus üslubuna
və bədii forma imkanlarına görə uca zirvədə dayanır .
Ədib 1935-ci ildə ―Dirilən adam‖, 1939-cu ildə ―Bir gəncin manifesti‖, ―1941-ci ildə
―Açıq kitab‖, 1948-1950- ci ildə ―Təzə şəhər‖, 1946-1952- ci ildə ― Yaşıdlarım‖, 1952-1957-
ci ildə ―Yolumuz hayanadır‖ kimi romanlarını qələmə almışdır.
Mir Cəlal qələminin məhsulu olan əsərləri dünyanın bir çox dillərində çapdan çıxmışdır.
1938 -ci ildə Əziz Şərifin redaktorluğu ilə ―Dirilən adam‖ romanı rus dilində Bakıda Azərnəşr
nəşriyyatında 213 səhifə həcmində nəşr olunub. 510 ədəd sifarişli və 10.000 tirajlı kitabın
bədii redaktoru Q. Aqasovdur. Karton cildli kitabın poliqrafik ölçüsü 12x17 sm. Kitab
illüstrasiyalıdır ancaq rəssamın adı qeyd olunmayıb. Romanı rus dilinə tərcümə edən Həmidə
Məmmədquluzadədir. Kitabın üz qabığında at üstündə oturan oğlanların əlində bayraq tutması
xalqın gələcəyinin uğurlu olmasına rəmzi mənada işarədir. Kitabın sonunda İzahat adlı
bölmədə oxucu üçün azərbaycan sözlərinin izahı verilib.
Nurəddin Babayev adlı oxucu ―Dirilən adam‖ romanı haqqında yazır: Ədibin ilk böyük
əsəri "Dirilən adam" rus dilinə tərcümə olunub bütün ölkələrə yayılanda bir pioner qız Uzaq
Şərqdən yazırdı: "Möhtərəm yazıçı, mən sizi görməmişəm. "Dirilən adam"dakı hadisələrin
dolğun və real təsvirindən belə bir nəticə çıxarıram ki, siz dünya görmüş, saçı-saqqalı ağarmış
qocaman bir adamsınız (o zaman Mir Cəlalın heç 30 yaşı yox idi) [2,3]
1940-ci ildə Mir Cəlalın ―Seçilmiş hekayələri‖ kitabı rus dilində Bakıda Azərnəşr
nəşriyyatında 328 səhifə həcmində nəşr edilib. Romanı rus dilinə tərcümə edən Ə. Şərif,
rəssamı isə E. Vvovenokdur. 105 ədəd sifarişli, 8.000 nüsxə tirajla çap edilib. Paleoqrafik
ölçüsü 11x15 sm., kitabın üz qabığı isə nazik cildlidir. Kitabda 28 hekayə nəşr olunub.
Hekayələrdən “Bostan oğrusu‖, ―Ana‖, ―Badam xala‖, ― Nanənin oğlu‖, ―Səadət xala‖,
―Kərpic məsələsi‖, ―Göz‖, ― Ayaz‖, ―Mirzə‖, ―Sara‖, ― Mərkəz adamı‖, ―Həkim Cinayətov‖,
―Pərzad‖, ―İlk günlər‖, ―Oğul‖ və s. misal göstərmək olar.
1946-cı ildə ―Bir gəncin manifesti‖ romanı rus dilində ilk dəfə Moskvada Sovet yazıçısı
nəşriyyatında 196 səhifə həcmində nəşr edilib. Petra Sletovun redaktorluğu ilə nəşr olunan
romanı rus dilinə Əziz Şərif tərcümə edib. 11x17 sm. və nazik cildli kitabın rəssamı Q.
Fişerdir. 254 ədəd sifarişli kitab 15.000 nüsxə tirajla çap edilib.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 226 -
1954-cü ildə ―Hekayələr‖ kitabı rus dilində Moskvada Pravda nəşriyyatında 212 səhifə
həcmində nəşr edilib. A. Surkovun redaktorluğu ilə çap olunan kitab 1246 ədəd sifarişlə,
150.000 nüsxə tirajla və 13x17 sm. ölçüsündə çap olunub. Nazik cildli kitabın üstündə ədibin
şəkli verilib. Kitaba daxil olan hekayələri Əziz Şərif tərcümə edib. Kitabın ―Oqonyok‖
kitabxanasında 19 nömrə altında yerləşdirildiyi qeyd olunub. Kitabın titul səhifəsində müəllif
haqqında məqalə verilib. Kitaba ―Ayaz‖, ― Qaymaq‖, ―Həbibin arzusu‖, ― İlhamın anası‖,
―Kimya tələsir‖, ―Tamaşa‖ hekayələri daxildir
1954-cü ildə ―Bir gəncin manifesti‖ romanının rus dilində ikinci nəşri Bakıda Uşaq-
gəncnəşr nəşriyyatında 212 səhifə həcmində nəşr olunub. Romanı rus dilinə tərcümə edən
Əziz Şərif, redaktoru isə A. D. Deevdir. 313 ədəd sifarişli, 15.000 nüsxə tirajla çap olunan
kitabın paleoqrafik ölçüsü 13x20 sm. Qalın karton cildli kitabın üstündə bayraq rəsmi verilib.
1957-ci ildə ―Bir gəncin manifesti‖ romanının rus dilində üçüncü nəşri Moskvada
Detqiz nəşriyyatında 198 səhifə həcmində nəşr edilib. Romanı rus dilinə tərcümə edən Əziz
Şərif, Məsul redaktoru N. M. Alembekova, bədii redaktoru B. A. Dexterev, rəssamı isə B.
Mespropyanadır. Qalın karton cildli kitab illüstrasiyalıdır. 25 ədəd sifarişlə və 30.000 nüsxə
tirajla çap olunan kitabın ölçüsü 13x21 sm
1966- cı ildə ―Yolumuz hayanadır?‖ romanı və ‖ Dünən və bu gün‖ başlığı ilə hekayə-
ləri rus dilində Moskvada Sovet yazıçısı nəşriyyatında 411 səhifə həcmində nəşr edilib. Kita-
bın redaktoru N. M. Andrievskaya, rəssamı isə V. A. Qavrilovadır. 962 ədəd sifarişlə, 30.000
nüsxə tirajla çap edilib. Qalın karton cidli kitabın paleoqrafik ölçüsü 14x20 sm. Yolumuz ha-
yanadır romanının mətnini V. Vasilevski, romandakı şeiləri isə P. Pançenko tərcümə edib.
Kitabdakı 22 hekayəni V. Vasilevski; ―Utancaq Faiq‖, ―Dəhşətli intiqam‖, ―Xəzinədar‖
hekayələrini Elxan İbrahimov; ―Qonşular‖ hekayələrini S. Solojenki tərcümə edib. Kitabın
titul səhifəsində müəllifin şəkli verilib. Kitabda Mir Cəlal və roman haqqında qısa xülasə
verilib.
1979- cu ildə ―Yolumuz hayanadır?‖ adlı kitab Moskvada Sovet yazıçısı nəşriyyatında
rus dilində 448 səhifə həcmində nəşr edilib. Kitabda ― Yolumuz hayanadır?‖ romanı və ―Bir
gəncin manifesti‖ povesti dərc olunub. ―Yolumuz hayanadır?‖ romanının mətnini V. Vasi-
levski, romanın şeirlərini isə P. Pançenko tərcümə edib. ―Bir gəncin manifesti‖ povestini Əziz
Şərif tərcümə edib. Kitabın redaktoru S. U. Əliyeva, rəssamı S. A. Sokolovdur. 728 ədəd sifa-
rişlə 100.000 tirajla çap olunan qalın karton cildli kitab 15x22 sm. ölçüsündədir və illüstrasi-
yalıdır. Kitabın üz cildində Sabirin rəsmi və rəsmin arxa fonunda evlərin rəsmi verilib
Kitab haqqında qısa məlumat verilib: Hər iki əsərində yazıçı azərbaycan xalqının mənə-
vi dünyasını inandırıcı şəkildə açmağa nail olmuşdur. Onun azadsevərliyini varlılara və mü-
səlman ruhanilərinə nifrətini göstərirdi.
1982- ci ildə ―Bahar‖ (Bir gəncin manifesti) romanı Tehranda Şenaxt nəşriyyatında fars
dilində nəşr olunub. Fars dilinə tərcümə edən F. Rifaxidir. Mir Cəlalın Bir gəncin manifesti
romanı Bahar adı ilə nəşr olunub. Kitab hicri 1361-ci ildə 5.000 tirajla 15,8 x22,4 ölçüsündə
çap olunub. Kitabın çap olunduğu nəşriyyat və sifariş sayı qeyd olunmayıb. Kitabın titul səhi-
fəsindən sonra ədibin şəkli verilib. Fars dilində nəşr olunan romanın azərbaycan dilindəki nəşr
variantlarından fərqi ondan ibarətdir ki, bu nəşrdə ―Manifest‖ fəsli kitabda əvvəl, digər fəsillər
isə sonra verilib. ―Manifest‖ fəslindən verilən bir parçanı qeyd etmək istərdim: ― Bahar, sən
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 227 –
hardasansa, qalx, qalx və kəndimizdə kasıb uşaqlar üçün tikilmiş və pəncərələri önündə çiçək-
lər qoyulmuş məktəbə bax! Uşaqların quşlar kimi oxuduqları şirin nəğməsinə qulaq as! Uşaq-
ların üzünə gülümsəyən səadət dolu günlər sənin də payına düşməliydi. Həsrəti ilə öldüyün
məktəb, yeni məktəb, yoldaşların, onların yeni nəğmələri sənə ana südü kimi halal idi.
Övladlarımızın qanı bahasına (qanı ilə) əldə olunan azadlığa and içirəm ki, sən də bu xoş
günlərə layiq idin. Bizim yeni həyatımızın və azad dünyamızın bütün nemətləri sənə də qis-
mət olmalı idi. Bal kimi şirin olan bu günləri sən də dadmalı idin. Yazıq uşaqcığaz! Sənin
payın ancaq keçmiş günlərin zəhər piyaləsi oldu.....‖
1985- ci ildə ―Bir gəncin manifesti‖ povesti rus dilində beşinci dəfə Bakıda Gənclik
nəşriyyatında 194 səhifə həcmində nəşr olunub. Çingiz Əlioğlunun redaktorluğu ilə çapdan
çıxan kitabın sifariş sayı 1969 ədəd, tirajı isə 50.000 nüsxədir. Poleoqrafik ölçüsü 14x20 sm.
olan kitabın rəssamı R. Əsədovdur. Kitabın üz qabığında ayın tutulması rəsmi verilib. Kitabın
çapı ilə bağlı qüsur olaraq onu qeyd edə bilərik ki, tərcüməçinin adı qeyd olunmayıb.
2006-cı ildə ―Bir gəncin manifesti‖ romanı rus dilində altıncı dəfə Moskvada Qlobus
nəşriyyatında 448 səhifə həcmində nəşr olunub. Arif İbrahimovun redaktorluğu və tərtibat-
çılığı ilə nəşr olunan kitabın rəssamı və sifariş sayı qeyd olunmayıb. Qalın karton cildli,
14x22 sm. ölçüsündə olan kitab 1000 nüsxə tirajla çap olunub. Ön sözün müəllifi Rimma Ka-
zakova, cild və tərtibatçı isə S. B. Ryumindir. Romanı tərcümə edənlər Əziz Şərif, V. Vasil-
yevski və P. Pançenkodur. Ədəbiyyat qəzəti 2006- cı ildə kitabın tərtibi ilə bağlı yazırdı: Mir
Cəlalın anadan olmasının 100 illiyinə həsr edilmiş kitab Azərbaycan Ədəbiyyat fondunun
sifarişi və Beynəlxalq Ədəbiyyat Fondunun iştiraki ilə nəşr olunmuşdur. Kitaba ön sözü
Moskva Yazıçılar İttifaqının I katibi tanınmış rus şairəsi, ədəbiyyatın yaxın dostu Rimma
Kazakova yazmışdır. Azərbaycanda Rusiya ilinin açılışı ərəfəsində çapdan çıxmış bu kitab rus
oxucularına yaxşı hədiyyədir. [4,9]
2006- cı ildə Dirilən adam romanı türk dilində İstanbulda 176 səhifə həcmində dərc
olunub. Romanın tərcüməsi Azat Ağayev və Əli Əkbər Əliyevə məxsusdur. Qalın karton
cildli kitabın üz qabığında kəlağayılı qadının əlində lampa təsviri verilib. Paleoqrafik ölçüsü
14x21 sm. olan kitabın sifariş və tiraj sayı qeyd olunmayıb. Kitabın redaktəsi Fethi Gedikliyə
məxsusdur. (Bakü Büyükelçiliği Kültür ve Tanıtma müşaviri)
Kitabın sonunda müəllif və
roman haqqında qısa məlumat verilib.
2006-cı ildə Göyüzü insanları (hekayələri) İstanbulda türk dilində 196 səhifə həcmində
nəşr olunub. Qalın karton cildli kitabın tərcüməçi Əli Əkbər Əliyev, redaktoru Sayğı Durmuş-
dur. Kitabın üz qabığında göy üzünün, səmanın rəsmi verilib. 14x21 sm. ölçüsündə olan kita-
bın sifariş və tiraj sayı qeyd olunmayıb. Kitabın tərtibi Azat Ağayevə məxsusdur. Kitabda
―Tuğla hadisəsi‖, ―Kəmtərovlar ailsəsi‖, ―Yollar‖, ―Ədəb məsələsi‖, ―Odlu mahnılar‖,
―Mərcan nənə‖, ―Göyüzü insanları‖, ―İşıqları yandırmaq‖, ―Ailə‖, ―Silah qardaşları‖, ―Mənim
haqqım deyilmi?‖, ―Ulduz‖, ―Plovdan sonra‖, ―İki hakim‖, Tövbələr tövbəsi‖, Liman oğlu‖,
―Ərik ağacı‖, ―Günah kimdədir‖, ―Alışqanlıq‖, ―Dəm dəm gətirər, qəm qəm‖ hekayələri nəşr
olunub. Kitabın sonunda Mir Cəlal haqqında qısa məlumat verilib
Ədibin ―Möhür və məhəbbət‖ adlı ilə kitabı 2006- cı ildə İstanbulda türk dilində 188
səhifə həcmində nəşr olunub. Tərcüməçi Azat Ağayev, redaktoru isə Saygı Durmuşdur. Kar-
ton cildli kitabın üz qabığında payız fəslində iki gənc sevgililərin rəsmi təsvir olunub. 14x21
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 228 -
sm. ölçüsündə olan kitabın son səhifəsində müəllif haqqında qısa məlumat verilib. Kitabın
tərtibi Əli Əkbər Əliyevə məxsusdur. Kitabda 22 hekayə dərc olunub. ―Söyüd kölgəsi‖, ―Qo-
naqpərvər‖, ―Qardaş qanı‖, ―Şərbət‖, ―Yaralılar‖, ―Süvari‖, ―Çupçik‖, ― Xəbəri alınmayanlar‖,
―Leyla‖, ―İki ananın övladı‖, ―Salam‖, ―Elçilik‖, ―Əllər‖, ―İncə duyğular‖, ―Havalar düzəlin-
cə‖, ―Möhür və məhəbbət‖, Qoltuq radiosu‖, ― Həkim Cinayətov‖, ―Dərsimi et‖,
―Atan gəl-
sin‖, ―Özünü göstərir‖, ―Heykəllər devrilərkən‖.
2006- cı ildə ―Açıq kitab‖ romanı türk dilində İstanbulda 296 səhifə həcmində nəşr
edilib. Saygı Durmuşun redaktorluğu ilə, Əli Əkbər Əliyevin tərcüməçiliyi ilə çapdan çıxan
qalın karton cildli kitabın ölçüsü 14x21 sm. Kitabın sifariş və tiraj sayı qeyd olunmayıb.
Kitabın sonunda müəllif və roman haqqında qısa məlumat verilib. Kitabın tərtibi Azat Ağaye-
və məxsusdur.
Azərbaycan qəzeti 2012- ci ildə ―Bir gəncin manifesti‖ romanı haqqında yazırdı:
―Bir gəncin manifesti‖ romanı Türkiyənin Ədirnə şəhərində fəaliyyət göstərən Trakya
Universitetində Beynəlxalq dil, yazı simpoziumunda müzakirə edildi. Müzakirə zamanı əsər
Hüiyə Sraçın ―Öyrətmən Benisa‖ əsəri ilə müqayisəli təhlil edilidi. [3,11]
―Xarici naxoşluq‖ adlı hekayələrdən ibarət kitab 2006- cı ildə türk dilində İstanbulda
176 səhifə həcmində nəşr olunub. Qalın karton cidli kitabın redaktoru Saygı Durmuş, tərcü-
məçisi isə Azat Ağayev, Əli Əkbər Əliyevdir. 14x21 sm. ölçüsündə olan kitabın üz cildində
kələğayılı qadının əlində lampa rəsmi təsvir olunub. Kitabın tərtibi Azat Ağayevə məxsusdur.
Kitabın arxa hissəsində Mir Cəlal haqqında qısa məlumat verilib. Kitabda 20 hekayə
nəşr olunub: ―Faydalanma‖, ―Mərkəz adamı‖. ―Təzə toyun nəzakət qaydaları‖, ―Anket
Anketov‖, ―Salehin işləri‖, ―Hesab dostları‖,
―İclas qurusu‖, ―Subaylıq fəlsəfəsi‖, ―Gənc
şairin arzusu‖, ―Xarici naxoşluq‖, ―Dil və əməl‖, ―İsmayıl başa sal!‖, ―Telefon dostum‖, ―Bir
bilən‖, ―İmzasız hekayə‖ və s.
2008- ci ildə ―Bir gəncin manifesti‖ povesti qırğız dilində Bişkekdə Meqamediada 208
səhifə həcmində nəşr olunub. Kitabda Çingiz Aytmatovun Mir Cəlal haqqında yazısı nəşr olu-
nub. Qalın karton cildli kitabın məsləhətçisi Nüsrət Mamedov, redaktoru isə B. Maksutovdur.
1136 ədəd sifarişli olan kitab 5.000 tirajla nəşr olunub. 15x21 sm. ölçülü kitab illüstrasiya-
lıdır. Kitabda qısa anotasiya verilib: Görkəmli azərbaycan yazıçısı ədəbiyyatçı, pedaqoq Mir
Cəlal Paşayevin 100 illiyinə həsr olunan kitab Türk dilli dövlətlərin siyasətinə dəstək fondu-
nun sifarişi ilə tərcümə olunub nəşr edilmişdir.
2008-ci ildə Mir Cəlalın ispan dilində kitabı nəşr olunub. Xüsusi nəşr olaraq çap olunan
kitaba ―İclas qurusu‖ və digər qısa hekayələri daxil edilib. 14x21 sm. ölçüsündədir. Kitabın
redaktorluğu Azərbaycanın İspaniyadakı səfirliyinə məxsusdur. Kitabı ingilis dilindən ispan
dilinə tərcümə edən Xulian Munyos Qoulindir. Dil və mədəniyyət köməkçisi: Rəna Qafarova,
dizayn isə Xse Maria Ximeneaya məxsusdur. Titul səhifədə yazılıb: Müəllifin hüquqları qoru-
nulur. Müəllifin icazəsi olmadan nəşr təkrar nə çap oluna bilər, nə də heç bir şəkildə elektron
variantda və ya hər hansı bir texniki vasitə ilə fotosurəti, audioyazısı və ya digər hallarda mə-
lumat ötürülə bilər. Kitabda 12 hekayə ―Matişkə‖, ―Ay İsmayıl başa sal‖, ―Anket Anketov‖,
―İclas qurusu‖, ―Mirzə‖ və s. hekayələr nəşr olunub.
Mir Cəlalın rus dilində ―Seçilmiş əsərləri‖ III cildlik kitabı 2009- cu ildə nəşr olunub.
Kitabın I cildi rus dilində Regional İnkişafı İctimai Birliyi tərəfindən Çaşıoğlu nəşriyyatında
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 229 –
440 səhifə həcmində nəşr olunub. Kitabın redaktorları və tərtib edənləri Ədibə Paşayeva, Aqil
Hacıyevdir. Qalın karton cildli kitab 15x21 sm. ölçüsündədir. ―Daimi müasirlik‖ başlığı ilə
yazılan ön sözün müəllifi Aqil Hacıyevdir. İllüstrasiyalı olan kitabın rəssamı Elçin Cabarov-
dur. Kitabda ―Dirilən adam‖ romanı və 22 hekayə nəşr olunub. ―Təzə toyun nəzakət qayda-
ları‖, ―Bostan oğrusu‖, ―Ayaz‖, ―Dostumun qonaqlığında‖, ―Kəmtərovlar ailəsi, ―Oğul‖,
―Vətən yaraları‖, ―Ana‖, ―Leyla‖, ―Bir xəstəliyin tarixçəsi‖, ―Dissertasiya‖, ―Plovdan sonra‖,
―Xoşbəxtlik arzulayıram‖, ―Qəbul imtahanı‖, ―Söyüd kölgəsi‖, ―Qonaqpərvər‖, ―Dost görü-
şü‖, ― Təzə toyun nəzakət qaydaları‖,‖ Elçilər qayıtdı‖, Anket Anketov‖, ―Sağaldı‖, ―Hacı-
oğlu bəhrəsini görür‖ hekayələridir.
Kitabın II cildi rus dilində
Regional İnkişafı İctimai Birliyi tərəfindən Çaşıoğlu nəşriy-
yatında 466 səhifə həcmində nəşr olunub. Kitabın göstəriciləri I cild ilə eynidir. Kitabda “Bir
gəncin manifesti‖ povesti və 29 hekayə, 10 lirik miniatür hekayə dərc olunub. Hekayələrdən:
―Güllər‖, ―Subaylıq fəlsəfəsi‖, ―Görüş‖, ―Ləyaqət‖, ―Mənim telefon dostum‖, ―İngilis dili‖,
―Mənim ad günüm‖, ―Əncirin dadı‖, ―Ramizin səsi‖, ―Əziz hədiyyə‖, ―Mən necə istirahət
etdim‖, ――Möhür və məhəbbət‖, ―
Xəzinədar‖, ―Vicdan mühakiməsi‖, ―Neçə cür salam var‖, ―
Dağların qəlbi‖, ―Liman oğlu‖və s. Lirik miniatür hekayələrdən: ―Yetim‖, ―Möcüzə‖, ―Əllər‖,
―Ali məhkəmə‖, ―Nağıl‖, ―Xoşbəxtliyin yarısı‖, ―Evləndilər‖, ―Axtaran tapar‖ (son üç nağıl
indiyənədək yalnız jurnalda dərc olunub) və s
Kitabın III cildi rus dilində
Regional İnkişafı İctimai Birliyi tərəfindən Çaşıoğlu nəşriy-
yatında 475 səhifə həcmində nəşr olunub. Göstəriciləri I, II cild ilə eynidir. Kitabda ―Yolu-
muz hayanadır‖ romanı, ―Dağlar dilə gəldi‖ povesti, ―Yol qeydləri‖(Fransa yollarında), Xəzi-
nədar, Dəhşətli intiqam
və s. nəşr olunub.
III cildlik kitab Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunur. Kitabın hər üç cildində
kitabın arasına qoyulan
qısa məlumat vərəqinin bir tərəfində kitabın üz cildinin rəsmi, digər
tərəfində isə mündəricat verilib.
2010- cu ildə Mir Cəlalın ―Seçilmiş əsərləri‖ III cildlik kitabın I cildi qırğız dilində aka-
demik Abdrahman Alımbavin baş redaktorluğu ilə nəşr olunub. Kitabın redaktoru Sooronbay
Jusuev, tərtibatçıları Ədibə Paşayeva, Novruz Məmmədov və Aqil Hacıyevdir. Qalın karton
cildli kitab 15x21 sm. ölçüsündədir. İllüstrasiyalı kitabın rəssamı qeyd olunmayıb. II və III
cildlərin göstəriciləri eynidir. 2010- cu ildə ―Yeni Azərbaycan‖ partiyası kitab haqqında
yazırdı: Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdrahman Alımbayev üçcildlik nəşrin
Qırğızıstan-Azərbaycan ədəbi əlaqələrində müstəsna rol oynayacağına əminliyini bildirmiş və
demişdir: bu nəşr Sovetlər birliyi dağılandan sonra Qırğızıstan və Azərbaycan ədəbi əlaqə-
lərində ilk böyük hadisədir. Bu hadisənin Qırğızıstan və Azərbaycan tərəfindən geniş təb-
liğinə ehtiyac vardır. Akademik bildirmişdir ki, Qırğızıstan alimləri bu kitab əsasında Mir
Cəlalın yaradıcılığını tədqiq edəcək, yeni elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə olu-
nacaqdır.
Qırğız dilində nəşr olunan III cildlik haqqında 2011-ci ildə Xalq qəzeti yazırdı: Azər-
baycanın görkəmli yazıçısı və alimi, professor Mir Cəlal Paşayevin Seçilmiş Əsərlərinin üç-
cildliyi Qırğızıstanın paytaxtı Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun
və Azərbaycanda fəaliiyyət göstərən ―Avromed‖ şirkətinin dəstəyi ilə qırğız dilində nəfis şə-
kildə nəşr edilimişdir.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 230 -
2014- cü ildə ―Yolumuz hayanadır?‖ romanı ukrayn dilində Kiyevdə Dmitri Buraqonun
nəşriyyat evində 424 səhifə həcmində nəşr olunub. Kitabın ön söz müəllifi İsa Həbibbəyli,
tərcüməçi İnna Sosnovçik, redaktor və tərtib Eynulla Mədətli, rəssam və tərtibçi Katerina
Anankoya məxsusdur. Qalın karton cildli kitab 14x21 sm. Kitabda ―Yolumuz hayanadır‖
romanı və 27 hekayə nəşr olunub. Dünən və bugün başlığı ilə 11 hekayə: ―Anket Anketov‖,
―Mərifət dərsi‖, ―Qocaların uşaq söhbəti‖ və s., lirik miniatürlər başlığı ilə isə 16 hekayə:
―Xəzinədar‖, ―Xoşbəxtlik barəsində‖, ―İki hakim‖, ―Yetim‖, ―Möcüzə‖ və s. nəşr olunub
―Yolumuz hayanadır?‖ romanının ukrayna dilində nəşri haqqında 2014- cü ildə Azər-
baycan qəzeti yazırdı: Nəşrdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktoru, akademik İsa
Həbibbəylinin yazdığı ―Böyük ədəbiyyata gedən yol‖ sərlövhəli ön sözdə deyilir: ―Görkəmli
Azərbaycan yazıçısı Mir Cəlal Paşayev öz böyük istedadı və daimi yaradıcılıq axtarışları
sayəsində milli nəsrin inkişafında yeni imkanlar kəşf edə bilib. Akademik vurğulayır ki, iste-
dadlı yazıçı və ictimai xadim Mir Cəlal Paşayev çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə fərqlənir-
di. Bədii nəsrin, publisistikasının, ədəbiyyatşünaslıq elminin inkişafında onun böyük xidmət-
ləri olub. Müəllim mətbuat tarixində Mir Cəlal publisistikasının özünəməxsusluğu ilk növbə-
də məzmunun anlaşıqlı və aydın, bədii palitrasının geniş, dilin və üslubun cəlbedici olmasıdır.
Mir Cəlal publisistikasının bəzi nümunələri öz ifadə məziyyətlərinə görə bədii hekayələr kimi
qəbul olunur.[1,10]
Dostları ilə paylaş: |