AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə24/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

Tahirə Həsənzadə 
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu baş elmi işçisi
 tarix üzrə elmlər doktoru, dosent 
direction50@mail.ru 
 
 
ƏLYAZMALAR ĠNSTĠTUTUNUN ELMĠ FONDUNDA QORUNAN 
HÜSEYN AZAD TƏBRĠZĠNĠN TƏRCÜMƏ ƏSƏRLƏRĠ 
 
Açar sözlər: Mövlana Cəlaləddin Rumi, Mirzə Yusif Təbrizi, Avropa, Leyden, Hüseyn 
Azad. 
 
Xalq yazıçısı Anarın «Ədəbiyyat qəzeti»nin 21 sentyabr 2007-ci il tarixli sayında dərc 
etdirdiyi  «Çağdaşımız Mövlana»  adlı məqaləsini  oxuduqdan sonra XIX  əsr Qacarlar dövrü-
nün bir azərbaycanlı ziyalısının böyük şair Cəlaləddin Ruminin «Məsnəvi»sini fransız dilinə 
tərcümə edərək Avropada nəşr etdirdiyi faktını xatırladım. 
Qəzetin həmin sayında diqqətə çatdırılırdı ki, qüdrətli türk mütəfəkkiri və şairi Mövlana 
Cəlaləddin Ruminin anadan olmasını 800 illiyi YUNESKO tərəfindən yüksək səviyyədə qeyd 
olunur və 2007-ci il «Mövlana Cəlaləddin Rumi ili» elan edilir. 
«Bizim  ağa»  mənasında  olan  Mövlana  ifadəsi  Şərqin  böyük  şairi  Cəlaləddin  Rumiyə 
verilmiş  şərəfli  bir  addır.  Dəyərli  əsərlər  yazmış  Mövlana  özünün  6  cildlik  «Məsnəvi»si  ilə 
bütün dünyada şöhrət tapmışdır. Əsər onun dərin fəlsəfi fikir və düşüncələrini ifadə edir, bir 
çox dillərə tərcümə olunmuşdur. Fransız dilinə tərcümə edən və Avropada yayan ilk şəxsiyyət 
Hüseyn Azad Təbrizidir. 
On doqquzuncu yüzillikdə Qacarlar hakimiyyəti dövründə yaşamış azərbaycanlı ictimai 
– siyasi xadimlərdən bəhs edən İran alimi (əslən azərbaycanlı) Mehdi Bamdad Hüseyn Azad 
Təbrizi haqqında da məlumat verir. Hüseyn Azad Təbrizi tarixdə demokratik, azad fikirli dip-
lomat kimi tanınmış Mirzə Yusif xan Müstəşarüddövlənin oğludur. Mirzə Yusif XIX əsr Qa-
carlar dövrünün ilk konstitusiyasını (Qanune Əsasi) yazmış və çox məhrumiyyətlərə düçar ol-
muşdur.  «Yek  kəlmə»  adlanan  həmin  əsər  1905-ci  ildə  Tehranda  yaradılmış  «Əncüməni-
məxfi»nın  (gizli  təşkilat)  siyasi  proqramı  kimi  qəbul  edilmişdi.  1867-1871-cı  illərdə  Qacar 
dövlətinin  Fransada konsulu  kimi  fəaliyyət  göstərmiş  Mirzə Yusif xan Təbrizi  oğlu  Hüseyn 
Azad Təbrizini London universitetində tibb təhsilini almağa göndərmişdir.  
Böyük  Azərbaycan  mütəfəkkiri,  dramaturq  M.F.Axundov  Mirzə  Yusif  xanla  uzun 
müddət məktublaşmışdır. Mirzə Yusif xanın ona yazdığı məktublarda oğlunun xaricdə təhsil 
alması və ingilis, fransız dillərini mükəmməl bilməsi barədə məlumat vardır (1, 282). 
Hüseyn Azad Təbrizi təhsilini bitirərək İrana qayıtdıqdan sonra əvvəlcə Nəsrəddin şah 
Qacarın  (1831-1896)  şəxsi  həkimlərindən  biri,  bir  müddətdən  sonra  isə  şahın  oğlu,  İsfahan 
hakimi Məsud Mirzənin (Zilli Sultan) həkimbaşısı təyin edilmişdir. Hüseyn Azad 1899-cu ilə-
dək  həmin  vilayətdə  xidmət  etmiş,  həmin il  müəmmalı  şəkildə  ölkəni  tərk  edərək  Avropaya 
getmiş və ömrünün sonunadək orada yaşamışdır. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 200 - 
Hüseyn  Azad  Təbrizini  şəxsən  tanıyan  Hacı  Mirzə  Ənsari  «Tarixe  –  İsfəhan  və  Rey» 
əsərinin  330-cu  səhifəsində  yazır:  «Doktor  Hüseyn  xan  Azad,  Mirzə  Yusifxan  Müstəşarın 
oğludur. «Məsnəvi»ni fransız dilinə tərcümə etmiş, yeni elmlərdə ilk professordur. O, iyirmi il 
bundan  əvvəl  antik  kitabları  münasib  qiymətə  almışdır.  Məndən  başqa  bir  kimsə  ilə  yaxın 
olmamışdır. Azad mənimlə birlikdə fars və ərəb zərbülməsəllərini tərtib etmişdir və məni də 
bu  işə  o  həvəsləndirmişdir.  Bir  neçə  il  bundan  əvvəl  Ağayi  Dehxudanın  (Ələkbər  Dehzuda 
məşhur  «Lüğətnamə»  adlı  çoxcildlik  ensiklopedik  əsərin  müəllifidir  –  T.H.)  və  doktorun 
(özünün)  kitablarını  Parisdə  nümayiş  etdirmək  üçün  oraya  yola  düşmüş  və  bir  daha  İrana 
qayıtmamışdır, çox güman ki, daha qayıtmayacaq» (2, 378). 
Bu, həqiqətən də belə oldu. Hüseyn Azad Təbrizi 1899-cu ildə zəngin kitabxanasını da 
özü ilə aparıb, vətənini tərk etdi. Mirzə Ənsarinin dediklərindən məlum olur ki, o, həmvətən-
lərindən  uzaq  gəzmişdir  və  bir  kimsə  ilə  yaxın  olmamışdır.  Bəs,  görəsən,  bu  soyuqluq  onda 
haradan əmələ gəlmişdir? Yəqin ki, atasının zindana atılması, Hüseyn Azad xana qarşı uzun 
müddət  yanında  qulluq  etdiyi  Zilli  Sultanın  kobudluğu,  onu  zülm  və  bəd  əməllərinin  şahidi 
olmasıdır. 
Hüseyn Azad Təbrizinin atası Mirzə Yusif xan 1895-cı ildə Qəzvin həbsxanasında dün-
yasını dəyişmişdir. Digər tərəfdən insanlarda olan biganəlik Hüseyn Azadı çox əsəbiləşdirirdi. 
Mehdi  Bamdad  yazır  ki,  ona  görə  də  belə  insanlar  arasında  qalaraq,  onlarla  ünsiyyətdə  az 
olmağı, dostluq əlaqələri saxlamamağı üstün tutmuş, onlardan uzaqlaşmışdır. 
Mənbələrin verdiyi məlumat onu deməyə əsas verir ki, Hüseyn Azad Mövlana Cəlaləd-
din Rumi «Məsnəbi»sini hələ İranda olarkən tərcümə etmiş, ölkədən gedərkən özü ilə apar-
mışıdır. Hüseyn Azad fazil və kitabsevər bir insan olmuşdur. Onun qədim, nəfis əlyazmalarla 
zəngin  kitabxanası  Londonda  Kevariç  kitab  mağazası  vasitəsilə  satılmışdır.  O,  1936-cı  ildə 
Parisdə  avtomobil  qəzası  nəticəsində  həlak  olmuşdur.  Atası  Mirzə  Yusif  Müstəşarüddövlə 
kimi onun da həyatı məşəqqətli olmuş, faciəli sonluqla bitmişdir. 
Hüseyn Azad Təbrizi həkim olmaqla bərabər həm də poeziya vurğunu idi və Avropada 
yaşadığı 40 ilə yaxın bir müddətdə Şərqin klassik şairlərinin əsərlərinin tərcüməsi, təbliği ilə 
məşğul olmuşdur. O, farsdilli şairlərin əsərlərininin müntəxəbatını tərtib etmiş, onu həm fars, 
həm də mükəmməl yiyələndiyi fransız dilində nəşr etdirərək, Avropada yaymışdır. 
Hüseyn  Azad  Təbrizi  Mövlana  Cəlaləddin  Ruminin  «Məsnəvi»sini  Avropada  həmin 
dövrdə çox geniş  yayılmış fransız dilinə tərcümə etmişdir. Hollandiyanın  Leyden şəhərində, 
Bril mətbəəsində 1323-cü (1905) ildə nəşr etdiyi «Gülzari-mərifət» kitabi fars dilində rübailər 
toplusundan  ibarətdir.  Rübailər  məcmuəsində  Mövlana  Cəlaləddin  Rumi,  Sədi,  Əttar,  Cami 
kimi  şairlərlə  yanası,  Azərbaycanın  klassiklərindən  Xaqani  Şirvani,  Nizami  Gəncəvi,  Xacə 
Nəsirəddin Tusi, Qasim Ənvar Təbrizi, Mustafaquluxan Şamlu, Baqi Təbrizinin rübailərindən 
nümunələr verilmişdir (3). 
Hüseyn  Azad  Təbirizi  «Gülzari  –  mərifət»  kitabını  həm  fars  dilində,  həm  də  fransız 
dilində  nəşr  etdirmişdir.  Bu  haqda  ikinci  kitabın,  1909-cu  ildə  Leydendə  nəşr  etdirdiyi 
«Sübhi-ümmid» adlı məsnəvilər kitabının müqəddiməsində məlumat verərək yazır: «Dostların 
xahişi  ilə  tərtib  etdiyimiz  rübailər  toplusunu  fransız  dilinə  də  tərcümə  etdik  və  elm  əhli 
tərəfindən  bəyənilmişdir.  İndi  isə  ariflərin  məsnəvilərindən  nümunələr  toplusu  hazırlamaq 
təşəbbüsündəyik. Çünki tərcümə etdiyim Mövlana Rumi «Məsnəvi»sindən əlavə Şərqdə fars 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 201 – 
 
dilində  məsnəvi  nümunələri  yazılmışdır.  Bizim  hazırladığımız  kitablar  isə  dəryada  bir 
damladır. Bu kitab da «Gülzari-mərifət» kimi fransız dilinə tərcümə olunmuşdur (4). 
«Sübhi-ümmid» kitabında Mövlana Cəlalləddin  Rumi  «Məsnəvi»sindən  II dəftər (səh. 
39, 46-52, 127-131, 133, 134, 161, 162), V dəftər (s. 94-96), eləcə də Nizami Gəncəvi, Əssar 
Təbrizi  əsərlərindən  nümunələr  verilmişdir.  Nizami  Gəncəvinin  «Sirlər  xəzinəsi»  poemasın-
dan  üç  hekayə  –  «Kərpickəsən  qocanın  hekayəti»,  «Meyvəsatanla  tülkünün  və  cibkəsənin 
hekayəti»  və  «İsa  peyğəmbərin  hekayəti»,  Xaqani  Şirvaninin  «Töhfətül-İraqeyn»,  Əssar 
Təbrizinin  «Mehr  və  Müştəri»,  Ənisi  Şamlunun  «Mahmud  və  Ayaz»,  Əvhədi  Marağayinin 
«Cam və Cəm», Mahmud Şəbüstərinin «Gülşəni-raz» məsnəvilərindən parçalar verilmişdir. 
Hüseyn  Azad  Təbrizi  ömrünün  sonunadək  doğma,  gözəl  şəhərindən  ayrı  düşsə  də 
Təbriz  şairlərini  qürbətdə  özü  ilə  yaşatdı.  Təbriz  şəhəri  Mövlana  Cəlaləddin  Rumi  üçün  də 
eşq,  gözəllik  və  arzular  şəhəri  olmuşdur.  Çünki  onun  mürşidi  Şəms  Təbrizinin  doğulduğu 
şəhərdir.  Mövlananın  şeirləri  arasında  içində  Təbriz  sözü  keçən  221  beyt  vardır.  Mövlana, 
yanında  Təbrizdən  danışılanda  cavanlaşdığını  söyləyirmiş,  şəhərin  azadlığın  və  sənətin 
mərkəzi olduğunu, burada cəsur və döyüşçü insanların yaşadığını deyirmiş. 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Axundov M.F. Əsərləri. c. 3. Bakı, «Elm», 1988, 388 s.   
2.
 
Bamdad Mehdi. Tarixi-ricalı-İran. c. 1. Tehran, Çapxaneyi-banğe-bazərganiyi – İran, 
1966, 599 s., fars dilində. 
3.
 
Hüseyn Azad Təbrizi. Gülzari – mərifət. Leyden, Mətbəei – Bril, 1905, 206 s., fars 
dilində. 
4.
 
Hüseyn  Azad  Təbrizi.  Sübhi  –  ümmid.  Leyden,  Məbəei  –  Bril,  1909,  208  s.,  fars 
dilində.      
 
 
Tahira Hasanzade 
 
MOVLANA JALAL AD-DIN RUMI AND  
HUSEYN AZAD TABRIZI 
 
Summary 
In 2007, UNESCO celebrated the 800th anniversary of Movlana Jalal ad-din Rumi. The 
author of this article researches a French translation of “Masnavi” Jalal ad-din Rumi made 
by Azad Huseyn Tabrizi and its issue in Europe. 
Keywords:  Movlana  Jalal  ad-din  Rumi,  Mirza  Yusuf  Tebrizi,  Europe,  Leyden,  Huseyn 
Azad
.
 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 202 - 
Əli Məmmədbağır oğlu Əliyev 
 AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
ali.aliyev55@gmail.com 
 
 
AZƏRBAYCANDA ĠLK KĠTAB KATALOQU 
 
Açar sözlər: Kataloq, biblioqrafiya, Orucov qardaşları, mətbəə, əlyazma, əski çap kitabı, 
kitabxana. 
 
Kağıza köçürülərək cildlənmiş kitablarımızın yaranmasından təxminən min ilə yaxın vaxt 
keçib. Mütəxəssislərin verdiyi məlumata görə əski çap kitabları nəzərə alınmazsa, bu müddət 
ərzində  bir  milyondan  artıq  Azərbaycan  əlyazma  kitabı  yaranmışdır.  Bununla  bağlı  bir  faktı 
qeyd edək ki, hələ XIII əsrdə böyük Azərbaycan alimi Nəsirəddin Tusinin təşəbbüsü ilə Hüla-
külərin  hakimiyyəti  dövründə  Marağada  inşa  edilmiş  rəsədxananın  nəzdindəki  kitabxanada 
400.000  əlyazma  kitabı  olmuşdur.  Əgər  bunu  indiki  AMEA  Məhəmməd  Füzuli  adına  Əlyaz-
malar İnstitutunda saxlanan əlyazma kitablarının sayı ilə müqayisə etsək (hal-hazırda institutun 
xəzinəsində  12.000  əlyazma  kitabı  saxlanılır  –  Ə.M.),  800  il  bundan  əvvəl  təkcə  bir  kitabxa-
nada bu qədər əlyazma kitabının mövcudluğu ilə bağlı xalqımızın vaxtilə olduqca zəngin kitab 
sərvətinə malik olması haqqında bizdə geniş təsəvvür yaranar. Çox güman ki, belə bir zəngin 
kitabxanada və  yaxud digər kitabxanalarımızda kitabların  sistemliliyini, strukturunu, xronolo-
giyasını, ümumiyyətlə əlyazma kitabı paleoqrafiyasını özündə əks etdirən, yəni xəzinəyə ―daxil 
olmaq üçün açar‖ olan və oxuculara bələdçilik edə bilən kitab kataloqları da olmuşdur. Ancaq 
hələ ki çoxminli əlyazma kitablarımızın arasında belə bir mənbəyə rast gəlməmişik. Xatırladaq 
ki, tarixən çox sayda əlyazma kitabı xəzinələrimiz olsa da, kitablarımızın kataloqlaşdırılması işi 
ilk  dəfə  avropalılara  məxsus  olmuşdur.  1739-cu  ildə  Paris  Milli  Kitabxanasında  saxlanılan 
ərəb, fars və türk dilində köçürülmüş  əlyazma kitablarının paleoqrafiyasına aid  tərtib edilmiş 
kataloqda  4200  əlyazma  kitabı  haqqında  paleoqrafik  təsviri  məlumat  verilmişdir.  Azərbay-
canda isə bu səpkidə Orucov qardaşları tərəfindən hazırlanan ilk kataloqun nəşri XX yüzilliyin 
əvvəllərinə təsadüf edir [Orucov Qardaşları, 1912].   
Düzdür, buna qədər kataloq tərtibi qaydalarına cavab verən və yaxud qismən cavab verən 
bir sıra işlər görülmüşdür. Məsələn, 1828-ci ildə Rusiya qoşunları Ərdəbili işğal etdikdən sonra 
Şeyx Səfi məqbərəsində XIII əsrdən mövcud olmuş kitabxananın zəngin irsi qarət edilib Sankt-
Peterburqa aparılarkən yolüstü Tiflisdə bir müddət saxlanmış və bu fürsətdən istifadə edən, o 
zaman Qafqaz baş komandanının dəftərxanasında şərq dilləri mütərcimi olmuş görkəmli mütə-
fəkkir  Abbasqulu  ağa  Bakıxanov  oradakı  əlyazma  kitablarının  siyahısını  tərtib  etmişdir 
[İ.Zəkiyev, 2000, səh. 337]. Ancaq həmin siyahı bu gün əlimizdə yoxdur. Bu siyahı əgər gəlib 
bizə  çatsaydı  belə  onu  elmi-paleoqrafik  tələblərə  cavab  verən  kataloq  hesab  edə  bilməzdik. 
Olsa-olsa bu siyahı qədim əlyazma xəzinələrimizin birindən, orada hansı  əlyazmaların olması 
haqqında bizə məlumat verən mötəbər bir mənbə ola bilərdi. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 203 – 
 
 XIX əsrin ikinci yarısında azərbaycanlı bir müəllifin – Misirdə yaşamış Əli Hilmi Dağıs-
tani əl-Qubaviyyəs-Sumaqabadinin türk və fars dillərində əlyazma, çap kitablarımıza aid tərtib 
etdiyi  kataloq  ölkəmizdən  xaricdə  yaranan  ən  faydalı  biblioqrafik  mənbələrdən  biridir.  Əli 
Hilmi ―Misirdə Xidviyyə kitabxanasında saxlanılan türk və fars kitablarının kataloqu‖ adlanan 
kitabını 1888-ci ildə Qahirə şəhərinin ―Amirə‖ mətbəəsində çap etdirmişdir [İ.Zəkiyev, 2000, 
səh. 373]. 
Azərbaycanda  Sovet  hakimiyyəti  qurulandan  sonra  –  ötən  əsrin  20-30-cu  illərdə  həm 
kitab ticarəti mağazalarında, həm də kitabxanalarda ədəbiyyatı seçmək məqsədilə ―Azərnəşr‖in 
çapdan buraxdığı kataloqlar da əhəmiyyətli rola malik olmuşdur. Bundan sonra Azərbaycanda 
kataloqlaşdırma işi sahəsində demək olar ki, uzun müddət fasilə yaranmış, bir də əsrin sonunda 
elmi-paleoqrafik  tələblərə  cavab  verən  ərəbdilli,  farsdilli  və  türk  əlyazmalarının  kataloqları, 
həmçinin bio-biblioqrafik elmi təsvirlər, biblioqrafiyalar hazırlanıb nəşr edilmişdir [M.Adilov, 
―Elm‖ qəzeti, 8 oktyabr 2009]. Xatırladaq ki, Orucov qardaşlarının hazırlayıb 1912-ci ildə öz-
lərinə  məxsus  mətbəədə  çap  etdirdiyi  kataloq  Azərbaycanda  çap  kitablarına  həsr  olunmuş  ilk 
biblioqrafik mənbədir. 
 Orucov qardaşlarının tərtib edərək çap etdirdiyi kataloq ―Bakıda Bəradərani-Orucof kü-
tubxanəsinin  əsamiül-kütubi‖  adlanır.  Kataloq  3  dəfə  –  1912,  1913  və  1914-cü  illərdə  nəşr 
olunmuşdur.  ―Əsamiül-kütubi‖  (―Kitabların  adları‖)  Azərbaycanda  kataloqlaşdırma  sahəsində 
ilk nəşr olduğu üçün, bu mənbənin üzərində dayanıb, daha ətraflı məlumat verməyi vacib hesab 
edirik. 38 səhifədən ibarət kataloqun birinci nəşrinin ilk 2 səhifəsində ―Bir iki söz‖ adlanan mü-
qəddimə  yazılmış  və  sonra  532  çap  kitabının  təsviri  məlumatı  verilmişdir.  Kataloq  nazik  və 
parlaq kağızda çap olunmuşdur. Kitabın titul vərəqində ―550 müxtəlif növ təlim, qiraət və mü-
taliəyə dair Qafqaz və İstanbulda çap olunmuş kitablar əhatə olunur‖ (sadələşdirmə bizimdir – 
Ə.M.) yazılmışdır. Qeyd edək ki, burada bir uyğunsuzluqla da rastlaşırıq. Titul vərəqində kitab-
ların sayı 550 sayda göstərilsə də, kataloqda 532 çap kitabı haqqında biblioqrafik məlumat ve-
rilmişdir.  ―Əsamiül-kütubi‖yə  yazılmış  ön  sözdən  və  ozamankı  dövri  mətbuatdan  kataloqla 
bağlı, onun tərtibçiləri haqqında aşağıdakılar bəlli olur.  
Abuzər,  Qənbər  və  Oruc  Orucov  qardaşları  Bərdənin  Alpout  kəndindən  Bakıya  gələrək 
əllərində olan vəsaitlə şəhərdə yer icarəyə götürüb, mətbəə avadanlığı alıb kitab çapı ilə məşğul 
olmuşlar. Orucov qardaşlarının mətbəəsi  indiki AMEA Əlyazmalar  İnstitutu binasının birinci 
mərtəbəsində yerləşmişdir. Yarımzirzəmidə yerləşən mətbəə üçün icarə etdikləri yerə görə qar-
daşlar həmin binanın üst iki qatında yerləşən ―Qızlar məktəbi‖nə kömək olsun deyə hər ay ki-
rayə haqqı ödəyirdilər. Çünki binanı inşa etdirmiş Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalab-
din  Tağıyev  tərəfindən  məktəbin  hesabına  bankda  qoyulmuş  125  min  manatdan  gələn  faiz 
gəliri məktəbin idarə olunmasına kifayət etmirdi. ―Qızlar məktəbi‖nin açılmasının 5 illiyi mü-
nasibətilə ―Füyuzat‖ məcmuəsinin 8 dekabr 1906-cı il sayında İsmayıl adlı jurnalist (soyadı ya-
zılmamışdır – Ə.M.) yazırdı: ―Məktəbin başlıca sərmayəsi Taqiyof həzrətlərinin ianə etmiş ol-
duqları 125 bin manatdan ibarət olub məktəb bu məbləğin faizi ilə idarə olunuyor. Buna mək-
təb  binasının  icarəyə  verilmiş  olan  alt  qatından  alınan  kira  ilə  öz  xərcləri  ilə  okuyan  qızların 
verdikləri dərs ücrəti dəxi əlavə olunuyorsa da, yenə məktəbin məsarifi-ümumiyyəsinə  yetmi-
yor‖.  

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 204 - 
Müqəddimədə tərtibçilərin bu kataloqu çap etməsinin məqsəd və məramı açıqlanmışdır. 
Burada yazılıb ki, ―möhtərəm əhali (oxucular – Ə.M.) bizdən İstanbul və Qafqazdan kənarda 
çıxan  kitablar  haqqında  soruşduqda,  biz  də  mağazamızda  çox  kitab  saxlamağa  imkanımızın 
olmadığını  bildirirdik.  Bununla  bərabər  nəşriyyatımızın  getdikcə  genişlənməsini  nəzərə  alıb, 
yeni bir kitabfüruş mağazası (kitab satılan mağaza – Ə.M.) açdıq. Burada Qafqaz çap kitabları 
ilə bərabər, İstanbul kitablarının satışını yerinə yetirdik. Möhtərəm oxucuların işini asanlaşdır-
maq üçün ―Əsamiül-kütubi‖ni təqdim etməklə yanaşı ticarət şərtlərimizi də bildirdik‖ [Orucov 
Qardaşları, 1912, səh.2]. 
Naşirlərin şərtlərinə görə az və yaxud çox sayda kitab sifariş verənlər kitabların pulunun 
üçdən  bir  hissəsini  beh  olaraq  qabaqcadan  göndərməli  idilər.  Az  sayda  kitab  sifariş  verənlər 
beh  əvəzinə  məktub  və  marka  göndərə  bilərdilər.  Göndərilən  kitablar  şərtə  görə  geri  qəbul 
edilməyəcəkdi. Nəhayət, şərtlərdən biri də bu idi ki, kitabfüruşlar və məktəblər üçün kitabların 
qiymətində güzəşt olunurdu. 
 
Orucov qardaşları  mətbəənin  yanında açdıqları  mağazada kitabların  satışını və təbliğini 
sürətləndirmək üçün kitab kataloqunun nəşrini olduqca vacib hesab edirdilər. Oxucuların xahi-
şini nəzərə alan Orucov qardaşları kataloqa həm Qafqazda, həm də İstanbulda elmin müxtəlif 
sahələrinə aid çap olunmuş kitablar haqqında ayrı-ayrı bölmələrdə biblioqrafik məlumat verir-
dilər.  Kataloqun  1912-ci  il  ilk  nəşrində  kitablar  haqqında  paleoqrafik  məlumat  yalnız  cədvəl 
şəklindədir. Burada kitablar nəşr olunduğu yerə görə - İstanbul və Qafqaz kitabları olmaqla iki 
hissəyə ayrılıb. Müxtəlif bölmələr üzrə hər bir kitabın sıra sayı, adı, müəllifi və qiyməti göstəri-
lib. İstanbul kitabları aşağıdakı bölmələrdən ibarətdir: məktəb kitabları, hesab kitabları, sərf və 
nəhv kitabları, fənni-inşa və kitabət kitabları, tarix kitabları, coğrafiyaya dair kitablar, fars ki-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 205 – 
 
tabları və müxtəlif kitablar. Kataloqdakı 532 kitaba aid biblioqrafik məlumatdan 337-i İstanbul 
kitablarına aiddir. Bu kitabların arasında o zaman oxucular üçün olduqca lazımlı olan dərsliklə-
rə,  bədii,  tarixi  və  elmi  kitabları  görmək  olur.  Bunlardan  məktəb  kitabları  bölməsində  ―Rüqə 
xəttilə qiraət kitabı‖ (Hüseyn Nafiz), ―Çocuqlara qiraət‖ (Nəcib Nicati), ―Bidayəti-qiraət‖ (Əli 
Nəzima); hesab kitablarına aid bölmədə ―Müxtəsər hesab‖ (Hüseyn Hifzi), ―Təlimi-hesab‖ (Əli 
Nihad), ―İslahi-hesab‖, ―Hesab əməli‖ (Məhəmməd Cəlal); sərf və nəhv kitablarına aid ―Yeni 
sərf‖  (Əhməd  Rasim),  ―Osmanlı  sərfi‖  (Nəcim  Asim),  ―Bəlağəti-Osmaniyyə‖,  ―Sərfi-farsi‖ 
(Əhməd  Cövdət);  tarix  kitablarına  aid  ―Tarixi-Osmaniyyəyə  bir  nəzər‖  (Ə.Nüzhət),  ―Tarixi-
İslamə bir nəzər‖ (İbn ən-Nüzhət), ―Müxtəsər Osmanlı tarixi‖ (İbrahim Həqqi); coğrafiyaya aid 
―Məktəb  atlası‖  (Şükri),  ―Coğrafiyayi-ümumi‖  (M.Tofiq);  fars  kitablarına  aid  ―Üsuli-farsi‖, 
―Zəbani-farsi‖ (Feyzi), ―Sərfi-farsi‖ (Hüseyn Hifzi) və s. kitabların, həmçinin müxtəlif kitablar 
bölməsində fəlsəfə, məntiq, əxlaq, kimya, təbiət, heyvandarlıq, memuar ədəbiyyatı, səyahətna-
mə və ilahiyyata aid kitablarla yanaşı, qərb ədəbiyyatından türk dilinə tərcümə edilmiş ―İyirmi 
beş milyonluq bank notu‖, ―Kapitan Qrantın çocuqları‖ kimi məşhur əsərlər haqqında biblio-
qrafik məlumatlar vardır. 
Qafqaz kitabları sərlövhəsi altında dərs kitabları, uşaqlara məxsus qiraət kitabları, heka-
yə, roman və qeyri mütaliə kitabları, teatr kitabları və rus kitablarının biblioqrafik xüsusiyyət-
ləri əhatə olunub. Həmin kitablar çap nüsxələri olsalar da, bu gün onların hər biri əlyazma ki-
tabları kimi ən nadir, qiymətli kitab nüsxələrindən hesab edilir. Çünki həmin kitabların bu gün 
çox az sayda nümunələri Bakıda və xarici ölkələrin kitabxanalarında saxlanılır, bəzi kitabların 
isə  bir  nüsxəsi  belə  bu  gün  bizə  gəlib  çatmamışdır.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  hal-hazırkı 
mövcud  əski  çap  kitablarımızla  bağlı  vaxtilə  tanınmış  əlyazmaşünas  alim  Əzizağa  Məmmə-
dovun  716  əski  çap  kitabından  ibarət  tərtib  etdiyi  ―Əski  çap  kitabları  kataloqu.  Türkdilli 
kitablar‖ biblioqrafik araşdırması 2008-ci ildə nəşr olunmuş və burada Əlyazmalar İnstitutunda 
mühafizə  edilən  türkdilli  əski  çap  kitablarının  elmi-paleoqrafik  təsviri  verilmişdir  [Ə.Məm-
mədon, 2008]. ―Əsamiül-kütubi‖ kataloqu Azərbaycan kitablarının kataloqlaşdırılması sahəsin-
də ilk elmi-təcrübi iş olaraq, buraya günümüzlə səsləşən və öz elmi dəyərini, təcrübi əhəmiy-
yətini  itirməyən  əski  çap  kitablarının  təsviri  məlumatları  daxil  edilmişdir.  Kataloqda  Abdulla 
Şaiqin ―Uşaq gözlüyü‖, ―Gülşəni-ədəbiyyat‖, ―Tıq-tıq xanım‖, ―Yaxşı arxa‖, ―Tülkü və xoruz‖, 
―Gözəl  bahar‖,  ―İki  uşaq‖,  ―Bədbəxt  ailə‖  əsərlərinin  və  ―Robinzonun  hekayəsi  (şəkilli)‖ 
tərcüməsinin  nəşr  nüsxələrinin  paleoqrafik  xüsusiyyətlərindən  bəhs  olunur.  Həmçinin  burada 
tanınmış  ilahiyyatçı  alimlərimizdən  M.M.Cəfərzadənin  ―Kərbəla  yanğısı  (tarixi  və  müaşiqəli 
roman)‖, ―On yeddi ramazan‖, ―Əzrai-qureyş‖, ―Armanusə‖, ―Təfsiri-Quran‖ (3 cilddə), Hacı 
Məhəmmədhəsən  Nuxəvi  Mövlazadnin  ―Kitabül-bəyan  fi  təfsirəl-Quran‖,  görkəmli  şair  və 
yazıçılarımızdan Seyid Əzim Şirvaninin mənzum hekayələri, Ədil xan Ziyadxanın ―Avropada 
üç aylıq səyahət‖, Abbas Səhhətin ―Sınıq saz‖, ―Məğrib günəşi‖, Böyükağa Talıbovun ―Yaxşı 
məsləhət  hər  şeydən  yaxşıdır‖,  Y.V.Çəmənzəminlinin  ―Yeddi  hekayə  məcmuəsi‖,  ―Məlik 
Məhəmməd‖, S.M.Qənizadənin ―Tülkü və Çak-çak bəy‖, ―Məktubati-Şeyda bəy‖, ―Müəllimlər 
iftixarı‖  və  s.  ilahiyyatçı,  şair,  yazıçı  və  dramaturqların  əsərlərinin  çap  nüsxələri  haqqında 
biblioqrafik məlumat əldə etmək mümkündür. 
―Əsamiül-kütubi‖nin  sonunda teatr tariximizlə bağlı XX  yüzilliyin  əvvəllərində Ə.Haq-
verdiyev, Üzeyir bəy Hacıbəyli, Nəcəf bəy Vəzirov, S.M.Qənizadə kimi  məşhur  yazıçılarımı-

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 206 - 
zın,  eyni  zamanda adı  ədəbiyyat  tariximizdə o qədər də  yer almayan müəlliflərin səhnə əsər-
lərinin paleoqrafik-biblioqrafik xüsusiyyətləri ilə tanış oluruq.  
Kataloqa daxil edilən, XX yüzilliyin əvvəllərində əski əlifbada yaranan kitabların kitab-
şünaslıq və kitab tarixi baxımından öyrənilməsi nə qədər vacibdirsə, onların mətnlərinin teksto-
loji tərəfdən araşdırılması da əhəmiyyətlidir. Çünki bu kitabların ilk nəşrindən sonrakı dövrdə 
bir neçə dəfə əlifba islahatı aparılmış və növbəti nəşrlərdə ictimai-siyasi vəziyyətlə bağlı olaraq 
kitabların mətnləri müəyyən dərəcədə dəyişikliyə, müdaxilələrə məruz qalmışdır. Üzərində əl 
gəzdirilmiş  belə  kitablardakı  əsərləri  ilkin  vəziyyətə  qaytarıb  bərpa  etmək  üçün  məhz  ilkin 
nəşrin  nüsxələri  arxetip  nüsxə  olaraq  başlıca  əhəmiyyət  kəsb  edir.  Bu  mənada  vaxtilə  ərəb 
qrafikasında nəşr olunmuş əski çap kitablarının ədəbiyyat tariximizin, eləcə də digər elm sahə-
lərinin  ilkin  mənbələrdən  öyrənilməsində  və  yaxud  hər  hansı  bir  faktın  dəqiqləşdirilməsində 
böyük rolu ola bilər.  
Kataloqun son səhifəsində ―İxtar‖ (―Xatırlatma‖) başlığı ilə bir qeyddə ―Bir çok kitablar 
təbdən  (çapdan  –  Ə.M.)  çıkmadığına  görə,  qiyməti  məlum  olmadığı  üçün  onları  ―Əsamiül-
kütubi‖yə daxil etmədik,  təbdən çıkdıqca onların barəsində ayrıca elan edəcəyiz‖  yazılmışdır 
[Orucov Qardaşları, 1912, səh.38]. Kataloqun sonundakı bu xatırlatma elanı da naşirlərlə oxucu 
arasında  sıx  əlaqə  yaratmağın,  kitabların  təbliğinin  ən  vacib  cəhəhətlərindəndir.  ―Əsamiül-
kütubi‖ kataloqu 1912-ci il ilk nəşrindən sonra iki dəfə – 1913-1914-cü illərdə də çap olunmuş-
dur. Birinci nəşrdən fərqli olaraq sonrakı nəşrlərdə kitabların biblioqrafik göstəriciləri ilə yana-
şı, müəyyən qism mühüm kitabların paleoqrafik təsviri məlumatı da verilmişdir.  
Sonda  qeyd  edək  ki,  kitab  kataloqlaşdırılması  işinin  uzun  müddət  fərqli  tərtibatla,  nöq-
sanlarla  yerinə  yetirilməsinə  baxmayaraq,  axır  illərdə  mütəxəssislərimiz  tərəfindən  klassik 
kataloqlaşdırma  metodlarına  və  prinsiplərinə  cavab  verən  şəklidə  kataloqlar  hazırlanaraq  nəşr 
olunmaqdadır.  Unutmamalıyıq  ki,  çağdaş  kataloqlaşdırma  işinin  yerinə  yetirilməsində  Azər-
baycan kitabşünaslığı tarixində ilk dəfə çap olunmuş Orucov qardaşlarının ―Bakıda Bəradərani-
Orucof kütubxanəsinin əsamiül-kütubi‖ kataloqu əski çap kitablarımıza dair sonralar meydana 
çıxan biblioqrafik mənbələrimizin hazırlanmasında böyük rol oynamışdır. 
 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin