ƏDƏBĠYYAT
1.
A. Amudhavalli. Dynamics in Digital Information Systems (1. publ. ed.) 2008.
2.
"Kitabxana İşi Haqqında Azərbaycan Respublikasının Qanunu," 29 dekabr, 1998.
№ 611-IQ
3.
Top Library Automation Software Products. Available:
http://www.capterra.com/library-automation-software/.
4.
Columbia University Libraries Information Services: Databases. Available:
https://clio.columbia.edu/databases.
5.
Databases, E-books, & Journals. Available:
http://my.ada.edu.az/en-US/Pages/LibraryDatabases.aspx.
6.
M. L. Radford and P. Snelson. Academic Library Research: Perspectives and Cur-
rent Trends 200859.
7.
ADA Library Conference. Available:
http://my.ada.edu.az/en-US/Pages/ADA-Library-Conference.aspx?PageID=114.
8.
Research and Instructional Services. Available:
http://my.ada.edu.az/en-US/Pages/Reference_Services.aspx.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 174 -
9.
K. Johnson and E. Magusin. Exploring the Digital Library: A Guide for Online
Teaching and Learning (First edition ed.) 2005
10.
C.C. Bonwell and J.A. Eison, Active Learning: Creating Excitement in the Class-
room, Washington, DC: The George Washington University, School of Education
and Human Development, 1991.
Vafa Malikheydar Mammadova
THE ORGANIZATION OF MODERN INFORMATION SERVICES IN
ACADEMIC LIBRARIES: BASED ON THE WORK PRACTICE OF
ADA UNIVERSITY LIBRARY
Summary
The paper identifies the place and the role of the academic libraries in the modern
library-information environment, and examines the improvements in provided information
services by quality and quantity. It also reviews the issues related with the teaching of Infor-
mation Literacy classes within the institutional framework of ADA University Library in order
to enhance and optimize the library-information services to community members, to stay ab-
reast of the requirements of the modern era and to arm the library users with necessary in-
formation searching methods and tools.
Keywords: Modern librarianship, information society, electronic library, digital
content, new technologies, integrated library systems (ILS), software systems, library-infor-
mation services, database, information literacy, information searching tools.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 175 –
Könül Zakir qızı Abdullayeva
AMEA Mərkəzi Elmi Kitabxana, biblioqraf
konul0322@mail.ru
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJĠ UNĠVERSĠTETĠNĠN KĠTABXANASINDA
OXUCULARA KĠTABXANA-ĠNFORMASĠYA XĠDMƏTĠ
Açar sözlər: Azərbaycan Dövlət Pedaqoji Universiteti, oxuculara xidmət, kitabxana-
informasiya xidməti, kitabxana fondu.
XXI yüzillik kitabxanaların qarşısında çox böyük həyati əhəmiyyət kəsb edən yeni bir
vəzifə -informasiya xidmətinin təşkili vəzifəsini qoymuşdur. Cəmiyyətin iqtisadi, sosial-siyasi
və mədəni həyatına çox ciddi təsir göstərən informasiya xidməti-ənənəvi kitabxana xidmətin-
dən, oxucu tələbatının daha dolğun və operativ ödənilməsi baxımından fərqlənən yeni xidmət
növüdür. İnformasiya xidmətinin məqsəd və vəzifələrini dərk etmək, məzmununu açmaq üçün
onun yaramasına və formalaşmasına təsir göstərən informasiya cəmiyyətinin mahiyyətini
açmaq, strukturunu dərindən təhlil edib öyrənmək zərurəti qaçılmazdır.[1] Ölkəmizdə fəaliy-
yət göstərən kitabxanalar ―Kitabxana işi haqqında‖ Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq ―elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini
və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini
təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial
institut‖ səviyyəsində mühüm işlər görürlər. Qanunda yazıldığı kimi, indiki dövrdə ―Kitabxa-
na xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkil-
də toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş
təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilmə-
sinə fəal yardım etməkdən ibarətdir.[2] Hаzırdа rеspublikаmızdа 7135 təhsil müəssisəsi vаr-
dır. Bu təhsil müəssisələrində 2 milyоnа yахın gənc təhsil аlır və оnlаrın təlim-tərbiyə prоsеsi
ilə 242551 nəfər müəllim və tərbiyəçi məşğul оlur. Rеspublikаmızın аli məktəblərində 81 isti-
qаmət və 270-dən çох iхtisаs üzrə mütəхəssis hаzırlаnır. Аli məktəblərin 130-а qədər fаkültə-
sində 100 mindən çох tələbə təhsil аlır ki, оnlаrın dа təlim-tərbiyəsi ilə 650-dək kаfеdrаdа
çаlışаn 11 min nəfərdən çох prоfеssоr-müəllim məşğul оlur.[2] Kitabxanaların Prof. Abuzər
Xələfov tərəfindən tərtib edilmiş tipologiyasını nəzərdən keçirək:
Kitabxanaların tipologiyası (tipləri və növləri)
Universal kitabxanalar:
a) Universal elmi kitabxanalar;
b) Universal (ümumi) kitabxanalar.
Universal elmi kitabxanalar:
a)
Milli kitabxana;
b)
Prezident Kitabxanası;
c)
Parlament Kitabxanası;
d)
Muxtar Pespublikasının Dövlət Kitabxanası.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 176 -
Universal (ümumi) kitabxanalar:
a)
Mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS);
b)
Kənd (ümumi) kitabxanaları;
c)
Müstəqil uşaq kitabxanaları;
d)
Müstəqil gənclər kitabxanaları;
e)
İctimai təşkilatların kitabxanaları.
Xüsusi kitabxanalar:
a)
Respublika sahəvi kitabxanaları;
b)
Respublika Milli Elmlər Akademiyasının kitabxanaları;
c)
Ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin kitabxanaları.
Təhsil kitabxanaları:
a)
Ali məktəb kitabxanaları;
b)
Təkmilləşdirmə institutlarının kitabxanaları;
c)
Orta ixtisas məktəblərinin kitabxanaları;
d)
Ümumtəhsil məktəblərinin kitabxanaları.[3]
Rеspublikаmızın ən qаbаqcıl dövlət аli məktəblərindən biri оlаn Аzərbаycаn Dövlət
Pеdаqоji Univеrsitеti gеniş tədris və еlmi şəbəkə quruluşunа mаlikdir. 90 ildən çохdur ki,
fəаliyyət göstərən bu ali pedaqоji müəssisənin elmi kitаbхаnаsı 1921-ci ilin sеntyаbr аyındа
yаrаdılmışdır. Аzərbаycаn Dövlət Pedaqoji Univеrsitеtinin еlmi kitаbхаnаsı özünün mövcud
imkаnlаrı dахilində qаrşısındа qоyduğu vəzifələrə uyğun оlаrаq həm prоfеssоr-müəllim
hеyətinə, həm də bakalavriatura və mаgistratura pillələrində təhsil alan çoxsaylı tələbə-
gənclərə hərtərəfli хidmət göstərir.[4] Dövlət Pedaqоji Univеrsitеtinin kitаbхаnаsındа tələbə-
lərə хidmət işinin kеyfiyyətini yüksəltmək üçün fərqli хidmət, аçıq rəf, tədris ədəbiyyаtı ilə
qrup хidməti kimi səmərəli və qаbаqcıl mеtоdlаrdаn istifаdə еdilir. Məlum оlduğu kimi,
охuculаrа fərqli хidmət kitаbхаnаnın хidmət şöbələrinin təşkilаti quruluşu ilə müəyyən еdilir
və 3 prinsip əsаsındа həyаtа kеçirilir: охucu kаtеqоriyаlаrı, bilik sаhələri və nəşr növləri üzrə.
АDPU-nun kitаbхаnаsındа tələbələrə kitаbхаnа хidmətinin təşkilində bu üç prinsipdən ən
müхtəlif şəkillərdə istifаdə оlunur.[4] АDPU-nun əsаs binаsındаkı kitаbхаnаnın işi digər təd-
ris kоrpuslаrındаkı kitаbхаnаlаrın işinə nisbətən dаhа dоlğundur. Kitаbхаnаdа tələbələrə хid-
mət işini аsаnlаşdırmаq məqsədilə еvə kitаb vеrilişini təşkil еtmək məqsədilə аbоnеmеnt хid-
mətindən dаhа gеniş istifаdə еdilir. Хüsusilə qış və yаy imtаhаn sеssiyаlаrı vахtı tələbələrin
kitаbхаnаyа ахını dаhа çох оlur. Bu zаmаn охu zаllаrındа yеr çаtışmаzlığı bаş vеrir. Охu
zаlının imkаnlаrındаn kənаrdа qаlаn охuculаr аbоnеmеnt хidmətidən istifаdə еdərək еv şərаi-
tində mütаliə еdirlər. Məsələn 2008-2009-cu ilin yаy sеssiyаsı dövründə АDPU-nun аbоnе-
mеnt şöbəsi vаsitəsilə humаnitаr еlmlər üzrə tələbələrə 384446 nüsхə, qеyri-humаnitаr еlmlər
üzrə isə 242411 nüsхə ədəbiyyаt vеrilmişdir. Qеyd еtmək lаzımdır ki, еlm sаhələri üzrə
ədəbiyyаtın üst-üstə hаmısı 9462 nəfər охucuyа vеrilmişdir.[4] АDPU-nun kitаbхаnаsındа
tələbələrin sоrğulаrının hərtərəfli ödənilməsi üçün kitаbхаnаlаrаrаsı аbоnеmеnt bölməsi
vеrilən sifаrişləri vахtlı-vахtındа ödəməyə çalışır və sifаrişlərin sаyı ildən-ilə аrtır. Tələbələrin
sоrğulаrını tаm və dоlğun ödəmək məqsədilə Pedaqоji Univеrsitеtin kitаbхаnаsı 2006-cı ildə
1162 nüsхə ədəbiyyаtı digər аli məktəb kitаbхаnаlаrındаkı kitаbхаnаlаrаrаsı аbоnеmеnt
vаsitəsilə (KАА) аlıb охuculаrа vеrmişdir.[4] Ali məktəb kitabxanaları kitabxana işinin bütün
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 177 –
forma və üsullarından istifadə etməli, oxucularla aparılan informasiya işini cəmiyyətin qarşıya
qoyduğu vəzifələrin yerinə yetirilməsinə, milli ideologiyamızın təbliğinə, dövlətçiliyimizin
möhkəmləndirilməsinə yönəltməlidir. Kitabxanalar informasiya xidmətini müvəffəqiyyətlə
təşkil etmək üçün digər informasiya orqanları ilə əməkdaşlığa, kitabxana işinin əlaqələndiril-
məsinə, informasiya ehtiyatlarından səmərəli istifadə işinə də diqqət yetirməlidirlər.[2]
ƏDƏBĠYYAT
1.
Kitabxanalar biliklər cəmiyyətində. Bakı. ―Nurlar‖ Nəşriyyat-Poliqrafiya Mərkəzi,
2006, 520 s.
2.
R.M.Namazova.―Kitabxanaşünaslıq və informasiya‖, 2011, №2(5)..26-33s.
1.
Xələfov.A. Kitabxanaşünaslığın tarixi və metodologiyası. Dərslik. Bakı: ―Bakı
Universiteti‖ nəşiyyatı, 2014,-552s.
2.
Kitabxanaşünaslıq və informasiya‖, 2011, №1(4). R.M.Namazova. 104-112s.
K.Z.Abdullayeva
LIBRARY-INFORMATION SERVICE OF THE READERS IN THE SCIENTIFIC
LIBRARY OF THE AZERBAIJAN STATE PEDAGOGIKAL UNIVERSITY
Summary
This article analyzes the state of library-information service of the readers in the
Scientific Library of the Azerbaijan State Pedagogikal University in the years of indepen-
dence.
Key words: The Azerbaijan State Pedagogikal University, service for readers, library-
information service, library fund.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 178 -
Səyyarə Nazim qızı Məmmədova
REPK, Elmi-metodik və təhlil şöbəsi, şöbə müdiri
repk_1983@mail.ru
MƏKTƏB KĠTABXANAÇILARININ FASĠLƏSĠZ TƏHSĠLĠ VƏ KĠTABXANA
ĠNNOVASĠYALARI SAHƏSĠNDƏ BĠLĠKLƏRĠNĠN TƏKMĠLLƏġDĠRĠLMƏSĠ
Müasir dövrdə cəmiyyətdə rəqəmsal məktəb və gələcəyin məktəbi kontekstində məktəb
kitabxanasının yeni düşünülmüş konseptual modeli tez-tez müzakirə olunur. Bu gün bütün
dünyada təhsil paradiqması sürətlə dəyişir. XXI əsrin təhsili bu biliklərin bir insandan digə-
rinə birbaşa ötürülməsi yox, hər şeydən əvvəl təhsil alanların biliklərin yaranması prosesində
fəal və səmərəli yaradıcılıq üçün mümkün proseslər mühitinin yaradılmasıdır. Bu nəticədə
şagirdin ―nə bilirəm‖ yox, ―necə bilirəm‖i müəyyən etdiyi müştərək tədqiqat, nizamsız açıq
dialoq vəziyyətidir. Sinif – dərs sistemi tədricən keçmişdə qalır, buna görə də biliklərin belə
sürətlə artdığı vaxtda başqa təlim sistemi lazımdır. Bütün dünya ölkələrində bu proseslərdə
məktəb kitabxanalarının artan rolu nəzərə çarpır.
Bu gün bu sahədə iki istiqamətdə inqilab baş verir. Təlimdə - texnologiyanın inkişafı,
sinif-dərs sistemindən müəllim və şagird arasında yeni nizamsız dialoqa keçid. İkinci isə
informasiya inqilabıdır.
Müasir dövrdə məktəb kitabxanalarının ən vacib resursu ixtisaslı, peşəkar məktəb kitab-
xanaçısı hesab olunur. Onlar müəllimləri və şagirdləri bilik qazanmaq təcrübəsi ilə təmin edir-
lər. Buna görə də məktəb kitabxanaları kitabxana işi və pedaqogika üzrə təhsili olan ixtisaslı
məktəb kitabxanaçısı tərəfindən idarə olunmalıdır. Məktəb kitabxanaçılarının əsas vəzifələri-
nə daxildir: təlim, idarəetmə, liderlik, əməkdaşlıq, cəmiyyəti cəlbetmə. ―İFLA-nın Məktəb
kitabxanalarına rəhbərlik adlı‖ sənədində məktəb kitabxançısına aşağıdakı kimi tərif verilir.
“Məktəb kitabxanaçısı- məktəb kitabxanalarının fəaliyyətinə, proqram və xidmətlərin
yerinə yetirilməsinə görə məsuliyyət daşıyan kitabxanaçılıq təhsili olan pedaqoqdur. Cari işlə-
rin yerinə yetirilməsindən əlavə, kitabxanaçı fondu inkişaf etdirmək yolu ilə tədris planının
yerinə yetirilməsinə kömək edir, informasiya daşıyıcıları ilə işləməyi öyrədir, şagirdlərə oxu
səviyyələrinə uyğun olan kitab seçməyi, müəllimlərə isə kitabxana resurslarını və xidmətlərini
tədris proqramlarına inteqrasiya etməyi öyrədir. Bu ixtisasçıları müxtəlif adlarla da çağırırlar.
Məs: pedaqoq-kitabxanaçı, kitabxana media- ixtisasçısı, tədris resursları üzrə pedaqoq‖.
Məktəb kitabxanalarının rolu təlim və təhsilə yardım etmək olduğuna görə, məktəb
kitabxanalarının xidmətinə və fəaliyyətinə ən azı hazırlığı məktəb müəllimləri səviyyəsindən
aşağı olmayan ixtisasçılar tərəfindən nəzarət edilməlidir. Məktəb kitabxanaçılarının ixtisas
təlimi dünyada müxtəlif standartlara uyğun həyata keçirilir və bu standartlara onların pedaqoji
hazırlığı da daxil ola bilər. Əgər məktəb kitabxanaçısı məktəbdə lider olmaq istəyirsə, onda
onun təhsili və hazırlığı məktəb rəhbərinin və təhsil sahəsində çalışan ixtisasçıların səviyyə-
sindən aşağı olmamalıdır. Məktəb kitabxanalarının kadr strukturu yerli kontekstdən, qanun-
vericilikdən, iqtisadi inkişaf səviyyəsindən və təhsil sisteminin infrastrukturundan asılıdır.
Belə ki, 50 ildən artıq aparılan beynəlxalq tədqiqatlar göstərir ki, məktəb kitabxanaçıları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 179 –
məktəb kitabxana işi və pedaqogika sahəsində təhsil almalıdırlar. Onlar təlimin kompleks
vəzifələrini yerinə yetirmək, mütaliə bacarıqlarını formalaşdırmaq, məktəb kitabxanasını idarə
etmək və məktəb - müəllim heyəti ilə əməkdaşlıq etmək üçün öz ixtisas bilik və bacarıqlarını
inkişaf etdirməlidirlər.
Çoxlu sayda kompüterin İnternetə qoşulması dünya ətrafında intelektual səthin yaran-
ması deməkdir. Bu proseslərdə ən vacib və çətin iş, daha əsas və mürəkkəb kompüterin- insan
beyninin qoşulması hesab olunur. Pedaqoq kitabxanaçılar təlim prosesini gücləndirməklə ilk
növbədə məktəblilərə insan düşüncəsi ilə təsir edir. Bu münasibətdə bizim kitabxançıların
qarşısında yeni vəzifə durur. Bu gün o üç sahədə əvəzolunmaz peşəkar hesab olunur.
Birinci – pedaqoq - kitabxanaçının rolu müəllimlərin inkişafına kömək etməkdir.
İkinci – pedaqoq - kitabxanaçı informasiya savadlılığı sahəsində əsas amil rolu oynayır.
O, müəllimlərlə birlikdə təcrübə və konstruktiv axtarış proseslərinin köməyi ilə şagirdlərin
həqiqi tənqidi axtarışa çatdırılmasını planlaşdırır.
Üçüncü - pedaqoq – kitabxanaçı şagirdləri və müəllimləri ən son və ən yaxşı yeni kitab-
larla, vebsaytlarla, video, audio və müxtəlif resurslarla əlaqələndirən mədəniyyət emissarı
(agent) hesab olunur.
Müasir məktəb kitabxanası və onun ixtisaslı peşəkarları – respublikanın dövlət təhsil
standartlarının həyata keçirilməsinin təminatı və onların tətbiqində əsas vasitədir.
Ən vacib məsələ bu gün kitabxanaçılara yeniliklərlə işləməyi, eyni zamanda informa-
siya ilə işləməyi öyrətməkdir. Məktəb kitabxanaçıları sosial şəbəkələrdə, bloqlarda işləməyi
və virtual mühitdə bir-biri ilə innovasiya təcrübələrini mübadilə etmək üçün peşəkar münasi-
bətlər qurmağı öyrənməlidirlər. Həmçinin məktəb kontingentinin - pedaqoqların və şagirdlə-
rin informasiya dünyagörüşünün əsaslarının və informasiya mədəniyyətinin formalaşdırılması
sahəsində distant təhsil sisteminin yaradılması vacib şərtdir. Bu işdə təhsil müəssisələri xüsu-
sən maraqlı olmalıdırlar. Məktəb ictimaiyyətinin informasiya mədəniyyətinin formalaşması
və məktəb kitabxanaçılarının yeni pedaqoji status alması ilə əlaqədar ixtisasının artırılması
üçün effektiv vasitəyə çevriləcək layihə və proqramlar hazırlanmalıdır. Bu işə təhsil sahəsində
idarəedici orqanların nümayəndələri, məktəb direktorları və müəllimləri, uşaq mütaliəsi üzrə
peşəkarlar cəlb edilməlidir. Ən vacib məsələlərdən biri inzibati qurumlar çərçivəsində məktəb
kitabxanalarının yaranmasına və inkişafına kömək sistemi yaradılmasıdır. Xüsusilə də təhsilə
xidmət edən mərkəzlər məktəb kitabxanaçılarının ibtidai, fasiləsiz təhsilini, peşə hazırlığını,
məktəb kitabxanaçılarının qrup və assosasiyalar ilə əməkdaşlığını nəzərə almalıdır.
Azərbaycanda məktəb kitabxanalarının əsas problemi kadr sahəsində olan böhran
vəziyyətidir. Kadrlar sahəsində olan böhran məktəb kitabxanaçılarının fasiləsiz təhsil
sisteminin bərbad halda olması ilə əsaslandırılır. Respublikamızda məktəb kitabxanaçısının
peşə hazırlığı müxtəlif formalarda həyata keçir. Bu gün, ixtisasartırma sistemində yenidən
hazırlanma və təkmilləşdirmə məktəb kitabxanasının artan roluna görə yeni tələblərə cavab
vermir. Kadr göstəriciləri- kitabxananın yaradıcılıq effektini müəyyən edən vacib keyfiyyət
göstəricilərindən biridir. Əsasən diplomun olması və xüsusi proqramların öyrənilməsi vacib-
dir. Eyni zamanda ilkin pedaqoji və kitabxana təhsili əsasında kitabxanaçıların yenidən hazır-
lanması proqramlarının öyrənilməsi lazımdır. Məktəb kitabxanaçısının peşəkar inkişafı istiqa-
mətində məktəb kitabxanasının kadr personalının analiz parametrləri və qiymətləndirilməsi,
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 180 -
yeni peşə təhsili standartları, məktəb kitabxanaçıları üçün fasiləsiz təhsil mərkəzi konsepsiya-
sının yaradılması, yeni peşəkar – ―Kitabxanaçı-pedaqoq-novator‖un yaranması yollarının real-
laşdırılması məsələləri, məktəb kitabxanaçılarının kitabxana qarşısında qoyulmuş tapşırıqları
qəti surətdə reallaşdırması üçün ümumi və peşəkar İKT bacarıqlarının formalaşdırılması və s.
proqramlar hazırlanmalıdır.
Məktəb kitabxançılarının artan rolu ilə əlaqədar onların peşəkar hazırlığı və yenidən
hazırlanması sistemi tamamilə yenidən qurulmalıdır. Təcrübəli məktəb kitabxanaçılarının
təhsil problemlərinin həlli üçün qısa zamanda intensiv distant təhsil rejimində kredit sistemi
ilə rəsmi dövlət təhsili diplomu almasını təmin edəcək alqoritmlərin hazırlanması vacibdir. Bu
bizim peşəkar kitabxanaçılar ictimaiyyətinin və respublika səviyyəli təhsili idarəedici orqan-
ların illərlə birgə həll etməli olduğu ciddi problemdir. ABŞ, Kanada, Cənubi Korea, Böyük
Britaniyada peşəkar məktəb kitabxanaçılarının hazırlanması həyata keçirilir. Bu yenidən
hazırlanmanın standartını peşəkar təşkilatlar sifariş edir. Düşünürəm ki, biz də bu yolla
getməliyik. Bizim əsas məqsədimiz yüksək innovativ biliklərin təcrübədə zərər görməməsi
olmalıdır.
İnnovativ təlim metodlarını tətbiq edən təhsilin məzmununun səmərəli mənimsənilmə-
sini təmin edən səriştəli kitabxanaçıların formalaşdırılması və peşəkarlığının yüksəldilməsi
müasir təhsilin inkişafında olduqca mühüm istiqamətlərdəndir. Məktəb kitabxanaçılarının
yeni sosial–texnoloji vəzifələrin həllinə uyğunlaşmasının mühüm şərti kadrların ixtisasının
müntəzəm surətdə artırılması və təkmilləşdirilməsidir ki, bu da fasiləsiz (əlavə) peşəkar kitab-
xana təhsilinin çərçivəsində həyata keçirilə bilər. Bu gün onlar təhsil sisteminin inteqral foku-
suna çevrilirlər, çünki, kitabxana potensialının inkişafı olduqca vacib fasiləsiz peşə təhsili
prinsipinin tam reallaşmasına imkan verir. Müasir şəraitdə əlavə peşəkar kitabxanaçı təhsilin
yenidən qurulmasının əməli vasitəsi kimi çıxış edir: bu yeni ideyalar, konsepsiyalar, texnolo-
giyaların mənimsənilməsinə imkan deməkdir. Bu məqsədlə fasiləsiz peşəkar kitabxana təhsili
aşağıdakı istiqamətlərdə həyata keçirilməlidir.
1.İxtisasartırma - Respublikanın məktəb kitabxanaçıları üçün – peşə ixtisası səviyyəsinə
olan tələblərə müvafiq surətdə nəzəri və praktiki bilikləri təzələmək məqsədilə yeni istehsalat
vəzifələrinin həlli zərurətinin yaranması ilə əlaqədar problem mahiyyətli və ya funksional –
istiqamətlənmiş tədris kurslarının təşkili (qısa müddətli seminar və treninqlər).
3.Peşənin artırılması- məktəb kitabxanalarında işləyən xüsusi təhsili olmayan kitabxana-
çılar üçün müəssisə rəhbərliyinin sifarişinə əsasən uzunmüddətli peşəyönümlü təhsil şəraitinin
yaradılması.
4. Təcrübə keçmək- nəzəri hazırlıq nəticəsində əldə edilmiş bilikləri təcrübədə möh-
kəmləndirmək üçün idarəçilik bacarıqları və kitabxana innovasiya təcrübəsi ilə tanışlıq üzrə
kursların təşkili.
5. Regionlarda məktəb kitabxanaçıları arasında qeyri-formal təhsil kanalları üzrə bilik-
lərin operativ aktuallaşdırılması (konfranslar, seminarlar, müşavirələr, ideaya yarmarkaları,
dəyirmi masalar, peşə tanışlığı turları və s.).
7.Məktəb kitabxanalarının inkişaf strategiyası, informasiya potensialı, yeni texno-
logiyaların tətbiqi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 181 –
8.―Məktəb kitabxanalarının informasiya fəaliyyətində internet texnologiyalarının tətbi-
qi‖ distant kursunun yaradılması.
Dostları ilə paylaş: |