AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə20/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

ƏDƏBĠYYAT 
 
1.
 
Xələfov,  A.  Kitabxana  və  cəmiyyət:  monoqrafiya  /A.  Xələfov,  elmi  red.  Məmmə-
dova L., red. K.Aslan.-Bakı: Azərnəşr, 2011.- 348 s. 
2.
 
Kitabxanalar  biliklər  cəmiyyətində  (İkidilli  Azərbaycan-Rusiya  layihəsi).-Bakı: 
2006.-516s. 
 
 
Afsana Safarova 
 
READING PROBLEMS AND ELECTRONIC LIBRARIES 
 
Summary 
The problem of formation of information literacy in Azerbaijan was investigated in the 
article,  results  of  survey  conducted  among  readers  with  the  purpose  to  define  a  role  of 
libraries in this area were analysed, also have been made recommendations about a present 
condition of formation of information literacy and future development prospects. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 166 - 
Elnur Adil oğlu Nəzərəliyev  
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, dissertant  
nazaraliyev_elnur@mail.ru 
 
 
KĠTABXANA VƏ FASĠLƏSĠZ TƏHSĠL 
(TƏHSĠLĠN TƏġKĠLĠNDƏ PEġƏKARLIQ PROBLEMĠ) 
 
 
Açar  sözlər-  Fasiləsiz  təhsil,  kitabxana-informasiya  xidməti,  elm  və  təhsilə  kitabxana 
xidməti. 
Kitabxanalar yarandıgı gündən mədəni insan cəmiyyətinin yaratdıgı informasiya kütlə-
sinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və xidmətə verilməsi funksiyasını yerinə yetir-
məyə başlamışdır. Bu baxımdan ilk təhsil müəssisəsi və ilk elmi müəssisə statusuna malik ol-
muşdur. Müasir qloballaşan cəmiyyətdə kitabxanalar bu funksiyalarını davam etdirməkdədir.  
 
Son  zamanlar  qloballaşma,  informasiyanın  sürətli  yayılması  informasiya  kommunika-
siya sistemlərinin inkişafı, kitabxana-informasiya sistemlərində yeni texnoloji problemlərin və 
texnologiyaların  yüksələn  xətlə  inkişafı  və  s.  kımi  mühüm  əhəmiyyət  kəsb  edən  proseslərin 
dinamikası insan şüurunun qavrama tezliyindən daha sürətlə baş verir. İlk növbədə onu qeyd 
etməliyik ki, bu proseslər öz dinamik inkişafı və yüksək sürəti nəticəsində qarşıya çıxa bilə-
cək fəsadları aradan qaldırmaq üçün qlobal ölçüdə "İnformasiya cəmiyyətindən yeni "Biliklər 
cəmiyyəti"nə keçid prosesi düzgün şəkildə qurulmalıdır. Şübhəsiz ki, bu qlobal problemdir.  
Doğrudur,  biliklər  cəmiyyətinin  vahid  universal  modeli  yoxdur.  Çünki  universal  mo-
deldə  "Biliklər  cəmiyyəti"  anlayışı  məhdud  çərçivəli  bir  anlayışa  çevrilə  bilir,  daha  aydın 
desək  bu  universal  model  konkret  ölkənin,  regionun  dil  mədəniyyətindəki  fərdiliyi,  milliliyi 
özündə əks etdirirsə ferdiləşir. Lakin buna baxmayaraq tarixən olduğu kimi ümumdünya təc-
rübəsinə istinad edərək cəmiyyətin Azərbaycan modelinin qurulması qarşıda duran ən zəruri 
şərtdir. Dünya təcrübəsində artıq belə bir fikir formalaşmışdır ki, ―Biliklər cəmiyyəti‖nin milli 
modelini qurmaq istəyən һər bir ölkənin və xalqın başlıca kriteriyası canlı insan və bu insanın 
mənsub  olduğu  mədəniyyətin  tipi  və  ənənələridir.  Daha  doğrusu  bu  mədəniyyət  tipinə  aid 
insanların  yüksək  intellekti,  onun  təfəkkürü,  bilik  və  bacarıqlarıdır.  Çünki  mədəniyyət  ötən 
yüzilliyin əsas göstəricisidır və hər bir xalq tarixdə məhz bu mədəniyyəti ilə yadda qalır. 
 Yeni  ―Biliklər cəmiyyəti‖nə  keçid  qlobal  bir prosesdir. Bu haqda YUNESKO nun sə-
nədlərində də maraqlı fıkirlər var. YUNESKO, digər beynəlxalq və regional təşkilatların qlo-
bal informasiya məkanında informasiya proseslərinin düzgün və rasional idarə olunması sahə-
sində tətbiq etdiyi layihələr ―biliklər cəmiyyəti‖ yaratmaq sahəsində ―ömürboyu təhsil‖ kon-
sepsiyasının əhəmiyyətini gündəmə gətirir. Bu layihələrin həyata keçirilməsində kitabxanala-
rın tətbiq etdiyi yeni xidmət sahələri mühüm rol oynayır. 
Kitabxana-informasiya  xidməti,  eləcə  də  kitabxana  informasiya  məhsulu  barədə  mütə-
xəssislərin  müxtəlif  fikirləri  mövcuddur.  Tədqiqatçı  İ.S.Pilko  yazır:  ―Kitabxana-sosial  əhə-
miyyətli sənəd, informasiyasının ictimai istifadəsini təmin edən əsas və tarixən ilkin informa-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 167 – 
 
siya  institutu,  informasiya  məhsulları  və  xidmətlərinin  istehsalçılarından  birincisi  sayılır‖. 
Çoxəsrlik tarixi boyu kitabxanalar - istifadəçilərin informasiya sorğularının ödənilməsi istiqa-
mətində öz forma və metodlarını işləyib hazırlamış və inkişaf etdirmişdi.  
―Kitabxana  məhsulu‖  və  ―kitabxana  xidməti‖  anlayışlarının  tam  eyniləşdirilməsi  və 
yaxud onların kitabxana fəaliyyətinin maddiləşmiş məhsullar və maddiləşmiş xidmətlər nəti-
cələri  səviyyəsində  fərqləndirilməsi  çox  geniş  yayılmışdır.  İlkin  anlayışların  həcmi  və  məz-
mununun  dəqiqləşdirilməsinin  nəzəri  aspektlərindən  savayı,  bu  problem,  tətbiqi  əhəmiyyətə 
malikdir.  Kitabxana  məhsulları  və  kitabxana  xidmətlərinin  keyfiyyət  spesifikasının  tələbatçı 
xüsusiyyətlərinin üzə çıxarılması onların çeşid dinamikasının izlənilməsini əhatə edir. 
Kitabxana-informasiya proseslərinin müasir vəziyyəti hər bir mütəxəssisdən xüsusi ha-
zırlıq tələb edir. XXI əsr dərinləşdikcə mütəxəssislərin informasiya təminatı cəmiyyətin qarşı-
sında əhəmiyyətli vəzifələrdən biri kimi duracaq və bu vəzifələr bu gün də duyulmaqdadır. 
Təhsil, fasiləsiz təhsil, davamlı təhsil, şəxsi təhsil, ömürboyu təhsi və s. sərlövhəli layi-
hələr,  bir  çox    beynəlxalq  layihələr  qlobal  informasiya  məkanında  metəxəssislərin  yüksək 
peşə hazırlıgının təmin olunmasına yönəlməkdədir. Dünyanın qloballaşması tendensiyası təh-
silin  də  qloballaşmasını  tələb  edir  və  bu  istiqamətdə  beynəlxalq  qurumların  məqsədəuygun 
fəaliyyəti daha qabarıq özünü ğöstərməkdədir. 
Bu  baxımdan  Bakı  Dövlət  Universitetinin  Kitabxanaçılıq-informasiya  fakultəsində 
tədrisə cəlb olunmuş "Kitabxana və fasiləsiz təhsil" adı ilə ümumiləşdirilmiş tədris proqramı 
kitabxanaçılıq ixtisası ilə təhsil alan mütəxəssislərin hazirlanmasında əhəmiyyətli bir addım-
dır və müasir tələblər səviyyəsinə cavab verən ilk addımdır. Belə ki hal-hazirda yuksək ixti-
saslı kitabxanaçılıq-informasiya ixtisasında kadrların hazırlanması üçün bu növ tədris proqra-
mı ilk dəfə hazırlanır. Məqsəd ali təhsilli gənc mütəxəssislərə kitabxana-informasiya proseslə-
rində  Azərbaycançılıq,  milli  ideya,  vətənə  sevği  və  vətənpərvərlik  ideyalarının  öyrətmək  və 
gələcək  mütəxəssisləri  dərinləşən  informasiya  cəmiyyətinə  hazırlamaqdır  ki,  bu  istiqamətdə 
müasir və daima yeniləşən texnologiyaların öyrənilməsi və tətbiqi çox əhəmiyyətlidir. 
Proqramda iki əhəmiyyətli cəhəd diqqəti cəlb edir. Birinci ondan ibarətdirki  kitabxana-
şünaslıgın həm nəzəri həm də təcrübi sahələrində dövlətçilik ideyalarının təbligi məsələləri öz 
əksini tapır. 
İkinci cəhət daima yeniləşən informasiya proseslərinin öyrənilməsi sahəsində proqramın 
koseptual olmasıdır.  
Tədris proqramının öyrənilməsi ğöstərir ki, kitabxanaşünaslıgın müasir prearitet sahələri 
də burada öz əksini tapır. Belə ki fasiləsiz təhsil bir tərəfdən kitabxana-informasiya fəaliyyəti-
nin  təşkilatçılarının  peşə  səviyyəsinin  müasirləşməsi  və  tələblərə  cavab  verməsini  qarşıya 
qoyur,  diğər  tərəfdən  kitabxana-informasiya  fəaliyyətinin  təşkilində  geniş  oxucu  kütlələri 
üçün fasiləsiz təhsil imkanları yaradır.  
Elektron kataloq, rəqəmsal kitabxana fondları və elektron kitab məhsulları kontekstində 
təbligatın təşkili  ayrıca əhatə olunur. Bu da tərtibatçının "Kitabxana və fasiləsiz təhsil" prose-
sində  müasir tələblər və innavativ istiqamətlərindən xəbərdar oldugunu ğöstərir. 
Fasiləsiz təhsil sistemsiz və təsadüfi biliklərin təlimə cəlb edilməsi demək deyil. Təlimə 
cəlb olunacaq biliklərin məcmusu cəmiyyət, dövlət və beynəlxalq qurumlar vasitəsi ilə müntə-

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 168 - 
zəm  ğündəmə  gəlməkdədir  ki,  kitabxanalar  müasir  tələblərin  öyrənilməsi  və  həyata  keçiril-
məsi işində qabaqcıl müəssisələr funksiyasını daşıyır. 
Qeyd  olunan  paradiqma  düzğün  olaraq  tədris  prosesində  sistemləşdirilib  və  proqram   
mükəmməl  elmi  və  təcrübi  materiallara,  sahənin  müasir  və  samballı  əsərlərinə  əsaslanaraq 
tərtib olunub. Bu da mövzulara daha dərindən nüfuz etmək istəyən mütəxəssislərə mükəmməl 
əsərlərin tövsiyəsi baxımından əhəmiyyətlidir. 
Təhsilin  strukturunda  müxtəlif  prizmada  fərqli  təsnifləşdirmə  ilə  qarşılaşırıq.  Təhsil 
nazirliyində orta ümumtəhsil səviyyəsindən sonra 3 mərhələli Ali təhsil tətbiq olunur. Baka-
lavriat, maqistratura və daktarantura təhsili real həyatda təhsil prosesinin bitməsi demək deyil. 
Müxtəlif səviyyələrdə kurslar- təkmilləşdirmə kursları, ixtisasartırma kursları, treninqlər fasi-
ləsiz  təhsili  xarakterizə  edir.  Bu  baxımdan  təhsil  prosesinin  bütün  mərhələlərini  təsnifləşdir-
mək və kvalifikasiya etmək ehtiyacı qarşıya çıxır. Bununla yanaşı fasiləsiz təhsil, ömür boyu 
təhsil, davamlı təhsil kimi anlayışlar da dünya elmi ədəbiyyətına daxil olmuş və müxtılif yo-
zumlar  edilməkdədir.  Kitabxanalar  butün  qeyd  olunan  təhsil  proseslərinin  aktiv  iştirakçıları-
dır. Bir sıra kitabxanalar məhz fasiləsiz təhsilin təşkilində ixtisaslaşmaqdadırlar. Qeyd olunan 
təhsilin  müxtəlif  səviyyələrində  bir  sıra  beynəlxalq,  regional  və  kommersiya  layihələri  də 
tətbiq olunmaqdadır ki, bu sahənin müstəqil tədqiqatına ehtiyac duyulmaqdadır.  
Kitabxana-informasiya  xidmətinin  müasir  tələblər  şəraitində  həyata  keçirilməsi  hər 
şeydən  əvvəl  qeyd  olunan  anlayışları  təsnifləşdirmək  və  kitabxana-informasiya  xidmətinin 
təşkilində  kvalifikasiya  (peşə  tələblərinin)  səviyyəsinin  qorunub  saxlanılmasını  və  inkişafını 
təmin etməlidir. Mütəxəssislərə  informasiya xidmətinin  forma və  üsulları  mürəkkəbləşdikcə, 
eləcədə  mütəxəssis  sorgularının  mürəkkəbləşməsi  və  spesifikləşməsi  şəraitində  kitabxana  və 
fasiləsiz təhsil problemləri öz aktuallıgını ğöstərməkdədir. Elm və təhsilə kitabxana-informa-
siya xidmətinin təşkili sahəsində ənənəvi metodlarla  yanaşı müasir ―alətlər‖ formalaşmaqda-
dır.  Rəqəmsal  informasiya  məkanında  kitabxanaların  günbəgün  artan  imkanları  daha  geniş 
fəaliyyət fürsətləri irəli sürür,  yeni informasiya məhsulları meydana gəlir. Qloballaşan infor-
masiya məkanında elmə  və  təhsilə  kitabxana-informasiya xidmətinin  təşkilinin  əlaqələndiril-
məsi, məzmunlu və bitkin informasiya xidmətinin təşkilində beynəlxalq və reqional layihələ-
rin müstəsna əhəmiyyəti mövcuddur. Məhz bu baxımdan fasiləsiz təhsi beynəlxalq layihə ola-
raq, beynəlxalq normalara cavab verərək təşkil və tətbiq olunmaqdadır. 
Təəssüflə  qeyd olunmalıdır ki,  bu istiqamətdə  fəaliyyət  göstərən və  yüksək keyfiyyətli 
informasiya xidməti göstərən müəssisələr hal hazırda əsasən kommersiya müəssisələridir. Bu 
baxımdan  beynəlxalq  təşkilatların  qlobal  informasiya  məkanında  təhsil  və  elmi  informasiya 
xidmətinin  təşkili  sahəsində  daha  geniş  əhatəli  layihələrin  tətbiq  etməsi  ehtiyacı  duyulmaq-
dadır. 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Xələfov A.A. Kitabxanaşünaslığa giriş. 3 cilddə. B.: BDU, 2003. 
2.
 
Xələfov A.A. Kitabxana və cəmiyyət.B. BDU.2011.-370 s. 
3.
 
Xələfov A.A. Kitabxanaşünaslıgın müasir problemleri. Bakı.BUN, 2012. 56 s.  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 169 – 
 
4.
 
Kazımi P.F.İnformasiya mühəndisliyi kitabxana fəaliyyətində. B. BDU., 2011.-230 s.  
5.
 
Qurbanov  A.,Kazimi  P.,İsmayılova  N.  Kitabxana  informasiya  fəaliyyətinin  iqtisa-
diyyatı.Bakı.Mütərcim.2012. 362 s. 
6.
 
Казыми  П.Ф.  О  демократичности  библиотечной  работы.  Курск.  Журнал 
научных публикаций. 2011.-стр.102-105 
7.
 
Казими  П.  Информационная  инжинерия.  Германия.  Ламберто  Академия 
Публикейшн. 2013. 84 с. 
8.
 
 Брофи  Питер.  Оценка  деятельности  библиотек:  Принципы  и  методы.-М.; 
«Омего-Л», 2009.-357 стр. 
9.
 
Moyo,  L.  Electronic  libraies  and  the  emergence  of  new  service  paradigms  /  L. 
Moyo // The Electronic Libraries.-2004.-Vol 22, N3.-P. 220-230 
10.
 
Земсков, А.И., Шрайберг Я.Л. Электронные библиотеки [Текст]: учеб.пособие 
/ А.И. Земсков, Я.Л. Шрайберг.-М.:ГПНТБ Росии, 2001.- 352 с.  
 
 
Elnur Nazaraliyev 
 
LIBRARIES AND CONTINUING EDUCATION 
(PROFESSIONAL ISSUES IN THE EDUCATION) 
 
Summary 
Since the establishment of libraries in the cultural human society began to perform the 
function of information gathering masses, organizing, maintaining and providing services. In 
this regard, it had the status of the first educational institution and the first scientific institu-
tions.These function libraries in today's globalized society remain. 
 
Keywords - continuing education, library and information services, library services and 
science end education. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 170 - 
Vəfa Məlikheydər qızı Məmmədova  
Bakı Dövlət Universiteti, doktorant 
ADA Universiteti Kitabxanası, mütəxəssis 
 
vafa.mag@gmail.com 
 
 
AKADEMĠK KĠTABXANALARDA MÜASĠR ĠNFORMASĠYA  
FƏALĠYYƏTĠNĠN TƏġKĠLĠ: ADA UNĠVERSĠTETĠ KĠTABXANASININ  
Ġġ TƏCRÜBƏSĠ ƏSASINDA 
 
 
 
Açar sözlər: Müasir kitabxanaçılıq, informasiya cəmiyyəti, elektron kitabxana, rəqəm-
sal məzmun, yeni texnologiyalar, avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri (AKİS), 
proqram  təminatı  sistemləri,  kitabxana-informasiya  xidməti,  verilənlər  bazası,  informasiya 
mədəniyyəti, informasiya axtarış vasitələri. 
Xülasə:  Məqalədə  müasir  kitabxana-informasiya  mühitində  akademik  kitabxanaların 
yeri və rolu müəyyənləşdirilmiş, yeni texnologiyaların tətbiqi sayəsində istifadəçilərə göstəri-
lən  informasiya  xidmətinin  kəmiyyət  və  keyfiyyət  göstəricilərinin  yaxşılaşdırılmasından  bəhs 
edilmişdir.  ADA  Universiteti  Kitabxanasında  xidmət  işinin  müasir  dövrün  tələblərinə  cavab 
verməsi,  informasiya  axtarış  metodları  və  vasitələrinin  öyrədilməsi  məqsədilə  tədris  edilən 
İnformasiya Mədəniyyəti adlı təlim kursları haqqında məlumat verilmişdir. 
 
Yeni texnologiyaların məhdudiyyətsiz tətbiq edildiyi müasir informasiya cəmiyyətində 
kitabxanalar öz funksional vəzifələrini dövrün və istifadəçilərin tələblərinə maksimum dərəcə-
də uyğunlaşdırmaq, qarşıya qoyulan məqsədlərə uğurla nail olmaq üçün tamamilə yeni forma 
və məzmun qazanmaqdadır. Bu baxımdan qabaqcıl dünya təcrübəsini öyrənmək və onu yerli 
mühitə  uyğunlaşdırmaqla  tətbiq  etmək  kitabxana  mütəxəssislərinin  qarşısında  yeni  vəzifələr 
qoyur.  İnformasiyanın  işıq  sürətilə  artdığı  müasir  informasiya  əsrində  sənəd  kütləsini  idarə 
etmək, onu çeşidləyərək əhəmiyyət kəsb edən məzmunu ortaya çıxarmaq yalnız yeni texnolo-
giyaların, müasir proqram təminatının istifadəsi və bacarıqlı kitabxanaçı kadrların bu işə cəlb 
edilməsi ilə mümkündür.  
İnformasiya  cəmiyyət  üçün  həmişə  vacib  ünsür  olmuşdur.  Bir  həqiqət  də  vardır  ki, 
informasiya  anlayışı  müəyyən  mənada  əsrlərlə  dəyişilməz  qalmışdır,  yəni  ehtiyacı  olanlara 
müvafiq informasiya və informasiya ehtiyatlarına səmərəli, effektiv, rahat və maliyyə cəhət-
dən  sərfəli  çıxışı  təmin  etmək  vəzifəsi  daşımışdır.  Son  dövrlərdə  isə  informasiya  kütləsinin 
qarşısıalınmaz sürətlə emalı və istehsalı sosial institutlarda, xüsusilə də kitabxanalarda infor-
masiyanın seçilməsi, təhlili, mübadiləsi və əlyetərliliyinin təmin edilməsi məsələlərini aktual 
edir  [1].  
Kitabxanaların geniş bir qolunu təşkil edən akademik kitabxanalarda isə bu məsələlərə 
daha  həssaslıqla  yanaşılmalıdır,  belə  ki,  istifadəçilərinin  böyük  əksəriyyətini  tələbələrin  və 
tədqiqatçıların təşkil etdiyi ali təhsil müəssisəsi kitabxanalarının ən ümdə vəzifəsi öz oxucu-
larını səhih və etibarlı informasiya ilə təmin etmək və bununla da kitabxananın və bütövlükdə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 171 – 
 
universitetin elmi tədqiqatın dəstəkləyicisi kimi rolunu artırmaqdır. Bu baxımdan, tətbiq edi-
lən  yeni  texnologiyalar,  proqram  təminatı  və  maddi  texniki  baza  istifadəçilərə  informasiya 
xidmətini müasir standartlara uyğun və rəqəmsal məzmunun axtarış və istifadəliliyinin maksi-
mum dərəcədə optimallaşdırılması kontekstində həyata keçirməyi tələb edir.  
Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin 
etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasından, onların əhali ara-
sında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş 
yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir  [2]. 
Müasir kitabxanalarda tətbiq edilən yeni informasiya texnologiyaları və proqram təmi-
natı  sistemləri  kitabxana  işinin  idarə  edilməsi  və  kitabxananın  ayrı-ayrı  struktur  vahidlərini 
əlaqələndirmə baxımından əvəzedilməz vasitələrdir. Belə ki, hazırda dünya kitabxana təcrübə-
sində istifadə olunan bu tip avtomatlaşdırılmış kitabxana-informsiya sistemlərinə misal olaraq 
Mandarin,  ResourceMate,  Alexandria,  Koha  ILS,  L4U,  Millennium,  Destiny  Library 
Manager, Aleph, Bibliotheca, Libdata və s. proqram təminatı sistemlərini göstərmək olar  [3].  
ADA  Universiteti  Kitabxanasında  uğurla  tətbiq  edilən  Millennium  Avtomatlaşdırılmış 
Kitabxana-İnformasiya  Sistemi  kitabxana  proseslərini  avtomatlaşdırmaqla  yanaşı  müxtəlif 
şöbələrin işini bir sistem daxilində mərkəzləşdirir və əlaqələndirir. Sistemin işçi modullarını 
işlək vəziyyətə gətirmək üçün hər bir kitabxanaçı tərəfindən xüsusi qeydiyyat loqini və parolu 
daxil  edilməlidir.  İşçi  modullar  əsasən  kitabxananın  komplektləşdirmə,  kataloqlaşdırma, 
dövriyyə xidmətləri, elektron resursların idarə edilməsi, dövri nəşrlər, sistem administrasiyası 
və  s.  kimi  proseslərini  asanlaşdırır  və  eyni  zamanda  statistik  məlumatların  təhlili  və  emalı 
zamanı kitabxanaçı əməyinə və vaxtına qənaət edir.  
Qlobal aləmdə ali təhsil müəssisələrinin kitabxanaları operativ xidmət həyata keçirmək 
məqsədilə resenziya verilmiş elmi jurnal məqalələrinin toplandığı onlayn verilənlər bazalarına 
illik abunə olmaqla həmin  məqalələrin əksər hallarda tam mətnlərini  tələbələr üçün  əlyetərli 
edir  və  bununla  da  təhsil  və  tədris  prosesini  alternativ  informasiya  mənbələri  ilə  zənginləş-
dirir.  Beynəlxalq  akademik  kitabxanaların  nümunəsində  ABŞ-ın  Kolumbiya  Universiteti 
Kitabxanasının ümumilikdə 1500-dən artıq ümumaçıq və ödənişli onlayn verilənlər bazasına 
abunəliyi təmin etdiyini qeyd etmək olar  [4]. 
Azərbaycan  miqyasında  isə  bu  sahədə  öz  əhəmiyyətinə  görə  qabaqcıl  yerlərdən  birini 
tutan ADA Universitetinin Kitabxanası 42 ədədi ümumaçıq və 22 ədədi (bunlardan 2 baza – 
EBL  və  Ebrary  yalnız  elektron  kitab  xidmətini  həyata  keçirir)  ödənişli  olmaqla  ümumilikdə 
64  verilənlər  bazasından  istifadə  imkanını  təmin  edir.  Bu  bazalara  misal  olaraq,  JStor, 
EbscoHost,  ProQuest,  HeinOnline,  Taylor  &  Francis  Online,  EconBiz,  Cambridge  Journals, 
International Monetary Fund, Chronicle of Higher Education və s. göstərmək olar  [5].  
Təqdim  edilən  çap  və  elektron  informasiya  ehtiyatlarından  istifadəni  asanlaşdırmaq, 
tələbə  və  müəllim  heyətini  informasiya  axtarış  metodları  və  üsulları  ilə  ―silahlandırmaq‖ 
məqsədilə  ADA  Universiteti  Kitabxanası,  birbaşa  olaraq  kitabxananın  Tədqiqat  və  Təlimat 
Xidmətləri Şöbəsi Azərbaycanda ilk dəfə, dünya kitabxanaçılıq təcrübəsində isə ötən əsrin 90-
cı  illərinin  əvvəllərindən  tədris  edilməyə  başlayan  İnformasiya  Mədəniyyəti  təlim  kurslarını  
[6]  universitetin  müxtəlif  təhsil  proqramlarına  uyğunlaşdırmaqla  həyata  keçirir.  Kursun 
keçirilməsi  ilk  dəfə  olaraq  ADA  Universiteti  və  Mədəniyyət  və  Turizm  Nazirliyinin  birgə 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 172 - 
təşəbbüsü  ilə  1-2  Aprel,  2014-cü  il  tarixlərində  təşkil  edilmiş  ―Kitabxana-informasiya 
sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi‖ mövzusunda I Beynəlxalq Elmi 
Konfransda  layihə  kimi  irəli  sürülmüş    [7]  və  daha  sonra  təcrübədə  sınaqdan  keçirilməyə 
başlamışdır. Hazırda bu təlim kursları uğurla həyata keçirilir və tələbələrə informasiya axta-
rışı, seçimi, onun dəyərləndirilməsi və s. bu kimi zəruri məsələlərin incəliklərini öyrədir  [8].  
Avstraliyalı kitabxanaşünas alim Kristin S.Brüs XX  əsrin 90-cı illərində İnformasiya 
Mədəniyyətinin  modelini  təqdim  edərkən  onun  7  cəhətini  kateqoriyalara  ayırmaqla  müəy-
yənləşdirmişdir: 

 
informasiya texnologiyası anlayışı; 

 
informasiya mənbələri anlayışı; 

 
informasiya prosesi anlayışı; 

 
informasiyaya nəzarət anlayışı; 

 
biliyin formalaşdırılması anlayışı; 

 
biliyin genişləndirilməsi anlayışı; 

 
müdriklik anlayışı  [6]. 
Daha sonra o, bu kateqoriyaları qarşılıqlı surətdə əlaqələndirməklə hər biri üçün ortaq 
sayılan  informasiya  və  informasiya  mədəniyyəti  anlayışlarını  mərkəzi  element  kimi  göstər-
mişdir.  
Akademik kitabxanaların onlayn informasiya ehtiyatlarına, o cümlədən elektron kitab-
xanalara və verilənlər bazalarına abunəlik vasitəsilə təmin və təklif etdiyi rəqəmsal informasi-
ya mühitində istifadəçi bir sıra bilik və bacarıqlara malik olmalıdır ki, sənəd və informasiya 
okeanında ―boğulmasın‖. Bunun üçün axtarış prosesinin mərhələlərini bilmək vacibdir: 

 
onlayn axtarış sisteminin seçimi; 

 
onlayn axtarış sisteminə giriş; 

 
axtarış ekranında naviqasiya; 

 
sorğunun formalaşdırılması; 

 
axtarış nəticələrinin dəyərləndirilməsi; 

 
axtarışın çeşidlənməsi  [9]. 
İnformasiya mədəniyyətinə malik olmayan və sadəcə İnternet saytlarından əldə etdikləri 
məlumatların etibarlılığına arxayın olan tələbələrin kurs işlərinin təhlili zamanı aradan qaldı-
rılması vacib olan bir sıra problemlər aşkar olunmuşdur: 

 
Müəlliflik məsələlərinin müəyyənləşdirilməsində yol verilən səhvlər; 

 
Aktuallıq  -  nəşrin  buraxıldığı  tarixin  düzgün  göstərilməməsi  və  ya  istifadə  edilən 
mənbənin aktuallığını itirməsi; 

 
Qeyri-obyektivlik – yalnız bir saytın fikrini əsas götürmə; 

 
Auditoriya  –  tələbələrə saytın müəyyən məqsədlərlə xüsusi auditoriya üçün nəzərdə 
tutulması məsələsi maraqlı deyildir; 

 
Üslub  və  ifadə  tərzi  –  saytlarda  yol  verilən  qrammatik  və  orfoqrafik  səhvlərin 
tədqiqat işlərində də olduğu kimi təkrarlanması; 

 
Məzmunun  keyfiyyəti  –  sənədləşmənin  olmaması  saytların  keyfiyyət  cəhətdən 
qiymətləndirilməsini mümkünsüz edir; 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 173 – 
 

 
İnformasiyanın  təşkili  –  bəzi  saytlar  çox  sadə  tərtib  edilmiş,  bəzilərinin  isə  ana 
səhifəsini tapmaq çətin olmuşdur; 

 
Naşir, mənbə, sahib – bəzi fanat saytlarına, şəxsi veb səhifələrə və hətta orta məktəb 
layihələrinə verilmiş istinadların olması; 

 
İnformasiyanın  stabilliyi  –  istinad  verilən  saytların  təxminən  30%-inin  URL 
ünvanının  düzgün  göstərilməməsi  və  ya  saytların  artıq  işləməməsi  səbəbindən 
əlyetərli olmaması və s.  [9].  
İnformasiya  Mədəniyyəti  dərslərində  isə  onlayn  kataloq  və  verilənlər  bazaları  üzrə 
informasiya ehtiyatlarının axtarış metod və üsulları ilə tanışlıqla yanaşı: 

 
tələbələr bu işə sadəcə dinləyici kimi cəlb edilmir; 

 
səylər  informasiyanın  ötürülməsindən  daha  çox  tələbələrin  bilik  və  bacarıqlarının 
inkişaf etdirilməsinə yönəldilir; 

 
tələbələr yüksək düşüncə tərzinə malik olurlar (analiz, sizntez və dəyərləndirmə); 

 
tələbələr  müxtəlif  fəaliyyət  növlərinə  cəlb  olunurlar  (məsələn,  qiraət,  müzakirə  və 
inşa yazısı); 

 
tələbələrdən öz davranış və bacarıqlarını üzə çıxarmaları gözlənilir [10]. 
Sadalanan  bu  məsələlərlə  yanaşı  akademik  kitabxana  istifadəçiləri  informasiyanın 
təhlükəsizliyi,  plagiatlıq,  müəlliflik  hüququ  və  əqli  mülkiyyət  məsələlərinə  də  ciddi  fikir 
verməlidirlər.  Bu  baxımdan,  kitabxana  mütəxəssisləri  universitet  ictimaiyyəti,  o  cümlədən 
tələbə və müəllim heyəti ilə qarşılıqlı iş birliyi çərçivəsində sıx əməkdaşlıq etməli, beynəlxalq 
təcrübənin  öyrənilməsi  və  tətbiqi,  informasiya  ehtiyatlarından  istifadəyə  dair  müəssisə 
siyasətini formalaşdırmalıdırlar.  
 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin