ƏDƏBĠYYAT
1.
1.Azərbaycan Respublikasının Konstitutsiyası.- B: Azərnəşr,1995.-55 s.
2.
Azərbaycan tarixi: 7 cilddə.VII cild.- B.,2003.-S.237
3.
3.Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında Azərbaycan
Respublikası Prezidentinin sərəncamı.-Azərbaycan.-2007.-24 aprel.-S.1
4.
Baxşəliyev Zöhrab. Azərbaycanda kitabxana işi təşkilinin hüququ bazası.-
Kitabxanaşünaslıq və biblioqrafiya:elmi-nəzəri və təcrübi jurnal.-2002.-№1.-S.10-21.
5.
Əliyev Heydər. Ədəbiyyatın yüksək borcu və amalı.-B.,1999.-S.420
6.
Xələfov Abuzər. Kitabxanaşünaslığa giriş: III hissə: Kitabxana işi haqqında təlim.-
B., 2003.-310 s.
7.
Xələfov Abuzər. Heydər Əliyev və Azərbaycanda kitabxana işi.- B.: Azərnəşr.-
2006.- 311 s.
8.
Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu.- Kitabxanaşünaslıq və
biblioqrafiya.-1999.- №1.-S.3-17
9.
Tahirov Kərim. Azərbaycanda kitabxana işinin inkişafına Heydər Əliyev qayğısı.-
Xalq qəzeti.-20
10.-7 may
Gunel Ahadova
THE ROLE OF HEYDAR ALIYEV HERITAGE IN
INCREASING COUNTRY'S INTELEKTUAL LEVEL
Summary
The article tells about the significant heritage left by National Leader Heydar Aliyev for
our libraries which are undoubtedly an integral part of our science and culture. It also re-
flects on the great relevance and influence of the laws and decrees signed by National Leader
and related to organizing library work in the country and the impact of their implementation.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 190 -
KĠTABġÜNASLIQ, BĠBLĠOQRAFĠYAġÜNASLIQ VƏ
MULTĠDĠSSĠPLĠNAR TƏDQĠQATLAR
Gülbəniz Ġbrahim qızı Babaxanlı
AMEA Hüseyn Cavidin Ev Muzeyi, direktor
filologiya üzrə elmlər doktoru
huseinjavid@gmail.com
AMEA HÜSEYN CAVĠDĠN EV MUZEYĠNDƏ
KĠTABġÜNASLIQ ÜZRƏ APARILAN ELMĠ TƏDQĠQATLAR
Açar sözlər: Ərtoğrol Cavid, folklor, mədəniyyət abidələri, əlyazma, çoxcildli, toplu,
not, musiqi, aşıq sənəti.
Azərbaycan ədəbiyyatının parlaq siması, filosof şair, dramaturq Hüseyn Cavidin həyat
və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etməq məqsədi ilə ulu öndərimiz
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci
ildə 160 saylı qərarına əsasən Hüseyn Cavidin Ev Muzeyi yaradılmış və Azərbaycan Milli
Elmlər Akademiyasının tabeliyinə verilmişdir. Ümummilli liderimizin şəxsən iştirakı ilə 24
oktyabr 2002-ci il tarixdə dahi mütəfəkkir Hüseyn Cavidin 120 illik yubileyi günündə,
Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirildikdən sonra Muzeyin ekspozisi-
yası geniş tamaşaçı auditoriyasının ziyarətinə açılmışdır.
Hazırda AMEA Hüseyn Cavidin Ev Muzeyi AMEA Humanitar Elmlər Bölməsinin tər-
kibinə daxil olan elmi tədqiqat müəssisəsidir. Muzey elmi tədqiqat işlərinin əhatəli planına
əsasən Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təb-
liği sahəsində elmi tədqiqat fəaliyyəti ilə məşğul olur. [3,1].
Muzeydə Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması və tədqiqi sahəsin-
də kitabşünaslıq üzrə aparılan elmi tədqiqatlardan bəhs edərdək iki mühüm çoxcildli nəşri:
“Cavidşünaslıq: araşdırmalar toplusu. 10 cilddə” və “Azərbaycan qeyri-maddi mədəniyyət
abidələri və Ərtoğrol Cavid: çoxcildlik. 13 cilddə” kitablarını qeyd etməliyik.
2012-ci ildə çap olunmuş 10 cildlik ―Cavidşünaslıq‖ toplusunun tərtibçisi və ön sözün
müəllifi muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı, redaksiya heyəti isə akademiklər
Mahmud Kərimli, İsa Həbibbəyli, Kamal Abdulla və Teymur Kərimlidir [2, 1].
Toplunun ilk sayına Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı haqqında 1912-1925-ci
illərdə çap olunmuş məqalə, resenziya, məlumat, mühakimə və müzakirə mətnləri, şeirlər və
s. daxil edilmişdir. Bəzi yazılar ya gizli imza və ya da imzasız verilmişdir. Hüseyn Cavid şəx-
siyyəti və yaradıcılığı haqqında 1926-1930-cu illərdə çap olunmuş məqalə, resenziya, məlu-
matlar, böyük sənətkara həsr edilmiş bir neçə şeirin daxil edildiyi toplunun ikinci sayında
materialların müəllifləri arasında Əli bəy Hüseynzadə, Əziz Şərif, Hənəfi Zeynallı, Mustafa
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 191 –
Quliyev, Əli Nazim, Yusif Vəzir Çəmənzəminli, Əmin Abid, Cabbar Əfəndizadə kimi tanın-
mış ədəbiyyat xadimləri ilə yanaşı az tanınan yazarlar da vardır.
Toplunun üçüncü sayına Hüseyn Cavidin şəxsiyyəti və yaradıcılığı haqqında 1930-
1937-ci illərdə çap olunmuş məqalə, resenziya, məlumatlar daxil edilmişdir. Ədibin həyatda
olduğu dövrün cavidşünaslığı bu illərlə başa çatır və 20 illik fasilədən sonra əbədi Cavidin
cavidşünaslığı meydana çıxır.
Cavidşünaslığın dördüncü cildinə böyük dramaturq Hüseyn Cavidə bəraət verildikdən
sonra, yəni 1956-1961-ci illərdə dövri mətbuatda çap olunmuş yazılar toplanmışdır. 20 illik
fasilədən sonra yenidən o dövrün yaradıcı şəxsiyyətləri Cavid əfəndi haqqında elmi məqalə-
lər, xatirələr, yubiley yazıları yazmağa başladılar. Müəlliflər arasında Məsud Vəliyev, Abbas
Zamanov, şairin sevimli qızı Turan Cavid, Məmməd Cəfər, Əkbər Ağayev, Rəsul Rza, Cəfər
Xəndan və başqaları da var.
Toplunun beşinci cildi isə 1962-1963-cü illərdə Hüseyn Cavid şəxsiyyətinin yaradıcılığı
barədə dövrü mətbuatda çap olunmuş məqalə, rəy və xatirələri əhatə edir. Şairin 80 illik yubi-
leyi münasibətilə dərc olunmuş şeirlərə də müəyyən qədər yer verilmişdir. Seriyanın altıncı
cildinə 1964-1970-ci illərdə dövrü mətbuatda işıq üzü görmüş elmi, publisistik və bədii mate-
riallar salınmışdır. Bu cilddə 30-cu illərin anticavid kampaniyasının residivi kimi İslam İbra-
himovun məqaləsi diqqəti çəkir. Cavidşünaslıq məqalələr toplusunun yeddinci cildinə Hüseyn
Cavidin yaradıcılığı, dövrü, ədəbi mühiti və şəxsiyyəti, teatrı haqqında oçerk və məqalələr,
xatirələr, rəylər daxil edilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə
hakimiyyətə gəlişinin ilk beşilliyinə təsadüf edən bu dövrdə Cavid mövzusuna diqqət və
qayğının kifayət qədər artdığı müşahidə edilir. 1975-1981-ci illərdə Mirzə İbrahimov, Qulam
Məmmədli, Əbülfəz İbadoğlu, Zahid Əkbərov, Elçin kimi əvvəlki dövrlərdən tanıdığımız
cavidşünaslarla yanaşı, İsa Həbibbəylinin Hüseyn Cavid yaradıcılığına həsr etdiyi ilk məqalə-
lərin də çap olunduğu səkkizinci cilddə Zahid Əkbərovun ―Hüseyn Cavidin ―Şeyx Sənan‖ fa-
ciəsi‖, Məsud Əlioğlunun ―Hüseyn Cavidin romantizmi‖ monoqrafiyasına yazılmış rəylər ca-
vidşünaslığın elmi inkişafına xidmət edir. Tamilla Təhmasibin, Məryəm Əlizadənin, Cəlil
Vəzirovun, İlham Rəhimlinin və b. məqalələri, Cavid teatrına professional yanaşma kimi diq-
qəti çəkir. Əjdər İsmayılovun ―Cavid və Şekspir‖ araşdırmasında Vilyam Şekspirin ―Otello‖
əsəri ilə Hüseyn Cavidin ―İblis‖ faciəsini müqayisə edilir. ―Cavid xatirələrdə‖ silsiləsi Mirzə
İbrahimovun, Qulam Məmmədlinin, Şəmsi Bədəlbəylinin dahi sənətkar haqqındakı səmimi
xatirələrində davam etdirilir.
Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinə təsadüf edən 1982-ci ilin cavid-
şünaslığının materiallarını əhatə edən doqquzuncu cilddə böyük şair-dramaturqun yaradıcılığı
müxtəlif yönlərdən tədqiqata cəlb olunur, onun zəngin irsi araşdırma obyektinə çevrilir. Cavi-
din bədii dili haqqında Musa Adilovun məqaləsi də maraq doğurur.
Nəhayət, seriyanın onuncu cildinə 1983-cü ildə Azərbaycan mətbuatında Hüseyn Cavid
haqqında dərc olunmuş yazılar salınmışdır. Cavidin 100 illik yubileyi münasibətilə 1982-ci
ildə başlanmış tədbirlər həmin il də davam etdirildiyindən, materialların əksəriyyəti yubiley
xarakteri daşıyır. Abbas Zamanov, Qulu Xəlilov, Zahid Əkbərov, Fərman Xəlilov kimi cavid-
şünasların tədqiqatları ilə yanaşı, Məmmədəli Əsgərov, Şəmistan Mikayılovun araşdırmaları
da xüsusi yer tutur.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 192 -
Toplu dəyərli bir elmi mənbə kimi cavidşünaslığın gələcək inkişafına mühüm töhfədir.
Seriyanın növbəti cildləri üzərində iş davam etdirilir.
Böyük mütəfəkkir Hüseyn Cavidin yeganə oğlu, musiqişünas Ərtoğrol Cavidin yaradı-
cılığını əks etdirən ―Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid‖ çox-
cildliyin ilk 10 cildi 2011-ci ildə, son 3 cildi isə 2015-ci ildə çap edilmişdir. Nəşrin tərtibçisi
fil.ü.e.d. Gülbəniz Babaxanlı, fars dilində olan mətnlərin tərcüməçisi və redaktoru akademik
Teymur Kərimlidir [2, 1].
Çoxcildli nəşr ―Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid‖, ―Azərbaycan klassik
musiqi mətnləri və Ərtoğrol Cavid‖, ―Azərbaycan dastanları və Ərtoğrol Cavid‖, ―Azərbay-
can aşıq yaradıcılığı və Ərtoğrol Cavid‖, ――Balaman məktəbi‖ dərsliyi və Ərtoğrol Cavid‖,
―Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları‖ və ―Ərtoğrol Cavidin yarımçıq qalmış
əsərləri‖ mövzularını əhatə edir.
"Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyinin
"Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid" adlanan I cilddə Qarabağ, Quba, Gəncə,
Xızı, Basarkeçər, Bakı, Şəki, Dərbənd, Masallı bölgələrindən 1939-40-cı illərdə toplanmış toy
və yas adətlərinə aid etnoqrafik materiallar, eləcə də el mahnıları, deyimləri öz əksini
tapmışdır. Bütün bu materiallar haqqında Ərtoğrol Cavidin yığcam, dərin məzmunlu elmi
rəyləri də onlarla birgə çap olunmuşdur. "Azərbaycan klassik musiqi mətnləri və Ərtoğrol
Cavid" adlanan II cildə Azərbaycan klassik musiqi mətnləri və onlara Cabbar Qaryağdı və
Süleyman Mansurov tərəfindən yazılmış şərhlər toplanmış və Ərtoğrol Cavidin hər bir mətnə
ayrı-ayrılıqda yazdığı elmi təhlillər daxil edilmişdir.
"Azərbaycan dastanları və Ərtoğrol Cavid" mövzusu III, IV, V, VI, VII, VIII cildlərdə
yer almışdır. Bu cildlərə 1938-41-ci illərdə Ə.Cavid, H.İskəndərov, H.Əlizadə və
C.Cahanbəxş tərəfindən Azərbaycanın müxtəlif bölgələrindən toplanmış Azərbaycan dastan-
ları və Ərtoğrol Cavidin həmin dastanlar haqqında yazdığı elmi rəylər yer almışdır. Qeyd
edək ki, bəzi dastanları aşıqlar özləri yazıya almışlar. Eyni zamanda aşıq Əsəd, aşıq Mirzə ya-
radıcılıqları haqqında məlumat və 1937-ci ildə professor Bülbülün rəhbərliyi ilə aşıq yaradıcı-
lığının əsas formalarını öyrənmək və bir neçə aşıq havasını nota almaq üçün çağırılan iclasın
protokolları daxil edilmişdir.
"Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid" mövzusu IX, X cildləri əhatə edir. IX
cilddə Azərbaycan aşıqlarının, xüsusən də Molla Cuma və Miskinli Vəlinin əsərləri toplanmış
və həmin materiallara Ərtoğrol Cavid, Hümmət Əlizadə tərəfindən yazılmış elmi rəylər yer al-
mışdır. X cildə Aşıq Ələsgər və onun poetik çevrəsində olan aşıqların əsərləri və həmin əsər-
lərə Ərtoğrol Cavidin elmi rəyləri verilmişdir.
XI cild Azərbaycan musiqişünası Saleh Əbdülləlimovun musiqi məktəbləri üçün tərtib
etdiyi ―Balaman məktəbi‖ adlı dərsliyin ilk nəşridir. Dərslik 1937-ci ildə hazırlansa da, o
dövrdə ictimai-siyasi həyatımızın az qala bütün sferalarına nüfuz etmiş erməni şəbəkəsinin
―səyi‖ nəticəsində çap olunmamış və əsərin orijinal nüsxəsi Ərtoğrol Cavidin şəxsi arxivində
uzun illər mühafizə edilmişdir. Parlaq istedada və yüksək intellektə malik Ərtoğrol Cavid
―Balaman məktəbi‖nə rus dilində yazılmış ön sözü dilimizə tərcümə etmiş, dərsliyin tərtibi ilə
əlaqəli materialların, o cümlədən iclas protokolların toplanıb-hazırlanmasında yaxından işti-
rak etmişdir. Orijinalı Hüseyn Cavidin Ev Muzeyində saxlanılan bu dərslik muzeyin əmək-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 193 –
daşları tərəfindən elmi və ixtisas redaktəsindən keçirilmiş, nəşrə hazırlanmış, dərslikdəki not-
lar müvafiq proqram təminatı vasitəsilə ilk dəfə elektronlaşdırılmış və komplektləşdirilmişdir.
Çoxcildliyin 12-ci cildində xalq muğamlarının toplanması və nota salınması sahəsində
böyük zəhməti olmuş Ərtoğrol Cavidin xanəndə Cabbar Bağdadbəyovun ifasında dinlədiyi
―Bayatı kürd təsnifi‖, ―Segahın mübərriqəsi‖, ―Zəminxara təsnifi‖, ―Orta segah rəngi‖, ―Mirzə
Hüseyn segahı‖ kimi muğam elementlərinin nota salınmış versiyası əks olunmuşdur. Bu cil-
din ikinci hissəsində isə Kazım Aslanlının topladığı və Ərtoğrol Cavidin nota aldığı Masallı
xalq mahnılarına yer verilmişdir. Sonuncu cilddə Azərbaycan Milli Elmlər Akademiyası
Hüseyn Cavidin Ev Muzeyində mühafizə edilən, Ərtoğrol Cavidə məxsus bir sıra yarımçıq
musiqi əsərləri toplanmışdır.
Bu nəşrlə oxucuların istifadəsinə verilən folklor materiallarının bir qismi orijinaldır, bir
qisminin variantları çap olunub; ancaq onlar əsas etibarilə bir də ona görə qiymətlidir ki,
onları böyük Cavidlər nəslinin istedadlı nümayəndələrindən biri olan Ərtoğrol Cavid bu gün
də əhəmiyyətini itirməyən elmi aparatura ilə təmin edib. Bütün bu materialların və onlara
yazılmış Ərtoğrol Cavid rəylərinin, elmi fikirlərinin əyani folklor materialları kontekstində
çağdaş oxucuya çatdırılması, zənnimizcə, müstəqil respublikamızda gedən ədəbi-mədəni inki-
şafın göstəricilərindən biri və Cavidlər irsinə verilən qədirşünaslıq örnəyi olacaqdır.
ƏDƏBĠYYAT
1.
Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid. 13 cilddə. – Bakı:
Çaşıoğlu, 2011, 2015.
2.
Cavidşünaslıq: elmi araşdırmalar toplusu.10 cilddə. – Bakı, 2012
3.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin 2005-2015-ci illər üzrə elmi tədqiqat və elmi
təşkilati fəaliyyəti haqqında hesabatları.
Gulbaniz Babakhanlı
SCIENTIFIC RESEARCH OFBIBLIOGRAPHY OF
HUSSEIN JAVID’S HOME MUSEUM OF ANAS
Summary
Activity direction of the Hussein Javid‟s Home Museum of Azerbaijan National Acade-
my of Sciences is researching and promoting of materials about hussein javid and generally
javids‟ heritage. Here conducted exposition and mobile exhibitions, improving, preparing and
translating of tour texts, translation. Staff of the Muzeum are held traditional and virtual ex-
hibitions, seminars, conferences in our republic and abroad with aim of promoting Hussein
Javid‟s creativity.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 194 -
Ġmaməddin Zəkiyev
AMEA Əlyazmalar İnstitutu,
filologiya üzrə elmlər doktoru
AZƏRBAYCAN KĠTABININ ÖYRƏNĠLMƏMĠġ SƏHĠFƏLƏRĠ
Hər bir xalqın yazısı, yazı alətləri, yazı materialları, kitab və kitabxana tarixi dünya
mədəniyyəti tarixinin ayrılmaz tərkib hissələrindən biridir. Azərbaycan xalqı da belə öncül
xalqlardan biri olduğu halda, XX əsrin 90-cı illərinə qədər qəzet, jurnal, kitab səhifələrində
belə səhv fikirlər yer almışdı ki, 1920-ci ilə qədər Azərbaycan xalqının 99 faizi savadsız
olmuşdur; qələmi, mürəkkəbi, yapışqanı, kağızı xaricdən almışdır; kitab və kitabxanaları
olmamışdır və s. Buna görə elmi və kütləvi nəşrlərdə keçmiş nailiyyətlərimiz unudulmuş və
unutdurulmuşdu. Üç min illik kitab mədəniyyəti tariximizdən soraq verən əsrlər ―qaranlıq
əsrlər‖, ―yoxsul əsrlər‖, mədəniyyətimizin ―sıfır səviyyəsində olduğu əsrlər kimi qələmə veril-
mişdir. Halbuki dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da ulu əcdadlarımız
kitab mədəniyyəti tarixinə mühüm töhfələr vermişdir. Bir neçə fakta müraciət edək.
XX əsrin sonlarına qədər elmi tədqiqatlarda belə bir fikir yer almışdı ki, Azərbaycanda
gil lövhələrdən istifadə edilmədiyinə görə bu ölkədə gil kitabxanalar olmamışdır. Yalnız son
onilliklərdə məlum olmuşdur ki, bu fikir yanlışdır. Gil kitabları və ən qədim yazı növü olan
piktoqrafik yazıları e.ə. IV minilliyin axırlarında şumerlər düşünüb tapmışlar. Onları ideo-
qrafik yazıya çevirərək e.ə. III minilliyin ortalarında daha mükəmməl yazı sistemi olan mixi
yazı növünü yaratmışlar. Üç min il bəşəriyyətə xidmət etmiş bu yazı növündən Azərbaycanın
bir sıra bölgələrində də müvəffəqiyyətlə istifadə edilmişdir. Xocalıda tapılmış ən qədim mixi
yazı nümunələri e.ə. VIII əsrə aiddir. Qarabağda qəbirlər qazılarkən e.ə. IX əsrin sonu, VIII
əsrin əvvələrinə aid üstü mixi yazılı əqiq muncuq, daş qələm, Qazax rayonunda dəmir qələm,
1948-1952-ci illərdə Mingəçevir SES üçün qazıntı işləri aparılanda V-VI əsrlərə aid alban
yazılı gil lövhələrin və s. Nümunələrin tapılması ulu əcdadlarımızın elm, bilik, mütaliə və
kitabçılıq bacarığından soraq verir. Mannalıların da mixi yazısı, orijinal ədəbiyyatı və zəngin
kitab sərvəti olmuşdur. Mannanın kitabçılar (xəttatlar, cildçilər, bərpaçılar...) hazırlayan mək-
təblərində hər il yüzlərlə gənc təhsil alırdı. XX əsrdə Cənubi Azərbaycanda xeyli mixi yazılı
gil lövhələrin tapılması İran və Azərbaycan alimlərini yeni-yeni axtarışlara və tapıntılara sövq
etmişdir. Həmin mixi yazılı abidələr əsasında Azərbaycan alimi Solmaz Qaşqay ―Mann
dövləti‖ adlı monoqrafiya yazıb çap etdirmişdir (Bakı, Azərnəşr, 1993, 108 s.).
XX əsrin sonlarına yaxın İran, İraq, Suriya, Türkiyə sərhədləri arasında qazıntı işləri
aparılarkən 4 minillik yaşı olan 1000-dən çox yazılı gil lövhənin tapılması faktı da göstərir ki,
keçmiş minilliklərdə gil lövhələrdən yazı materialı kimi itifadə edib zəngin kitabxanalar yara-
dan xalqlar çox olmuşdur. Torpaqdan yaranmış gil kitablar gəncliyini də, dincliyini də torpa-
ğın altında keçirərək bir neçə min il sonra üzə çıxmışdır.
Bu kimi çoxsaylı gil lövhələrin, papirus kitabların və s. yazılı nümunələrin üzə çıxarıl-
ması arxeoloqların böyük nailiyyəti olsa da, yazı tarriximizin, kitab və kitabxana tariximizin
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 195 –
qədim izlərini öyrənmək baxımından da misilsiz töhfə sayıla bilər. Bu tarixi həqiqəti nəzərə
alıb belə qənaətə gələ bilərik: Arxeologiya bel ilə qazılan, qələmlə yazılan tarixdir.
Qədim azərbaycanlılar daş, metal, sümük, ipək, dəri, qrifel taxtalar (səthi mumlanmış
lövhələr) və s. bərk və yumşaq yazı materialları üzərində də həm yazılmış, həm də cildlənmiş
qiymətli əlyazmaları bir yerə toplayıb zəngin kitabxanalar yaratmışlar. Belə kitabxanalar həm
yaraşıqlı binalarda, həm də açıq səma altında təşkil edilərdi. Məsələn, Qobustanda yüzlərlə
daşa həkk edilmiş 4000-ə yaxın rəsm, naxış, yazı xalqımızın həm qədim sərvətidir, həm də
açıq səma altında yaradılmış muzey-kitabxanadır. Buradakı abidlər təsdiq edir ki, bilik öyrən-
məyin tarixi yazının və kitabın tarixindən çox qədimdir. Qobustandakı qayaüstü yazılardan
biri latın dilindədir və eramızın 90-cı illərinə aiddir. Eramızın birinci əsrində daş üzərində
yunan əlifbası ilə yazılmış başqa bir yazı şəki şəhərinin Böyük Dəhnə kəndi ərazisində
tapılmışdır. 1948-1952-ci illərdə Mingəçevirdə V-VI əsrlərə aid alban yazılı daş abidənin
aşkar edilməsi, 1970-ci ildə Dağıstanın Labko kəndi yaxınlığında hər iki üzünə alban əlifbası
həkk edilmiş daş lövhənin tapılması və s. faktlar da Qafqaz ərazisində daşdan yazı materialı
kimi istifadə olunduğunu təsdiqləyən sübutlardandır.
İsalam qədərki dövrdə Azərbaycanda papirus, perqament, ipək və s. yazı materialların-
dan da geniş miqyasda istifadə edilməsinə dair ―bitkin fikir yox idi. Milli müstəqillik dövrün-
də müəyyən edilmişdir ki, müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da kitabçıların ha-
zırladıqları kitabların dəmir, mis, taxta və s. materilallardan ibarət cildlərini dəri, məxmər,
parça ilə örtəndən sonra çox vaxt qiymətli daş-qaşla bəzədərdilər. Belə kitablar kitabxanalar-
da, dövlət xəzinəsində saxlanılır, hökmdarlara hədiyyə göndərilir və satılırdı ki, geniş yayılsın.
Azərbaycanda IV-V əsrlərdə kitab bazarlarının olması haqqında həqiqətin də, həmçinin
kitabların, dərmanların, müxtəlif növ çaxırların yunanca anbar, dükan mənasını verən
―Aptek‖lərdə satılmasına dair məlumatın da son illərdə üzə çıxması ulu əcdadlarımızın zəngin
kitab mədəniyyətinin ildən-ilə yüksələn xətt üzrə inkişafından soraq verir.
Azərbaycanın hər iki tayında fəaliyyət göstərən məktəb kitabxanalarının fondundan IV-
VII əsrlərdə şagirdlər və müəllimlər bərabər hüquqda istifadə edirdilər. Müəllimlərə yüksək
əmək haqqı, şagirdlərə təqaüd, pulsuz kitab, yemək və paltar verilirdi. Təhsildə fərqlənən şa-
girdlər oxuduqları məktəbi bitirəndən sonra dövlət hesabına Şərq ölkələrinin sayılıb seçilən
təhsil ocaqlarına göndərilirdi ki, yüksək ixtisas alandan sonra qayıdıb Vətəndə işləsinlər.
Erməniləri gəldikləri yerə qədər qovub Ermənistan üzərində dəfələrlə qələbə bayrağı ucaltmış
Urnayzın hakimiyyəti (313-371) dövründə lm, təhsil, ədəbiyyta, siyasət və s. istiqamətlərdə
aparılmış uğurlu təşkilatçılıq işi onun layiqli davamçıları olan sonrakı hökmdarlar (Asvagen:
424-444; III Vaçaqan: 487-510 və b.) dövründə də məharətlə davam etdirilmişdir. Həyat təc-
rübəsi və oxuduqları kitablar onlara öyrətmişdi ki, yazıçı və alimləri, məktəb və müəllimləri,
kitab və kitabaxanaçıları, təhsilli adamları çox olan ölkədə əməyin nəticələri fərəh doğurar.
VII əsr Azərbaycan alimi Musa Kalankatlı yazır ki, Vaçaqan ―öz şəxsi Rustak (bizə görə Qu-
banın indiki Rustov – İ.Z.) adlı kəndinə‖ gələndə orada orada tikdirdiyi məktəbə də baş çəkər-
di. Onu dövrələyən ―uşaqların əllərində kitab və qrifel taxtaları (üstünə nazik mum təbəqəsi
çəkilmiş yazı lövhələri – İ.Z.) görəndə xəzinə tapmış adamdan daha çox onlarla fəxr edərdi‖
ki, Azərbaycanın gələcək qurucuları və yaradıcı ziyalıları əllərində kitab, qələm və yazı löv-
hələri tutmuş bu uşaqlar olacaqlar.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 196 -
O zaman (V əsrin sonlarından VII əsrin ortalarına qədər) Azərbaycanda 1000-dən çox
şair, minlərlə alim, 10 minlərlə xəttat, cildçi, bərpaçı və başqa sənət adamı kitab istehsalı ilə
məşğul olmuşdur. Hər il onların əlinin sığalını görmüş 100 minlərlə kitab həyata vəsiqə
almışdır. Müəlliflərin və kitab sənəti adamlarının ən çox müraciət etdikləri yazı materialı
papirus, ipək və perqament idi. Bu yüksəlişin nəticəsi olaraq VII əsrdə Azərbaycan hökmdarı
Cavanşirin (616-680) saray kitabxanasında 100 mindən çox kitab vardı. Azərbaycanda tapıl-
mayan bəzi kitabları xarici ölkələrə (məsələn, Romaya) ezam etdiyi yazıçı və alimlər vasitəsi-
lə əldə edib gətirtmişdi. O zaman Bərdədə 100 min əhali yaşayırdı. Hər adam 1 kitab düşürdü.
Bu o dövr üçün böyük göstərici idi. Təəssüf ki, Azərbaycanın bütün tərəqqi zirvələrinə qısqa-
nan ermənilər ərəb xilafətinin başçıları ilə qol-boyun olub Bərdə kitabxansının kitab dolu
sandıqlarını qaranlıq gecələrin birində Tərtər çayına tökmüş, kitabaxana binasını isə od vurub
yandırmışlar. Beləlikə, mədəniyyət ocaqlarımız bir-bir sıradan çıxarılmış, ulu əcdadlarımızın
yaratdıqları zəngin mədəni irsimiz ərəb işğalçılarının və erməni vandallarının qurbanı olmuş-
dur.
Professor Mikayıl Rəfilinin doğru qənaəti ilə desək, keçmiş əsrlərdə Azərbaycanın yazı-
çı və alimləri özlərinə qədərki həmvətənlərinin yazılı abidələrini və ―dünya mədəniyyətinin
inkişafını‖ müntəzəm izləmişlər, ―bir çox yeni və indiyə qədər məlum olmayan əsərlər‖ yarat-
mışlar. Onların məhv edilməsində ərəblərin, ermənilərin və digər təcavüzkar qüvvələrin mən-
fur siyasəti bu gün də kitab və mədəniyyət tarimizdə ən ləkəli izlərdən biri kimi qalmaqdadır.
M.F.Axundzadə yazmışdır ki, ərəblər Qafqaza gələndə ən azı min illik söz sərvətimizi
―yelə verdilər‖, həmvətənlərimizin yaratdıqları yüksk mədəniyyəti ―zavala uğratdılar‖. Ermə-
ni separatçıları haqqında isə dahi ədib belə demişdir: ―Sizin qanınız çoxdan halaldır, amma bu
zamanadək tökən olmayıb‖.
Bu XIX əsrin əks-sədasıdır. 2-3 min il bundan əvvəl də onların mənfur hərəkətləri dün-
yaya məlum idi. Ermənilərin Azərbaycan torpaqlarına, elminə, ədəbiyyatına, kitab xadimləri-
nə və görkəmli şəxsiyyətlərinə xəyanətlərinin və cinayətlərinin bəzi izləri tarixçi alim Abdulla
Fazilinin ―Atropatena. E.ə. IV-e.VII əsri‖ (Bakı, Elm, 1992, 216 s.) kitabında və digər mənbə-
lərdə ötəri də olsa xatırlanmışdır. Cavaşirin saray tarixçisi Musa Kalankatlı ―Albaniya tarixi‖
kitabında ermənilərin simasızlığını iki sözlə çox sərrast ifadə etmişdir:
Görkəmli Azərbaycan alimi Ziya Bünyadov ―Azərbaycan VII-IX əsrlərdə‖ kitabında
yazır ki, ərəblərin Qafqaza gəlişinə qədər Azərbaycanda elm, təhsil, kitabçılıq işi, habelə iqti-
sadi və siyasi vəziyyət, ümumiyyətlə, ―dövlət müxanizmi ərəblərin dövründəkindən daha
yaxşı qurulmuşdu‖. Ərəblərin hökmranlığı dövründə Azərbaycanın əsas şəhərləri Marağa,
Xunəc, Miyanic (Miyanə), Ərdəbil, Təbriz, Mərənd, Naxçıvan və başqaları idi. Akademik
Əbdülkərinm Əlizadə yazır ki, yazıçı və alimlərin, xəttatların və cildçilərinin hasilə gətirdik-
ləri ―çox qiymətli əsərlər‖ ədəbiyyat, tarix, fəlsəfə, iqtisadiyyat, tibb, coğrafiya, riyaziyyat, as-
tronomiya və s sahələrə aid idi. Hər il fars, yunan, Suriya və başqa dillərdən ana dilinə xeyli
kitab tərcümə edilirdi. VII əsr Azərbaycan tarixçisi Musa Kalankatlının ölkəmizin adını yazı-
sı, kitabı, məktəbi, kitabxanası, yazıçı və alimləri, kitab tərcüməçiləri, xəttatları, cildçiləri olan
15 tanınmış xalqdan biri adlandırması (Albaniya tarixi, 1993, s.15-16) o dövrün mənəvi mən-
zərəsi haqqında aydın təsəvvür yaradır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 197 –
Musa Kalankatlı ―Özümə qədərki yazıçı və alimlərin kitablarından çox yaxşı xəbərda-
ram‖ desə də, 13 əsrdən çoxdur ki, biz onun xəbərdar olduğu saysız-hesabsız kitabdan xəbər-
sizik. Niyə? Qədim mənbələrə əsaslanan Ziya Bünyadov ―Azərbaycan VII-IX əsrlərdə‖ kita-
bında yazır ki, VII əsrə qədər mövcud olmuş külli miqdarda kitabın ―heç izi-tozu qalmadan
yox olmasının səbəbini ilk növbədə erməni xəyanətində axtarmaq lazımdır‖.
Son araşdırmalarımız göstərir ki, Azərbaycan xalqı heç bir əsrdə kitab yə xilafətinə
qədər və sonrakı dövrlərdə hər bir əsrin söz sərvəti mədəniyyət tariximizin bir zirvəsi və qürur
mənbəyi olmuşdur. VII-X əsrlərdə qələm sahibləri Vətəndə və xarici ölkələrdə yaratdıqları
―ipəklə və qiymətli daşlarla süsdlü kitablar‖la (professor Əhməd Cəfəroğlu) ərəbləri heyrətə
salmışdılar. Türkiyə, Azərbaycan, İran, Orta Asiya, Suriya hüdudlarında xeyli dəyərli əsərlər
yazmış IV-IX əsr şair və alimlərinin irsi əsasında dövrünün tanınmış ziyalısı və kitab kollek-
sioneri Əbül Vəfanın Həmədanda 10 minlərlə kitaba malik zəngin şəxsi kitabxana yaratması,
bir təsadüf nəticəsində kitabxan sahibinin qonağı olmuş görkəmli ərəb şairi Əbu Təmmamın
(796-843) orada 570 şairin kitabları, o cümlədən 300 Divan əsasında 5 kitabdan ibarət
―Həmasə‖ adlı dünya şöhrətli antologiyaya və daha bir neçə başqa kitab yazması Azərbaycan
kitab mədəniyyətinin öyrənilməmiş səhifələrindən biri kimiv bu gün də ehtiramla xatırlan-
maqdadır.
Milli müstəqllliyimizin ilk illərində apardığımız axtarışlar zamanı indiyə qədər məlum
olmayan daha bir həqiqət üzə çıxmışdır. Cənubi Azərbaycan türkü Əlfəz Bərmək Bağdadda
ilk kağız fabriki açandan(9794) bir əsr sonra IX əsrin sonu, X əsrin əvvəllərində Cənubi Azər-
baycanın mühüm şəhərlərindən sayılan Xunəc şəhərində ilk kağız fabriki işə salınmışdır. Bun-
dan sonra şəhər Kağızkunan kimi tanınmış və kitablar aləmində misli görünməmiş yüksəliş
başlanmışdır.
X əsrin ortalarında İraqın Bəsrə şəhərində gizli fəaliyyət göstərmiş saf əqidə sahiblərin-
dən ibarət ―Saflıq qardaşları‖ (―İxvan əs-səfa‖) adlı kitab cəmiyyətinin tərkibinə Azərbay-
candan da ensiklopedik bilik sahibləri cəlb edilmişdi. Əbülhəsən Zəncani onlardan biri idi.
Cəmiyyətin xətti ilə gizli yazılmış və gizli yayılmış 52 cilddən ibarət traktatın yazılmasında
və yayılmasında onun da əməyi çox olmuşdur. Bu əsrdə yazıb-yaratmış 100-ə qədər kitab
yaradıcısının adının müəyyənləşdirilməsi, Bərdə saray kitabxanasında 150 min kitabın toplan-
ması, bir çox kitab müəllifinin xarici ölkələrdə də tanınması və s. qüruü doğuran səhifələrin
ildən-ilə fərəh doğurmasına baxmayaraq, Azərbaycanın tərəqqi düşmənləri mədəniyyət zirvə-
lərimizi zaman-zaman hədəf seçmişdir. Son zanmanlarda üzə çıxardığımız cinayətlərdən biri-
ni burada diqqətinizə çatdırıram.
X əsrin sonlarında paytaxtın Bərdədən Gəncəyə kğçürülməsinə başlananda qərara alın-
mışdı ki, Bərdənin 150 min kitaba malik zəngin kitabxanası əhalinin istifadəsi üçün orada
saxlanılsın, Gəncədə isə yeni kitabxana yaradılsın. Bu fürsətdən istifadə edən qəddar erməni-
lər VII əsrdə Bərdə kitabxanasına qarşı həyata keçirdikləri vəhşiliyi X əsrdə qaranlıq gecələ-
rin birində təkrar edərək, kitab dolu sandıqları Tətrət çayına tökmüş, kitabxan binasını külı
döndərmişlər.
Əsrlər boyu düşmən qüvvələrin maneələrinə, təxribatlarına, cinayətlərinə, qəfil zərbələ-
rinə tuş gələn Azərbaycan xalqı itkilər versə də, tərəqqiyə can atmaq səylərini əldən vermə-
mişdir. Nəticədə kitab mədəniyyəti sahəsində qazandığı uğurlara görə heç bir qabaqcıl Şərq
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 198 -
ölkəsindən geridə qalmamışdır. Məslən, IX-X əsrlərdə yüzlərlə şairi, alimi, rəssamı, təhsil qu-
rucusu, kitab istehsalçısı, məktəbi, kitabxanası, kitab emalatxanası, V əsrdən etibarən hər cür
kitab, qələm, mürəkkəb, kağız, yapışqan satılan bazarları və dükanları olan ―Orta Asiyada mə-
dəniyyət Avropa mədəniyyətindən fövqəladə dərəcədə üstün idi‖ (B.Q.Qfurov. İstoriya
tadjikskoqo naroda s drevneyşix vremen do 1917 qoda. Moskva, 1949, t.1., s.184) Azərbay-
canda da IV əsrdən X əsrə qədər və sonrakı bütün əsrlərdə mənəvi tərəqqinin mənzərəsi
üynən belə idi. Təkcə X əsrdə yazıb-yaratmış 100-ə qədər şair və alimdən 60-a qədərinin adı
və bəzi müəlliflərin kitablarının adı ―AZərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX
əsrin sonuna qədər)‖ kitabımızda göstərilmişdir (Bakı, ―Azərbaycan Ensiklopediyası‖ NPB,
2000, s.88-98).
Bu kimi çoxsaylı tarixi faktlar göstərir ki, Azərbaycan ədəbiyyatı kimi Azərbaycan
kitab mədəniyyəti də keçmiş əsrlərdə ―yoxsulluq dövrü‖, ―Yetimlik dövrü‖ yox,, yetkinlik
dövrü keçirmişdir. Eramızın əvvəllərindən üzü bəri bütün əsrlərdə Ümumdünya kitab okeanı-
na qovuşan Ümumşərq kitab nəhrinin güclü qollarından birini Azərbaycan kitabının tükənməz
söz çayı təmsil etmişdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 199 –
Dostları ilə paylaş: |