AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

 
ƏDƏBĠYYAT 
 
1.
 
Aktan Bilal. Devletoğlu Yusufun Vikaye tercümesi (inceleme-metin dizin). Atatürk 
Üniversitesi Sosyal Bilimler Enstitüsü. Doktora tezi. Erzurum, 2002. 
2.
 
Bursalı M.Tahir. Оsmanlı Müеllifləri, I- III ciltdе, İstanbul, 1333. 
3.
 
Çеlеbiоğlu Amil. Еski Türk Edеbiyatı Araşdırmaları. İstanbul, 1998, 789s. 
4.
 
Demir  Mehmet.  Devletoğlu  Yusuf,  Vikaye  tercümesi  (metin  dil  incelemesi).  Ege 
Üniversitesi  Sosyal  Bilimler  Enstitüsu  Türk  Dili  ve  Edebiyatı  Anabilim  Dalı. 
Doktora tezi. İzmir, 1999. 
5.
 
Добраджа  К.  Каталог  арабских,  турецких  и  персидских  рукописей.  Сараево, 
1963, Iт., 1979, IIт.., 1991, III т. 
6.
 
Gölpınarlı  Abdülbaki.  Konya  Mevlana  Müzеsi  Yazmalar  Katalоğu.  3  ciltde. 
Ankara, 1967, I ; 1972, II. 
7.
 
Karahan Abdülkadir. Еski türk еdеbiyatı incеlеmеlеri. İstanbul, 1980 
8.
 
Karatay F.Е. Tоpkapı sarayı müzеsi türkçе yazmalar katalоğu. (II cilddə), İstanbul, 
1961, Ic., İstanbul, 1961, IIc.  
9.
 
Mustafa Özkan Devletoğlu Yusuf, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. IX, 
İstanbul, 1994. 
10.
 
Riеu,  Charlеs.  Catalоguе  оf  thе  Turkish  Manuscripts  in  thе  British  Musеum, 
Lоndоn. 
11.
 
Sеzgin F. Gеschichtе dеs Arabischеn schrifttums. Band I, Lеidеn-1967. 
12.
 
―Mənzum fiqh Yusif Dövlətoğlu‖ AMEA Əlyazmalar İnstitutu B-7075 
13.
 
www.TDK
 Kütüphanesi-Fotokopi Arşivi (Fotokopi-180=Hikaye Tercümesi (Yusuf 
Devletoğlu). 
 
R.B.Shirinova 
 
COPIES OF THE TRANSLATION MONUMENT “MANZUM FIGH” 
IN THE WORLD LIBRARIES 
 
Summary 
XV century poet Yusif Dovlatoghlu`s (famous with his divans) creative activity has been 
in the focus of investigators for about five centuries. 
Yusif  Dovlatoghlu  translated  the  work  “Manzum  figh”  in  827/1423.  Having  been  co-
pied, “Manzum figh” was spread in the wide geographical area. That`s why a number of cop-
ies  of  the  translation  are  being  kept  in  the  famous  manuscript  treasures,  libraries  and  mu-
seums of the world as a valuable written monument. 
  Keywords: manuscript, divan, library, copy, monument, secretary, figh, East. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 216 - 
Adil Abdullayev 
ADMİU-nun baş müəllimi,  
Əməkdar mədəniyyət işçisi 
 
 
MƏTBUAT TARĠXĠNDƏ XEYRĠYYƏÇĠLĠK HƏRƏKATI 
 
Açar sözlər: H.Zərdabi, mətbuat, xeyriyyə cəmiyyəti, “Əkinçi qəzeti. 
 
Görkəmli mütəfəkkir, maarifçi alim, publisist və təbiətşünas Həsən bəy Zərdabi xalqın 
maarifə, mədəni tərəqqiyə qovuşması yolunda yüksək əmək sərf etmiş, böyük fədəkarlıq gös-
tərmişdir. O, maarif və mədəniyyət çırağının işığı ilə cəhalət və nadanlıq zülmətini anlayaraq, 
elmin nurlu sabahına aparan yolunu gənclərə göstərib deyirdi: ― Ey elm təhsil edən cavanları-
mız, doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Qoy şüarlar sizi həcv etsin, 
mollalar lənət oxusun, əvamşünas daşa bassın.Siz millət üçen əziyyət çəkirsiniz.‖ 
Təəssüf ki,  həmin dövrdə  təhsil alanlarımız çox az idi.Bu məsələyə  toxunaraq  Zərdabi 
yazırdı:  -  ―İndi  görək  bizim  məktəbxanələrdə  oxuyanlar  kimdir?  Bizim  quberniyada  bircə 
Badkubə Gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən 250 rus, 150 erməni və 100 mü-
səlmandır. Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi  qaçırıq.  Ey müsəlman-
ların millət təəssübü çəkən kəsləri, bir açın gözünüzü, dünyayə tamaşa edin‖.  
(―Əkinçi‖ qəzeti, 1875, N-8). 
  Xalqın  yoxsul  və  yetim  uşaqlarının  təhsili  məsələsi  Zərdabini  xeyli  düşündürürdü. 
Xeyirxahlıq  əməlləri  ilə  yaşayan  böyük  alim-pedaqoq  xalqına  təmənnasız  xidməti  özünə  ən 
ali məqsəd seçmişdi. O, bu nəcib əməlləri hələ erkən tərbiyə alıb böyüdüyü ailədə görüb, hiss 
etmişdi. Atası Səlim bəy, babası Rəhim bəy şeiri-sənəti sevən, sənət adamlarını himayə edən 
açıqfikirli şəxslər idi.Məşhur aşıq Valeh Qarabağdan Zərnigarın sorağı ilə ( Bakıdan Gəncəyə, 
Tibliskiyə  kimi  gedən  hər  hansı  bir  açıq  fikirli  ziyalı  yolunun  səmtini  biraz  dəyişməklə 
H.B.Zərdabini  ziyarət  etməyi  özünə  borc  bilirdi)  Dağıstana  səfər  edərkən  Həsən  bəyin  baba 
ocağında  bir  neçə  gün  qonaq  qalmışdı.  Zərdabinin  ilk  müəllimi  atası  olmuşdur.  Səlim  bəy 
oğluna rusların  Qafqaza  gəlməsindən,  İran şahı  Nadirin Muğanda şahlığı qəbul  etməsindən, 
babalarının  şücaətindən  söhbət  edərmiş.  Bir  dəfə  Rəhim  bəy  general  Paskeviçlə  görüşərkən 
dəstə  ilə  məktəbə  gedən  erməni  uşaqlarını  ona  göstərərək  demişdi:-―Səninlə  o  zaman 
hesablaşacağıq ki, bizim uşaqlar da həmin şagirdlərin sırasında olsunlar‖. 
Mənsub  olduğu  millətin  taleyi  ilə  bağlı  eşitdiyi  bu  cür  söhbətlər,  Həsən  bəyin  zehnini 
hələ  uşaqkən  məşğul  etməyə  başlayır.  O,  erkən  dərk  edə  bilmişdi  ki,  Azərbaycanın  təbiətcə 
zənginliyi onun tənəzzülünə bais olmuşdur. Şərq-Qərb cahangirləri bu zəngin ölkəni, sərvətlə-
rimizi qəsb edərək, yerli əhalini soymuşlar. Məhz Zərdabi bunları dərindən dərk edərək xalqı 
maarifə, mədəni tərəqqiyə çağırır, bütün  gerilik hallarını tənqid edirdi. O, elmi-publisist ide-
yalarında və sosial-siyasi baxışlarında xalqın maariflənməsinə böyük əhəmiyyət verirdi. Zər-
dabi bu sahədə çarizmin millətçi-müstəmləkəçilik siyasətinin mənfur formada həyata keçiril-
diyini bəyan edirdi. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 217 – 
 
Xalq  mücahidi olan alim  yolu  önündə maneələri aradan qaldırmağın,  Vətən oğullarını 
―xabi-qəflətdən‖ oyatmağın, mübarizəyə hazır olmağın vaxtı çatdığını dönə-dönə bildirirdi... 
  Həsən bəy Zərdabinin min bir əziyyətlə nəşr etdirdiyi, Rusiya müsəlmanlarının yeganə 
mətbu orqanı olan ―Əkinçi‖ qəzeti (1875-1877) tezliklə qabaqcıl ziyalıların tribunasına çevril-
məklə yanaşı, maarifçiliyin, xalqın mədəni tərəqqi yoluna düşməsinə, gənc nəslin təlim-tərbi-
yəsinə də dönüş yaradır və böyük əhəmiyyət kəsb edirdi.  
Həsən bəy Zərdabinin xeyriyyə cəmiyyəti yaratmaq təşəbbüsü də məhz bu amaldan irəli 
gəlirdi. Belə nəcib, şərəfli və çətin işə Bakı realni məktəbində müəllim olarkən başlamışdı. Bu 
məqsədlə  o,  1871-ci  ilin  yayında  Qafqazın  məşhur  şəhərlərinə  səfər  etməyi  müəyyənləşdir-
mişdi. Əvvəlcə cəmiyyəti-xeyriyyənin nizamnaməsini tərtib edərək, təsdiq üçün Qafqaz cani-
şini idarəsinə göndərmiş və sonra cəmiyyətə üzvlük haqları yığmaq üçün ―qaytanlı dəftəri no-
taryusa  möhürlədib,‖  tələbəsi  Nəcəf  bəy  Vəzirovla  birlikdə  səfərə  çıxmışdı.  Qeyd  edək  ki, 
onun dəsti-xətti ilə yazılmış nizamnamə 46 maddədən ibarətdir və bu sənədlə xeyriyyə cəmiy-
yətinin vəzifələri geniş şərh olunmuşdu. Onun müəyyənləşdirdiyi və əməl etdiyi marşrut Ba-
kıdan başlayıb, Şamaxı, Gəncə, Tiflis, İrəvan, Naxçıvan, Şuşa, Bakı, Dərbənd, Quba şəhərlə-
rini əhatə etməklə, yenə də Bakıya qayıdılırdı... 
H.Zərdabi iyunun 15-dən avqustun 31-dək bu ağır, çətin səfərdə olmuşdu. O, yol qeyd-
lərini  sonralar  xristian  Senkinin  redaktorluğu  ilə  çıxan  ―Бакински  листок‖  qəzetində  dərc 
etdirmişdi. 
Onların ilk səfəri Şamaxıya olur. O, şamaxılıların cəmiyyətə yaxından olan köməklərini 
minnətdarlıqla qeyd edir: ―Bir neçə  gün Cavad xanın və Kərim bəy Şirvaniskinin iştirakı ilə 
3700  manat  abunə  topladıq.  8  nəfər  xeyriyyə  cəmiyyətinə  fəxri  üzv  olmağını  bildirirdi  və 
birinci ildə 300 manat, sonrakı illərdə hər il 100 manat verməyi öhdəyə götürürdülər‖.  
H.Zərdabi  buradan  Yelizavetpola  (Gəncə)  gəlir.  Yerli  əhalinin  xeyriyyə  işinə  hüsn-
rəğbətini  öyrətmək  istədiyini,  istidən  yaylaqlara  köçən  şəhərlilərdən  heç  kəsi  tapmadığını 
təəssüflə  qeyd  edir.  Və  iyulun  1-də  Tiflisə  daxil  olur.  Cəmiyyətin  nizamnaməsinin  təsdiq 
olunduğunu öyrənir və onun sürətini alıb, yoluna davam edir. Tiflislilərin xeyir işə əl tutma-
dıqlarından danışır:- ―Tiflis öz milyonları, generalları olan şəhərdədir. İki həftə ərzində burada 
150 manat yığa bildim‖. 
İrəvan səfərində təbiətşünas alimi dağlar, meşələr, soyuq bulaqlar cəlb etsə də, onu ―öl-
kənin tərifli güşəsi Dərəçiçək məyus edir. Nə Dərəçiçəkdə, nə də ətraflarda gül-çiçəkliyə rast 
gəlmir‖. Ona deyirlər ki, buralara xeyli vaxtdı yağış yağmayıb. 
H.Zərdabi iyulun 15-də İrəvana yetişir. O, deyir: ―Mən əvvəlinci gün quberniya rəisinin 
yanına getdim. Ondan xaiş etdim ki, müsəlmanların ali zümrələrini yığsın və onlara cəmiyyə-
ti-xeyriyyənin əhımiyyətini izah etsin... Amma Əli xan və digərləri dedilər ki, biz gimnaziya 
açacağıq.  Onların  bu  xeyirxah  niyyətlərinə  təşəkkürümü  bildirdim,  əməkdaşlıq  etməyə  söz 
verdim. Yalnız Abdulla xan cəmiyyətə fəxri üzv olacağını bildirdi. Nəhayət, İrəvan qəzasın-
dan  xeyriyyə  cəmiyyətinə  500  nəfər  abunə  yazıldı‖.  H.Zərdabi  Naxçıvana  gedəcəyini  bildi-
rəndə tanışları deyirlər ki, orada bərk istilər düşüb və bir də ki, Kəlbalı xansız orada nə var? 
Buna baxmayaraq, iyulun 27-də Naxçıvana gəldim. Burada mayor Şəfi ağa xan ilə görüşürdü, 
nəcabətli şəxs olduğunu qeyd edir; onun iki günlüyə başqa yerə göndərilməsinə təəssüflənir. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 218 - 
H.Zərdabi  burada  isti-bürkü  üzündən  xəstəliyindən  danışır:  ―Yeganə  həkim  X.  praktik 
həkim idi. O, danışır, hər sözün yerini, qiymətini bilirdi. Xəstəliyimin pis nəticə verəcəyindən 
qorxaraq iyulun 30-da səhər furqonla Binəciyə yollandım. Bura yerinə və həyat şəraitinə görə 
Dərəçiçəkdən geri qalmışdı‖. O, kirayə etdiyi  atla üç gün  yol  getdikdən sonra Şuşa şəhərinə 
yetişir. Yol təəssüratını belə xatırlayır: ―Şuşaya nə poçt yolu, nə də araba yolu yox idi. Yeni 
çəkilən poçt yolunun işi hələ bitməmişdi. Bütün yollar dağların qarsız, zəngin bitkilərlə örtül-
müş yüksəkliklərindən keçirdi. Şuşa qəzası sakinlərinin köçəbələri bu dağlarda, soyuq bulaq-
lar üstündə-alacıqlarda  yerləşmişdi. Havanın təmizliyi, ətraflardakı  yaşıllıq məni gümrahlaş-
dırmışdı‖. 
H.Zərdabi  avqustun  2-də  Şuşaya  gəlir.  Burada  da  cəmiyyəti-xeyriyyəyə  lazımi  qədər 
ianə  toplaya  bilmir.  ―Qarabağın  ağaları  məni  qonaq  çağırdılar,  toy  və  xeyrat  aşı  yedirtdilər, 
amma bir qəpik cəmiyyəti-xeyriyyəyə ianə verən olmadı. Axırda oxumuş bəyzadələrdən 5-10 
nəfərə  qol  çəkdirib  Bakıya qayıdıb, Dərbənd, Qubanı  da gedib  gəzib,  avqust  ayının axırında 
Bakıya gəldim‖. 
Qeyd edək ki, bu gərgin və uzun çəkən səfərdə H.Zərdabi atla, faytonla, furqonla 2000 
km  qədər  yol  qət  etmişdi.  Zərdabi  bu  maarifçilik  səfərini  35  ildən  sonra  yenidən  xatırlamış, 
―Həyat‖  qəzetinin  iki  nömrəsində  (1905,  N  107  və  115)  ətraflı  işıqlandırmışdı.  Məqalədə 
Bakının  sərvətli  adamları  ilə  onun  görüşündən,  onlara  maarif  və  məktəbin  əhəmiyyətindən, 
yoxsul və yetim uşaqların təhsili üçün maddi kömək göstərməyin vacibliyindən söhbət açılır. 
Lakin ona söz verənlər çox, kömək edənlər isə az olur. Ancaq Hacı Zeynalabdin Tağıyev cə-
miyyətə  çox  yardım  göstərmişdi.  Yeri  gəlmişkən  qeyd  etməliyik  ki,  Həsən  bəy  Zərdabi  ilə 
Hacı Zeynalabdin Tağıyev dost olmuşlar. ―H.Zərdabi H.Z.Tağıyevin ictimai mövqeyinin for-
malaşmasına böyük təsir göstərmiş, onun xeyriyyəçilik və maarifçilik fəaliyyətinin müəyyən-
ləşməsində  mühüm  rol  oynamışdır‖.  (Mahmud  İsmayıl,  Marat  İbrahimov  ―El  atası‖,  Bakı, 
1994, səh.9) 
H.Zərdabi yazırdı: ―Mən ümidimi Qafqaz vilayətinin qeyri şəhərlərinə bağlayıb, oralara 
da  gedib  ciddi  cəhd  etməyi  özümə  borc  bildim.  Çünki  cəmiyyəti-xeyriyyə  bircə  Bakı  üçün 
açılmayırdı.Tamam Qafqaz üçün bina olurdu‖. 
Həsən bəyin həyat yoldaşı, maarif xadimi Hənifə Məlikova bu haqda yazırdı: ―Uşaqlar 
üçün pulsuz oxuyan məktəblər az idi. Yoxsul  uşaqlarını oxutmaq üçün vəsait tapmaq lazım 
idi. Həsən bəy bu barədə qəzetlərə  yazsa da, ona cavab verən olmurdu. Cəmiyyətin təşkilinə 
izn  almaq  çox  çətin  idi.  Dövlət  müsəlmanların  hər  hansı  bir  təşəbbüsünə  mane  olurdu. 
Cəmiyyətə  üzv  olmaq  istəyən  yox  idi.  Həsən  bəy  bu  dövlətlilərin  xasiyyətini  və  xəsisliyini 
yaxşı  bilirdi.  Onları  cəmiyyətə  üzv  yazarkən  qol  kağızı  alırdı.‖  (Revolyusiya  və  kultura‖ 
jurnalı, 1939, N-6). 
H.Zərdabi  belələrini  qonşu  xalqların  maarif,  mədəni  tərəqqi  və  qeyri  işlərdə  irəli 
getdiklərini xatırlaradaq deyirdi ki, ötən əsrin 60-ci illərində Bakıda 10-15 evdən çox olmayan 
ermənilər  xeyriyyə  cəmiyyəti  təşkil  edir,  uşaqların  oxumasının  qayğısına  qalırlar.  ―Halva 
deməklə  ağız  şirin  olmaz.  İş  görməkdən  ötrü  puldan  da  artıq  adam  gərəkdir.  Bircə  adam 
ortalığa çıxardınız ki, pul təmənnasında olmayıb, millət üçün işləsin‖. 
H.Zərdabi cəmiyyətə kömək etməyən, ―pul sözü araya gələndə iztiraba düşən, bu işə bir 
xeyir-duaçı  da  gərəkdir‖  deyərək  aradan  çıxan  dövlətlilərin  nə  qədər  zavallı  olduqlarına 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 219 – 
 
acıyırdı:  ―Mən  mənzilimə  gedəndən  sonra  bizim  bədbəxt  müsəlmanların  fikrindən  bir  neçə 
gecələr  mənə  yuxu  haram  oldu‖.  O,  cəmiyyətin  işinə  əsasən  ziyalıların  kömək  etdiyini 
xatırladaraq  Kərim  bəy  Hüseynovun  (Şamaxı),  Abdulla  xanın  (İrəvan),  Mayor  Şəfi  ağanın 
(Naxçıvan),  Qasım  bəy  Mehmandarovun  (Şuşa),  Starosesskinin  (Bakı  qubernatoru)  adlarını 
məmnuniyyətlə  qeyd edirdi. ―Diqqət  çəkən budur ki,  Bakıda bircə  o vaxtlar qubernator olan 
general  Starosesskin  (O,  ―Əkinçi‖  nəşrinə  kömək  etmişdi.)  haqlı  olaraq  yazırdı:  ―Nə  qədər 
Bakıda  qubernator  olsam,  borcumdur  ki,  hər  ildə  müsəlman  cəmiyyəti-xeyriyyəsinə  100 
manat verim‖. 
H.Zərdabi  dərslərin  başlandığını,  cəmiyyətdən  kömək  gəlmədiyini,  ―dəftərlərə  qol  çə-
kənlərə  kağız  yazdığını‖  və  ancaq  Dərbənddən  bir  neçə  adamın  pul  göndərdiyini  qeyd  edir: 
―Hər  şəhər  bir  yetim  göndərdi  ki,  onları  cəmiyyət  saxlayıb  oxutsun.  Onları  gimnaziyaya 
qoyub, bir mənzil tutub orada saxlatdım‖. 
H.Zərdabi  1873-cü  ildə  əsasını  qoyduğu  teatrda  göstərilən  tamaşalardan  əldə  olunan 
vəsaiti də imkansız şagirdlərə verməyi tapşırırdı 
Xeyriyyə  cəmiyyətinin  fəaliyyətindən  xəbər  tutan  şuşalı  Yəhya  bəy  Tahirov  1873-cü 
ildə Həsən bəyə yazırdı:- ―Sizin ideya və hissiyyatınız olduqca qiymətlidir və müsəlmanların 
taleyində  fərəhli  nəticələr  vəd  edir.  Buna  görə  də  tam  səmimiyyət  və  hüsn-rəğbətlə  sizin 
yaratdığınız cəmiyyəti-xeyriyyəyə məni üzv yazmağınızı xahiş edirəm‖. 
Qeyd  edək  ki,  bütün  çətinliklərə  baxmayaraq  xeyriyyə  cəmiyyəti  bir  neçə  il  fəaliyyət 
göstərmişdi. H.Zərdabi çox hallarda maddi çətinlikləri öz üzərinə götürürdü; Sonralar yoxsul 
uşaqların  təhsil  məsələlərini  Zərdabda  və  yenidən  Bakıya  qayıdarkən  mənzilində  davam 
etdirmişdi. 
H.Zərdabi  kəndə köçməyə  məcbur olduğu illərdə  də  (1880-1896) xeyriyyə təşəbbüslə-
rində olmuş, burada məktəb açmaq, qəzet nəşr etmək üçün gərgin əmək sərf etmişdi. Beş illik 
mübarizədən sonra məktəbin açılmasına icazə almışdı. Lakin qaragüruhçular, polis məmurları 
məktəbin  fəaliyyətə  başlamasına  maneə  olmuşlar.  Həsən  bəy  ruhdan  düşmür,  qadın  və 
uşaqların  təlimini  evində  öz xərci  ilə  təşkil  edirdi.  Hənifə  xanım  uşaqlara  və  qadınlara  dərs 
öyrədir,  rus  dilindən  maraqlı  hekayələr  tərcümə  edirdi.  Eyni  zamanda  qadınlara  əl  işlərini, 
barama  becərməyin  qaydalarını  da  öyrədirdi.  Habelə  kənd  uşaqlarını  peyvənd  edir,  onlara 
sağlamlığı qorumağın yollarını başa salırdı. 
Həsən bəyin qızı, tanınmış müəllim Qəribsultan xanımın xatirələri bu cəhətdən maraqlı-
dır: Biz keçmiş poçt küçəsində 6 otaqdan ibarət mənzildə yaşayırdıq. Evimizdə 10 uşaq qa-
lırdı. Anam onları məktəbə hazırlayırdı. Bir dəfə Qubadan bir uşaq gəlmişdi. O, oxumaq istə-
diyini qətiyyətlə atama bildirmişdi. Atam zarafatla onu Azərbaycanın Lomonosovu adlandırır-
dı. Seyidov familiyalı bu uşaq 15 il bizdə qaldı və ali hüquqşünas təhsili aldı. Atam bu uşaq-
lara çox qayğı və diqqət göstərirdi. Uşaqlar onun ümid və iftixarı idi‖. 
Qeyd edək ki, Zərdabinin xeyriyyəçilik işləri bununla bitmirdi. Bu nəcib əməllər qabaq-
cıl gənclərə, ziyalılara nümunə olmuşdu. O zaman Rusiyanın ali məktəblərində təhsil alan tə-
ləbələr, başda N.Vəzirov və Ə.A.Gorani olmaqla, yoxsul tələbələrə yardım cəmiyyəti- ―İmda-
diyyə‖ təşkil etmişdilər. Tezliklə ―İmda- diyyə‖ tələbə gənclərin mübariz dərnəyinə çevrilmiş-
di. Onlar müntəzəm olaraq Həsən bəylə məktublaşır və ondan məsləhət alırdılar. Ə.Gorani 4 
oktyabr 1875-ci ildə Moskvadan yazırdı: ―Mən Peterburqda Kərimlə yoxsul müsəlman tələbə-

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 220 - 
lərinə  yardım  edən  yeni  cəmiyyətimiz  haqqında  danışdım.  Layihə  belədir:  Mən  hər  ay  3 
manat  verirəm,  Kərim  2manat,  Nəcəf  50  qəp.  Sizdən  isə  hər  ay  üçün  2  manat.  İlin  axırında 
əlavə qüvvələr cəlb etməklə xeyli vəsait əldə edərik. Və onun faizini yoxsul tələbələrə göndə-
rərik. Cəmiyyətin nizamnaməsi hələlik işlənməyib. Arzu olunur ki, siz onun maddələri barədə 
öz rəyinizi bildirəsiniz. Cəmiyyətin kassasını isə ―Əkinçi‖nin redaksiyasında saxlamaq yaxşı 
olardı‖. 
Göründüyü  kimi,  böyük  maarifçinin  nəcib  əməlləri  öz  bəhrəsini  verməyə  başlamışdı. 
XX  əsrin  əvvəllərində ―Nəşri-maarif‖, ―Nicat‖,  ―Səfa‖, ―Səadət‖,  ―Cəmiyyət‖ kimi  xeyriyyə 
cəmiyyətləri geniş fəaliyyət meydanına çıxmışdı. 
H.Zərdabi maarifçi, ictimai xadim, filosof, mütəfəkkir, təbiətşünas alim, pedaqoq, pub-
lisist,  jurnalist,  naşir  və  redaktor  kimi  bütün  qüvvə  və  istedadını  mədəniyyətin,  maarifin, 
elmin inkişafına həsr etmişdi. ―Tərcüman‖ qəzetinin yazdığı kimi, ―Birinci ovuc maarif buğ-
dasını Həsən bəy ağamız səpdi. Bunun fidanları olaraq Tiflisdə ―Ziyayi-Qafqaziya‖,‖Kəşkül‖ 
qəzetləri zühur etmişdi.‖ 
H.B.Zərdabinin XVIII-əsrin birinci,XIX-əsrin ikinci yarısında həyatı boyu bütün varlıgı 
ilə,  ilahi  bir  eşqlə  sevdiyi  torpağına,millətinə  öz  övladlıq  borcunu  fədakarlıqla  verən,  millət 
pərvanəsi olduğunu əməlləriylə təsdiq edən, az-az doğulan böyük bir şəxsiyyət,əvəz olunmaz 
bir ziyalı- fədai və millət şəhidi idi. 
H.Zərdabi nəşr etdiyi ―Əkinçi‖ qəzeti, elmi-publisist və pedaqoji fəaliyyəti ilə maarifçi-
lik ideyalarını uca məqamlara çatdırmışdı,  xeyriyyəçilik  hərəkatının  banisi  olaraq şöhrətlən-
mişdir. Onun mənalı həyatı,  çoxcəhətli  və dolğun  yaradıcılığı,  geniş ictimai  fəaliyyəti dərin 
mə‘na və məziyyətlər kəsb etməklə yanaşı, bütövlükdə Vətənə, xalqa təmənnasız və xeyirxah 
xidmətlərinin misilsiz nümunəsidir.  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 221 – 
 
Anar Səfərli  
ADMİU “Rəsm və rəngkarlıq” kaf. müəllim 
 
 
MĠNĠATÜR BƏDĠĠ KĠTABI ƏYANĠLƏġDĠRƏN VASĠTƏ KĠMĠ 
 
Kitab bəşəriyyətin ən böyük kəşfidir. Onun dünyadakı rolunu günəşlə müqayisə edirlər. 
Lakin kitabın kəşfinə qədər insanlar təkamül yolu keçməli oldular: bu yazının kəşfi idi. Yazı 
olmadan kitab ola bilməzdi. Yazı kitabın dilidir. Qədim insanlar gördüklərini bir-birinə çatdır-
maq üçün yazıya ehtiyac duyurdu. İnsanlar ilk dəfə şəkillərlə danışmağa, öz arzu və istəklərini 
şəkillərlə bir-birinə çatdırmağa başladılar.  
Şəkilli yazını sonralar alimlər piktoqrafik yazı adlandırmışlar. ―Piktoqarfik sözü bütöv-
lükdə şəkilli yazı mənasını bildirir‖ [1.,10]. Alimlər bu qənaətdədir ki, kitab ilkin yaranışına 
görə ―şəkilli yazıya‖ borcludur. Belə ki, qədim zamanlardan mətnin və mənanın qorunması, 
ötürülməsi,  anlaşılması  üçün  şəkillər  (orta  əsrlərdən  üzü  bəri  kitab  qrafikası,  miniatürlər) 
müstəsna  əhəmiyyətə  malik  olub  və  faktiki  olaraq  qədim  kitablar  şəkilli  kitablardan  ibarət 
olmuşdur.  Mövzunun  aktuallığı  hər  şeydən  öncə  şəklin–ibtidai  qrafika,  miniatür  sənətinin 
kitab mədəniyyətinin mənşəyində dayanmasıdır.  
Miniatürlər  kitabın  ikinci  dili,  əyani  mətnidir.  Böyük  ingilis  filosofu  Frensis  Bekon 
yazıb: ―Barıtın, kitab çapının, kompasın kəşfi bəşər sivilizasiyasında elə bir çevriliş yaratdı ki, 
nə göydə bir ulduz, nə də yerdə bir nöqtə ondan kənarda qala bilməzdi‖.  
Əcdadlarımız – qədim türklər qılıncla tarix yaradıblar, qələmlə tarixi yaşadıblar. Kitabın 
tarixi göstərir ki, o müxtəlif inkişaf mərhələləri keçib: daş kitablar, gil kitablar, dəri üzərinə 
yazılmış  kitablar,  perqament  kitablar,  kağız  kitablar,  elektron  kitablar.  Qobustan  abidələri, 
Orxon-Yenisey  kitabələri  bizim  daş  kitablarımız,  42  min  inək  dərisi  üzərinə  həkk  olunmuş 
―Avesta‖ dünyanın ən böyük-ən mənalı kitabı idi.  
Kelloqrafiya üsulu ilə 704-cü ildə Koreyada, 743-cü ildə Çində çap olunub. Çin mütə-
xəssisi  Bisen 1041-ci  ildə  mütərrik çap literini hazırlamışdır. Məlumdur  ki,  ilk çap maşınını 
1440-cı  ildə  alman  ixtiraçısı  İ.Qütenberq  kəşf  etmiş,  onun  maşınında  1457-ci  ildə  ilk  dəfə 
―Tövrat‖ və ―Türk təqvimi‖ kitabları nəşr olunmuşdur.  
Mütərcimlər kitabın inkişafında 12 növünü qeyd edirlər: çap kitablar, daş kitablar, ağac 
kitablar,  sümük  kitablar,  mum  kitablar,  metal  kitablar,  saxsı  kitablar,  gil  kitablar,  yarpaq 
kitablar,  dəri  kitablar,  papirus  kitablar  və  kağız  kitablar.  Bu  qədim  kitabların  əksəriyyətinin 
yazısı  piktoqrafik(şəkli),  ideoqrafik(işarəvi),  mixi,  fonoqrafik  yazılarla  çap  olunmuşdur. 
Əlifba yaranana qədər. Burada şəkil mətni əvəz edirdi.  
Adətən  sifarişlə  xəttatlar  tərəfindən  yazılan,  üzü  köçürülən  əlyazma  kitablarında  mətn 
(elmi ya bədii) şəkildən ayrıldı, mətnə illüstrasiya funksiyasını daşımağa başladı.  
Tarix şəkildən yazıya- kitab, kitabdan şəklə - miniatürə yol keçmişdir. ―Antik mofologi-
ya qədim yunan incəsənəti üçün cəbbəxana və əsas olduğu kimi, Şərq poeziyası da Şərq incə-
sənəti  üçün  cəbbəxana  və  əsas  rolunu  oynamışdır‖  [2.,115]  Görkəmli  miniatür  nəzəriyyəçisi 
K.Kərimovun  tədqiqatları  sübut edir ki,  yaxın  və  Orta Şərq xalqlarında kitab miniatürlərinin 
ən  ilkin  nümunələri  Azərbaycan  şəhərlərində-  Xoy,  Marağa,  Təbrizdə  yaradılmışdır.  ―Artıq 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 222 - 
XIV  əsrin  ortalarında  Təbriz  məktəbinin  miniatür  boyakarlığında  tamamilə  yeni,  orijinal 
üslub formalaşdı.‖[3.,1]Tədqiqatçılar belə qənaətə gəlir ki, ―miniatürün təsviri dilinin yalnız 
iki  başlıca  əlaməti-rəmzlər  və  iknoqrafiya  onun  milli  mənsubiyyətinin  amili  kimi  çıxış  edə 
bilər‖[4.,5]. 
Bu ümumiyyətlə türk-islam xalqlarının və miniatür sənəti üçün müştərək səciyyəvi xü-
susiyyətdir.  Klassik  irsimizdə  miniatür  sənətinə,  kitab  tarixinə  istiqlal  məfkurəsi-  Azərbay-
cançılıq  fəlsəfəsi  ilə  yanaşdığımız  bir  dövrdə  tədqiqi  aktuallıq  kəsb  edən  elmi  problem  də 
bədii mətn və miniatür sənətinin kitab mədəniyyətinin tərkib hissəsi kimi tədqiq etməkdir.  
Tədqiqatın obyekti Azərbaycan kitab miniatürləridir. Kitab miniatür sənəti XIII əsrdən 
başlayaraq formalaşıb XVI əsrdə başa çatmışdır. ―XVI əsrə doğru Təbriz boyakarlığının ikno-
qrafiyası tamamilə təkmilləşir və uzun müddət dəyişməz qalır ki, bu da onu - Azərbaycan mi-
niatürünü tanıdan bariz əlamətə çevirir‖ [5.,6]. Beləliklə XIII-XVI əsrlər – orta çağlar Azər-
baycan kitab miniatürləri və onların çəkildiyi kitablar tədqiqatın əsas obyektini təşkil edir.  
Tədqiqatın  predmetini  dahi  Azərbaycan  şairləri  Nizami  Gəncəvi  və  Mövlanə  Məhəm-
məd Füzulinin, habelə onların davamçılarının əlyazma kitablarına çəkilmiş orta əsr miniatür-
ləri təşkil edir.  
Konkret  olaraq  ―Bədii  mətn  və  miniatür  sənəti  kitab  mıədəniyyətinin  tərkib  hissəsi 
kimi‖ mövzusunda xüsusi bir əsər yazılmayıb. Lakin istər Azərbaycan kitabının tarixi, kitab 
tərtibatı, kitab nəşri və nəşriyyat işi, miniatür sənəti və iknoqrafiya, kitab qrafikası haqqında 
dəyərli tədqiqat işləri və nəşrlər mövcuddur. 
İ.Zəkiyevin  ―Azərbaycan  kitabının  inkişaf  yolu‖(2000),  ―Azərbaycanda  nəşriyyat  işi 
(əlyazma  kitablarından  çap  kitabına  qədər)  (2000),  ―M.F.Axundov  və  kitab  mədəniyyəti‖ 
(1944),  B.Allahverdiyevin  ―Ümumi  kitab  tarixi‖  (2003),  ―Kitabşünaslığın  əsasları‖  (2011), 
Ş.Cəfərovun ―Kitab çapı‖ (2013), B.Axundov və M.Mahmudovun ―Nəşriyyat işinin əsasları‖ 
(2006),  A.Abdullayev  İ.Sadiqin  ―Azərbaycanda  nəşriyyat  tarixi‖  (2001),  H.Həsənovun 
―Azərbaycan kitabının inkişaf mərhələləri‖ (1989), İ.Ələsgərovanın ―Kitabın bədii və texniki 
tərtibatı‖ (2010) kitab tarixi, kitab nəşri və kitab tərtibatına dair yazılmış qiymətli monoqrafi-
yalardır.  ―Milli  sənətşünaslkıq  məktəbinin  banilərindən  biri‖  (Ə.Salamzadə),  AMEA-nın 
müxbir  üzvü  K.Kərimovun  ―Azərbaycan  miniatürləri‖(1980),  ―Sultan  Məhəmməd  və  onun 
məktəbi‖(1993),  Əfəndi  Rasimin  ―Azərbaycan  incəsənəti‖  (2001),  D.Y.Həsənzadənin  ―XIII 
əsrin sonları XV əsrin əvvəllərində Təbriz miniatür rəssamlığının təşəkkül və inkişafı‖ (1999) 
monoqrafiyaları  Azərbaycan  miniatür  sənəti,  miniatür  rəssamlığı  və  iknoqrafiyası,  dünyada 
məşhur Təbriz miniatür məktəbi haqqında elmimizi formalaşdıran əsərlərdir.  
Bu  tədqiqatların  böyük  sənət  əhəmiyyəti  və  tarixi  əhəmiyyəti  var.  Onlar  elmi-nəzəri 
əsaslarla  sübut  edir  ki,  Azərbaycan  xalqı  qədim  zamanlardan  yüksək  kitab  mədəniyyətinə 
malik  olmuşdur.  Azərbaycan  miniatür  rəssamlığı  Şərq  mədəniyyəti  incisidir.  Azərbaycan 
erkən orta əsrlərdə, xüsusilə XIII-XVIII əsrlərdə yüksək boyakarlıq və kitab çapı texnikasına, 
texnologiyalara malik idi. Azərbaycan miniatür rəssamlığının banisi Sultan Məhəmmədin adı 
Main və Behzad kimi dahi Şərq rəssamları ilə bir sırada dururdu. 
Bu tədqiqatlar sayəsində Azərbaycanda mədəni sivilizasiyanın nə qədər qədim və zən-
gin olduğu sübuta yetirildi.  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 223 – 
 
Kitab bəşəriyyətin ən böyük kəşflərindən biri, insan zəkasının və bədii təxəyyülün tarixi 
özünütəsdiq sənətidir. Kitab qədimdən bəri nəsillərin zəkanı və təxəyyülü bir-birinə ötürmə-
sidir.  
Elmi kitablar – mətnlər idrakın, bədii kitablar –bədii mətnlər isə ruhi-mənəvi sərvətlərin 
saxlanmasıdır. Bədii kitablar - poeziya, nəsr, dramaturgiya, memuar, esse və s. çap olunarkən 
müəlliflər və naşirlər onların mətnə uyğun tərtib gözəlliyinə, poliqrafik kamilliyinə də nəzər 
yetirmişlər.  Təqdim  olunan  dissertasiyanın  elmi  məqsədi  də  belə  bir  tarixi-mənəvi  amildən 
qaynaqlanır.  Belə  ki,  məqsədimiz  unikal  bir  hadisə,  əqli-mənəvi  abidə  olan  kitabın  mənaca 
kamil, görünüşcə gözəl olmasında bədii mətnin və miniatür sənətinin rolunu izah etməkdir. 
Bu  çətin,  fəqət  vacib  məqsədə  nail  olmaq  üçün  bir  neçə  tədqiqat  vəzifələrini  yerinə 
yetirməli olmuşuq: 
1.
 
Azərbaycan  kitab  tarixini,  kitabın  təşəkkülü  və  inkişaf  mərhələlərini  araşdırmış, 
müxtəlif mərhələlərdə kitabların növlərini nəzərdən keçirmişik.  
2.
 
Əlyazma  kitabının  işlənilməsi,  onun  xəttatlıq  sənəti  və  boyakarlıqla  əlaqələrini 
nəzərdən keçirmişik.  
3.
 
Azərbaycan  miniatür  və  iknoqrafiya  sənətinin  kitabın  tərtibindəki  rolunu  araşdırmı-
şıq. 
4.
 
Çap kitablarının bədii tərtibatı prinsiplərini və buradakı rəssamlıq sənətini müxtəsər 
nəzərdən keçirmişik. 
5.
 
Azərbaycan  ədəbiyyatı,  əsasən  XIX  əsrə  qədər  poeziya-poetik  əsaslar  üzrə  inkişaf 
edib.  Ona  görə  də  şeirin  miniatür  rəssamlığı  ilə  bağlılığı  ilə  möhkəm  olub.  Bu 
problemin nəzəri-tarixi durumu dissertasiya işimizin əsas elmi vəzifələrindən olub. 
6.
 
Dahi  Şeyx  Nizaminin―Xəmsə‖si  miniatür  sənətinin  inkişafına  təkan  verib. 
―Xəmsə‖yə çəkilən miniatürlərin ―Xəmsə‖ mətnləri ilə üzvi yaradıcı vəhdəti tədqiqat 
vəzifələrimiz olub.  
7.
 
Dahi Mövlanə Məhəmməd Füzulinin əsərlərinə, xüsusən, ilahi məhəbbət dastanı olan 
―Leyli və Məcnun‖ poemasına çəkilmiş miniatürlərin orta əsrlər kitab mədəniyyəti-
mizin inkişafındakı rolunu araşdırmaq əsas vəzifələrimizdən olub.  
Kitab  mədəniyyətimizin  formalaşmasında  bədii  sözün(mətnin)  poetikası  miniatür  rəs-
samlığının  vəhdəti  elmimizdə  yeni  istiqamətdir.  Belə  formatda  dissertasiya  ilk  dəfədir  ki 
yazılır.  
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin