ƏDƏBĠYYAT
1.
Проект Руководства для школьных библиотек IFLA. - Международная федера-
ция библиотечных ассоциаций и учреждений (ИФЛА). – Второе издание.-
2015. – 80 c.
2.
Светлана Сивожелезова. -
Библиотека – это мозг школы // Просвещение. - Ин-
тернет-издании //
www.PROSVPRESS.RU.- 2011. – 27 ийун.
3.
Tatayana Kuznetsova. Rusiya Federasiyasında fasiləsiz peşəkar kitabxana təhsili:
əməkdaşlığın yeni modelləri və yeni formaları.// Kitabxanalar biliklər cəmiyyətində.-
Bakı: Nurlar,- s.201
Sayyara Mammadova
CONTINUOUS EDUCATION OF SCHOOL LIBRARIANS AND KNOWLEDGE
IMPROVEMENT IN LIBRARY INNOVATIONS AREA
Summary
In the modern era the most important resource in school libraries is considered
specialized and professional school librarian. They provide teachers and students with
the experience of gain knowledge, information. Therefore, school libraries should be
handled by a librarian professional trained in pedagogy and library-information
science. In this article is talked about continuous education of school librarians.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 182 -
Günel Vaqif qızı Bağırova-Hüseynova
AMEA Əlyazmalar İnstitutu, dissertant
AMEA MEK, baş biblioqraf
bagirbeyli_gunel@mail.ru
HEYDƏR ƏLĠYEV ĠRSĠNĠN TƏBLĠĞĠ SAHƏSĠNDƏ AZƏRBAYCAN MĠLLĠ
KĠTABXANASININ ELEKTRON RESURSLARININ ROLU
Açar sözlər: Heydər Əliyev irsi, milli kitabxana, elektron resurslar, axtarış imkanları.
Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik zəka
mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mənəviyyatını nümayiş etdirən
amillərdən biridir…
Heydər Əliyev
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası – Azərbaycanda kitabxana
işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haq-
qında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiy-
yətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafi-
zə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır. [1, 156]
Ümummilli lider Heydər Əliyev Milli Kitabxanada keçirilən ‖Vətənə, dövlətə, xalqa sə-
daqət andı‖ kitabının təqdimat mərasimində kitab və kitabxana işinə yüksək qiymət vermişdi.
O, kitabxananın kollektivi qarşısında çıxış edərək demişdi: ―Kitab nəşri hər bir ölkənin, xalqın
mədəniyyətində, ümumiyyətlə, mədəni-ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz
ilk növbədə ancaq kitab vasitəsilə təhsil, elm almışıq, həyatda yaşamaq, fəaliyyət göstərməyə
hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq…
Bütün sahələrdə olduğu kimi kitabxana işi sahəsində də qəbul edilmiş rəsmi sənədlərdə
ulu öndər Heydər Əliyev irsinin və milli ideologiyanın təbliğinə xüsusi diqqət yetirilir.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə imzalanmış
―Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı
üzrə Dövlət Proqramı‖nın ayrı-ayrı bəndlərində ulu öndər Heydər Əliyevin unikal dövlət və
mədəni quruculuq təcrübəsinin, intellektual və mənəvi irsinin respublikanın və dünyanın
rəqəmsal irs fondlarına daxil edilməsi (2.2.2), ümummilli lider Heydər Əliyevin ―Müstəqilli-
yimiz əbədidir‖ çoxcildli kitabının biblioqrafik göstəricisinin və elektron nəşrinin hazırlan-
ması (2.6.9), ümummilli lider Heydər Əliyev haqqında ən çox soruşulan kitabların
informasiya daşıyıcılarına köçürülməsi (2.6.12), ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi ilə əlaqədar ―Heydər Əliyev Mərkəzi – Milli yaddaşımızın
Mərkəzidir‖ mövzusunda Bakıda kitabxanaçıların beynəlxalq simpoziumunun təşkili (2.8.2)
və Azərbaycanşünaslıqla bağlı məlumat bazasının yaradılması göstərilmiş və bu sahədə
qarşıda duran aşağıdakı problemlər qeyd edilmişdi: Azərbaycanşünaslığı inkişaf etdirmək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 183 –
məqsədilə ölkəşünaslıq və diyarşünaslığa dair materiallarla fondların zənginləşdirilməsi
(2.1.2); ölkəşünaslığa (Azərbaycanşünaslığa) dair Rusiya Dövlət Kitabxanasında, Rusiya Milli
Kitabxanasında, Kazan, Tbilisi şəhərlərində və digər milli kitabxanalarda saxlanılan
ədəbiyyatın (o cümlədən dövri mətbuatın) müəyyənləşdirilməsi və onların çatışmayan
nüsxələrinin Azərbaycan Respublikasına gətirilməsi məqsədilə layihələrin həyata keçirilməsi
(2.1.6); Dünyanın böyük kitabxana mərkəzlərində saxlanılan Azərbaycana aid diyarşünaslıq
(ölkəşünaslıq) xarakterli qiymətli və nadir kitabların (Əsli yaxud surəti və elektron variant)
―Heydər Əliyev Mərkəzi‖ndə toplanması (2.2.47) xüsusi olaraq qeyd olunmuşdur. [2,4]
Bu istiqamətdə Azərbaycan Milli Kitabxanasının qarşısında duran vəzifələr, təşkilati-
metodiki işlər konkret olaraq müəyyən edilmişdir.
Kitabxana fondu Heydər Əliyev irsi haqqında ədəbiyyatı ardıcıl komplektləşdirərək,
onlar haqqında bütün məlumatları ənənəvi soraq-biblioqrafiya aparatında, eyni zamanda elek-
tron kataloq və elektron kitabxanada əks etdirir.
Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurul-
masında və əhalinin rifahının yüksəldilməsindəki xidmətlərindən, onun mədəniyyətimizin,
milli-mənəvi dəyərlərimizin inkişafına göstərdiyi xüsusi qayğıdan bəhs edən kitabxananın
fondunda olan materiallar əsasında elektron resurslar – elektron kitablar, məqalələr fotoşəkil-
lər, audio və video materiallardan ibarət ―Heydər Əliyev mədəniyyətimizin hamisidir‖ adlı
elektron məlumat bazası hazırlamışdır.
Elektron məlumat bazasında ilk əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
sərəncamı təqdim edilir. (21 yanvar 2013-cü il)
Məlumat bazasının növbəti bölməsi ―Azərbaycan xalqının ümummilli lideri‖ adlanır.
Bölmə öz növbəsində 6 yarımbölməyə bölünür. ―Həyat və fəaliyyəti‖, ―Görkəmli şəxslər
Heydər Əliyev haqqında‖, ―Əsərləri‖, ―Müdrik kəlamları‖, ―Haqqında‖, ―Təltiflər‖.
Nümunə olaraq ―Görkəmli şəxslər Heydər Əliyev haqqında‖ yarımbölməsində Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ulu öndər haqqında müdrik fikri yer
alır: ―Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada
sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur‖.
―Heydər Əliyev Milli Kitabxanada‖ adlanan növbəti bölməyə ―Nitqlər‖, ―Video görün-
tülər‖ və ―Fotoalbomlar‖ yarımbölmələri daxildir.
―Mədəniyyətimizin inkişafının Heydər Əliyevin mərhələsi‖ bölməsi ―Heydər Əliyevin
mədəniyyətlə bağlı: fərman və sərəncamları, çıxışları, məruzələri, nitqləri, təbrikləri, mətbuat-
da çıxan mədəniyyət xəbərləri‖, ―Kitablar‖, ―Videogörüntülər‖, ―Fotoalbom‖ yarımbölmələ-
rindən ibarətdir.
―Heydər Əliyev surəti bədii ədəbiyyat və incəsənətdə‖ adlı bölmə ―Heydər Əliyevə ithaf
olunmuş musiqilər‖, ―Heydər Əliyev bədii ədəbiyyatda‖ və ―Filmlər‖ altbölmələrindən ibarət-
dir.
―Xatirəsinin əbədiləşdirilməsi‖ bölməsi ―Rəsmi sənədlər‖, ―Orden, medal və mükafat-
lar‖, ‖Xatirə sikkələri‖, ―Heydər Əliyev Filateliyada‖ (Markalar), ―Heydər Əliyev Fondu‖,
―Heydər Əliyev Mərkəzi‖, ―Heydər Əliyev adına Saray‖, ―Heydər Əliyev adına Beynəlxalq
Hava Limanı‖, ―Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəməri‖, ―Heydər Əliyev
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 184 -
adına Bakı Dərin Özüllər Zavodu‖, ―Azərbaycan Respublikası MTN-in Heydər Əliyev adına
Akademiyası‖, ―Heydər Əliyev adına Müasir Təhsil Kompleksi‖, ―Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbi‖, ―Heydər Əliyev adına Lisey‖, ―Heydər Əliyevin Xatirə
Muzeyləri‖, ―Parklar və abidlələr‖,‖Xatirəsinə ithaf edilmiş möhtəşəm xalça‖ adı altında
altbölmələrə ayrılır.
―Fotoalbomlar‖ bölməsinə ―Ailə albomu‖, ―Heydər Əliyev Milli Kitabxanada‖,
―Heydər Əliyev və mədəniyyətimiz, ― ―Ulu öndər Heydər Əliyev‖, ―Ulu öndərin abidələri‖,
―Heydər Əliyevə ithaf olunmuş kitablar‖ adlı yarımbölmələr daxildir.
Ulu öndər Heydər Əliyev irsinin təbliği sahəsində kitabxanalar qarşısında mühüm
vəzifələr durur. Hər şeydən əvvəl tipindən və növündən asılı olmayaraq bütün kitabxanaların
sənəd fondunun əsasını ümummillli liderin irsi təşkil etməli, oxucuların bu sahədə informasi-
ya təminatı sistemli şəkildə ödənilməlidir. İnformasiya xidmətinin keyfiyyətinin yüksəldil-
məsi məqsədilə Heydər Əliyev irsinin analitik-sintetik işlənməsi prosesi düzgün həyata keçi-
rilməli, istər ənənəvi və istərsə də elektron informasiya resurslarında bu irsə dair sənədlər tam
şəkildə öz əksini tapmalıdır.
ƏDƏBĠYYAT
1.
Azərbaycan Milli Kitabxanasının Əsasnaməsi /Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 6 mart tarixli, 30 nömrəli qərarı ilə təsdiq edilmişdir //
Kitabxana işinə dair rəsmi sənədlər: (Qanun və qanun qüvvəli normativ hüquqlu
sənədlər toplusu) / tərt. K.Tahirov; red. A.Abdullayeva. - 3-cü təkmilləşdirilmiş
nəşri. – Bakı, 2015. - 200 s.
2.
Kitabxanalarda Heydər Əliyev irsinin və azərbaycançılıq ideyasının təbliği / tərt.
N.Alışova, ixtis. red. K.Tahirov. – Bakı, 2003. - 59 s.
3.
www.anl.az (Azərbaycan Milli Kitabxanası)
Gunel Bagirova-Huseynova
THE ROLE OF ELECTRONIC RESOURSES OF AZERBAIJAN NATIONAL
LIBRARY IN THE PROMOTION OF HEYDAR ALIYEV HERITAGE
Summary
The article analysis the complex electronic bibliographic information resources of
national leader Heydar Aliyev‟s heritage and define its search capabilities.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 185 –
Günel Tofiq qızı Əhədova
AMEA MEK, Milli Rəqəmsal Yaddaş şöbəsi, mütəxəssis
gunel_07@mail.ru
AZƏRBAYCANDA KĠTABXANA ĠġĠNĠN ĠNKĠġAFINDA
HEYDƏR ƏLĠYEV ĠRSĠNĠN ROLU
Açar sözlər: Azərbaycan Respublikası, Heydər Əliyev, irs, mədəniyyət, kitabxana işi,
qanun, fərman.
Azərbaycan xalqının ümumilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxillik
ictimai-siyasi fəaliyyəti böyük bir epoxanı əhatə edir. Sovet rejiminin inkişafda olan dövrü
(1969-1986), mürəkkəb keçid prossesləri (1987-1990), Azərbaycanın dövlət müstəqilliyi
mərhələsi (1991-2003) kimi səciyyələnən 35 illik bir epoxanın aparıcı şəxsiyyətlərindən, əsas
simalarından olan Heydər Əliyevin böyük siyasətdə keçdiyi çətin və şərəfli yol, sərt və
mürəkkəb məqamlarda onun tutduğu obyektiv və qəti mövqe, atdığı düşünülmüş addımlar,
əldə etdiyi ciddi və mühüm nəticələr, əslində, çox mənalı və ibrətamiz məktəbdir.
Bu təlim beynəlxalq siyasi aləmdə və Azərbaycanda özünəməxsus xüsusi yeri və
əhəmiyyəti olan, tarixə düşən, hər yeni tarixi mərhələ üçün aktuallıq və müasirlik kəsb edən
həmişəyaşarlıq qazanmış Heydər Əliyev siyasi məktəbi kimi özünü təsdiq etmişdir. Eyni
zamanda, Heydər Əliyevin qiymətli siyasi irsi: məruzələri, nitqləri, çıxışları, imzaladığı tarixi
qərarlar və sərəncamlar, hətta verdyi tapşırıq və tövsiyyələr küll halında həmin böyük siyasət
məktəbinin möhtəşəm və mötəbər dərslikləridir. Beləliklə, görkəmli dövlət xadimi Heydər
Əliyevin simasında böyük, əbədiyaşar siyasətin nəzəriyyəsi və təcrübəsi bütün zənginliyi ilə
vahid məcrada birləşir.
Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş
Heydər Əliyev dövlətçlik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliği-
nə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə
fəxr edirdi. Dahi rəhbərin ―Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbay-
canlıyam‖ müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi
şüara çevrilmişdir.
Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 21 yanvar 2013-cü il
tarixli Sərəncamı ilə ümummilli liderimizin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd
olunması, onun zəngin irsinin təbliği qərara alınmışdır. Yubiley ərəfəsində ümummilli liderin
zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələr-
də, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər
keçirilir.
Ümummilli lider Heydər Əliyev elmi-ictimai fikir tariximizə elmi düşüncənin müxtəlif
sahələrinə aid orijinal ideyalar müəllifi kimi də daxil olmuşdur. Onun elmin, mədəniyyətin,
iqtisadiyyatın, təhsilin inkişafı, təhsilin məzmununun zənginləşdirilməsi, praktik təsir gücü-
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 186 -
nün artırılması ilə bağlı əvəzsiz ideyaları ölkəmizə rəhbərliyinin hər iki dövründə öz
bəhrələrini vermişdir. Müdrik şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu ideyalar sırasında
milli mədəniyyətimizin ayrılmaz hissəsi olan kitabxanaların inkişafı xüsusi əhəmiyyətə
malikdir.
Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq
gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Azərbaycan-
da kitabxana işinin inkişafına da öz töhfələrini vermişdir. Çağdaş kitabxana quruculuğunun
özülü də məhz 70-ci illərin əvvələrində, ulu öndərimiz birinci dəfə Azərbaycana rəhbərlik
etməyə başladığı dövrdə qoyulmuşdur. Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində
yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxa-
naçı kadrlarının hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna
əyani sübutdur. Azərbaycanın kənd rayonlarında yüksək ixtisaslı kadrların olmamasını nəzərə
alan Heydər Əliyev qısa bir müddət içərisində Bakı Dövlət Universitetində fəaliyyət göstərən
Kitabxanaçılıq fakültəsinin genişləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndiril-
məsi, qəbulun artırılması üçün xüsusi göstəriş vermişdi. Bütün bunlar kitabxana işinə Heydər
Əliyev qayğısının böyük nəticəsi idi.
70-80-ci illərdə böyük öndər H.Əliyevin bilavasitə rəhbərliyi və qayğısı sayəsində Azər-
baycan elmi böyük nailiyyətlər qazandı. H.Əliyevin şəxsi təşəbbüsü ilə elmə ayrılan vəsaiti və
SSRİ Elmlər Akademiyası tərəfindən ayrılan digər ayırmalar xeyli çoxalmışdı. Azərbaycan
hökümətinin qarşısında yeni elm mərkəzlərinin yaranması, AMEA-nın maddi-texniki bazası-
nın möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi vəzifəsi qoyulmuşdu. Bu vəzifə-
lərin yerinə yetirilməsinə bilavasitə H.Əliyev özü nəzarət edirdi. Görülən tədbirlər nəticəsiz
qalmadı, 70-80-ci illər Azərbaycan elminin tarixində yeni mərhələ kimi səciyyələndi. Bu
dövrdə elmi müəssisələrin sayı 142-dən 151-ə, o cümlədən elmi tədqiqat institutları və onların
filallarının sayı 73-dən 85-ə çatmışdı. [2, 237]
Bu illərdə AMEA xüsusilə çiçəklənmə dövrünü yaşamış, respublika elminə başçılıq et-
məyə başlamışdı. Akademiyanın bu dövrdə apardığı fundamental elmi-tədqiqat işləri SSRİ
miqyasında yüksək qiymətləndirilmiş, bir çox elmi-tədqiqat işləri isə beynəlxalq arenaya çıx-
mağa müvəffəq olmuşdu.
Bu gün Azərbaycan xalqına kitabxana xidmətinin təçkilində mühüm rol oynayan şəhər
və rayon mərkəzləşdirilmiş kitabxana sistemləri 70-ci illərdə təşkil olunmuşdur. 1974-cü ildə
ulu öndərin imzaladığı ―Zəhmətkeşlərin tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların
rolunu artırmaq haqqında‖ qərara əsasən yaradılan mərkəzləşdirilmiş kitabxana sistemləri
həmin dövr üçün çox əhəmiyyətli idi və bu gün də onlar əhalinin maariflənməsində əhəmiy-
yətli rol oynamaqdadır. Hazırda mövcud olan Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Na-
zirliyinin, AMEA-nın, həmkərlar ittifaqları təşkilatlarının kitabxana şəbəkələri məhz həmin
dövrdə bitkin bir sistem kimi formalaşmışdır. [9]
1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait və hərc-mərcilik şərai-
tində Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq dilemması ilə üzləşmişdi. Məhz bu
dövrdə ulu öndərimizin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 187 –
bütövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana
şəbəkələrinin də məhvinin qarşısını aldı.
Bu dövrdə ulu öndər müstəqil Azərbaycanda kitabxana quruculuğunda mühüm rol
oynayan daha bir uğurlu addım ataraq 1995-ci ildə respublikada kitabxana işinin inkişafını
ətraflı şəkildə təhlil etməyi Nazirlər Kazbinetinə tapşırdı. Bu göstərişə müvafiq olaraq 1996-cı
ildə Nazirlər Kabinetində kitabxana işçilərinin Respublika müşavirəsi keçirildi və orada
kitabxana işinin inkişafının yeni istiqamətləri müəyyən olundu, yeni vəzifələr müəyyənləşdi-
rildi. 1998-ci ildə isə Azərbaycan kitabxana tarixində dönüş mərhələsi hesab olunan ―Kitab-
xana işi haqqında‖ Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu Qanun ölkə-
mizdə kitabxana işi sahəsində dövlət siyasətinin əsasıdır. Kitabxana işinə dair dövlət siyasəti-
nin formalaşdırılmasında və vəzifələrin müəyyənləşdirilməsində ali qanunumuz olan Azər-
baycan Respublikasının Konstitutsiyası əsas qanunvericilik bazası rolunu oynayır. Məhz
vətəndaşların mədəni sərvətlərdən, informasiyadan istifadə etmək hüququnu müəyyənləşdi-
rən, ölkəmizin informasiya təhlükəsizliyini təmin edən konstitutsiyamızda insanların mədəni
sərvətlərdən istifadə etmək və məlumat əldə etmək sahəsində hüquq, vəzifə və azadlıqları
geniş şərh edilmiş və onların qorunmasının hüququ əsasları yaradılmışdır. İnsanların mədəni
sərvətlərdən istifadə etmək, istədiyi məlumatı əldə temək hüquqları və azadlıqları Konsti-
tutsiyanın 40-cı və 50-ci maddələrində şərh olunmuş, kitabxanaların hüquqları təsbit edilmiş,
onların qarşısında insanlara kitabxana və informasiya xidmətinin yüksək səviyyədə, maneəsiz,
qüsursuz və vaxtında təşkil edilməsi vəzifəsi qoyulmuşdur. [8, 3-17]
1995-ci il sentyabrın 29-da ―Azərbaycan Respublikasında 1995-1998-ci illər dövlət
mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının təsdiq edilməsi haqqında‖ Azərbaycan
Respublikasının Qanunu ilə bağlı fərman imzalandı. Bu fərmanın birinci bölməsində ―Özəl-
ləşdirilməsi qadağan olunan müəssisə və obyektlərin siyahısı‖ verilmişdir. Bu bölmənin 3-cü
bəndində göstərilir: ―Azərbaycan xalqının tarixi və mədəni irs obyektləri (nadir mədəniyyət
və təbiət abidələri, təbiət, tarix, mədəniyyət, elm və texnika obyektləri, o cümlədən dövlət
muzeylərində, arxivlərdə və kitabxanalarda saxlanılan sərvətlər, onların yerləşdiyi binalar və
sahələr)‖
Fərmandan aydın olur ki, kitabxanalarda saxlanılan sərvətlərin, onların binasının və
sahələrinin özəlləşdirilməsi qadağan edilir. Bu fərmanın imzalanması kitabxanaların qorunub
saxlanmasına şərait yaratdı. Kitabxanalar müstəqil dövlətimizin əsas atributlarından biri kimi
dövlət müəssisəsi statusuna malik oldu.
Müstəqillik illərində Azərbaycanda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ictimai-
siyasi və mədəniyyət sahəsində həyata keçirilən islahatlar sössüz ki, kütləvi informasiya
vasitələrindən, Azərbaycan mətbuatından da yan keçmədi.
1998-ci ildə Heydər Əliyevin imzaladığı ―Azərbaycan Respublikasında söz, fikir və
mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında‖ fərmanı ölkədə müs-
təqil, azad mətbuatın yaranıb inkişaf etməsi üçün geniş imkanlar açdı.
Milli mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin dərin bilicisi olan Heydər Əliyev
klassik ədəbiyyata, müasir ədəbi prosesə, sənət və mədəniyyətin bütün sahələrinə xüsusi
qayğı göstərir, onun inkişafı üçün əlindən gələni edirdi. Heydər Əliyev milli mədəniyyətimizi,
ədəbiyyat və incəsənətimizi xalqımızın əsrlərin dərinliklərindən süzülüb gələn, daim zəngin-
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 188 -
ləşən milli sərvəti və intelektual mülkiyyəti kimi qiymətləndirir, hər bir azərbaycanlıya bu
zəngin xəzinədən istifadə etməyi zəruri hesab edirdi. Heydər Əliyev ədəbiyyat və mədəniyyəti
xalqın milli sərvəti, intelektual mülkiyyəti kimi qiymətləndirərək yazırdı: ― Azərbaycan
xalqının milli sərvəti və intelektual mülkiyyəti, eyni zamanda, Azərbaycan ədəbiyyatıdır,
mədəniyyətidir...Bizim mənəvi potensialımız - ədəbiyyatımız, mədəniyyətimiz intelektual po-
tensialımızın əsasını təşkil edir. Bunu yaradanlar xalqın dahi insanlarıdır.‖. [5]
Ulu öndər Heydər Əliyev elmə və elm xadimlərinə böyük qiymət veriridi. Prezidentin
15 may 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına ―Azərbaycan Milli
Elmlər Akademiyası‖ statusu verildi. 2001-ci ildə akademiyaya yeni seçkilər keçirildi. Onun
həqiqi və mübir üzvlərinin tərkibi xeyli yeniləşdi və görkəmli alimlərlə möhkəmləndirildi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 yanvar 2003-cü ildə ― Azərbay-
can Milli Elmlər Akademiyasının statusu haqqında‖ fərman imzaladı. Bu fərmanda ilk dəfə
olaraq akademiyaya dövlətin elmi və elmi texniki siyasətini həyata keçirən ali dövlət elmi təş-
kilat statusu verildi. Fərmanda göstərilirdi: ―Azərbaycan Milli Elmlər Akademiyası Azərbay-
can Respublikasında dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Res-
publikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətlərini əla-
qəndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində
təmsil edən ali dövlət elmi təşkilatıdır.‖
Bütn bunlar xalqını, vətənini ürəkdən sevən, onun mədəniyyətinə və mənəvi sərvətləri-
nə diqqət və qayğını öz həyat amalına çevirən işıqlı şəxsiyyətin nəcib əməllərinin bariz ifadə-
sidir.
Heydər Əliyev XX əst türk dünyasının yetişdirdiyi ən böyük şəxsiyyətdir. Öz vətənini,
xalqını böyük məhəbbətlə sevən, Azərbaycanı uğurlu, işıqlı gələcəyə aparan böyük vətəndaş,
dövlət xadimi, dövlət miqyaslı siyasətçi, ümummilli liderdir. Heydər Əliyevin əsərləri, zəngin
elmi-nəzəri irsi Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan kitabının ―qızıl fondu‖na
daxildir. Azərbaycan kitabını qoruyub saxlayan, onu əsrdən-əsrə, nəsildən-nəslə çatdıran
kitabxanalar bu mənəvi irsi göz bəbəyi kimi qoruyub saxlamalı, bütün oxucuların istifadəsinə
verməlidir.
Ulu öndərin gələcək nəsillərə vəsiyyəti olan bu ölməz elmi-nəzəri irs içərisində mədə-
niyyət, kitab, kitabxana və mütaliə məsələləri mühüm yer tutur.
Ulu öndərimizin böyüklüyü bir də ondadır ki, bu dahi şəxsiyyət yalnız Azərbaycanın in-
kişaf strategiyasının möhkəm təməlini qoymaqla kifayətlənməmiş, həm də bu strateji kursu
müasir dövrün tələbinə uyğun davam etdirməyə qadir, istedadlı, xalqını, dövlətini sevən, yük-
sək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirmişdir. Ümummilli lider
Heydər Əliyevin müstəqil milli ənənələrə, ümumbəşəri dəyərlərə, dünya standartlarına malik
təhsil sisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasət bu gün ölkə başçısı
cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezi-
denti cənab İlham Əliyev də müxtəlif illərdə milli-mənəvi sərvətimiz olan kitabxanalar və on-
ların zənginləşdirilməsi haqqında çox dəyərli qərarlar qəbul etmiş, sərəncamlar imzalamışdır.
Azərbaycan Milli Ensiklopediyasının nəşri, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşr-
lərin həyata keçirilməsi, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbay-
can dilində nəşr edilməsi, Azərbaycan ədəbiyyatıının virtual kitabxanasının yaradılması,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 189 –
Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması haqqında imzaladığı qərar və sərən-
camlar xalqın maddi-mənəvi sərvətlərinin, milli irsin toplayıcısı, qoruyucusu olan kitabxana-
ların fəaliyyətində mühüm rol oynayır.
Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, milli-mənəvi irsimiz olan kitabxanala-
rımız zəngin mütərəqqi ənənələrə, ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq
inkişaf edəcək.
Dostları ilə paylaş: |