Nərminə Dəmir qızı Abdullayeva
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu, doktorant
AMEA N.Tusi ad. Şamaxı Astrofizika Rəsədxanası, Kitabxana müdiri
ADMİU, müəllim
abdullaevanarmina@gmail.com
ĠNFORMASĠYALAġDIRILMIġ CƏMĠYYƏTDƏ KĠTABXANAÇILIQ
FƏALĠYYƏTĠNDƏ VƏ TƏHSĠLĠNDƏ ĠNNOVATĠV DƏYĠġĠKLĠKLƏR
Açar sözlər: kitabxana işi, kitabxanaçılıq-informasiya elmləri üzrə təhsil, xarici
təcrübə, innovasiyalar, yeniliklər.
Kitabxana-informasiya elmləri üzrə təhsil proqramları üzün və möhtəşəm tarixə malik-
dir. Keçmişdə bu sahə üzrə tədris proqramları kitabxana fondunun onun yerləşdiyi binada
kitab və digər maddi daşıyıcılarda olan çap nəşrləri ilə komplektləşdirilməsinin inkişafına dair
bilikləri, ədəbiyyatın seçilməsi, əldə edilməsi, təşkili, qaytarılmasının, ümumilikdə sənəd kül-
liyatının dövriyyəsinin qanunauyğunluqlarını mənimsəmiş işçi heyətlə təminata istiqamətlə-
nirdi. Bu gün kitabxana-informasiya təhsili maddi kolleksiyalar və bina çərçivəsindən kənara
çıxır və virtual dünyaya ehtiva edir. Bizim dövrümüzdə müxtəlif kateqoriyadan olan (ictimai,
şəxsi, sosial, qeyri-kommersiya; kitabxana binasına daxil olmaq imkanı olmayan və ya buna
ehtiyacı olmayan istifadəçilər və s.) istifadəçilərin informasiya təminatına diqqəti cəmləmək
əsas məsələlərdəndir. Arxivlər, muzeylər, kargüzarlıq idarələrindən olan həmkarlarla əmək-
daşlıq bu məsələlərin öyrənilməsində vacib hesab olunur.
90-cı illərin ortalarından başlayaraq inkişaf etmiş ölkələrdə ali kitabxana-informasiya
təhsilinin beynəlmiləlləşdirilməsinin sürətli inkişaf dövrü müşahidə edilmişdir. Avropa və
Şimali Amerikanın bir çox kitabxana-informasiya təhsili müəssisələri tələbələrə beynəlxalq
miqyasda səmərəli, işi asanlaşdıran bilik və bacarıqlar aşılamağın vacibliyini təsdiq etmişlər.
İFLA-nın (Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyası) Təhsil bölməsi
illərdir bütün dünya üzrə kitabxana-informasiya elmləri məktəblərinin əməkdaşlıq mərkəzi
kimi fəaliyyət göstərir. Bu sahədə fəaliyyət göstərən daha bir təşkilat Avropa Kitabxanaçılıq
Təhsili və Tədqiqatları Assosiasiyasıdır (EUCLİD). Onun əsas layihəsi Avropada Kitabxana-
çılıq-informasiya təhsili, bu sahədə ümumi məqsədlərin, siyasətin və ümumavropa standartla-
rının işlənib hazırlanmasına yönəlmişdir.
Kitabxana-informasiya peşəsinin problemlərinə İFLA (Kitabxana Assosiasiyaları və
İnstitutlarının Beynəlxalq Federasiyası) böyük diqqət yetirir. Bu sahədə iş əsas olaraq 2 bölmə
üzrə mərkəzləşdirilib həyata keçirilir:
Təhsil və kadr hazırlığı bölməsi;
Fasiləsiz peşə təhsili və iş yerində tədris bölməsi [6, s.26]
İFLA-nın bütün əsas proqramlarında bu məsələlərə aid olan təlimatlar öz əksini
tapmışdır. 1985-cı ildən başlayaraq İFLA müntəzəm olaraq kitabxana-informasiya elmləri
üzrə mütəxəssislərin fasiləsiz peşə hazırlığının nəzəri və təcrübi məsələlərinin müzakirəsi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 65 –
üçün Ümumdünya konfransları təşkil edir. ―İFLA publications‖ seriyası ilə kitabxana-
informasiya peşəsinə dair müxtəlif konfransların materialları çap olunur. Məs., 2005-ci ildə
bu nəşrlərin 115-ci nömrəsi çap olunmuşdur və bu nömrə kitabxana menecmenti və
marketinqinin elektron tədrisi üzrə keçirilən Cenevrə iclasına həsr olunmuşdur. 2007-ci ildə
İFLA kitabxana, arxiv və informasiya elmləri sahəsində təhsil üzrə Ümumdünya məlumat
kitabının III nəşrini çap etdirmişdir. O, 900 universitet və digər müəssisələri əhatə edirdi və
özündə Tədris proqramları, təhsilin davamlılığı və səviyyəsi, təhsilin maddi dəyəri və s.
haqqında məlumatı əhatə edirdi.[7, s. 36]
İFLA Kitabxana-informasiya təhsili sahəsində mütəxəssis hazırlığı üçün müəyyən
əsaslara dayanaraq 2012-ci il avqust ayında özünün rəhbər prinsiplərini elan etmişdir. Bu
prinsiplər 2000-ci ildə nəşr olunmuş sonuncu icmala yenidən baxılaraq hazırlanmışdır və XXI
əsrdə kitabxanaların və informasiya mərkəzlərinin kadr təminatının inkişafına əsaslanan
kitabxanaçılıq məktəblərinin tədris planı materiallarını özündə əks etdirir. Burada müəyyən
məqsədlərə nail olmaq üçün vacib olan kitabxana-informasiya elmləri üzrə tədris proqramları
sahəsində çərçivəni müəyyən edir: tədris proqramlarına daxil edilməsi vacib olan əsas təcrübi
məsələlər, professor-müəllim heyətinin tərkibinə olan tələblər, əməkdaşlar və tələbələrə
proqramın mənimsənilməsi üçün qoyulan tələblər, həmçinin keyfiyyətli informasiya dəstəyi
və resurs təminatının vacibliyi əsaslandırılır. Bundan başqa, burada göstərilir ki, kitabxana
işinin öyrənilməsini nəzərdə tutan tədris materialları və bilik bazalarının əksəriyyəti həm də
digər qohum peşələrin, məs., arxiv və muzey tədqiqatları, o cümlədən kargüzarlıq (yazıların
idarəedilməsi) bacarıqlarının sərhədlərini də əhatə etməlidir. [12]
İFLA-nın ―Kitabxana-informasiya təhsili sahəsində mütəxəssis hazırlığı üçün rəhbər
prinsipləri‖ hər şeydən əvvəl bakalavr və magistrantlara ünvanlanmışdır. Belə ki, tədris
proqramının hər iki səviyyədə mənimsənilməsi peşəkar ixtisaslaşmanın əldə edilməsinə
gətirib çıxarır. Bu sənədin əsas məqsədi dünya üzrə mövcud kitabxana-informasiya təhsili
üzrə elmi məktəblərin qabaqcıl təcrübəsinin qəbul edilmiş əsas prinsiplər ilə təmin etməkdir.
Bu prinsipləri tədris proqramının işlənib hazırlanması və təsdiq edilməsi prosesində istifadə
etmək və istiqamətlənmək mümkündür. Bu sənəddə göstərilir ki, Kitabxanaçılq-informasiya
elmləri üzrə tədris planının əsas elementləri aşağıdakılardır:
1. Rəqəmsal mühitə gedən yolda qazanılmış təcrübənin nəzərə alınması;
2. Tədris planına yerli əhali və onların həyat tərzi haqqında bilikləri daxil etmək
Kitabxanaçılıq-informasiya təhsili üzrə tədris planına aşağıdakı elementlər daxil edilmə-
lidir:
1.
İnformasiya mühiti, informasiya cəmiyyətinin təsirləri, informasiya siyasəti və etika-
sı, tarixi aspekt;
2.
İnformasiyanın nəsilləri, Kommunikasiyalar və kommunikasiya fəaliyyəti;
3.
İnformasiya tələbatının qiymətləndirilməsi və lazımi xidmətlərin işlənib hazırlanma-
sı;
4.
İnformasiyanın ötürülməsi prosesi;
5.
İnformasiyanın təşkili, işlənməsi, axtarışı, onun müxtəlif formalarda saxlanılması və
bərpasını özündə əks etdirən informasiya resurslarının menecmenti;
6.
İnformasiyanın tədqiqi, təhlili və təqdim olunması;
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 66 -
7.
Kitabxana-informasiya məhsulları və xidmətlərinin bütün sahələrinə informasiya
kommunikasiya texnologiyalarının tətbiqi;
8.
Biliklərin idarə olunması;
9.
İnformasiya xidmətinin idarə olunması;
10.
Kitabxana-informasiya xidmətinin nəticələrinin kəmiyyət və keyfiyyətcə qiymət-
ləndirilməsi;
11.
Regionun mentalitet və mədəniyyətinin əsas xüsusiyyətləri
2017-ci ildə ―Kitabxana-informasiya təhsili sahəsində mütəxəssis hazırlığı üçün rəhbər
prinsipləri‖nə və tədris proqramlarına İFLA tərəfindən yenidən baxılması nəzərdə tutlmuşdur.
[8, s. 7-10]
Kitabxana işinə yeni informasiya-kommunikasiya texnologiyalarının ciddi surətdə daxil
olması bu sahədəki ali və orta ixtisas təhsilində də əsaslı dəyişikliklərə gətirib çıxarır:
kitabxanaçının funksiya və vəzifələri artır, informasiya vasitəçisindən təhsil və tədqiqatlara
dəstək olan ―biliklər üzrə navigator‖a çevrilir, kitabxana-informasiya xidmətlərinin yeni
forma və metodları tətbiq olunur, kitabxanaçıların hazırlanmasına olan tələblər artır.
Kitabxanaçılar öz iş fəaliyyətlərini dəyişərək və modernləşdirərək, daha çox informa-
siya mütəxəssisinə çevrilirlər. Buna uyğun olaraq da xarici elmi ədəbiyyatda ―bilik meneceri‖,
―kontent menecer‖, ―elektron resurslar üzrə koordinator‖, ―interfeys mütəxəssisi‖ və s.
terminlər ―kitabxanaçı‖ termininin ekvivalenti kimi göstərilir. Hətta kitabxana sözü də daha
dinamik və müasir terminlər olan ―mediateka‖ və ya ―infoteka‖ ilə əvəz olunur. Bu tendensiya
təbii ki, hamı tərəfindən, xüsusilə sənətini sevən ixtisasçılar tərəfindən müsbət qarşılanmır.
Belə ki, Honkonqlu mütəxəssis S.Stori kitabxanaçıları özlərinin zamanın sınağından keçmiş
ənənvi terminləri ilə vidalaşaraq digər peşələrdən daxil olan yeni terminləri həddindən artıq
tez qəbul etməkdə günahlandırır. O qeyd edir ki, elə bir peşə yoxdur ki, öz terminologiyasını
belə tez dəyişsin. Məs., həkimlər niyə ―bədən sisteminin meneceri‖ olmayıblar!? Peşələrinin
adından imtina etməkə kitabxanaçılar öz ixtisaslarına qəsd etmiş olurlar.‖ [11, s. 39]
Kitabxanaçılar öz təcrübələrini və xidmətə yanaşma tərzlərini modernləşdirə bildikləri
halda onlara hər zaman tələbat olacaq. Əgər kitrabxanaçılar öz peşələrinin ―yox olmasını‖
istəmirlərsə, onlar aktiv olmalı, yenilikləri qabaqlamalı, kitabxana işinə tətbiq edilən yeni
texnologiyalardan istifadə bacarığına malik olmalı və son istifadəçinin tələbatının yüksək
səviyyədə ödənilməsinə istiqamətlənməlidirlər.
İtalıyalı kitabxana mütəxəssisi M.Melxionda deyir ki, ―Biz öz peşəmizin zəngin ənənə-
lərinə dəyər versək, kitabxanaçı olmağımızla fəxr etsək və öz xidmətlərimizin səviyyəsinin al-
çaldılmasına yol verməsək, XXI əsrin axırlarında bizlər mədəniyyəti və cəmiyyətin intellektu-
al inkişafını dəstəkləyən çox hörmətli insanlar hesab olunacağıq. [12, s.128]
Müasir dövrdə kitabxana və informasiya mütəxəssislərinin özlərini yenidən kəşf etmə-
ləri lazımdır. Bunun üçün B. Britaniyalı mütəxəssis D.Xeynin fikrincə kitabxanaçılar fasiləsiz
oxuyub təhsil almalı, aktiv şəkildə təcrübə toplamalı, dəyişikliklərə müsbət yanaşmalı, yeni-
likləri mənimsəməli, elektron mühitə uyğunlaşmalı, onun tələblərinə uyğun olaraq inkişaf
etməli, bir sözlə, özlərini hərtərəfli təkmilləşdirməlidirlər.[3, s. 95]
İNTERNET lazımi, relevant informasiyanın sürətli və sadə əldə edilməsi üçün geniş im-
kanlar yaradır. Online sistemlər istifadəçiyə informasiyanın vasitəsiz olar əldə etməsini təmin
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 67 –
edir. Ənənvi resurslardan fərqli olaraq, İnternet resursları həcminə görə böyük və mürəkkəb
olması ilə yanaşı, eyni zamanda etibarlı və stabil hesab olunmur. ABŞ mütəxəssis M. Stouver
qeyd edir ki, İnternetdə axtarış böyük bir zibillikdə qızıl qırıntısının axtarmağa bənzəyir. Buna
görə də istifadəçilər kitabxanaçıların köməyi olmadan keçinə bilməzlər. Bəzi alimlər hesab
edir ki, kitabxanaçılar istifadəçi ilə informasiya resursu arasında hər zaman vasitəçi kimi möv-
cud olacaqdır. Kitabxanaçıların vəzifəsi ―informasiya axınının mərkəzində olaraq‖ informa-
siya istifadəçisinə ona lazım olan informasiyanı axtarmaqda, qiymətləndirməkdə və əldə
etməkdə kömək etməkdir. [1, s. 89]
Müasir dövrdə kitabxanalara hansı mütəxəssislər lazımdır? Kitabxana proseslərində kö-
məkçi işçilərin yerinə yetirdiyi əl əməyi getdikcə ixtisara düşür, İKT sahəsi, lisenziya idarə-
edilməsi, müəlliflik hüququnun qorunması sahəsində biliklərə tələb artır. Aydındır ki, kitab və
kitabxana işinə dair ənənəvi biliklərdən başqa, kitabxanaçılar həm də yeni müasir tələblərə
cavab verəcək bilik və qabiliyyətlərə malik olmalıdırlar.
Böyük Britaniyalı alimlər S.Korall və A.Bryuerton 1999-cu ildə kitabxanaçının
səlahiyyətləri modelini aşağıdakı şəkildə vermişdir:
1.
Kommunikasiyalar və problem həllində ümumi şəxsi bacarıqlar;
2.
Fondların inkişafı, menecmenti və biliklərin təşkili və s. sahədə peşəkar bacarıqlar;
3.
İnformasiya texnologiyaları sahəsində bacarıqlar;
4.
biznes və menecment sahəsində bacarıqlar(maliyyə, xərclər, marketinq);
5.
Təşkilati və sahəvi biliklər;
6.
Şəxsi əmək davranışı- nailiyyətlərə istiqamətlənmək, liderlik, təşəbbüskarlıq, strateji
perspektivi görəbilmə. [3, s. 96]
―Elektron informasiya əsrində kitabxana-informasiya mütəxəssislərinin təhsilinə yeni
yanaşmalar aktiv şəkildə araşdırılır. Hər bir kitabxananın qarşılaşdığı mürəkkəb problemlər-
dən biri mütəmadi baş verən dəyişikliklərin fonunda peşəkar bacarıqların qorunub saxlanılma-
sının və yeni bacarıqların inkişafının vacibliyidir.‖–Danimarka alimi E.Torxauqe demişdir.
[10, s. 43]
Qərbli alimlər kitabxana-informasiya elmləri sahəsində təhsilin zamanın tələblərindən
geri qalmasını, onun kifayət qədər əhatəli və innovativ olmamasını xüsusi vurğulayırlar. Ki-
tabxanaçılıq-informasiya təhsilində olan dəyişikliklər onun həm məzmununa, həm də forması-
na öz təsirini göstərmişdir. XXI əsrin əvvəllərindən bir çox ölkələrin tədris proqramının əsas
elementi İnformasiya menecmenti oldu. Eyni zamanda kompüter və kommunikasiya texnolo-
giyalarının öyrədilməsinə geniş yer verilir. Elektron mühitdə kitabxanaçı informasiya texnolo-
giyaları sahəsində biliklərə malik olmalı, müxtəlif elektron resurslardan, axtarış protokolların-
dan, müəlliflik hüququnun qorunması üsullarından baş çıxarmağı bacarmalı, etibarlı informa-
siyanı virtual resurslardan ayırd edə bilməlidir.
Böyük Britaniya alimləri Kitabxanaçılıq fakültəsinin tədris proqramına ―Peşəkar baca-
rıqların inkişafı‖ adlı fənnin daxil edilməsini vacib hesab edirlər. Bu fənn kitabxana-informa-
siya mütəxəssislərinə ―İnternet menecer, web master və kontent meneceri bacarıqlarını öyrə-
dəcək. Kanada mütəxəssisləri marketinq layihə menecmenti və liderliklə bağlı fənlərin tədris
olunmasının vacibliyini vurğulayırlar. [3, s. 95]
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 68 -
Web-konfrans, web-məsləhət və dərslərin istifadəsilə tədrisin elektron forması da dünya
təcrübəsində geniş yayılmaqdadır. Onun üstünlüyü təhsil alanların rahatlığının təmin olunma-
sında, onların geniş şəkildə əhatə olunmasında, təhsilin optimal formasının azad seçimində və
iqtisadi cəhətdən səmərəliliyindədir. Əsas maneə maliyyə çatışmazlığı, əməkdaşların vaxt
məhdudiyyəti, elektron təhsilin praktiki təcrübəsinin yoxluğu, və s.-dir. ABŞ mütəxəssisləri
M.Meyson və Van Noordanın fikirlərinə görə hazır elektron tədris modulları almaq onları iş-
ləyib hazırlamaqdan daha sərfəlidir. Danimarka kitabxanaçıları kadrların ixtisasının mütəmadi
olaraq artırılmasının inkişafın əsas vasitəsi hesab edirlər: Bütün yeni əməkdaşlar 3 ildə 1
dəfədən az olmayaraq fəaliyyətlərinin xarakterini və məzmununu dəyişməlidirlər. İşlədikləri
müddətdə kadrlar bütün şöbələrdə və bütün istiqamətlər üzrə işləməlidirlər. [1, s. 92]
Bir çox ölkələrdə əsas ali ixtisas təhsilindən sonra gələn fasiləsiz təhsil konsepsiyası
nəzəri cəhətdən əsaslandırılmışdır və həyata keçirilir. Bir qayda olaraq təşkilatın təşəbbüsü ilə
keçirilən işçi heyətin ixtisasının artırılmasından fərqli olaraq, fasiləsiz təhsil adətən kitabxana-
çının özünün şəxsi təşəbbüsü ilə həyata keçirilir. Fasiləsiz təhsil proqramlarının bir neçə
forması vardır: rəsmi ixtisasartırma və təkmilləşmə kurslarından, müstəqil məşğələlərə qədər.
Bu təhsil növünün ən çox yayılmış forması seminar praktikumlardır.
Ən mürəkkəb məsələ tədris proqramlarına yenidən baxılması və təkmilləşdirilməsidir;
beynəlxalq tədris proqramı kitabxanaşünaslıq terminologiyasının konseptual quruluşunu, elmi
dəyərləri, əsas tədqiqat metodlarını; UNESCO və digər beynəlxalq və hökümətlərarası və
qeyri-hökümət təşkilatları haqqında informasiyanı əhatə etməlidir.
Tədris kursuna eyni zamanda xarici dillərin mükəmməl öyrənilməsi də daxil edilməli-
dir. Bir və ya bir neçə dil bilmək müasir dövrdə yüksək qiymətləndirilir. Kitabxana-informasi-
ya mütəxəssisləri üçün xarici dilin xüsusi kursunun işlənib hazırlanması arzuolunandır. Kitab-
xanaçı kadr hazırlayan hər bir kitabxanaçılıq məktəbi tələbə və müəllim mübadiləsini həyata
keçirməlidir və bu zaman xarici həmkarlara yerli kitabxanaçılıq qurumlarının peşəkar inkişa-
fına yeni imkanlar açan ―dünyaya bir pəncərə‖ kimi baxılmalıdır. ―Əgər biz təhsilə baxışları-
mızı yeniləyərək, dəyişərək və gələcək informasiya peşəkarlarını yenidən hazırlayaraq qlobal-
laşmanın çağırışlarına cavab verməyə çalışmasaq biz bu dünyanın vətəndaşı kimi öz vəzifələ-
rimizi yerinə yetirə bilməyəcəyik...‖ deyə ―Avropa və Şimali Amerikada Kitabxanaçılıq-İn-
formasiya təhsilinin beynəlmiləlləşdirilməsi‖ məqaləsinin müəllifləri qeyd edirlər.
Yaxın Rusiya Federasiyasının bu sahədəki təcrübəsinə nəzər saldıqda məlum olur ki,
2000-ci ildə burada Kitabxanaçılıq təhsili ilə bağlı ilk dövlət standartı qüvvəyə minmişdir.
Bundan sonra digər bir fəaliyyəti‖ adlandırıldı və aşağıdakı ali təhsil ixtisaslaşmaları daxil
edildi: kitabxanaçı-biblioqraf, müəllim, avtomatlaşdırılmış informasiya resursları texnoloqu;
informasiya resursları analitik-referenti; informasiya resursları meneceri. Bütün bunlar ali ki-
tabxanaçılıq təhsilini daha tələb olunan və kitabxana-informasiya sahəsinin inkişaf tendensi-
yalarına cavab verən səviyyəyə qaldırdı. Dövlət standartına uyğun olaraq kitabxanaçılıq orta-
ixtisas təhsili ―kitabxanaçı‖ ixtisası üzrə kadr hazırlığını təmin edir. [5, s. 298]
Müasir dövrdə kitabxanaçı informasiya naviqatorudur, sənəd kommunikasiyaları siste-
mində, o cümlədən elektron mühitdə analitik və vasitəçidir, informasiya savadlılığı üzrə təli-
matçıdır; kitabxana informasiya sahəsinin menecer və marketoloqudur, informasiya resursları,
kitab nəşri və kitab ticarəti bazarının bilicisidir. Bundan əlavə o, sənəd irsinin qoruyucusudur,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 69 –
mədəniyyət fenomeni olan kitabın xidmətçisidir, mütaliə prosesinin dəstəkləyicisi və inkişaf
etdirilməsi üzrə mütəxəssisdir, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkilatçısıdır. Beləliklə
də, yeni formalaşan kitabxanaçı təkcə informasiya mənbəyi deyil, həm də sosio-mədəni tex-
noloji bacarıqlara yiyələnmiş çox profilli mütəxəssisdir. [3.s.57]
Hazırda cəmiyyətdə təhsilin keyfiyyətinin yüksəldilməsi, hər bir ölkənin təhsil sistemi-
nin yenidən qurulmasında həll edilməsi vacib olan problemlərdəndir. Azərbaycan təhsil siste-
mində Kitabxanaçılq-informasiya mütəxəssislərinin hazırlığının müasir dövrün tələblərinə
uyğunlaşdırılması istiqamətində müəyyən irəliləyişlər olsa da, bəzi cəhətlərdən ciddi dəyişik-
liklərə ehtiyac duyulur ki, bu da başqa bir tədqiqat işinin mövzusudur.
ƏDƏBĠYYAT
1.
Варганова Г.В. Лидерство как направление библиотековедческих исследова-
ний в США // Науч. и техн. б-ки. – 2008, № 8. – С.87-95.
2.
Калегина О.А. Библиотечно-информационное образование в контексте миро-
вых тенденций: теоретико-методологический аспект. Автореферат дисс. на
соиск. уч. степ. д-ра пед. наук. – СПб., 2007. – 48 с.
3.
Лиховид Т.Ф. Высшее библиотечно-информационное образование в Велико-
британии // Библиотековедение. – 2007, № 3. – С.94-98.
4.
Лиховид Т.Ф., Царева А.В. Библиотечно-информационное образование во
Франции // Библиотековедение. – 2006, № 3. – С.122-128.
5.
Пушкова С.В. Современные тенденции в непрерывном профессиональном
образовании библиотекарей за рубежом // Открытый доступ. Библиотеки за
рубежом 2006 / Сост. С.В.Пушкова. – М.: «Рудомино», 2006. – С.291-309.
6.
Создание глобального партнѐрства: межконтинентальные инициативы по со-
трудничеству между программами LIS / Совместное заседание отдела VIII.
Региональная деятельность и Секции по образованию и обучению // Новости
Междунар. федерации библиотечных ассоциаций и учреждений. – 2008, №
4(73). – С.24-28.
7.
Стивенс Д. Введение дисциплины «Развитие профессиональных навыков» в
программу обучения по специальности «Библиотечная и информационная
наука» в Великобритании // Новости Междунар. федерации библиотечных ас-
социаций и учреждений. – 2007, № 2(65). – С.35-37.
8.
Стратегический план ИФЛА на 2006-2009 годы // Новости Междунар. феде-
рации библиотечных ассоциаций и учреждений. – 2007, № 3(66). – С.7-10.
9.
Тихонова Е.В. Система библиотечного образования в Италии // Библиотеко-
ведение. – 2006, № 6. – С.116-119.
10.
Торхауге Е. Новые требования – старые навыки. Стратегия преодоления раз-
рыва: развитие новых умений в контексте повседневной работы // Новости
Рос. комитета ИФЛА. – 2006, № 3(60). – С.39-44.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 70 -
11.
Нгуен Тхи Донг. Модернизация библиотечно-информационного дела
Вьетнама и проблема подготовки профессиональных кадров // Науч. и техн.
б-ки. – 2007, № 6. – С.37-45.
12.
Melchionda M. Librarians in the age of the Internet: their attitudes and roles. A
literary review // New library world. – 2007. – Vol.108, № 3/4. – Р.123-140.
13.
http://www.ifla.org/publications/guidelines-for-professional-libraryinformation-
educational-programs-2012
Narmina Abdullayeva
INNOVATIVE CHANGES IN LIBRARY-INFORMATION ACTIVITY AND
EDUCATION IN INFORMATIZATIONED SOCIETY
Dostları ilə paylaş: |