Biblioqrafiya (yunanca βιβλιογραφία – kitab yazmaq mənasını daşıyır) –informasiya fəaliyyətinin xüsusi sahəsi olaraq informasiyanı idarə etmək, informasiya infrastrukturu olaraq biblioqrafik məlumatın hazırlanması, yayılması və istifadəsi mahiyyətini daşıyır. Biblioqrafiyanın mühüm məsələsi – biblioqrafiya fəaliyyətini o cümlədən də biblioqrafik şərhin; biblioqrafik göstəricilərin tərtib edilməsi; sənədlərin təsnifatlandırılması və standartlaşdırılmasından ibarətdir. Biblioqrafik fəaliyyəti biblioqrafşünaslıq çərçivəsində elmi fənn kimi öyrənilir.
Biblioqrafiya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommisiyasının xüsusi buraxılışı. (2013). Dissertasiyalarıntərtibiqaydaları.Buradan götürülmüşdür http://www.aak.gov.az/yeni bulleten.pdf
Kazımov, Q.Ş. (2000). Müasir Azərbaycan dili. Sintaksis. Ali məktəblər üçün dərslik. Bakı,"Ünsiyyət". Buradan götürülmüşdür http://www.qkazimov.gen.az/arxiv/index1 .htm
American Psychological Association. (2010). APA Citation Style. Washington, DC: American Psychological Association. Retrieved from the Cornell University Library http://www.library.cornell.edu/resrch/citmanage/apa
Bowker, N. (2007). Academic Writing: A Guide to Tertiary Level Writing. Retrieved from Massey University Department of Student Learning development Services Web site: http://owll.massey.ac.nz/pdf/Academic-Writing-Guide.pdf
Carolyn Barrat and et als. (2014). Writing Academic Acknowledgements Elektron. Retreieved from http://www.wikihow.com/Write-Acknowledgements Date of access: 15/06/2014
Gutbrod, H. (2005). Handbook for Professional Communication. Tbilisi, Georgia: Saari.
Tənqidi oxunuş - passiv oxunuşun əksi olaraq aktiv və düşünülmüş oxu forması olaraq sonda çap olunur. Tənqidçilər oxuduqları mətni dəyərləndirmək üçün mühakimə yürüdərkən satandart kimi müəllif fikirlərinin onların öz fikirlərinə nə qədər yaxın olmasını deyil, həmin fikirlərin hansı səviyyədə dəqiq və əsaslandırımasına diqqət yetirirlər.
Bizim dövr tənqidi qiraətin vacibliyini dərk edən ilk deyil. Təxminən 400 il bundan əvvəl Frensis Bekon düzgün olmayan qiraətin təhlükəliliyi barədə xəbərdarlıq edib. O, insanlara müəllifin nöqteyi-nəzərinə etiraz etməməyi və onu qəbul etməməyi məsləhət bilir, amma "ona baxmaq və tənqidi qiymətləndirməyi” təklif edirdi.
XVIII əsrdə britaniya dövlət xadimi Edmund Berk daha obrazlı şəkildə ifadə həmin baxışları: "Düşünülmədən oxumaq - həzm etmədən yeməyi yemək kimi bir şeydir".
Məqaləyə tənqidi rəy aşağıdakı məqamları özündə ehtiva etməlidir.
Məqalənin tam adı, müəllifin adı, familiyası atasının adı, vəzifəsi
Məqalənin həsr edildiyi problemin qısa şərhi
Təklif edilən məqalənin aktuallıq səviyyəsi (dərəcəsi)
Məqaladə müəllif tərəfindən toxunulan problemin həllinə nail olduğu vacib məqamlar.