7
I FƏSİL ƏDƏBİYYAT İCMALI
1.1 Azərbaycanda neft şistlərinin paylanma qanunauyğunluqları
Respublikada neft şistlərinin ən çox yayılmış sahələri Şamaxı-
Qobustan, Abşeron, Xəzəryanı-Quba və Vəndam,Lahıc və s. rayonlarında
müşahidə olunur (şək.1.1). Bu rayonlarda geniş
stratiqrafik diapazonda
(təbaşirdən Miosenə qədər) yayılmış 60-dan çox neft şistinin səth təzahürləi
mövcuddur.
Şəkil 1.1.
Azərbaycanda neft şistlərinin paylanması rayonlarının sxematik xəritəsi
Neft şistlərinin yayıldığı sahələr.
8
1.2 Şamaxı-Qobustan neftli-qazlı rayonu
Şamaxı-Qobustan neftli-qazlı rayonu Azərbaycanın şərq hissəsində,
Abşeron yarımadasından
qərbdə yerləşərək, Böyük Qafqazın cənub-şərq
batımının cənub yamacında kifayyət qədər geniş ərazini tutur. Rayon şimalda
Xəzəryanı-Quba,
şərqdə-Abşeron, cənubda Aşağı Kür neftli-qazlı rayonları,
qərbdə isə Qərbi Xəzər regional dərinlik qırılmasının şimal davamı ilə
sərhədlənir.
Cənubi Xəzərhövzəsinin şimal-qərb hissəsinə daxil olan bu rayonun
geoloji quruluşunda böyük qalınlıqla Mezokaynozoy çöküntüləri iştirak
edir.Rayon eyni zamanda Orta Yura çöküntülərindən Antropogenə qədər olan
çöküntülərin yer səthində çıxışları ilə fərqlənir.
Mezozoy burada geniş intişar etmiş
Yura və Təbaşir sistemləri
çöküntülərindən ibarətdir. Yura çöküntüləri rayonun Şimal hissəsində
B.Qafqazın suayırıcı zonasının ayrı-ayrı yerlərində yer səthinə çıxırlar. Burada
Alt Yuranın çöküntüləri müəyyən edilməmişdir.
Orta Yuranın Bayos və Bat mərtəbələri qalın (700-800 m) bərk
qumdaşı, alevrolit, əhəngdaşı, gil və gilli şist laylarının növbələşməsindən
ibarətdir. Orta Yuranın Aalen, Bayos və
Bat çöküntüləri ancaq qonşu
Xəzəryanı-Quba neftli-qazlı rayonunun Afurca, Keşçay, Bəyimdağ-Təkçay və
b. sahələrində qazılmış quyularda açılmışdır. Kəsilişdə qalın (50-60m) qumlu
horizontların iştirak etdiyi və onların bu və ya digər dərəcədə neftli və qazlı
olduğu müəyyən edilmişdir. Orta Yuranın açılmış qalınlığı göstərilən qonşu
sahələrdə 1000-1700 m-dən çoxdur. Ümumiyyətlə, Orta Yuranın qalınlığı
böyük diapazonda (1500 3500 m) dəyişir.
Dostları ilə paylaş: