1.3 Şamaxı-Qobustan neftli-qazlı rayonunda yanar şistlərin yayılması Şamaxı-Qobustan
neftli-qazlı
rayonu
Azərbaycanın
şərq
hissəsində,Abşeron yarımadasından qərbdə yerləşərək, Böyük Qafqazın
cənub-şərq batımının cənub yamacında kifayət qədər geniş ərazini tutur.
Rayon şimalda Xəzəryanı-Quba, şərqdə-Abşeron, cənubda Aşağı Kür neftli-
qazlı rayonları, qərbdə isə Qərbi Xəzər regional dərinlik qırılmasının şimal
davamı ilə sərhədlənir.
Cənubi Xəzər hövzəsinin şimal-qərb hissəsinə daxil olan bu rayonun
geoloji quruluşunda böyük qalınlıqla Mezokaynozoy çöküntüləri iştirak edir.
Rayonda 120-yə yaxın palçıq vulkanı, 30-dan çox şist təzahürü, həmçinin bəzi
neft-qaz yataqları mövcuddur. Məlum neft şist təzahürləri əsasən Mərkəzi
Qobustan və Şamaxı tektonik zonasında işlənmişdir. Ümumiyyətlə,
Qobustanda Goradil-Masazır qırılma zonası və Gücur-Qızıldaş enişinə aid üç
blok ayrılır: şimali alloxton, mərkəzi paraavtoxton və cənubi avtoxton (şəkil
1.3.a)
Şimali Qobustanın təbaşir yataqlarına aid neft şistləri heç bir
kommersiya dəyərinə malik deyildir .Neft şistlərinin bir çox təzahürləri
Mərkəzi Qobustanın Paleogen-Miosen çöküntüləri ilə əlaqəli ərazilərində
müşahidə olunur. Mərkəzi Qobustan para-avtoxton tektonik bloka (Bayanata)
aid olan əraziləri əhatə edir ki, bu da zonanın neft şistlərinin əmələ gəlməsi
üçün əlverişli paleocoğrafi və paleotektonik şəraitdən xəbər verir.
Paleogen-miosen
çöküntüləri
Bayanata
blokunun
geoloji
strukturunda iştirak edir, qalınlığı 2,5–4,5 km-dir. Bu struktur və fasiya
komplekslərindən fərqli olaraq, Goradil-Masazır qırılma zonasının şimalında
(şimal alloxton) müşahidə olunan eyni yaşlı çöküntülər təbaşir çöküntülərinin
altında yerləşir. Ehtimal olunur ki, Bayanata blokunda Paleogen Miosen
dövrünə aid çöküntülər alloxtonun karbonat kompleksləri (Yuxarı Təbaşir
dövrü) və avtoxton çöküntüləri (Kenozoy dövrü) arasında sıxışaraq 11 km-ə
qədər artmışdır.