21
Məhsuldar Qat Ceyrankeçməz depressiyası
və Ələt-Ləngəbiz
zonasında daha geniş yayılaraq qumlu-gilli litofasiya ilə təmsil olunur. Onun
kəsilişi ümumiyyətlə,
boz-qonur, qırmızımtıl qonur və qumlu-alevritli
gillərdən, pis çeşidlənmiş narın
dənəli əhəngli qum, alevrit və zəif
sementləşmiş alevrolitlərin qeyri müəyyən
növbələşməsindən təşkil
olunmuşdur.Bu qat cənub və cənub-şərq istiqamətlərində qumluluğun və
ümumi qalınlığın artması ilə səciyyələnir.
Ceyrankeçməz depressiyasının mərkəzi hissəsində (Duvanni,
Torağay, Miəcik və s.) Məhsuldar Qatın üst hissəsində müxtəlif qalınlığa
malik 10-dan artıq qumlu-alevritli horizontun varlığı müəyyən edilmişdir.
Onların 4-ü sənaye əhəmiyyətli qazlıdır. Rayonun
dəniz sahili hissəsində
qazılmış dərin axtarış-kəşfiyyat quyuları Məhsuldar Qatın aşağı hissəsində
Qaradağ bölgüsü ilə V, VII,VIII horizontları və həmçinin Qırmakı (QL) və
Qırmakıaltı (QAD) dəstələrini açmışlar. Onlardan yalnız
V və VII horizontlar
80-110 m qalınlıqlarla Abşeron fasiyasına uyğun gəlirlər.
Məhsuldar Qatın ümumi qalınlığı rayonun cənubi-şərq dənizkənarı
hissəsində (Miəcik, Kənizdağ, Duvanni, Daşgil və b.) 3200-3600 m arasında
dəyişir, şimal və şimal-qərb istiqamətlərində isə bu qalınlıq kəskin azalaraq
60-120 m-ə çatır (Nardaranaxtarma və b. sahələr).
Ağcagil mərtəbəsinin qalınlığı cənub-şərqdə 100-150 m-dir. Rayonun
mərkəzi zonasının qərb hissəsində (Sündü, Mərəzə, Şamaxı və b.) kəsilişdə
əhəngdaşıları və çaqıl daşlar da iştirak edir. Qalınlığı 220 m-ə çatır.
Dördüncü Dövrün alt kəsilişində yatan Abşeron mərtəbəsi 3
yarımmərtəbəsi ilə ayrılır və qalınlığı 1100-1200m-ə çatır. Kəsiliş
əhəngdaşıları və terrigen çöküntülərdən ibarətdir.