24
Qobustanın yanar şistlərinin məkanca paylanmasında
belə bir
qanunauyğunluq müşahidə olunur ki, istinasız olaraq yanar şistlərin yataqlan
həm say etibarı ilə həm də ehtiyatı nöqteyi nəzərindən regionun cənub şərqində
toplanmışlar. Şimal-qərb istiqamətində bu yataqların həm sayı, həm də bəzi
təzahürlərin proqnoz ehtiyatlanı kəskin azalır.
Aşağıdakı şəkil 1.3.b-də nəzərdə tutduğumuz qanunauyğunluğu izləmək olar.
Şəkil 1.3.b Qobustan yanar şistlərinin stratiqrafik kəsiliş boyu paylanması
Belə ki, tədqiqat sahəsinin jənub-şərqindəki
ən böyük ehtyata malik olan
yataqlar (Keçəllər, Cəngiçay) əsasən orta Eosen yaşlı
çöküntülərlə əlaqədar
olan yataqlardır. Bundan əlavə nisbətən cavan çöküntülərdə də kifayət qədər
yanar şist ehtiyatları vardır (B.Siyəki). Lakin yuxarıda qeyd etdiyimiz kimi,
kəsilişdən də aydın görünür ki, şimal-qərbdə yerləşən Cəirli təzahürü bir neçə
sm-lik şist laylarından ibarətdir. Şist laylarının həm qalınlığı, həm də sayı
onların öyrənilməsini məhdudlaşdırır. Ümumiyyətlə, Cəirlidən başqa cənub-
25
qərbdə yerləşən Ahudağ, Şamaxı və s. strukturlarda bu qanunauyğunluq açıq
görünür.
Şəkil 1.3.c Şamaxı-Qobustan regionunda neft şistlərinin ehtimal ehtiyatlarının xəritəsi
(miqyas 1:1 000 000).
Neft şistinin təzahürləri:1 – Qızmeydan; 2 – Talışnuru; 3 – Xilmilli; 4 – Əngəxaran; 5 –
Şamaxı; 6 – Ərəbşalbaşı; 7 – Ceirli; 8 – Ağdərə; 9 – Qaraca; 10 – Ahudağ; 11 –
Bayquşlu;12 – Şaiblər; 13 – Tuva; 14 – Şahandağ; 15 – Kiçik Siyəki; 16 – Qarayoxuş;17
– Qarıqışlaq; 18 – Alaqışlaq; 19 – Bayquşqaya; 20 – Cəngiçay; 21 – Cəngidağ;22 –
Böyük Siyaki; 23 – Qıbladağ; 24 – Keçəllər; 25 – Sunqur; 26 – Bayanata; 27 – Girdağ;28
– Sarıdağ; 29 – Pirekeşkyul;30 İslamdağ; 31 – Ağburun
Dostları ilə paylaş: