Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fakultə: Kafedra: İxtisas



Yüklə 1,94 Mb.
səhifə8/13
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#40301
növüРеферат
1   ...   5   6   7   8   9   10   11   12   13
Kurs İşi - Nümunə 1

Şəkil 1. Çatlı kollektorların MYK əyrilərindəki təzahürü
1-əhəngdaşı, 2- çatlı əhəngdaşı, 3- qeyri –keçirici laylar, 4- tədqiqat intervalı üzrə orta harmonik FXM əyrisi, 5 – MYK əyrisinə görə FXM-in orta qiyməti

3. NK və QQK üsullarının göstəriciləri xarakterik olmur və dənələr arası məsaməliyə malik gilsiz, kiçik məsaməli süxurlar qarşısındakı göstəricisindən heç nə ilə fərqlənmir.

4. Quyunun faktiki diametri nominala bərabər yaxud bir qədər artmış olur. Quyu divarı süxurların çatlılığına və onların dağılma ehtimalına görə qeyrihamarlılığı ilə fərqlənir.

5. Sönməyə görə AK əyriləri çatlı – kavernalı süxurlar qarşısında elastiki dalğanın amplitudunun (A) azalması və elastiki rəqslərin udulma əmsalının ( AK) artması ilə müşahidə edilir.


Sönməyə görə AK əyriləri (A və AK) kifayət qədər diferensasiyalı olur. Çatlı–kavernalı kollektorların elastik dalğaları udma xüsusiyyətinin intensivliyi təxminən gillərdə olduğu kimidir. Lakin bu maneə hesab edilmir, belə ki, kəsilişdə gilli layların seçilməsi çox saylı geofiziki üsullarla - QK, QP, KV, MK və s. birmənalı şəkildə həll edilir. Ona görə də sönməyə görə AK kəsilişdə çatlı kavernalı kollektorların seçilməsində ən etibarlı üsul hesab edilir. Şəkil 2-də akustik, radioaktiv və yan karotajından ibarət komplekslə kəsilişdə çatlı– kavernalı kollektorların seçilməsi və qiymətləndirilməsindən bir nümunə verilmişdir. Məhsuldar horizont sıx və bərk, incə və ortadənəli dolomitlərlə, müəyyən yerlərdə isə ifrat dərəcədə çatlı və kavernalılıqla təmsil olunur. Çatlar müxtəlif istiqamətli olub, əsasən horizontal istiqamət üstünlük təşkil edir.


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin