Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fakultə: Kafedra: İxtisas


QGT kompleksinə görə kollektorların seçilmə prinsipləri



Yüklə 1,94 Mb.
səhifə7/13
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#40301
növüРеферат
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Kurs İşi - Nümunə 1

1.2 QGT kompleksinə görə kollektorların seçilmə prinsipləri

QGT kompleksinə görə kollektor layların seçilməsi üçün aşağıdakı birbaşa kəmiyyət nişanələrindən istifadə olunması metodiki baxımdan tövsiyə olunur: 1. Kollektor laylara qazıma məhlulunun (adətən gil məhlulu) hopması nəticəsində keçirmə zonasının yaranması və təkrar ölçmələr zamanı belə laylar qarşısında xüsusi müqavimət əyrilərinin fərqlənməsi.

2. Qazıma məhlulunun laylara hopması ilə əlaqədar azaldıcı yaxud yüksəldici keçirmənin qeydə alınması. Bu hal adətən müxtəlif tədqiqat dərinliyinə malik (YKZ, MYK, YK, İK) zondlarla alınmış xüsusi müqavimət əyrilərinin dəyişməsi ilə müşayiət olunur.

Quyuya minerallaşma dərəcəsi yüksək olan qazıma məhlulu doldurulduqda YK və MYK zondlarının tətbiqi daha səmərəli olur.

3. Aşkar edilmiş keçirici laylar qarşısında gil qabığının yaranması hesabına quyu diametrinin kiçilməsinin kavernomer əyrilərində qeydə alınması.

4. Mikrozondlarla ölçülmüş fərz olunan xüsusi müqavimət əyrilərində müqavimətin qiymətində müəyyən fərqlərin yaranması (ρMPZMQZ)


1.2.1 Terrigen kollektorların seçilməsi

Terrigen kollektorlar dənələrarası, çatlı və çatlıdənələrarası məsaməliyə malik süxurlarla təmsil olunur. Terrigen komplekslərdə neft-qaz yataqlarının əsas hissəsi dənələrarası məsaməliyə malik kollektorlara aid edilir. Bu tip kollektorlarda məsaməliyin azalması mineral dənələrin çeşidlənməsinin pisləşməsi, dənələrarası fəzada sementləyici materialın artması və dərinlikdən asılı olaraq geotektonik təzyiqin yüksəlməsi sayəsində dənələrin sıxlaşması ilə əlaqədar olur. Göstərilən amillər həmçinin kollektorların keçiriciliyini də azaldır.

Geofiziki üsullarla kollektorun seçilməsinin ilkin şərti onun ətraf qeyri-kollektorlardan keçiriciliyinə, məsaməliyinə və gilliliyinə görə fərqlənməsidir.

Dənələrarası kollektorların məsaməlik əmsalı bir neçə faizdən onlarla faizədək, keçiricilik əmsalı isə vahidin hissələrindən bir neçə min kvadrat femtometrə (fm2) qədər dəyişir. Flüid vermə qabiliyyətinə malik olan laylarda keçiricilik əmsalının Kkeç aşağı hədd qiyməti şərti olaraq neftli kollektorlar üçün 1fm2, qazlı kollektorlar üçün isə 0,1 fm2 -ə bərabər hesab edilir.

Qumlu və alevrolitli (zəif sementləşmiş gilsiz) kollektorlar terrigen kəsilişlərdə bir sıra birbaşa keyfiyyət nişanələri ilə, daha etibarlı isə – əsas QGT kompleksi məlumatlarının məcmusuna əsasən seçilirlər. Təmiz kollektorlar qarşısında QP əyrilərinin gil xəttindən daha çox aralanması, QK əyrilərində minimal qamma aktivlik (laylarda radioaktiv minerallar olmadıqda), kavernoqramda gil qabığının yaranması hesabına quyu diametrinin kiçilməsi, mikrokarotajda müqavimət əyrilərinin artımındakı nəzərə çarpan fərqlənmə müşahidə olunur. Az məsaməli sıx qumlu alevrolitli süxurların və zəif sementləşmiş kollektorların bölgüsü əlavə olaraq akustik, neytron-qamma, qamma-qamma karotajı diaqramlarından istifadə etməklə dəqiqləşdirilir.

Süxurlarda gil materiallarının olması onun xüsusi müqavimətinə, QP əyrilərinin amplituduna, radioaktiv, akustik və digər fiziki xassələrinə təsir göstərir. Təcrübə göstərir ki, bir sıra hallarda gilli kollektorlara zəngin sənaye neft-qaz yataqları aid edilir. Karotaj məlumatlarına əsasən gilli kollektorların seçilməsinin əsas nişanələri əksər hallarda təmiz gilsiz qumlu süxurlar üçün yuxarıda göstərilən nişanələrdən fərqlənir.

Gilli kollektorlarda QP əyrilərinin amplitudunun gil xəttindən sola meyl etməsi gilsiz kollektorlara nisbətən çox az olur. Bir sıra hallarda gilli kollektorlar qumlu-alevrolitli və gilli təbəqəciklərlə təmsil olunur. Əgər qumlu-alevrolitli növbələşmiş nazik təbəqələrin qalınlığı 1-2 quyu diametrinə bərabər olarsa, onda QP əyrisinin amplitudunun ümumən azalması ilə yanaşı ayrı-ayrı təbəqələr qarşısında QP anomaliyalarının lokal minimum və maksimumları qeyd olunmur.

Kiçik qalınlıqlı (santimetrlərlə ölçülən) qumlu-alevrolit qatları olan gilli kollektorlar da QP əyrilərində qeyd olunmurlar. Terrigen kəsilişlərdə gilli və gilsiz kollektorların seçilməsində QP və QK əyriləri daha böyük əhəmiyyət kəsb edir. Gilli kollektorlar qarşısında QK və QP əyrilərinin amplitudlarının dəyişməsi aralıq vəziyyətdə olur.

Dənələrarası məsaməli gilli kollektorları digər QGT əyriləri ilə təmiz gilsiz kollektorlardan fərqləndirmək ümumi halda çətin olur.

QP əyrilərinə əsasən gilli kollektorların seçilməsi və keyfiyyətcə qiymətləndirilməsi zamanı QP əyrisinin amplitudu ( UQP) əvəzinə nisbi amplitudundan istifadə olunur.


QP = U`QP/ UQPistinad
Burada UQPistinad – istinad layı qarşısında QP əyrisinin amplitudu, U'QP - böyük qalınlıqlı laya uyğunlaşdırılmış, tədqiq edilən gilli kollektor qarşısında QP əyrisinin amplitududur.
U'QP = UQP /
Burada – layın qalınlığını nəzərə alan düzəliş əmsalıdır.

Nisbi amplitudu ( QP) təyin etmək üçün nəzərdə tutulan istinad layı aşağıdakı tələblərə cavab verməlidir:

1. Kifayət qədər böyük qalınlığa malik olmalı və xüsusi müqaviməti tədqiq edilən layın xüsusi müqavimətindən az fərqlənməlidir ki, UQPistinad parametrinə, layın qalınlığına və xüsusi müqavimətinə görə düzəlişə ehtiyac olmasın.

2. Sahə üzrə kifayət qədər böyük hüdudlarda həm litoloji-petroqrafik xüsusiyyətləri, həm də lay suyunun minerallaşma dərəcəsi sabit qalmalıdır. İstinad və tədqiqat laylarında lay sularının minerallaşma dərəcəsi kəskin fərqlənməməlidir. Ən yaxşı istinad layı kimi yaxşı keçirici gilsiz qumdaşları yaxud əhəngdaşları hesab edilirlər.

Bu və ya digər gilli-qumlu layları kollektor yaxud da qeyri kollektor kateqoriyalarına aid etmək üçün tədqiq edilən layda QP parametrinin aşağı hədd qiymətinə nəzər yetirmək lazımdır. Belə ki, lay o vaxt kollektor hesab olunur ki, QP-nin aşağı hədd qiymətində belə laylar özündən maye yaxud qazı buraxma xüsusiyyətinə malik olsun. Yatağın konkret tip kollektorları üçün QP parametrinin aşağı həddi təcrübi yolla müəyyənləşdirilir və 0,3-dən 0,6-dək dəyişilir. Dənələrarası məsaməliyə malik gilli kollektorların seçilməsi üçün həcmi gillilik Kgil 10 30% , nisbi gillilik isə gil=0,3 0,6 xarakter qiymətlər hesab olunur. Süxurlarda gil materialının paylanma xarakteri böyük əhəmiyyətə malikdir. Yəni, gilin növü (təbəqəli, struktur yaxud polimikt və dispersli yaxud səpələnmiş gillər) eləcə də gil qrupunun tərkibi (montmorillonitli, kaolinitli və s.) nəzərdə tutulur.

Hər növ gil üçün dənələrarası məsaməliyə malik kollektorların effektiv məsaməliyi ( Kmef) aşağıdakı ifadələrdən təyin edilir:

- Təbəqəli gillilikdə :
Kmef = Kmsk (1- Kgil)

- Səpələnmiş gillikdə:


Kmef = Km - Kgil

- Struktur gillilikdə:


Kmef = Km
Göründüyü kimi Kmef və Kgil əlaqəsindən gilli – qumlu çöküntülərdə gilin paylanma növünü müəyyənləşdirmək olar.

1.3 Karbonat kollektorların seçilməsi

1.3.1 Kollektorların növləri

Məsamələrin strukturundan, tutumundan və süzmə xassələrindən asılı olaraq karbonat süxurlar aşağıdakı əsas növlərə ayrılır: yüksək məsaməli (dənələrarası Km > 8 %); kiçik məsaməli (çatlı Km 6 %) və qarışıq ( çatlı-kavernalı məsaməli Km 8 %).

Geoloji məlumatlara əsasən kəsilişdəki bütün növ kollektorların seçilməsi çətin olur. Qazıma zamanı çatlı – kavernalı süxurlar əksər hallarda dağılır və onları Yer səthinə qaldırmaq mümkün olmur. Karbonat kəsilişlərdə kollektorların seçilməsi və onların növünə görə ayırd edilməsi üçün kompleks geofiziki və geoloji tədqiqatların tətbiqi daha perspektivli olur.

1.3.2 Yüksək məsaməli kollektorlar

Ümumi qəbul olunmuş QGT kompleksi ilə karbonatlı kəsilişlərdə məsaməli kollektorlar olduqca inamlı seçilirlər. Dənələrarası məsaməliyə malik karbonatlı kollektorların analoji terrigen kollektorlardan əsas fərqləndirici xüsusiyyəti onların sərhəd qiymətlərinin az olmasıdır. Belə ki,

Km.sərkarb = 6 – 8 % olduğu halda Km.sərterr = 8 –10 % təşkil edir. Bundan əlavə karbonat süxurlar qayda üzrə az gilli olduğundan onların məsaməliyinin akustik və neytron karatajı ilə böyük dəqiqliklə təyininə imkan yaranır.


1.3.3 Kiçik məsaməli kollektorlar

Bu cür kollektorlar üçün az məsaməli, qeyri keçirici matris xarakterikdir. Mikroçatların açıqlığı az olub 10 mkm – dən kiçik olur. Çatlı məsamələr kollektorun boşluqlarının bir qismini tutur və onun süzmə xassələrinin yaranmasında əsas rolu oynayır. Kiçik dənələr arası məsaməlikdə kavernalar qayda üzrə öz aralarında çatlar şəbəkəsi vasitəsilə əlaqədə olurlar. Kavernalı məsaməlik əksər hallarda belə kollektorların tutum xassələrinin yaranmasında təyinedici olur. Müxtəlif geofiziki üsullarla çatlı – kavernalı kollektorların seçilmə mümkünlüyünü nəzərdən keçirək:

1. Kiçik məsaməli matrisli çatlı – kavernalı süxurların xüsusi müqaviməti onlarca Omm-dən min və daha çox Omm-dək dəyişir. Müqavimətin azalması çatlar və matrisin boşluqları duzlu su ilə dolan hallarda baş verir. QP əyrisi xarakterik olur, lakin UQP - nin mənfi anomaliyaları üstünlük təşkil edə bilər. Ümumi halda elektrik parametri kəsilişdə çatlı – kavernalı kollektorların seçimi üçün həlledici hesab edilə bilməz.

2. Mikrokarotaj və MYK əyriləri kəskin diferensasiya ilə qeyd olunurlar.


Bu mənzərə çatlı – kavernalı süxurların qeyricinsliliyi, quyu divarının nahamarlığı, gil qabığının yaranmaması (eksperimental yol ilə müəyyən edilib ki, gil qabığı dənələrarası məsaməliyə malik süxurlarda Kkeç 0,5 – 1fm2 olduqda yaranır) səbəbindən baş verir (Şəkil 1).



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin