Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Fakültə qnmf kafedra: Neftin, qazın nəqli və saxlanması İxtisas: 050607 Qrup: 221. 18 Kurs


Fontan quyusu qaldırıcısının seçilməsi



Yüklə 0,96 Mb.
səhifə4/11
tarix18.11.2022
ölçüsü0,96 Mb.
#69759
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
xtisas 050607 Qrup 221. 18 Kurs

1.3 Fontan quyusu qaldırıcısının seçilməsi

Laydan quyudibinə axan mayenin enerjisi mayeni yer üstünə qaldırmaq üçün lazım olan enerjidən artıq olarsa, quyu fontan vuracaqdır. Zaman keçdikcə quyudibinə axan mayenin enerjisi azalır. Nəhayət, fərq olmadıqda laydan gələn mayenin enerjisi mayenin ya1nız yer üstünə (quyunun ağzına) qaldırmağa kifayət edir və beləliklə fontan kəsilir. Bundan sonra mayeni qaldırmaq üçün lay enerjisi çatışmır və bu enerjini süni üsullarla artırmaq, məsələn, istismarın mexaniki üsullarına keçmək lazım gəlir.


Haqqında danışdığımız enerjilərin bərabərliyi fontan vurmanın axırı hesab olunur. Mayenin yer üzünə lay enerjisi hesabına qaldırıldığı fontan istismarı üsulu iqtisadi cəhətdən ən sərfəlidir, elə buna görə də fontanvurma dövrünü mümkün qədər uzatmaq lazımdır.
Bütün layda, eləcə də müəyyən bir quyuda istismar rejimi qərarlaşmışsa, laydan gələn enerjinin zamandan asılı olaraq dəyişməsi təbii şəraitdən asılı olacaqdır. Mayeni quyu ağzına qaldırmaq üçün lazım olan enerji seçilmiş qaldırıcının ölçülərindən asılıdır və deməli, biz lazım olan enerjinin dəyişməsinə təsir göstərə bilərik. Fontanvurma üçün münasib şərait yaratmaq və fontan dövrünü uzatmaq üçün elə qaldırıcı seçmək lazımdır ki, həmin şəraitdə layihədə nəzərdə tutulan qədər mayeni buraxmaqla bərabər lazım olan enerji ən az qiymətə malik olsun.
Deməli, quyunun fontan üsulu ilə istismarında qaldırıcı aşağıdakı tələbləri ödəməlidir:

  1. Fontanvurma müddətində layihədə nəzərdə tutulan optimal hasilatı almağa imkan verməli;

  2. Fontanvurma müddətini mümkün qədər uzatmağa imkan verməli.

Uzun müddət fontan vurmağa imkan vermək, şübhəsiz fontanvurmanın axırında enerji artıqlığı az olan zaman qaldırıcının az enerji ilə işləməsini təmin etmək deməkdir, yəni elə qaldırıcı seçmək lazımdır ki, fontanvurmanın axırındakı şəraitdə (o vaxtkı başmaq təzyiqində və hasilatda) optimal rejimdə işləyə bilsin.
Qaldırıcını fontanvurmanın axırındakı şəraitə müvafiq olaraq seçmək fontanvurmanı uzatmağı, fontanvurmanın axırında optimal rejimdə işləməyi təmin edir, lakin tamam arxayınçılıq olması üçün fontanvurmanın ilk dövründəki şəraitdə (başmaq təzyiqi, qaz amili) qaldırıcının maye buraxmaq qabiliyyəti də yoxlanmalı və onun ilk dövrdə lazımı qədər hasilatı buraxa biləcəyi aydınlaşdırılmalıdır.
Qaldırıcının fontanvurmanın əvvəlindəki hasilatı buraxa bilmədiyi yoxlama nəticəsində məlum olarsa, onda qaldırıcını ilk dövrdəki şəraitə müvafiq olaraq maksimal maye hasilatı üçün yoxlamaq lazımdır.
Əməli olaraq, fontan qaldırıcısını seçmək üçün:

  1. Qaldırıcının uzunluğu

  2. Onun diametri təyin edilməlidir.

Fontan borularını, adətən, quyu dibinədək endirməyə çalışırlar; bununla da xüsusən kövrək süxurlu qatları istismar edərkən, neftlə birlikdə gələn qumu yuxarı qaldırmaq üçün daha yaxşı şərait yaranmış olur. Əslində boruları quyunun dibinə qədər deyil, süzgəcin üst dəliyinədək buraxır və bu halda başmaq təzyiqini təqribi olaraq quyudibi təzyiqinə bərabər götürürlər.
Qatlar möhkəm süxurlardan ibarət olub, qaz neftdən quyudibində deyil, qaldırıcıda ayrılırsa, fontan qaldırıcısını qazın neftdə doyma təzyiqinə müvafiq dərinliyədək endirmək olar.
Qaldırıcı boruların 1"-dən 4"-dək dəyişdiyini nəzərə alaraq quyunun hasilatına əsasən borunun diametrinin təqribi qiyməti 1.1-ci cədvəldə verilmişdir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin