Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Fakültə qnmf kafedra: Neftin, qazın nəqli və saxlanması İxtisas: 050607 Qrup: 221. 18 Kurs



Yüklə 0,96 Mb.
səhifə5/11
tarix18.11.2022
ölçüsü0,96 Mb.
#69759
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
xtisas 050607 Qrup 221. 18 Kurs

Cədvəl 1.1

Quyunun hasilatı, t/gün ilə

Qaldırıcının diametri, düymə ilə

10-dan 20-yədək



20-dən 50-yədək

2"

50-dən 100-ədək



100-dən 200-ədək

3"

Bu rəqəmlər təqribidir və diametri hesablama yolu ilə tapmaq daha dürüstdür.


A.P.Krılov qaldırıcının diametrini hesablamaq üçün:
d = 0,074
düsturunu təklif edir .
Burada -mayenin nisbi xüsusi çəkisidir.
pbaş, pq.a -fontanvurmanın axırındakı başmaq və quyuağzı təzyiqlərdir, atm ilə;
Q —fontanvurmanın axırında quyunun hasilatı, t/gün ilə təyin olunur.

1.4 Fontan quyusunun iş rejminin təyini və tənzimi

Fontan quyusunun iş rejimindən danışarkən hər şeydən əvvəl qaldırıcının işi ilə layın işinin əlaqəli olduğunu göstərməliyik. Əslində quyu ilə lay bir hidrodinamik sistem təşkil edir və qaldırıcının başmağında təzyiqin dəyişməsi quyudibi təzyiqinin dəyişməsinə, bu da öz novbəsində laydan quyuya gələn maye və qaz hasilatının dəyişməsinə səbəb olur.


Deməli, qaz-maye qarışığının quyuda və layda hərəkətinə ayrılıqda deyil, birlikdə, bir hidrodinamik sistem kimi baxmaq lazımdır. Fontan quyusu iş rejiminin seçilməsi və tənzimi quyudibinə gələn enerjinin lazımı enerjidən nə qədər artıq olmasından asılıdır. Əgər enerji artığı çoxdursa, onda məsələ, quyudibindəki enerjinin bütünlüklə quyuda sərf olunmasına yol verməməkdən, əgər enerji artığı azdırsa, onda məsələ, quyudibindəki enerjidən qaldırıcıda mümkün qədər tamamilə istifadə etməkdən ibarətdir.
Fontanvurmanın ilk dövründə, məlumdur ki, laydan gələn mayenin enerjisi onu yer üstünə çıxarmağa lazım olan enerjidən xeyli çox olur. Əgər həmin enerji artığını qaldırıcıda işlətsək, onda maye qarışığının sürəti elə bir dərəcəyə çatar ki, sürtünmə itkisinə sərf olunan əlavə enerji həmin enerji artığını uda bilməz. Sürəti quyunun hasilatını çoxaltmaq yolu ilə də artırmaq olar ki, bu da quyunun yol verilən hasilatını keçər və quyunun lazımı iş rejimi pozulmuş olar.
Quyunun iş rejimini pozmamaq və müəyyən edilmiş hasilatı almaq üçün laydan quyudibinə gələn enerjinin qaldırıcıda sərf olunmasını tənzim etmək lazımdır.
Qaldırıcıda enerjinin işlədilməsi ya quyuağzında əks təzyiq yaratmaqla, ya da qaldırıcının başmağında təzyiq düşküsünə səbəb olmaqla tənzim edilə bilər. Quyuağzındakı əks təzyiqi və ya başmaqdakı təzyiq düşküsünü dəyişdirməklə quyudibinə düşən təzyiqi və bunun nəticəsində laydan gələn maye və qazın miqdarını tənzim etmiş oluruq.
Quyuağzında, yaxud başmaqda təzyiq düşküsü atqı xəttində, yaxud başmaqda ştuser adlanan diafraqma qoymaqla əldə edilir. Diafraqmanın maye keçən kəsiyini dəyişməklə onun əmələ gətirdiyi təzyiq düşküsü də dəyişir və bu da quyunun iş rejiminə təsir edir.
Deməli, ştuserin diametrini dəyişməklə fontan quyusu parametrinin necə dəyişdiyini izləmək mümkündür. Elə buna görə fontan quyusunun iş rejimini təyin etmək istədikdə adətən, ştuserin diametrini dəyişməklə quyunu tədqiq edirlər (ştuserin diametrini elə dəyişmək lazımdır ki, yeni rejimdə hasilat ondan qabaqkından təqribən 20% qədər fərqlənmiş olsun).
Bir sıra hallarda, qazlı maye axınını trap adlandırılan qurğuya göndərməklə quyu ağzında əks təzyiq yaradılır. Trapda qaz neftdən ayrılır və bununla yanaşı müəyyən qədər yüksək təzyiq saxlamaq mümkündür.
Fontan boruları quyuya süzgəcədək endirilir, axıntı yalnız mərkəzi borularla hərəkət etsin deyə, quyunun üstündə boruarxası fəzanı bağlayırlar.
Laydan neftlə birlikdə sərbəst qaz gələrsə, qaz boru arxasına da keçər-orada yığılıb çoxalar və təzyiq get-gedə artmağa başlar. Boru arxasında əvvəlcədən maye vardırsa, qaz həmin mayeni fontan borularının başmağından qaldırıcının içərisinə sıxışdırır. Bu proses boru arxasındakı maye bütünlüklə qaldırıcıya sıxışdırılanadək davam edir. Bundan sonra laydan gələn qaz bütünlüklə qaldırıcıya yönəlir.
İndi quyudibi təziqinin qazın neftdə doyma təzyiqindən yüksək olduğu halı, yəni laydan quyuya təkcə mayenin daxil olduğu halı nəzərdən keçirək.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin