Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Fakültə qnmf kafedra: Neftin, qazın nəqli və saxlanması İxtisas: 050607 Qrup: 221. 18 Kurs



Yüklə 0,96 Mb.
səhifə8/11
tarix18.11.2022
ölçüsü0,96 Mb.
#69759
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
xtisas 050607 Qrup 221. 18 Kurs

Kəmər başlığı armaturun aşağı hissəsinə deyilir. Bu başlıq qoruyucu və istismar kəmərlərini bir-birinə birləşdirir, bağlayır və bütün boruarxası boşluqları kip örtmək üçündur. Kəmərlər bir-birinə pyedestal və ya sarğac vasitəsilə birləşdirilir.
İstismar kəmərinin ucu sarğac flansının üstü ilə bərabər yerdən kəsilir və sarğaca sıx qayaqlanır. Texniki və istismar kəmərləri arasındakı fəza da sementlə doldurulur. Kəmər başlığı elə quraşdırılır ki, sarğacın üst səthi buruğun döşəməsindən 150 mm aşağıda olsun; texniki kəmərin ucunda isə yiv olmalıdır.
Konduktorda yiv olmadıqda və texniki kəmərdə flans olarsa, lafet halqası qurulmur və pazlardan yalnız istismar kəmərini asırlar.
Kəmər başlığı quraşdırılıb qurtarandan sonra şaxtanı kəmər flansının dayaq səthinədək sement məhlulu ilə doldururlar.

Şəkil 2.2 Kəmər başlığı
Boru başlığı. Kəmər başlığı ilə fontan yolkasının birinci siyirtməsi arasında armaturun orta hissəsi fontan borularını asmaq, bu borularla istismar kəməri arasında qalan boşluğu kip bağlamaq və quyunu işə salmaq üçün ona sıxılmış hava və ya quyu yuyulan zaman maye vurmaq üçün lazımdır.
Fontan yolkası armaturun yuxarı hissəsinə deyilir, o, boru başlığının üstündə qurulur. Yolka, fontan vuran qazlı maye axınının sürətini yoxlamaq, nəzarət etmək və nizama salmaq, axını atqı xəttindəki bu və ya başqa boruya yönəltmək, lazım gəldikdə isə fontanı bağlamaq üçün tətbiq edilir. Atqı xəttinin sayından asılı olaraq, yolka iki və ya üç atqılı (iki və ya üç simli) olur. Neft həmişə üst borudan çıxır, aşağıdakı borular isə ehtiyyat üçün bağlı saxlanılır və yalnız ştuserlər, yaxud yolkanın yeyilib xarab olan yuxarı hissələri dəyşdirilən zaman açılır. Yolka siyirtmə və üçboğaz (yaxud dördboğaz) borulardan ibarətdir.
Yolkanın hissələri bir-birinə flanslarla və ya yiv ilə birləşdirilir.
Şəkil 10.3-də 14 MPa işçi təzyiqə hesablanmış üçboğaz tipli (kəmər başlıqsız) fontan armaturu göstərilmişdir.


Şəkil 2.3. İki cərgəli qaldırıcı üçün üçboğaz tipli fontan armaturu
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin