Giriş 5
Fəsil I. Quyuların fontan üsulu ilə istismarı 6 1.1 Quyuların istismar üsulları 6
1.2 Quyuların fontan vurmasının əsasları 7
1.3 Fontan quyusu qaldırıcısının seçilməsi 9
1.4 Fontan quyusu iş rejminin təyini və tənzimi 12
Fəsil II. Fontan quyusunun avadanlığı 17 2.1 Fontan armaturu 17
2.2 Ştuserlər 23
2.3 Trap 25
Nəticə 30
Ədəbiyyat 31
Giriş XX əsrin 50-ci illərində neft quyularının fontanla istismarı üsulu xeyli təkmilləşdirildi, onun nəzəri əsasları işlənib hazırlandı, quyu daxili avadanlıqların səmərəli konstruksiyalarının seçilməsi, yataqların fontanla işlənmə dövrlərinin uzadılması və digər nəzəri-praktiki məsələlər dərindən işlənildi.
Bu zaman maye və qazın quyu dibindən neft yığım məntəqəsinə qədər hərəkətli layın təbii enerjisi hesabına olduğu üçün bu üsul həm texnoloji, həm də iqtisadi cəhətdən daha səmərəlidir. Bu baxımdan quyuların fontan dövrünün artırılması neft-qazçıxarmada əhəmiyyətli məsələlərdən biridir. Quyuların qazıldıqdan sonra istismara verilməsində ilk istismar növü hər zaman fontan üsulu olmaya bilər. Fontan istismar üsulunda əsas amil lay təzyiqinin yüksək qiymətə malik olmasıdır. Neftin yer səthinə çıxarılması lay enerjisi əasasında baş verərsə belə istismar üsulu fontan istismar üsulu adlanır. Biz əsasən fontan istismar üsulu ilə əlaqali məlumatları aşağıdakı fəsillərdə qeyd etmişik. Ümumi bu fəsillərdə quyulardan maye ilə qaz və yaxud tək qaz çıxarılmasında quyulara fontan vurulmasının əsasları, zaman keçdikcə maye axının sürətinin azalması ilə fontan kəsilir ki bu zaman fontan quyusunun qaldırıcısının seçilməsi, qaldırıcının işi ilə layın işinin əlaqəli olduğu fontan quyusunun iş rejiminin təyini və tənzimi, fontan quyularının işini yerinə yetirmək üçün fontan quyusunun avadanlığı (fontan yolksı, boru başlığı, kəmər başlığı) və müxtəlif üsullar ilə fontan quyusuna qulluq edilməsi ilə bağlı movzulara baxacağıq .